Abdulla Qədiri (10 aprel 1894, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 4 oktyabr 1938, Daşkənd) — Özbəkistan yazıçısı, dramaturqu və publisisti, repressiya qurbanı
Abdulla Qədiri | |
---|---|
özb. Абдулла Қодирий | |
Təxəllüsü | Джулкунбай |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | repressiya edilib |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Özbək dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə tacir ailəsində doğulmuşdur. Yazıçının 102 il ömür sürmüş atası Qədir kişi o, uşaq olarkən müflisləşmiş və sonra üzümçülüklə məşğul olmağa başlamışdır. Abdulla əvvəlcə mədrəsədə (köhnə müsəlman məktəbi), sonra isə yerli rus- özbək məktəbində oxumuşdur. İbtidai təhsilini başa vurduqdan sonra o, erkən yaşlarında müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir mülkədarın yanında mirzəliyə başlamışdır. Bu dövrdə o, Əlişir Nəvai, Lütfi, Muqimi, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur. Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. O, bölgədə çap olunan qəzet və dərgiləri müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – "Müştüm" ("Yumruq") dərgisinin banilərindən və fəal müəlliflərindən biri olmuşdur. Yazıçı 1924–1925-ci illərdə Moskvada B. Y. Bryusov adına Ali Bədii Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. Abdulla Qədiri daha sonra ərəb və fars dillərinə yiyələnmək üçün yeni üsullu mədrəsədə – müsəlman seminariyasında təhsilini davam etdirir. Özbəkistanda baş verən haqsızılqlar, insanların hüquqlarının hər addımda pozulması, sosializm quruculuğu adı altında ruslaşdırma siyasətinin yeridilməsi Abdulla Qədirinin yolunu keçmiş məslək dostlarından ayırır. O, Özbəkistanın azadlığı uğrunda mübarizə aparanların sırasında özünə yer tutur. Gizli antisovet və antirusya təşkilatının fəallarından birinə çevrilir. 1937-ci ilin ortalarında Özbəkistanda özbək-cədid ziyalılarını, özbək ədəbiyyatı, tarix və mədəniyyət xadimlərini məhv etmək kampaniyası başlanılmışdır. Abdulla Qədıri də bu kompaniyada stalinizmin qurbanı kimi repressiyaya məruz qalmış, 1937-ci il dekabrın 31-də "xalq düşməni" kimi həbs edilmişdir. Yazıçı 1938-ci il oktyabrın 4-də qırx dörd yaşında güllələnmişdir. O, Daşkənddəki Xoca-Ələmbərdor (Kamalan) qəbiristanlığında dəfn edilmişdir. Maraqlıdır ki, sonralar Abdulla Qədırinin istintaq işi məxfilikdən çıxarılanda istintaq materialları arasında müstəntiqlərin sualları və təqsirləndirilən şəxslərin cavabları ilə yanaşı, onun millətçi və antisovet kimi təqdim olunduğu bir sıra kollektiv rəylər aşkarlanmışdır. Belə materiallara S. Hüseynov, N. Axundin, A. Şərafutdinov, Q. Qulam və başqaları imza atıblar. Bu sənədlərin surətlərinin bir hissəsi Nabican Boki tərəfindən "Edam kitabı"nda (Daşkənd, 1992) nəşr edilmişdir.
Yaradıcılığı
Yaradıcılığa erkən başlayan yazıçının qələmə aldığı mövzular onun real şəkildə müşahidə etdiyi hadisələrdən qaynaqlanır. O, gördüklərini gah satirik yolla, gah faciə şəklində qələmə almışdır. Abdulla Qədirinin yaradıcılığının ilk dövrlərinin bəhrəsi olan "Millətimə", "Bizim vəziyyət" şeirləri sosial məzmunludur. Ölkənin sosial-siyasi həyatında baş verən dəyişikliklər Abdulla Qədirinin dünyagörüşündə böyük dönüş yaratmışdır. 1919–1925-ci illərdə yazdığı felyetonlarını, hekayələrini "İştirakiyyun" ("Kommunist") və "Qızıl bayraq" qəzetlərində, "İnqilab" dərgisində çap etdirmişdir. 1922-ci ildə "İnqilab" dərgisində yazıçının "Mənim atam bolşevikdir" əsəri dərc olunmuşdur. Onun 300-dən artıq publisistik məqaləsi yayınlanmışdır. Bu məqalələr dövrün sosial-siyasi həyatının salnaməsi kimi diqqəti çəkir. Hekayələrini, felyetonlarını, məqalələrini "Cul qunbay", "Dunbul", "Ciyən", "Sovrunbay", "Ovsar", "Dumbulnisə" və başqa gizli imzalarla nəşr etdirən Abdulla Qədiri alverçiləri, kəndxudaları, ikiüzlü çinovnikləri, bürokratları, qadın azadlığı əleyhinə çıxanları, maarifçiliyin düşmənlərini tənqid atəşinə tutur, xalqını yeni günə, işıqlı, aydın sabahlara çağırırdı. "Mənim tərcümeyi-halım" hekayələr silsiləsindən olan "Kalvayı Məhzum", "İnadcıl Taşpulat nədən danışır" və "Şarvon xala nədən danışır" hekayələrində yazıçı yaratdığı obrazları satirik dillə ifşa edir. Müəllif həyatda, insan təbiətində baş verən bəzi neqativ hadisələri sırf ideoloji baxımdan birtərəfli şəkildə pisləmək və ifşa etməkdənsə, personajları və hadisələri qərəzsiz, mürəkkəbliyi və ziddiyyətləri ilə göstərməyə çalışır. Satirik üslubun imkanlarından yararlanan yazıçı ona böyük şöhrət gətirən "Ötən günlər" adlı romanını 1922-ci ildən hissə-hissə çalışdığı "İnqilab" dərgisində dərc etdirmişdir. Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan özbək əsilli Azərbaycan dilçisi Xalid Səid Xocayev tərəfindən1928-ci ildə tərcümə olunaraq Hənəfi Zeynallının redaktorluğu ilə Azərnəşrdə çap olunmuşdur. Əsərə Xalid Səid Xocayev ön söz yazmışdır: "Əsərin müəllifi Özbəkistanın mahir yazıçılarından olan Abdulla Qədiri (Çolkanbay) zəmanənin adamlarındandır, ancaq proletar ideolojisilə hələ ki, yoğrulmamış, proletar dünyasına qarışmamış ziyalılardandır. …Ancaq yenə milli ruhdakı ziyalıların sırasındadır. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. …Abdulla Qədiri özbəklərin Mirzə Fətəlisi sayıla bilər". 1928-ci ilin fevralında Abdulla Qədiri ikinci böyük əsəri olan "Mehrab əqrəbi" ("Mehrobdan chayon") tarixi romanını tamamlayır və əsər bir il sonra Səmərqənddə kitab halında yayınlanır. Abdulla Qədırinin ötən əsrin otuzuncu illərində qələmə aldığı və yalnız qaralama şəklində qorunub saxlanılan indiyədək çap olunmamış pyesi əsasında Daşkənddəki "İlham" teatrında məşhur teatr rejissoru Mark Vayl "Ağ-ağ qara leylək" əsərini tamaşaya hazırlamışdır. Bəzi məlumatlara görə, bunun ardınca Mark Vaylın faciəli ölümü onun teatrında homoerotik estetika sahəsində apardığı təcrübələrlə bağlı olmuşdur ki, bu da məhz həmin tamaşanın təfsirində xüsusilə aydın şəkildə özünü göstərir.
Əsərləri
"Əxlaqsız" adlı nəsr əsəri 1916-cı ildə "Türküstan vilayətinin qəzeti"ndə dərc olunmuşdur. Bu əsərdə yazıçı mülkədar oğlu Saqdullanın timsalında gənc ticarətçilərin nöqsanlarını, onların əxlaqsız, məhvə məhkum həyat tərzini açıq şəkildə ifşa etmişdir. Elə həmin illərdə yazdığı "Bədbəxt adaxlı" dramında isə yazıçı israfçılığı, bədxərcliyi tənqid hədəfi seçmişdir. Əsərdə mülkədarın yanında işləyən kasıb gəncin faciəli taleyi təsvir olunur. Abdulla Qədiri bu əsərini 1925-ci ildə ayrıca kitab şəklində çapdan buraxdırmışdır. Roman üç hissədən ibarətdir. Birinci hissə 23, ikinci hissə 17, üçüncü isə 16 hekayətdən (cəmi 56 hekayət) ibarətdir. Burada XIX əsrin I yarısında özbək xalqının həyatı təsvir edilmişdir. Əsərin başlanğıcında yazıçı "Müəllifdən" adlı giriş sözündə qeyd edir ki, "Biz yeni əsrə qədəm qoymuşuq və bütün ölkəni yeni yolla getməyə çağırıram". "Ötən günlər"in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. "Mehrab əqrəbi" əsəri XIX yüzillikdə – xanlıqlar dövründə baş verən hadisələr təsvir obyekti kimi seçilsə də, əsərin yarandığı dövrün siyasi ovqatı açıq şəkildə duyulmaqdadır. Əsərin "Mehrab əqrəbi" adlandırılması müqəddəs yerdən – ibadət məkanından çıxan, o yerə yaraşmayan münafiqlərə, fırıldaqçılara, alçaqlara, paxıl, imansız insanlara işarədir. Romanda Ənvər və Rənanın məhəbbət macərası, saf, ülvi məhəbbəti obrazlı dillə canlandırılır.
Tərcümələri
Abdulla Qədiri həm də dilçi və istedadlı tərcüməçi kimi böyük işlər görmüşdür. O, tatar fiziki Abdulla Şunasinin "Fizika" (1928), Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" (1935), Anton Pavloviç Çexovun "Albalı bağı" (1936) əsərlərini özbək dilinə tərcümə etmişdir. O, həmçinin Kazanda nəşr olunmuş "Böyük rusca-özbəkcə lüğət"in (1934) tərtibində iştirak etmişdir.
Bəraət verilməsi
Adulla Qədiri repressiya qurbanı kimi güllələndirkdən sonra Sov. İKP –nin XX Qurultayına qədər onun əsərləri qadağan edilmiş və nəşrinə yasaqlar qoyulmuşdur. İyirmi il ərzində evində "Ötən günlər" romanı tapılan hər kəs həbs olunmuşdur. İ. V. Stalinin ölümündən sonra isə vəziyyət dəyişmiş, yazıçı 1957-ci ildə rəsmi şəkildə reabilitasiya olunmuşdur. Lakin onun güllələnməsi faktı (həmçinin ölümündən sonra reabilitasiya faktı) uzun illər gizli saxlanılmışdır. Belə ki, 1958-ci ildə işıq üzü görən "Ötən günlər" romanının rus dilinə tərcüməsinin ön sözündə Abdulla Qədırinin tərcümeyi-halından bəhs olunarkən onun ölüm tarixi və şəraiti haqqında heç nə deyilmir. Bioqrafiyanın müəllifi tanınmış yazıçı İzzət Sultanovdur. "Mehrab əqrəbi" romanının rus dilinə tərcüməsi anonim bioqrafik qeydlə müşayiət olunmuş və orada qısaca "Abdulla Qədiri 1939-cu ildə vəfat etmişdir" kimi qeyri-dəqiq məlumat verilmişdir.
Xatirəsinin əbədiləşdirilməsi
Abdulla Qədiri ölümündən sonra Əlişir Nəvai adına Özbəkistan Respublikasının Dövlət Mükafatına (1991) layiq göyülmüş, Özbəkistan Prezidentinin fərmanı ilə "Müstəqillik" ordeni (15 avqust 1994) ilə təltif edilmişdir. Abdulla Qadiri adına Özbəkistan Respublikasının Dövlət Mükafatı təsis edilmişdir. Daşkənd Dövlət Mədəniyyət İnstitutu, Daşkənddəki mədəniyyət və istirahət parkı, Daşkəndin mərkəzi küçələrindən və metro stansiyalarından biri, respublikanın müxtəlif şəhərlərinin küçələri, bir çox mədəniyyət ocaqları onun adını daşıyır. "Ötən günlər" və "Mehrab əqrəbi" romanları əsasında filmlər (1969, 1973, 1996) və bir çox seriallar çəkilmişdir. Özbəkistanda ailədə uşaq dünyaya gələndə Abdulla Qədirinin romanlarının qəhrəmanlarının adlarını qoymaq ənənə halını almışdır.
Azərbaycanda yayınlanan kitabları
- Ötən günlər. Tərcümə edəni: Xalid Səid Xocayev, Hənəfi Zeynallı Bakı: Azərnəşr, 1928
- Ötən günlər. Tərcümə edəni: Xalid Səid Xocayev, Hənəfi Zeynallı Bakı: Azərnəşr, 1929
- Ötən günlər. Tərcümə edəni: İ. İbrahimov, Bakı: Uşaqgəncnəşr, 1960, 386 s.
- Mehrab əqrəbi (tarixi roman). Tərcümə edəni Y. Məmmədov, Bakı: Gənclik, 1970, 263 s.
- Ötən günlər. Tərcümə edəni: İ. İbrahimov, Bakı: Gənclik, 1979, 338 s.
- Ötən günlər. Tərcümə edəni: İ. İbrahimov, Bakı: Gənclik, 1987, 332 s.
- Ötən günlər. Tərcümə edəni: Xalid Səid Xocayev, Bakı: Təhsil, 2023, 408 s.
Haqqında
- Qöşjonov M. Abdulla Qodiriyniñ tasvirlaş sanati. T.: Fan, 1966.
- Qöşjonov M. Özbekniñ özligi. T., 1994.
- Mirzayev I. Abdulla Qodiriyniñ ijodiy evolyusiyasi. T.: Fan, 1977.
- Qodiriy H. Otam haqida. T., 1983.
- Normatov U. Qodiriy boği. T., 1995.
- Karimov B. XX asr özbek adabiyotşunosligida talqin muammosi (Qodiriyşunoslik misolida). FFD dissertasiyasi, T., 2002
Həmçinin bax
İstinadlar
- Abdulla Qodiriy zamondoshlari xotirasida, T., 1988;
- Oybek, Asarlar [19 jildli], 16-jild (Abdulla Qodiriyning ijodiy yoʻli), T., 1979;
- Qoʻshjonov M. Abdulla Qodiriyning tasvirlash sanʼati. T.: Fan, 1966.
- "ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar". 2023–08–15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023–08–15.
- Azərbaycan — Özbək (çığatay) ədəbi əlaqələri. Almaz Ülvi.
- "ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar". 2023-08-15 tarixində . İstifadə tarixi: 2023-08-15.
- Özbək ədəbiyyatı. Almaz Ülvi.
- "Abdulla Qədirinin "Ötən günlər" kitabı Azərbaycan dilində təqdim olunub". 2023-08-17 tarixində . İstifadə tarixi: 2023-08-17.
- "ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar". 2023–08–15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023–08–15.
- "ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar". 2023–08–15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023–08–15.
- Özbək ədəbiyyatı. Almaz Ülvi.
- Abdulla Qədirinin "Ötən günlər" əsəri Azərbaycanda yenidən çapdan çıxıb
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abdulla Qediri 10 aprel 1894 Daskend Rusiya Turkistani general qubernatorlugu 4 oktyabr 1938 Daskend Ozbekistan yazicisi dramaturqu ve publisisti repressiya qurbaniAbdulla Qediriozb Abdulla ҚodirijTexellusu DzhulkunbajDogum tarixi 10 aprel 1894Dogum yeri Daskend Sirderya vilayeti Rusiya Turkistani general qubernatorlugu Rusiya imperiyasiVefat tarixi 4 oktyabr 1938 44 yasinda Vefat yeri Daskend Ozbekistan SSR SSRIVefat sebebi repressiya edilibDefn yeri DaskendFealiyyeti yaziciEserlerinin dili Ozbek diliMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiAbdulla Qediri 10 aprel 1894 cu ilde Daskendde tacir ailesinde dogulmusdur Yazicinin 102 il omur surmus atasi Qedir kisi o usaq olarken muflislesmis ve sonra uzumculukle mesgul olmaga baslamisdir Abdulla evvelce medresede kohne muselman mektebi sonra ise yerli rus ozbek mektebinde oxumusdur Ibtidai tehsilini basa vurduqdan sonra o erken yaslarinda musteqil heyata qedem qoymus Daskendde bir mulkedarin yaninda mirzeliye baslamisdir Bu dovrde o Elisir Nevai Lutfi Muqimi Ebdurrauf Fitret Ebdulhemid Colpan ve diger cigatay ozbek klassiklerinin eserlerini maraqla mutalie etmis ve milli edebiyyatin tarixine yaxindan beled olmusdur Turkustanda getdikce genislenen cedidcilik maarifcilik herekati Abdulla Qediriye de tesirini gosterir O bolgede cap olunan qezet ve dergileri muntezem oxuyur Cedidcilerin yolunu tutan genc xalqini xurafatdan gerilikden qurtarmaq ucun qeleme el atir Bedii yazilari ile xalqa tesir gostermeye calisir Abdulla Qediri Ozbekistanda nesr olunan ilk satirik jurnalin Mustum Yumruq dergisinin banilerinden ve feal muelliflerinden biri olmusdur Yazici 1924 1925 ci illerde Moskvada B Y Bryusov adina Ali Bedii Edebiyyat Institutunda tehsilini davam etdirmisdir Abdulla Qediri daha sonra ereb ve fars dillerine yiyelenmek ucun yeni usullu medresede muselman seminariyasinda tehsilini davam etdirir Ozbekistanda bas veren haqsizilqlar insanlarin huquqlarinin her addimda pozulmasi sosializm quruculugu adi altinda ruslasdirma siyasetinin yeridilmesi Abdulla Qedirinin yolunu kecmis meslek dostlarindan ayirir O Ozbekistanin azadligi ugrunda mubarize aparanlarin sirasinda ozune yer tutur Gizli antisovet ve antirusya teskilatinin feallarindan birine cevrilir 1937 ci ilin ortalarinda Ozbekistanda ozbek cedid ziyalilarini ozbek edebiyyati tarix ve medeniyyet xadimlerini mehv etmek kampaniyasi baslanilmisdir Abdulla Qediri de bu kompaniyada stalinizmin qurbani kimi repressiyaya meruz qalmis 1937 ci il dekabrin 31 de xalq dusmeni kimi hebs edilmisdir Yazici 1938 ci il oktyabrin 4 de qirx dord yasinda gullelenmisdir O Daskenddeki Xoca Elemberdor Kamalan qebiristanliginda defn edilmisdir Maraqlidir ki sonralar Abdulla Qedirinin istintaq isi mexfilikden cixarilanda istintaq materiallari arasinda mustentiqlerin suallari ve teqsirlendirilen sexslerin cavablari ile yanasi onun milletci ve antisovet kimi teqdim olundugu bir sira kollektiv reyler askarlanmisdir Bele materiallara S Huseynov N Axundin A Serafutdinov Q Qulam ve basqalari imza atiblar Bu senedlerin suretlerinin bir hissesi Nabican Boki terefinden Edam kitabi nda Daskend 1992 nesr edilmisdir YaradiciligiYaradiciliga erken baslayan yazicinin qeleme aldigi movzular onun real sekilde musahide etdiyi hadiselerden qaynaqlanir O gorduklerini gah satirik yolla gah facie seklinde qeleme almisdir Abdulla Qedirinin yaradiciliginin ilk dovrlerinin behresi olan Milletime Bizim veziyyet seirleri sosial mezmunludur Olkenin sosial siyasi heyatinda bas veren deyisiklikler Abdulla Qedirinin dunyagorusunde boyuk donus yaratmisdir 1919 1925 ci illerde yazdigi felyetonlarini hekayelerini Istirakiyyun Kommunist ve Qizil bayraq qezetlerinde Inqilab dergisinde cap etdirmisdir 1922 ci ilde Inqilab dergisinde yazicinin Menim atam bolsevikdir eseri derc olunmusdur Onun 300 den artiq publisistik meqalesi yayinlanmisdir Bu meqaleler dovrun sosial siyasi heyatinin salnamesi kimi diqqeti cekir Hekayelerini felyetonlarini meqalelerini Cul qunbay Dunbul Ciyen Sovrunbay Ovsar Dumbulnise ve basqa gizli imzalarla nesr etdiren Abdulla Qediri alvercileri kendxudalari ikiuzlu cinovnikleri burokratlari qadin azadligi eleyhine cixanlari maarifciliyin dusmenlerini tenqid atesine tutur xalqini yeni gune isiqli aydin sabahlara cagirirdi Menim tercumeyi halim hekayeler silsilesinden olan Kalvayi Mehzum Inadcil Taspulat neden danisir ve Sarvon xala neden danisir hekayelerinde yazici yaratdigi obrazlari satirik dille ifsa edir Muellif heyatda insan tebietinde bas veren bezi neqativ hadiseleri sirf ideoloji baximdan birterefli sekilde pislemek ve ifsa etmekdense personajlari ve hadiseleri qerezsiz murekkebliyi ve ziddiyyetleri ile gostermeye calisir Satirik uslubun imkanlarindan yararlanan yazici ona boyuk sohret getiren Oten gunler adli romanini 1922 ci ilden hisse hisse calisdigi Inqilab dergisinde derc etdirmisdir Abdulla Qedirinin bu eseri ilk defe XX esr Azerbaycan dilciliyinin gorkemli simalarindan olan ozbek esilli Azerbaycan dilcisi Xalid Seid Xocayev terefinden1928 ci ilde tercume olunaraq Henefi Zeynallinin redaktorlugu ile Azernesrde cap olunmusdur Esere Xalid Seid Xocayev on soz yazmisdir Eserin muellifi Ozbekistanin mahir yazicilarindan olan Abdulla Qediri Colkanbay zemanenin adamlarindandir ancaq proletar ideolojisile hele ki yogrulmamis proletar dunyasina qarismamis ziyalilardandir Ancaq yene milli ruhdaki ziyalilarin sirasindadir Muherrir bu eserinde kecmis unudulmus gunleri gozumuzun qabaginda canlandirir Abdulla Qediri ozbeklerin Mirze Fetelisi sayila biler 1928 ci ilin fevralinda Abdulla Qediri ikinci boyuk eseri olan Mehrab eqrebi Mehrobdan chayon tarixi romanini tamamlayir ve eser bir il sonra Semerqendde kitab halinda yayinlanir Abdulla Qedirinin oten esrin otuzuncu illerinde qeleme aldigi ve yalniz qaralama seklinde qorunub saxlanilan indiyedek cap olunmamis pyesi esasinda Daskenddeki Ilham teatrinda meshur teatr rejissoru Mark Vayl Ag ag qara leylek eserini tamasaya hazirlamisdir Bezi melumatlara gore bunun ardinca Mark Vaylin facieli olumu onun teatrinda homoerotik estetika sahesinde apardigi tecrubelerle bagli olmusdur ki bu da mehz hemin tamasanin tefsirinde xususile aydin sekilde ozunu gosterir Eserleri Exlaqsiz adli nesr eseri 1916 ci ilde Turkustan vilayetinin qezeti nde derc olunmusdur Bu eserde yazici mulkedar oglu Saqdullanin timsalinda genc ticaretcilerin noqsanlarini onlarin exlaqsiz mehve mehkum heyat terzini aciq sekilde ifsa etmisdir Ele hemin illerde yazdigi Bedbext adaxli draminda ise yazici israfciligi bedxercliyi tenqid hedefi secmisdir Eserde mulkedarin yaninda isleyen kasib gencin facieli taleyi tesvir olunur Abdulla Qediri bu eserini 1925 ci ilde ayrica kitab seklinde capdan buraxdirmisdir Roman uc hisseden ibaretdir Birinci hisse 23 ikinci hisse 17 ucuncu ise 16 hekayetden cemi 56 hekayet ibaretdir Burada XIX esrin I yarisinda ozbek xalqinin heyati tesvir edilmisdir Eserin baslangicinda yazici Muellifden adli giris sozunde qeyd edir ki Biz yeni esre qedem qoymusuq ve butun olkeni yeni yolla getmeye cagiriram Oten gunler in qiymeti kesmis xanlar dovrundeki qanli facieleri baskesmeleri hakimiyyet ugrundaki carpismalari tesvir etmesindedir Mehrab eqrebi eseri XIX yuzillikde xanliqlar dovrunde bas veren hadiseler tesvir obyekti kimi secilse de eserin yarandigi dovrun siyasi ovqati aciq sekilde duyulmaqdadir Eserin Mehrab eqrebi adlandirilmasi muqeddes yerden ibadet mekanindan cixan o yere yarasmayan munafiqlere firildaqcilara alcaqlara paxil imansiz insanlara isaredir Romanda Enver ve Renanin mehebbet macerasi saf ulvi mehebbeti obrazli dille canlandirilir Tercumeleri Abdulla Qediri hem de dilci ve istedadli tercumeci kimi boyuk isler gormusdur O tatar fiziki Abdulla Sunasinin Fizika 1928 Nikolay Vasilyevic Qoqolun Evlenme 1935 Anton Pavlovic Cexovun Albali bagi 1936 eserlerini ozbek diline tercume etmisdir O hemcinin Kazanda nesr olunmus Boyuk rusca ozbekce luget in 1934 tertibinde istirak etmisdir Beraet verilmesi Adulla Qediri repressiya qurbani kimi gullelendirkden sonra Sov IKP nin XX Qurultayina qeder onun eserleri qadagan edilmis ve nesrine yasaqlar qoyulmusdur Iyirmi il erzinde evinde Oten gunler romani tapilan her kes hebs olunmusdur I V Stalinin olumunden sonra ise veziyyet deyismis yazici 1957 ci ilde resmi sekilde reabilitasiya olunmusdur Lakin onun gullelenmesi fakti hemcinin olumunden sonra reabilitasiya fakti uzun iller gizli saxlanilmisdir Bele ki 1958 ci ilde isiq uzu goren Oten gunler romaninin rus diline tercumesinin on sozunde Abdulla Qedirinin tercumeyi halindan behs olunarken onun olum tarixi ve seraiti haqqinda hec ne deyilmir Bioqrafiyanin muellifi taninmis yazici Izzet Sultanovdur Mehrab eqrebi romaninin rus diline tercumesi anonim bioqrafik qeydle musayiet olunmus ve orada qisaca Abdulla Qediri 1939 cu ilde vefat etmisdir kimi qeyri deqiq melumat verilmisdir Xatiresinin ebedilesdirilmesi Abdulla Qediri olumunden sonra Elisir Nevai adina Ozbekistan Respublikasinin Dovlet Mukafatina 1991 layiq goyulmus Ozbekistan Prezidentinin fermani ile Musteqillik ordeni 15 avqust 1994 ile teltif edilmisdir Abdulla Qadiri adina Ozbekistan Respublikasinin Dovlet Mukafati tesis edilmisdir Daskend Dovlet Medeniyyet Institutu Daskenddeki medeniyyet ve istirahet parki Daskendin merkezi kucelerinden ve metro stansiyalarindan biri respublikanin muxtelif seherlerinin kuceleri bir cox medeniyyet ocaqlari onun adini dasiyir Oten gunler ve Mehrab eqrebi romanlari esasinda filmler 1969 1973 1996 ve bir cox seriallar cekilmisdir Ozbekistanda ailede usaq dunyaya gelende Abdulla Qedirinin romanlarinin qehremanlarinin adlarini qoymaq enene halini almisdir Azerbaycanda yayinlanan kitablariOten gunler Tercume edeni Xalid Seid Xocayev Henefi Zeynalli Baki Azernesr 1928 Oten gunler Tercume edeni Xalid Seid Xocayev Henefi Zeynalli Baki Azernesr 1929 Oten gunler Tercume edeni I Ibrahimov Baki Usaqgencnesr 1960 386 s Mehrab eqrebi tarixi roman Tercume edeni Y Memmedov Baki Genclik 1970 263 s Oten gunler Tercume edeni I Ibrahimov Baki Genclik 1979 338 s Oten gunler Tercume edeni I Ibrahimov Baki Genclik 1987 332 s Oten gunler Tercume edeni Xalid Seid Xocayev Baki Tehsil 2023 408 s HaqqindaQosjonov M Abdulla Qodiriynin tasvirlas sanati T Fan 1966 Qosjonov M Ozbeknin ozligi T 1994 Mirzayev I Abdulla Qodiriynin ijodiy evolyusiyasi T Fan 1977 Qodiriy H Otam haqida T 1983 Normatov U Qodiriy bogi T 1995 Karimov B XX asr ozbek adabiyotsunosligida talqin muammosi Qodiriysunoslik misolida FFD dissertasiyasi T 2002Hemcinin baxOzbek edebiyyatiIstinadlarAbdulla Qodiriy zamondoshlari xotirasida T 1988 Oybek Asarlar 19 jildli 16 jild Abdulla Qodiriyning ijodiy yoʻli T 1979 Qoʻshjonov M Abdulla Qodiriyning tasvirlash sanʼati T Fan 1966 ABDULLA QEDIRI muasir ozbek edebiyyatinin inkisafinda xususi xidmetleri olan senetkar 2023 08 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 08 15 Azerbaycan Ozbek cigatay edebi elaqeleri Almaz Ulvi ABDULLA QEDIRI muasir ozbek edebiyyatinin inkisafinda xususi xidmetleri olan senetkar 2023 08 15 tarixinde Istifade tarixi 2023 08 15 Ozbek edebiyyati Almaz Ulvi Abdulla Qedirinin Oten gunler kitabi Azerbaycan dilinde teqdim olunub 2023 08 17 tarixinde Istifade tarixi 2023 08 17 ABDULLA QEDIRI muasir ozbek edebiyyatinin inkisafinda xususi xidmetleri olan senetkar 2023 08 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 08 15 ABDULLA QEDIRI muasir ozbek edebiyyatinin inkisafinda xususi xidmetleri olan senetkar 2023 08 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 08 15 Ozbek edebiyyati Almaz Ulvi Abdulla Qedirinin Oten gunler eseri Azerbaycanda yeniden capdan cixibXarici kecidler