Estetika (yun. aisthētikós — hiss edən, hissiyyatlı) — insanın dünyaya dəyərlilik münasibətinin spesifik təzahürü olaraq estetik sahəni və insanların bədii fəaliyyət sahəsini öyrənən fəlsəfi elm, hisslər haqqında elm. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumqarten işlətmişdir.
Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir.
Estetika sözünün mənası
Estetika yunan sözüdür. "Aisthetiko" hiss edən, həssas mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi fəaliyyət növüdür. Estetik tərbiyə incəsənətin bir növüdür. Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz.
Tarixi
Estetika termini elmə hələ XVIII əsrdə alman filosofu Aleksandr Qotlib Baumqarten (1714–1762) tərəfindən gətirilmişdir. O bu anlayışı gözəllik nəzəriyyəsi, "Hissi idrak elmi" adlandırmışdır. Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən işləməsinin alman klassik fəlsəfəsinin sonrakı inkişafı üçün böyük əhəmiyyəti olmuşdur.
Estetik fikrin tarixi daha qədimdir. Belə ki, 2500 il bundan əvvəl quldarlıq dövründə Misir, Babilistan, Hindistan və Çində yaranmış, Qədim Yunanıstan və Qədim Romada inkişaf etmişdir. Antik filosofların əsərlərində incəsənətin cəmiyyətdə rolu və onun insanın əxlaqına təsiri məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin "İlahi gözəllik" haqqında mistik təlimlərində hər cür gözəlliyin mənbəyi və ali gözəlliyin təcəssümü allah hesab olunurdu.
Estetika bölmələrinin qarşılıqlı münasibəti bu elmin bütün tarixi inkişafı boyunca bir-birini əvəz etmiş və müxtəlif formalarda başa düşülmüşdür. Dəfələrlə Estetikanı bir neçə müstəqil elmi fənnə (estetik dəyərlər nəzəriyyəsi, estetik qavrayış nəzəriyyəsi, ümumi sənət nəzəriyyəsi) bölmək təklif olunsa da, təcrübə göstərmişdir ki, estetik dəyərləri və bədii mənimsənilməni ayrı-ayrılıqda nəzərdən keçirmək mümkün deyil. Bu, bəzən insanın bədii fəaliyyəti ilə estetik fəallığının eyniləşdirilməsinə səbəb olurdu. Estetikanın hər iki bölməsi bir-birilə təbii şəkildə qarşılıqlı əlaqədə olub, nisbi müstəqilliyə malikdirlər. Birinci bölmədə dəyər münasibətləri sistemində estetikliyin təbiəti və özünəməxsusluğu; çox sayda konkret modifikasiyalarda (gözəllik və eybəcərlik, ucalıq və alçaqlıq, faciəvilik və komiklik və s.) çıxış edən estetik dəyərlərin diferensiasiya qanunauyğunluqları; dəyərlilik və qiymətləndirmənin, estetik qavrayış və estetik təmayüllü təcrübənin dialektik əlaqəsi; mədəniyyətin müxtəlif sahələrində, sosial və fərdi həyatda insanın estetik fəallığının əhəmiyyəti; müxtəlif inikas sahələrində — praktik fəaliyyətdə və müşahidədə, insanların tərbiyəsində və təhsilində estetikliyin və bədiiliyin qarşılıqlı əlaqəsi kimi məsələlər öyrənilir. Estetika elminin ikinci bölməsi bədii fəaliyyətin xüsusi təhlili ilə əlaqədardır. Onun filogenezdə və ontogenezdə meydana gəlməsinin tədqiqini, insan fəaliyyətinin digər istiqamətləri sırasında Estetikanın struktur və funksional özünəməxsusluğunu, eləcə də mədəniyyətdə yerini, bədii fəaliyyətin konkret formalarının (incəsənət növləri və janrlarının) müxtəlifliyini, tarixi modifikasiyaları (cərəyanlar, üslublar, metodlar) doğuran qanunları; cəmiyyətin bədii inkişafının müasir mərhələsinin xüsusiyyətlərini və incəsənətin tarixi inkişaf perspektivlərini ehtiva edir. Bununla yanaşı, Estetika heç vaxt insan tərəfindən dünyanın estetik və bədii mənimsəmə qanunauyğunluqlarını öyrənməklə kifayətlənməmiş, estetik qiymətləndirilmənin müəyyən meyarlarını və bədii fəaliyyətin proqramlarını hazırlamaqla bu və ya digər şəkildə həmin mənimsəməni istiqamətləndirmişdir.
Estetik fikrin uzunmüddətli tarixi təşəkkülü və inkişafı prosesi onu şərtləndirən bir sıra faktorlarla — müxtəlif siniflərin və ictimai qrupların ideoloji və sosial-psixoloji mövqeləri, dəyişən tədqiqat predmetinin — estetik mədəniyyətin və bədii təcrübənin özünəməxsusluqları, estetik nəzəriyyələrin əsaslandığı, yaxud meydana gəldiyi fəlsəfi təlimlərin səciyyəsi, qonşu elmlərin (sənətşünaslıq və ədəbiyyatşünaslıq, psixologiya və sosiologiya və s.) mövqeləri ilə istiqamətlənirdi.
Estetik düşüncə
Estetik düşüncə qədim keçmişdə ibtidai cəmiyyətin mifoloji şüurunda yaranmışdır. Müxtəlif xalqlara məxsus miflərin təhlili onlarda fərqli sənətlərin mənşəyi, onların insan həyatındakı rolu, sənətin gözəlliklə əlaqəsi (məs., Apollon Musaget və onun rəhbərlik etdiyi Muzalar barəsində qədim yunan mifi) haqqında insanların ilkin təsəvvürlərinin necə əks olunmasını göstərir. Estetikanın tarixi elmi-nəzəri düşüncənin formalaşması ilə başlamışdır. İnkişafının birinci mərhələsində (Avropada 18-ci əsrin ortalarına qədər davam etmişdir) Estetika hələ müstəqil elmi fənn deyildi, hətta öz adı belə yox idi. Antik dövrdə estetik problematika bir tərəfdən fəlsəfi əsərlərdə (pifaqorçular, Sokrat, Platon, Aristotel tərəfindən), digər tərəfdən incəsənətin müxtəlif növlərinə həsr olunmuş traktatlarda (məs., Polikletin, Qorpinin, Mitruvinin, Horasinin traktatlarında) işlənirdi. Buna baxmayaraq, antik mütəfəkkirlərin bir çox dərin məzmunlu fikirləri Avropa estetik fikrinin bütün sonrakı inkişafı üçün təməlyaradıcı əhəmiyyətə malik olmuşdur (Şərqdə Estetikanın inkişafı spesifik yollarla getmiş, yalnız ayrı-ayrı vaxtlarda Avropa Estetikasının inkişafı ilə təmasda olmuşdur).
Orta əsrlər xristian Estetikası estetik hadisələrin spiritualist anlamını əsaslandırır və sənətin strukturunu simvolik ruhda şərh edirdi (Avqustin, Foma Akvinalı və b.). Yalnız İntibah dövründə estetik düşüncə teoloji bağlardan qurtularaq, dünyəvi, humanist və realist təmayüllü oldu. Lakin bu zaman Estetikanın fəlsəfə ilə əlaqələri zəifləməyə başladı, belə ki, fəlsəfə o dövrdə bilavasitə təbiətşünaslıq biliklərinə istinad edir və bədii-estetik problemlərə dərin maraq göstərmirdi. Həmin dövrdə böyük rəssamların (L. B. Alberti, Leonardo da Vinçi, A. Dürer və b.) və müxtəlif sənət növləri nəzəriyyəçilərinin sənətşünaslıq traktatlarında Estetikadan bəhs edilirdi.
17-ci əsr — 18-ci əsrin 1-ci yarısında gözəlliyin mahiyyəti və sənətin təbiəti problemləri ayrı-ayrı nəzəri traktatlarda (N. Bualo, Ş. Sorel, M. V. Lomonosov və b.), yaxud bədii-tənqid janrına aid əsərlərdə (İ. Bodmer və İ. Breytinger, D. Didro və b.) müzakirə olunurdu. Estetikanın bədii-praktik təmayülü bu və ya digər yaradıcılıq yanaşmasının (manyerizm, klassisizm, barokko, realizm) nəzəri əsaslandırma və müdafiəsi məsələlərinin ön plana çıxması ilə nəticələnirdi. Bu zaman müxtəlif estetik proqramların toqquşması (məs., realizm uğrunda Didro və Q. E. Lessinqin mübarizəsi, İtaliyada və İspaniyada klassisizm və barokko tərəfdarlarının polemikası) ideoloji mübarizələri açıq ifadə edirdi. Maarifçilik ideologiyası incəsənətin yeni inkişafının nəzəri süzgəcdən keçirilməsi prosesinə xüsusi aktuallıq və əhatə dairəsi verdi, bununla da bütün Avropa ölkələrində maarifçilik güclü, eyni zamanda öz fəlsəfi və bədii prioritetləri ilə rəngarəng olan hərəkat doğurdu (Fransada Didro, J. J. Russo, Almaniyada Lessinq, İ. İ. Vinkelman, B. Britaniyada A. Şeftsberi, H. Houm və b.).
Sənətə, onun insan dünyagörüşünün təşəkkülündə yaratdığı imkanlara marağın çoxalması bədii yaradıcılığın müxtəlif növlərinin qarşılaşdırılmasına (J. B. Dübo, C. Harris və b.), sonra isə bütün "nəfis sənət"lərin vəhdəti haqqında təsəvvürlərin (Ş. Battye, M. Mendelson) formalaşmasına doğru aparırdı. Zövq probleminin qoyuluşu da bununla bağlı idi, belə ki, o, bədii yaradıcılığın nemətlərini və gözəlliyini qavramaq, qiymətləndirmək üçün spesifik psixi mexanizm kimi nəzərdən keçirilirdi. Bu məsələdə öz tədqiqat sahəsinə estetik problematikanı fəal şəkildə daxil etməyə başlayan fəlsəfə sənətlə bərabər addımlayırdı (C. Vikonun, K. A. Helvetsinin, Volterin, D. Yummun, E. Berkin traktatları). 18-ci əsrin ortalarında Q. V. Leybnitsin davamçısı A. Q. Baumqarten fəlsəfədə etika və məntiqlə yanaşı, məhz bu sahəyə aid məsələlərə həsr olunmuş xüsusi müstəqil bölmənin ayrılması zərurətini sübut etdi. Baumqarten onu "Estetika", yəni "hissi idrak nəzəriyyəsi" adlandırdı; onun işlənib-hazırlanması gözəllik və sənət haqqında tamamlanmış təlimin yaradılması ilə nəticələndi.
Tarixi inkişafda mədəniyyəti, insan fəaliyyətini, sosial tarixi izah etmək üçün zəruri olan sonuncu müstəqil fəlsəfə bölməsinə çevrilməklə, Estetika elminin ikinci mərhələsi başladı. Baumqartenin açdığı yolla alman fəlsəfəsinin və mədəniyyətinin ən görkəmli nümayəndələri — İ. Kant, İ. H. Herder, F. Şiller, İ. V. Göte, F. V. Şellinq, Q. V. F. Hegel getdilər. Hegel nəzəri analizin insanın bədii fəaliyyətinə, onun inkişafı və mədəniyyətdə yerinə tarixi baxışla üzvi şəkildə birləşən güclü estetik konsepsiya hazırladı, bununla Estetikanın ensiklopedik, əhatəli fəlsəfi bilik bölməsi kimi Baumqartenlə başlayan inkişaf mərhələsini başa çatdırdı.
Bundan sonra Estetikanın tarixində müxtəlif metodoloji və ideoloji təmayüllərin mübarizəsi ilə səciyyələnən üçüncü mərhələ başlanır. İdeoloji planda bu mübarizə 19,20-ci əsrlərin üç başlıca estetik fikir cərəyanının qütbləşməsində ifadə edilirdi. Burjuaziya Estetikası nəzəriyyəçiləri ("parnasçılar" və K. Fridler məktəbindən tutmuş, X. Orteqa-i-Qassetə və X. Ridə qədər) müxtəlif vasitələrlə estetizmi və "xalis sənət", "sənət sənət üçündür" prinsiplərini əsaslandırırdılar. Demokratik Estetika alimləri utopik-sosialist nəzəriyyə (P. Prudondan tutmuş, L. N. Tolstoya qədər) və rus mütəfəkkirlərinin inqilabi-demokratik konsepsiyaları (V. Q. Belinski, A. İ. Gertsen, N. Q. Çernışevski, N. A. Dobrolyubov) formasında çıxış edir, lakin ümumi cəhətləri baxımından cəmiyyətin real həyatı ilə bağlı olan realist prinsipləri müdafiə edirdilər. Sosialist estetika K. Marks, F. Engels və V. Lenin tərəfindən hazırlanmış, onun inkişafında F. Merinq, Pol Lafarq, Q. V. Plexanov, A. V. Lunaçarski, A. Qramşi, D. Lukaç və b. əhəmiyyətli rol oynamışlar. Fəlsəfi-metodoloji planda 19,20-ci əsrlərdə estetik fikrin müxtəlif inkişaf yolları onun fərqli fəlsəfi təlimlərə — obyektiv (F. T. Fişer, V. S. Solovyov) və subyektiv (A. Breton) idealizmin bu və ya digər formalarına, pozivitizmə (Q. Spenser, İ. Ten, C. Dyui) və intuitivizmə (B. Kroçe, A. Berqson), antropoloji materializmə (Feyerbax Estetikası və rus inqilabi-demokratların Estetikası), fenomenologiyaya (N. Hartman, R. İnqarden, M. Düfren), ekzistensializmə (J. R. Sartr, M. Haydegger) əsaslanmasından irəli gəlirdi. Bu dövrdə estetik təlimlərin diferensiasiyasının digər aspekti Estetikanı bu və ya başqa konkret elmlə bağlamaq səylərində ifadə olunurdu; psixoloji Estetika (Q. Fixner, T. Lipps), fizioloji Estetika (A. Qrant-Allen, V. V. Velyamoviç), psixoanalitik Estetika (Z. Freyd, J. Lakan), sosioloji Estetika (M. Qüyo, Ş. Lalo), sənətşünaslıq Estetikası (E. Qanslik, X. Zeldmayr), semiotik Estetika (Ç. Morris, U. Eko), kibernetika və informasiya Estetikası (A. Mol, M. Benze), riyazi Estetika (C. Birkqof) belə yaranırdı. 19,20-ci əsrlərin estetik təlimləri onların hansı konkret bədii yaradıcılıq cərəyanını — tənqidi realizmi (O. Balzak, rus inqilabi-demokratları), naturalizmi (E. Zolya), simvolizmi (V. İvanov, A. Belıy), abstraksionizmi (V. Kandinski) nəzəri cəhətdən əsaslandırmalarına görə də fərqlənirdilər.
Müasir dövrdə estetik mədəniyyət tarixi sosiomədəni hadisə xronotopunda kommunikasiyaya daxil olan bir çox bədii sistemlərin transformasiyası və transmutasiyası kimi başa düşülür. Estetika daha bir sosioloji ölçü qazanır (İ. Ten, Y. Burkhard, Marks, Lukaç, Orteqa-i-Qasset). Bədiiestetik fenomenlər burada iqtisadi, siyasi münasibətlər (mübadilələr, kommunikasiyalar, münaqişələr) sistemində qrupların sosial statuslarının (maraqlarının, məqsədlərinin, təsəvvürlərinin) ifadəsi kimi təsəvvür olunur. Sosiallaşan Estetika cəmiyyətin bir-birilə rəqabət aparan iki özünütəsvir sistemində — siyasi və iqtisadi sistemlərdə inkişaf edir və sosial antropologiya ilə bilavasitə təmasa girir. Modern və postmodern vəziyyətlərdə klassik estetik mədəniyyət mövzusu hələ də problemli olaraq qalır. Burada Muzey statusunu qeyd etmək zəruridir, belə ki, o, klassik paradiqmanı istiqamətverici koordinat kimi müəyyən mənada qoruyub saxlayır və ona münasibətdə modern (neomodern) layihələr özlərini bədii mədəniyyət hadisəsi kimi tanıyır və müəyyənləşdirirlər. Estetik layihələrin kommunikasiyalaşan sistemində klassik paradiqmanın mövcudluğu Avropa estetik mədəniyyətinin fenomenoloji mahiyyətini qorumaqla, onu ümumhumanitar teoloji müddəanın aşkarlanmasına yönəldir.
Gerçəkliyin estetik dərki
Maarifçi estetikanın nümayəndələri E. Byerk, Hoqart, D. Didro, J. J. Russo, İ. İ. Vinqelman, İ. Herder və b., xüsusilə onların davamçıları F. Şiller və Höte incəsənətlə gerçəkliyin əlaqəsi ideyasını inkişaf etdirdilər. Marksizm-leninizm klassikləri isə incəsənəti ictimai şüur formalarından biri və gerçəkliyin estetik dərk olunmasının spesifik forması kimi öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi vardır:
- Obyektiv gerçəklikdə estetiklik;
- Subyektiv estetiklik;
- İncəsənət-subyektiv və obyektiv estetikliyin vəhdəti.
Estetika bu tərəflərin mahiyyətini, qanunauyğunluqlarını və onların konkret təzahürlərini tədqiq edir.
Ədəbiyyat
- Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.
İstinadlar
- "S.K.Məmmədova. "Mədəniyyətşınaslıq",(dərs vəsaiti)Bakı, "Kooperasiya" nəşriyyatı-2001, 202 səh" (PDF). 2022-03-25 tarixində (PDF). İstifadə tarixi: 2011-08-26.
Xarici keçidlər
- Niyazi Mehdi — Ortaçağ Azərbaycan estetik mədəniyyəti. Bakı, 1986. 2012-05-03 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Estetika yun aisthetikos hiss eden hissiyyatli insanin dunyaya deyerlilik munasibetinin spesifik tezahuru olaraq estetik saheni ve insanlarin bedii fealiyyet sahesini oyrenen felsefi elm hissler haqqinda elm Bir termin kimi ilk defe XVIII esrin alman filosofu Aleksandr Baumqarten isletmisdir Estetika felsefi tefekkurun bir qolu kimi oz menseyini uzaq kecmisden alir ve XVIII esre qeder husniyyat gozellik elmi ve yaxud poetika adi ile oyrenilir Estetikanin bize melum olan 2500 illik tarixi vardir Estetika ardicil ve sistemli olaraqilk defe klassik yunan filosoflarinin eserlerinde islenmisdir Estetika sozunun menasiEstetika yunan sozudur Aisthetiko hiss eden hessas menasindadir O gozellik qanunlarini incesenetin gercekliye munasibetini onun nov ve janrlarini bedii suurun qanunauygun inkisafinin ozunemexsus xususiyyetlerini bedii yaradiciliq metodunu oyrenen felsefi fealiyyet novudur Estetik terbiye incesenetin bir novudur Estetik terbiye insan exlaqina guclu tesir gosterir Edebiyyat incesenet insan meneviyyatini zenginlesdirir humanizm xeyirxahliq vetenperverlik ve b musbet keyfiyyetler formalasdirir Gozellik hissi insan qelbini temizleyir saflasdirir onu yaxsi emellere yoneldir Gozel fikre ve qelbe malik insan pisliye bedxahliga qeddarliga yol vermez TarixiEstetika termini elme hele XVIII esrde alman filosofu Aleksandr Qotlib Baumqarten 1714 1762 terefinden getirilmisdir O bu anlayisi gozellik nezeriyyesi Hissi idrak elmi adlandirmisdir Onun estetik hadiseni idrak nezeriyyesi yonumunden islemesinin alman klassik felsefesinin sonraki inkisafi ucun boyuk ehemiyyeti olmusdur Estetik fikrin tarixi daha qedimdir Bele ki 2500 il bundan evvel quldarliq dovrunde Misir Babilistan Hindistan ve Cinde yaranmis Qedim Yunanistan ve Qedim Romada inkisaf etmisdir Antik filosoflarin eserlerinde incesenetin cemiyyetde rolu ve onun insanin exlaqina tesiri meselelerinden behs olunmusdur Orta esrlerin Ilahi gozellik haqqinda mistik telimlerinde her cur gozelliyin menbeyi ve ali gozelliyin tecessumu allah hesab olunurdu Estetika bolmelerinin qarsiliqli munasibeti bu elmin butun tarixi inkisafi boyunca bir birini evez etmis ve muxtelif formalarda basa dusulmusdur Defelerle Estetikani bir nece musteqil elmi fenne estetik deyerler nezeriyyesi estetik qavrayis nezeriyyesi umumi senet nezeriyyesi bolmek teklif olunsa da tecrube gostermisdir ki estetik deyerleri ve bedii menimsenilmeni ayri ayriliqda nezerden kecirmek mumkun deyil Bu bezen insanin bedii fealiyyeti ile estetik fealliginin eynilesdirilmesine sebeb olurdu Estetikanin her iki bolmesi bir birile tebii sekilde qarsiliqli elaqede olub nisbi musteqilliye malikdirler Birinci bolmede deyer munasibetleri sisteminde estetikliyin tebieti ve ozunemexsuslugu cox sayda konkret modifikasiyalarda gozellik ve eybecerlik ucaliq ve alcaqliq facievilik ve komiklik ve s cixis eden estetik deyerlerin diferensiasiya qanunauygunluqlari deyerlilik ve qiymetlendirmenin estetik qavrayis ve estetik temayullu tecrubenin dialektik elaqesi medeniyyetin muxtelif sahelerinde sosial ve ferdi heyatda insanin estetik fealliginin ehemiyyeti muxtelif inikas sahelerinde praktik fealiyyetde ve musahidede insanlarin terbiyesinde ve tehsilinde estetikliyin ve bediiliyin qarsiliqli elaqesi kimi meseleler oyrenilir Estetika elminin ikinci bolmesi bedii fealiyyetin xususi tehlili ile elaqedardir Onun filogenezde ve ontogenezde meydana gelmesinin tedqiqini insan fealiyyetinin diger istiqametleri sirasinda Estetikanin struktur ve funksional ozunemexsuslugunu elece de medeniyyetde yerini bedii fealiyyetin konkret formalarinin incesenet novleri ve janrlarinin muxtelifliyini tarixi modifikasiyalari cereyanlar uslublar metodlar doguran qanunlari cemiyyetin bedii inkisafinin muasir merhelesinin xususiyyetlerini ve incesenetin tarixi inkisaf perspektivlerini ehtiva edir Bununla yanasi Estetika hec vaxt insan terefinden dunyanin estetik ve bedii menimseme qanunauygunluqlarini oyrenmekle kifayetlenmemis estetik qiymetlendirilmenin mueyyen meyarlarini ve bedii fealiyyetin proqramlarini hazirlamaqla bu ve ya diger sekilde hemin menimsemeni istiqametlendirmisdir Estetik fikrin uzunmuddetli tarixi tesekkulu ve inkisafi prosesi onu sertlendiren bir sira faktorlarla muxtelif siniflerin ve ictimai qruplarin ideoloji ve sosial psixoloji movqeleri deyisen tedqiqat predmetinin estetik medeniyyetin ve bedii tecrubenin ozunemexsusluqlari estetik nezeriyyelerin esaslandigi yaxud meydana geldiyi felsefi telimlerin seciyyesi qonsu elmlerin senetsunasliq ve edebiyyatsunasliq psixologiya ve sosiologiya ve s movqeleri ile istiqametlenirdi Estetik dusunceEstetik dusunce qedim kecmisde ibtidai cemiyyetin mifoloji suurunda yaranmisdir Muxtelif xalqlara mexsus miflerin tehlili onlarda ferqli senetlerin menseyi onlarin insan heyatindaki rolu senetin gozellikle elaqesi mes Apollon Musaget ve onun rehberlik etdiyi Muzalar baresinde qedim yunan mifi haqqinda insanlarin ilkin tesevvurlerinin nece eks olunmasini gosterir Estetikanin tarixi elmi nezeri dusuncenin formalasmasi ile baslamisdir Inkisafinin birinci merhelesinde Avropada 18 ci esrin ortalarina qeder davam etmisdir Estetika hele musteqil elmi fenn deyildi hetta oz adi bele yox idi Antik dovrde estetik problematika bir terefden felsefi eserlerde pifaqorcular Sokrat Platon Aristotel terefinden diger terefden incesenetin muxtelif novlerine hesr olunmus traktatlarda mes Polikletin Qorpinin Mitruvinin Horasinin traktatlarinda islenirdi Buna baxmayaraq antik mutefekkirlerin bir cox derin mezmunlu fikirleri Avropa estetik fikrinin butun sonraki inkisafi ucun temelyaradici ehemiyyete malik olmusdur Serqde Estetikanin inkisafi spesifik yollarla getmis yalniz ayri ayri vaxtlarda Avropa Estetikasinin inkisafi ile temasda olmusdur Orta esrler xristian Estetikasi estetik hadiselerin spiritualist anlamini esaslandirir ve senetin strukturunu simvolik ruhda serh edirdi Avqustin Foma Akvinali ve b Yalniz Intibah dovrunde estetik dusunce teoloji baglardan qurtularaq dunyevi humanist ve realist temayullu oldu Lakin bu zaman Estetikanin felsefe ile elaqeleri zeiflemeye basladi bele ki felsefe o dovrde bilavasite tebietsunasliq biliklerine istinad edir ve bedii estetik problemlere derin maraq gostermirdi Hemin dovrde boyuk ressamlarin L B Alberti Leonardo da Vinci A Durer ve b ve muxtelif senet novleri nezeriyyecilerinin senetsunasliq traktatlarinda Estetikadan behs edilirdi 17 ci esr 18 ci esrin 1 ci yarisinda gozelliyin mahiyyeti ve senetin tebieti problemleri ayri ayri nezeri traktatlarda N Bualo S Sorel M V Lomonosov ve b yaxud bedii tenqid janrina aid eserlerde I Bodmer ve I Breytinger D Didro ve b muzakire olunurdu Estetikanin bedii praktik temayulu bu ve ya diger yaradiciliq yanasmasinin manyerizm klassisizm barokko realizm nezeri esaslandirma ve mudafiesi meselelerinin on plana cixmasi ile neticelenirdi Bu zaman muxtelif estetik proqramlarin toqqusmasi mes realizm ugrunda Didro ve Q E Lessinqin mubarizesi Italiyada ve Ispaniyada klassisizm ve barokko terefdarlarinin polemikasi ideoloji mubarizeleri aciq ifade edirdi Maarifcilik ideologiyasi incesenetin yeni inkisafinin nezeri suzgecden kecirilmesi prosesine xususi aktualliq ve ehate dairesi verdi bununla da butun Avropa olkelerinde maarifcilik guclu eyni zamanda oz felsefi ve bedii prioritetleri ile rengareng olan herekat dogurdu Fransada Didro J J Russo Almaniyada Lessinq I I Vinkelman B Britaniyada A Seftsberi H Houm ve b Senete onun insan dunyagorusunun tesekkulunde yaratdigi imkanlara maragin coxalmasi bedii yaradiciligin muxtelif novlerinin qarsilasdirilmasina J B Dubo C Harris ve b sonra ise butun nefis senet lerin vehdeti haqqinda tesevvurlerin S Battye M Mendelson formalasmasina dogru aparirdi Zovq probleminin qoyulusu da bununla bagli idi bele ki o bedii yaradiciligin nemetlerini ve gozelliyini qavramaq qiymetlendirmek ucun spesifik psixi mexanizm kimi nezerden kecirilirdi Bu meselede oz tedqiqat sahesine estetik problematikani feal sekilde daxil etmeye baslayan felsefe senetle beraber addimlayirdi C Vikonun K A Helvetsinin Volterin D Yummun E Berkin traktatlari 18 ci esrin ortalarinda Q V Leybnitsin davamcisi A Q Baumqarten felsefede etika ve mentiqle yanasi mehz bu saheye aid meselelere hesr olunmus xususi musteqil bolmenin ayrilmasi zeruretini subut etdi Baumqarten onu Estetika yeni hissi idrak nezeriyyesi adlandirdi onun islenib hazirlanmasi gozellik ve senet haqqinda tamamlanmis telimin yaradilmasi ile neticelendi Tarixi inkisafda medeniyyeti insan fealiyyetini sosial tarixi izah etmek ucun zeruri olan sonuncu musteqil felsefe bolmesine cevrilmekle Estetika elminin ikinci merhelesi basladi Baumqartenin acdigi yolla alman felsefesinin ve medeniyyetinin en gorkemli numayendeleri I Kant I H Herder F Siller I V Gote F V Sellinq Q V F Hegel getdiler Hegel nezeri analizin insanin bedii fealiyyetine onun inkisafi ve medeniyyetde yerine tarixi baxisla uzvi sekilde birlesen guclu estetik konsepsiya hazirladi bununla Estetikanin ensiklopedik ehateli felsefi bilik bolmesi kimi Baumqartenle baslayan inkisaf merhelesini basa catdirdi Bundan sonra Estetikanin tarixinde muxtelif metodoloji ve ideoloji temayullerin mubarizesi ile seciyyelenen ucuncu merhele baslanir Ideoloji planda bu mubarize 19 20 ci esrlerin uc baslica estetik fikir cereyaninin qutblesmesinde ifade edilirdi Burjuaziya Estetikasi nezeriyyecileri parnascilar ve K Fridler mektebinden tutmus X Orteqa i Qassete ve X Ride qeder muxtelif vasitelerle estetizmi ve xalis senet senet senet ucundur prinsiplerini esaslandirirdilar Demokratik Estetika alimleri utopik sosialist nezeriyye P Prudondan tutmus L N Tolstoya qeder ve rus mutefekkirlerinin inqilabi demokratik konsepsiyalari V Q Belinski A I Gertsen N Q Cernisevski N A Dobrolyubov formasinda cixis edir lakin umumi cehetleri baximindan cemiyyetin real heyati ile bagli olan realist prinsipleri mudafie edirdiler Sosialist estetika K Marks F Engels ve V Lenin terefinden hazirlanmis onun inkisafinda F Merinq Pol Lafarq Q V Plexanov A V Lunacarski A Qramsi D Lukac ve b ehemiyyetli rol oynamislar Felsefi metodoloji planda 19 20 ci esrlerde estetik fikrin muxtelif inkisaf yollari onun ferqli felsefi telimlere obyektiv F T Fiser V S Solovyov ve subyektiv A Breton idealizmin bu ve ya diger formalarina pozivitizme Q Spenser I Ten C Dyui ve intuitivizme B Kroce A Berqson antropoloji materializme Feyerbax Estetikasi ve rus inqilabi demokratlarin Estetikasi fenomenologiyaya N Hartman R Inqarden M Dufren ekzistensializme J R Sartr M Haydegger esaslanmasindan ireli gelirdi Bu dovrde estetik telimlerin diferensiasiyasinin diger aspekti Estetikani bu ve ya basqa konkret elmle baglamaq seylerinde ifade olunurdu psixoloji Estetika Q Fixner T Lipps fizioloji Estetika A Qrant Allen V V Velyamovic psixoanalitik Estetika Z Freyd J Lakan sosioloji Estetika M Quyo S Lalo senetsunasliq Estetikasi E Qanslik X Zeldmayr semiotik Estetika C Morris U Eko kibernetika ve informasiya Estetikasi A Mol M Benze riyazi Estetika C Birkqof bele yaranirdi 19 20 ci esrlerin estetik telimleri onlarin hansi konkret bedii yaradiciliq cereyanini tenqidi realizmi O Balzak rus inqilabi demokratlari naturalizmi E Zolya simvolizmi V Ivanov A Beliy abstraksionizmi V Kandinski nezeri cehetden esaslandirmalarina gore de ferqlenirdiler Muasir dovrde estetik medeniyyet tarixi sosiomedeni hadise xronotopunda kommunikasiyaya daxil olan bir cox bedii sistemlerin transformasiyasi ve transmutasiyasi kimi basa dusulur Estetika daha bir sosioloji olcu qazanir I Ten Y Burkhard Marks Lukac Orteqa i Qasset Bediiestetik fenomenler burada iqtisadi siyasi munasibetler mubadileler kommunikasiyalar munaqiseler sisteminde qruplarin sosial statuslarinin maraqlarinin meqsedlerinin tesevvurlerinin ifadesi kimi tesevvur olunur Sosiallasan Estetika cemiyyetin bir birile reqabet aparan iki ozunutesvir sisteminde siyasi ve iqtisadi sistemlerde inkisaf edir ve sosial antropologiya ile bilavasite temasa girir Modern ve postmodern veziyyetlerde klassik estetik medeniyyet movzusu hele de problemli olaraq qalir Burada Muzey statusunu qeyd etmek zeruridir bele ki o klassik paradiqmani istiqametverici koordinat kimi mueyyen menada qoruyub saxlayir ve ona munasibetde modern neomodern layiheler ozlerini bedii medeniyyet hadisesi kimi taniyir ve mueyyenlesdirirler Estetik layihelerin kommunikasiyalasan sisteminde klassik paradiqmanin movcudlugu Avropa estetik medeniyyetinin fenomenoloji mahiyyetini qorumaqla onu umumhumanitar teoloji muddeanin askarlanmasina yoneldir Gercekliyin estetik derkiMaarifci estetikanin numayendeleri E Byerk Hoqart D Didro J J Russo I I Vinqelman I Herder ve b xususile onlarin davamcilari F Siller ve Hote incesenetle gercekliyin elaqesi ideyasini inkisaf etdirdiler Marksizm leninizm klassikleri ise inceseneti ictimai suur formalarindan biri ve gercekliyin estetik derk olunmasinin spesifik formasi kimi oyrenirler Gercekliyin estetik derkinin ise uc terefi vardir Obyektiv gerceklikde estetiklik Subyektiv estetiklik Incesenet subyektiv ve obyektiv estetikliyin vehdeti Estetika bu tereflerin mahiyyetini qanunauygunluqlarini ve onlarin konkret tezahurlerini tedqiq edir EdebiyyatAdil Esedov Gozelliyin felsefesi Baki Nurlan 2005 500 s Istinadlar S K Memmedova Medeniyyetsinasliq ders vesaiti Baki Kooperasiya nesriyyati 2001 202 seh PDF 2022 03 25 tarixinde PDF Istifade tarixi 2011 08 26 Xarici kecidlerNiyazi Mehdi Ortacag Azerbaycan estetik medeniyyeti Baki 1986 2012 05 03 at the Wayback Machine