Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur;1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu.
Abdulla xan Ustaclı | |
---|---|
| |
1549 – 1567 | |
Əvvəlki | Əlqas mirzə Səfəvi |
Sonrakı | Araz xan Rumlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1515 |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 1567 |
Vəfat yeri | |
Atası | Qara xan Ustaclı |
Anası | Fatma Sultan bəyim Səfəvi |
Həyat yoldaşı | Pəri xan xanım |
Dini | Şiə İslam |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi.
Həyatı
Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin . Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.
I Şah İsmayılın ölümündən sonra I Şah Təhmasibin lələsi, rumlu tayfasına mənsub Div Sultan dövlət işlərində nəzarəti öz əlinə keçirir. Bu zaman Ustaclı tayfasının görkəmli əmirlərindən olan Abdulla xan və Köpək sultan onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirlər. Tərəflər arasında hicri 932-ci ildə (1525) Səksəncik və Xərzavil döyüşlərində ustaclılar məğlub oldular. Xərzavil döyüşündə Abdulla xan Ustanclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə qoşuna rəhbərlik edirdi.
1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.
Abdulla xan Ustaclı siyasətdə şahın bütün əmirləri içində daha seçkin bir mövqedə idi. Şah Təhmasib Çuxa Sultanın ölümündən sonra hicri 937-ci ildə (1531) Qızılbaşlar arasında tarazlığı qorumaq üçün Hüseyn xan Şamlı ilə Abdulla xan Ustaclını əmirəl üməra vəzifəsinə gətirdi.
Şah Təhmasibin 1540–1541-ci ildə Baban bölgəsi hakimi Şeyx Kürdə qarşı göndərdiyi hərbi birlik məğlub olub geri qayıdır. Şərəf xan Bitlisi "Şərəfnamə" əsərində yazır ki, bu zaman şah üçüncü dəfə 1542-ci ildə yeni qoşun göndərmək qərarına gəlir. Bu qoşuna rəhbərlik edən qızılbaş əmirlərindən biri də Abdulla xan Ustaclı idi. Baş verən döyüşlər qızılbaşlar üçün məğlubiyyətlə nəticələnir.
Şirvan hakimi
1548–1549-cu ildə Sultan Süleyman Təbrizə doğru hərəkət etdi. Bu zaman Təbrizdə Şənbi-Qazan adlı yerdə gözləyən Şah Təhmasibin ordusunun avanqard hissəsini osmanlılara qarşı döyüşmək üçün Mərəndə göndərdi. Abdulla xan da bu qoşunla birlikdə idi. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular.
Həmin il Sultan Süleyman geri qayıtdıqdan və Əlqas Mirzə yaxalandıqdan sonra Şah Təhmasib yenidən Şirvanda Səfəvi hakimiyyətini bərpa etdi. Osmanlı qoşunları Azərbaycanın cənub hissəsindən getdikdən sonra şah ustaclı tayfasının başçısı Abdulla xanı Şirvan hakimi təyin etdi və Şirvan qiyamçılarını zərərsizləşdirmək vəzifəsini ona tapşırdı.Abdulla xan Ustaclının Şirvana bəylərbəyi təyin edilməsi də daha çox burada baş verə biləcək mərkəzdənqaçma meyilləri ilə əlaqədar idi. Fəzli İsfahani yazır ki, Şirvanşahlar nəslindən olan Bürhan sultan Şirvana gəlib, Şirvanşahlar sülaləsini və hakimiy- yətini bərpa etmək üçün Qızılbaş qoşunları ilə vuruşdu və məğlub oldu. Vəziyyəti belə görən Şah Təhmasib H.956-cı (1549) ildə öz bibisi oğlu Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin edir.
Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad yaxınlığında Kürü keçərək Əli Şəban adlı yerdə düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı Bürhan öldü və üsyançılar onun qohumlarından birini – gənc Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə qaçdı. Şirvanlılar yenə şahın hakimiyyətinə qarşı çxıb Şirvanşah taxtına Mehrabın qohumunu, Qurban Əli adlı bir şəxsi namizəd kimi irəli sürdülər. Onlar Xəzər dənizi adalarının birində möhkəmləndilər. Abdulla xan qiyamçılara sülh təklif etsə də onlar barışıq təklifini rədd edirlər. Nəricədə 1549-cu ilin sonunda baş verən döyüşdə Qurban Əli və qiyamçılar məğlub edilir.
Həsən bəy Rumlu bu hadisəni belə şərh edir ki, Abdulla xan Şirvana çatdıqda Bürhan vəfat etmişdi. Qiyamçılar onun cəsədini gizlətmişdilər. Abdulla xanın göstərişi ilə Bürhanın cəsədi aşkar edilir və başı kəsdirilir. Qorxudan Xəzər dənizi sahilində adaya çəkilən qiyamçılar Abdulla xanın barış təklifini qəbul etmədiklərinə görə dənizə sıxışdırılıb məhv edilirlər. Abdulla xan Ustaclı tayfasının bir hissəsini Şirvana köçürüb öz hakimiyyətini möhkəmləndirdi.
Şəkinin müstəqilliyinə son qoyulmasında rolu
Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasında idilər. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. "Gələsən – Görəsən" qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və kaxetiya çarı Levana tapşırıldı. Çıxılmaz vəziyyətə düşdüyünü görən Dərviş Məhəmməd xan gecə "Gələsən – Görəsən" qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları yaxaladılar və qılıncdan keçirdilər.
Qasım Şirvaninin üsyanı
1553-cü ildə I Süleyman 4-cü dəfə Azərbaycana səfərə başlayanda ona tabe olan Qasım bəy Şirvaninin bir qədər əsgər ilə Şirvana göndərir. O Dərbəndi keçərək Şirvan vilayətinə daxil oldu. Burada şirvanlıların bir hissəsi də onun qoşununa qatıldı. Abdulla xan qoşununun böyük bir qismini Naxçıvana göndərdiyi üçün öhdəliyində olan qüvvələr olduqca az idi. Buna baxmayaraq o Şirvan əmirlərindən İbrahim bəy Şamlı və Əliqulu bəy Qacarın köməkliyi ilə qiyamçılar üzərinə hücuma keçdi. İlk döyüşdə qızılbaşlar uğur qazana bilməyib Şamaxıya geri qayıdırlar. Daha sonra qiyamçılarla Abdulla xan arassında Gülüstan qalasının altında baş verən döyüşdə qızılbaşlar qalib gəldilər. Döyüş meydanında 5 minə yaxın qiyamçı öldürüldü. Yerdə qalanlar isə Tabasarana qaçdılar. Bu qələbə ilə Şirvanda Abdulla xanın hakimiyyəti gücləndi.
Antoni Cenkinson ilə görüşü
Abdulla xan 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. O, bu vəzifədə olarkən bir çox xarici səyyah və səfirləri qonaq etmişdi. "Moskva kompaniyası"nın agenti olan tacir-səyyah Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı tərəfindən qəbul edilmişdi. Antoni Cenkinson Şamaxı ətrafında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı və onun şərəfinə təşkil etdiyi ziyafətlə bağlı belə yazırdı:
Ayın 18-də yuxarıda adı çəkilən Hirkan, başqa sözlə desək, Şirvan ölkəsindəki Şamaxı (Shamaky) adlı şəhərə gəlib çıxdım. Bu gözəl kral şəhərində mənim üçün bina ayrılmış, mallar isə yerləşdirilmişdi. O biri gün, ayın 19-da mən əmr aldım ki, kralın görüşünə gedim. Onun adı Abdulla xan idi, Avqustun 20-də onun görüşünə gəldim. O, məni mehriban qarşıladı. Mən onun əlini öpdükdən sonra, o məni nahara dəvət elədi, həm də özünün yaxınlığında oturmağı emr etdi. Kral zəngin ipək və qızıl ilə bəzənmiş çadırda oturmuşdu. ..Hökmdar özü ortaboylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər və daş-qaş düzülmüş paltar geyinmişdi. O, başına şiş uclu, yarım yard uzunluğunda zəngin qızılı parçadan türban qoymuşdu, üstündən 20 yard uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı. Türbanın sağ tərəfində, mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş qızıl lüləyə lələk çələngi taxılmışdı. Onun sırğalarının əl içi boyda asılı uclarına böyük qiyməti olan iki yaqut qoyulmuşdu. |
Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о hətta yeməklərin sayını hesablamağı qərara almışdı.
Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi; yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək vərilmişdi. Onları süfrələr ilə birlikdə yığışdırdıqdan sonra yeni süfrələr salıb meyvələrdən və başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü vərilmişdi. Nahar qonaqlığının sonunda kral mənə guoch gueldə, yəni «xoş gəldin» dedi, bulaqdan parçı su ilə doldurmağı əmr edib bir qurtum içdi və qalanını mənə verərək, soruşdu ki, su mənim xoşuma gəlirmi və bizim ölkədə belə dadlı su varmı? |
O,1563-cü ildə Qəzvindən geri qayıdarkən aprelin 6-da yenidən Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. Bu barədə Cenkinson yazır: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad (Javate) şəhərinə çatdım". Abdulla xan Moskva dövlətinə və İngiltərəyə ipək ixracını Şirvanın və bütün ölkənin iqtisadiyyatı üçün faydalı iş sayırdı və buna görə də, şahı faydalı iş təklifinə xeyirxahlıqla yanaşmağa inandırmışdı. Abdulla xan tərəfindən imzalanan fərmanın mətni belə idi:
Biz, Abdulla xan, göyün və yerin yaradıcısı Allahın qüdrəti ilə təyin olunmuş və indi də səltənət sürən Şirvan və Hirkan kralı205, bizim əzizimiz və istəklimiz elçi Antoni Cenkinsonun təkidli ərzihalı və xahişləri nəticəsində bizim təşəbbüsümüz və böyük mərhəmətimizlə yalnız çox möhtərəm ser Uilyam Gerretə, ser Uilyam Çestora, ser Tomas Loca, cənab Riçard Melleriyə və cənab Riçard Çemberlenə, onların İngiltərənin London şirkətindən olan bütün tacir-sahibkarlar dəstəsinə bizim ölkəyə ticarət aparmaq üçün mallarla gəlmələrinə və ya bu məqsədlə öz nümayəndələrini göndərmələrinə, keçməyə, başqa şəxslərlə nağd pulla, yaxud mübadilə etməklə alqı-satqı aparmağa, arzu etdikləri qədər bizim ölkədə qalmağa və yaşamağa və istədikləri vaxt, istər onların özlərinə, istərdə də mallarına münasibətdə yubanmadan, əngəlsiz və maneəsiz getməyə tam sərbəstlik, təhlükəsiz buraxılış və icazə hüququ verdik və bağışladıq. Sonra, hökm vermək istərdik ki, yuxarıda göstərilən ingilis tacirləri və onların şirkəti bizim mülklərimizdə alacaqları və satacaqları mallar üçün heç bir rüsum verməyəcəklər. Əgər hər hansı bir vaxtda bizim vergi yığanlarımız, bizim digər qulluqçularımız, yaxud onlardan kimsə bizim bu hökmümüzü pozaraqəngəl və sui-istifadə törədib, bu ingilis tacirlərindən, yaxud onların nümayəndələrindən, onların bizim mülklərə gətirdiyi, yaxud buradan apardığı mallardan hər hansı rüsum almağa güc işlədərlərsə, yuxarıda deyilən yığıcılar və qulluqçular öz vəzifələrindən kənar edilsinlər, bundan sonra bizim gözümüzdən düşməyə düçar edilsinlər, yığıcılarımızın bizim xəzinə üçün onlardan topladığı bütün pullar və mallar isə ingilis tacirlərinə qaytarılsın. Göstərilən ingilis tacirləri, yaxud onların nümayəndələri bizim xəzinəmiz üçün yararlı olan hər hansı mallar gətirərlərsə, xəzinədar belə malları xəzinəyə qəbul etməli və ingilis tacirlərinə həmin malların dəyəri həcmində ya nağd pul, yaxud xamna ödəməlidir. Bizim imtiyazlı fərmanımızmülklərimizin hər yerində təqdim edilərsə, yaxud oxunarsa, biz tələb və hökm edirik ki, onun qüvvəsi olsun və bütün məntəqələrdə ona əməl edilsin” |
Abdulla xanın imtiyazlarına görə, "Moskva şirkəti"nə ingilis tacirlərinə imkan verilirdi: 1) ölkəyə gəlmək və burada qeyri-məhdud müddətdə qalmaq hüququ; 2) ingilis mallarının ölkəyə sərbəst və xüsusilə rüzumsuz gətirilməsi, burada satılması. 1563-cü ildə əllərində Abdulla xanın fərmanı olan (A. Cenkinsonun onlara verdiyi) ingilis tacirləri Tomas Olkok, Corc Renn və Riçard Çini Azərbaycana gəlmişdilər.
1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının nümayəndəliyi IV İvan ilə diplomatik danışıqlar aparmaq məqsədilə Moskvaya gəlmişdi.
Ailəsi
Abdulla xan Şah İsmayıl Səfəvinin qızı evlənmişdi. Həmzə xan, Şahəli mirzə, Xanməhəmməd bəy adlı oğulları vardı.
Mənbə
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq nəşriyyat. 2007. səh. 400. ISBN .
- Sertaç Sarıçiçek. SAFEVİLER DÖNEMİNDE İRAN'DA AVŞARLAR. Ankara. Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı. 2016.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Nizami Süleymanov. Azərbaycan Səfəvilər dövləti 1501-1736-cı illər. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. 2018. səh. 214.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa nəşriyyatı. 2008. səh. 160.
İstinadlar
- Абдуллахан Устаҹлы // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 19.
- Çingizoğlu, 2008. səh. 65
- Məhəmmədi, 1993. səh. 29
- Əfəndiyev, 2007. səh. 54
- Süleymanov, 2018. səh. 41
- Cavanşir, 2007. səh. 261
- Cavanşir, 2007. səh. 461
- Əfəndiyev, 2007. səh. 96
- Bayramlı, 2015. səh. 237
- Əfəndiyev, 2007. səh. 97
- Süleymanov, 2018. səh. 57
- Sarıçiçek, 2016. səh. 43
- Əfəndiyev, 2007. səh. 99
- Cavanşir, 2007. səh. 462
- Süleymanov, 2018. səh. 49
- Əfəndiyev, 2007. səh. 104
- Əliyarlı, 2007. səh. 201
- Əfəndiyev, 2007. səh. 288
- Əfəndiyev, 2007. səh. 289
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abdulla xan Qara xan oglu Ustacli diger Azerbaycandilli menbelerde Abdullaxan Ustacli deye qeyd olunur 1515 Diyarbekir 2 oktyabr 1567 Sirvan Qizilbas serkerdesi Sirvan beylerbeyi I Sah Ismayil Sefevinin bacisi oglu Abdulla xan UstacliOqtay Sadiqzade terefinden cekimis Ingilis diplomati Rusiyanin Moskva Kompaniyasi nin agenti Antoni Cenkinson Abdulla xan Ustaclinin qebulunda 1562 1563 tablosu Azerbaycan Tarix Muzeyinde saxlanilir Sirvan beylerbeyliyinin III hakimi1549 1567EvvelkiElqas mirze SefeviSonrakiAraz xan RumluSexsi melumatlarDogum tarixi 1515Dogum yeri Diyarbekir Diyarbekir ili TurkiyeVefat tarixi 2 oktyabr 1567 1567 10 02 Vefat yeri Sirvan AzerbaycanAtasi Qara xan UstacliAnasi Fatma Sultan beyim SefeviHeyat yoldasi Peri xan xanimDini Sie IslamRutbesi general Vikianbarda elaqeli mediafayllar Abdulla xan hicri 956 1549 1550 ci ilde Sirvan beylerbeyisi vezifesine teyin olunmus ve 974 1566 1567 cu ilde vefat edenedek 17 il erzinde hemin vezifeni tutmusdu O Sirvan eyanlarinin separatci cixislarini Qurbanelinin Mehrabin Qasim Mirzenin yatirmaga nail oldu ve burada Sefevilerin hakimiyyetini mohkemlendirdi Bundan sonra Abdulla xanin nufuzu daha da artdi I Sah Tehmasib hem de bibisi oglu olan Abdulla xanla cox vaxt hesablasirdi Cenkinsonun oz qeydlerinde Sirvan canisini Abdulla xanin sarayinin sahane temteraqinin tesvirine boyuk yer vermesi onu medh ederek Sirvan krali adlandirmasi tesadufi deyildi HeyatiAbdulla xan Qara xan oglu Ustacli Diyarbekirde anadan olmusdu Ustacli elinin Anonim muellif terefinden qeleme alinan Tarixi Qizilbasan adli eserde onun haqqinda melumata rast gelinir Muellif yazir ki Ustacli tayfasinin en boyuk emirlerinden biri olan Abdulla xan I Sah Ismayilin bacisi oglu I Sah Tehmasibin ise bacisinin eri idi I Sah Ismayilin olumunden sonra I Sah Tehmasibin lelesi rumlu tayfasina mensub Div Sultan dovlet islerinde nezareti oz eline kecirir Bu zaman Ustacli tayfasinin gorkemli emirlerinden olan Abdulla xan ve Kopek sultan onun hakimiyyetinin guclenmesine yol vermek istemirler Terefler arasinda hicri 932 ci ilde 1525 Seksencik ve Xerzavil doyuslerinde ustaclilar meglub oldular Xerzavil doyusunde Abdulla xan Ustancli Kirman hakimi Ehmed Sufi oglu Ustacli ile birlikde qosuna rehberlik edirdi 1527 ci ilde ozbek xani Ubeydulla xan Qizilbaslar memleketine qosun cekdi I Sah Tehmasib ordu toplayib qarsi cixdi Ustacli elinden Abdulla xan 200 nefer secme bahadirla toplanti yerine geldi Elin diger qruplarindan ise 16 minden yuxari atli yigilmisdi Yigilanlar icinde Ustacli eli birinci yeri 17 min atliyla ikinci yeri Avsar eli 16 min atliyla tuturdu Ozbekler meglub olub geri cekildiler Abdulla xan Ustacli siyasetde sahin butun emirleri icinde daha seckin bir movqede idi Sah Tehmasib Cuxa Sultanin olumunden sonra hicri 937 ci ilde 1531 Qizilbaslar arasinda tarazligi qorumaq ucun Huseyn xan Samli ile Abdulla xan Ustaclini emirel umera vezifesine getirdi Sah Tehmasibin 1540 1541 ci ilde Baban bolgesi hakimi Seyx Kurde qarsi gonderdiyi herbi birlik meglub olub geri qayidir Seref xan Bitlisi Serefname eserinde yazir ki bu zaman sah ucuncu defe 1542 ci ilde yeni qosun gondermek qerarina gelir Bu qosuna rehberlik eden qizilbas emirlerinden biri de Abdulla xan Ustacli idi Bas veren doyusler qizilbaslar ucun meglubiyyetle neticelenir Sirvan hakimi1548 1549 cu ilde Sultan Suleyman Tebrize dogru hereket etdi Bu zaman Tebrizde Senbi Qazan adli yerde gozleyen Sah Tehmasibin ordusunun avanqard hissesini osmanlilara qarsi doyusmek ucun Merende gonderdi Abdulla xan da bu qosunla birlikde idi Osmanli qosunlari Abdulla xan Ustaclinin Sahverdi Sultan Ziyad oglunun ve Eli Sultan Tekelinin basciligi ile irelide olan qizilbas hisseleri ile toqqusdular Qizilbaslar Osmanlilarin ustun quvvelerinin tezyiqi altinda sahin Eskemberde yerlesen qerargahina geri cekilmeye mecbur oldular Hemin il Sultan Suleyman geri qayitdiqdan ve Elqas Mirze yaxalandiqdan sonra Sah Tehmasib yeniden Sirvanda Sefevi hakimiyyetini berpa etdi Osmanli qosunlari Azerbaycanin cenub hissesinden getdikden sonra sah ustacli tayfasinin bascisi Abdulla xani Sirvan hakimi teyin etdi ve Sirvan qiyamcilarini zerersizlesdirmek vezifesini ona tapsirdi Abdulla xan Ustaclinin Sirvana beylerbeyi teyin edilmesi de daha cox burada bas vere bilecek merkezdenqacma meyilleri ile elaqedar idi Fezli Isfahani yazir ki Sirvansahlar neslinden olan Burhan sultan Sirvana gelib Sirvansahlar sulalesini ve hakimiy yetini berpa etmek ucun Qizilbas qosunlari ile vurusdu ve meglub oldu Veziyyeti bele goren Sah Tehmasib H 956 ci 1549 ilde oz bibisi oglu Abdulla xan Ustaclini Sirvana beylerbeyi teyin edir Hicri 956 1549 ci ilde Abdulla xan Cavad yaxinliginda Kuru kecerek Eli Seban adli yerde duserge saldi Qiyamcilar Bugurd deresinde yerlesmisdiler Onlar boyuk quvvelere malik olduqlarina gore qizilbaslar hucuma baslamaga cesaret etmirdiler Lakin bu vaxt qiyamcilarin bascisi Burhan oldu ve usyancilar onun qohumlarindan birini genc Mehrabi ozlerine basci sacdiler Abdulla xan qiyamcilara hucum edib onlari meglubiyyete ugratdi Mehrab coxlu terefdarlari ile qacdi Sirvanlilar yene sahin hakimiyyetine qarsi cxib Sirvansah taxtina Mehrabin qohumunu Qurban Eli adli bir sexsi namized kimi ireli surduler Onlar Xezer denizi adalarinin birinde mohkemlendiler Abdulla xan qiyamcilara sulh teklif etse de onlar barisiq teklifini redd edirler Nericede 1549 cu ilin sonunda bas veren doyusde Qurban Eli ve qiyamcilar meglub edilir Hesen bey Rumlu bu hadiseni bele serh edir ki Abdulla xan Sirvana catdiqda Burhan vefat etmisdi Qiyamcilar onun cesedini gizletmisdiler Abdulla xanin gosterisi ile Burhanin cesedi askar edilir ve basi kesdirilir Qorxudan Xezer denizi sahilinde adaya cekilen qiyamcilar Abdulla xanin baris teklifini qebul etmediklerine gore denize sixisdirilib mehv edilirler Abdulla xan Ustacli tayfasinin bir hissesini Sirvana kocurub oz hakimiyyetini mohkemlendirdi Sekinin musteqilliyine son qoyulmasinda rolu Hicri 958 1551 ci ilde I Sah Tehmasib Sekinin musteqilliyine son qoymaq qerarina geldi Sah Tehmasib Seki hakiminin usyankar reftarina qarsi cavab vermek meqsedile 1551 ci ilde Seki uzerine yuruse baslayir Bu zaman Dervis Mehemmed xana nifret besleyen gurculer de I Tehmasibin yanina gelib oz itaetlerini bildirirler Sefevi ordusunun geldiyi xeberini esiden Dervis xan Gelesen Goresen qalasina siginir Diger eyanlar ise Kis qalasinda idiler Qorcibasi Sevindik bey Bedr xan ve Sahqulu Sultan Ustacli Kis qalasinin uzerine gonderililer Gelesen Goresen qalasini ele kecirmek Abdulla xan Ustacliya ve kaxetiya cari Levana tapsirildi Cixilmaz veziyyete dusduyunu goren Dervis Mehemmed xan gece Gelesen Goresen qalasindan cixdi ve ozunun dord yuz neferlik destesi ile qalani muhasireye almes qizilbaslarin xettini yarib kecmeye cehd gosterdi Lakin Abdulla xanin ve car Levanin desteleri qacqinlari yaxaladilar ve qilincdan kecirdiler Qasim Sirvaninin usyani 1553 cu ilde I Suleyman 4 cu defe Azerbaycana sefere baslayanda ona tabe olan Qasim bey Sirvaninin bir qeder esger ile Sirvana gonderir O Derbendi kecerek Sirvan vilayetine daxil oldu Burada sirvanlilarin bir hissesi de onun qosununa qatildi Abdulla xan qosununun boyuk bir qismini Naxcivana gonderdiyi ucun ohdeliyinde olan quvveler olduqca az idi Buna baxmayaraq o Sirvan emirlerinden Ibrahim bey Samli ve Eliqulu bey Qacarin komekliyi ile qiyamcilar uzerine hucuma kecdi Ilk doyusde qizilbaslar ugur qazana bilmeyib Samaxiya geri qayidirlar Daha sonra qiyamcilarla Abdulla xan arassinda Gulustan qalasinin altinda bas veren doyusde qizilbaslar qalib geldiler Doyus meydaninda 5 mine yaxin qiyamci olduruldu Yerde qalanlar ise Tabasarana qacdilar Bu qelebe ile Sirvanda Abdulla xanin hakimiyyeti guclendi Antoni Cenkinson ile gorusu Abdulla xan 1549 cu ilden 1567 ci iledek Sirvanin beylerbeyisi olmusdu O bu vezifede olarken bir cox xarici seyyah ve sefirleri qonaq etmisdi Moskva kompaniyasi nin agenti olan tacir seyyah Antoni Cenkinson Samaxida Sirvan beylerbeyi Abdulla xan Ustacli terefinden qebul edilmisdi Antoni Cenkinson Samaxi etrafinda Sirvan beylerbeyisi Abdulla xan Ustacli ve onun serefine teskil etdiyi ziyafetle bagli bele yazirdi Ayin 18 de yuxarida adi cekilen Hirkan basqa sozle desek Sirvan olkesindeki Samaxi Shamaky adli sehere gelib cixdim Bu gozel kral seherinde menim ucun bina ayrilmis mallar ise yerlesdirilmisdi O biri gun ayin 19 da men emr aldim ki kralin gorusune gedim Onun adi Abdulla xan idi Avqustun 20 de onun gorusune geldim O meni mehriban qarsiladi Men onun elini opdukden sonra o meni nahara devet eledi hem de ozunun yaxinliginda oturmagi emr etdi Kral zengin ipek ve qizil ile bezenmis cadirda oturmusdu Hokmdar ozu ortaboylu ve zehmli adam idi uzun ipek parcalardan bahali mirvariler ve das qas duzulmus paltar geyinmisdi O basina sis uclu yarim yard uzunlugunda zengin qizili parcadan turban qoymusdu ustunden 20 yard uzunlugunda qizili sapla tikilmis hind ipeyinden calma baglamisdi Turbanin sag terefinde mina ile zerif bezedilmis ve das qas duzulmus qizil luleye lelek celengi taxilmisdi Onun sirgalarinin el ici boyda asili uclarina boyuk qiymeti olan iki yaqut qoyulmusdu Ecnebi qonagi nahar yemeyinin cesidi heyretlendirmis o hetta yemeklerin sayini hesablamagi qerara almisdi Nahar vaxti gelib catdiqda dosemeye sufreler salindi ve muxtelif yemekler getirildi yemekler cesidine gore sira ile duzulmusdu Men apardigim sayima gore 140 nov yemek verilmisdi Onlari sufreler ile birlikde yigisdirdiqdan sonra yeni sufreler salib meyvelerden ve basqa qonaqliq yemeklerinden ibaret 150 nov bulud getirdiler belelikle iki defeye 290 yemek novu verilmisdi Nahar qonaqliginin sonunda kral mene guoch guelde yeni xos geldin dedi bulaqdan parci su ile doldurmagi emr edib bir qurtum icdi ve qalanini mene vererek sorusdu ki su menim xosuma gelirmi ve bizim olkede bele dadli su varmi O 1563 cu ilde Qezvinden geri qayidarken aprelin 6 da yeniden Sirvan beylerbeyisi Abdulla xan Ustacli ile Cavadda onun sarayinda gorusur Bu barede Cenkinson yazir Yene de hemin 1562 ci il oktyabrin 6 da men oz yoldaslarimla Samaxidan cixdim ve 60 mil getdikden sonra kralin Abdulla xan Ustacli nezerde tutulur her cur novlu meyvelerle bol baglari olan gozel sarayinin yerlesdiyi Cavad Javate seherine catdim Abdulla xan Moskva dovletine ve Ingiltereye ipek ixracini Sirvanin ve butun olkenin iqtisadiyyati ucun faydali is sayirdi ve buna gore de sahi faydali is teklifine xeyirxahliqla yanasmaga inandirmisdi Abdulla xan terefinden imzalanan fermanin metni bele idi Biz Abdulla xan goyun ve yerin yaradicisi Allahin qudreti ile teyin olunmus ve indi de seltenet suren Sirvan ve Hirkan krali205 bizim ezizimiz ve isteklimiz elci Antoni Cenkinsonun tekidli erzihali ve xahisleri neticesinde bizim tesebbusumuz ve boyuk merhemetimizle yalniz cox mohterem ser Uilyam Gerrete ser Uilyam Cestora ser Tomas Loca cenab Ricard Melleriye ve cenab Ricard Cemberlene onlarin Ingilterenin London sirketinden olan butun tacir sahibkarlar destesine bizim olkeye ticaret aparmaq ucun mallarla gelmelerine ve ya bu meqsedle oz numayendelerini gondermelerine kecmeye basqa sexslerle nagd pulla yaxud mubadile etmekle alqi satqi aparmaga arzu etdikleri qeder bizim olkede qalmaga ve yasamaga ve istedikleri vaxt ister onlarin ozlerine isterde de mallarina munasibetde yubanmadan engelsiz ve maneesiz getmeye tam serbestlik tehlukesiz buraxilis ve icaze huququ verdik ve bagisladiq Sonra hokm vermek isterdik ki yuxarida gosterilen ingilis tacirleri ve onlarin sirketi bizim mulklerimizde alacaqlari ve satacaqlari mallar ucun hec bir rusum vermeyecekler Eger her hansi bir vaxtda bizim vergi yiganlarimiz bizim diger qulluqcularimiz yaxud onlardan kimse bizim bu hokmumuzu pozaraqengel ve sui istifade toredib bu ingilis tacirlerinden yaxud onlarin numayendelerinden onlarin bizim mulklere getirdiyi yaxud buradan apardigi mallardan her hansi rusum almaga guc islederlerse yuxarida deyilen yigicilar ve qulluqcular oz vezifelerinden kenar edilsinler bundan sonra bizim gozumuzden dusmeye ducar edilsinler yigicilarimizin bizim xezine ucun onlardan topladigi butun pullar ve mallar ise ingilis tacirlerine qaytarilsin Gosterilen ingilis tacirleri yaxud onlarin numayendeleri bizim xezinemiz ucun yararli olan her hansi mallar getirerlerse xezinedar bele mallari xezineye qebul etmeli ve ingilis tacirlerine hemin mallarin deyeri hecminde ya nagd pul yaxud xamna odemelidir Bizim imtiyazli fermanimizmulklerimizin her yerinde teqdim edilerse yaxud oxunarsa biz teleb ve hokm edirik ki onun quvvesi olsun ve butun menteqelerde ona emel edilsin Abdulla xanin imtiyazlarina gore Moskva sirketi ne ingilis tacirlerine imkan verilirdi 1 olkeye gelmek ve burada qeyri mehdud muddetde qalmaq huququ 2 ingilis mallarinin olkeye serbest ve xususile ruzumsuz getirilmesi burada satilmasi 1563 cu ilde ellerinde Abdulla xanin fermani olan A Cenkinsonun onlara verdiyi ingilis tacirleri Tomas Olkok Corc Renn ve Ricard Cini Azerbaycana gelmisdiler 1563 cu il noyabrin 1 de Sirvan beylerbeyi Abdulla xan Ustaclinin numayendeliyi IV Ivan ile diplomatik danisiqlar aparmaq meqsedile Moskvaya gelmisdi AilesiAbdulla xan Sah Ismayil Sefevinin qizi evlenmisdi Hemze xan Saheli mirze Xanmehemmed bey adli ogullari vardi MenbeZabil Hesret oglu Bayramli AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU Baki AVROPA nesriyyati 2015 seh 348 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Suleyman Eliyarli Azerbaycan tarixi uzre qaynaqlar Baki Ciraq nesriyyat 2007 seh 400 ISBN 5 8025 0002 6 Sertac Saricicek SAFEVILER DONEMINDE IRAN DA AVSARLAR Ankara Hacettepe Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali 2016 Babek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 Nizami Suleymanov Azerbaycan Sefeviler dovleti 1501 1736 ci iller Baki Iqtisad Universiteti Nesriyyati 2018 seh 214 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Enver Cingizoglu Qaradaglilar Baki Susa nesriyyati 2008 seh 160 IstinadlarAbdullahan Ustaҹly Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 19 Cingizoglu 2008 seh 65 Mehemmedi 1993 seh 29 Efendiyev 2007 seh 54 Suleymanov 2018 seh 41 Cavansir 2007 seh 261 Cavansir 2007 seh 461 Efendiyev 2007 seh 96 Bayramli 2015 seh 237 Efendiyev 2007 seh 97 Suleymanov 2018 seh 57 Saricicek 2016 seh 43 Efendiyev 2007 seh 99 Cavansir 2007 seh 462 Suleymanov 2018 seh 49 Efendiyev 2007 seh 104 Eliyarli 2007 seh 201 Efendiyev 2007 seh 288 Efendiyev 2007 seh 289Xarici kecidler 1