az-əbcəd. بویوک چیلله | |
Daxil olan dövrlər | Qaraqış |
Keçirilən mərasimlər |
|
Əvvəlki dövr | Payızdan qışa dönən vaxt |
Sonrakı dövr | Kiçik Çillə |
Müddəti | 22 dekabr–1 fevral |
Qidalar | Çillə qarpızı, səməni halvası |
Böyük Çillə (az-əbcəd. بویوک چیلله) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir.
Müddəti
Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir.
Təsviri
Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.
Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.
Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyini artırır, ziyanvericiləri öldürür, ağacları tez çiçəkləməyə qoymur. Su gecə donduğu üçün ağaclar qış yuxusundan gec oyanır, bəhrəli olur. Təbiətşünas Həsən bəy Zərdabi bu ayı Kiçik Çillə ilə müqayisə edən bir zərb-məsəli qeyd etmişdir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər".
Böyük Çillə dövrünə düşən Səməni bayramında cücərdilən səməni insanların taxıl məhsulunun yetişməsi, təbiətin oyanması istəyinin simvoludur. Yəni, məhsul evdə necə cücərdilirsə, sahədə də elə cücərsin. Halva bişirmək üçün səməni əzilir, suyu çıxardılır. Yeddi evdən alınmış buğda unundan bu suda xəmir yoğrulur. Halva pişirilən evdə qızlar, gəlinlər yallı gedir, mahnı oxuyurlar. Halvanın içinə istilik verən ədviyyatlar (qara istiot, darçın, mixək, razyana, quluncan, badyan, qulsakəmər, zəncəfil, hil) vurulur, qoz və ya badam ləpəsi əlavə edilir.
Daxil olan dövrlər və mərasimlər
- Çillə gecəsi. Böyük Çillənin başladığı 22 dekabr günü "Çillə bayramı" adlanır. Bu gecə ilin ən uzun gecəsi olduğu üçün "Çillə gecəsi" adlandırılır.
- Qaraqış. Böyük çillənin soyuq günləri belə adlandırılmışdır.
- Qışın doqquzuncu günü. Azərbaycanlıların inanclarına görə həmin gün gecə yarısından sonra ayaz vurmuş almanı yeyən uşaqsız qadının uşağı olar.
- Səməni bayramı. Böyük Çillədə keçirilən bayramın köhnə adıdır. Bu bayrama bir çox ayinlər (səməni cücərtmə, yallı və s.) daxildir.
- Səddə bayramı. Böyük və Kiçik Çillənin sərhədində, Novruza 50 gün qalmış keçirilən bayramdır. İnsanlar böyük tonqal yandırıb, şənlik və tamaşalar keçirir.
İstinadlar
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 13
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 439-440
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 14-15
- Kalafat, 1998. səh. 66
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 11
Ədəbiyyat
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Boyuk Cille az ebced بویوک چیلله Tebrizde Cille gecesi sufresiDaxil olan dovrler QaraqisKecirilen merasimler Cille gecesi Semeni bayrami Sedde bayramiEvvelki dovr Payizdan qisa donen vaxtSonraki dovr Kicik CilleMuddeti 22 dekabr 1 fevralQidalar Cille qarpizi semeni halvasi Boyuk Cille az ebced بویوک چیلله Azerbaycan xalq teqvimine gore qisin birinci ayi Bu dovrde Cille gecesi ve Semeni bayrami kecirilir MuddetiBoyuk Cille qisin evvelinden dekabrin 22 den fevralin evveline qeder olan aydir 40 gun davam edir TesviriBoyuk Cillenin qarli tufanli dondurucu sumuk usuden gunlerine qaraqis deyirler Qaraqis dovrunde fesil agir uzucu kecir qarli kulek uguldayir Boyuk Cillenin ilk gununde Cille gecesinde tonqallar yandirilir senlikler ve tamasalar kecirilir Cille gecesi sufresinin en vacib yemeyi yaydan bu gun ucun saxlanilmis Cille qarpizidir Cille qarpizinin qabiqlari atilanda niyyet tutulur tumlari ise bereketli il olmasi ucun saxlanilir Boyuk Cillede baglari bostanlari uzumlukleri suvarirlar Bu suvarma Cille suyu adlanir Cille suyu torpagin nemliyini artirir ziyanvericileri oldurur agaclari tez ciceklemeye qoymur Su gece dondugu ucun agaclar qis yuxusundan gec oyanir behreli olur Tebietsunas Hesen bey Zerdabi bu ayi Kicik Cille ile muqayise eden bir zerb meseli qeyd etmisdir Boyuk cillede suvaran cox kicik cillede suvaran ise az mehsul goturer Boyuk Cille dovrune dusen Semeni bayraminda cucerdilen semeni insanlarin taxil mehsulunun yetismesi tebietin oyanmasi isteyinin simvoludur Yeni mehsul evde nece cucerdilirse sahede de ele cucersin Halva bisirmek ucun semeni ezilir suyu cixardilir Yeddi evden alinmis bugda unundan bu suda xemir yogrulur Halva pisirilen evde qizlar gelinler yalli gedir mahni oxuyurlar Halvanin icine istilik veren edviyyatlar qara istiot darcin mixek razyana quluncan badyan qulsakemer zencefil hil vurulur qoz ve ya badam lepesi elave edilir Daxil olan dovrler ve merasimlerCille gecesi Boyuk Cillenin basladigi 22 dekabr gunu Cille bayrami adlanir Bu gece ilin en uzun gecesi oldugu ucun Cille gecesi adlandirilir Qaraqis Boyuk cillenin soyuq gunleri bele adlandirilmisdir Qisin doqquzuncu gunu Azerbaycanlilarin inanclarina gore hemin gun gece yarisindan sonra ayaz vurmus almani yeyen usaqsiz qadinin usagi olar Semeni bayrami Boyuk Cillede kecirilen bayramin kohne adidir Bu bayrama bir cox ayinler semeni cucertme yalli ve s daxildir Sedde bayrami Boyuk ve Kicik Cillenin serhedinde Novruza 50 gun qalmis kecirilen bayramdir Insanlar boyuk tonqal yandirib senlik ve tamasalar kecirir IstinadlarAzerbaycan etnoqrafiyasi III cild 2007 seh 13 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 439 440 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 14 15 Kalafat 1998 seh 66 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 11EdebiyyatAzerbaycan etnoqrafiyasi Uc cildde III cild 2007 Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb Eski Turk Dini Izleri Yasar Kalafat 1998 Ankara turk