Əminə Nazikəda Qadınəfəndi (9 oktyabr 1866, Suxumi, Qafqaz canişinliyi, Rusiya imperiyası – 4 aprel 1941, Maadi, Misir krallığı[d]) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin xanımı və Osmanlı imperiyasının son başqadınəfəndisi.
Əminə Nazikəda Qadınəfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 oktyabr 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 1941 (74 yaşında) |
Vəfat yeri |
|
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Abxaziyanın Suxumi vilayətində dünyaya gəlmişdir. Atası yerli əsilzadələrdən Həsən bəy Marşaya, anası isə Fatma Aredbadır. Ailəsi 1877–1878 Rusiya-Osmanlı müharibəsi əsnasında Abxaziyadan köç etmişdir.
Ailəsi tərəfindən 1876-cı ildə bacıları Dəryal və Naciyə, əmisi qızları Əminə, Rümeysa, Pakizə, Fatma və Kamilə ilə birlikdə Cəmilə Sultanın nədiməsi olan bibisi Suzidil Xatunun yanına göndərildi. Bunlardan adı kamilə olan qız daha sonra Məzidə adını alaraq Sultan Əbdülhəmidlə evləndirildi. Kiçik bacısı Dəryal xanım sonralar Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi ilə evləndirilmişdir. Sarayda Əminə Nazikəda adını alan gənc qız Cəmilə Sultanın vərəm xəstəsi qızı Fatma xanım Sultanın ölümünədək (1890) nədiməsi oldu. Bu əsnada piano təhsili aldı.
Əminə Nazikəda xanımı görüb aşiq olan Şahzadə Vahidəddin isə gənc qızı bacısı Cəmilə Sultandan istədi. Cəmilə Sultan ondan sonra evlənməmək şərtilə qızı qardaşına gəlin olaraq hədiyyə etdi. O əsnada Vahidəddin 24, Əminə Nazikəda xanım isə 19 yaşında idi. Cütlük 8 iyun 1885 tarixində Çırağan sarayında evləndi.
1886-cı ildə dünyaya gələn ilk qızı Münirə Sultan 1 yaşında, 1888-ci ildə dünyaya gələn ikinci qızı Fənirə Sultan isə bir neçə həftə sonra vəfat etdi. Daha sonra 12 sentyabr 1892-ci ildə Fatma Ülviyə Sultan, 19 aprel 1894-cü ildə isə Ruqiyyə Sabiha Sultan dünyaya gəldi. Sabiha Sultanın dünyaya gəlişindən sonra həkimlərin diaqnozuyla bir daha övlad sahibi olmayacağını öyrənən Əminə Nazikəda xanım ərinin oğul övladının olması üçün yenidən evlənməsinə icazə verdi. Nəticədə Şahzadə Vahidəddin ögey anası Şayəstə xanımın 16 yaşlı nədiməsi Səniyə İnşirah ilə 8 iyul 1905-ci ildə Çəngəlköy sarayında evləndi.
Ərinin 1918-ci ildə taxta çıxmasıyla Osmanlı imperiyasının sonuncu başqadınəfəndisi oldu. 5 nədiməsi vardı. Baş nədiməsi onunla birlikdə saraya gələn Rümeysa Aredba (1875–1927), ikinci nədiməsi qardaşı qızı Şahəndə xanım, üçüncü nədiməsi Bayla xanım, dördüncü nədiməsi Şahəsər xanım, beşinci nədiməsi isə Leyla Açba idi. Böyük bacısı Asubican xanım (1891–1955) da saraydan ayrılanadək Əminə Nazikəda xanımın yanından ayrılmadı.
Sultan Vahidəddin vətəndən ayrıldıqdan sonra xanımları və hərəmindəki bütün qadınlar Ortaköydəki köçürüldü. Əminə Nazikəda Qadınəfəndi isə əvvəlcə qızının yanında, daha sonra isə olduqca ağır şəraitdə nəzarət altında yaşadı.
3 mart 1924 tarixində qəbul edilən 431 saylı qərarla sürgün edilənlər arasında idi. Yanında Sultan Vahidəddinin ikinci xanımı Müvəddət xanım, baş nədiməsi Rümeysa xanım, hərəm ağaları və 2 maşın dolusu əşyayla Sultan Vahidəddinin yaşadığı İtaliyanın San-Remo qəsəbəsinə köçdü.
Sultan Vahidəddinin ölümündən sonra Monte-Karloda qızı Fatma Ülviyə Sultanla ev alaraq burada yaşamağa başladı. 1929-cu ildə Fransanın Menton şəhərində bir müddət yaşadıqdan sonra Qahirəyə köçdü. 4 aprel 1941-ci ildə Qahirədə yoxsulluq içində vəfat etdi və burada Abbasiyə məzarlığına dəfn edildi.
Övladları
- Münirə Sultan (1886–1887)
- Fənirə Sultan (1888)
- Fatma Ülviyə Sultan
- Ruqiyə Sabiha Sultan
Mənbə
- Afife Rezzemaza: Saray'dan Sürgüne, İstanbul 2013
- Çağatay Uluçay: Padişahların Kadınları ve Kızları, Ankara 1992
- Prenses Leylâ Gülefşan Açba-Ançabadze: Bir Çerkes Prensesinin Harem Hatıraları, İstanbul 2010
- Rumeysa Aredba: Sultan Vahdeddin'in San Remo Günleri, İstanbul 2009
- Yılmaz Öztuna: İslam Devletleri, İstanbul 1989
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Emine Nazikeda Qadinefendi 9 oktyabr 1866 Suxumi Qafqaz canisinliyi Rusiya imperiyasi 4 aprel 1941 Maadi Misir kralligi d son Osmanli sultani VI Mehmed Vahideddinin xanimi ve Osmanli imperiyasinin son basqadinefendisi Emine Nazikeda QadinefendiSexsi melumatlarDogum tarixi 9 oktyabr 1866 1866 10 09 Dogum yeri Suxumi Qafqaz canisinliyi Rusiya imperiyasiVefat tarixi 4 aprel 1941 1941 04 04 74 yasinda Vefat yeri Maadi Misir kralligi d Heyat yoldasi VI Mehmed iyun 1885 16 may 1926 Usaqlari Fatma Ulviye Sultan Sabiha Sultan Vikianbarda elaqeli mediafayllarHeyatiAbxaziyanin Suxumi vilayetinde dunyaya gelmisdir Atasi yerli esilzadelerden Hesen bey Marsaya anasi ise Fatma Aredbadir Ailesi 1877 1878 Rusiya Osmanli muharibesi esnasinda Abxaziyadan koc etmisdir Ailesi terefinden 1876 ci ilde bacilari Deryal ve Naciye emisi qizlari Emine Rumeysa Pakize Fatma ve Kamile ile birlikde Cemile Sultanin nedimesi olan bibisi Suzidil Xatunun yanina gonderildi Bunlardan adi kamile olan qiz daha sonra Mezide adini alaraq Sultan Ebdulhemidle evlendirildi Kicik bacisi Deryal xanim sonralar Sultan Ebdulhemidin boyuk oglu Mehmed Selim Efendi ile evlendirilmisdir Sarayda Emine Nazikeda adini alan genc qiz Cemile Sultanin verem xestesi qizi Fatma xanim Sultanin olumunedek 1890 nedimesi oldu Bu esnada piano tehsili aldi Emine Nazikeda xanimi gorub asiq olan Sahzade Vahideddin ise genc qizi bacisi Cemile Sultandan istedi Cemile Sultan ondan sonra evlenmemek sertile qizi qardasina gelin olaraq hediyye etdi O esnada Vahideddin 24 Emine Nazikeda xanim ise 19 yasinda idi Cutluk 8 iyun 1885 tarixinde Ciragan sarayinda evlendi 1886 ci ilde dunyaya gelen ilk qizi Munire Sultan 1 yasinda 1888 ci ilde dunyaya gelen ikinci qizi Fenire Sultan ise bir nece hefte sonra vefat etdi Daha sonra 12 sentyabr 1892 ci ilde Fatma Ulviye Sultan 19 aprel 1894 cu ilde ise Ruqiyye Sabiha Sultan dunyaya geldi Sabiha Sultanin dunyaya gelisinden sonra hekimlerin diaqnozuyla bir daha ovlad sahibi olmayacagini oyrenen Emine Nazikeda xanim erinin ogul ovladinin olmasi ucun yeniden evlenmesine icaze verdi Neticede Sahzade Vahideddin ogey anasi Sayeste xanimin 16 yasli nedimesi Seniye Insirah ile 8 iyul 1905 ci ilde Cengelkoy sarayinda evlendi Sabiha Sultanin toy merasimi 1920 soldan saga Fatma Ulviye Sultan Durrusehvar Sultan Emine Nazikeda Qadinefendi Ruqiye Sabiha Sultan Mehmed Ertogrul Efendi Sahsuvar Qadinefendi Erinin 1918 ci ilde taxta cixmasiyla Osmanli imperiyasinin sonuncu basqadinefendisi oldu 5 nedimesi vardi Bas nedimesi onunla birlikde saraya gelen Rumeysa Aredba 1875 1927 ikinci nedimesi qardasi qizi Sahende xanim ucuncu nedimesi Bayla xanim dorduncu nedimesi Saheser xanim besinci nedimesi ise Leyla Acba idi Boyuk bacisi Asubican xanim 1891 1955 da saraydan ayrilanadek Emine Nazikeda xanimin yanindan ayrilmadi Sultan Vahideddin vetenden ayrildiqdan sonra xanimlari ve heremindeki butun qadinlar Ortakoydeki kocuruldu Emine Nazikeda Qadinefendi ise evvelce qizinin yaninda daha sonra ise olduqca agir seraitde nezaret altinda yasadi 3 mart 1924 tarixinde qebul edilen 431 sayli qerarla surgun edilenler arasinda idi Yaninda Sultan Vahideddinin ikinci xanimi Muveddet xanim bas nedimesi Rumeysa xanim herem agalari ve 2 masin dolusu esyayla Sultan Vahideddinin yasadigi Italiyanin San Remo qesebesine kocdu Sultan Vahideddinin olumunden sonra Monte Karloda qizi Fatma Ulviye Sultanla ev alaraq burada yasamaga basladi 1929 cu ilde Fransanin Menton seherinde bir muddet yasadiqdan sonra Qahireye kocdu 4 aprel 1941 ci ilde Qahirede yoxsulluq icinde vefat etdi ve burada Abbasiye mezarligina defn edildi OvladlariMunire Sultan 1886 1887 Fenire Sultan 1888 Fatma Ulviye Sultan Ruqiye Sabiha SultanMenbeAfife Rezzemaza Saray dan Surgune Istanbul 2013 Cagatay Ulucay Padisahlarin Kadinlari ve Kizlari Ankara 1992 Prenses Leyla Gulefsan Acba Ancabadze Bir Cerkes Prensesinin Harem Hatiralari Istanbul 2010 Rumeysa Aredba Sultan Vahdeddin in San Remo Gunleri Istanbul 2009 Yilmaz Oztuna Islam Devletleri Istanbul 1989Istinadlar