Zeynallı Hənəfi Baba oğlu (1896, Bakı – 13 oktyabr 1937 və ya 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Hənəfi Zeynallı | |
---|---|
Doğum tarixi | 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1937 və ya 1937 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, xalq nağılları kolleksiyaçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır.
Təhsili
Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir.
Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir. Bu illərdə o, tələbələrin gizli inqilabi fəaliyyətləri ilə tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir. Buna görə də o, institutun ikinci kursundan xaric edilir.
Daha sonra 1920-ci ilin yanvar ayında İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olur, lakin Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar partiya və sovet idarələrində işləmək üçün 1920-ci ilin iyul ayında Türkiyədən geri çağrılır. Hənəfi Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunur və oranı 1927-ci ildə birinci dərəcəli diplomla qurtararaq hərbi xəstəxana həkimi adını alır. 1930-cu ildə dosent olmuşdur.
Fəaliyyəti
Əmək fəaliyyəti
Hənəfi Zeynallı 1920–1922-ci illərdə respublikanın ictimai həyatında yaxından iştirak etmişdir. O, Göyçay, Şamaxı, Muğan, Salyan qəzalarında partiya və sovet orqanların yaranmasında iştirak etmiş, həmin illərdə AKP MK-nın qadınlar şurasında, məktəbdənkənar və kənddə iş şöbələrində müdir işləmişdir. Eyni zamanda, keçmiş Xalq Maarif Komisarlığı kollegiyasının üzvü olmuş və burada məktəbdənkənar şöbəyə rəhbərlik etmişdir.
O, 1921–1922-ci illərdə keçmiş "Kommunist" qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. Eyni zamanda, Şuşa qəza partiya komitəsinin katibi, daha sonra isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının orqanı olan "Zəhmət" qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir. Azərbaycan KP V qurultayının nümayəndəsi olan Hənəfi Zeynallı həmin qurultayda təftiş komissiyasının üzvü seçilmişdir.
Hənəfi Zeynallı 1927–1928-ci illərdə Bakı Dövlət Universitetinin tarixi kafedrasına, daha sonra Ali Pedaqoji İnstituta elmi işçi təyin edilmişdir. O, ilk əvvəl professorlardan Bəkir Çobanzadənin, S. Vasilyevin, T. Berinin, A. Baqrinin və b. rəhbərliyi altında işləyib. 1930-cu ildən isə Hənəfi Zeynallı APİ-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti kimi tələbələrə Azərbaycan ədəbiyyatı tarixi, dünya ədəbyyatı tarixi fənlərindən mühazirələr oxumuşdur.
Bəzi mənbələrdə bu tarix 1922–1927-ci illər olaraq göstərilir. Belə ki, 1922–1927-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Hənəfi Zeynallı bu təhsil ocağının Şərq fakültəsinin Azərbaycan-türk ədəbiyyatı tarixi kafedrasında, 1930-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.
O, 1923–29-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalışmış, sonralar isə ömrünün axırına kimi redaktoru vəzifəsində çalışmışdır. Bu zaman özünün qeyd etdiyi kimi respublikada nəşr olunan bütün elmi-ədəbi əsərlər onun əlindən keçmiş və onlara münasib müqəddimə və başlanğıc yazmışdır. 1930–1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. O, AKP MK-nin təklifi ilə Leninin altıcildlik "Əsərləri"nin tərcüməçisi, subredaktoru və Partizdatın müdiri işləmişdir.
Hənəfi Zeynallı keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Həmin şöbə akademiyanın nəzdində instituta çevrildikdən sonra müxtəlif vaxtlarda folklor şöbəsinin müdiri, elmi katib, direktor müavini, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində folklor komissiyasının sədri vəzifəsini icra etmişdir. Eyni zamanda, 1936-cı ilin sentyabrında AZFAN-ın yanında Baş Mətbuat Müvəkkili vəzifəsində işləmişdir. 1923–1936-cı illərdə Hənəfi Zeynallı elmi-tədqiqat işini üç istiqamətdə aparırdı. O, bir tərəfdən folklor materialların toplayıb qaydaya salır, digər tərəfdən müasir və klassik Azərbaycan ədəbiyyatını öyrənir, onun təbliği ilə məşğul olur, dərgilər və proqramlar tərtib edirdi.
1930–1935-ci illərdə isə SSRİ EA Azərbaycan filialı Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat bölməsində Folklor şöbəsinin müdiri işləmiş, həmçinin "Kommunist", "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Maarif işçisi" qəzet və jurnalları ilə əməkdaşlıq edərək ədəbi-publisistik yazılarla çıxış etmişdir.
Yaradıcılığı
Hənəfi Zeynallı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmi-ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, ilk şeir, hekayə və məqalələrini 1912-ci ildən Azərbaycan dövri mətbuatında dərc etdirməyə başlamışdır. Onun "Namus" adlı 68 səhifəlik ilk hekayə kitabı 1914-cü ildə Bakıda "Ümid" Nəşriyyatı şirkəti tərəfindən nəşr edilmişdir. Azərbaycan sovet dramaturgiyasının banisi Cəfər Cabbarlının şəxsi məktubları arasında Hənəfi Zeynallının 1 yanvar 1917-ci ildə Moskvadan ona göndərdiyi məktubunda qeyd olunub:
Sevgili qardaşım, Cəfər! Gələcəkdə bizim millətdə də səni Tofiq Fikrət, Namiq Kamal kimi, ingilislərin Şekspiri, almanların Hötesi kimi görmək istəyirəm. Afaq fikrini aç, başqa əsərlərdən oxu. Mütaliədə bir şey tapdıqca sən başqasını yaradarsan. Bəlkə ondan daha qüvvətli yazarsan. Şair və ədib millətə lazımdır! |
Azərbaycan folklorunu toplamaq və nəşr etmək işinin ilk təşəbbüskarlarından olan Hənəfi Zeynallı şifahi xalq yaradıclığının sovet dövründə daha da inkişaf etməsinə, onun elmi-nəzəri məsələlərinin aydınlaşdırılmasına, M. Qorkinin I Ümumittifaq sovet yazıçıları qurultayındakı məruzəsindən irəli gələn vəzifələri həyata keçirilməsinə çalışan ilk görkəmli folklorşünas-alimdir. 20-ci illərdə Azərbaycan xalq ədəbiyyatının (bayatılar, mahnılar, atalar sözü, tapmacalar, nağıllar , dastanlar) toplanması və nəşri işinə böyük əhəmiyyət verilirdi. Bu sahədə Hənəfi Zeynallının xidməti daha çox diqqəti cəlb edir. O, bir tərəfdən toplanmış materialları kitab halında nəşrinə çalışır, redaktə edir, digər tərəfdən isə bu kitablara müqəddimələr yazırdı. Azərbaycan folklorşünaslığı sahəsində onun bu xidməti 1922–1936-cı illər dövri mətbuatında dərc olunmuş məqalələrində aydın nəzərə çarpır. Bu əsərlərdə folklorşünaslığın mühüm elmi-nəzəri məsələləri, onun toplanması və tədqiqi prinsipləri aydınlaşdırılır.
Xalq lirikası, məzmun və ideya və forma məsələləri ədəbiyyatşünaslıq tarixində daha az tədqiq edilmişdi. Bu baxımdan bayatı Hənəfi Zeynallının tədqiqlərində ilk dəfə ətraflı araşdırılmışdır. Sovet dövründə ilk dəfə 1925-ci ildə "Azərbaycan ədəbiyyat cəmiyyəti" tərəfindən buraxılmış "Azərbaycan xalq ədəbiyyatından: Bayatılar" adlı 1-ci kitaba yazdığı müqəddiməsində Hənəfi Zeynallı qeyd edirdi:
Bu kitabça gələcəkdə bu yolla görüləcək işlərin birinci addımıdır. |
Burada bayatılarla yanaşı, el manilərinin də ideya-bədii xüsusiyyətləri nəzərdən keçirilirdi.
Hənəfi Zeynallı "Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti"ndə folklor komissiyasının sədri olduğu və sonralar isə AZFAN-da folklor şöbəsinə rəhbərlik etdiyi illərdətez-tez respublikanın rayon və kəndlərinə ekspedisiyalar təşkil etmiş, Azərbaycan folklorunun müxtəlif janrlarını – bayatı və maniləri, lətifə və məsələləri, aşıq şeirləri və nağılları, yeni dastanları toplamaqla ciddi məşğul olmuşdu.
Hənəfi Zeynallı şəxsi iş qovluğunda saxlanılan əlyazmaları arasında elmi əsərlərinin öz dəsti-xətti ilə yazılmış siyahısında Ə. Muznibin "Molla Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), S. Mümtazın iki cilddə "El şairləri" (1927–28, 1936), H. Əlizadənin "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları"(1929–30), "Azərbaycan nağılları" (1929), "Aşıqlar"(1935) və s. kitablarını redaktə etməklə bunlara yığcam müqəddimələr yazdığını qeyd edir.
Hənəfi Zeynallı bütün ömrü boyu bayatıların, atalar sözü və məsəllərin, tapmaca və lətifələrin, nağıl və əfsanələrin rus dilinə tərcümə olunub Ümumittifaq miqyasına çıxması üçün çalışırdı. Nəhayət, 1930-cu ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutu tərəfində üç cilddən ibarət litoqrafik folklor seriyasından "Фолклор Азербайджана и прилегающих стран" adlı kitab buraxılır. Həmin kitabda Hənəfi Zeynallının "Художественный фолклор Азербайджана" adlı müqəddiməsi verilmişdir. Eyni zamanda, Hənəfi Zeynallı və A. Baqri tərəfindən rus dilində "Азербайджанские тюрскские сказки" adlı kitab buraxılmışdır. Kitabda müxtəlif sujetdən ibarət 74 nağıl vardır.
Hənəfi Zeynallı respublikada ilk dəfə "Azərbaycanda Mirzə Fətəli əsri" (1928), "M. F. Axundzadənin əsərlərində ideologiya" (1928), "M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti" (1928) kimi əsərlər yaratmaqla, xalqın ədəbi-ictimai fikir tarixini ciddi surətdə araşdırmışdır. Eyni zamanda, Hənəfi Zeynallının Seyid Əzim Şirvaninin "Seçilmiş əsərləri"(1930), "Natəvan Xurşid Banu"(1928), "Nakam (Seçmə parçaları)" (1928) kitablarına yazdığı müqəddimələr zəngin ədəbi irsin tədqiqinə yönəlmişdir.
Ədəbiyyatşünaslıq sahəsində geniş fəaliyyət göstərən Hənəfi Zeynallı 1925–1926-cı illərdə Firudin bəy Köçərlinin iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının redaktoru olmuş, həmin kitaba "Bir-iki söz" adlı müqəddimə yazmışdır. Hənəfi Zeynallı K. Marksın, F. Engelsin və V. İ. Leninin əsərlərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir.
Məqalələri
Hənəfi Zeynallının elmi fəaliyyəti yalnız klassik irsin tədqiqi və nəşri ilə məhdudlaşmır. Yaradıcılığa başladığı ilk illərdə, yəni Böyük Oktyabr sosialist inqilabına qədər əsasən bədii yaradıcılıqla məşğul olan Hənəfi Zeynallı 20-ci illərin əvvəllərində qüvvətlənən ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində fəal iştirak edir. Onun bu illərdə "Gələcək", "Maarif və mədəniyyət", "Maarif incisi", "İnqilab və mədəniyyət", "Azərbaycan öyrənmə yolu" jurnallarının, "Kommunist" və ona əlavə "Xalq ədəbiyyatı həyatdan doğar" vərəqinin, "Zəhmət" və s. qəzetlərin səhifələrində 200-dən artıq ədəbi-tənqidi, elmi əsərləri çap olunmuşdur.
Onun "Gələcək" jurnalında dərc etdirdiyi "Sənət nə üçündür?" (1922) məqaləsində göstərirdi ki, ədəbiyyatı dərindən öyrənmək üçün sənətin əsas qaynaqlarını və onun estetik prinsiplərini bilmək lazımdır. O, 1922-ci ildən dövrü mətbuatda elmi və tənqidi məqalələrini dərc etdirirdi. O, Azərbaycan sovet ədəbiyyatına dair bir sıra dəyərli məqalələrin müəllifidir. Onun S. S. Axundovun "Laçın yuvası" xüsusunda" (1923), "Hüseyn Sadiq haqqında" (1928), "Fövzi haqqında" (1929), "Əbülhəsən haqqında" (1930) məqalələri vardır.
Hənəfi Zeynallı "Azərbaycan el nəğmələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları haqqında bir neçə söz" (1929), "Azərbaycan aşıqları"(1930) və s. məqalələrin də müəllifidir. O, həmçinin çox mühüm nəzəri əhəmiyyəti olan "Azərbaycan el ədəbiyyatı"(1926), "Xalq ağız ədəbiyyatı"(1928), "Oktyabr inqilabı və Azərbaycan folkloru" kimi məqalələr də yazmışdır. Bu məqalələrdə Azərbaycan şifahi xalq ədəbiyyatının keçmiş tarixi, inkişafı, forma və məzmun xüsusiyyətləri dərindən tədqiq edilir. "Azərbaycan folkloru", "Azərbaycan el ədəbiyyatı" məqalələrində müəllif folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənmə məsələlərini sistemləşdirməyə çalışmışdır.
Hənəfi Zeynallı 1926-cı ildə yazdığı "Ağız ədəbiyyatı" adlı məqaləsində xalq əhəmiyyətini göstərməklə, yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatını qarışdıranların fikirlərini təkzib etməklə yanaşı, ona təsir edən iki mühüm amili-yazılı ədəbiyyatın və şəxsiyyətin rolunu xüsusi qeyd etmişdir. O, həmçinin "Azərbaycanda el ədəbiyyatı"(1926) adlı başqa bir məqaləsində yazılı ədəbiyyata ən qüvvətli təsir göstərən, xalq ədəbiyyatı bizdə tamamilə unudulmuş bir halda olmasından bəhs etmiş və məqalədə qeyd etmişdir:
Əgər bizim el ədəbiyyatımız toplanarsa, cildlərlə kitablar nəşr edilər. |
O, 1923-cü ildə təşkil edilmiş "Azərbaycan Ədib və Şairlər İttifaqı" Rəyasət Heyətinin sədr müavini seçilmişdi. Bu təşkilatın əsas fəaliyyəti Sovet hakimiyyətinin ilk illərində çıxan "Kommunist" qəzetinə əlavə şəklində buraxılan "Xalq ədəbiyyatı həyatdan doğar" adlı ədəbi səhifəni buraxmaqdan ibarət idi. Bu işdə Hənəfi Zeynallı yaxından iştirak edirdi. "Xalq ədəbiyyatı həyatdan doğar" adlı ədəbi səhifələrdə Hənəfi Zeynallı şifahi xalq ədəbiyyatını və onun xüsusiyyətlərini səciyyələndirən "Həyat və sənət" (1923), "Xəvas və əvam ədəbiyyatı" (1923) məqalələrini dərc etdirmişdir.
Hənəfi Zeynallının məqalələri bir sıra məlum hadisələri daha dərindən və ətraflı işıqlandırmağa kömək etmişdir. Bu baxımdan "Feodalizmin təşəkkül və inkişafı dövründə Azərbaycan ədəbiyyatı" (1928), "Mərsiyəçilik ədəbiyyatı və onun xüsusiyyətləri"(1928), bitməmiş "XX əsr Azərbaycan ədəbiyyatı"(1930) məqalələri müəyyən əhəmiyyətə malikdir. Bu məqalələrdə XII əsrdən başlayaraq "Molla Nəsrəddin" jurnalının yaranmasına qədər olan dövrün ictimai-siyasi mənzərəsi və ədəbi prosesi araşdırılmışdır.
"XX əsr Azərbaycan ədəbiyyatı" adlı məqaləsində müəllif XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatını yeni janr və üslubla, yeni mövzu və ideyalarla zənginləşdirən M. F. Axundov, N. B. Vəzirov, Ə. Haqverdiyev, S. M. Qənizadə, S. Saxundov, Y. V. Çəmənzəminli, M. Hadi və H. Cavid haqqında məlumat verir və onları ümumi surətdə xarakterizə edir.
Klassik irsin tədqiqi ilə bağlı bir sıra vacib nəzəri problemlər də alim-tənqidçinin əsərlərində öz həllini tapmışdır. Onun klassik irsə dair yazdığı məqalələrin mövzu dairəsi genişdir. Hənəfi Zeynalının "Qərbdə ticarət kapitalizminin inkişafı dövründə feodal saray zadənganlığının ədəbi üslubu" (1928), "A. S. Puşkin" – "Yevgeni Onegin" (1928), "M. Y. Lermontov" – "Bizim əsrin qəhrəmanları" (1928), "Rəcaizadə Məhmud Əkrəm" (1936), "L. N. Tolstoy" (1936), "A. P. Çexov"(1936), "Maksim Qorki" (1936), "V. V. Mayakovski" (1934), "Anri Barbus" (1934), "Herhart Hauptman" (1936), "Çalı quşu" haqqında bir neçə söz" (1929), "Bugünkü Türkiyə burjua ədəbiyyatı" (1930),"Tofiq Fikrət" (1936) və s. məqalələri qardaş və qonşu xalqların Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi işıqlandırılmışdır.
Kitabları
1926-cı ildə Hənəfi Zeynallının "Azərbaycan atalar sözü və məsəllər" kitabı nəşr edilmşdir. Kitab həmin dövrə qədər çap edilən bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilir. Hənəfi Zeynallı Azərbaycan dövri mətbuatında dərc edilmiş mövcud atalar sözlərinin hamısını nəzərdən keçirərək, onların mənbələrini göstərməklə öz kitabına daxil etmişdir. "Atalar sözü və məsəllər" kitabı böyük bir müqəddimə ilə başlayır. Bu müqəddimə Zeynallının xalq ədəbiyyatının bir çox nəzəri məsələlərini dərindən bildiyini göstərir. Kitabda dörd minədək atalar sözü və məsəl toplanıb. Eyni zamanda, "Atalar sözü və məsəllər" kitabında təkcə atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət gedir.
Hənəfi Zeynallının 1928-ci ildə nəşr edilmiş "Azərbaycan tapmacaları" adlı kitabı da folklorşünaslıq üçün yeni hadisə idi. Müəyyən elmi prinsiplər əsasında tərtib edilmiş kitabda 760 tapmaca toplanmışdır. Onun 1928-ci ildə yazdığı "Türk ədəbiyyatı üzrə iş kitabı" əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.Hənəfi Zeynallı 1935-ci ildə Azərbaycan nağıllarını tərtib edərək rus dilində nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M. Y. Sokolov redaktə edir.
Repressiya illəri
Hənəfi Zeynallı 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlamaqda və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşmaqda, eyni zamanda, 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, həmçinin Bəkir Çobanzadə ilə sıx əlaqə saxlamaqda günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində əksinqilabi millətçi ideologiyadan yazması olmuşdur.
Həqiqət kimi qələmə verilən bütün bu ittihamlara görə Hənəfi Zeynallı məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl akademiyada tutduğu bütün vəzifələrdən azad edilir. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir. Bir mənbədə bu tarix 1937-ci il yanvarın 27-si olaraq göstərilir. Hənəfini bir çox əksinqilabçı və millətçi, eyni zamanda, Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər.
Lakin folklorşünasın həmin şəxslərlə əlaqəsi olmadığından ona qarşı olan bütün ittihamları rədd edir. Aylarla sürən ağır fiziki və mənəvi işgəncələr öz işini görür. H. Zeynallı ona qarşı irəli sürülən ittihamları qəbul etmək məcburiyyətində qalır. Həmin hal fevralın 23-də də təkrarlanır. Fevral ayının 24-dəki istintaqda Hənəfi Zeynallı birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir:
Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim və s. |
Bu rejim heç bir günahı olmadığı halda Hənəfi Zeynallıya fevralın 9-u, 10-u və 11-də əksinqilabi təşkilata R. Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Folklorşünas ittihamların hamısını təsdiqləyərək deyir:
1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər almış, türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirmişəm. |
Lakin bütün bunları Hənəfi Zeynallıya işgəncələrin gücü ilə etiraf etdirirlər. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası olur. Hənəfi Zeynallının da məhkəməsi cəmi 15 dəqiqə çəkir. Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını güllələnməyə məhkum edir. 1937-ci il oktyabrın 13-də hökm Bakıda yerinə yetirilir.
1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə, 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi. Beləliklə, yanlız ölümündən sonra bəraət almışdır.
Ailəsi
- Həyat yoldaşı Səyyarə Zeynallı — 1907-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilli idi. Ailə tərkibi: oğlu Azər Hənifə oğlu — 1930-cu il, qızı Zemfira −1933-cü il təvəllüdlü. Səyyarə Səttar qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 15 oktyabr 1937-ci ildə həbs edilmişdir. SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən Zeynallı Səyyarə Səttar qızı 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. Sürgündən sonra Zaqatala rayonunda yaşayıb. Zeynallı Səyyarə Səttar qızı 1952-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə müraciət edərək məhkumluğunun üzərindən götürülməsini xahiş etmişdir, lakin SSRİ DTN yanında Xüsusi Müşavirə 6 avqust 1952-ci il tarixli qərarı ilə həmin xahişi rədd edib. Zeynallı Səyyarə Səttar qızına Azərbaycan SSR Ali Məhkəməsinin 17 fevral 1956-cı il qərarı ilə bəraət verilmişdir.
Mükafatları
Hənəfi Zeynallı Leninin altıcildlik "Əsərləri"nin birinci cildinin yarısını dilimizə tərcümə etdiyi, ikinci və üçüncü cildlərinin subrerdaktoru olduğu üçün Şaumyan adına Marsizm-Leninizm İnstitutu tərəfindən mükafatlandırılmışdır.
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980
- P. Əfəndiyev. "Azərbaycan şifahi xalq ədəbiyyatı". Bakı, "Maarif", 1981
- Y. Əliyev. "Azərbaycan folklorşünaslıq elminin tarixi". Bakı, 1999
- H. Zeynallı. "Azərbaycan folklorşünaslıq elminin tarixi". Bakı, 1926
- H. Zeynallı. "Azərbaycan tapmacaları. Bakı, Azərnəşr", 1928
- H. Zeynallı. "Seçilmiş əsərləri". Bakı, Yazıçı, 1983
- V. Vəliyev. "Azərbaycan folkloru". Bakı, Maarif, 1985
- B. И. Даль. "Толковый словарь", т-III, Москва, 1912
- Əfəndiyev P. Hənəfi Zeynallı : folklorşünaslıq fəaliyyəti //Şifahi xalq ədəbiyyatı. – Bakı : Maarif, 1992. – S.53-55.
- Kənan A. Birinci türkoloji qurultayın qurbanı : Hənəfi Zeynallı// XX əsrdə repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S.109-116.
- Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı: Nurlar, 2019, s.177-179
İstinadlar
- Ḣănăfi Zei̐nally // Faceted Application of Subject Terminology.
- Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке)
- "Böyük elm fədaisi Hənəfi Zeynallı" (PDF) (Azərbaycan). clb.az. 21 yanvar 2018 tarixində (PDF).
- "Hənəfi Zeynallı" (Azərbaycan). azyb.az. 8 noyabr 2016 tarixində .
- Oktay. "«Azərbaycanın atalar sözləri və məsəllər» Hənəfi Zeynallının Azərbaycan folklorunun toplanması, tərtibi və nəşrində müstəsna xidmətləri olub" (Azərbaycan). anl.az. 27 oktyabr 2020 tarixində .
- Xəzangül Məmmədova. "Hənəfi Zeynallının Azərbaycan folklorunun toplanması, tərtibi və nəşrində rolu" (Azərbaycan). dergipark.org.tr. 25 mart 2020 tarixində .
- Aynurə Əliyeva. "Tanınmış folklorçu və ədəbiyyatşünas Hənəfi Zeynallı" (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində .
- Hənəfi Zeynallı. Seçilmiş əsərləri. Bakı: "Yazıçı". 1982. 319.
- Hənəfi Zeynallı. "Azərbaycan atalat sözü" (PDF) (Azərbaycan). folklor.az. 22 sentyabr 2018 tarixində (PDF).
- M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 118.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində . İstifadə tarixi: 2021-06-06.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeynalli Henefi Baba oglu 1896 Baki 13 oktyabr 1937 ve ya 1937 Baki muellim edebiyyatsunas tenqidci folklorsunas metnsunas Azerbaycan sifahi xalq edebiyyatinin ilk tedqiqatcilarindan biri 1934 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Henefi ZeynalliDogum tarixi 1896Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 13 oktyabr 1937 1937 10 13 ve ya 1937Vefat yeri Baki Azerbaycan SSR SSRIFealiyyeti yazici xalq nagillari kolleksiyacisi Vikianbarda elaqeli mediafayllarHeyatiHenefi Zeynalli 1896 ci ilde Bakinin Merdekan qesebesinde demirci nalbend ailesinde anadan olmusdur Babasi nalbend Zeynalabdin butun Abseron yarimadasinda hemcinin Merdekan kendinde mahir senetkar kimi taninmisdir Henefi Zeynalli alti yasinda olarken atasi vefat etmisdir O kicik yaslarindan anasinin himayesinde yasamisdir Tehsili Zeynalli yeddinci rus tatar mektebine daxil olmus on iki yasinda mektebde oxuya oxuya ailesini dolandirmaq ucun cekme silmekle qezet satmaqla mesgul olmusdur O rus tatar mektebini bitirdikden sonra Bakida Alekseyev adina 3 nomreli ali ibtidai mektebde tehsilini davam etdirmisdir Henefi Zeynalli 1916 ci ilde hemin mektebi ugurla bitirir Daha sonra imtahan verib musabiqe yolu ile ali texniki mektebe daxil olur Eyni zamanda Moskva Nijniqorod demiryol bas idaresinde isleyir Bu illerde o telebelerin gizli inqilabi fealiyyetleri ile tanis olur ve feal telebe inqilabcilardan birine cevrilir Buna gore de o institutun ikinci kursundan xaric edilir Daha sonra 1920 ci ilin yanvar ayinda Istanbul Universitetinin Huquq fakultesine daxil olur lakin Azerbaycanda Sovet hakimiyyetinin qurulmasi ile elaqedar partiya ve sovet idarelerinde islemek ucun 1920 ci ilin iyul ayinda Turkiyeden geri cagrilir Henefi Zeynalli 1922 ci ilde Azerbaycan Dovlet Universitetinin Tibb fakultesine qebul olunur ve orani 1927 ci ilde birinci dereceli diplomla qurtararaq herbi xestexana hekimi adini alir 1930 cu ilde dosent olmusdur FealiyyetiEmek fealiyyeti Henefi Zeynalli 1920 1922 ci illerde respublikanin ictimai heyatinda yaxindan istirak etmisdir O Goycay Samaxi Mugan Salyan qezalarinda partiya ve sovet orqanlarin yaranmasinda istirak etmis hemin illerde AKP MK nin qadinlar surasinda mektebdenkenar ve kendde is sobelerinde mudir islemisdir Eyni zamanda kecmis Xalq Maarif Komisarligi kollegiyasinin uzvu olmus ve burada mektebdenkenar sobeye rehberlik etmisdir O 1921 1922 ci illerde kecmis Kommunist qezetinin redaksiya heyetinin uzvu olmusdur Eyni zamanda Susa qeza partiya komitesinin katibi daha sonra ise Azerbaycan Hemkarlar Ittifaqlari Surasinin orqani olan Zehmet qezetinin redaktoru kimi fealiyyet gostermisdir Azerbaycan KP V qurultayinin numayendesi olan Henefi Zeynalli hemin qurultayda teftis komissiyasinin uzvu secilmisdir Henefi Zeynalli 1927 1928 ci illerde Baki Dovlet Universitetinin tarixi kafedrasina daha sonra Ali Pedaqoji Instituta elmi isci teyin edilmisdir O ilk evvel professorlardan Bekir Cobanzadenin S Vasilyevin T Berinin A Baqrinin ve b rehberliyi altinda isleyib 1930 cu ilden ise Henefi Zeynalli API nin Azerbaycan edebiyyati tarixi kafedrasinin dosenti kimi telebelere Azerbaycan edebiyyati tarixi dunya edebyyati tarixi fenlerinden muhazireler oxumusdur Bezi menbelerde bu tarix 1922 1927 ci iller olaraq gosterilir Bele ki 1922 1927 ci illerde Azerbaycan Dovlet Universitetinde tehsil alan Henefi Zeynalli bu tehsil ocaginin Serq fakultesinin Azerbaycan turk edebiyyati tarixi kafedrasinda 1930 cu ilden Azerbaycan Dovlet Pedaqoji Institutunun Azerbaycan edebiyyati tarixi kafedrasinda calismisdir O 1923 29 cu illerde Azerbaycan Dovlet Nesriyyatinin esas yaradicilarindan biri kimi fealiyyet gostermis ve oranin bas redaktoru vezifesinde calismis sonralar ise omrunun axirina kimi redaktoru vezifesinde calismisdir Bu zaman ozunun qeyd etdiyi kimi respublikada nesr olunan butun elmi edebi eserler onun elinden kecmis ve onlara munasib muqeddime ve baslangic yazmisdir 1930 1935 ci illerde Azerbaycan Dovlet Elmi Tedqiqat Institutunun edebiyyat bolmesinde folklor sobesinin rehberi vezifesinde calismisdir O AKP MK nin teklifi ile Leninin alticildlik Eserleri nin tercumecisi subredaktoru ve Partizdatin mudiri islemisdir Henefi Zeynalli kecmis SSRI Elmler Akademiyasi Azerbaycan filialinin dil ve edebiyyat sobesinin mudiri olmusdur Hemin sobe akademiyanin nezdinde instituta cevrildikden sonra muxtelif vaxtlarda folklor sobesinin mudiri elmi katib direktor muavini Azerbaycan Tedqiq ve Tetebbo Cemiyyetinde folklor komissiyasinin sedri vezifesini icra etmisdir Eyni zamanda 1936 ci ilin sentyabrinda AZFAN in yaninda Bas Metbuat Muvekkili vezifesinde islemisdir 1923 1936 ci illerde Henefi Zeynalli elmi tedqiqat isini uc istiqametde aparirdi O bir terefden folklor materiallarin toplayib qaydaya salir diger terefden muasir ve klassik Azerbaycan edebiyyatini oyrenir onun tebligi ile mesgul olur dergiler ve proqramlar tertib edirdi 1930 1935 ci illerde ise SSRI EA Azerbaycan filiali Dil ve Edebiyyat Institutunun Edebiyyat bolmesinde Folklor sobesinin mudiri islemis hemcinin Kommunist Maarif ve medeniyyet Inqilab ve medeniyyet Maarif iscisi qezet ve jurnallari ile emekdasliq ederek edebi publisistik yazilarla cixis etmisdir YaradiciligiHenefi Zeynalli elmi pedaqoji fealiyyeti ile yanasi elmi edebi yaradiciliqla da mesgul olmusdur O ilk seir hekaye ve meqalelerini 1912 ci ilden Azerbaycan dovri metbuatinda derc etdirmeye baslamisdir Onun Namus adli 68 sehifelik ilk hekaye kitabi 1914 cu ilde Bakida Umid Nesriyyati sirketi terefinden nesr edilmisdir Azerbaycan sovet dramaturgiyasinin banisi Cefer Cabbarlinin sexsi mektublari arasinda Henefi Zeynallinin 1 yanvar 1917 ci ilde Moskvadan ona gonderdiyi mektubunda qeyd olunub Sevgili qardasim Cefer Gelecekde bizim milletde de seni Tofiq Fikret Namiq Kamal kimi ingilislerin Sekspiri almanlarin Hotesi kimi gormek isteyirem Afaq fikrini ac basqa eserlerden oxu Mutaliede bir sey tapdiqca sen basqasini yaradarsan Belke ondan daha quvvetli yazarsan Sair ve edib millete lazimdir Azerbaycan folklorunu toplamaq ve nesr etmek isinin ilk tesebbuskarlarindan olan Henefi Zeynalli sifahi xalq yaradicliginin sovet dovrunde daha da inkisaf etmesine onun elmi nezeri meselelerinin aydinlasdirilmasina M Qorkinin I Umumittifaq sovet yazicilari qurultayindaki meruzesinden ireli gelen vezifeleri heyata kecirilmesine calisan ilk gorkemli folklorsunas alimdir 20 ci illerde Azerbaycan xalq edebiyyatinin bayatilar mahnilar atalar sozu tapmacalar nagillar dastanlar toplanmasi ve nesri isine boyuk ehemiyyet verilirdi Bu sahede Henefi Zeynallinin xidmeti daha cox diqqeti celb edir O bir terefden toplanmis materiallari kitab halinda nesrine calisir redakte edir diger terefden ise bu kitablara muqeddimeler yazirdi Azerbaycan folklorsunasligi sahesinde onun bu xidmeti 1922 1936 ci iller dovri metbuatinda derc olunmus meqalelerinde aydin nezere carpir Bu eserlerde folklorsunasligin muhum elmi nezeri meseleleri onun toplanmasi ve tedqiqi prinsipleri aydinlasdirilir Xalq lirikasi mezmun ve ideya ve forma meseleleri edebiyyatsunasliq tarixinde daha az tedqiq edilmisdi Bu baximdan bayati Henefi Zeynallinin tedqiqlerinde ilk defe etrafli arasdirilmisdir Sovet dovrunde ilk defe 1925 ci ilde Azerbaycan edebiyyat cemiyyeti terefinden buraxilmis Azerbaycan xalq edebiyyatindan Bayatilar adli 1 ci kitaba yazdigi muqeddimesinde Henefi Zeynalli qeyd edirdi Bu kitabca gelecekde bu yolla gorulecek islerin birinci addimidir Burada bayatilarla yanasi el manilerinin de ideya bedii xususiyyetleri nezerden kecirilirdi Henefi Zeynalli Azerbaycan tedqiq ve tetebbo cemiyyeti nde folklor komissiyasinin sedri oldugu ve sonralar ise AZFAN da folklor sobesine rehberlik etdiyi illerdetez tez respublikanin rayon ve kendlerine ekspedisiyalar teskil etmis Azerbaycan folklorunun muxtelif janrlarini bayati ve manileri letife ve meseleleri asiq seirleri ve nagillari yeni dastanlari toplamaqla ciddi mesgul olmusdu Henefi Zeynalli sexsi is qovlugunda saxlanilan elyazmalari arasinda elmi eserlerinin oz desti xetti ile yazilmis siyahisinda E Muznibin Molla Nesreddin mezhekeleri 1927 Asiq Peri ve muasirleri 1928 S Mumtazin iki cildde El sairleri 1927 28 1936 H Elizadenin Azerbaycan el edebiyyati 1929 Azerbaycan asiqlari 1929 30 Azerbaycan nagillari 1929 Asiqlar 1935 ve s kitablarini redakte etmekle bunlara yigcam muqeddimeler yazdigini qeyd edir Henefi Zeynalli butun omru boyu bayatilarin atalar sozu ve mesellerin tapmaca ve letifelerin nagil ve efsanelerin rus diline tercume olunub Umumittifaq miqyasina cixmasi ucun calisirdi Nehayet 1930 cu ilde Azerbaycan Elmi Tedqiqat Institutu terefinde uc cildden ibaret litoqrafik folklor seriyasindan Folklor Azerbajdzhana i prilegayushih stran adli kitab buraxilir Hemin kitabda Henefi Zeynallinin Hudozhestvennyj folklor Azerbajdzhana adli muqeddimesi verilmisdir Eyni zamanda Henefi Zeynalli ve A Baqri terefinden rus dilinde Azerbajdzhanskie tyurskskie skazki adli kitab buraxilmisdir Kitabda muxtelif sujetden ibaret 74 nagil vardir Henefi Zeynalli respublikada ilk defe Azerbaycanda Mirze Feteli esri 1928 M F Axundzadenin eserlerinde ideologiya 1928 M F Axundovun edebi ve ictimai fealiyyeti 1928 kimi eserler yaratmaqla xalqin edebi ictimai fikir tarixini ciddi suretde arasdirmisdir Eyni zamanda Henefi Zeynallinin Seyid Ezim Sirvaninin Secilmis eserleri 1930 Natevan Xursid Banu 1928 Nakam Secme parcalari 1928 kitablarina yazdigi muqeddimeler zengin edebi irsin tedqiqine yonelmisdir Edebiyyatsunasliq sahesinde genis fealiyyet gosteren Henefi Zeynalli 1925 1926 ci illerde Firudin bey Kocerlinin iki cildden ibaret Azerbaycan edebiyyati tarixi materiallari kitabinin redaktoru olmus hemin kitaba Bir iki soz adli muqeddime yazmisdir Henefi Zeynalli K Marksin F Engelsin ve V I Leninin eserlerini ilk defe Azerbaycan diline tercume etmisdir Meqaleleri Henefi Zeynallinin elmi fealiyyeti yalniz klassik irsin tedqiqi ve nesri ile mehdudlasmir Yaradiciliga basladigi ilk illerde yeni Boyuk Oktyabr sosialist inqilabina qeder esasen bedii yaradiciliqla mesgul olan Henefi Zeynalli 20 ci illerin evvellerinde quvvetlenen edebi tenqid ve edebiyyatsunasliq sahesinde feal istirak edir Onun bu illerde Gelecek Maarif ve medeniyyet Maarif incisi Inqilab ve medeniyyet Azerbaycan oyrenme yolu jurnallarinin Kommunist ve ona elave Xalq edebiyyati heyatdan dogar vereqinin Zehmet ve s qezetlerin sehifelerinde 200 den artiq edebi tenqidi elmi eserleri cap olunmusdur Onun Gelecek jurnalinda derc etdirdiyi Senet ne ucundur 1922 meqalesinde gosterirdi ki edebiyyati derinden oyrenmek ucun senetin esas qaynaqlarini ve onun estetik prinsiplerini bilmek lazimdir O 1922 ci ilden dovru metbuatda elmi ve tenqidi meqalelerini derc etdirirdi O Azerbaycan sovet edebiyyatina dair bir sira deyerli meqalelerin muellifidir Onun S S Axundovun Lacin yuvasi xususunda 1923 Huseyn Sadiq haqqinda 1928 Fovzi haqqinda 1929 Ebulhesen haqqinda 1930 meqaleleri vardir Henefi Zeynalli Azerbaycan el negmeleri 1927 Asiq Peri ve muasirleri 1928 Azerbaycan el edebiyyati 1929 Azerbaycan asiqlari haqqinda bir nece soz 1929 Azerbaycan asiqlari 1930 ve s meqalelerin de muellifidir O hemcinin cox muhum nezeri ehemiyyeti olan Azerbaycan el edebiyyati 1926 Xalq agiz edebiyyati 1928 Oktyabr inqilabi ve Azerbaycan folkloru kimi meqaleler de yazmisdir Bu meqalelerde Azerbaycan sifahi xalq edebiyyatinin kecmis tarixi inkisafi forma ve mezmun xususiyyetleri derinden tedqiq edilir Azerbaycan folkloru Azerbaycan el edebiyyati meqalelerinde muellif folklorsunasliq tarixinde ilk defe olaraq Azerbaycanda xalq edebiyyatinin cap olunma ve oyrenme meselelerini sistemlesdirmeye calismisdir Henefi Zeynalli 1926 ci ilde yazdigi Agiz edebiyyati adli meqalesinde xalq ehemiyyetini gostermekle yazili edebiyyatla sifahi xalq edebiyyatini qarisdiranlarin fikirlerini tekzib etmekle yanasi ona tesir eden iki muhum amili yazili edebiyyatin ve sexsiyyetin rolunu xususi qeyd etmisdir O hemcinin Azerbaycanda el edebiyyati 1926 adli basqa bir meqalesinde yazili edebiyyata en quvvetli tesir gosteren xalq edebiyyati bizde tamamile unudulmus bir halda olmasindan behs etmis ve meqalede qeyd etmisdir Eger bizim el edebiyyatimiz toplanarsa cildlerle kitablar nesr ediler O 1923 cu ilde teskil edilmis Azerbaycan Edib ve Sairler Ittifaqi Reyaset Heyetinin sedr muavini secilmisdi Bu teskilatin esas fealiyyeti Sovet hakimiyyetinin ilk illerinde cixan Kommunist qezetine elave seklinde buraxilan Xalq edebiyyati heyatdan dogar adli edebi sehifeni buraxmaqdan ibaret idi Bu isde Henefi Zeynalli yaxindan istirak edirdi Xalq edebiyyati heyatdan dogar adli edebi sehifelerde Henefi Zeynalli sifahi xalq edebiyyatini ve onun xususiyyetlerini seciyyelendiren Heyat ve senet 1923 Xevas ve evam edebiyyati 1923 meqalelerini derc etdirmisdir Henefi Zeynallinin meqaleleri bir sira melum hadiseleri daha derinden ve etrafli isiqlandirmaga komek etmisdir Bu baximdan Feodalizmin tesekkul ve inkisafi dovrunde Azerbaycan edebiyyati 1928 Mersiyecilik edebiyyati ve onun xususiyyetleri 1928 bitmemis XX esr Azerbaycan edebiyyati 1930 meqaleleri mueyyen ehemiyyete malikdir Bu meqalelerde XII esrden baslayaraq Molla Nesreddin jurnalinin yaranmasina qeder olan dovrun ictimai siyasi menzeresi ve edebi prosesi arasdirilmisdir XX esr Azerbaycan edebiyyati adli meqalesinde muellif XIX esrin ikinci yarisindan baslayaraq Azerbaycan edebiyyatini yeni janr ve uslubla yeni movzu ve ideyalarla zenginlesdiren M F Axundov N B Vezirov E Haqverdiyev S M Qenizade S Saxundov Y V Cemenzeminli M Hadi ve H Cavid haqqinda melumat verir ve onlari umumi suretde xarakterize edir Klassik irsin tedqiqi ile bagli bir sira vacib nezeri problemler de alim tenqidcinin eserlerinde oz hellini tapmisdir Onun klassik irse dair yazdigi meqalelerin movzu dairesi genisdir Henefi Zeynalinin Qerbde ticaret kapitalizminin inkisafi dovrunde feodal saray zadenganliginin edebi uslubu 1928 A S Puskin Yevgeni Onegin 1928 M Y Lermontov Bizim esrin qehremanlari 1928 Recaizade Mehmud Ekrem 1936 L N Tolstoy 1936 A P Cexov 1936 Maksim Qorki 1936 V V Mayakovski 1934 Anri Barbus 1934 Herhart Hauptman 1936 Cali qusu haqqinda bir nece soz 1929 Bugunku Turkiye burjua edebiyyati 1930 Tofiq Fikret 1936 ve s meqaleleri qardas ve qonsu xalqlarin Azerbaycan edebiyyati ile qarsiliqli elaqesi isiqlandirilmisdir Kitablari1926 ci ilde Henefi Zeynallinin Azerbaycan atalar sozu ve meseller kitabi nesr edilmsdir Kitab hemin dovre qeder cap edilen butun folklor kitablarindan oz elmi prinsipleri ile secilir Henefi Zeynalli Azerbaycan dovri metbuatinda derc edilmis movcud atalar sozlerinin hamisini nezerden kecirerek onlarin menbelerini gostermekle oz kitabina daxil etmisdir Atalar sozu ve meseller kitabi boyuk bir muqeddime ile baslayir Bu muqeddime Zeynallinin xalq edebiyyatinin bir cox nezeri meselelerini derinden bildiyini gosterir Kitabda dord minedek atalar sozu ve mesel toplanib Eyni zamanda Atalar sozu ve meseller kitabinda tekce atalar sozlerinden deyil umumiyyetle xalq edebiyyatindan onun menseyinden janrlarindan sohbet gedir Henefi Zeynallinin 1928 ci ilde nesr edilmis Azerbaycan tapmacalari adli kitabi da folklorsunasliq ucun yeni hadise idi Mueyyen elmi prinsipler esasinda tertib edilmis kitabda 760 tapmaca toplanmisdir Onun 1928 ci ilde yazdigi Turk edebiyyati uzre is kitabi eserlerinde folklor terminologiya ve s ile bagli meselelere toxunur Henefi Zeynalli 1935 ci ilde Azerbaycan nagillarini tertib ederek rus dilinde nesr etdirir Kitabi gorkemli rus folklorsunasi professor M Y Sokolov redakte edir Repressiya illeriHenefi Zeynalli 1928 ci ilde Bakida Turkiye konsulu Ferid beyle elaqe saxlamaqda ve onun vasitesile taninmis turk milletci xadimi Ismayil Hikmetle mektublasmaqda eyni zamanda 1929 cu ilde ve sonraki dovrde musavatcilardan Baharli Feyzullayev Movsumov ve basqalari hemcinin Bekir Cobanzade ile six elaqe saxlamaqda gunahlandirilirdi Ittihamlardan biri de alimin oz eserlerinde eksinqilabi milletci ideologiyadan yazmasi olmusdur Heqiqet kimi qeleme verilen butun bu ittihamlara gore Henefi Zeynalli mehkeme qaydasinda cezalandirilmazdan evvel akademiyada tutdugu butun vezifelerden azad edilir Hemin hadisenin ertesi gunu ise onun istintaqi baslanir ve uc gun davam edir Bir menbede bu tarix 1937 ci il yanvarin 27 si olaraq gosterilir Henefini bir cox eksinqilabci ve milletci eyni zamanda Nazim Efendi Ismayil Hikmet Xelil Fikret Bekir Cobanzade ve basqalari ile elaqe saxladigina gore ittiham edirler Lakin folklorsunasin hemin sexslerle elaqesi olmadigindan ona qarsi olan butun ittihamlari redd edir Aylarla suren agir fiziki ve menevi isgenceler oz isini gorur H Zeynalli ona qarsi ireli surulen ittihamlari qebul etmek mecburiyyetinde qalir Hemin hal fevralin 23 de de tekrarlanir Fevral ayinin 24 deki istintaqda Henefi Zeynalli birden bire tamamile deyiserek basqa sozler deyir Beli men eksinqilabi kitablar alirdim Beli men eksinqilabi teskilatin uzvu idim Cavad Bagirzadeni Hebib Semedzadeni Imran Babayevi de hemin teskilata celb etmisem Beli men eksinqilabi milletci kadrlar terbiye edib yetisdirmisem Beli men Turkiyeye meyil etmek baximindan Azerbaycanin SSRI den ayrilmasina terefdar idim ve s Bu rejim hec bir gunahi olmadigi halda Henefi Zeynalliya fevralin 9 u 10 u ve 11 de eksinqilabi teskilata R Axundov terefinden celb olundugunu etiraf etdirir Folklorsunas ittihamlarin hamisini tesdiqleyerek deyir 1936 ci ilin sonunda onun kabinetinde Bakida ve respublikanin rayonlarinda gencleri teskilata celb etmek kimi gosterisler almis turk ziyalilari arasinda isi genislendirerek onlari terrora texribatciliga ziyankarliga casusluga ve muharibe vaxti teslimciliye istiqametlendirmisem Lakin butun bunlari Henefi Zeynalliya isgencelerin gucu ile etiraf etdirirler 1937 ci il oktyabrin 12 de SSRI Ali Mehkemesi Herbi Kollegiyasi seyyar sessiyasinin Matulevicin Zaryanovun ve Jiqurun istiraki ile mehkeme iclasi olur Henefi Zeynallinin da mehkemesi cemi 15 deqiqe cekir Herbi kollegiya Henefi Baba oglu Zeynallini gullelenmeye mehkum edir 1937 ci il oktyabrin 13 de hokm Bakida yerine yetirilir 1957 ci il martin 30 da SSRI Ali Mehkemesinin Herbi Kollegiyasinin qerarina gore 1937 ci il sentyabrin 12 de SSRI Ali Herbi Kollegiyasinin Henefi Baba oglu Zeynallinin istintaq isi uzre cixartdigi hokm deyisdirildi ve cinayet terkibi olmadigi ucun is xetm edildi Belelikle yanliz olumunden sonra beraet almisdir AilesiHeyat yoldasi Seyyare Zeynalli 1907 ci il oktyabrin 1 de Baki seherinde anadan olmusdur Ali tehsilli idi Aile terkibi oglu Azer Henife oglu 1930 cu il qizi Zemfira 1933 cu il tevelludlu Seyyare Settar qizi SSRI MIK nin 4 iyul 1934 cu il tarixli qerarina esasen veten xaininin heyat yoldasi kimi 15 oktyabr 1937 ci ilde hebs edilmisdir SSRI XDIK yaninda Xususi Musaviresinin 9 dekabr 1937 ci il tarixli qerarina esasen Zeynalli Seyyare Settar qizi 8 il muddetine azadliqdan merhum edilmisdir Surgunden sonra Zaqatala rayonunda yasayib Zeynalli Seyyare Settar qizi 1952 ci ilde SSRI Dovlet Tehlukesizlik Nazirliyine muraciet ederek mehkumlugunun uzerinden goturulmesini xahis etmisdir lakin SSRI DTN yaninda Xususi Musavire 6 avqust 1952 ci il tarixli qerari ile hemin xahisi redd edib Zeynalli Seyyare Settar qizina Azerbaycan SSR Ali Mehkemesinin 17 fevral 1956 ci il qerari ile beraet verilmisdir MukafatlariHenefi Zeynalli Leninin alticildlik Eserleri nin birinci cildinin yarisini dilimize tercume etdiyi ikinci ve ucuncu cildlerinin subrerdaktoru oldugu ucun Saumyan adina Marsizm Leninizm Institutu terefinden mukafatlandirilmisdir EdebiyyatAzerbaycan Sovet Ensiklopediyasi Baki 1980 P Efendiyev Azerbaycan sifahi xalq edebiyyati Baki Maarif 1981 Y Eliyev Azerbaycan folklorsunasliq elminin tarixi Baki 1999 H Zeynalli Azerbaycan folklorsunasliq elminin tarixi Baki 1926 H Zeynalli Azerbaycan tapmacalari Baki Azernesr 1928 H Zeynalli Secilmis eserleri Baki Yazici 1983 V Veliyev Azerbaycan folkloru Baki Maarif 1985 B I Dal Tolkovyj slovar t III Moskva 1912 Efendiyev P Henefi Zeynalli folklorsunasliq fealiyyeti Sifahi xalq edebiyyati Baki Maarif 1992 S 53 55 Kenan A Birinci turkoloji qurultayin qurbani Henefi Zeynalli XX esrde repressiyaya meruz qalanlar Baki Azernesr 2011 S 109 116 Vaqif Sultanli Azerbaycan edebi tenqidi Baki Nurlar 2019 s 177 179IstinadlarḢănăfi Zei nally Faceted Application of Subject Terminology Lyudi i sudby Biobibliograficheskij slovar vostokovedov zhertv politicheskogo terrora v sovetskij period 1917 1991 rus SPb Peterburgskoe Vostokovedenie 2013 496 s Socialnaya istoriya otechestvennoj nauki o Vostoke ISBN 978 5 85803 225 0 Boyuk elm fedaisi Henefi Zeynalli PDF Azerbaycan clb az 21 yanvar 2018 tarixinde PDF Henefi Zeynalli Azerbaycan azyb az 8 noyabr 2016 tarixinde Oktay Azerbaycanin atalar sozleri ve meseller Henefi Zeynallinin Azerbaycan folklorunun toplanmasi tertibi ve nesrinde mustesna xidmetleri olub Azerbaycan anl az 27 oktyabr 2020 tarixinde Xezangul Memmedova Henefi Zeynallinin Azerbaycan folklorunun toplanmasi tertibi ve nesrinde rolu Azerbaycan dergipark org tr 25 mart 2020 tarixinde Aynure Eliyeva Taninmis folklorcu ve edebiyyatsunas Henefi Zeynalli Azerbaycan anl az archive missing date tarixinde Henefi Zeynalli Secilmis eserleri Baki Yazici 1982 319 Henefi Zeynalli Azerbaycan atalat sozu PDF Azerbaycan folklor az 22 sentyabr 2018 tarixinde PDF M Emrahov M Salahov N Esedov Azerbaycanda ali mekteb quruculugu ali pedaqoji tehsilin teskili ve inkisafi tarixinin ocerkleri 1917 1941 ci iller Baki Mutercim 2007 seh 118 Arxivlenmis suret 2021 10 22 tarixinde Istifade tarixi 2021 06 06