VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi.
VI Mehmed | |
---|---|
osman. محمد سادس | |
Osmanlı sultanı[d] | |
3 iyul 1918 – 19 noyabr 1922 | |
Əvvəlki | V Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1861[…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1926[…](65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Sülalə | Osmanlı xanədanı |
Atası | I Əbdülməcid |
Anası | Fatma Şervaşidze |
Həyat yoldaşları | |
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | general-feldmarşal |
| |
Monoqram | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi. Bu ünvanla Avstriya-Macarıstan imperatoru I Frans İosifin cənazəsində (1916) və Alman imperatoru II Vilhelmin xüsusi dəvətində iştirak etdi və padşahı təmsil etdi. Digər böyük qardaşı Sultan Mehmed Rəşadın vəfatının ardından (3 iyul) VI Mehmed adıyla taxta çıxarıldı. Ancaq daha çox Sultan Vahidəddin olaraq anıldı.
Səltənət illəri
Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra Tələt Paşa hökumətini vəzifəsində saxlayaraq sarayda bir qərargah qurdu və davam edən Birinci Dünya müharibəsini buradan izləməyə başladı. İlk rəsmi açıqlaması isə müharibənin səbəb olduğu qıtlıq və bahalığa qarşı gördüyü tədbirlər haqqında oldu. Müharibə cəbhələrinin açılmadığı bölgələrdə elan olunmuş hərbi vəziyyəti aradan qaldırdı və bununla da əhalinin rəğbətini qazandı. Ancaq müharibənin gedişatı Osmanlının əleyhinə idi. Fələstin və Suriya əldən çıxmış, Anadolu torpaqları təhlükə altına düşmüşdü. Padşahın fəxri yavəri olan Mustafa Kamal Paşa sultana yolladığı teleqrafda sülhdən başqa bir çarə qalmadığını bildirmişdi (7 oktyabr).
Sultan Vahidəddin İttihadçı hökuməti istehfaya göndərdi və Əhməd Tofiq Paşa rəhbərliyində yeni bir hökumət kabinetini qurmağı əmr etdi. Məclisin yeni sessiyasının açılışında çıxış edən Sultan Vahidəddin Vilson prinsiplərinin sülh üçün tək yol olduğunu, ordunun cəsarətlə başladığı bu vəzifəni şərəflə tamamlamaq istədiyini bildirdi. Bu əsnada sultana teleqraf yollayan Mustafa Kamal Paşa yeni qurulacaq hökumət kabinetinin rəhbərliyini Əhməd İzzət Paşaya verilməsini və özünün də Hərbi nazir olmasını təklif etdi. Bu təklifi qəbul edən Sultan Vahidəddin 14 oktyabr 1918-ci ildə bu vəzifəni yavərlərindən Əhməd İzzət Paşaya verdi. Hərbi nazir olan Əhməd İzzət Paşa, yeni qurduğu hökumət kabinetinə Mustafa Kamal Paşanın tərəfdarlarından Rauf Orbay və Fəthi Okyarı da əlavə etdi. Sultan Vahidəddin gedən sülh danışıqlarının rəhbərliyinə bacısı Mədiha Sultanın əri Fərid Paşanı gətirmək istəyirdi. Sədrəzəm isə buna etiraz etdi və Bahriyə naziri Rauf bəyin rəhbərliyindəki türk heyəti Mudros sülhünü imzaladı (30 oktyabr).
Səltənətinin dördüncü ayı tamamlanmamış çətin vəziyyətə düşən Sultan Vahidəddin vaxt qazanmağa çalışdı. Dövlətin düşdüyü vəziyyətdən çıxması üçün İngiltərə və Fransa yönlü siyasət yeritməyə qərar verdi. Müttəfiq dövlətlər isə müharibənin məğlub olanlarını cəzalandırmaq istəyirdi. Bu səbəblə Sultan Vahidəddin müttəfiq dövlətlərin gözündə günahsızlığını sübut etmək üçün bütün hadisələri İttihadçıların boynuna yıxmağa çalışdı. İstanbula gəlməyə hazırlaşan müttəfiq dövlətlərin heyətini qarşılamaq üçün yeni bir hökumət qurmağa qərar verdi. Belə ki, fəaliyyətdə olan Əhməd Tofiq Paşa hökuməti İttihad və Tərəqqi cəmiyyətinin öndə gələn üzvlərinin ölkədən gizlicə qaçmasına (2–3 noyabr gecəsi) göz yummuş və bununla da, onlardan tərəf olduqlarını bildirmişdi. Sultan Vahidəddinin bu qərarının konstitusiyaya zidd olduğunu bildirən Əhməd İzzət Paşa hökuməti isə ləğvi gözləmədən öz istəyilə istehfa verdi (8 noyabr).
Sultan Vahidəddin, yeni hökuməti 73 yaşındakı qudası Əhməd Tofiq Paşanın (qızı Fatma Ülviyyə Sultan paşanın oğlu ilə evli idi) rəhbərliyində qurdu. İki gün sonra isə 60 gəmidən ibarət müttəfiq dövlətlər donanması İstanbula daxil oldu (13 noyabr). Tofiq Paşa hökumətinin məclisdə təsdiqlənməsindən sonra mətbuat açıqlaması verən Sultan Vahidəddin müharibə əsnasında baş verənlərin təqsirkarının xalq deyil, İttihad və Tərəqqi hökuməti olduğunu və İngiltərə ilə dostluğun davamı üçün əlindən gələni edəcəyini bildirdi. Yenicə qurulan hökumətdən isə İttihadçıların mühakimə edilməsi üçün dərhal fövqəladə bir məhkəmə qurulmasını istədi.
Məclis-i Məbusan isə fövqəladə məhkəmənin çağırılması hüququnun konstitusiyaya görə özlərinə aid olduğunu iddia edərək hadisəyə etirazını bildirdi. Sultan Vahidəddin isə bu çətin vəziyyətdən çıxmaq üçün dövlətin tək əldən idarə edilməli olduğunu anladı və konstitusiyanın ona verdiyi hüquqla Məclis-i Məbusanı ləğv etdi (21 dekabr). Yenə konstitusiyaya görə, növbəti 4 ayda keçirilməli olan seçimləri ölkənin işğal altında olması bəhanəsilə təxirə saldı. Onun mütləqiyyətə yönəlməsində, əlbəttə ki, xarici faktorların da təsiri vardı. Keçmiş müttəfiqlərindən Bolqar çarı oğlu III Borisin lehinə taxtdan çəkilmişdi. Alman imperatoru II Vilhelm taxtından çəkilmiş və respublika elan edilmişdi. Avstriya-Macarıstan imperatoru I Frans İosif də taxtdan çəkildiyi üçün Avstriya və Macarıstan respublikaları yaranmışdı. Sultan Vahidəddinin qorxusu isə İstanbulun əldən çıxması, xilafət və səltənətin aradan qaldırılması idi.
Sultan Vahidəddin hökumətin içində olan İttihadpərəst üzvlərin uzaqlaşdırılması üçün Tofiq Paşa rəhbərliyində ikinci hökumət kabinetini qurdu (13 yanvar). İkinci Tofiq Paşa hökuməti sultana yaxın şəxslərdən ibarət idi. Sultan Vahidəddin kütləvi həbslərə başlamadan öncə Fərid Paşa vasitəsilə ingilislərin prosesə münasibətini öyrənməyə çalışdı. Diyarbəkirin keçmiş qubernatoru Rəşid bəyin həbsdən qaçması (25 yanvar) ingilislərin təzyiqlərinin artmasına səbəb oldu. Daha öncə Daxili İşlər naziri İzzət bəy tərəfindən ingilislərə adı verilən 60 nəfərin 30-u həbs edilmiş, ingilislər bunlardan 23-nün onlara təslim edilməsini tələb edirdi. Hökumət isə bu təklifi qəbul etmədi.
Bu əsnada İstanbula gələn fransız generalı d’Esperey, sultanın və hökumətin prosesləri uzatmasından bezərək toplanan batalyonla saraya gələcəyini və istədiklərini alacağını söyləyərək sarayı təhdid etdi. Sədrəzəmi fransız səfirliyinə çağırdı. Fransızlar adını verdikləri 36 nəfərin həbs edilməsini istədilər. Müttəfiq dövlətlərlə 3 aydır razılığa gələ bilməyən hökumətə etirazını bildirən Sultan Vahidəddinin sərt üslubundan narahat olan Tofiq Paşa istehfa verdi və Fərid Paşa sədarətə gətirildi (4 mart).
Yeni hökumət keçmiş sədrəzəmlərdən Səid Həlim Paşa da daxil olmaqla İttihad və Tərəqqi cəmiyyətinin öndə gələnlərini həbs etdirdi. Yozğadın Boğazlıyan bölgəsinin qubernatoru olan Mehmed Kamal bəyin mühakiməsi dərhal nəticələndi və edam cəzası şeyxülislam fətvası ilə sultanın imzasıyla təsdiqləndi. Bəyazid meydanında edam olunan və milli şəhid elan edilən Kamal bəyin cənazəsinin universitet tələbələrinin əlləri üzərində bayrağa bükülü olaraq daşınması müttəfiq dövlətlərini narazı saldı. Paris konfransına təmsilçi göndərmə istəyi və sultanın məsələni müzakirə etmək üçün tələb etdiyi məsul şəxslərlə görüş baş tutmadı. Müttəfiq dövlətlər hökumətin bütün işlərinə qarışırdı. Digər yandan sultan, Anadolu və Rumeliyə şahzadələrin rəhbərliyi ilə göndərdiyi nəsihət heyətləriylə xalqı sakitləşdirməyə çalışırdı.
Müttəfiq dövlətləri ictimai asayişin təmin edilməsi üçün Osmanlı zabitlərinin Anadoludakı birliklərə qoşulmasına icazə verdi. Mustafa Kamal Paşa da 9. Ordu müfəttişliyinə təyin edildi (30 aprel). Sultan Vahidəddin İzmirin işğalından sonra istehfa verən Fərid Paşa rəhbərliyində ikinci hökumət kabineti qurdu (19 may). Yeni qurulan hökumət həbs olunan 23 milliyyətçini azadlığa buraxdı. İttihadçıların həbs olunması və məhkəmə prosesi isə təxirə salındı. Sultanın sarayda çağırdığı səltənət şurasında (26 may) artıq ölkənin yadellilərdən azad edilməsi qərar alındı. Bundan narahat olan müttəfiq dövlətlər həbs olunan 67 siyasi məhbusu Malta adasına sürgün etdi (27 may). Nəhayət, müttəfiqlərin hökuməti Paris konfransına dəvət etməsi nəticəsində münasibətlər yaxşılaşdı və İttihadçıların həbsi yenidən davam etdi. Konfransda iştirak edəcək şəxləri şəxsən seçən Sultan Vahidəddin Fərid Paşaya inanmadığı üçün Tofiq Paşanı da heyətə daxil etdi.
Yunan işğalına qarşı toplanan siyasi cəmiyyətlərin başladığı silahlı mübarizə getdikcə güclənmişdi. İngilsilər bu milliyyətçi hərəkatın arxasında İttihadçıların olduğunu iddia edərək sultana təzyiq edir və Mustafa Kamal Paşanın geri çağırılmasını tələb edirdi. Bu əsnada sultanın yaşadığı Ulduz sarayında böyük bir yanğın çıxdı (8 iyun). Bütün əşyaları yanan və son anda xilas olan Sultan Vahidəddin "Millətimin ocağı yanıb, mən onu düşünürəm. mənim evim yanmış, nə önəmi var ?" dedi. Vəliəhd Əbdülməcid Əfəndi də sultana məktub yazaraq davam edən ingilispərəst siyasəti və Fərid Paşanın konfransa göndərilməsini tənqid etdi (12 iyun). Məktubu ələ keçirən ingilislər milliyyətçilərin sultana qarşı bir çevriliş hazırladığını və Ulduz sarayındakı yanğının da bir sui-qəsd nəticəsində çıxdığını iddia edərək meydanı qızışdırmağa başladılar.
Siyasi fikirlərini daima gizli saxlayan Sultan Vahidəddin digər yandan Mustafa Kamal Paşanın geri çağırılması təkliflərini rədd edirdi. Hökumət çıxarılan qanunla Mustafa Kamal Paşanı vəzifədən alsa da (23 iyun), Sultan Vahidəddin buna səssiz qaldı. 3. Ordu müfəttişi imzasıyla sultana teleqraf çəkən Mustafa Kamal Paşa hökumətin bu qərarından şikayət etdi və lazım gələrsə, bütün vəzifələrindən istehfa verib xalqın mübarizəsinə qatılacağını bildirdi. Sultan Vahidəddin isə özünün və hökumətin ingilislərin təzyiqi altında olduğunu, bu vəziyyətdə Mustafa Kamal Paşanın Anadoluda qalmasının daha münasib olacağını bildirdi. Bu səbəblə hərbi nazirlikdən onun adına 2 aylıq icazə alaraq vəziyyət sabitləşənə qədər hadisələrdən uzaqlaşmağı tövsiyə etdi.
İngilis kəşfiyyatı isə Anadoludakı milli hərəkatın arxasında sultanın və hökumətin olduğunu anlamışdı. Samsunda ingilislərlə Rüfət bəy arasında yaranan gərginliyin ardından ingilislər saraya nota göndərdi və Mustafa Kamal Paşanın həbs edilərək İstanbula gətirilməsini və Rüfət bəyin vəzifədən alınmasını tələb etdi. Sultan Vahidəddin isə Ərzurumda olan Mustafa Kamal Paşaya teleqraf çəkərək vəziyyətin gərginliyini və artan təzyiq səbəbilə vəzifədən alındığını bildirdi (8–9 iyul gecəsi). Mustafa Kamal Paşa isə göndərdiyi cavab məktubunda sultanı və hökuməti çətin vəziyyətə salmamaq üçün bütün hərbi rütbələrindən istehfa etdiyini, millət və sultan adına mübarizəyə davam edəcəyini bildirdi.
Sultan Vahidəddin isə Samsundakı hadisə ilə Mustafa Kamal Paşanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışırdı. Baş admiral Artur Kaltorpa xüsusi xəbər göndərərək (8 iyul) Aydın bölgəsindəki yunan zülmündən şikayət etdi. Əmrindəki orduların ləğv edilməsi, vəziyyətin isə təhlükəli bir hal alması səbəbilə tək ümidinin İngiltərə hökuməti olduğunu bildirdi.
Digər yandan sədrəzəm Paris konfransından heç bir nəticə əldə etmədən geri dönmüşdü (15 iyul). Ertəsi gün sultanın qəbulunda olan vəliəhd Əbdülməcid Əfəndi sədrəzəmin konfransdakı mövqeyini və siyasətini ciddi şəkildə tənqid etdi. Ancaq sultan imtina edə bilmədiyi Fərid Paşa rəhbərliyində üçüncü hökumət kabinetini qurdu (20 iyul). Yeni hökumətə milli hərəkat yönümlü olan Tofiq Paşa, Əhməd İzzət Paşa və Əli Rza Paşalar da alındı. Sədrəzəm isə bir qərar çıxararaq Anadoluda milli bir konqresin keçirilməsinə etiraz etdi. 2 gün sonra Mustafa Kamal Paşanın rəhbərliyində açılan Ərzurum konqresi (23 iyul) sultana bağlı olduqlarını bildirən və sədrəzəmin verdiyi qərarı tənqid edən bir teleqraf yolladı. İngilislər isə hökumətə nota göndərərək (24 iyul) Mustafa Kamal Paşanın üsyankar elan edilməsini tələb etdi. Sədrəzəm, uzun danışıqların ardından Mustafa Kamal Paşa və Rauf bəy haqqında həbs qərarı çıxara bildi (29 iyul). Buna etiraz edən Əhməd İzzət Paşa istehfa verdi. Vəliəhd Əbdülməcid Əfəndi dərhal saraya gedib, hələ də Fərid Paşanı qorumağa çalışan Sultan Vahidəddini olduqca sərt bir dillə tənqid etdi. İngilislərin artan təzyiqi nəticəsində Mustafa Kamal Paşanın bütün nişanları geri alındı və fəxri yavərliyi ləğv edildi (9 avqust). Hökumətin bu mövqeyini tənqid edən Tofiq Paşa da 2 gün sonra istehfa verdi. Hökumət 4 sentyabrda başlayan Sivas konqresinə qarşı fəaliyyətə başlasa da, buna nail ola bilmədi. Mustafa Kamal Paşa ilə sultan arasında aşılmaz bir divar hörüldü. Milli azadlıq hərəkatı isə rəsmi bir hökumət qurulanadək İstanbulla bütün əlaqələrinin kəsildiyini elan etdi (11–12 sentyabr gecəsi). Mustafa Kamal Paşanın Sivasdan göndərdiyi məktubu alan (29 sentyabr) Sultan Vahidəddin dərhal hökuməti istehfaya göndərdi və onun məsləhəti ilə Əli Rza Paşanı sədarətə gətirdi (2 oktyabr).
Yeni qurulan hökumətə yalnız milli azadlıq hərəkatını dəstəkləyənlər alındı. İstanbulla Ankara arasında 20 gündür bağlı olan teleqraf xətti bərpa edildi.
Əli Rza Paşa hökumətindən narazı olan müttəfiqlər sultanın qorxularını təhrik etmək üçün İstanbulun gələcəyini müzakirə etməyə başladılar. İngilislər türklərin İstanbuldan çıxarılmasını istəyirdilər. Gəzən şayələrdən narahat olan Sultan Vahidəddin müttəfiq dövlətlərin təmsilçiləri ilə görüşmək istəsə də, müsbət cavab ala bilmədi. İngilisləri razı salmaq üçün məclisin açılışını gecikdirməyə çalışsa da, 12 yanvar 1920-ci ildə sonuncu Məclis-i Məbusan açıldı.
Sultan Vahidəddin xəstəliyini bəhanə edərək açılışa qatılmadı. Gəzən şayələrə son qoymaq üçün səhhətinin pis olması haqqındakı tibbi arayışları qəzetlərdə dərc etdirdi. Bu əsnada Mustafa Kamal Paşa sultana teleqraf çəkərək səhhətindən narahat olduğunu bildirdi. Digər yandan Sultan Vahidəddin də məclis üzvlərini qəbul edir, onlardan milli hərəkat haqqında məlumat alırdı.
Bu xəbərlərdən təlaşlanan müttəfiqlər, Osmanlı əsgərlərinin Topqapı sarayı və Ayasofya ətrafından uzaqlaşdırılmasına, sultanı İttihadçılardan qorumaq və Anadoluya qaçmasına mane olmaq üçün Ulduz sarayının nəzarət altına alınmasına qərar verdi. Sultanın verdiyi əmrlə Mustafa Kamal Paşanın nişanları geri qaytarıldı (3 fevral).
Müttəfiq dövlətlər sultanı sıxışdırmaq üçün London konfransında (5 mart) alınmış qərarla İstanbulun işğalını elan etdi. Əvvəlcə İstanbuldakı yunan və ermənilərin qətl ediləcəyi şayələri yayıldı. Ardından İstanbul rəsmi olaraq işğal edildi və bütün rəsmi orqanlar ələ keçirildi (16 mart). Milliyyətçi liderlər həbs edilərək Maltaya sürgün edildi. Hökumət 2 apreldə istehfaya getdi. Sultan Vahidəddin 5 apreldə yenidən Fərid Paşa rəhbərliyində hökumət qurdu. Məclis sultanın əmriylə bağlandı (11 aprel).
Nəhayət, Ankarada toplanan Böyük Millət Məclisi toplanaraq (23 aprel 1920) millətin yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etdi. Buna cavab olaraq isə Mustafa Kamal Paşa və 5 yaxın adamı haqqında ölüm hökmü verildi (24 may). Çox keçmədən Sevr sülhü imzalandı (10 avqust). Buna məclisin reaksiyası sərt oldu. Belə ki, Sultan Vahidəddin xain elan edildi və kürəkəni Fərid Paşa haqqında ölüm hökmü verildi (7 oktyabr).
İngilislərin təzyiqi ilə Tofiq Paşa yenidən sədarətə gətirildi (21 oktyabr). Mustafa Kamal Paşa isə bu hökuməti tanımaqdan imtina etdi. Bu əsnada yunanlara qarşı ilk zəfər olan İnönü döyüşü baş verdi. Məclisin 8 fevralda keçirilən gizli iclasında sultanın taxtdan endirilməsinə qərar verildi. Nəhayət, Sultan Vahidəddinin Ankara hökumətini tanımaması nəticəsində məclis səltənəti və Osmanlı imperiyasını ləğv etdi (1 noyabr 1922). Xilafətin isə Osmanlı sülaləsinə aid olduğunu və TBMM tərəfindən seçiləcək şəxsə veriləcəyini bildirdi. Hökumət adamlarının yarısı ölkədən qaçır, yarısı isə ingilislərə sığınırdı. Səltənətin ləğvindən sonra 10 noyabrda ilk dəfə cümə salamlığına çıxan Sultan Vahidəddinin oxunan xütbədə adı çəkilmədi.
Mühacirət illəri
Nəhayət, ingilislərin çoxdandır gözlədiyi an gəldi. Sultan Vahidəddin 15 noyabrda fəxri yavəri və qaynı Zəki bəy (xanımı Səniyə Qadınəfəndinin qardaşı) vasitəsilə general Harrinqtona müraciət etdi və ingilislərdən siyasi sığınacaq istədi. Sultanın 17 noyabr 1922 tarixində cümə günü İstanbuldan Malaya adlı gəmiylə çıxarılmasına qərar verildi. Sultan Vahidəddin o gecə Cihannüma köşkündə qaldı. Şəxsi əşyalarından başqa dəyərli əşya və cəvahirət almamağa diqqət yetirdi. Qalaq-qalaq sənədləri kamində yandırdı. Son Osmanlı sultanı Ulduz sarayından ingilis generalı Çarlz Harrinqtonun müşayiəti ilə alındı. Sultan və heyətindəki 10 nəfər səhər saatlarında ingilis batalyonu tərəfindən Maltaya yola salındı. Maltadakı ingilis qubernatoru sultanı kral V Georq adına qarşıladı. Krala təşəkkürlərini bildirən Sultan Vahidəddin taxtından və xilafətdən əl çəkmədiyini bildirdi. Bu əsnada isə TBMM Əbdülməcid Əfəndini Osmanlı xəlifəsi elan etdi (19 noyabr).
Bu əsnada ingilislər artıq yük olmağa başlayan sabiq sultandan xilas olmağa çalışırdı. İngilislərin dəstəyi ilə Osmanlı imperiyasına qarşı üsyan qaldıran və Ərəbistan məliki olan Şərif Hüseyn sultanı Məkkəyə dəvət etdi. İngilis gəmisiylə Maltadan ayrılan (5 yanvar 1923) Mehmed Vahidəddin Port Səid limanında Kral Hüseynin oğlu tərəfindən qarşılandı. Daha sonra Süveyşə və Ciddəyə getdi (15 yanvar 1923). Kral Hüseyn qonağını 101 top atəşilə qarşıladı və Məkkəyə yola saldı. Fevral ayının sonuna qədər Məkkədə qalan Sultan Vahidəddin iqlimi daha mülayim olan Taifə getdi. Müsəlman aləmi isə onun Hicaz ziyarətini tənqid edirdi.
Hicazda çox qalmayan Sultan Vahidəddin Məkkəyə döndü və Fələstinə getmək istədi (15 mart). Ancaq ingilislər buna icazə vermədi və sabiq sultan uzun müzakirələrdən sonra İtaliyaya göndərildi. İtalyan hökuməti Sultan Vahidəddini Genuya limanında qeyri-rəsmi bir mərasimlə qarşıladı (2 may). Onu qarşılayanlar arasında qaynı Fərid Paşa da vardı. San-Remo qəsəbəsindəki Nobel villasında məkunlaşdı. 16 ay burada tək yaşayan Sultan Vahidəddin 1924-cü ildə verilən Osmanlı sülaləsinin sürgün qərararından sonra ailəsinə qovuşdu. Ailənin fərdləri artdığı üçün Manolya villasına köçən Sultan Vahidəddin Türkiyə sərhədlərindən kənarda qalan ailə mülklərindən pay almaq üçün sürgündəki bütün ailə üzvlərindən vəkalət aldı. Ancaq sürgün səbəbilə Nitsada məskunlaşan Əbdülməcid Əfəndi ailə rəisinin özü olduğunu deyərək vəkalət verməkdən imtina etdi. Sultan Vahidəddin İstanbuldan 20 min ingilis sterlinqi ilə ayrılmışdı. Bu pulun bir hissəsi fırıldaqçıların əlinə keçmiş, bir hissəsi isə keçmiş qaynı və fəxri yavəri olan Zəki bəy (xanımı Səniyə Qadınəfəndinin qardaşı) tərəfindən San-Remo qumarxanalarında itirilmişdi. Əlində qalan şəxsi cəvahiratları satmış, sonda medallarını da satışa çıxarmışdır. Ancaq medalların üzərindəki daş-qaşın saxta olduğunu öyrənmiş və saray zərgərləri tərəfindən aldadıldığını öyrənmişdir.
Vəfatı və dəfni
16 may 1926 tarixində səhər saatlarında Nitsada yaşayan qızı Sabiha Sultanın qızı olduğu xəbərini alan Sultan Vahidəddin nəvəsinin adının Nəcla olmasını istədi. Məhz həmin günün sonunda axşam saatlarında vəfat etdi. Aparılan araşdırmalarda ölüm səbəbi kimi ağciyərinin birinin vərəmdən quruması və ürək damarlarının tutulması göstərildi.
Sultanın öldüyünü eşidən borclular təxminən 60 min lirəlik borclarını tələb etdilər. Nəticədə Manolya villasındakı bütün əşyalar və mərhum sultanın tabutu villanın zirzəmisindəki otağa qoyularaq kilidləndi. İtalyanlar borc ödənilənədək cənazənin dəfn edilməsinə icazə vermədilər. Nəhayət, 1 ay sonra Nitsadakı qızı Sabiha Sultan sırğalarını sataraq borcları ödədi və cənazənin Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmasına qərar verildi. Fransa hökumətindən icazə alındı və tabut at arabasıyla dəmiryolu stansiyasına (15 iyun), oradan isə qatarla Triestə aparıldı. Burada gəmiyə daşınan cənazəsi kürəkəni Ömər Fərrux Əfəndinin nəzarətində Beyruta aparıldı. Oradan qatarla Dəməşqə daşınan cənazə Süleymaniyyə təkyəsinin həyətində dəfn olundu (3 iyul 1926). Məzar yeri üçün qazılan yerdən su çıxmasıyla torpaq çökmüş, bu səbəblə cənazənin üzərində türbə tikilə bilməmişdir.
Ailəsi
Hərəmxanası
- Əminə Nazikəda Qadınəfəndi
- Səniyə İnşirah xanım
- Şadiyə Müvəddət Qadınəfəndi
- Nəvvarə xanım
- Nəvzad xanım
Oğlan uşaqları
Qız uşaqları
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Mehmed VI // Encyclopædia Britannica (ing.).
- Mehmet VI // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Deutsche Nationalbibliothek Record #119160641 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- TBMM Gizli Celse Zabıtları, Ankara 1985, I, 132-139, 410-416;
- Atatürk ile İlgili Arşiv Belgeleri (1911–1921), Ankara 1982, s. 173-179;
- Belgelerle Mustafa Kemal Atatürk (1916–1922), Ankara 2003, s. 6-42;
- Lütfi Simâvi, Osmanlı Sarayının Son Günleri (s.nşr. Şemsettin Kutlu), İstanbul, ts. (Hürriyet Yayınları), s. 373-538;
- Ali Fuat Türkgeldi, Görüp İşittiklerim (Ankara 1949), Ankara 1984, s. 138-264;
- İbnülemin, Son Sadrıazamlar, IV, 2095–2104;
- Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, 3574-3650;
- Refik Halid Karay, Minelbab ilelmihrab, İstanbul 1964, s. 113, 117-118, 140;
- Safiye Ünüvar, Saray Hatıralarım, İstanbul 1964, s. 119, 124, 138-139;
- Tarık Mümtaz Göztepe, Osmanoğullarının Son Padişahı Vahideddin Gurbet Cehenneminde, İstanbul 1968;
- a.mlf., Osmanoğullarının Son Padişahı Vahideddin Mütâreke Gayyasında, İstanbul 1969;
- G. Jaeschke, Kurtuluş Savaşı ile İlgili İngiliz Belgeleri (trc. Cemal Köprülü), Ankara 1971, s. 4, 12;
- a.mlf., “Mondros’a Giden Yol”, TTK Belleten, XXVIII/109 (1964), s. 151 vd.;
- Bilâl N. Şimşir, İngiliz Belgelerinde Atatürk: 1919–1938, Ankara 1973–84, I, 66, 68, 300, 380, 463-464;
- a.mlf., “Vahdettin’in Kaçışı ve Sonu”, Cumhuriyet, İstanbul 26-30 Kasım 1973;
- İsmail Hakkı Okday, Yanya’dan Ankara’ya, İstanbul 1975, s. 350, 353, 373-374, 449;
- Mazhar Müfit Kansu, Erzurum’dan Ölümüne Kadar Atatürk’le Beraber, Ankara 1988, I-II, tür.yer.;
- Doğu Ergil, “Osmanlı Ocağı’nın Sönüşü”, Milliyet, İstanbul 30 Kasım -13 Aralık 1989;
- Münevver Ayaşlı, İşittiklerim, Gördüklerim, Bildiklerim, İstanbul 1990, s. 8-9;
- Ahmet İzzet Paşa, Feryadım (haz. Süheyl İzzet Furgaç – Yüksel Kanar), İstanbul 1993, II, 14, 19-20, 27-28, 190, 213-214, 278, 454-455;
- Rıza Tevfik [Bölükbaşı], Biraz da Ben Konuşayım (haz. Abdullah Uçman), İstanbul 1993, s. 57, 63, 108-109, 189;
- Orhan Koloğlu, Gazi’nin Çağında İslâm Dünyası (1919–1922), İstanbul 1994, s. 65, 118, 231, 286, 300, 305, 319;
- Salâhi R. Sonyel, Türk Kurtuluş Savaşı ve Dış Politika, Ankara 1991–95, I-II, tür.yer.;
- a.mlf., Kurtuluş Savaşı Günlerinde İngiliz İstihbarat Servisi’nin Türkiye’deki Eylemleri, Ankara 1995, tür.yer.;
- a.mlf., “Son Osmanlı Padişahı Vahideddin ve İngilizler”, TTK Belleten, XXXIX/154 (1975), s. 257-264;
- a.mlf., “İngiliz Yüksek Komiseri Sir Horace Rumbold’un Türk Ulusal Akımı’na Karşı Tutumu”, a.e., LVIII/221 (1994), s. 159-184;
- Murat Bardakçı, Şahbaba: Osmanoğulları’nın Son Hükümdarı VI. Mehmed Vahideddin’in Hayatı, Hatıraları ve Özel Mektupları, İstanbul 1998;
- Sina Akşin, İstanbul Hükümetleri ve Millî Mücadele, İstanbul 1983–92, I-II, tür.yer.;
- Enver Ziya Karal, “Mehmed VI”, İA, VII, 562-566;
- A. J. Mango, “Meĥemmed VI Waĥid al-Dīn”, EI² (İng.), VI, 984-985.
VI Mehmed Doğum: 14 yanvar 1861 Vəfat: 16 may 1926 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri V Mehmed Rəşad | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 3 iyul 1918-1 noyabr 1922 | Xələfləri Yox Osmanlı sultanlığının ləğvi (Mustafa Kamal Atatürk) |
Sünni İslam titulları | ||
Sələfləri V Mehmed Rəşad | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri Əbdülməcid |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
VI Mehmed Vehideddin osman محمد سادس وحیدالدین 14 yanvar 1861 Konstantinopol 16 may 1926 San Remo Liquriya son Osmanli sultani ve 115 ci Islam xelifesi VI Mehmedosman محمد سادسOsmanli sultani d 3 iyul 1918 19 noyabr 1922EvvelkiV MehmedSexsi melumatlarDogum tarixi 14 yanvar 1861 1861 01 14 Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 16 may 1926 1926 05 16 65 yasinda Vefat yeri San Remo Imperiya eyaleti Liquriya ItaliyaDefn yeri Suleymaniyye tekyesinin qebiristanligi d Sulale Osmanli xanedaniAtasi I EbdulmecidAnasi Fatma ServasidzeHeyat yoldaslari Emine Nazikeda Qadinefendi 16 may 1926 Sadiye Muveddet Qadinefendi Nevvare xanim Nevzad xanim Seniye Insirah xanimUsaqlari Sabiha Sultan Fatma Ulviye Sultan Mehmed Ertogrul EfendiHerbi xidmetRutbesi general feldmarsalMonoqram Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 14 yanvar 1861 ci ilde Dolmabagca sarayinda dunyaya gelmisdir Atasi Sultan Ebdulmecid anasi ise Gulustu Qadinefendidir 6 ayliqken atasi 4 yasinda ise anasi vefat etmis bu sebeble atasinin diger xanimi olan Sayeste xanimin himayesinde boyumusdur 1870 ci ilde Dolmabagca sarayinda kecirilen merasimle Suleyman Efendi Celaleddin Efendi Selaheddin Efendi Izzeddin Efendi ve Munire Sultanin oglu Sultanzade Eleddin beyle birlikde sunnet edildi Aldigi saray tehsili ve Fateh medresesinde aldigi bezi derslerle ozunu yetisdirdi Boyuk qardasi Sultan Ebdulhemid taxta cixdiqdan sonra ona hediyye etdiyi Cengelkoy koskunde meskunlasdi ve taxta cixanadek burada yasadi Bu sebeble yasadigi bu kosk Vahideddin kosku adlanmaga baslandi Dovrun Osmanli veliehdi Yusif Izzeddin Efendinin gozlenilmez olumunun ardindan 1 fevral 1916 Osmanli taxtinin resmi veliehdi elan edildi Bu unvanla Avstriya Macaristan imperatoru I Frans Iosifin cenazesinde 1916 ve Alman imperatoru II Vilhelmin xususi devetinde istirak etdi ve padsahi temsil etdi Diger boyuk qardasi Sultan Mehmed Resadin vefatinin ardindan 3 iyul VI Mehmed adiyla taxta cixarildi Ancaq daha cox Sultan Vahideddin olaraq anildi Seltenet illeri Milli Meclisde kecirilen andicme merasiminden sonra Telet Pasa hokumetini vezifesinde saxlayaraq sarayda bir qerargah qurdu ve davam eden Birinci Dunya muharibesini buradan izlemeye basladi Ilk resmi aciqlamasi ise muharibenin sebeb oldugu qitliq ve bahaliga qarsi gorduyu tedbirler haqqinda oldu Muharibe cebhelerinin acilmadigi bolgelerde elan olunmus herbi veziyyeti aradan qaldirdi ve bununla da ehalinin regbetini qazandi Ancaq muharibenin gedisati Osmanlinin eleyhine idi Felestin ve Suriya elden cixmis Anadolu torpaqlari tehluke altina dusmusdu Padsahin fexri yaveri olan Mustafa Kamal Pasa sultana yolladigi teleqrafda sulhden basqa bir care qalmadigini bildirmisdi 7 oktyabr Sultan Vahideddin Ittihadci hokumeti istehfaya gonderdi ve Ehmed Tofiq Pasa rehberliyinde yeni bir hokumet kabinetini qurmagi emr etdi Meclisin yeni sessiyasinin acilisinda cixis eden Sultan Vahideddin Vilson prinsiplerinin sulh ucun tek yol oldugunu ordunun cesaretle basladigi bu vezifeni serefle tamamlamaq istediyini bildirdi Bu esnada sultana teleqraf yollayan Mustafa Kamal Pasa yeni qurulacaq hokumet kabinetinin rehberliyini Ehmed Izzet Pasaya verilmesini ve ozunun de Herbi nazir olmasini teklif etdi Bu teklifi qebul eden Sultan Vahideddin 14 oktyabr 1918 ci ilde bu vezifeni yaverlerinden Ehmed Izzet Pasaya verdi Herbi nazir olan Ehmed Izzet Pasa yeni qurdugu hokumet kabinetine Mustafa Kamal Pasanin terefdarlarindan Rauf Orbay ve Fethi Okyari da elave etdi Sultan Vahideddin geden sulh danisiqlarinin rehberliyine bacisi Mediha Sultanin eri Ferid Pasani getirmek isteyirdi Sedrezem ise buna etiraz etdi ve Bahriye naziri Rauf beyin rehberliyindeki turk heyeti Mudros sulhunu imzaladi 30 oktyabr Seltenetinin dorduncu ayi tamamlanmamis cetin veziyyete dusen Sultan Vahideddin vaxt qazanmaga calisdi Dovletin dusduyu veziyyetden cixmasi ucun Ingiltere ve Fransa yonlu siyaset yeritmeye qerar verdi Muttefiq dovletler ise muharibenin meglub olanlarini cezalandirmaq isteyirdi Bu sebeble Sultan Vahideddin muttefiq dovletlerin gozunde gunahsizligini subut etmek ucun butun hadiseleri Ittihadcilarin boynuna yixmaga calisdi Istanbula gelmeye hazirlasan muttefiq dovletlerin heyetini qarsilamaq ucun yeni bir hokumet qurmaga qerar verdi Bele ki fealiyyetde olan Ehmed Tofiq Pasa hokumeti Ittihad ve Tereqqi cemiyyetinin onde gelen uzvlerinin olkeden gizlice qacmasina 2 3 noyabr gecesi goz yummus ve bununla da onlardan teref olduqlarini bildirmisdi Sultan Vahideddinin bu qerarinin konstitusiyaya zidd oldugunu bildiren Ehmed Izzet Pasa hokumeti ise legvi gozlemeden oz isteyile istehfa verdi 8 noyabr Sultan Vahideddin yeni hokumeti 73 yasindaki qudasi Ehmed Tofiq Pasanin qizi Fatma Ulviyye Sultan pasanin oglu ile evli idi rehberliyinde qurdu Iki gun sonra ise 60 gemiden ibaret muttefiq dovletler donanmasi Istanbula daxil oldu 13 noyabr Tofiq Pasa hokumetinin meclisde tesdiqlenmesinden sonra metbuat aciqlamasi veren Sultan Vahideddin muharibe esnasinda bas verenlerin teqsirkarinin xalq deyil Ittihad ve Tereqqi hokumeti oldugunu ve Ingiltere ile dostlugun davami ucun elinden geleni edeceyini bildirdi Yenice qurulan hokumetden ise Ittihadcilarin muhakime edilmesi ucun derhal fovqelade bir mehkeme qurulmasini istedi Meclis i Mebusan ise fovqelade mehkemenin cagirilmasi huququnun konstitusiyaya gore ozlerine aid oldugunu iddia ederek hadiseye etirazini bildirdi Sultan Vahideddin ise bu cetin veziyyetden cixmaq ucun dovletin tek elden idare edilmeli oldugunu anladi ve konstitusiyanin ona verdiyi huquqla Meclis i Mebusani legv etdi 21 dekabr Yene konstitusiyaya gore novbeti 4 ayda kecirilmeli olan secimleri olkenin isgal altinda olmasi behanesile texire saldi Onun mutleqiyyete yonelmesinde elbette ki xarici faktorlarin da tesiri vardi Kecmis muttefiqlerinden Bolqar cari oglu III Borisin lehine taxtdan cekilmisdi Alman imperatoru II Vilhelm taxtindan cekilmis ve respublika elan edilmisdi Avstriya Macaristan imperatoru I Frans Iosif de taxtdan cekildiyi ucun Avstriya ve Macaristan respublikalari yaranmisdi Sultan Vahideddinin qorxusu ise Istanbulun elden cixmasi xilafet ve seltenetin aradan qaldirilmasi idi Sultan Vahideddin hokumetin icinde olan Ittihadperest uzvlerin uzaqlasdirilmasi ucun Tofiq Pasa rehberliyinde ikinci hokumet kabinetini qurdu 13 yanvar Ikinci Tofiq Pasa hokumeti sultana yaxin sexslerden ibaret idi Sultan Vahideddin kutlevi hebslere baslamadan once Ferid Pasa vasitesile ingilislerin prosese munasibetini oyrenmeye calisdi Diyarbekirin kecmis qubernatoru Resid beyin hebsden qacmasi 25 yanvar ingilislerin tezyiqlerinin artmasina sebeb oldu Daha once Daxili Isler naziri Izzet bey terefinden ingilislere adi verilen 60 neferin 30 u hebs edilmis ingilisler bunlardan 23 nun onlara teslim edilmesini teleb edirdi Hokumet ise bu teklifi qebul etmedi Bu esnada Istanbula gelen fransiz generali d Esperey sultanin ve hokumetin prosesleri uzatmasindan bezerek toplanan batalyonla saraya geleceyini ve istediklerini alacagini soyleyerek sarayi tehdid etdi Sedrezemi fransiz sefirliyine cagirdi Fransizlar adini verdikleri 36 neferin hebs edilmesini istediler Muttefiq dovletlerle 3 aydir raziliga gele bilmeyen hokumete etirazini bildiren Sultan Vahideddinin sert uslubundan narahat olan Tofiq Pasa istehfa verdi ve Ferid Pasa sedarete getirildi 4 mart Yeni hokumet kecmis sedrezemlerden Seid Helim Pasa da daxil olmaqla Ittihad ve Tereqqi cemiyyetinin onde gelenlerini hebs etdirdi Yozgadin Bogazliyan bolgesinin qubernatoru olan Mehmed Kamal beyin muhakimesi derhal neticelendi ve edam cezasi seyxulislam fetvasi ile sultanin imzasiyla tesdiqlendi Beyazid meydaninda edam olunan ve milli sehid elan edilen Kamal beyin cenazesinin universitet telebelerinin elleri uzerinde bayraga bukulu olaraq dasinmasi muttefiq dovletlerini narazi saldi Paris konfransina temsilci gonderme isteyi ve sultanin meseleni muzakire etmek ucun teleb etdiyi mesul sexslerle gorus bas tutmadi Muttefiq dovletler hokumetin butun islerine qarisirdi Diger yandan sultan Anadolu ve Rumeliye sahzadelerin rehberliyi ile gonderdiyi nesihet heyetleriyle xalqi sakitlesdirmeye calisirdi Muttefiq dovletleri ictimai asayisin temin edilmesi ucun Osmanli zabitlerinin Anadoludaki birliklere qosulmasina icaze verdi Mustafa Kamal Pasa da 9 Ordu mufettisliyine teyin edildi 30 aprel Sultan Vahideddin Izmirin isgalindan sonra istehfa veren Ferid Pasa rehberliyinde ikinci hokumet kabineti qurdu 19 may Yeni qurulan hokumet hebs olunan 23 milliyyetcini azadliga buraxdi Ittihadcilarin hebs olunmasi ve mehkeme prosesi ise texire salindi Sultanin sarayda cagirdigi seltenet surasinda 26 may artiq olkenin yadellilerden azad edilmesi qerar alindi Bundan narahat olan muttefiq dovletler hebs olunan 67 siyasi mehbusu Malta adasina surgun etdi 27 may Nehayet muttefiqlerin hokumeti Paris konfransina devet etmesi neticesinde munasibetler yaxsilasdi ve Ittihadcilarin hebsi yeniden davam etdi Konfransda istirak edecek sexleri sexsen secen Sultan Vahideddin Ferid Pasaya inanmadigi ucun Tofiq Pasani da heyete daxil etdi Yunan isgalina qarsi toplanan siyasi cemiyyetlerin basladigi silahli mubarize getdikce guclenmisdi Ingilsiler bu milliyyetci herekatin arxasinda Ittihadcilarin oldugunu iddia ederek sultana tezyiq edir ve Mustafa Kamal Pasanin geri cagirilmasini teleb edirdi Bu esnada sultanin yasadigi Ulduz sarayinda boyuk bir yangin cixdi 8 iyun Butun esyalari yanan ve son anda xilas olan Sultan Vahideddin Milletimin ocagi yanib men onu dusunurem menim evim yanmis ne onemi var dedi Veliehd Ebdulmecid Efendi de sultana mektub yazaraq davam eden ingilisperest siyaseti ve Ferid Pasanin konfransa gonderilmesini tenqid etdi 12 iyun Mektubu ele keciren ingilisler milliyyetcilerin sultana qarsi bir cevrilis hazirladigini ve Ulduz sarayindaki yanginin da bir sui qesd neticesinde cixdigini iddia ederek meydani qizisdirmaga basladilar Siyasi fikirlerini daima gizli saxlayan Sultan Vahideddin diger yandan Mustafa Kamal Pasanin geri cagirilmasi tekliflerini redd edirdi Hokumet cixarilan qanunla Mustafa Kamal Pasani vezifeden alsa da 23 iyun Sultan Vahideddin buna sessiz qaldi 3 Ordu mufettisi imzasiyla sultana teleqraf ceken Mustafa Kamal Pasa hokumetin bu qerarindan sikayet etdi ve lazim gelerse butun vezifelerinden istehfa verib xalqin mubarizesine qatilacagini bildirdi Sultan Vahideddin ise ozunun ve hokumetin ingilislerin tezyiqi altinda oldugunu bu veziyyetde Mustafa Kamal Pasanin Anadoluda qalmasinin daha munasib olacagini bildirdi Bu sebeble herbi nazirlikden onun adina 2 ayliq icaze alaraq veziyyet sabitlesene qeder hadiselerden uzaqlasmagi tovsiye etdi Ingilis kesfiyyati ise Anadoludaki milli herekatin arxasinda sultanin ve hokumetin oldugunu anlamisdi Samsunda ingilislerle Rufet bey arasinda yaranan gerginliyin ardindan ingilisler saraya nota gonderdi ve Mustafa Kamal Pasanin hebs edilerek Istanbula getirilmesini ve Rufet beyin vezifeden alinmasini teleb etdi Sultan Vahideddin ise Erzurumda olan Mustafa Kamal Pasaya teleqraf cekerek veziyyetin gerginliyini ve artan tezyiq sebebile vezifeden alindigini bildirdi 8 9 iyul gecesi Mustafa Kamal Pasa ise gonderdiyi cavab mektubunda sultani ve hokumeti cetin veziyyete salmamaq ucun butun herbi rutbelerinden istehfa etdiyini millet ve sultan adina mubarizeye davam edeceyini bildirdi Sultan Vahideddin ise Samsundaki hadise ile Mustafa Kamal Pasanin hec bir elaqesinin olmadigini subut etmeye calisirdi Bas admiral Artur Kaltorpa xususi xeber gondererek 8 iyul Aydin bolgesindeki yunan zulmunden sikayet etdi Emrindeki ordularin legv edilmesi veziyyetin ise tehlukeli bir hal almasi sebebile tek umidinin Ingiltere hokumeti oldugunu bildirdi Diger yandan sedrezem Paris konfransindan hec bir netice elde etmeden geri donmusdu 15 iyul Ertesi gun sultanin qebulunda olan veliehd Ebdulmecid Efendi sedrezemin konfransdaki movqeyini ve siyasetini ciddi sekilde tenqid etdi Ancaq sultan imtina ede bilmediyi Ferid Pasa rehberliyinde ucuncu hokumet kabinetini qurdu 20 iyul Yeni hokumete milli herekat yonumlu olan Tofiq Pasa Ehmed Izzet Pasa ve Eli Rza Pasalar da alindi Sedrezem ise bir qerar cixararaq Anadoluda milli bir konqresin kecirilmesine etiraz etdi 2 gun sonra Mustafa Kamal Pasanin rehberliyinde acilan Erzurum konqresi 23 iyul sultana bagli olduqlarini bildiren ve sedrezemin verdiyi qerari tenqid eden bir teleqraf yolladi Ingilisler ise hokumete nota gondererek 24 iyul Mustafa Kamal Pasanin usyankar elan edilmesini teleb etdi Sedrezem uzun danisiqlarin ardindan Mustafa Kamal Pasa ve Rauf bey haqqinda hebs qerari cixara bildi 29 iyul Buna etiraz eden Ehmed Izzet Pasa istehfa verdi Veliehd Ebdulmecid Efendi derhal saraya gedib hele de Ferid Pasani qorumaga calisan Sultan Vahideddini olduqca sert bir dille tenqid etdi Ingilislerin artan tezyiqi neticesinde Mustafa Kamal Pasanin butun nisanlari geri alindi ve fexri yaverliyi legv edildi 9 avqust Hokumetin bu movqeyini tenqid eden Tofiq Pasa da 2 gun sonra istehfa verdi Hokumet 4 sentyabrda baslayan Sivas konqresine qarsi fealiyyete baslasa da buna nail ola bilmedi Mustafa Kamal Pasa ile sultan arasinda asilmaz bir divar horuldu Milli azadliq herekati ise resmi bir hokumet qurulanadek Istanbulla butun elaqelerinin kesildiyini elan etdi 11 12 sentyabr gecesi Mustafa Kamal Pasanin Sivasdan gonderdiyi mektubu alan 29 sentyabr Sultan Vahideddin derhal hokumeti istehfaya gonderdi ve onun mesleheti ile Eli Rza Pasani sedarete getirdi 2 oktyabr Yeni qurulan hokumete yalniz milli azadliq herekatini destekleyenler alindi Istanbulla Ankara arasinda 20 gundur bagli olan teleqraf xetti berpa edildi Eli Rza Pasa hokumetinden narazi olan muttefiqler sultanin qorxularini tehrik etmek ucun Istanbulun geleceyini muzakire etmeye basladilar Ingilisler turklerin Istanbuldan cixarilmasini isteyirdiler Gezen sayelerden narahat olan Sultan Vahideddin muttefiq dovletlerin temsilcileri ile gorusmek istese de musbet cavab ala bilmedi Ingilisleri razi salmaq ucun meclisin acilisini gecikdirmeye calissa da 12 yanvar 1920 ci ilde sonuncu Meclis i Mebusan acildi Sultan Vahideddin xesteliyini behane ederek acilisa qatilmadi Gezen sayelere son qoymaq ucun sehhetinin pis olmasi haqqindaki tibbi arayislari qezetlerde derc etdirdi Bu esnada Mustafa Kamal Pasa sultana teleqraf cekerek sehhetinden narahat oldugunu bildirdi Diger yandan Sultan Vahideddin de meclis uzvlerini qebul edir onlardan milli herekat haqqinda melumat alirdi Bu xeberlerden telaslanan muttefiqler Osmanli esgerlerinin Topqapi sarayi ve Ayasofya etrafindan uzaqlasdirilmasina sultani Ittihadcilardan qorumaq ve Anadoluya qacmasina mane olmaq ucun Ulduz sarayinin nezaret altina alinmasina qerar verdi Sultanin verdiyi emrle Mustafa Kamal Pasanin nisanlari geri qaytarildi 3 fevral Muttefiq dovletler sultani sixisdirmaq ucun London konfransinda 5 mart alinmis qerarla Istanbulun isgalini elan etdi Evvelce Istanbuldaki yunan ve ermenilerin qetl edileceyi sayeleri yayildi Ardindan Istanbul resmi olaraq isgal edildi ve butun resmi orqanlar ele kecirildi 16 mart Milliyyetci liderler hebs edilerek Maltaya surgun edildi Hokumet 2 aprelde istehfaya getdi Sultan Vahideddin 5 aprelde yeniden Ferid Pasa rehberliyinde hokumet qurdu Meclis sultanin emriyle baglandi 11 aprel Nehayet Ankarada toplanan Boyuk Millet Meclisi toplanaraq 23 aprel 1920 milletin yegane temsilcisi oldugunu butun dunyaya elan etdi Buna cavab olaraq ise Mustafa Kamal Pasa ve 5 yaxin adami haqqinda olum hokmu verildi 24 may Cox kecmeden Sevr sulhu imzalandi 10 avqust Buna meclisin reaksiyasi sert oldu Bele ki Sultan Vahideddin xain elan edildi ve kurekeni Ferid Pasa haqqinda olum hokmu verildi 7 oktyabr Ingilislerin tezyiqi ile Tofiq Pasa yeniden sedarete getirildi 21 oktyabr Mustafa Kamal Pasa ise bu hokumeti tanimaqdan imtina etdi Bu esnada yunanlara qarsi ilk zefer olan Inonu doyusu bas verdi Meclisin 8 fevralda kecirilen gizli iclasinda sultanin taxtdan endirilmesine qerar verildi Nehayet Sultan Vahideddinin Ankara hokumetini tanimamasi neticesinde meclis selteneti ve Osmanli imperiyasini legv etdi 1 noyabr 1922 Xilafetin ise Osmanli sulalesine aid oldugunu ve TBMM terefinden secilecek sexse verileceyini bildirdi Hokumet adamlarinin yarisi olkeden qacir yarisi ise ingilislere siginirdi Seltenetin legvinden sonra 10 noyabrda ilk defe cume salamligina cixan Sultan Vahideddinin oxunan xutbede adi cekilmedi Muhaciret illeri Nehayet ingilislerin coxdandir gozlediyi an geldi Sultan Vahideddin 15 noyabrda fexri yaveri ve qayni Zeki bey xanimi Seniye Qadinefendinin qardasi vasitesile general Harrinqtona muraciet etdi ve ingilislerden siyasi siginacaq istedi Sultanin 17 noyabr 1922 tarixinde cume gunu Istanbuldan Malaya adli gemiyle cixarilmasina qerar verildi Sultan Vahideddin o gece Cihannuma koskunde qaldi Sexsi esyalarindan basqa deyerli esya ve cevahiret almamaga diqqet yetirdi Qalaq qalaq senedleri kaminde yandirdi Son Osmanli sultani Ulduz sarayindan ingilis generali Carlz Harrinqtonun musayieti ile alindi Sultan ve heyetindeki 10 nefer seher saatlarinda ingilis batalyonu terefinden Maltaya yola salindi Maltadaki ingilis qubernatoru sultani kral V Georq adina qarsiladi Krala tesekkurlerini bildiren Sultan Vahideddin taxtindan ve xilafetden el cekmediyini bildirdi Bu esnada ise TBMM Ebdulmecid Efendini Osmanli xelifesi elan etdi 19 noyabr Bu esnada ingilisler artiq yuk olmaga baslayan sabiq sultandan xilas olmaga calisirdi Ingilislerin desteyi ile Osmanli imperiyasina qarsi usyan qaldiran ve Erebistan meliki olan Serif Huseyn sultani Mekkeye devet etdi Ingilis gemisiyle Maltadan ayrilan 5 yanvar 1923 Mehmed Vahideddin Port Seid limaninda Kral Huseynin oglu terefinden qarsilandi Daha sonra Suveyse ve Ciddeye getdi 15 yanvar 1923 Kral Huseyn qonagini 101 top atesile qarsiladi ve Mekkeye yola saldi Fevral ayinin sonuna qeder Mekkede qalan Sultan Vahideddin iqlimi daha mulayim olan Taife getdi Muselman alemi ise onun Hicaz ziyaretini tenqid edirdi Hicazda cox qalmayan Sultan Vahideddin Mekkeye dondu ve Felestine getmek istedi 15 mart Ancaq ingilisler buna icaze vermedi ve sabiq sultan uzun muzakirelerden sonra Italiyaya gonderildi Italyan hokumeti Sultan Vahideddini Genuya limaninda qeyri resmi bir merasimle qarsiladi 2 may Onu qarsilayanlar arasinda qayni Ferid Pasa da vardi San Remo qesebesindeki Nobel villasinda mekunlasdi 16 ay burada tek yasayan Sultan Vahideddin 1924 cu ilde verilen Osmanli sulalesinin surgun qerararindan sonra ailesine qovusdu Ailenin ferdleri artdigi ucun Manolya villasina kocen Sultan Vahideddin Turkiye serhedlerinden kenarda qalan aile mulklerinden pay almaq ucun surgundeki butun aile uzvlerinden vekalet aldi Ancaq surgun sebebile Nitsada meskunlasan Ebdulmecid Efendi aile reisinin ozu oldugunu deyerek vekalet vermekden imtina etdi Sultan Vahideddin Istanbuldan 20 min ingilis sterlinqi ile ayrilmisdi Bu pulun bir hissesi firildaqcilarin eline kecmis bir hissesi ise kecmis qayni ve fexri yaveri olan Zeki bey xanimi Seniye Qadinefendinin qardasi terefinden San Remo qumarxanalarinda itirilmisdi Elinde qalan sexsi cevahiratlari satmis sonda medallarini da satisa cixarmisdir Ancaq medallarin uzerindeki das qasin saxta oldugunu oyrenmis ve saray zergerleri terefinden aldadildigini oyrenmisdir Vefati ve defni 16 may 1926 tarixinde seher saatlarinda Nitsada yasayan qizi Sabiha Sultanin qizi oldugu xeberini alan Sultan Vahideddin nevesinin adinin Necla olmasini istedi Mehz hemin gunun sonunda axsam saatlarinda vefat etdi Aparilan arasdirmalarda olum sebebi kimi agciyerinin birinin veremden qurumasi ve urek damarlarinin tutulmasi gosterildi Demesqdeki VI Mehmedin qebri Sultanin olduyunu esiden borclular texminen 60 min lirelik borclarini teleb etdiler Neticede Manolya villasindaki butun esyalar ve merhum sultanin tabutu villanin zirzemisindeki otaga qoyularaq kilidlendi Italyanlar borc odenilenedek cenazenin defn edilmesine icaze vermediler Nehayet 1 ay sonra Nitsadaki qizi Sabiha Sultan sirgalarini sataraq borclari odedi ve cenazenin Demesqdeki Suleymaniyye tekyesinin qebiristanliginda defn olunmasina qerar verildi Fransa hokumetinden icaze alindi ve tabut at arabasiyla demiryolu stansiyasina 15 iyun oradan ise qatarla Trieste aparildi Burada gemiye dasinan cenazesi kurekeni Omer Ferrux Efendinin nezaretinde Beyruta aparildi Oradan qatarla Demesqe dasinan cenaze Suleymaniyye tekyesinin heyetinde defn olundu 3 iyul 1926 Mezar yeri ucun qazilan yerden su cixmasiyla torpaq cokmus bu sebeble cenazenin uzerinde turbe tikile bilmemisdir AilesiHeremxanasi Emine Nazikeda Qadinefendi Seniye Insirah xanim Sadiye Muveddet Qadinefendi Nevvare xanim Nevzad xanimOglan usaqlari Mehmed Ertogrul EfendiQiz usaqlari Fatma Ulviyye Sultan Ruqiye Sabiha SultanIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Mehmed VI Encyclopaedia Britannica ing Mehmet VI Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Deutsche Nationalbibliothek Record 119160641 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeTBMM Gizli Celse Zabitlari Ankara 1985 I 132 139 410 416 Ataturk ile Ilgili Arsiv Belgeleri 1911 1921 Ankara 1982 s 173 179 Belgelerle Mustafa Kemal Ataturk 1916 1922 Ankara 2003 s 6 42 Lutfi Simavi Osmanli Sarayinin Son Gunleri s nsr Semsettin Kutlu Istanbul ts Hurriyet Yayinlari s 373 538 Ali Fuat Turkgeldi Gorup Isittiklerim Ankara 1949 Ankara 1984 s 138 264 Ibnulemin Son Sadriazamlar IV 2095 2104 Mufassal Osmanli Tarihi Istanbul 1963 VI 3574 3650 Refik Halid Karay Minelbab ilelmihrab Istanbul 1964 s 113 117 118 140 Safiye Unuvar Saray Hatiralarim Istanbul 1964 s 119 124 138 139 Tarik Mumtaz Goztepe Osmanogullarinin Son Padisahi Vahideddin Gurbet Cehenneminde Istanbul 1968 a mlf Osmanogullarinin Son Padisahi Vahideddin Mutareke Gayyasinda Istanbul 1969 G Jaeschke Kurtulus Savasi ile Ilgili Ingiliz Belgeleri trc Cemal Koprulu Ankara 1971 s 4 12 a mlf Mondros a Giden Yol TTK Belleten XXVIII 109 1964 s 151 vd Bilal N Simsir Ingiliz Belgelerinde Ataturk 1919 1938 Ankara 1973 84 I 66 68 300 380 463 464 a mlf Vahdettin in Kacisi ve Sonu Cumhuriyet Istanbul 26 30 Kasim 1973 Ismail Hakki Okday Yanya dan Ankara ya Istanbul 1975 s 350 353 373 374 449 Mazhar Mufit Kansu Erzurum dan Olumune Kadar Ataturk le Beraber Ankara 1988 I II tur yer Dogu Ergil Osmanli Ocagi nin Sonusu Milliyet Istanbul 30 Kasim 13 Aralik 1989 Munevver Ayasli Isittiklerim Gorduklerim Bildiklerim Istanbul 1990 s 8 9 Ahmet Izzet Pasa Feryadim haz Suheyl Izzet Furgac Yuksel Kanar Istanbul 1993 II 14 19 20 27 28 190 213 214 278 454 455 Riza Tevfik Bolukbasi Biraz da Ben Konusayim haz Abdullah Ucman Istanbul 1993 s 57 63 108 109 189 Orhan Kologlu Gazi nin Caginda Islam Dunyasi 1919 1922 Istanbul 1994 s 65 118 231 286 300 305 319 Salahi R Sonyel Turk Kurtulus Savasi ve Dis Politika Ankara 1991 95 I II tur yer a mlf Kurtulus Savasi Gunlerinde Ingiliz Istihbarat Servisi nin Turkiye deki Eylemleri Ankara 1995 tur yer a mlf Son Osmanli Padisahi Vahideddin ve Ingilizler TTK Belleten XXXIX 154 1975 s 257 264 a mlf Ingiliz Yuksek Komiseri Sir Horace Rumbold un Turk Ulusal Akimi na Karsi Tutumu a e LVIII 221 1994 s 159 184 Murat Bardakci Sahbaba Osmanogullari nin Son Hukumdari VI Mehmed Vahideddin in Hayati Hatiralari ve Ozel Mektuplari Istanbul 1998 Sina Aksin Istanbul Hukumetleri ve Milli Mucadele Istanbul 1983 92 I II tur yer Enver Ziya Karal Mehmed VI IA VII 562 566 A J Mango Meĥemmed VI Waĥid al Din EI Ing VI 984 985 VI MehmedOsmanli sulalesiDogum 14 yanvar 1861 Vefat 16 may 1926Hakimiyyet titullariSelefleri V Mehmed Resad Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 3 iyul 1918 1 noyabr 1922 Xelefleri Yox Osmanli sultanliginin legvi Mustafa Kamal Ataturk Sunni Islam titullariSelefleri V Mehmed Resad Islam Xelifesi خلافة إسلامية Xelefleri Ebdulmecid