Mərasimlər — toplumun bütün üzvlərini bir araya gətirməklə kollektivin yaşamasının təminatı kimi çıxış edir. Mərasimlər ibtidai cəmiyyətdə insan fəaliyyətinin və həyatının mərkəzində durmuş, həyatın bütün sahələrinə nüfuz edərək onu müşayiət etmişdi.
Azərbaycan cəmiyyətində də mərasimlərə həmişə sadiq qalınmış, onun dəqiq icrasına toplumun bütün üzvlərinin uğurunun təminatı kimi baxılmışdı. Ata-babadan miras qalmış bu normalardan kənara çıxılmasına isə pis baxılmışdır.
Zaman keçdikcə Azərbaycanda mərasimlər müəyyən dəyişikliyə uğramışdır. Arxaik cəmiyyətlərdə ayin və mərasimlər dini-magik funksiya daşımış, toplumun rifahına, məhsuldarlığa, artıma xidmət etdiyi halda, müasir cəmiyyətdə onların bir qismi dini-magik funksiyasını itirərək sadəcə əyləncə, oyun kimi hafizələrdə qalmışdı. Bu oyunun iştirakçıları da oynadıqlarının mərasim olduğunun fərqinə varmır, ona bir oyun kimi yanaşırlar.
İbtidai cəmiyyətlərdə miflə mərasim bir-biri ilə üzvü şəkildə bağlı olmuşdur. Sözlü mətnlə müşayiət olunmayan hansısa mərasimin varlığını təsəvvür etmək mümkün deyil. Mərasim mədəniyyəti mifoloji təfəkkürün bir hissəsi kimi təzahür edir və miflər onu izah etməyə, əsaslandırmağa xidmət etmişdir.
Mədəniyyətdə mərasimlər
Mərasim mədəniyyəti, işarələr sistemindən ibarətdir (rəqs, oyun, söz, musiqi, mimika, pantomima, oxuma və s.). Tədqiqatçılar mərasimlərin sinkretik mahiyyətinə diqqət çəkərək sonralar bir çox sənət sahələrinin mərasimdən ayrılaraq müstəqil inkişaf yolu tutduğunu vurğulamışlar. Deməli, mərasimlər bu gün incəsənətin əsasını təşkil edən bir çox sənət sahələrinin mənbəyində durur. Ona görə də hər bir xalqın ayin və mərasimləri həmin xalqın mədəniyyətinin, incəsənətinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda ənənəvi mərasimlərin əksəriyyəti İslamdan əvvəlki təsəvvürləri əks etdirir. İslam dini bu bölgədə yayıldıqdan sonra həmin mərasimlər islamlaşdırılmağa, islam şəxsiyyətlərinin adı ilə bağlanmağa çalışılmışdı. Yazın gəlişinin qeyd olunduğu Novruz bayramı, martın 21–22-də oynanan və ölüb-dirilməyi simvolizə edən "Padşah oyunu" Həzrət Əlinin adı ilə bağlanmışdı. Yağış yağdırmaq üçün keçirilən mərasimlər qədim görüşləri əks etdirsə də, orada oxunan bir çox dualar Quran ayələrindən ibarət olmuşdu. Beləliklə, Azərbaycan mərasimlərində İslam və İslamdan əvvəlki görüşlərin maraqlı sintezini görmək mümkündür. Azərbaycan folklorşünaslığında mərasimlər mövsüm və məişət mərasimləri olmaqla iki qrupa ayrılır. Bu qrupların hər biri ceşidli nəğmələr, oyunlar və folklor mətnləri ilə müşayiət olunur.
Mövsüm mərasimləri
Mövsüm mərasimləri ənənədə daha geniş yayılmış və təqvim dövrləri ilə bağlı olmuşdu. Bura Böyük çillənin girdiyi dövrdən etibarən keçirilən Çillə gecələri, ərzində keçirilən Xıdır Nəbi, Boz ayın sonunda qeyd olunan Axır çərşənbə, əkinə başlanması və məhsul yığımı münasibətilə keçirilən bayramlar, yağış yağdırmaq, Qodu-qodu və s. mərasimlər daxildir.
Payız-qış mərasimləri
Azərbaycanda qış ibtidai təsəvvürə və etiqada əsasən üç çilləyə bölünür. Birinci qırx günlük el arasında Böyük çillə adlanır və qışın başlanğıcından, yəni dekabrın 22-dən fevralın əvvəlinədək olan dövrü əhatə edir. İyirimi iki gün sürən və el arasında "qışın oğlan çağı" adlanan Kiçik Çillə fevralın ikisindən iyirmi ikisinə qədər davam edir. "Boz ay" adlanan fevralın iyirmi ikisindən martın iyirmi ikisinə qədər olan müddət isə hər biri yeddi gündən ibarət dörd balaca çilləyə, başqa sözlə "çilləbeçə"yə bölünür. Hər üç çillədə müxtəlif mərasimlər keçirilir, ayinlər icra edilib nəğmələr oxunur.
Böyük çillədə icra olunan əsas mərasimlərdən biri Çillə gecələridir. Bu tip məclislər Böyük çillə girəndən başlayıb qurtarana qədər davam edir. Keçmişdə Çillə gecələri imkanlı şəxslərin evində keçirilirdi. Məsələn, kənddə iyirmi imkanlı ailə varsa, kənd sakinləri iki gündən bir növbə ilə həmin evlərdən birinə toplaşırdı. Kişi və qadınlar üçün ayrı-ayrı otaqlarda süfrə açılırdı. Ev sahibi çillə üçün qabaqcadan qarpız ehtiyatı görür və xalq arasında həmin qarpız çillə qarpızı adı ilə tanınırdı. Qarpızlar xüsusi olaraq seçilir, onların bir-birinə yaxın çəkidə olmasına diqqət yetirilirdi. Çillə gecəsi ev sahibi hər adamın adına bir qarpız kəsirdi. Qarpız kəsiləndən sonra hər kəs ondan bir tikə dadır, ondan sonra həmin qarpızdan qadınlara, qohum-qonşuya pay göndərilirdi. Çillə qarpızından sonra ortaya plov gətirilirdi. Süfrənin samballı olması şərbətlərin sayına görə təyin edilirdi. Ona görə də ev sahibi süfrənin sanballı olması üçün ortaya limon, bal, almadan və s. hazırlanmış şərbətlər qoyurdu. Axırıncı gün isə məclis ən imkanlı adamın evinə salınırdı. Həmin gün ayrıca heyvan kəsilir və məclis daha təmtəraqlı keçirilirdi. Müasir dövrümüzdə ayrı-ayrı bölgələrimizdə keçirilən Çillə gecəsinin əsas atributu yaydan saxlanan qarpızdır.
Fevral ayının əvvəlindən başlayarq iyirmi gün davam edən Kiçik çillə soyuqluğu, boranı, tufanı ilə özündən əvvəlki çillələrdən seçilir. Kiçik çillənin Xıdır Nəbi bayramının keçirildiyi birinci on günlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır və bu təsəvvür "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" atalar sözündə də öz əksini tapmışdı.
Xıdır Nəbi bayramı
Xıdır Nəbi bayramı qışın yarısına – fevralın birinci ongünlüyünə düşür. Həmin vaxt güclü küləklər əsir ki, həmin külək xalq arasında Xıdır Nəbi küləyi kimi də tanınır. Xalq arasında mövcud inama görə, fevralın beşi Xıdır Nəbinin anadan olan günüdür. Xıdır Nəbinin zühur edərək insanlara ruzu paylayacağına inanan insanlar onun gəlişini təmtəraqla qeyd edirlər. Xıdırın gəlişi münasibətilə Azərbaycanın bir çox bölgələrində Xıdır Nəbi kömbəsi bişirilir və kömbənin içərisinə düymə qoyulur. Kömbə hissələrə bölünüb ailə üzvləri arasında paylanır, həmin düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girər, onun arzusunu gerçəkləşdirər. Həmin gün həm də Xıdır Nəbi xaşılı bişirilir. İnama görə, Xıdır Nəbi daha çox qovut xaşılını xoşlayır, ona görə bəzi bölgələrdə Xıdır Nəbi xaşılı qovutdan bişirilir. Bununla əlaqədar, evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəkməz saxlanır. Xıdır girəndə evdən mütləq xaşıl iyi çıxmalıdır. Ona görə fevralın beşində həmin qovutdan xaşıl bişirilir və ondan bir qaba çəkilib ya yükün altına, ya da pəncərənin qabağına qoyulur. Xaşılın üzərində əl izi olardısa, Xıdırın həmin gecə o ailəyə baş çəkdiyinə və həmin ilin onlar üçün xeyirli olacağına, uğurlu keçəcəyinə inanılırdı.
Yaz-yay mərasimləri
Azərbaycan xalqının təsərrüfat həyatında yaz fəsli xüsusi əhəmiyyət daşıyır. İnsanlar yaza çətin və məşəqqətli qışdan, soyuqdan, məhrumiyyətdən qurtuluş, xilas kimi baxmış və onun gəlişini xüsusi mərasim və ayinlərlə qeyd etmişlər. Yaz fəslində keçirilən mərasimlər arasında "Padşah oyunu"nu, "Yelənni" kimi bir çox mərasimləri qeyd etmək olar. Hər iki mərasim Novruz bayramı ərəfəsində – martın 21–22-də oynanılır. Keçmişdə bu mərasimlərin icrası bir neçə gün, bəzən mart ayının axırınadək davam etmişdi.
Bəzi bölgələrdə "Xan bəzəmə", "Şah bəzəmə" adı ilə tanınan "Padşah oyunu" qışdan yaza keçid dövründə, köhnə ilin bitib yeni ilin başlandığı ərəfədə keçirildiyi üçün digər inisiasiya mərasimləri ilə eyni məna daşıyır və ölüb-dirilməni simvolizə edir. Yetkinlik yaşına çatmış qızların oynadığı "Yelənni" oyunu da artımı, məhsuldarlığı simvolizə edir. Sadəcə olaraq, hər iki mərasim ritual mahiyyətini itirərək günümüzdə oyun kimi yaşadılır.
Xalq arasında mövcud inama görə, yazın 45-nə qədər qış üstündə gedir, həmin müddətdə çovğun, boran, qar ola bilər. Hətta belə bir rəvayət söylənilir ki, qışın çıxmasına sevinən qarı mart çıxan kimi çırtma çalıb sevinə-sevinə oxuyur: "Mart gözünə barmağım, yaza çıxdı oğlağım". Bunu eşidən qış apreldən üç gün borc alıb qarının oğlaqlarını qırır. Bu təsəvvürlərlə əlaqədar insanlar yaz girdikdən sonra da öz ehtiyatını əldə vermir, ot, odun ehtiyatı görürlər. "Yazdan sonra qırx kötük" məsəli də həmin təsəvvürdən qaynaqlanır. "Qarının günü" deyilən müddət aprelin 16-da tamamlanır. Ondan sonra artıq qarın, çovğunun olmayacağına inanılır, elin dağa köçü də bu tarixdən sonra başlayır.
İnsanların yağış yağdırmaq, yağışı kəsdirmək üçün icra etdiyi mərasimlər də yaz-yay dövrünə təsadüf edir. Onların arasında ən geniş yayılanı müsəlləyə çıxma mərasimidir. Bu mərasim kişilərin iştirakı ilə keçirilmişdi. Sübh tezdən, hava işıqlanmamış kəndin ağsaqqalları, ağzıdualı kişilər sınanmış molla və ya seyidlə birlikdə yüksək bir yerə (dağın və ya təpənin başına) çıxardılar, yaxud müqəddəs ziyarətgahlara doğru yol alardılar. Orada əllərinin göyə qaldıraraq dualar edər, qurban kəsərdilər. Hazırda bu mərasim bəzi bölgələrdə qismən həyata keçirilir.
Məişət mərasimləri
Məişət mərasimlərinə insanın doğulması, evlənməsi və ölməsi münasibətilə keçirilən mərasimlər daxildir. Bu mərasimlər əski dövrün etiqad və baxışlarını, mifoloji, fəlsəfi anlayışların, dini görüşlərin izini daşıyır. Məişət mərasimləri içərisində toy nikbin, əyləncəli xarakteri, musiqi, əyləncə, oyun, rəqs kimi melopoetik ünsürləri özündə ehtiva etməsi baxımından diqqəti cəlb edən mürəkkəb ritual sistemdir.
Toy mərasimi
Azərbaycan toyu xalq həyatı ilə bağlı bütün digər ictimai hadisələrdən zənginliyi ilə fərqlənir. Bu da səbəbsiz deyil. Çünki çox qədim tarixdən toy xalq məişət əyləncələrinin ən kütləvisi və məşhurudur. Azərbaycan toyu üç mərhələnin məcmuundan ibarətdir: toya qədərki dövr, toy və toydan sonrakı mərhələ.
Toy şənliyinə qədər bir sıra adətlərin icrası vacib hesab edilir: "qız bəyənmə", "elçilik", "hə vermək", "bəlgə", yaxud "nişan", paltar kəsdi (paltar biçdi), cehizin oğlan evinə daşınması", "kəbin kəsilməsi", "qız evində xınayaxdı gecəsi", "qızın ata evindən köçməsi", "qızın oğlan evinə gətirilən günü", "oğlan toyu" və s. göstərmək olar.
Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə gənclər bulaq başında, müəyyən xalq bayramlarında, yayda yaylağa gedərkən yolda bir-birlərini görüb bəyənirdilər. Yaxud da qız seçimində əsas rolu valideynlər oynayırdılar. Onlar da çox vaxt yaxud əsl-nəcabətli ailələrlə qohum olmaq, qızın xarici görkəmini, evdarlığını nəzərə alaraq qərar verirdilər. XX əsrin 30-cu illərindən sonra birgə təhsil və iş şəraitində gənclər bir-birlərini bəyənir, məqsədlərini valideynlərinə bildirirdilər. Adətən, oğlunu evləndirmək istəyən valideynlər əvvəlcə ümumi razılığa gəlir, qız haqqında məlumat toplayır, sonra elçi getmək qərarına gəlirdilər. Bir zamanlar isə oğlanın bəyəndiyi qıza alma atması və almanın qız tərəfindən yerdən qaldırılması da "razılıq işarəsi" tək qavranmışdı. Bəzi yerlərin adətincə, qız "nikaha razılığını" başındakı örpəyi oğlana verməklə bildirirdi".
Çay dəstgahı
Azərbaycanda XX əsrdə ailə və ictimai məişətlə bağlı bir sıra mərasimlər, rəsmi qəbullar və s. çay dəstgahı olmadan keçinmir. Gündəlik olduğu kimi, mərasimlərdə də çay süfrəsinə qənd, limon, müxtəlif şirniyyatlar, mürəbbələr, meyvələr, xüşkəbar və çərəz düzülür. Armudu stəkana süzülən pürrəngi çay daha çox dişləmə qəndlə içilir. Yemək öynəsindən asılı olaraq çayın qəbulu fərqlənir. Səhər yeməyində şirin çaya üstünlük verilir.
Qonaqlıq məclislərində süfrə ətrafında əyləşənlərə əvvəl şirniyyat (noğul, nabat və s.), meyvə və çay verilir. Bunlar yığıldıqdan sonra çörək və xörəklər, şərbət və digər təamlar gətirilir. Elçilik mərasimində "hə" cavabı aldıqdan sonra qız və oğlan tərəfi mütləq şirin çay içirlər.
Hamam mədəniyyəti
Hamamlar qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdı. Hamamdan məişətdə təkcə təmizlik məqsədilə ilə istifadə olunmamış, həm də müəyyən mərasimlər zamanı əhəmiyyət kəsb etmişdi. Qədim zamanlarda şairlər, naqallar, dərvişlər hamamlara yığışıb gözəl söhbətləri ilə hamam əhlini feyzyab edərdi. Analar oğlu üçün seçdiyi qızı ilk dəfə hamamda gözaltı edər, sonra ona elçi düşərdi. Toydan qabaq bəyin və ya gəlinin hamama aparılması isə bir ənənə halını almışdı.
Azərbaycanın müxtəlif bölgələrində lap qədimlərdən hamamlar olmuşdu. Orta əsrlərdən günümüzə gəlib çatan bu hamamların əksəriyyəti təmirsiz olsa da, hələ də qalmaqdadır. Belə hamalar çox vaxt müəyyən şəxslər tərəfindən tikdirilmiş və onu tikdirən şəxsin adını daşımışdı. İçərişəhərdə yerləşən XVII–XIX əsr Qasım bəy, XV əsr Hacı Bani, 1912-ci il Ağa Zeynal, Ağa Mikayıl hamamları buna misal ola bilər. Onların arasında Şirvanşah I Xəlilullahın dövründə (XVI əsr) tikilmiş, indi isə yaşıl aptek kimi istifadə olunan hamam xüsusi ilə seçilir. Onun xalq arasında "Şirin hamam" adlandırılması hamama gələnlərə çay ilə bərabər şirniyyatın da təqdim olunması ilə əlaqədardır.
Siyahı
- Abrizəgan bayramı. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı əllərində müxtəlif su qabları və musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsi yanına toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar.
- Çərşənbələr. Novruzdan əvvəlki 4 çərşənbədir, 4 ünsürlə (su, od, külək və torpaq) bağlıdır.
- Çillə gecəsi. Qışın başlanması münasibətilə saysız-hesabsız tonqallar yandırılırdı. Hər yerdə atəşfəşanlıq başlanırdı, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edir, qurban kəsir, çalıb-oynayırdılar.
- Günəşi çağırma ayini. Qodu-qodu mərasimi bununla bağlıdır.
- Xızır Nəbi. Kiçik Çillənin ilk 10 gününə deyilir. Çillənin ilk günündən "Xızır Nəbi" mərasiminə hazırlıq başlanır. Bu mərasimdə subaylar bir tas suyun içinə üzük ataraq qismətlərini öyrənərlər.
- "Kövsəc" mərasimi qırovdüşən ayda icra edilirdi. Özünü gülməli kökə salmış bir nəfəri təlxək geyimində qatıra mindirir, sonra da kəndi gəzdirib camaata deyirdilər ki, bu gördüyünüz adam qışın düşmənidir. Yan-yörədəkilər onun üstünə su səpir, qar atır, ətrafında məzəli oyun və əyləncələr göstərirdilər. O isə bir əlində tükü yolunmuş qarğa, o biri əlində isə yelpik tutub yellədir, saymazyana "istidir, istidir, heç vecimə deyil" — deyə-deyə hay-küy salardı.
- Kürmükoba bayramı. Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.
- Qızılgül çağı. Gülab bayramı keçirilər, hamı bir-birilərinə kiçik ətir şüşələrində gülab bəxş edir, müxtəlif oxuma və ayin oyunları ilə şənlənib əylənirdilər.
- Qurd ağzı bağlama. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır.
- Məhsul toplama mövsümü. Bu mövsümün ilk günü dan yeri ağarmadan və günəş çıxmadan toplanan ilk alma insana Əbədi həyatı verir.
- Mehrigan bayramı. Məhsul yığımı münasibətilə keçirilərdi. Son illərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı — məhsul bayramı kimi qeyd olunmuşdur.
- Nar bayramı. Nar növləri və onlardan hazırlanmış məhsullar şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.
- Novruz (21 mart). Baharın gəlişi, təbiətin oyanması, təzələnməsi və yaz əkin işlərinin başlanğıcıdır.
- Saya. Azərbaycanda və İran Azərbaycanlıları arasında bu mərasimlə bağlı sayaçı sözlərinə rast gəlinir. Sayaçı sözlərində çoban, əhliləşdirilmiş heyvanlar və qoruyucu it mədh edilir. Firudin Köçərliyə görə Sayaçı kənd-kənd gəzərək mal-qara sahiblərinin ruhunu sayaçı sözlərlə oxşayır, onlardan un, buğda, arpa, quzu və s. alan bir tərəkəmədir.
- Səddə bayramı. Novruza 50 gün qala keçirilən bayramdır. Səddə bayramı insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır.
- Sonay. Sonay gecələrində gənclər toplanmağa çağırış olaraq əllərini ağızlarına vuraraq AVAVA səsi çıxarır. Sonra toplanır və ay işığı altında oynayırlar. Oynanılan oyunlar "Mollaharay" və "Bənövşə Bəndə Düşə" oyunlarıdır.
- Sucəddim. Baharda suya girmə adətidir. Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmışdır.
- Susəpən bayramı. Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli keçirilir. Günəşın qarşılanması və qurban kəsilməsi olur.
- Şanıdər. Üzüm dərmə və doşab pişirmə ilə keçirilən şənlik və şükür mərasimidir
- (Yağış çağırma ayini).Çömçəxatun və Yada daşı bu nümunəyə daxildir.
- (Yağış dayandırma ayini). Yağış çox yağıb məhsula ziyan dəyəndə icra olunar.
- Yuğ. Aş (yuğ) mərasimi hələ də bəzi türk xalqlarında, o cümlədən azərbaycanlılarda mövcuddur. Yas mərasimində qonaqlara verilən yeməyin ölünün ruhunu o biri dünyada rahatlatdığına inanılır. Müasir dövrdə yuğçu kişilərin yerini mərsiyəçi qadınlar almışdır.
Evlilik və uşaq böyütmək ilə bağlı
- Ayın 3 günlüyü. Bu zaman subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər.
- Zifaf gecəsi. Zifafdan əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.
- Qışın doqquzuncu günü. Həmin gün gecə yarısından sonra ayaz vurmuş almanı yeyən uşaqsız qadının uşağı olar.
- Bıçaq itiləmək. Hamiləlik rahat keçsin deyə Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər.
- Adqoyma mərasimi. Uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir.
- Duz ayini. Doğumunun onuncu gününde uşaqın yuyulduğu suya duz da tökülür. Beləliklə, uşaq mərd olar.
- Oğlan uşağına qız paltarı geydirilməsi. Uşağın qorunması üçün edilir.
- Ölümdən sonra evlilik mərasimi. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir.
İstinadlar
- . 2019-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.
- anl.az 2021-09-27 at the Wayback MachineAZƏRBAYCAN FOLKLORUNDA XIZIR NƏBİ (İLYAS) OBRAZI
- Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.
- Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
- . 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
- H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
- Seyidov, M. & Gömeç, S. (1996). Eski Türk Kitabelerindeki Yer-Sub Meselesi . Tarih Araştırmaları Dergisi , 18 (29) , 259-265 . DOI: 10.1501/Tarar_0000000099
- Bayat, F. & Cicioğlu, M. N. (2008). TÜRKLERDE CENAZE TÖRENLERİ BAĞLAMINDA MEVLİD OKUMA GELENEĞİ . Manas Üniversitesi Sosyal Bilimler Dergisi , 10 (19) , 147-155 . Retrieved from https://dergipark.org.tr/tr/pub/manassosyal/issue/49945/640045 2023-08-26 at the Wayback Machine
- Sattarov, R. The "Rites of Passage" Among the Azerbaijani Turks: Traditional Beliefs and Rituals Linked to the Birth of a Child. "Die Wunder Der Schöpfung", 301–312. https://doi.org/10.5771/9783956506741-301 2023-06-29 at the Wayback Machine
Ədəbiyyat
- Qalib Sayılov- "MƏRASİM FOLKLORUNUN JANR SPESİFİKASI". AMEA Folklor İnstitutu (Azərbaycan),
- A.Xürrəmqızı. Azərbaycan mərasim folkloru. Bakı, 2002, 270 s.
- Q.Sayılov. Azərbaycanda Novruz. Bakı, Çıraq, 2012, 365 s.
- A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Çıraq, 2009, 638 s.
- RAMİN ALLAHVERDİ. TƏQVİM MİFLƏRİ VƏ NOVRUZ, AMEA FOLKLOR İNSTİTUTU
- Bəhlul Abdulla. Azərbaycan Mərasim Folkloru, Bakı, 2005.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Merasimler toplumun butun uzvlerini bir araya getirmekle kollektivin yasamasinin teminati kimi cixis edir Merasimler ibtidai cemiyyetde insan fealiyyetinin ve heyatinin merkezinde durmus heyatin butun sahelerine nufuz ederek onu musayiet etmisdi Sah bezeme Azerbaycan cemiyyetinde de merasimlere hemise sadiq qalinmis onun deqiq icrasina toplumun butun uzvlerinin ugurunun teminati kimi baxilmisdi Ata babadan miras qalmis bu normalardan kenara cixilmasina ise pis baxilmisdir Zaman kecdikce Azerbaycanda merasimler mueyyen deyisikliye ugramisdir Arxaik cemiyyetlerde ayin ve merasimler dini magik funksiya dasimis toplumun rifahina mehsuldarliga artima xidmet etdiyi halda muasir cemiyyetde onlarin bir qismi dini magik funksiyasini itirerek sadece eylence oyun kimi hafizelerde qalmisdi Bu oyunun istirakcilari da oynadiqlarinin merasim oldugunun ferqine varmir ona bir oyun kimi yanasirlar Ibtidai cemiyyetlerde mifle merasim bir biri ile uzvu sekilde bagli olmusdur Sozlu metnle musayiet olunmayan hansisa merasimin varligini tesevvur etmek mumkun deyil Merasim medeniyyeti mifoloji tefekkurun bir hissesi kimi tezahur edir ve mifler onu izah etmeye esaslandirmaga xidmet etmisdir Medeniyyetde merasimlerMerasim medeniyyeti isareler sisteminden ibaretdir reqs oyun soz musiqi mimika pantomima oxuma ve s Tedqiqatcilar merasimlerin sinkretik mahiyyetine diqqet cekerek sonralar bir cox senet sahelerinin merasimden ayrilaraq musteqil inkisaf yolu tutdugunu vurgulamislar Demeli merasimler bu gun incesenetin esasini teskil eden bir cox senet sahelerinin menbeyinde durur Ona gore de her bir xalqin ayin ve merasimleri hemin xalqin medeniyyetinin incesenetinin oyrenilmesi ucun boyuk ehemiyyet kesb edir Azerbaycanda enenevi merasimlerin ekseriyyeti Islamdan evvelki tesevvurleri eks etdirir Islam dini bu bolgede yayildiqdan sonra hemin merasimler islamlasdirilmaga islam sexsiyyetlerinin adi ile baglanmaga calisilmisdi Yazin gelisinin qeyd olundugu Novruz bayrami martin 21 22 de oynanan ve olub dirilmeyi simvolize eden Padsah oyunu Hezret Elinin adi ile baglanmisdi Yagis yagdirmaq ucun kecirilen merasimler qedim gorusleri eks etdirse de orada oxunan bir cox dualar Quran ayelerinden ibaret olmusdu Belelikle Azerbaycan merasimlerinde Islam ve Islamdan evvelki goruslerin maraqli sintezini gormek mumkundur Azerbaycan folklorsunasliginda merasimler movsum ve meiset merasimleri olmaqla iki qrupa ayrilir Bu qruplarin her biri cesidli negmeler oyunlar ve folklor metnleri ile musayiet olunur Movsum merasimleriMovsum merasimleri enenede daha genis yayilmis ve teqvim dovrleri ile bagli olmusdu Bura Boyuk cillenin girdiyi dovrden etibaren kecirilen Cille geceleri erzinde kecirilen Xidir Nebi Boz ayin sonunda qeyd olunan Axir cersenbe ekine baslanmasi ve mehsul yigimi munasibetile kecirilen bayramlar yagis yagdirmaq Qodu qodu ve s merasimler daxildir Payiz qis merasimleri Azerbaycanda qis ibtidai tesevvure ve etiqada esasen uc cilleye bolunur Birinci qirx gunluk el arasinda Boyuk cille adlanir ve qisin baslangicindan yeni dekabrin 22 den fevralin evvelinedek olan dovru ehate edir Iyirimi iki gun suren ve el arasinda qisin oglan cagi adlanan Kicik Cille fevralin ikisinden iyirmi ikisine qeder davam edir Boz ay adlanan fevralin iyirmi ikisinden martin iyirmi ikisine qeder olan muddet ise her biri yeddi gunden ibaret dord balaca cilleye basqa sozle cillebece ye bolunur Her uc cillede muxtelif merasimler kecirilir ayinler icra edilib negmeler oxunur Boyuk cillede icra olunan esas merasimlerden biri Cille ge celeridir Bu tip mec lisler Boyuk cille girenden baslayib qurtarana qeder davam edir Kecmisde Cille geceleri imkanli sexslerin evin de kecirilirdi Mese len kendde iyirmi imkanli aile varsa kend sakinleri iki gunden bir novbe ile hemin evlerden birine toplasirdi Kisi ve qadinlar ucun ayri ayri otaqlarda sufre acilirdi Ev sahibi cille ucun qabaqcadan qar piz ehtiyati gorur ve xalq arasinda hemin qarpiz cille qarpizi adi ile taninirdi Qarpizlar xususi olaraq secilir onlarin bir birine yaxin cekide olmasina diqqet yetirilirdi Cille gecesi ev sahibi her adamin adina bir qarpiz kesirdi Qar piz kesilenden sonra her kes ondan bir tike dadir ondan sonra hemin qarpizdan qadinlara qohum qonsuya pay gon derilirdi Cille qarpizindan sonra ortaya plov getirilirdi Sufre nin samballi olmasi serbetlerin sayina gore teyin edilirdi Ona gore de ev sahibi sufrenin sanballi olmasi ucun ortaya limon bal alma dan ve s hazirlanmis serbetler qoyurdu Axirinci gun ise meclis en imkanli adamin evine salinirdi Hemin gun ayrica heyvan kesilir ve meclis daha tem teraqli kecirilirdi Muasir dovrumuzde ayri ayri bolgelerimizde kecirilen Cille gecesinin esas atributu yaydan saxlanan qarpizdir Fevral ayinin evvelinden baslayarq iyirmi gun davam eden Kicik cille soyuqlugu borani tufani ile ozunden evvelki cillelerden secilir Kicik cillenin Xidir Nebi bayraminin kecirildiyi birinci on gunluyu feslin en sert covgunlu dondurucu cagi sayilir ve bu tesevvur Xidir girdi qis girdi Xidir cixdi qis cixdi atalar sozunde de oz eksini tapmisdi Xidir Nebi bayrami Esas meqale Xizir Nebi bayrami Xidir Nebi bayrami qisin yarisina fevralin birinci ongunluyune dusur Hemin vaxt guclu kulekler esir ki hemin kulek xalq arasinda Xidir Nebi kuleyi kimi de taninir Xalq arasinda movcud inama gore fevralin besi Xidir Nebinin anadan olan gunudur Xidir Nebinin zuhur ederek insanlara ruzu paylayacagina inanan insanlar onun gelisini temteraqla qeyd edirler Xidirin gelisi munasibetile Azerbaycanin bir cox bolgelerinde Xidir Nebi kombesi bisirilir ve kombenin icerisine duyme qoyulur Kombe hisselere bolunub aile uzvleri arasinda paylanir hemin duyme kimin qismetine cixsa inama gore Xidir Nebi hemin gece onun yuxusuna girer onun arzusunu gerceklesdirer Hemin gun hem de Xidir Nebi xasili bisirilir Inama gore Xidir Nebi daha cox qovut xasilini xoslayir ona gore bezi bolgelerde Xidir Nebi xasili qovutdan bisirilir Bununla elaqedar evlerde hele payizdan hazirliq gorulur Xidir Nebi ucun ayrica qovut kuplerde bekmez saxlanir Xidir girende evden mutleq xasil iyi cixmalidir Ona gore fevralin besinde hemin qovutdan xasil bisirilir ve ondan bir qaba cekilib ya yukun altina ya da pencerenin qabagina qoyulur Xasilin uzerinde el izi olardisa Xidirin hemin gece o aileye bas cekdiyine ve hemin ilin onlar ucun xeyirli olacagina ugurlu kececeyine inanilirdi Yaz yay merasimleri Azerbaycan xalqinin teserrufat heyatinda yaz fesli xususi ehemiyyet dasiyir Insanlar yaza cetin ve meseqqetli qisdan soyuqdan mehrumiyyetden qurtulus xilas kimi baxmis ve onun gelisini xususi merasim ve ayinlerle qeyd etmisler Yaz feslinde kecirilen merasimler arasinda Padsah oyunu nu Yelenni kimi bir cox merasimleri qeyd etmek olar Her iki merasim Novruz bayrami erefesinde martin 21 22 de oynanilir Kecmisde bu merasimlerin icrasi bir nece gun bezen mart ayinin axirinadek davam etmisdi Bezi bolgelerde Xan bezeme Sah bezeme adi ile taninan Padsah oyunu qisdan yaza kecid dov run de kohne ilin bitib yeni ilin baslandigi erefe de kecirildiyi ucun diger inisiasiya merasimleri ile eyni mena dasi yir ve olub dirilmeni simvolize edir Yetkinlik yasina catmis qizlarin oynadigi Yelenni oyunu da artimi mehsuldarligi simvolize edir Sadece olaraq her iki merasim ritual mahiyyetini itirerek gunumuzde oyun kimi yasadilir Xalq arasinda movcud inama gore yazin 45 ne qeder qis ustunde gedir hemin muddetde covgun boran qar ola biler Hetta bele bir revayet soylenilir ki qisin cixmasina sevinen qari mart cixan kimi cirtma calib sevine sevine oxuyur Mart gozune barmagim yaza cixdi oglagim Bunu esiden qis aprelden uc gun borc alib qarinin oglaqlarini qirir Bu tesevvurlerle elaqedar insanlar yaz girdikden sonra da oz ehtiyatini elde vermir ot odun ehtiyati gorurler Yazdan sonra qirx kotuk meseli de hemin tesevvurden qaynaqlanir Qarinin gunu deyilen muddet aprelin 16 da tamamlanir Ondan sonra artiq qarin covgunun olmayacagina inanilir elin daga kocu de bu tarixden sonra baslayir Insanlarin yagis yagdirmaq yagisi kesdirmek ucun icra etdiyi merasimler de yaz yay dovrune tesaduf edir Onlarin arasinda en genis yayilani muselleye cixma merasimidir Bu merasim kisilerin istiraki ile kecirilmisdi Subh tezden hava isiqlanmamis kendin agsaqqallari agziduali kisiler sinanmis molla ve ya seyidle birlikde yuksek bir yere dagin ve ya tepenin basina cixardilar yaxud muqeddes ziyaretgahlara dogru yol alardilar Orada ellerinin goye qaldiraraq dualar eder qurban keserdiler Hazirda bu merasim bezi bolgelerde qismen heyata kecirilir Meiset merasimleriMeiset merasimlerine insanin dogulmasi evlenmesi ve olmesi munasibetile kecirilen merasimler daxildir Bu merasimler eski dovrun etiqad ve baxislarini mifoloji felsefi anlayislarin dini goruslerin izini dasiyir Meiset merasimleri icerisinde toy nikbin eylenceli xarakteri musiqi eylence oyun reqs kimi melopoetik unsurleri ozunde ehtiva etmesi baximindan diqqeti celb eden murekkeb ritual sistemdir Toy merasimi Esas meqale Azerbaycanda toy adetleriAzerbaycan toyu 1931 Ezim Ezimzade Azerbaycan toyu xalq heyati ile bagli butun diger ictimai hadiselerden zenginliyi ile ferqlenir Bu da sebebsiz deyil Cunki cox qedim tarixden toy xalq meiset eylencelerinin en kutlevisi ve meshurudur Azerbaycan toyu uc merhelenin mecmuundan ibaretdir toya qederki dovr toy ve toydan sonraki merhele Toy senliyine qeder bir sira adetlerin icrasi vacib hesab edilir qiz beyenme elcilik he vermek belge yaxud nisan paltar kesdi paltar bicdi cehizin oglan evine dasinmasi kebin kesilmesi qiz evinde xinayaxdi gecesi qizin ata evinden kocmesi qizin oglan evine getirilen gunu oglan toyu ve s gostermek olar Etnoqrafik materiallardan aydin olur ki kecmisde gencler bulaq basinda mueyyen xalq bayramlarinda yayda yaylaga gederken yolda bir birlerini gorub beyenirdiler Yaxud da qiz seciminde esas rolu valideynler oynayirdilar Onlar da cox vaxt yaxud esl necabetli ailelerle qohum olmaq qizin xarici gorkemini evdarligini nezere alaraq qerar verirdiler XX esrin 30 cu illerinden sonra birge tehsil ve is seraitinde gencler bir birlerini beyenir meqsedlerini valideynlerine bildirirdiler Adeten oglunu evlendirmek isteyen valideynler evvelce umumi raziliga gelir qiz haqqinda melumat toplayir sonra elci getmek qerarina gelirdiler Bir zamanlar ise oglanin beyendiyi qiza alma atmasi ve almanin qiz terefinden yerden qaldirilmasi da raziliq isaresi tek qavranmisdi Bezi yerlerin adetince qiz nikaha raziligini basindaki orpeyi oglana vermekle bildirirdi Cay destgahi Bakida cay evi 1888 Esas meqale Azerbaycanda cay medeniyyeti Azerbaycanda XX esrde aile ve ictimai meisetle bagli bir sira merasimler resmi qebullar ve s cay destgahi olmadan kecinmir Gundelik oldugu kimi merasimlerde de cay sufresine qend limon muxtelif sirniyyatlar murebbeler meyveler xuskebar ve cerez duzulur Armudu stekana suzulen purrengi cay daha cox disleme qendle icilir Yemek oynesinden asili olaraq cayin qebulu ferqlenir Seher yemeyinde sirin caya ustunluk verilir Qonaqliq meclislerinde sufre etrafinda eylesenlere evvel sirniyyat nogul nabat ve s meyve ve cay verilir Bunlar yigildiqdan sonra corek ve xorekler serbet ve diger teamlar getirilir Elcilik merasiminde he cavabi aldiqdan sonra qiz ve oglan terefi mutleq sirin cay icirler Hamam medeniyyeti Haci Qayib hamami Hamamlar qedim zamanlardan insanlarin heyatinda muhum rol oynamisdi Hamamdan meisetde tekce temizlik meqsedile ile istifade olunmamis hem de mueyyen merasimler zamani ehemiyyet kesb etmisdi Qedim zamanlarda sairler naqallar dervisler hamamlara yigisib gozel sohbetleri ile hamam ehlini feyzyab ederdi Analar oglu ucun secdiyi qizi ilk defe hamamda gozalti eder sonra ona elci duserdi Toydan qabaq beyin ve ya gelinin hamama aparilmasi ise bir enene halini almisdi Azerbaycanin muxtelif bolgelerinde lap qedimlerden hamamlar olmusdu Orta esrlerden gunumuze gelib catan bu hamamlarin ekseriyyeti temirsiz olsa da hele de qalmaqdadir Bele hamalar cox vaxt mueyyen sexsler terefinden tikdirilmis ve onu tikdiren sexsin adini dasimisdi Iceriseherde yerlesen XVII XIX esr Qasim bey XV esr Haci Bani 1912 ci il Aga Zeynal Aga Mikayil hamamlari buna misal ola biler Onlarin arasinda Sirvansah I Xelilullahin dovrunde XVI esr tikilmis indi ise yasil aptek kimi istifade olunan hamam xususi ile secilir Onun xalq arasinda Sirin hamam adlandirilmasi hamama gelenlere cay ile beraber sirniyyatin da teqdim olunmasi ile elaqedardir SiyahiNaxcivanda Xizir Nebi sufresiSanider bayramiAbrizegan bayrami Bayram gununde su ile elaqedar merasimler icra edilerdi Hami ellerinde muxtelif su qablari ve musiqinin musayieti ile cay kenarina bulaq basina yaxud her hansi bir su hovzesi yanina toplasaraq calib oynayir bir birinin ustune su atir bir birini suya itelemeye calisardilar Cersenbeler Novruzdan evvelki 4 cersenbedir 4 unsurle su od kulek ve torpaq baglidir Cille gecesi Qisin baslanmasi munasibetile saysiz hesabsiz tonqallar yandirilirdi Her yerde atesfesanliq baslanirdi senlik etmek ucun adamlar bir yere yigisir maraqli oyunlar tamasalar ifa edir qurban kesir calib oynayirdilar Gunesi cagirma ayini Qodu qodu merasimi bununla baglidir Xizir Nebi Kicik Cillenin ilk 10 gunune deyilir Cillenin ilk gununden Xizir Nebi merasimine hazirliq baslanir Bu merasimde subaylar bir tas suyun icine uzuk ataraq qismetlerini oyrenerler Kovsec merasimi qirovdusen ayda icra edilirdi Ozunu gulmeli koke salmis bir neferi telxek geyiminde qatira mindirir sonra da kendi gezdirib camaata deyirdiler ki bu gorduyunuz adam qisin dusmenidir Yan yoredekiler onun ustune su sepir qar atir etrafinda mezeli oyun ve eylenceler gosterirdiler O ise bir elinde tuku yolunmus qarga o biri elinde ise yelpik tutub yelledir saymazyana istidir istidir hec vecime deyil deye deye hay kuy salardi Kurmukoba bayrami Azerbaycan ve gurcu xalqlarinin numayendeleri bir araya gelerek yaz ve payizin gelisini birge el merasimlerile qeyd etmesi enenevi olaraq Qax rayonunun Kurmuk deyilen erazisinde teskil olunur Hazirda mayin 6 da ve noyabr ayinda dini mensubiyyetinden asili olmayaraq her bir qaxli Kurmuk mebedini ziyarete gelir Zevvarlarin sirasinda basqa bolgelerden qonsu olkelerden gelenleri de gormek mumkundur Qizilgul cagi Gulab bayrami keciriler hami bir birilerine kicik etir suselerinde gulab bexs edir muxtelif oxuma ve ayin oyunlari ile senlenib eylenirdiler Qurd agzi baglama Itmis mal qarani qorumaq meqsedi dasiyir Mehsul toplama movsumu Bu movsumun ilk gunu dan yeri agarmadan ve gunes cixmadan toplanan ilk alma insana Ebedi heyati verir Mehrigan bayrami Mehsul yigimi munasibetile kecirilerdi Son illere qeder bu bayram ilin emek qelebesi ilin yekunu bayrami mehsul bayrami kimi qeyd olunmusdur Nar bayrami Nar novleri ve onlardan hazirlanmis mehsullar seher meydaninda teskil olunmus sergide numayis etdirilir Seher merkezinde genc idmancilarin cixislari ve konsert proqramlarina tamasa edilir Novruz 21 mart Baharin gelisi tebietin oyanmasi tezelenmesi ve yaz ekin islerinin baslangicidir Saya Azerbaycanda ve Iran Azerbaycanlilari arasinda bu merasimle bagli sayaci sozlerine rast gelinir Sayaci sozlerinde coban ehlilesdirilmis heyvanlar ve qoruyucu it medh edilir Firudin Kocerliye gore Sayaci kend kend gezerek mal qara sahiblerinin ruhunu sayaci sozlerle oxsayir onlardan un bugda arpa quzu ve s alan bir terekemedir Sedde bayrami Novruza 50 gun qala kecirilen bayramdir Sedde bayrami insanlarin qisa qarsi munasibetlerini qisdan qorxmadiqlarini numayis etdiren bir bayramdir Sonay Sonay gecelerinde gencler toplanmaga cagiris olaraq ellerini agizlarina vuraraq AVAVA sesi cixarir Sonra toplanir ve ay isigi altinda oynayirlar Oynanilan oyunlar Mollaharay ve Benovse Bende Duse oyunlaridir Suceddim Baharda suya girme adetidir Azerbaycanin bir cox yerinde ve Ermenistan azerbaycanlilari arasinda yayilmisdir Susepen bayrami Ordubad bolgesinde yayin girmesi ile elaqeli kecirilir Gunesin qarsilanmasi ve qurban kesilmesi olur Sanider Uzum derme ve dosab pisirme ile kecirilen senlik ve sukur merasimidir Yagis cagirma ayini Comcexatun ve Yada dasi bu numuneye daxildir Yagis dayandirma ayini Yagis cox yagib mehsula ziyan deyende icra olunar Yug As yug merasimi hele de bezi turk xalqlarinda o cumleden azerbaycanlilarda movcuddur Yas merasiminde qonaqlara verilen yemeyin olunun ruhunu o biri dunyada rahatlatdigina inanilir Muasir dovrde yugcu kisilerin yerini mersiyeci qadinlar almisdir Evlilik ve usaq boyutmek ile bagli Ayin 3 gunluyu Bu zaman subaylar eyvana cixib niyyet tutarlar Bunu uc gun tekrar eden sexs ucuncu gun yuxusunda evleneceyi sexsi gorer Zifaf gecesi Zifafdan evvel yeddi ve ya doqquz budaqli agaci seker ve meyvelerle bezeyerler Qisin doqquzuncu gunu Hemin gun gece yarisindan sonra ayaz vurmus almani yeyen usaqsiz qadinin usagi olar Bicaq itilemek Hamilelik rahat kecsin deye Bilici qadin hamilenin qarni ustune bicaq surter Dogum zamani ise iceride qadinlar colde kisiler bicaq itileyerler Adqoyma merasimi Usaq dogulan gun ve ya usagin dogumundan 7 ve ya 40 gun sonra kecirilir Duz ayini Dogumunun onuncu gununde usaqin yuyuldugu suya duz da tokulur Belelikle usaq merd olar Oglan usagina qiz paltari geydirilmesi Usagin qorunmasi ucun edilir Olumden sonra evlilik merasimi Bu adete gore evlenmek yasina catmadan vefat eden cavanlar bir biri ile qiyabi sekilde istiraklari olmadan evlendirilir Istinadlar 2019 02 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 03 15 anl az 2021 09 27 at the Wayback MachineAZERBAYCAN FOLKLORUNDA XIZIR NEBI ILYAS OBRAZI Najafov A 2019 Azerbaycan halk inanislari Yayinlanmamis Yuksek Lisans Tezi Necmettin Erbakan Universitesi Sosyal Bilimler Enstitusu Felsefe ve Din Bilimleri Anabilim Dali Konya Eski Turk Dini Izleri Yasar Kalafat 1998 Ankara turk 2012 07 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 04 26 H Ezimov S Ehmedov Qax abideleri Baki 1998 Seyidov M amp Gomec S 1996 Eski Turk Kitabelerindeki Yer Sub Meselesi Tarih Arastirmalari Dergisi 18 29 259 265 DOI 10 1501 Tarar 0000000099 Bayat F amp Cicioglu M N 2008 TURKLERDE CENAZE TORENLERI BAGLAMINDA MEVLID OKUMA GELENEGI Manas Universitesi Sosyal Bilimler Dergisi 10 19 147 155 Retrieved from https dergipark org tr tr pub manassosyal issue 49945 640045 2023 08 26 at the Wayback Machine Sattarov R The Rites of Passage Among the Azerbaijani Turks Traditional Beliefs and Rituals Linked to the Birth of a Child Die Wunder Der Schopfung 301 312 https doi org 10 5771 9783956506741 301 2023 06 29 at the Wayback MachineEdebiyyatQalib Sayilov MERASIM FOLKLORUNUN JANR SPESIFIKASI AMEA Folklor Institutu Azerbaycan A Xurremqizi Azerbaycan merasim folkloru Baki 2002 270 s Q Sayilov Azerbaycanda Novruz Baki Ciraq 2012 365 s A Nebiyev Azerbaycan xalq edebiyyati Baki Ciraq 2009 638 s RAMIN ALLAHVERDI TEQVIM MIFLERI VE NOVRUZ AMEA FOLKLOR INSTITUTU Behlul Abdulla Azerbaycan Merasim Folkloru Baki 2005