Şirvan bəylərbəyliyi — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi.
Səfəvilər dövlətinin bayrağı və gerbi |
Əyalət | |||
Şirvan bəylərbəyliyi | |||
---|---|---|---|
ولایت شیروان | |||
| |||
| |||
| |||
Paytaxt | Şamaxı | ||
Ən böyük şəhər | Cavad, Salyan, Bakı, Quba, Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpout, Ağdaş, Mahmudabad | ||
Rəsmi dilləri | Azərbaycan dili Fars dili | ||
Bəylərbəyi | |||
• 1501 | Bəhram bəy (ilk) | ||
• | Huseyn bəy (son) |
Mahalları
Şirvan bəylərbəyliyi
Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı, şimal sərhəddi Samurçay və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Cavad, Salyan, Bakı, Quba, Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpout, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisində Quba, Şamaxı, Cavad, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı.
1524-cü ildə I Şah İsmayılın qəfil ölümündən sonra hakimiyyətə on yaşlı oğlu Təhmasib gəldi. Lakin on yaşlı şah yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirtmək uğrunda bir-biri ilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atəbəyi) Div Sultan ələ keçirtdi. Azyaşlı şahın vəkili və tərbiyəçisi Div sultan Rumlu oldu. Şahın azyaşlı olmasından istifadə edən bir sıra feodal qrupları arasında xüsusən şamlı, rumlu, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar tayfaları arasında hakimiyyət və torpaq uğrunda mübarizə Səfəvilər dövlətini xeyli zəiflətdi. I Şah İsmayılın ölümündən sonra qızılbaş tayfa əmirlərinin dövləti bürümüş özbaşınalıq dövrü on ilə qədər davam etmişdir. Artıq 20 yaşına çatmış I Şah Təhmasib qızılbaş əmirlərinin sıxıntılı himayəsindən çıxmağı qərara aldı. O, 1534-cü ildə Hüseyn xan Şamlını edam etdirdi və tədricən dövlət hakimiyyətini öz əlinə aldı. O, mülki bürokratiyanın nümayəndəsi olan Qazi Cahan Qəzvinini özünün yaxın köməkçisi elan etdi və saraydakı qızılbaş hərbi əyanlarının nüfuzunu zəiflətməyə çalışdı. Artıq ağıllı və uzaqgörən siyasətçi olan I Şah Təhmasib Səfəvilər dövlətini möhkəmlən-dirmək işini davam etdirdi. Şah I Təhmasib həm qızıbaş əyanlarının özbaşınalığına, həm də mərkəzdən uzaq olan bəzi əyalətlərdə yerli hakimlərin üsyanlarına qarşı mübarizə aparmalı olmuşdur. I Şah Təhmasib bu qiyamları yatırdıqdan sonra Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyi qərara aldı. Burada başlıca vəzifələrdən biri də Şirvanşahların müstəqilliyinə son qoymaq və bu əraziləri Səfəvilər dövlətinə qatmaq idi. I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edilməsi planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək üçün əlverişli fürsət axtarırdı və bunun üçün də əlverişli şərait yaranmışdı. 1535-ci ildə özündən sonra varisi olmayan II Xəlilüllah öldükdən sonra Şirvan taxtı va-rissiz qalmışdı. Buna görə də Şirvan əyanları II Xəlilullahın qardaşı oğlu, on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. Lakin ölkədə haki-miyyət azyaşlı Şahruxun adından fəaliyyət göstərən Hüseyn bəy adlı bir vəkilin başçılıq etdiyi Şirvan əyanlarının əlində cəmləşmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. İsgəndər bəy Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər qalmamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal aldı.
Bu vaxt Mahmudabadan və Salyandan qələndər çıxış etməyə başladı və “saysız-hesabsız qoşunla”, Şirvanın paytaxtına hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşun-dakı çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını qələndərə müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurt qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast gəlməyərək Şamaxını ələ keçirdilər. Lakin aydın məqsədləri, möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətini təşkil edə bilmədilər və buna görə də şəhərdə 40 gündən artıq qala bilmədilər. Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda qələndər çtdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın edildilər. Mənbələrdə baş vermiş bu üsyanın tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Mənbələrdə verilən məlumata görə Şirvanda feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. 1537-ci ilin qışın əvvələrində Şirvanda özünü şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndərin başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi. Aralarında birlik olmadığı, qoşunlar vuruşmaq istəmədiyi üçün Şahruxun əmirləri və əyanları ilə birlikdə üsyançıların qabağına çıxmaq iqtidarında deyildi. Şahrux əmirlərlə birlikdə Şamaxını tərk edərək Buğurt qalasına qaçdı. Qələndər şəhəri döyüşsüz tutdu. Lakin möhkəm rəhbərlik və mütəşəkkilik olmadığından üsyançılar qayda-qanun yarada bilmədilər və Şirvan əhalisinin narazılığına səbəb oldular. Bir neçə gün Şamaxıda qaldıqdan sonra üsyançılar arasında ixtilaf düşdü və onlar şəhəri tərk edərək, Salyana yollandılar. Qələndərin geri çəkilməsi xəbərini alan Şahrux əmirləri ilə Buğurt qalasından çıxaraq üsyançıları təqib etməyə başladı. Salyan yaxınlığında onlara çatdılar və döyüşdə onları məğlub etdilər, Qələndəri də əsir tutub öldürdülər. Sosial xarakterinin aydın olmamasına baxmayaraq, kortəbiiliyi və kütləviliyi, yalançı hökmdarın zühuru və dərvişlərin iştirakı bu hərəkatı Ön Asiyanın XIII-XVI əsrlər kəndli üsyanlarına aid etməyə imkan verir. Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı işlərə qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi. Bu zaman II Xəlilullahın dul qalmış arvadı Pərixan xanım Təbrizə gedərək, Şirvanın ağır daxili vəziyyəti və onu asanlıqla ələ keçirməyin müm-kün olması barədə qardaşı şah Təhmasibə məlumat verdi. Üsyan yatırıldıqdan sonra Şirvan əyanları və zədəganları əhaliyə zülm və qəddarlığı daha da gücləndirərək son həddə çatdırdılar. Bu zaman qorçubaşı Padar bir qrup hərbçi ilə Təbrizə gəldi, Təhmasibə şikayətlə müraciət edərək, ondan Şirvanın işlərinə qarışmasını xahiş etdi.. Şahrux məktub göndərərək sədaqətini bildirdiyi türk sultanının ciddi təhlükə doğurması Təhmasibi təcili tədbirlər görməyə vadar etdi. Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı.
Həsən bəy Rumlunun tədbirincə “....Şah Şahruxun ölkəsini pis idarə etməsi, onun əmir-lərinin bəd əməlləri, ordusundakı oğurluq, bu ölkədəki inamsızlıq və dini təsisatlara etinasızlıq haqqında eşitmişdi”. Onda şah ustaclı, qacar və talış tayfalarının əmirlərinə Əlqas mirzənin başçılığı altında Qarabağ və Muğanın qeyri-nizami dəstələri və iyirmi minlik qızılbaş qoşunu ilə Şirvanı tutmağa getməyi əmr etdi. 1538-ci ilin yazında (Hicri 945) Əlqas Mirzə qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə aldılar. Şəhərin komendatı (kütval) bu zaman Nemətulla bəy idi. Lakin qızılbaş əmirləri qoşun-ların bir hissəsini Gülüstan qalasının yanında qoyaraq, qalanın Şirvanşah Şahruxun vəkil Hüseyn bəy Lələ və Şirvan zədəganları ilə sığındığı yüksək zirvədə yerləşən əlçatmaz Buğurt qalasına tərəf döndərdilər. Qalanın müdafiəçilərinin müqavimətinə, Buğurt qalası yanında Hüseyn bəylə Qızılbaşlar arasındakı döyüşün nəticəsinə baxmayaraq, sonuncular Şirvanlıları məğlubiyyətə uğradaraq, gürcü qalasını da ələ keçirdilər. Əlqas Mirzə dörd ay (Cənnabi və Münəcimbaşıya görə yeddi, Hürşaha görə doqquz ay) mühasirədə saxladığı Şahrux və onun əmirləri məhrumiyyətlərə və vəziyyətlərin ağırlığına baxmayaraq, Buğurt qalasında mərdliklə müdafiə olunurdular. Bu vaxt öz qoşunları ilə mühasirədəkilərin köməyinə gələn Şəki hakimi Dərviş Məhəmməd xan Buğurt qalasının yanında məğlubiyyətə uğradı və döyüşçülərinin çoxunu itirərək geri çəkildi. Buğurt qalasının bürcləri toplarla dağıdılıb uçurulduqdan sonra Dərviş Məhəmməd xanın köməyindən ümidi kəsilən qala müdafiəçiləri müqaviməti dayandırdılar. Vəkil Hüseyn bəy bildirdi ki, şah gəlsə təslim olmağa hazırdırlar. Saraya göndərilən qasid şahı Mərənddə tapdı. Cənnabinin məlumatına görə Buğurta gələn şah Təhmasib adamlarını Şahru-xun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif hədiyyələr veriləcəyini vəd etdi. Lakin bunların hamısı yalan çıxdı. Sonra şah Şamaxının bütün sərkərdələrinə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli sərkərdələ-rindən zorla iri məbləğdə pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuruna gələrək sarayların və xəzinələrin açarlarını itaətlə şahın vəkillərinə təqdim etdilər. Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə Təhmasib sahib oldu . Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurtmaq əmr edildi. 1538-ci il sentyabrın 27-də (Hicri 945-ci il Cəmədiyüləvvəl ayının üçün-də cümə günü) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu. Şərəf xan Bitlisinin yazdığına görə “Qızılbaşların amansız qılıncları ilə qalada mühasirədə olanlardan altı yüzə yaxın adam öldürüldü. Hətta, şah Təhmasib babası sultan Heydərin qan intiqamını alaraq, bir neçə Şirvan əyanı şəxsən öz əli ilə qətlə yetirdi”. Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi, Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və 1539-cu ildə onu gizlicə edam etdirdi, “onun həyatı şahın əmri ilə söndü”. . Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə daxil oldu. Şahın qardaşı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi oldu. Şirvanın demək olar ki, zədəganların böyük bir hissəsi məhv edildi, onun torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı. Sülalənin ayrı-ayrı nəsillərinin itirilmiş səltənəti bərpa etmək səyləri sonralar, Azərbaycanı ələ keçirməyə cəhd göstərən Osmanlı sultanları tərəfindən istifadə olunmuşdu.(8. səh 78). Şirvanın Azərbaycan Səfəvilər döv-lətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində obyektiv olaraq, müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı. Lakin Şirvan əyanları hələ uzun müddət ərzində Şirvanşahlar sülaləsinin hakimiyyətdən devrilməsi və öz imtiyazlarının itirilməsi ilə barışmadılar. Müstəqilliyə doğru Şirvanşahların bu cəhdlərindən Osmanlı sultanları dəfələrlə istifadə etmişdilər.
Şirvan bəylərbəyləri
Tarix | Bəylərbəyi |
---|---|
1501 | Bəhram bəy |
1501-1502 | Qazi bəy |
1502 | Sultan Mahmud ibn Qazi bəy |
1502-1509 | II İbrahim |
1509-1519 | Huseyn Bəy Lələ |
1519-1524 | II İbrahim |
1523-1535 | II Xəlilullah |
1535-1538 | Şahrux ibn Fərrux Yasar |
1538-1547 | Əlqas Mirzə |
1538-1541 | Bədr xan Ustaclı |
1538-1543 | Qazi Xan Təkəli |
1543-1547 | Bədr xan Ustaclı |
1547-? | İsmail Mirzə |
1547-1549 | Şahverdi sultan Ziyadoğlu-Qacar |
1548-1550 | Bürhan Əli |
1549 | Mehrab Mirzə |
1549-1550 | Qurban Əli Mirzə |
1554 | Qasım mirzə Dərbəndi |
1549-1565 | Abdulla xan Ustaclı |
1566 | Mustafa Bəy |
1566 | Şah Bəy Əli |
1567 | Fərruxzad Bəy Qaradağlı |
1567-1576 | Araz xan Rumlu |
1577 | Əbu Turab Soltan Ustaclı |
1577 | Kavus mirzə Dərbəndi |
1577 | Araz Soltan Xan Rumlu |
1578 | Əbubəkr mirzə Dərbəndi |
1578 | Pənah Məhəmməd Xan Zulqədər |
1578-? | Məhəmməd Xan Xəlifə Hacılar Zulqədər |
1579 | Suleyman Xan Ustaclı |
1580-1583 | Peykər sultan Ziyadoğlu-Qacar |
1583 | Ənsar xəlifə Qaradağlı |
1604–05 | Kaxetiyalı I Konstantin |
1583-1607 | Osmanlı işğalı |
1607-1610 | Zülfiqar Qaramanlı |
1610-1624 | Yusif xan |
1624-1633 | Qazaq xan Çərkəz |
1633-1643 | Ərəb xan Şamlı |
1643–1653 | Xosrov sultan Armani |
1653– | Nəcəfqulu xan Çərkəz |
Baxtan bəy (digər adı Mehrəli xan) | |
–1663 | Məhəmməd bəy ibn Siyavuş bəy |
1663–1667 | Nəcəfqulu xan Çərkəz |
1667– | Mehrəli xan |
Xosrov xan | |
1718– | Həsənəli xan Dağıstani |
Huseyn bəy |
İstinadlar
- Vaqif Piriyev, Azərbaycanın tarixi-siyasi coğrafiyası, Bakı, «Müsllim» nəşriyyatı, 2006.
- Oktay Əfəndiyev. “Azərbaycan Səfəvilər dövləti” Bakı 2007. səh 76.
- Sara Aşurbəyli “Şirvanşahlar dövləti” Bakı 2006.səh 285.
- İsgəndər bəy Münşi “Tarixi-alamarayi-Abbasi” tərcüməsi, farsacadan tərcümə edən Oktay Əfəndiyev və Namik Musalı. Bakı 2009.səh 286
- Azərbaycan tarixi VII-cildlik. III-cild. Bakı 2007. səh 320.
- Süleyman Əliyarlı “Uzaq keçmişdən 1870-ci ilə qədər Azərbaycan tarixi” Bakı 1996. səh 287.
- Ziya Büyadov “Azərbaycan tarixi” Bakı 1996.səh 288
Mənbə
- Əfəndiyev O. Ə., Azərbaycan Səfəvilər dövləti, B., 1993;
- Azərbaycan tarixi, 7 cilddə, c.3, B., 1999;
- Petruşevskiy İ.P., Oçerki po istorii feodalğnıx otnoşeniy v Azerbaydcane i Armenii v XVI – naçale XIX vv., L., 1949;
- Raxmani A.A., Azerbaydcan v konüe XVI i v XVII veke, B., 1981;
- İstoriçeskaə qeoqrafiə Azerbaydcana, B., 1987.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sirvan beylerbeyliyi Sefeviler terefinden Sirvansahlar dovletinin varligina son qoyulduqdan sonra yerinde yaratdiqlari inzibati erazi vahidi Sefeviler dovletinin bayragi ve gerbiEyaletSirvan beylerbeyliyiولایت شیروان Bayraq1724 cu ile aid Sirvan beylerbeyliyinin xeritesi 1501 1736Paytaxt SamaxiEn boyuk seher Cavad Salyan Baki Quba Kolxan Derbend Seki Eres Alpout Agdas MahmudabadResmi dilleri Azerbaycan dili Fars diliBeylerbeyi 1501 Behram bey ilk Huseyn bey son MahallariMuskur mahaliSirvan beylerbeyliyiSirvan beylerbeyliyinin merkezi Samaxi seheri idi Beylerbeyliyin cenub serheddi Kur cayi simal serheddi Samurcay ve Boyuk Qafqaz sira daglarinin eteklerinden kecirdi Derbend erazisi de Sirvan beylerbeyliyinin terkibinde idi Derbendden simalda olan Dagistan erazileri farsdilli menbelerde Diyari Cerkes Cerkes diyari adlanirdi Beylerbeylik qerbde Kartli ve Kaxetiya erazisine catirdi Sirvan beylerbeyliyinin terkibine Cavad Salyan Baki Quba Kolxan Derbend Seki Eres Alpout Agdas Mahmudabad Cemisgizek Kurun sol sahilinde Samaxinin qerbinde erazileri daxil idi Beylerbeyliyin erazisinde Quba Samaxi Cavad Baki Derbend ve Seki xanliqlari tesekkul tapdi 1524 cu ilde I Sah Ismayilin qefil olumunden sonra hakimiyyete on yasli oglu Tehmasib geldi Lakin on yasli sah yuksek gelirli dovlet vezifeleri zengin ve mehsuldar torpaqlar ele kecirtmek ugrunda bir biri ile mubarize aparan qizilbas tayfa emirlerinin elinde oyuncaga cevrildi Dovlet isleri uzerinde emeli nezareti rumlu tayfasinin rehberi I Tehmasibin lelesi atebeyi Div Sultan ele kecirtdi Azyasli sahin vekili ve terbiyecisi Div sultan Rumlu oldu Sahin azyasli olmasindan istifade eden bir sira feodal qruplari arasinda xususen samli rumlu ustacli rumlu tekeli zulqeder efsar tayfalari arasinda hakimiyyet ve torpaq ugrunda mubarize Sefeviler dovletini xeyli zeifletdi I Sah Ismayilin olumunden sonra qizilbas tayfa emirlerinin dovleti burumus ozbasinaliq dovru on ile qeder davam etmisdir Artiq 20 yasina catmis I Sah Tehmasib qizilbas emirlerinin sixintili himayesinden cixmagi qerara aldi O 1534 cu ilde Huseyn xan Samlini edam etdirdi ve tedricen dovlet hakimiyyetini oz eline aldi O mulki burokratiyanin numayendesi olan Qazi Cahan Qezvinini ozunun yaxin komekcisi elan etdi ve saraydaki qizilbas herbi eyanlarinin nufuzunu zeifletmeye calisdi Artiq agilli ve uzaqgoren siyasetci olan I Sah Tehmasib Sefeviler dovletini mohkemlen dirmek isini davam etdirdi Sah I Tehmasib hem qizibas eyanlarinin ozbasinaligina hem de merkezden uzaq olan bezi eyaletlerde yerli hakimlerin usyanlarina qarsi mubarize aparmali olmusdur I Sah Tehmasib bu qiyamlari yatirdiqdan sonra Cenubi Qafqazda oz movqeyini mohkemlendirmeyi qerara aldi Burada baslica vezifelerden biri de Sirvansahlarin musteqilliyine son qoymaq ve bu erazileri Sefeviler dovletine qatmaq idi I Sah Tehmasib Sirvanin Tebriz taxtina tam tabe edilmesi planini coxdan idi ki hazirlamisdi ve oz niyyetini heyata kecirmek ucun elverisli furset axtarirdi ve bunun ucun de elverisli serait yaranmisdi 1535 ci ilde ozunden sonra varisi olmayan II Xelilullah oldukden sonra Sirvan taxti va rissiz qalmisdi Buna gore de Sirvan eyanlari II Xelilullahin qardasi oglu on bes yasli Sahruxu tecili Dagistandan Samaxiya getirerek Sirvansahlar taxtina oturtdular Lakin olkede haki miyyet azyasli Sahruxun adindan fealiyyet gosteren Huseyn bey adli bir vekilin basciliq etdiyi Sirvan eyanlarinin elinde cemlesmisdi Feodal eyanlarinin ozbasinaligi bas alib gedirdi Isgender bey Munsi gosterir ki Sirvanda qayda qanundan eser qalmamisdi igtisaslar ve asayisin pozulmasi bu olkede adi hal aldi Bu vaxt Mahmudabadan ve Salyandan qelender cixis etmeye basladi ve saysiz hesabsiz qosunla Sirvanin paytaxtina hereket etdi Emirler arasinda birliyin olmamasi ve qosun daki cekismeler Sirvan eyanlarini Samaxi sarayini qelendere muqavimet gostermeden teslim etmeye ve alinmaz sayilan Bugurt qalasinda gizlenmeye mecbur etdi Usyancilar muqavimete rast gelmeyerek Samaxini ele kecirdiler Lakin aydin meqsedleri mohkem rehberliyi olmadigi ucun onlar oz hakimiyyetini teskil ede bilmediler ve buna gore de seherde 40 gunden artiq qala bilmediler Qelenderin geri cekilmesi xeberi Bugurda catanda Sirvan eyanlari Sahruxla beraber qaladan cixdilar ve usyancilari teqib etmeye basladilar Sahrux Salyandan bir qeder aralida qelender ctdi Bas vermis doyusde usyancilar darmadagin edildiler Menbelerde bas vermis bu usyanin tarixi ile bagli deqiq melumat yoxdur Menbelerde verilen melumata gore Sirvanda feodal eyanlarinin ozbasinaligi bas alib gedirdi 1537 ci ilin qisin evvelerinde Sirvanda ozunu seyxsahin oglu Sultan Mehemmed adlandiran qelenderin basciligi ile xalq kutlelerinin usyani baslandi O basina saysiz hesabsiz desteler toplayaraq Salyani tutdu ve Samaxiya dogru hereket etdi Aralarinda birlik olmadigi qosunlar vurusmaq istemediyi ucun Sahruxun emirleri ve eyanlari ile birlikde usyancilarin qabagina cixmaq iqtidarinda deyildi Sahrux emirlerle birlikde Samaxini terk ederek Bugurt qalasina qacdi Qelender seheri doyussuz tutdu Lakin mohkem rehberlik ve mutesekkilik olmadigindan usyancilar qayda qanun yarada bilmediler ve Sirvan ehalisinin naraziligina sebeb oldular Bir nece gun Samaxida qaldiqdan sonra usyancilar arasinda ixtilaf dusdu ve onlar seheri terk ederek Salyana yollandilar Qelenderin geri cekilmesi xeberini alan Sahrux emirleri ile Bugurt qalasindan cixaraq usyancilari teqib etmeye basladi Salyan yaxinliginda onlara catdilar ve doyusde onlari meglub etdiler Qelenderi de esir tutub oldurduler Sosial xarakterinin aydin olmamasina baxmayaraq kortebiiliyi ve kutleviliyi yalanci hokmdarin zuhuru ve dervislerin istiraki bu herekati On Asiyanin XIII XVI esrler kendli usyanlarina aid etmeye imkan verir Sirvanda herc merclik vetendas muharibesi buradaki islere qarismaq ucun behane axtaran I Sah Tehmasibin xeyrine idi Bu zaman II Xelilullahin dul qalmis arvadi Perixan xanim Tebrize gederek Sirvanin agir daxili veziyyeti ve onu asanliqla ele kecirmeyin mum kun olmasi barede qardasi sah Tehmasibe melumat verdi Usyan yatirildiqdan sonra Sirvan eyanlari ve zedeganlari ehaliye zulm ve qeddarligi daha da guclendirerek son hedde catdirdilar Bu zaman qorcubasi Padar bir qrup herbci ile Tebrize geldi Tehmasibe sikayetle muraciet ederek ondan Sirvanin islerine qarismasini xahis etdi Sahrux mektub gondererek sedaqetini bildirdiyi turk sultaninin ciddi tehluke dogurmasi Tehmasibi tecili tedbirler gormeye vadar etdi Sirvani coxdan beri Sefeviler dovletine birlesdirmek fikrine dusen sah Tehmasib elverisli behane tapdi Hesen bey Rumlunun tedbirince Sah Sahruxun olkesini pis idare etmesi onun emir lerinin bed emelleri ordusundaki ogurluq bu olkedeki inamsizliq ve dini tesisatlara etinasizliq haqqinda esitmisdi Onda sah ustacli qacar ve talis tayfalarinin emirlerine Elqas mirzenin basciligi altinda Qarabag ve Muganin qeyri nizami desteleri ve iyirmi minlik qizilbas qosunu ile Sirvani tutmaga getmeyi emr etdi 1538 ci ilin yazinda Hicri 945 Elqas Mirze qorcubasi Padarin musayietile Kuru kecdi Sirvana girerek 300 nefer qarnizonla birlikde Surxab ve Qebele qalalarini tutdu Sonra onlar Sirvanin en mohtesem qalasi olan Gulustani muhasireye aldilar Seherin komendati kutval bu zaman Nemetulla bey idi Lakin qizilbas emirleri qosun larin bir hissesini Gulustan qalasinin yaninda qoyaraq qalanin Sirvansah Sahruxun vekil Huseyn bey Lele ve Sirvan zedeganlari ile sigindigi yuksek zirvede yerlesen elcatmaz Bugurt qalasina teref donderdiler Qalanin mudafiecilerinin muqavimetine Bugurt qalasi yaninda Huseyn beyle Qizilbaslar arasindaki doyusun neticesine baxmayaraq sonuncular Sirvanlilari meglubiyyete ugradaraq gurcu qalasini da ele kecirdiler Elqas Mirze dord ay Cennabi ve Munecimbasiya gore yeddi Hursaha gore doqquz ay muhasirede saxladigi Sahrux ve onun emirleri mehrumiyyetlere ve veziyyetlerin agirligina baxmayaraq Bugurt qalasinda merdlikle mudafie olunurdular Bu vaxt oz qosunlari ile muhasiredekilerin komeyine gelen Seki hakimi Dervis Mehemmed xan Bugurt qalasinin yaninda meglubiyyete ugradi ve doyusculerinin coxunu itirerek geri cekildi Bugurt qalasinin burcleri toplarla dagidilib ucurulduqdan sonra Dervis Mehemmed xanin komeyinden umidi kesilen qala mudafiecileri muqavimeti dayandirdilar Vekil Huseyn bey bildirdi ki sah gelse teslim olmaga hazirdirlar Saraya gonderilen qasid sahi Merendde tapdi Cennabinin melumatina gore Bugurta gelen sah Tehmasib adamlarini Sahru xun yanina gondererek ona aman boyuk iqta ve muxtelif hediyyeler verileceyini ved etdi Lakin bunlarin hamisi yalan cixdi Sonra sah Samaxinin butun serkerdelerine ve reislerine her cur nemetler ved ederek onlara xeyanet ederek aldatdi O seherin yuksek rutbeli serkerdele rinden zorla iri meblegde pul alaraq sonra onlarin coxunun edam olunmasini emr etdi Ertesi gun Sahrux Huseyn bey Mehemmed bey ve Sirvan emirleri hediyyelerle Tehmasibin huzuruna gelerek saraylarin ve xezinelerin acarlarini itaetle sahin vekillerine teqdim etdiler Sirvansahlarin hele XIII esrden Bugurt qalasinda saxlanilan xezinesine Tehmasib sahib oldu Sahrux Huseyn bey ve Mehemmed bey hebsxanaya salindi Bugurt qalasini ucurtmaq emr edildi 1538 ci il sentyabrin 27 de Hicri 945 ci il Cemediyulevvel ayinin ucun de cume gunu Gulustan qalasinin kutvali Nemetulla bey sahin huzuruna gelib qalani ona teslim etdi Ayin on yeddinci gunu Huseyn bey Lele edam olundu Seref xan Bitlisinin yazdigina gore Qizilbaslarin amansiz qilinclari ile qalada muhasirede olanlardan alti yuze yaxin adam olduruldu Hetta sah Tehmasib babasi sultan Heyderin qan intiqamini alaraq bir nece Sirvan eyani sexsen oz eli ile qetle yetirdi Sah Tehmasib Sirvani iqta kimi qardasi Elqas Mirzeye verdi Sirvansah Sahruxu da esl qul kimi qandalladaraq ozu ile goturub Tebrize qayitdi ve 1539 cu ilde onu gizlice edam etdirdi onun heyati sahin emri ile sondu Sirvansahlar dovletinin varligina son qoyulduqdan sonra Sefeviler dovletinin beylerbeyliklerinden biri kimi onun terkibine daxil oldu Sahin qardasi Elqas Mirze Sirvanin birinci beylerbeyi oldu Sirvanin demek olar ki zedeganlarin boyuk bir hissesi mehv edildi onun torpaqlari qizilbas tayfalarinin bascilarina emirlere paylandi Sulalenin ayri ayri nesillerinin itirilmis selteneti berpa etmek seyleri sonralar Azerbaycani ele kecirmeye cehd gosteren Osmanli sultanlari terefinden istifade olunmusdu 8 seh 78 Sirvanin Azerbaycan Sefeviler dov letinin terkibine daxil olmasi Azerbaycan xalqinin tarixinde obyektiv olaraq musbet rol oynadi Olkenin cenub ve simal vilayetlerinin Azerbaycan Sefeviler dovletinin hududlarinda birlesmesi Azerbaycanin sonraki iqtisadi ve medeni yukselisine serait yaratdi Lakin Sirvan eyanlari hele uzun muddet erzinde Sirvansahlar sulalesinin hakimiyyetden devrilmesi ve oz imtiyazlarinin itirilmesi ile barismadilar Musteqilliye dogru Sirvansahlarin bu cehdlerinden Osmanli sultanlari defelerle istifade etmisdiler Sirvan beylerbeyleriEsas meqale Sirvan beylerbeyilerinin siyahisi Sefeviler dovru Tarix Beylerbeyi1501 Behram bey1501 1502 Qazi bey1502 Sultan Mahmud ibn Qazi bey1502 1509 II Ibrahim1509 1519 Huseyn Bey Lele1519 1524 II Ibrahim1523 1535 II Xelilullah1535 1538 Sahrux ibn Ferrux Yasar1538 1547 Elqas Mirze1538 1541 Bedr xan Ustacli1538 1543 Qazi Xan Tekeli1543 1547 Bedr xan Ustacli1547 Ismail Mirze1547 1549 Sahverdi sultan Ziyadoglu Qacar1548 1550 Burhan Eli1549 Mehrab Mirze1549 1550 Qurban Eli Mirze1554 Qasim mirze Derbendi1549 1565 Abdulla xan Ustacli1566 Mustafa Bey1566 Sah Bey Eli1567 Ferruxzad Bey Qaradagli1567 1576 Araz xan Rumlu1577 Ebu Turab Soltan Ustacli1577 Kavus mirze Derbendi1577 Araz Soltan Xan Rumlu1578 Ebubekr mirze Derbendi1578 Penah Mehemmed Xan Zulqeder1578 Mehemmed Xan Xelife Hacilar Zulqeder1579 Suleyman Xan Ustacli1580 1583 Peyker sultan Ziyadoglu Qacar1583 Ensar xelife Qaradagli1604 05 Kaxetiyali I Konstantin1583 1607 Osmanli isgali1607 1610 Zulfiqar Qaramanli1610 1624 Yusif xan1624 1633 Qazaq xan Cerkez1633 1643 Ereb xan Samli1643 1653 Xosrov sultan Armani1653 Necefqulu xan CerkezBaxtan bey diger adi Mehreli xan 1663 Mehemmed bey ibn Siyavus bey1663 1667 Necefqulu xan Cerkez1667 Mehreli xanXosrov xan1718 Heseneli xan DagistaniHuseyn beyIstinadlarVaqif Piriyev Azerbaycanin tarixi siyasi cografiyasi Baki Musllim nesriyyati 2006 Oktay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki 2007 seh 76 Sara Asurbeyli Sirvansahlar dovleti Baki 2006 seh 285 Isgender bey Munsi Tarixi alamarayi Abbasi tercumesi farsacadan tercume eden Oktay Efendiyev ve Namik Musali Baki 2009 seh 286 Azerbaycan tarixi VII cildlik III cild Baki 2007 seh 320 Suleyman Eliyarli Uzaq kecmisden 1870 ci ile qeder Azerbaycan tarixi Baki 1996 seh 287 Ziya Buyadov Azerbaycan tarixi Baki 1996 seh 288MenbeEfendiyev O E Azerbaycan Sefeviler dovleti B 1993 Azerbaycan tarixi 7 cildde c 3 B 1999 Petrusevskiy I P Ocerki po istorii feodalgnix otnoseniy v Azerbaydcane i Armenii v XVI nacale XIX vv L 1949 Raxmani A A Azerbaydcan v konue XVI i v XVII veke B 1981 Istoriceskae qeoqrafie Azerbaydcana B 1987