Mədihə Sultan (d. 31 iyul 1856 - ö. 7 noyabr 1928) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır.
Mədihə Sultan | |
---|---|
مديحة سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əbdülməcid |
Anası | Gülüstü Qadınəfəndi |
Həyat yoldaşları | Nəcib Paşa Kürəkən Fərid Paşa |
Uşağı | Sultanzadə Sami bəy |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Mədihə Sultan 1856-cı ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Gülüstü xanım idi. Sultan Mehmed Vahidəddinin doğma, Sultan Murad, Sultan Əbdülhəmid və Sultan Mehmed Rəşadın isə ögey bacısı idi. Anasının vəfatından sonra atasının digər xanımı Verdicanan xanım tərəfindən böyüdüldü. Sarayda olduqca dəbdəbəli həyat yaşadı. Avropasayağı geyimiylə hər kəsdən fərqlənirdi. İri qara gözləri və parlaq dərisiylə atası Sultan Əbdülməcidə ən çox bənzəyən övladı idi. Bacısı Səniha Sultan kimi o da, gülərüz və xoş xasiyyət biri idi.
Gənc Mədihə Sultan Əbdürrəhman Sami bəyin oğlu Nəcib bəyi sevsə də, dövrün Osmanlı padşahı Sultan Əbdülhəmid bu nigaha qarşı çıxdı. Səbəb isə Sami bəyin ailəsinin Əli Suavi ilə yaxın olması idi. Bu səbəblə Nəcib bəy dərhal Parisə göndərildi. Ancaq Verdicanan xanımın və Rahimə Pirüstü xanımın vasitəçiliyi ilə Nəcib bəy geri çağırıldı və paşa ünvanı aldı. 22 yanvar 1879-cu ildə nişanlanan cütlüyün toy mərasimi 8 iyun tarixində Ulduz sarayında baş tutdu. Bu evlilikdən, sonralar Sultan Əbdülhəmidin şəxsi yavəri olan Sultanzadə Sami bəy adlı bir oğlu dünyaya gəldi.
Nəcib Paşanın vəfatından sonra 1885-ci ildə Sultan Əbdülhəmid bacısını Fərid Paşa ilə nişanladı. Evlilik 30 aprel 1886-cı ildə baş tutdu. Bu nigahdan övladı olmadı. 1899-cu ildə Almaniya kralı II Vilhelmin arvadı Auqusta Viktoriya ilə görüşdü. Ərinin Milli azadlıq hərəkatına qarşı yürütdüyü siyasət səbəbilə, Böyük hücumun sonunda 21 sentyabr 1922-ci ildə əriylə birlikdə ölkəni tərk etdi və Fransanın Nitsa şəhərində məskunlaşdı. Hər ikisi də burada dəfn olundu.
Ailəsi
Mədihə Sultanın ilk nigahından Sami bəy (d. 5 aprel 1880 - ö. 15 avqust 1961) adlı bir oğlu dünyaya gəlmişdir. Sami bəyin şəcərəsi isə aşağıdakı kimidir:
- Peyvəstə Dövlətxan xanım (d. 4 fevral 1886 - ö. 13 mart 1963) — 5 may 1903-cü ildə evləndilər. 6 övladı oldu.
- Sultanzadə Bahəddin Sami (d. 7 may 1905 - ö. 16 avqust 1997)
- Sultanzadə Rüknəddin Sami (d. 6 iyul 1906 - ö. 20 fevral 1979)
- Xədicə Sami xanım Sultan (d. 24 noyabr 1908 - ö. 18 iyul 1967)
- Sultanzadə Ömər Fəthi Sami (d. 7 fevral 1909) — 5 may 1939-cu ildə Mariya Andrey Süe ilə evləndi və 1 qızı oldu. Nigahı dövrün Osmanlı ailə rəisi olan Əbdülməcid Əfəndi bağlamışdır.
- Sultanzadə Məhəmməd Xeyri Sami (d. 1910 - ö. 1911)
- Sultanzadə Kamran Sami (d. 17 yanvar 1912 - ö. 15 mart 1999)
- Firdövs xanım
- Sultanzadə Sahib Sami (d. 10 sentyabr 1907 - ö. 30 dekabr 1982)
- Nafiyə Dilnigar xanım (d. 1900 - ö. 22 iyun 1940) — 1924-cü ilin noyabrında evləndilər. 1 övladı oldu.
- Sultanzadə Mahmud Sami (d. 22 iyul 1925, Genuya) — 30 mart 1951-ci ildə Eva Marqarita ilə evləndi və 3 övladı oldu.
- Mustafa Rəşid Sami (d. 12 noyabr 1952) — 26 mart 1977-ci ildə Suzanna Ray ilə evləndi və 1 övladı oldu.
- Əkrəm Əbdürrəhman Sami (d. 2 sentyabr 1954) — 22 avqust 1991-ci ildə Suzanna Groves ilə evləndi və 2 övladı oldu.
- Katarina Mələk Sami (d. 28 yanvar 1960) — 8 may 1993-cü ildə Riçard Levis ilə evləndi və 2 övladı oldu.
- Sultanzadə Mahmud Sami (d. 22 iyul 1925, Genuya) — 30 mart 1951-ci ildə Eva Marqarita ilə evləndi və 3 övladı oldu.
Mənbə
- Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. p. 12.
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010.
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık.
- Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Medihe Sultan d 31 iyul 1856 o 7 noyabr 1928 31 Osmanli padsahi Ebdulmecidin qizidir Medihe Sultanمديحة سلطانSexsi melumatlarDogum tarixi 31 iyul 1856Dogum yeri Dolmabagca sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 7 noyabr 1928 72 yasinda Vefat yeri NitsaDefn yeri NitsaAtasi I EbdulmecidAnasi Gulustu QadinefendiHeyat yoldaslari Necib Pasa Kureken Ferid PasaUsagi Sultanzade Sami beyAilesi Osmanli xanedaniHeyatiMedihe Sultan 1856 ci ilde Dolmabagca sarayinda dunyaya gelmisdir Atasi Sultan Ebdulmecid anasi ise onun xanimlarindan Gulustu xanim idi Sultan Mehmed Vahideddinin dogma Sultan Murad Sultan Ebdulhemid ve Sultan Mehmed Resadin ise ogey bacisi idi Anasinin vefatindan sonra atasinin diger xanimi Verdicanan xanim terefinden boyuduldu Sarayda olduqca debdebeli heyat yasadi Avropasayagi geyimiyle her kesden ferqlenirdi Iri qara gozleri ve parlaq derisiyle atasi Sultan Ebdulmecide en cox benzeyen ovladi idi Bacisi Seniha Sultan kimi o da guleruz ve xos xasiyyet biri idi Genc Medihe Sultan Ebdurrehman Sami beyin oglu Necib beyi sevse de dovrun Osmanli padsahi Sultan Ebdulhemid bu nigaha qarsi cixdi Sebeb ise Sami beyin ailesinin Eli Suavi ile yaxin olmasi idi Bu sebeble Necib bey derhal Parise gonderildi Ancaq Verdicanan xanimin ve Rahime Pirustu xanimin vasiteciliyi ile Necib bey geri cagirildi ve pasa unvani aldi 22 yanvar 1879 cu ilde nisanlanan cutluyun toy merasimi 8 iyun tarixinde Ulduz sarayinda bas tutdu Bu evlilikden sonralar Sultan Ebdulhemidin sexsi yaveri olan Sultanzade Sami bey adli bir oglu dunyaya geldi Necib Pasanin vefatindan sonra 1885 ci ilde Sultan Ebdulhemid bacisini Ferid Pasa ile nisanladi Evlilik 30 aprel 1886 ci ilde bas tutdu Bu nigahdan ovladi olmadi 1899 cu ilde Almaniya krali II Vilhelmin arvadi Auqusta Viktoriya ile gorusdu Erinin Milli azadliq herekatina qarsi yurutduyu siyaset sebebile Boyuk hucumun sonunda 21 sentyabr 1922 ci ilde eriyle birlikde olkeni terk etdi ve Fransanin Nitsa seherinde meskunlasdi Her ikisi de burada defn olundu AilesiMedihe Sultanin ilk nigahindan Sami bey d 5 aprel 1880 o 15 avqust 1961 adli bir oglu dunyaya gelmisdir Sami beyin seceresi ise asagidaki kimidir Peyveste Dovletxan xanim d 4 fevral 1886 o 13 mart 1963 5 may 1903 cu ilde evlendiler 6 ovladi oldu Sultanzade Baheddin Sami d 7 may 1905 o 16 avqust 1997 Sultanzade Rukneddin Sami d 6 iyul 1906 o 20 fevral 1979 Xedice Sami xanim Sultan d 24 noyabr 1908 o 18 iyul 1967 Sultanzade Omer Fethi Sami d 7 fevral 1909 5 may 1939 cu ilde Mariya Andrey Sue ile evlendi ve 1 qizi oldu Nigahi dovrun Osmanli aile reisi olan Ebdulmecid Efendi baglamisdir Leyla Medihe Sami d 5 oktyabr 1955 London 7 yanvar 1983 cu ilde Andrey Paul Beggin ile evlendi ve 1 oglu oldu Henri Orxan Sami Beggin d 21 sentyabr 1991 Sultanzade Mehemmed Xeyri Sami d 1910 o 1911 Sultanzade Kamran Sami d 17 yanvar 1912 o 15 mart 1999 Firdovs xanim Sultanzade Sahib Sami d 10 sentyabr 1907 o 30 dekabr 1982 Nafiye Dilnigar xanim d 1900 o 22 iyun 1940 1924 cu ilin noyabrinda evlendiler 1 ovladi oldu Sultanzade Mahmud Sami d 22 iyul 1925 Genuya 30 mart 1951 ci ilde Eva Marqarita ile evlendi ve 3 ovladi oldu Mustafa Resid Sami d 12 noyabr 1952 26 mart 1977 ci ilde Suzanna Ray ile evlendi ve 1 ovladi oldu Zoe Jo Sami d 23 aprel 1994 Ekrem Ebdurrehman Sami d 2 sentyabr 1954 22 avqust 1991 ci ilde Suzanna Groves ile evlendi ve 2 ovladi oldu Rebekka Anna Sami d 7 dekabr 1982 Omer Ryan Sami d 2 aprel 1993 Katarina Melek Sami d 28 yanvar 1960 8 may 1993 cu ilde Ricard Levis ile evlendi ve 2 ovladi oldu India Holy Samy Levis d 29 dekabr 1998 Anucka Sami Levis d 16 iyun 2000 MenbeFanny Davis 1986 The Ottoman Lady A Social History from 1718 to 1918 Greenwood Publishing Group p 12 ISBN 978 0 313 24811 5 The Concubine the Princess and the Teacher Voices from the Ottoman Harem University of Texas Press 2010 ISBN 978 0 292 78335 5 Sakaoglu Necdet 2008 Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik ISBN 978 9 753 29623 6 Mustafa Cagatay Ulucay 2011 Padisahlarin kadinlari ve kizlari Ankara Otuken