Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir.
Haqqında
Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır.
İcrası
Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.
Keçmişdə adın qoyulması Quran açaraq edilirdi. Quranın təsadüfi seçilmiş səhifəsi açılır və ilk gözə çarpan söz seçilirdi. Müasir dövrdə isə daha çox ölmüş və ya yaşayan qohumun adı istifadə edilir. Ancaq bu da pis əlamət hesab edilə bilər. Gürcüstan azərbaycanlılarında körpəyə vəfat etmiş qohumunun xatirəsinə əsasən ad qoymaq istənilirsə, bu münasibətlə xüsusi dua oxumaq üçün molla dəvət olunur. Bu, mərhumun "adını təmizləmək" və beləliklə, adın saf formada uşağa keçməsinə imkan vermək üçün edilir. Abşeron yarımadasının bir çox kəndlərində valideynlər övladına vəfat etmiş qohumunun adını vermək istəyəndə ölənin ruhu üçün Quranın 36-cı surəsi oxunur. Ancaq çox vaxt bu tapşırıq "ölüləri yumşaltmaq" üçün Qurandan bəzi hissələri oxuyan mollaya həvalə edilir və ölünün adının körpəyə ötürülməsinə "razılıq" əldə edilir.
Bəzi bölgələrdə uşağın adı doğulandan dərhal sonra valideynləri və ya qohumları tərəfindən onun qulağına pıçıldanır. Şəkidə valideynlər bu məqsədlə uşağı Məkkəyə tərəf çevirir və seçilmiş adı onun qulağına pıçıldamaqla deyirlər: "Onun adını biz verdik, taleyini Allah versin!" Abşeronda isə "şəbbə-xeyir" adlı mərasim keçirilərək uşağın adı verilir. Əgər uşaq ölmüş qohumun adını alırsa, şəbbə-xeyirdə halva paylanır.
Nabranda uşağa adətən doğulduqdan 40 gün sonra saç və dırnaqları kəsilərək ad verilir. Ad körpənin sağ qulağına 7 dəfə deyilir. Oğlan körpəsində isə bundan sonra sünnət mərasimi keçirilir, uşaq xeyir-dua üçün yerli pirə aparılır. Nabranda ən çox hörmət edilən pir bulaq yanında yerləşən yaşlı palıd ağacıdır. Uşağa bu bulaqdan su verilir və uşağın sağlam olması üçün ağaca sap bağlanır.
Həmçinin bax
İstinadlar
- Şirin Bünyadova. Orta əsr Azərbaycan ailəsi. Bakı: Elm. 2012. səh. 384.
- Sattarov, R. The "Rites of Passage" Among the Azerbaijani Turks: Traditional Beliefs and Rituals Linked to the Birth of a Child. "Die Wunder Der Schöpfung", 301–312. https://doi.org/10.5771/9783956506741-301 2023-06-29 at the Wayback Machine
Mənbə
- Abdulla B. Azərbaycan mərasim folkloru. B. "Qismət", 2005
- Bəydili C. Qorqut atanın advermə funksiyası haqqında. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. X kitab, B. "Səda", 2001, s 29–40.
- Məmmədova İ. G., Əmənova B. T. Azərbaycanda adqoyma mərasimi və antroponimlərin etnoqrafik xüsusiyyətləri. // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2009, № 2. s 199–205.
- Rəcəbli Q. Azərbaycan oğuzlarında oğlan uşaqlarına ad qoyma məsələsinə dair ("Kitabi–Dədə Qorqud"un materialları əsasında). BSU "Kitab aləmi", 2004, 243–244.
- Seyidov M. Bəzi abidələrdə və xalq yaradıcılığı nümunələrində adqoyma adətinin qalıqları haqqında mülahizələr. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. V kitab. B. "Elm", 1977, 195 s
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Adqoyma merasimi Azerbaycanin bir cox yerinde yayilmis adet Muxtelif bolgelerde adqoyma merasimi ferqli qaydalarla kecirilir HaqqindaAzerbaycan xalqinin ozunemexsus zengin antroponimiyasi vardir Bu antroponimiya etnosun medeniyyeti dili tarixi haqqinda mueyyen qeder melumat verir Azerbaycan xalqinin etnoqrafik irsinde aile meselelerinin ozunemexsus yeri olmus aile meselelerinde adqoyma adetinin oyrenilmesi de etnoqrafik baximdan xususi maraq doguran meselelerden biri olmaqla beraber adqoyma insanlarin ferqliliyini ortaya cixararaq onlarin digerlerinden secildiyini gosterem kateqoriyadir Yeni dogulmus korpeye ad verilmesi mensubiyyet ve kimlik numunesidir Adlar her bir xalqin menevi zenginliyini dunyagorusunu ve meiset xususiyyetlerini oyrenmekde komekci rolu oynayir IcrasiAzerbaycanlilarda adqoyma merasimi usaq dogulan gun ve ya usagin dogumundan 7 ve ya 40 gun sonra kecirilir Berdede usaga dogumundan 40 gun kecmemis ad verilmelidir Yoxsa usaq yalanci olar Kecmisde adin qoyulmasi Quran acaraq edilirdi Quranin tesadufi secilmis sehifesi acilir ve ilk goze carpan soz secilirdi Muasir dovrde ise daha cox olmus ve ya yasayan qohumun adi istifade edilir Ancaq bu da pis elamet hesab edile biler Gurcustan azerbaycanlilarinda korpeye vefat etmis qohumunun xatiresine esasen ad qoymaq istenilirse bu munasibetle xususi dua oxumaq ucun molla devet olunur Bu merhumun adini temizlemek ve belelikle adin saf formada usaga kecmesine imkan vermek ucun edilir Abseron yarimadasinin bir cox kendlerinde valideynler ovladina vefat etmis qohumunun adini vermek isteyende olenin ruhu ucun Quranin 36 ci suresi oxunur Ancaq cox vaxt bu tapsiriq oluleri yumsaltmaq ucun Qurandan bezi hisseleri oxuyan mollaya hevale edilir ve olunun adinin korpeye oturulmesine raziliq elde edilir Bezi bolgelerde usagin adi dogulandan derhal sonra valideynleri ve ya qohumlari terefinden onun qulagina picildanir Sekide valideynler bu meqsedle usagi Mekkeye teref cevirir ve secilmis adi onun qulagina picildamaqla deyirler Onun adini biz verdik taleyini Allah versin Abseronda ise sebbe xeyir adli merasim kecirilerek usagin adi verilir Eger usaq olmus qohumun adini alirsa sebbe xeyirde halva paylanir Nabranda usaga adeten dogulduqdan 40 gun sonra sac ve dirnaqlari kesilerek ad verilir Ad korpenin sag qulagina 7 defe deyilir Oglan korpesinde ise bundan sonra sunnet merasimi kecirilir usaq xeyir dua ucun yerli pire aparilir Nabranda en cox hormet edilen pir bulaq yaninda yerlesen yasli palid agacidir Usaga bu bulaqdan su verilir ve usagin saglam olmasi ucun agaca sap baglanir Hemcinin baxAzerbaycan duz ayiniIstinadlarSirin Bunyadova Orta esr Azerbaycan ailesi Baki Elm 2012 seh 384 Sattarov R The Rites of Passage Among the Azerbaijani Turks Traditional Beliefs and Rituals Linked to the Birth of a Child Die Wunder Der Schopfung 301 312 https doi org 10 5771 9783956506741 301 2023 06 29 at the Wayback MachineMenbeAbdulla B Azerbaycan merasim folkloru B Qismet 2005 Beydili C Qorqut atanin adverme funksiyasi haqqinda Azerbaycan sifahi xalq edebiyyatina dair tedqiqler X kitab B Seda 2001 s 29 40 Memmedova I G Emenova B T Azerbaycanda adqoyma merasimi ve antroponimlerin etnoqrafik xususiyyetleri Azerbaycan arxeologiyasi ve etnoqrafiyasi 2009 2 s 199 205 Recebli Q Azerbaycan oguzlarinda oglan usaqlarina ad qoyma meselesine dair Kitabi Dede Qorqud un materiallari esasinda BSU Kitab alemi 2004 243 244 Seyidov M Bezi abidelerde ve xalq yaradiciligi numunelerinde adqoyma adetinin qaliqlari haqqinda mulahizeler Azerbaycan sifahi xalq edebiyyatina dair tedqiqler V kitab B Elm 1977 195 s