Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir.
Antoni Cenkinson | |
---|---|
ing. Anthony Jenkinson | |
Doğum tarixi | |
Doğum yeri | Leyçester, İngiltərə |
Vəfat tarixi | 1610/1611 |
Fəaliyyəti | diplomat, tarixçi, tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, tacir, Gəmi kapitanı, səfir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş " qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi.
Səyahətləri
İlk səyahəti
Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur. O, Suriyaya səfər edərək 7 il müddətinə Hələbdə yaşamışdır. 4 noyabr 1553-cü ildə Osmanlı sultanı Süleyman Azərbaycana 4-cü yürüşü öncəsi Hələb şəhərinə səfər etmiş, bu zaman şəhərdə olan Cenkinson səfərlə bağlı bir sıra məlumatlar vermişdir. Cenkinsonun gündəliyində Osmanlı sultanının əmrləri, ordusu və geyimləri barədə məlumatlar qeyd edilmişdir. 1553-cü ilin dekabr ayının 7-dən 1554-cü il mart ayının 24-ə qədər Cenkinson bir diplomat kimi şahın qəbulunda oldu. O şahdan gömrük haqqı ödəmədən Osmanlı limanlarında rahat ticarət edə bilmək üçün icazə kağızı aldı. Maraqlısı odur ki, bəhs edilən dövrdə İngiltərənin Türkiyə ilə diplomatik əlaqələri yox idi.
1557–1558-ci il ekspedisiyası
Çox keçmədən, 1557-ci ildə Antoni Cenkinson "Moskva" kompaniyasının Rusiyaya göndərilən ticarət donanmasına baş kapitan və 3 il müddətinə kompaniyanın agenti təyin olundu. Cenkinson "Moskva" kompaniyasının ekspedisiyaları tərkibində 4 dəfə Rusiyada olmuşdu: İlk dəfə 1557-ci ildə Mosvkaya gəlmiş, buradan isə 1558–1559-cu illərdə Orta Asiyaya səyahət etmişdi; 1561–1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlmiş, Səfəvi hökmdarı, Təhmasib şahla danışıqlar aparmışdı; 1566–1567 və 1571–1572-ci illərdə isə o, daha iki dəfə Rusiya çarlığına gəlmiş, sonuncu dəfə IV İvan sarayında ingilis səfiri olmuşdur. İngilis səyyah, yazıçı məlumat verir ki, Cenkinsonun gəmisi 12 may tarixində Qreyvisenddən yola düşərək, 3 iyul 1557-ci ildə Vardoya (Norveçdə bir şəhər) çatdı. Daha sonra Kola yarımadasının sahili ilə üzərək 13 iyulda Arxangelsk şəhərinə gəldilər. Cenkinsonun dəstəsi burada yerləşən Müqəddəs Nikolas monastrında gecələdilər. Avqust ayının əvvəllərinə qədər monastrda qalan dəstə ilk əvvəl Valoqdaya, dekabr ayının 1-də isə çarla görüşmək üçün Moskvaya doğru yola düşdülər. 5 gün sonra paytaxtda çarın katibi ilə görüşərək öz tələblərini və məktubunu ona çatdırmağı xahiş etdi və bu barədə ondan zəmanət alıb çarla görüşə qədər Moskvada qaldı. Dekabrın 25-i Cenkinsonun çar IV İvan Qroznı ilə görüşü baş tutdu. Cenkinson əl yazmalarında IV İvan Qroznı ilə görüşünü təsvir edərək, çarın hüzuruna çıxıb, əlini öpdüyünü bildirir. Daha sonra çarın əzəmətindən və taxt tacının möhtəşəmliyindən bəhs edərək onunla ikinci görüşünün yanvar ayının 2-də baş tutduğunu bildirir. Bundan başqa o qeydlərində ekspedisiyası ilə bağlı məlumatlardan başqa Moskva şəhərinin sosial-siyasi durumu və şəhər əhalisinin sayı barədə maraqlı məlumatlar vermişdir. 1558-ci ilin aprel ayında Antoni Cenkinson, Riçard Conson, Robert Conson və bir tərcüməçi il birgə bütün heyət Oka və Volqa çayının cənub sahilinə doğru hərəkət edib, Qazan xanlığından keçdilər və Həştərxan şəhərinə gəldilər. Buradan onun dəstəsi səyahətini davam etdirərək Xəzər dənizində Serax torpaqlarına oradan isə cənub şərqə doğru hərəkət edərək Noqay ordasına gəldilər. Cenkinson əl yazmalarının bir neçə bölümünü Noqay ordasına həsr etmişdir. O qəbilə təşkilatları, köçəri həyat tərzlərinə görə Noqayların fərqli olduğunu bildirir və qeyd edir ki, onların evləri kifayət qədər geniş biçimdə tikilmişdi və hərbi cəhətdən çox istedadlı idilər. "Noqaylar qayda qanunlarla idarə olunur, onlar genişləndikcə Hordlar adlanan kiçik təşkilatlara bölünürdülər və bu təşkilatların başında Mirzə adlanan rəhbər dayanırdı." İyun- avqust aylarını burada keçirən Cenkinson və dəstəsi buradan Xarəzmə, noyabrda isə Buxaraya yola düşdülər. Lakin onlar Buxarada çox qalmadı. Buna səbəb yerli hakimlər arasında düşmənçiliyin hökm sürməsi idi. Beləki, Səmərqənd ordusunun hücumundan əvvəl Buxaranı tərk edərək geriyə doğru- Xəzəri keçərək Moskvaya qayıtdılar. 1560-cı ilə qədər burada qalan Cenkinson 1560-cı ildə İngiltərəyə qayıdaraq Kraliça I Elizabet ilə görüşdü.
1561–1563-cü il ekspedisiyası, Şah Təhmasiblə görüş
1561-ci il may ayının 8-də tərəfindən Antoni Cenkinsona verilən tapşırığa əsasən Cenkinson Həştərxan və Xəzər dənizi vasitəsilə Səfəvilər dövlətinə gəlməli, "kral həzrətlərinin" fərmanları ilə "Sufinin" hüzuruna getməli idi. Cenkinson Səfəvi hökmdarı Təhmasib şahdan Səfəvi dövləti ərazisində ingilis mallarını sərbəst surətdə satmaq və buradan İngiltərəyə hər cür mal alıb aparmaq üçün imtiyazlar və "toxunulmazlıq fərmanı" almalı idi. Bundan başqa Antoni Cenkinson ingilis tacirlərinin öz mallarını istədikləri vaxt Səfəvi dövləti ərazisindən Hindistana, həmçinin Səfəvi dövləti ilə həmsərhəd olan başqa ölkələrə sərbəst surətdə keçib getməsinə, sonra isə qayıdıb Rusiyaya gəlmələrinə təminat almalı idi. 1561-ci il may ayında Cenkinson yenidən Moskvaya yola düşdü Avqustda Moskvaya çatan Cenkinson yeni səfər üçün çardan icazə almalı idi. Çarın icazəsi bir müddət gecikdiyi üçün 1562-ci ilin aprel ayının 27-də yola düşən Cenkison 1562-ci ilin avqust ayının 18-də Şamaxıya çatdı. Burada onu Abdulla xan Ustaclı qarşıladı. Antoni Cenkinsonun səyahətnaməsində Abdulla xana səfərinin səbəbini izah edərkən bildirmişdir ki, o ingilis kraliçasının fərmanları ilə "böyük Sufinin" yanına dostluq əlaqələri yaratmaq, ingilis tacirlərinə Səfəvilər dövləti ərazisində sərbəst ticarət etmək, bu ərazidən azad surətdə keçib getmək üçün toxunulmazlıq fərmanları almağa gedir. Səyyah oktyabrın 6-da Şamaxıdan Qəzvinə səyahət etmiş, bu barədə gündəliyində apardığı qeydlərdə bir sıra maraqlı məlumatlar vermişdir. İngilis səyyahı 20 noyabrda Qəzvində Səfəvi hökmdarı Təhmasib şah tərəfindən qəbul olunarkən də gəlişinin səbəbini təqribən eyni şəkildə izah etdi. Səyyahın yazdığına görə danışıqlar müvəffəqiyyətlə nəticələnməmiş, səfəvilərlə Osmanlı arasında təntənəli şəraitdə sülh bağlanmışdı. Bu müqavilə Cenkinsonun səfərinin uğursuzluqla nəticələnməsinə səbəb oldu. Osmanlı sultanı ilə münasibətlərini pozmamaqçün şah elçini yaxşı qarşılamadı və razılıq baş tutmadı. Cenkinson burada hind tacirləri ilə də əlaqə yaratdı. Cenkinson 20 mart 1563-cü ilə qədər Qəzvində qaldı. 1564-cü ildə isə İngiltərəyə qayıtdı.
1565-ci il səfəri, Şotlandiya uğursuzluğu
Çeysebaut Reyd krizi zamanı Cenkinson İngiltərə tərəfindən Şotlandiyaya göndərildi. O, 1565-ci il sentyabr ayının 25-də yola düşdü. Onun vəzifəsi Fransadan Şotland kraliçası Meriyə göndərilən silah sursatın çatmasının qarşısını almaq idi. Lakin tərslikdən külək onun qayığını İnçkit qalası yaxınlığına sürüklədi. Cenkinsona tapşırılmışdı ki, İngiltərə hökuməti tərəfindən göndərildiyini bəyan etməsin və səfərinin məqsədini şotlandiyalı quldurların axtarışı olduğunu bildirsin. Kraliça Meri Cenkinsonu yaxşı qarşıladı və onun vasitəsilə kraliça Elizabetə içində qızıldan hazırlanmış ox və yay olan hədiyyə qutusu göndərdi. Kapitanın özünə isə qızıl bir saat və fincan hədiyyə etdi. Cenkinsonun Şotlandiya səfəri uğursuzluqla nəticələndi və o, tezliklə İngiltərəyə geri qayıtdı.
1566-cı il Moskva səfəri
Cenkison 1566-cı ildə yenidən Rusiyaya göndərildi. Bu zamana qədər o 4 dəfə Moskvada olmuşdu (bunlardan 2-si tacir kimi, digər 2-si Moskva kompaniyası tərəfindən). Onun vəzifəsi kraliça I Elizabetin 20 aprel 1566-cı il tarixli məktubunu rus çarı IV İvana çatdırmaq idi. Cenkinsonun digər vəzifələri haqqında Kit Mayer məlumat verir və bildirir ki, əvvəla o kraliçanın və Moskva kompaniyasının Barberinonun fəaliyyətini dayandırmaq barədə xahişini IV İvana bildirməli, eləcə də kompaniyanın Müqəddəs Nikolas liman üzərində inhisarını saxlaması üçün çarı razı salmalı idi. Cenkinson hər 3 vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi və İngiltərəyə qayıtdı. Cenkinson çar tərəfindən müharibələrdə Rusiyaya kömək etmək məqsədilə İngiltərədən Rusiyaya ekspertlərin göndərilməsi xahişini I Elizabetə çatdırmaq barədə vəzifələndirilmişdi.
1571-ci il sonuncu Moskva səfəri
1571-ci il iyul ayında Cenkinson 4-cü və sonuncu dəfə Rusiyaya göndərildi. 1568-c ildə IV İvan Cenkinsonun 1566-cı ildəki apardığı danışıqlar nəticəsində əldə etdiyi güzəştləri ləğv etdi. Buna səbəb çarın uzun müddət gözlədiyi hərbi yardımı ala bilməməsi idi. Nəticədə kraliça I Elizabet Cenkinsonu çarla yenidən razılıq əldə etmək üçün Moskvaya göndərdi. 6 ay qaldıqdan sonra Cenkinson 1572-ci ilin may ayında Moskva şəhərinə çatdı. 23 iyulda çar IV İvan ilə aparılan danışıqlar nəticəsində Cenkinson əvvəlki ticari imtiyazları bərpa etməyə nail oldu.
Əsərləri
Rusiyadan qayıtdıqdan sonra 1572-ci ildə Cenkinson səyahətləri haqqında bir xülasə yazdı. Güman edilir ki, bu xülasə Riçard Haklyutun təklifi ilə qeydə alınmışdır. Burada o səyahətlərinin siyahısını vermişdir. Cenkinson qeydlərində ticarət və coğrafiyaya dair məlumatlarla yanaşı, ingilis səyyahlar tərəfindən heç vaxt səfər edilməyən ərazilərin təsvirlərini vermişdir. Bundan başqa Səfəvi dövləti və sərhədləri barədə ətraflı məlumatlar qələmə almışdır. Cenkinsonun çəkdiyi xəritələr daxil edilmişdir. Tarixçilər Cenkinsonun Rusiya haqqında verdiyi məlumatları onun şəxsi məktublarından və qeydlərindən əldə etmişdilər. Səyyah 1571-ci ildə dostuna yazdığı məktubda Moskva əhalisinin IV İvanın zülmündən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan başqa onun səyahət qeydləri tərəfindən 1589-cu ildə "The Principal Naviations, Voyages, Traffiques and Discoveries of the English Nation" adlı əsərdə toplanmışdır.
Qalereya
-
- Antoni Cenkinsonun yaşadığı ev
- Antoni Cenkinson tərəfindən hazırlanmış Rusiya xəritəsi 1562-ci il
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Schmuck S. Jenkinson, Anthony // Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- Catalog of the German National Library (alm.).
- Münşi, İsgəndər bəy. Tarixe-aləmaraye-Abbasi. Bakı: Şərq-Qərb. 2010.
- . 2018-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-04.
- Anthony Jenkinson
- Mahmudov, Yaqub. Səyyahlar Azərbaycana gəlir. Bakı: Gənclik. 1977.
- Hakluyt, Richard. Principal Navigations, Voyages, Traffiques and Discoveries of the English Nation. 1589.
- Mayers, Kit. The First English Explorer: The life of Anthony Jenkinson(1529-1611) and his adventures on route to the Orient. 2016.
- Morgan, Delmar; Coote, Charles Henry. Early voyages and travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. 2. New York: B.Franklin.
- Smith Anderson, Matthew. Britain`s Discovery of Russia, 1553-1815. 2014. 2021-07-30 tarixində . İstifadə tarixi: 2019-01-08.
- Morgan, Jane. The Persian Empire in English Renaissance Writing, 1549-1622. Palgrave Macmillan UK. 2014.
- Green, Nile. Writing Travel in Central Asian History. Indiana University Press. 2014.
- "Unexpected 16th Century Finding to Have Disappeared Just After Its Printing – Anthony Jenkinson's Map of Russia, 1562". 2020-08-12 tarixində . İstifadə tarixi: 2019-01-08.
Xarici keçidlər
- "Дженкинсон, Энтони". Восточная литература. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 марта 2011.
- Письмо Дженкинсона из Москвы, опубликованное в "Книге путешествий" Гаклюйта (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Antoni Cenkinson ing Anthony Jenkinson 8 oktyabr 1529 Lestersir d 16 fevral 1611 XVI esr ingilis seyyahi taciri ve diplomati Onun gundeliyinde apardigi qeydleri ve xeritesi Ingiltere Rusiya munasibetleri o cumleden Ingilterenin Sefevi dovleti ile apardigi ticari danisiqlar barede onemli menbelerdendir Antoni Cenkinsoning Anthony JenkinsonDogum tarixi 1529Dogum yeri Leycester IngiltereVefat tarixi 1610 1611Fealiyyeti diplomat tarixci tedqiqatci seyyah d cografiyasunas tacir Gemi kapitani sefir Vikianbarda elaqeli mediafayllarHeyatiAntoni Cenkinson 1529 cu ilde Leycester seherinde anadan olmusdur Atasi Uilyam Cenkinson oz dovrunun varlilarindan idi Antoni tacir olmaq ucun tehsil almisdi 1568 ci ilde o Cudi Mars ile aile heyati qurmus bu evlilikden 6 qiz 5 oglan ovladi dunyaya gelmisdir Cudi Marsin atasi Con Mars qurucularindan biri olmaqla yanasi genis isguzar elaqleri olan bir sexs idi Bu elaqeler vasitesile Antoni Cenkinson Moskva kompaniyasina qosulmus kompaniyanin terkibinde defelerle ekspedisiyalarda istirak etmisdi SeyahetleriIlk seyaheti Antoni Cenkinsonun ilk xarici seferi Ipekci kompaniyasi ile 1546 ci ilin oktyabr ayinda bas tutmusdur O Suriyaya sefer ederek 7 il muddetine Helebde yasamisdir 4 noyabr 1553 cu ilde Osmanli sultani Suleyman Azerbaycana 4 cu yurusu oncesi Heleb seherine sefer etmis bu zaman seherde olan Cenkinson seferle bagli bir sira melumatlar vermisdir Cenkinsonun gundeliyinde Osmanli sultaninin emrleri ordusu ve geyimleri barede melumatlar qeyd edilmisdir 1553 cu ilin dekabr ayinin 7 den 1554 cu il mart ayinin 24 e qeder Cenkinson bir diplomat kimi sahin qebulunda oldu O sahdan gomruk haqqi odemeden Osmanli limanlarinda rahat ticaret ede bilmek ucun icaze kagizi aldi Maraqlisi odur ki behs edilen dovrde Ingilterenin Turkiye ile diplomatik elaqeleri yox idi 1557 1558 ci il ekspedisiyasi Antoni Cenkinson ve Cerard de Yode terefinden hazirlanan Moskva xeritesi 1593 Cox kecmeden 1557 ci ilde Antoni Cenkinson Moskva kompaniyasinin Rusiyaya gonderilen ticaret donanmasina bas kapitan ve 3 il muddetine kompaniyanin agenti teyin olundu Cenkinson Moskva kompaniyasinin ekspedisiyalari terkibinde 4 defe Rusiyada olmusdu Ilk defe 1557 ci ilde Mosvkaya gelmis buradan ise 1558 1559 cu illerde Orta Asiyaya seyahet etmisdi 1561 1563 cu illerde Volqa Xezer yolu ile Azerbaycana gelmis Sefevi hokmdari Tehmasib sahla danisiqlar aparmisdi 1566 1567 ve 1571 1572 ci illerde ise o daha iki defe Rusiya carligina gelmis sonuncu defe IV Ivan sarayinda ingilis sefiri olmusdur Ingilis seyyah yazici melumat verir ki Cenkinsonun gemisi 12 may tarixinde Qreyvisendden yola duserek 3 iyul 1557 ci ilde Vardoya Norvecde bir seher catdi Daha sonra Kola yarimadasinin sahili ile uzerek 13 iyulda Arxangelsk seherine geldiler Cenkinsonun destesi burada yerlesen Muqeddes Nikolas monastrinda gecelediler Avqust ayinin evvellerine qeder monastrda qalan deste ilk evvel Valoqdaya dekabr ayinin 1 de ise carla gorusmek ucun Moskvaya dogru yola dusduler 5 gun sonra paytaxtda carin katibi ile goruserek oz teleblerini ve mektubunu ona catdirmagi xahis etdi ve bu barede ondan zemanet alib carla goruse qeder Moskvada qaldi Dekabrin 25 i Cenkinsonun car IV Ivan Qrozni ile gorusu bas tutdu Cenkinson el yazmalarinda IV Ivan Qrozni ile gorusunu tesvir ederek carin huzuruna cixib elini opduyunu bildirir Daha sonra carin ezemetinden ve taxt tacinin mohtesemliyinden behs ederek onunla ikinci gorusunun yanvar ayinin 2 de bas tutdugunu bildirir Bundan basqa o qeydlerinde ekspedisiyasi ile bagli melumatlardan basqa Moskva seherinin sosial siyasi durumu ve seher ehalisinin sayi barede maraqli melumatlar vermisdir 1558 ci ilin aprel ayinda Antoni Cenkinson Ricard Conson Robert Conson ve bir tercumeci il birge butun heyet Oka ve Volqa cayinin cenub sahiline dogru hereket edib Qazan xanligindan kecdiler ve Hesterxan seherine geldiler Buradan onun destesi seyahetini davam etdirerek Xezer denizinde Serax torpaqlarina oradan ise cenub serqe dogru hereket ederek Noqay ordasina geldiler Cenkinson el yazmalarinin bir nece bolumunu Noqay ordasina hesr etmisdir O qebile teskilatlari koceri heyat terzlerine gore Noqaylarin ferqli oldugunu bildirir ve qeyd edir ki onlarin evleri kifayet qeder genis bicimde tikilmisdi ve herbi cehetden cox istedadli idiler Noqaylar qayda qanunlarla idare olunur onlar genislendikce Hordlar adlanan kicik teskilatlara bolunurduler ve bu teskilatlarin basinda Mirze adlanan rehber dayanirdi Iyun avqust aylarini burada keciren Cenkinson ve destesi buradan Xarezme noyabrda ise Buxaraya yola dusduler Lakin onlar Buxarada cox qalmadi Buna sebeb yerli hakimler arasinda dusmenciliyin hokm surmesi idi Beleki Semerqend ordusunun hucumundan evvel Buxarani terk ederek geriye dogru Xezeri kecerek Moskvaya qayitdilar 1560 ci ile qeder burada qalan Cenkinson 1560 ci ilde Ingiltereye qayidaraq Kralica I Elizabet ile gorusdu Oqtay Sadiqzade terefinden cekimis Ingilis diplomati Rusiyanin Moskva Kompaniyasi nin agenti Antoni Cenkinson Abdulla xan Ustaclinin qebulunda 1562 1563 tablosu Azerbaycan Tarix Muzeyinde saxlanilir 1561 1563 cu il ekspedisiyasi Sah Tehmasible gorus 1561 ci il may ayinin 8 de terefinden Antoni Cenkinsona verilen tapsiriga esasen Cenkinson Hesterxan ve Xezer denizi vasitesile Sefeviler dovletine gelmeli kral hezretlerinin fermanlari ile Sufinin huzuruna getmeli idi Cenkinson Sefevi hokmdari Tehmasib sahdan Sefevi dovleti erazisinde ingilis mallarini serbest suretde satmaq ve buradan Ingiltereye her cur mal alib aparmaq ucun imtiyazlar ve toxunulmazliq fermani almali idi Bundan basqa Antoni Cenkinson ingilis tacirlerinin oz mallarini istedikleri vaxt Sefevi dovleti erazisinden Hindistana hemcinin Sefevi dovleti ile hemserhed olan basqa olkelere serbest suretde kecib getmesine sonra ise qayidib Rusiyaya gelmelerine teminat almali idi 1561 ci il may ayinda Cenkinson yeniden Moskvaya yola dusdu Avqustda Moskvaya catan Cenkinson yeni sefer ucun cardan icaze almali idi Carin icazesi bir muddet gecikdiyi ucun 1562 ci ilin aprel ayinin 27 de yola dusen Cenkison 1562 ci ilin avqust ayinin 18 de Samaxiya catdi Burada onu Abdulla xan Ustacli qarsiladi Antoni Cenkinsonun seyahetnamesinde Abdulla xana seferinin sebebini izah ederken bildirmisdir ki o ingilis kralicasinin fermanlari ile boyuk Sufinin yanina dostluq elaqeleri yaratmaq ingilis tacirlerine Sefeviler dovleti erazisinde serbest ticaret etmek bu eraziden azad suretde kecib getmek ucun toxunulmazliq fermanlari almaga gedir Seyyah oktyabrin 6 da Samaxidan Qezvine seyahet etmis bu barede gundeliyinde apardigi qeydlerde bir sira maraqli melumatlar vermisdir Ingilis seyyahi 20 noyabrda Qezvinde Sefevi hokmdari Tehmasib sah terefinden qebul olunarken de gelisinin sebebini teqriben eyni sekilde izah etdi Seyyahin yazdigina gore danisiqlar muveffeqiyyetle neticelenmemis sefevilerle Osmanli arasinda tenteneli seraitde sulh baglanmisdi Bu muqavile Cenkinsonun seferinin ugursuzluqla neticelenmesine sebeb oldu Osmanli sultani ile munasibetlerini pozmamaqcun sah elcini yaxsi qarsilamadi ve raziliq bas tutmadi Cenkinson burada hind tacirleri ile de elaqe yaratdi Cenkinson 20 mart 1563 cu ile qeder Qezvinde qaldi 1564 cu ilde ise Ingiltereye qayitdi 1565 ci il seferi Sotlandiya ugursuzlugu Inckit qalasinin yerlesdiyi ada Ceysebaut Reyd krizi zamani Cenkinson Ingiltere terefinden Sotlandiyaya gonderildi O 1565 ci il sentyabr ayinin 25 de yola dusdu Onun vezifesi Fransadan Sotland kralicasi Meriye gonderilen silah sursatin catmasinin qarsisini almaq idi Lakin terslikden kulek onun qayigini Inckit qalasi yaxinligina surukledi Cenkinsona tapsirilmisdi ki Ingiltere hokumeti terefinden gonderildiyini beyan etmesin ve seferinin meqsedini sotlandiyali quldurlarin axtarisi oldugunu bildirsin Kralica Meri Cenkinsonu yaxsi qarsiladi ve onun vasitesile kralica Elizabete icinde qizildan hazirlanmis ox ve yay olan hediyye qutusu gonderdi Kapitanin ozune ise qizil bir saat ve fincan hediyye etdi Cenkinsonun Sotlandiya seferi ugursuzluqla neticelendi ve o tezlikle Ingiltereye geri qayitdi 1566 ci il Moskva seferi Cenkison 1566 ci ilde yeniden Rusiyaya gonderildi Bu zamana qeder o 4 defe Moskvada olmusdu bunlardan 2 si tacir kimi diger 2 si Moskva kompaniyasi terefinden Onun vezifesi kralica I Elizabetin 20 aprel 1566 ci il tarixli mektubunu rus cari IV Ivana catdirmaq idi Cenkinsonun diger vezifeleri haqqinda Kit Mayer melumat verir ve bildirir ki evvela o kralicanin ve Moskva kompaniyasinin Barberinonun fealiyyetini dayandirmaq barede xahisini IV Ivana bildirmeli elece de kompaniyanin Muqeddes Nikolas liman uzerinde inhisarini saxlamasi ucun cari razi salmali idi Cenkinson her 3 vezifesini muveffeqiyyetle yerine yetirdi ve Ingiltereye qayitdi Cenkinson car terefinden muharibelerde Rusiyaya komek etmek meqsedile Ingiltereden Rusiyaya ekspertlerin gonderilmesi xahisini I Elizabete catdirmaq barede vezifelendirilmisdi 1571 ci il sonuncu Moskva seferi 1571 ci il iyul ayinda Cenkinson 4 cu ve sonuncu defe Rusiyaya gonderildi 1568 c ilde IV Ivan Cenkinsonun 1566 ci ildeki apardigi danisiqlar neticesinde elde etdiyi guzestleri legv etdi Buna sebeb carin uzun muddet gozlediyi herbi yardimi ala bilmemesi idi Neticede kralica I Elizabet Cenkinsonu carla yeniden raziliq elde etmek ucun Moskvaya gonderdi 6 ay qaldiqdan sonra Cenkinson 1572 ci ilin may ayinda Moskva seherine catdi 23 iyulda car IV Ivan ile aparilan danisiqlar neticesinde Cenkinson evvelki ticari imtiyazlari berpa etmeye nail oldu EserleriRusiyadan qayitdiqdan sonra 1572 ci ilde Cenkinson seyahetleri haqqinda bir xulase yazdi Guman edilir ki bu xulase Ricard Haklyutun teklifi ile qeyde alinmisdir Burada o seyahetlerinin siyahisini vermisdir Cenkinson qeydlerinde ticaret ve cografiyaya dair melumatlarla yanasi ingilis seyyahlar terefinden hec vaxt sefer edilmeyen erazilerin tesvirlerini vermisdir Bundan basqa Sefevi dovleti ve serhedleri barede etrafli melumatlar qeleme almisdir Cenkinsonun cekdiyi xeriteler daxil edilmisdir Tarixciler Cenkinsonun Rusiya haqqinda verdiyi melumatlari onun sexsi mektublarindan ve qeydlerinden elde etmisdiler Seyyah 1571 ci ilde dostuna yazdigi mektubda Moskva ehalisinin IV Ivanin zulmunden eziyyet cekdiyini qeyd etmisdir Bundan basqa onun seyahet qeydleri terefinden 1589 cu ilde The Principal Naviations Voyages Traffiques and Discoveries of the English Nation adli eserde toplanmisdir QalereyaAntoni Cenkinsonun yasadigi ev Antoni Cenkinson terefinden hazirlanmis Rusiya xeritesi 1562 ci ilIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Schmuck S Jenkinson Anthony Encyclopaedia Iranica ing N Sims Williams A Ashraf H Borjian M Ashtiany USA Columbia University 1982 ISSN 2330 4804 Catalog of the German National Library alm Munsi Isgender bey Tarixe alemaraye Abbasi Baki Serq Qerb 2010 2018 11 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 01 04 Anthony Jenkinson Mahmudov Yaqub Seyyahlar Azerbaycana gelir Baki Genclik 1977 Hakluyt Richard Principal Navigations Voyages Traffiques and Discoveries of the English Nation 1589 Mayers Kit The First English Explorer The life of Anthony Jenkinson 1529 1611 and his adventures on route to the Orient 2016 Morgan Delmar Coote Charles Henry Early voyages and travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen 2 New York B Franklin Smith Anderson Matthew Britain s Discovery of Russia 1553 1815 2014 2021 07 30 tarixinde Istifade tarixi 2019 01 08 Morgan Jane The Persian Empire in English Renaissance Writing 1549 1622 Palgrave Macmillan UK 2014 Green Nile Writing Travel in Central Asian History Indiana University Press 2014 Unexpected 16th Century Finding to Have Disappeared Just After Its Printing Anthony Jenkinson s Map of Russia 1562 2020 08 12 tarixinde Istifade tarixi 2019 01 08 Xarici kecidler Dzhenkinson Entoni Vostochnaya literatura 2011 08 25 tarixinde arxivlesdirilib Istifade tarixi 3 marta 2011 Pismo Dzhenkinsona iz Moskvy opublikovannoe v Knige puteshestvij Gaklyujta rus