V Murad (Osmanlı türkcəsi: مراد خامس Murâd-ı xâmis) (21 sentyabr 1840, Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 29 avqust 1904, Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası) — 33-cü Osmanlı sultanı və 112-ci İslam xəlifəsi. Ən qısa müddət səltənətdə qalan və mason təşkilatına üzv olan yeganə Osmanlı sultanıdır.
V Murad | |
---|---|
osman. مراد خامس | |
30 may 1876 – 31 avqust 1876 | |
Əvvəlki | Əbdüləziz |
Sonrakı | II Əbdülhəmid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1904(63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | I Əbdülməcid |
Anası | Şövqəfza Sultan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
22 sentyabr 1840-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Əsl adı Mehmed Murad olub, atası Sultan Əbdülməcid, anası isə onun dördüncü xanımı Şevkəfza Sultandır. 1847-ci ildə qardaşı Şahzadə Əbdülhəmidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Şahzadəlik illərində mükəmməl saray təhsili aldı. Müxtəlif müəllimlərdən Osmanlı türkcəsi, ərəbcə, fransızca, Osmanlı tarixi və piano dərsləri aldı. 1861-ci ildə əmisi Sultan Əbdüləziz taxta çıxdı və Murad Əfəndi vəliəhd elan olundu. Sultan Əbdüləzizin Misir (1863) və Avropa (1867) səyahətlərinə vəliəhd ünvanıyla qatıldı. Vaxtının çoxunu əmisinin ona hədiyyə etdiyi Kadıköydəki villasında keçirirdi. Bu illərdə məşrutiyyət tərəfdarı olan Yeni Osmanlılarla əlaqələr qurdu. Tez-tez görüşdüyü Şinasi, Namiq Kamal və Ziya bəylərlə məşrutiyyət, demokratiya və azadlıq mövzularında söhbət edirdi. 23 oktyabr 1872 tarixində mason təşkilatına qatıldı. Bu hadisə isə qardaşları tərəfindən birmənalı qarşılanmadı. İçkiyə aludəçiliyi və bədxərcliyi də məhz bu dövrdə başlamışdır. Ziya Paşa və şəxsi həkimi Kapoleon Əfəndi vasitəsilə, Sultan Əbdüləzizə müxalif olan qüvvələrin lideri sayılan Mithat Paşayla da danışıqlar aparırdı. Bu illərdə Osmanlı imperiyası çətin vəziyyətdə idi. Herseqovina üsyanıyla (1875) başlayan Balkan böhranı, bolqar ayaqlanması (2 may 1876) və 2 səfirin ölümü ilə nəticələnən Saloniki iğtişaşları (6 may 1876) ölkənin beynəlxalq əlaqələri təhlükəli həddə çatdırmışdı.
Taxta çıxışı
Böyük güclərin Osmanlı imperiyasına müdaxiləyə hazırlandığı bu əsnada müxalif qruplar Sultan Əbdüləzizi devirib, Murad Əfəndini taxta çıxarmağı planlayırdı. Mithat Paşanın köşkündə toplanan iclasda Sultan Əbdüləzizin səltənətdə qalması həm ölkənin, həm də müxalif qüvvələrin gələcəyi üçün təhlükəli olaraq görüldü və mədrəsə tələbələrinin üsyana sövq edilmələrinə qərar verildi. Digər tərəfdən isə Murad Əfəndi üsyan edəcək tələbələrə paylamaq üçün şəxsi sərrafı Xristaki Əfəndidən təmin etdiyi sandıq-sandıq qızılı Mithat Paşaya göndərdi. Softalar ayaqlanması adlanan bu hadisələr 10 may 1876-cı ildə başladı. Mehmed Rüşdü Paşanın sədarətə, Həsən Xeyrullah Əfəndinin şeyxülislamlığa, Hüseyn Avni Paşanın sərdarlığa və Mithat Paşanın məclisə daxil edilməsi elan edildi (12 may) və üsyançılar dağıldı. Sultan Əbdüləziz düşmənliyində ortaq olan və "möhtəşəm dördlük" adı verilən bu qrup iqtidarı ələ aldıqdan sonra Sultan Əbdüləziz devrilməsi məsələsində razılaşdılar və planı Murad Əfəndiyə bildirdilər. Çevrilişin 31 mayda olması planlaşdırılsa da, bəzi hadisələrin ardından çevriliş 29-30 may gecəsi baş tutdu. Dolmabağça sarayı dənizdən və qurudan mühasirəyə alınaraq giriş-çıxışları tutuldu və telefon xətləri kəsildi. Tələbələri silahlandıraraq Daşqışlağında tərtib olunan xüsusi batalyonla Dolmabağça sarayına gələn Quru qoşunları naziri Süleyman Paşa, saraydakı vəliəhd otağına gəlib Murad Əfəndini saraydan çıxarmaq istədi. Çevriliş tarixinin önə çəkilməsindən xəbərdar olmayan Murad Əfəndi, gələn Süleyman Paşanın onu həbs edəcəyindən qorxaraq otağından çıxmamış, nəhayət Süleyman Paşanın təkidləriylə saraydan ayrılmağı qəbul etmişdir. Hüseyn Avni Paşanın da onlara qatılmasıyla, Murad Əfəndi şiddətli yağış altında qayığa mindirildi. Qayıqla Fatehə gətirilən Murad Əfəndi, Hüseyn Avni Paşa ilə birlikdə arabayla Bəyazid məscidi yaxınlığındakı Sədarət binasına gəldi. Burada onu gözləyən sədrəzəm, şeyxülislam və digər bəzi dövlət adamları onu sultan elan edərək sədaqət andı içdilər. Ardından Sultan Əbdüləzizin devrilməsi haqqında fətva oxundu. Fətvada Sultan Əbdüləzizin dəli olduğu və dövlət işlərini idarə edə bilmədiyi bəhanə göstərilirdi. Sabiq sultan Topqapı sarayına aparıldı və burada həbs olundu. Bu səbəblə Sultan Murad səltənət nişanəsi olaraq, Topqapıya gedərək burada Yavuz Sultan Səlimin qızıl taxtına əyləşə bilmədi. Bunun yerinə Dolmabağça sarayına gedən Sultan Muradın cülusu top atəşləri ilə elan olundu və burada ikinci taxt mərasimi tərtibləndi. Bu əsnada Dolmabağça sarayında Sultan Əbdüləziz və ailəsinə aid əşyalar qarət edildi. Qiymətli əşyalar və ləl-cəvahiratın bir hissəsi yeni sultanın anası tərəfindən alındı. Bir hissəsi isə Sultan Muradın bir milyona yaxın borcları üçün sərrafı Xristaki Əfəndiyə verildi.
Səltənəti
Sultan Murad ilk iş olaraq, onu taxta çıxaranlar arasında Ziya Paşanı baş katib təyin etdi. Sədrəzəmə xəbər göndərərək əmisinin sürgünə yolladığı Namiq Kamal və digər dostlarının geri çağırılmasını istədi. Ancaq bu əmri heç vaxt yerinə yetirilmədi. Onu taxta çıxaran "möhtəşəm dördlük" arasında qısa zamanda anlaşmazlıqlar yarandı. Yalnız Mithat Paşa azad demokratiya tərəfdarı olaraq qalmışdı. Digərləri isə keçmiş siyasi rejimin davam etməsindən tərəfdar idi. Sərdar Hüseyn Avni Paşa əsl diktator kimi hərəkət edir və hər işə müdaxilə edirdi. Saraya giriş-çıxışları nəzarət altına alan Hüseyn Avni Paşa, sultanla görüşmək istəyənlərin ondan icazə almasını tələb edirdi. Ziya Paşa baş katiblikdən alındı və yerinə Sadullah Paşa gətirildi. Sabiq sultan aparılmış, 3 gün sonra isə biləkləri kəsili halda ölü tapılmışdı (4 iyun). Sultan Əbdüləzizin qaynı olan Çərkəz Həsən bəy, sabiq sultanın ölümündən sonra intiqam almaq üçün Hüseyn Avni Paşanı Mithat Paşanın köşkündə keçrilən iclas əsnasında öldürdü (15-16 iyun gecəsi).
Əvvəllər də əqlən zəifliyi bilinən Sultan Muradın baş verən hadisələrdən sonra əsəbləri daha da korlanmışdı. Cülus günü Sədarət binasında keçirilən mərasimdə pərişan halda olan Sultan Əbdüləzizin məlum vəziyyəti səbəbilə mərasim çox çəkməmişdi. Anormal hərəkətləri Ayasofya məscidində keçirilən ilk cümə salamlığında da müşahidə edilmişdi. Əmisinin müəmmalı ölümündən sorna şoka düşən Sultan Murad Ulduz sarayına alındı. Burada vəziyyəti daha da pisləşən sultanın özünü hovuza atmasından sonra yenidən Dolmabağça sarayına gətirildi. İkinci cümə salamlığındakı davranışları onun əqli zəifliyinin və psixi vəziyyətinin yaxşı olmamasını bir daha sübut etdi. Saraya məhkum edilən sultan heç kimlə görüşdürülmədi və artıq cümə salamlığına da çıxarılmadı. Ənənəvi olaraq, Əyyubsultan məscidində tərtiblənən qılınc qurşanma mərasimi də keçirilməmiş, əcnəbi elçilər krallarının təbrik məktublarını yeni sultana təqdim edə bilməmişdir. Sultan Muradın xəstəliyini gizlətməyə çalışan hökumət, sultanın üzündə və belində çiban çıxdığını, bu səbəblə cümə salamlığına çıxmadığı şayəsini yayırdı. Ancaq sultanın xəstəliyi artıq bütün paytaxtda bilinirdi və sədrəzəmin səltənət naibi kimi dövləti tək başına idarə etməsi şiddətlə tənqid edilirdi. Üləmlar isə sultanı əqli zəif olan bu ölkədə cümə namazının qılınmamasını irəli sürürdü. Bu vəziyyət qarşısında hökumət, sultanı yenidən cümə salamlığına çıxarmağa başladı. Araba ilə ən yaxın məscidə aparılan sultanın önündə, ənənəyə zidd olaraq, 2 zabit əyləşir, sultan isə bir küncə qısılırdı. Çıxdığı cümə salamlığından birində saraya dönən sultan əynini dəyişmədən yatağa girmiş, ertəsi gün otağın şüşələrini sındıraraq özünü öldürmək istəmiş, ardından həkim heyəti tərəfindən müayinə edildi. Heyətin gəldiyi nəticə isə sultanın sağalma ehtimalının az olması oldu. Hökumət isə, İngiltərə səfirinin tövsiyəsilə sultanı Vyanalı həkim Leydesdorfa müayinə etdirdi. Ondan da alınan mənfi rəyin ardından Sultan Muradın taxtdan endirilməsi müzakirəyə qoyuldu. Mithat Paşa vəliəhd Əbdülhəmid Əfəndini ziyarət etdi. 30 avqust 1876 tarixində keçirilən gizli iclasda Sultan Muradın devrilməsinə və Əbdülhəmid Əfəndinin taxta çıxarılmasına qərar verildi. Ertəsi gün sultanın devrilməsi haqqında verilən fətva oxundu (31 avqust 1876). Beləliklə, 93 gün davam edən Sultan Murad səltənəti başa çatdı. Bu müddət ərzində yalnız 7 gün iqtidarı əlində tuta bildi.
Məhbus illəri
Taxtdan endirildikdən sonra Çırağan sarayında yaşamasına icazə verildi. Bir neçə dəfə müalicə edilmək istənsə də, bir nəticə alınmadı. Başda mason birliyi olmaq üzrə, tərəfdarları onun əqlən sağlam olması və haqsız yerə devrilməsi şayələrini yayırdı. Bunun ardından Sultan Əbdülhəmid, qardaşını yerli və əcnəbi həkimlərdən ibarət tibbi heyətə müayinə etdirdi. Ancaq bu dəfə xəstəliyinin davam etdiyi və müalicəsinin mümkün olmadığı görüldü. Ancaq bu müayinədən 3 ay sonra sabiq sultanı qaçırmağa cəhd etdilər. İkisi türk, ikisi əcnəbi olan dörd nəfərlik dəstə Sultan Muradı Avropaya qaçırmaq və yenidən səltənətə gətirmək üçün qadın geyimində Çırağan sarayına girərkən ələ keçirilmişdi (noyabr 1876). Ardından Kleanti Skaliyeri-Əziz bəy komitəsi onu qaçırıb taxta çıxarmağa cəhd etdi. Ancaq komitə daxilindəki bir nəfərin xəbər verməsi nəticəsində bu cəhd baş tutmadı (15 aprel 1877). Üçüncü qaçırma cəhdi isə Əli Suavi tərəfindən baş tutdu. Çırağan hadisəsi olaraq anılan bu hadisə nəticəsində Əli Suavi qətlə yetirildi (20 may 1878).
Bu qaçırma cəhdləri Sultan Əbdülhəmidi narahat edirdi. Bu səbəblə Sultan Murad bundan sonra daha sərt nəzarətdə yaşadı. 28 il boyunca əsl məhbus həyatı yaşayan Sultan Murad 29 avqust 1904-cü ildə şəkər xəstəliyindən vəfat etdi və Yeni məsciddə anasının yanına dəfn edildi.
Ailəsi
Hərəmxanası
- Elaru Qadınəfəndi
- Rəftaridil Qadınəfəndi
- Şayan Qadınəfəndi
- Meylisərvət Qadınəfəndi
- Rəzan Qadınəfəndi
- Gövhəriz xanım (d. 1863 - ö. 1940) — Əslən ubix olan Xəlil bəyin qızıdır. 1879-cu ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamış, ögey övladlarına fransızca dərs vermişdir. Ərinin vəfatından sonra Bursaya göndərilmiş, daha sonra İstanbula qayıdaraq burada keçmiş saray xidmətkarlarından Hüsnü bəylə evlənmişdir. Sonrakı həyatı bilinmir.
- Nəvdür xanım (d. 1861, Batumi - ö. 1927) — Əslən gürcü olan Rüstəm Nakaşvili və Fövziyə xanımın qızı olub, 1880-ci ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatının ardından Bursaya göndərilmiş, daha sonra İstanbuldakı ögey qızı Xədicə Sultana sığınmışdır. Ancaq 1924-cü ildə çıxan sürgün fərmanıyla həyatı daha da çətinləşdi.
- Rəmzşinaz xanım (d. 1864, Şimali Qafqaz - ö. 1934-dən sonra, İstanbul) — Əslən çərkəz olan Həsən bəyin qızı olub, əsl adı Fəhimədir. 1880-ci illərdə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatından sonra Bursaya göndərilmiş, daha sonra İstanbula qayıtmışdır. Sonrakı həyatı bilinmir.
- Filiztən xanım (d. 1865, Pisunda - ö. 1942) — Əslən abxaz olan Şahin bəy və Adilxan xanımın qızı olub, 1887-ci ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatının ardından Bursaya göndərilmiş, daha sonra İstanbuldakı ögey qızı Fatma Sultana sığınmışdır. Ancaq 1924-cü ildə çıxan sürgün fərmanıyla həyatı daha da çətinləşdi.
Oğlan uşaqları
- Mehmed Səlahəddin Əfəndi
- Süleyman Əfəndi (d. 1866) — Rəftaridil xanımdan dünyaya gəlmişdir.
- Seyfəddin Əfəndi (d. 1872) — Şayan xanımdan dünyaya gəlmiş, 1 sutka sonra vəfat etmişdir.
Qız uşaqları
Mənbə
- Ahmed Midhat, Üss-i İnkılâb, İstanbul 1294, I, 228-274;
- Ahmed Sâib, Târîh-i Sultan Murâd-ı Hâmis, Kahire 1326;
- a.mlf., Vak‘a-i Sultan Abdülaziz, Kahire 1326, s. 134-215;
- Süleyman [Paşa], Hiss-i İnkılâb yâhud Sultan Abdülaziz’in Hal‘i ile Sultan Murâd-ı Hâmis’in Cülûsu, İstanbul 1326;
- Mehmed Memduh [Paşa], Mir’ât-ı Şuûnât, İzmir 1328;
- a.mlf., Hal‘ler ve İclâslar, İstanbul 1329;
- Mir’ât-ı Hakîkat, I, 91-167;
- Ziya Şakir, Çırağan Sarayı’nda 28 Sene: Beşinci Murad’ın Hayatı, İstanbul 1943;
- Halûk Y. Şehsuvaroğlu, Sultan Aziz: Husûsî, Siyâsî Hayatı, Devri ve Ölümü, İstanbul 1949, s. 73-200;
- Danişmend, Kronoloji, IV, 265-284;
- Mufassal Osmanlı Tarihi, İstanbul 1972, VI, 3223-3279;
- Semih S. Tezcan - İsmail İşmen, İlk Türk Masonları ve Sultan Murat V, İstanbul 1998, s. 27-68;
- İsmail Hakkı Uzunçarşılı, “Ali Suâvi ve Çırağan Sarayı Vak’ası”, TTK Belleten, VIII/29 (1944), s. 71-118;
- a.mlf., “V. Murad’ı Tekrar Padişah Yapmak İsteyen K. Skaliyeri-Aziz Bey Komitesi”, a.e., VIII/ 30 (1944), s. 245-328;
- a.mlf., “Beşinci Murad ile Oğlu Salahaddin Efendiyi Kaçırmak İçin Kadın Kıyafetinde Çırağan’a Girmek İsteyen Şahıslar”, a.e., VIII/32 (1944), s. 589-597;
- a.mlf., “Beşinci Murad’ı Avrupa’ya Kaçırma Teşebbüsü”, a.e., X/37 (1946), s. 195-209;
- a.mlf., “Beşinci Sultan Murad’ın Tedavisine ve Ölümüne Ait Rapor ve Mektuplar, 1876-1905”, a.e., X/38 (1946), s. 317-367;
- Baha Gürfırat, “Bir Rus Yazarına Göre V. Murad’ın Hastalığı ve Mithat Paşa’nın Muhakemesi”, BTTD, II/11 (1968), s. 42-45;
- Suha Umur, “Belgelere Göre 5. Murad’ın Masonluğu”, TT, VII/38 (1987), s. 100-103;
- Hüseyin Çelik, “Sultan V. Murad ile İlgili İngiliz Gizli Belgeleri”, MÜTAD, sy. 7 (1993), s. 173-186;
- E. J. Zürcher, “Murād V”, EI² (İng.), VII, 599
V Murad Doğum: 22 sentyabr 1840 Vəfat: 29 avqust 1904 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Əbdüləziz | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 30 may 1876-31 avqust 1876 | Xələfləri II Əbdülhəmid |
Sünni İslam titulları | ||
Sələfləri Əbdüləziz | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri II Əbdülhəmid |
- Murad V // Encyclopædia Britannica (ing.).
- Brozović D., Ladan T. Murat V. // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
V Murad Osmanli turkcesi مراد خامس Murad i xamis 21 sentyabr 1840 Topqapi sarayi Konstantinopol Osmanli imperiyasi 29 avqust 1904 Ciragan sarayi Konstantinopol Osmanli imperiyasi 33 cu Osmanli sultani ve 112 ci Islam xelifesi En qisa muddet seltenetde qalan ve mason teskilatina uzv olan yegane Osmanli sultanidir V Muradosman مراد خامس33 cu Osmanli sultani30 may 1876 31 avqust 1876EvvelkiEbdulezizSonrakiII EbdulhemidSexsi melumatlarDogum tarixi 21 sentyabr 1840 1840 09 21 Dogum yeri Topqapi sarayi Konstantinopol Osmanli imperiyasiVefat tarixi 29 avqust 1904 1904 08 29 63 yasinda Vefat yeri Ciragan sarayi Konstantinopol Osmanli imperiyasiVefat sebebi sekerli diabetDefn yeri Yeni MescidFealiyyeti rehber d Atasi I EbdulmecidAnasi Sovqefza SultanHeyat yoldaslari Elaru Qadinefendi Reftaridil Qadinefendi Meyliservet Qadinefendi Rezan Qadinefendi Sayan QadinefendiUsaqlari Fehime Sultan Mehmed Selaheddin Efendi Xedice Sultan Aliye Sultan Fatma SultanAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 22 sentyabr 1840 ci ilde Topqapi sarayinda dunyaya gelmisdir Esl adi Mehmed Murad olub atasi Sultan Ebdulmecid anasi ise onun dorduncu xanimi Sevkefza Sultandir 1847 ci ilde qardasi Sahzade Ebdulhemidle birlikde mohtesem bir merasimle sunnet edilmisdir Sahzadelik illerinde mukemmel saray tehsili aldi Muxtelif muellimlerden Osmanli turkcesi erebce fransizca Osmanli tarixi ve piano dersleri aldi 1861 ci ilde emisi Sultan Ebduleziz taxta cixdi ve Murad Efendi veliehd elan olundu Sultan Ebdulezizin Misir 1863 ve Avropa 1867 seyahetlerine veliehd unvaniyla qatildi Vaxtinin coxunu emisinin ona hediyye etdiyi Kadikoydeki villasinda kecirirdi Bu illerde mesrutiyyet terefdari olan Yeni Osmanlilarla elaqeler qurdu Tez tez gorusduyu Sinasi Namiq Kamal ve Ziya beylerle mesrutiyyet demokratiya ve azadliq movzularinda sohbet edirdi 23 oktyabr 1872 tarixinde mason teskilatina qatildi Bu hadise ise qardaslari terefinden birmenali qarsilanmadi Ickiye aludeciliyi ve bedxercliyi de mehz bu dovrde baslamisdir Ziya Pasa ve sexsi hekimi Kapoleon Efendi vasitesile Sultan Ebdulezize muxalif olan quvvelerin lideri sayilan Mithat Pasayla da danisiqlar aparirdi Bu illerde Osmanli imperiyasi cetin veziyyetde idi Herseqovina usyaniyla 1875 baslayan Balkan bohrani bolqar ayaqlanmasi 2 may 1876 ve 2 sefirin olumu ile neticelenen Saloniki igtisaslari 6 may 1876 olkenin beynelxalq elaqeleri tehlukeli hedde catdirmisdi Taxta cixisi Boyuk guclerin Osmanli imperiyasina mudaxileye hazirlandigi bu esnada muxalif qruplar Sultan Ebdulezizi devirib Murad Efendini taxta cixarmagi planlayirdi Mithat Pasanin koskunde toplanan iclasda Sultan Ebdulezizin seltenetde qalmasi hem olkenin hem de muxalif quvvelerin geleceyi ucun tehlukeli olaraq goruldu ve medrese telebelerinin usyana sovq edilmelerine qerar verildi Diger terefden ise Murad Efendi usyan edecek telebelere paylamaq ucun sexsi serrafi Xristaki Efendiden temin etdiyi sandiq sandiq qizili Mithat Pasaya gonderdi Softalar ayaqlanmasi adlanan bu hadiseler 10 may 1876 ci ilde basladi Mehmed Rusdu Pasanin sedarete Hesen Xeyrullah Efendinin seyxulislamliga Huseyn Avni Pasanin serdarliga ve Mithat Pasanin meclise daxil edilmesi elan edildi 12 may ve usyancilar dagildi Sultan Ebduleziz dusmenliyinde ortaq olan ve mohtesem dordluk adi verilen bu qrup iqtidari ele aldiqdan sonra Sultan Ebduleziz devrilmesi meselesinde razilasdilar ve plani Murad Efendiye bildirdiler Cevrilisin 31 mayda olmasi planlasdirilsa da bezi hadiselerin ardindan cevrilis 29 30 may gecesi bas tutdu Dolmabagca sarayi denizden ve qurudan muhasireye alinaraq giris cixislari tutuldu ve telefon xetleri kesildi Telebeleri silahlandiraraq Dasqislaginda tertib olunan xususi batalyonla Dolmabagca sarayina gelen Quru qosunlari naziri Suleyman Pasa saraydaki veliehd otagina gelib Murad Efendini saraydan cixarmaq istedi Cevrilis tarixinin one cekilmesinden xeberdar olmayan Murad Efendi gelen Suleyman Pasanin onu hebs edeceyinden qorxaraq otagindan cixmamis nehayet Suleyman Pasanin tekidleriyle saraydan ayrilmagi qebul etmisdir Huseyn Avni Pasanin da onlara qatilmasiyla Murad Efendi siddetli yagis altinda qayiga mindirildi Qayiqla Fatehe getirilen Murad Efendi Huseyn Avni Pasa ile birlikde arabayla Beyazid mescidi yaxinligindaki Sedaret binasina geldi Burada onu gozleyen sedrezem seyxulislam ve diger bezi dovlet adamlari onu sultan elan ederek sedaqet andi icdiler Ardindan Sultan Ebdulezizin devrilmesi haqqinda fetva oxundu Fetvada Sultan Ebdulezizin deli oldugu ve dovlet islerini idare ede bilmediyi behane gosterilirdi Sabiq sultan Topqapi sarayina aparildi ve burada hebs olundu Bu sebeble Sultan Murad seltenet nisanesi olaraq Topqapiya gederek burada Yavuz Sultan Selimin qizil taxtina eylese bilmedi Bunun yerine Dolmabagca sarayina geden Sultan Muradin culusu top atesleri ile elan olundu ve burada ikinci taxt merasimi tertiblendi Bu esnada Dolmabagca sarayinda Sultan Ebduleziz ve ailesine aid esyalar qaret edildi Qiymetli esyalar ve lel cevahiratin bir hissesi yeni sultanin anasi terefinden alindi Bir hissesi ise Sultan Muradin bir milyona yaxin borclari ucun serrafi Xristaki Efendiye verildi Selteneti Sultan Murad ilk is olaraq onu taxta cixaranlar arasinda Ziya Pasani bas katib teyin etdi Sedrezeme xeber gondererek emisinin surgune yolladigi Namiq Kamal ve diger dostlarinin geri cagirilmasini istedi Ancaq bu emri hec vaxt yerine yetirilmedi Onu taxta cixaran mohtesem dordluk arasinda qisa zamanda anlasmazliqlar yarandi Yalniz Mithat Pasa azad demokratiya terefdari olaraq qalmisdi Digerleri ise kecmis siyasi rejimin davam etmesinden terefdar idi Serdar Huseyn Avni Pasa esl diktator kimi hereket edir ve her ise mudaxile edirdi Saraya giris cixislari nezaret altina alan Huseyn Avni Pasa sultanla gorusmek isteyenlerin ondan icaze almasini teleb edirdi Ziya Pasa bas katiblikden alindi ve yerine Sadullah Pasa getirildi Sabiq sultan aparilmis 3 gun sonra ise bilekleri kesili halda olu tapilmisdi 4 iyun Sultan Ebdulezizin qayni olan Cerkez Hesen bey sabiq sultanin olumunden sonra intiqam almaq ucun Huseyn Avni Pasani Mithat Pasanin koskunde kecrilen iclas esnasinda oldurdu 15 16 iyun gecesi Evveller de eqlen zeifliyi bilinen Sultan Muradin bas veren hadiselerden sonra esebleri daha da korlanmisdi Culus gunu Sedaret binasinda kecirilen merasimde perisan halda olan Sultan Ebdulezizin melum veziyyeti sebebile merasim cox cekmemisdi Anormal hereketleri Ayasofya mescidinde kecirilen ilk cume salamliginda da musahide edilmisdi Emisinin muemmali olumunden sorna soka dusen Sultan Murad Ulduz sarayina alindi Burada veziyyeti daha da pislesen sultanin ozunu hovuza atmasindan sonra yeniden Dolmabagca sarayina getirildi Ikinci cume salamligindaki davranislari onun eqli zeifliyinin ve psixi veziyyetinin yaxsi olmamasini bir daha subut etdi Saraya mehkum edilen sultan hec kimle gorusdurulmedi ve artiq cume salamligina da cixarilmadi Enenevi olaraq Eyyubsultan mescidinde tertiblenen qilinc qursanma merasimi de kecirilmemis ecnebi elciler krallarinin tebrik mektublarini yeni sultana teqdim ede bilmemisdir Sultan Muradin xesteliyini gizletmeye calisan hokumet sultanin uzunde ve belinde ciban cixdigini bu sebeble cume salamligina cixmadigi sayesini yayirdi Ancaq sultanin xesteliyi artiq butun paytaxtda bilinirdi ve sedrezemin seltenet naibi kimi dovleti tek basina idare etmesi siddetle tenqid edilirdi Ulemlar ise sultani eqli zeif olan bu olkede cume namazinin qilinmamasini ireli sururdu Bu veziyyet qarsisinda hokumet sultani yeniden cume salamligina cixarmaga basladi Araba ile en yaxin mescide aparilan sultanin onunde eneneye zidd olaraq 2 zabit eylesir sultan ise bir kunce qisilirdi Cixdigi cume salamligindan birinde saraya donen sultan eynini deyismeden yataga girmis ertesi gun otagin suselerini sindiraraq ozunu oldurmek istemis ardindan hekim heyeti terefinden muayine edildi Heyetin geldiyi netice ise sultanin sagalma ehtimalinin az olmasi oldu Hokumet ise Ingiltere sefirinin tovsiyesile sultani Vyanali hekim Leydesdorfa muayine etdirdi Ondan da alinan menfi reyin ardindan Sultan Muradin taxtdan endirilmesi muzakireye qoyuldu Mithat Pasa veliehd Ebdulhemid Efendini ziyaret etdi 30 avqust 1876 tarixinde kecirilen gizli iclasda Sultan Muradin devrilmesine ve Ebdulhemid Efendinin taxta cixarilmasina qerar verildi Ertesi gun sultanin devrilmesi haqqinda verilen fetva oxundu 31 avqust 1876 Belelikle 93 gun davam eden Sultan Murad selteneti basa catdi Bu muddet erzinde yalniz 7 gun iqtidari elinde tuta bildi Mehbus illeri Taxtdan endirildikden sonra Ciragan sarayinda yasamasina icaze verildi Bir nece defe mualice edilmek istense de bir netice alinmadi Basda mason birliyi olmaq uzre terefdarlari onun eqlen saglam olmasi ve haqsiz yere devrilmesi sayelerini yayirdi Bunun ardindan Sultan Ebdulhemid qardasini yerli ve ecnebi hekimlerden ibaret tibbi heyete muayine etdirdi Ancaq bu defe xesteliyinin davam etdiyi ve mualicesinin mumkun olmadigi goruldu Ancaq bu muayineden 3 ay sonra sabiq sultani qacirmaga cehd etdiler Ikisi turk ikisi ecnebi olan dord neferlik deste Sultan Muradi Avropaya qacirmaq ve yeniden seltenete getirmek ucun qadin geyiminde Ciragan sarayina girerken ele kecirilmisdi noyabr 1876 Ardindan Kleanti Skaliyeri Eziz bey komitesi onu qacirib taxta cixarmaga cehd etdi Ancaq komite daxilindeki bir neferin xeber vermesi neticesinde bu cehd bas tutmadi 15 aprel 1877 Ucuncu qacirma cehdi ise Eli Suavi terefinden bas tutdu Ciragan hadisesi olaraq anilan bu hadise neticesinde Eli Suavi qetle yetirildi 20 may 1878 Bu qacirma cehdleri Sultan Ebdulhemidi narahat edirdi Bu sebeble Sultan Murad bundan sonra daha sert nezaretde yasadi 28 il boyunca esl mehbus heyati yasayan Sultan Murad 29 avqust 1904 cu ilde seker xesteliyinden vefat etdi ve Yeni mescidde anasinin yanina defn edildi AilesiHeremxanasi Elaru Qadinefendi Reftaridil Qadinefendi Sayan Qadinefendi Meyliservet Qadinefendi Rezan Qadinefendi Govheriz xanim d 1863 o 1940 Eslen ubix olan Xelil beyin qizidir 1879 cu ilde Ciragan sarayinda hebs tutulan Sultan Muradla evlenmisdir Ovladi olmamis ogey ovladlarina fransizca ders vermisdir Erinin vefatindan sonra Bursaya gonderilmis daha sonra Istanbula qayidaraq burada kecmis saray xidmetkarlarindan Husnu beyle evlenmisdir Sonraki heyati bilinmir Nevdur xanim d 1861 Batumi o 1927 Eslen gurcu olan Rustem Nakasvili ve Fovziye xanimin qizi olub 1880 ci ilde Ciragan sarayinda hebs tutulan Sultan Muradla evlenmisdir Ovladi olmamisdir Erinin vefatinin ardindan Bursaya gonderilmis daha sonra Istanbuldaki ogey qizi Xedice Sultana siginmisdir Ancaq 1924 cu ilde cixan surgun fermaniyla heyati daha da cetinlesdi Remzsinaz xanim d 1864 Simali Qafqaz o 1934 den sonra Istanbul Eslen cerkez olan Hesen beyin qizi olub esl adi Fehimedir 1880 ci illerde Ciragan sarayinda hebs tutulan Sultan Muradla evlenmisdir Ovladi olmamisdir Erinin vefatindan sonra Bursaya gonderilmis daha sonra Istanbula qayitmisdir Sonraki heyati bilinmir Filizten xanim d 1865 Pisunda o 1942 Eslen abxaz olan Sahin bey ve Adilxan xanimin qizi olub 1887 ci ilde Ciragan sarayinda hebs tutulan Sultan Muradla evlenmisdir Ovladi olmamisdir Erinin vefatinin ardindan Bursaya gonderilmis daha sonra Istanbuldaki ogey qizi Fatma Sultana siginmisdir Ancaq 1924 cu ilde cixan surgun fermaniyla heyati daha da cetinlesdi Oglan usaqlari Mehmed Selaheddin Efendi Suleyman Efendi d 1866 Reftaridil xanimdan dunyaya gelmisdir Seyfeddin Efendi d 1872 Sayan xanimdan dunyaya gelmis 1 sutka sonra vefat etmisdir Qiz usaqlari Xedice Sultan Fehime Sultan Fatma Sultan Aliye SultanMenbeAhmed Midhat Uss i Inkilab Istanbul 1294 I 228 274 Ahmed Saib Tarih i Sultan Murad i Hamis Kahire 1326 a mlf Vak a i Sultan Abdulaziz Kahire 1326 s 134 215 Suleyman Pasa Hiss i Inkilab yahud Sultan Abdulaziz in Hal i ile Sultan Murad i Hamis in Culusu Istanbul 1326 Mehmed Memduh Pasa Mir at i Suunat Izmir 1328 a mlf Hal ler ve Iclaslar Istanbul 1329 Mir at i Hakikat I 91 167 Ziya Sakir Ciragan Sarayi nda 28 Sene Besinci Murad in Hayati Istanbul 1943 Haluk Y Sehsuvaroglu Sultan Aziz Hususi Siyasi Hayati Devri ve Olumu Istanbul 1949 s 73 200 Danismend Kronoloji IV 265 284 Mufassal Osmanli Tarihi Istanbul 1972 VI 3223 3279 Semih S Tezcan Ismail Ismen Ilk Turk Masonlari ve Sultan Murat V Istanbul 1998 s 27 68 Ismail Hakki Uzuncarsili Ali Suavi ve Ciragan Sarayi Vak asi TTK Belleten VIII 29 1944 s 71 118 a mlf V Murad i Tekrar Padisah Yapmak Isteyen K Skaliyeri Aziz Bey Komitesi a e VIII 30 1944 s 245 328 a mlf Besinci Murad ile Oglu Salahaddin Efendiyi Kacirmak Icin Kadin Kiyafetinde Ciragan a Girmek Isteyen Sahislar a e VIII 32 1944 s 589 597 a mlf Besinci Murad i Avrupa ya Kacirma Tesebbusu a e X 37 1946 s 195 209 a mlf Besinci Sultan Murad in Tedavisine ve Olumune Ait Rapor ve Mektuplar 1876 1905 a e X 38 1946 s 317 367 Baha Gurfirat Bir Rus Yazarina Gore V Murad in Hastaligi ve Mithat Pasa nin Muhakemesi BTTD II 11 1968 s 42 45 Suha Umur Belgelere Gore 5 Murad in Masonlugu TT VII 38 1987 s 100 103 Huseyin Celik Sultan V Murad ile Ilgili Ingiliz Gizli Belgeleri MUTAD sy 7 1993 s 173 186 E J Zurcher Murad V EI Ing VII 599 V MuradOsmanli sulalesiDogum 22 sentyabr 1840 Vefat 29 avqust 1904Hakimiyyet titullariSelefleri Ebduleziz Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 30 may 1876 31 avqust 1876 Xelefleri II EbdulhemidSunni Islam titullariSelefleri Ebduleziz Islam Xelifesi خلافة إسلامية Xelefleri II EbdulhemidMurad V Encyclopaedia Britannica ing Brozovic D Ladan T Murat V Hrvatska enciklopedija xorv LZMK 1999 9272 s ISBN 978 953 6036 31 8