Bu məqalə Sabirabad şəhəri haqqındadır. Sabirabad rayonu üçün Sabirabad rayonu səhifəsinə baxın. |
Sabirabad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati mərkəzi.
Şəhər | |
Sabirabad | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1888 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | −12 m |
İqlimi | Yarımsəhra |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 21 |
Poçt indeksi | AZ 5400 |
Nəqliyyat kodu | 54 |
Digər | |
sabirabad-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Tarixi Cavad
Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551-1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671-1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. Səfəvilər hakimiyyəti dövründə Cavadda olmuş A. Cenkinsonun qeydləri çox maraqlıdır. O, 1562-ci 6 oktyabr tarixli qeydində yazır ki, “burada padşahın həyəti hər cür meyvələrlə dolu bağ-bağatlı gözəl sarayı vardır.” O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü “Şirvan və Girganın hakimiyyət başında olan padşahı” adlandırır. Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ.Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır. Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan-Rəşt yolu adlanan bu xəttin bir qolu da “Şamaxı-Cavad” və “Cavad-Lənkəran” olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur. Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer: ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Pavel Sisiyanovun Nikolay Rumyantsevə 29 avqust 1805-ci il tarixli 594 saylı təqdimatında sözügedən məsələ haqqında məlumat verilir.
Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi-iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında - Cavad yanında, yəni Qalaqayında (indiki Sabirabad şəhəri) II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. 8 mart 1736-cı ildə Nadir şah burada-"Suqovuşan" adlanan yerdə,Qalaqayında 100 min iştirakçının, onlardan 20 min nümayəndənin iştirakı ilə qurultay keçirmişdir. Qurultayda tacqoyma mərasimi ilə yanaşı Osmanlı elçisi ilə müzakirə edilmiş müqavilə təsdiq olunmuşdur. Bizim dövrümüzdə Cavadın adı böyük bir qəzaya verilmişdi. O, Kür gəmiçiliyində xeyli müddət mühüm məntəqə olmuşdur. XIX əsrin ortalarından “Bakı-Salyan” və “Salyan-Astara” poçt yolu açıldı. Bu vaxt Cavad öz əvvəlki əhəmiyyətini yavaş-yavaş itirməyə başladı. Ancaq xeyli müddət balıqçılıq məntəqəsi kimi qaldı.
Çar Rusiyasının hakimiyyəti altında
1813-cü il 12 oktyabr tarixli Gülüstan sülhü müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuş, 1907-ci ildə həmin ərazilərdə rus kəndlərinin sayı 13-ə çatmışdı. 1913-cü ildə isə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdı. Azərbaycanın yenidən Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-də Petropavlovka ilk dəfə Salyan qəzası Dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprelin 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 №-li qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur. Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımzda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.
Şəhərin yaradılması
Kür və Araz üstündəki qədim Suqovuşan və Qalaqayın kəndləri arasındakı ərazidə ənənəvi həftə bazarının (cümə axşamı) keçirildiyi yerdə salınmış Sabirabad şəhərinin tarixi 1868-ci ildən başlayır. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir. Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə bu məntəqədə məskunlaşdırılır və kəndə Petropavlovsk adı verilir. 1901-ci ildə burada 87 təsərrüfat olmuşdur. XlX əsrin sonlarında indiki şəhərin ərazisində Petropavlovka kəndi salındı. 1887-ci ildə ukraynalılıar bura köçürülməyə başladı.
Kənd XX əsrin əvvəllərində Sabirabadın (o dövrdə Qalaqayın adlanırdı) iqtisadi inkişafı başladı. 1913-cü ildə burada bir toxuma fabriki, 2 sənaye istehsalı fabriki fəaliyyət göstərməyə başladı. Sonra 1920-ci ildə Petropavlovka adlı qəsəbə inkişaf etməyə başladı. 8 avqust 1930-cu ildə Petropavlovka rayon mərkəzi oldu. 2 oktyabr 1931-ci ildə adı dəyişdirilib Sabirabad qoyuldu. 1952-ci ildə qəsəbə, 4 dekabr 1959-cu ildə şəhər statusu aldı.
Çar Rusiyası XlX əsrin ikinci yarısından sonra, ya qardaş, ya da əmoğlu olan Pyotr və Pavel adlı varlı, zadəgan iki nəfəri bu əraziyə göndərərək, onlara burada pambıqçılığı inkişaf etdirmək tapşırığını verir. Onlar Kürlə Arazın qovuşan yerinə yaxın olan Cavad, Qalaqayın və Kürkəndi kəndlərinin hər üçünə yaxın olan indiki Sabirabad şəhərinin ərazisində pambıq zavodunun və indiki Heydər Həmidov küçəsi ilə Vidadi küçəsinin kəsişdiyi yerdə, S.Vurğun adına orta məktəbin arxasında gəmi limanı və tərsanənin əsasını qoyurlar. O vaxtlar Araz çayının məcrası orada olub Kürlə qovuşduğu yerə çox yaxın idi. Pyotr və Pavel pambığı zavodda istehsal etdikdən sonra gəmilər vasitəsilə Kür çayı ilə Xəzər dənizinə, oradan da Volqa çayı ilə Rusiyanın şəhərlərinə aparmaq niyyətində idilər. Pambığı isə yaxın kəndlərdə becərtdirib yığmalı idilər. Bundan ötrü yaxın kəndlərin əhalisinə pambıq toxumu və başqa vasitələr verərək onları pambıq əkməyə sövq edir və məhsulu onlardan neçəyə alacaqları barədə müqavilələr bağlayırdılar.
Zavodda və tərsanədə işləmək üçün Rusiyadan çoxlu mütəxəssislər və digər işçilər ailələri ilə birlikdə buraya gətirilir. Onların yaşaması üçün zavodun və limanın ərazilərində evlər, bundan əlavə xəstəxana, klub və bu kimi başqa ictimai binalar da tikilir. Beləliklə, indiki Sabirabad şəhərinin ərazisində bir rus kəndi yaranır.
Buradakı faktlar nə qədər təhrif olunsa da Rus imperiyasının o vaxtkı siyasətinə məntiqi cəhətdən çox uyğun gəlir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rus imperiyası Cənubi Qafqazdakı işğalçılıq siyasətini tamamladı. İran şahlığı ilə razılaşandan sonra imperiyanın cənub sərhədləri məlum idi. Ancaq bu sərhədlərin qorunmasını yerli əhaliyə etibarı olmadığından bu işi Rusiya və Ukraynadan köçürülən adamlara həvalə edirdi. Naxçıvandan tutmuş Astaraya qədər bütün sərhəd boyu rus kəndləri salınırdı. Sabirabadın ərazisində Krasnoselsk (Qara Nuru), Pokrovka (Qaratəpə), Novodon (Navadan), Aleksandrovka (Şəhriyar), Vladimirovka (Nizamikənd), Xersonovka (Nəsimikənd) və başqa kəndlər salındı. Bu kəndlərin torpaqlarında məhsul yetişdirmək və digər suya olan tələbatları ödəmək üçün Bəhrəmtəpədə Araz çayının qarşısına bənd çəkərək indiki Sabir kanalı da çəkildi. Yeni salınan rus kəndləri də bu kanalın ətrafında yerləşirdi. Yerli camaatın fikrinı azdırmaq üçün guya bura köçürülənlərin vətənlərindən sürgün edildiyi fikri yayıldı. Əslində, buranın iqlimi yaşamaq üçün öz vətənlərindən əlverişli idi. Sürgün üçün Rusiyada Sibir,Tayqa və başqa yerlər ucsuz-bucaqsızdır. Bu həm də osvaivat (özününküləşdirmə) siyasətinin bir hissəsi idi. Qonşu kəndlərdən və rayonlardan buraya yerli əhali də köçməyə başladı. XX əsrin əvvəlində Şamaxıda baş verən zəlzələdən sonra şamaxılıların axını başladı və onlar burada “Şamaxılılar” məhəlləsi, qəbiristanı və məscidi yaratdılar.
İranda baş verən inqilabi hərəkatlar yatırılandan sonra iranlılar da bura köç edib burada “həmşəri” məhəlləsində məskunlaşdılar. Qərbi Azərbaycandan da bura Stalinin əmri ilə deportasiya edilənlər gətirildilər. Mesxeti və ya Axısqa türkləri də bura pənah gətirdilər. Beləliklə, Sabirabadın əhalisi formalaşdı. Çar imperiyası Sovet imperiyası ilə əvəz olunandan sonra Leninin də Azərbaycana olan münasibəti əvvəlki çarların münasibətindən fərqlənməmişdir. Deyilənlərə görə Lenin hakimiyyətə gələndən sonra Türkmənçay müqaviləsindən başqa Çarın bütün müqavilələrini tanımamışdır. Hətta Stalin də bu müqaviləyə sadiq qalaraq 1945-ci ildə sovet qoşunları Tehranda olduğu halda Cənubi Azərbaycanı SSRİ-yə birləşdirmədi. Halbuki, SSRİ-nin məqsədi sosializmi dünyada yaymaq adı altında qonşu ölkələrin torpaqlarını zəbt etmək idi. Qərbi Belarus, Qərbi Ukrayna, Bessarabiya,Baltikyanı ölkələr SSRİ-yə birləşdirildiyi halda,Cənubi Azərbaycan birləşdirilmədi. İstehsal olunan xam pambığı mahlıca çevirmək üçün zavoda da ehtiyac var idi. Çar hökuməti bu işi Vaqin qardaşlarına həvalə edir. Onlar da öz növbəsində Almaniyadan mütəxəssislər dəvət edərək zavodu tikir və 1906-cı ildə istifadəyə verirlər.
Hər il Kür və Araz çayları daşaraq məcrasından çıxır və ətraf kəndlərə böyük ziyan vururdu. Odur ki, SSRİ hökuməti ölkədə cəmi iki ədəd olan Bəndatma İdarəsi yaratmaq barədə qərar qəbul etdi. Sonra texnika artdıqca avtobaza və traktor təmir stansiyaları da yaradıldı. Bu idarələrin ətrafında da rus məhəllələri yarandı. Bu məhəllələr, avtobazanın ətrafı da ona görə osvoennıy (asveenni) adlanırdı.
- Pravoslav kilsəsi
- Səmədov pampıq zavodu
- Sabirabad (Petropavlovka).
- Sabirabad (Petropavlovka). Gəzinti üçün qayıqların saxlanma yeri.
Mühüm hadisələrin tarixi
- Tarixi ilk mərkəz Qalaqayın (III -XX əsrlər)
- Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə Qalaqayının bu məntəqəsində məskunlaşdırılır və bu yeni kəndə Petropavlovsk adı verilir.
- 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Salyan qəzasının Petropavlovka dairəsinin mərkəzi olaraq fəaliyyət göstərmişdir.
- 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və yaranan Petropavlovka rayonun mərkəzi olmuşdur.
- 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir.
- 1935-ci ildə rayon tabeli şəhər statusu almışdır.
- 1952-ci il noyabrın 7-də Sabirabada şəhər tipli qəsəbə statusu verilmişdir.
- 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.
Coğrafiya
Relyef və geologiya
Sabirabad Kür çayının sağ sahilində yerləşir. Şəhər yaxınlığında Suqovuşan adlanan yerdə Araz çayı Kür çayı ilə birləşir. Antropogen çöküntülər yayılmışdır.
İqlimi
İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiləri də mövcuddur. Səhra bitkilərinə şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara soğan, xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi, kolvari dəvəayağı, çərən, həmçinin birillik lətli şorangələr – duzlaq coğanı və s. bitkilərə rast gəlinir. Regionda yarımsəhra qruplaşmalarında yovşanlı, şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır. Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.
Əhalisi
Sabirabadda 2020-ci ilin yanvarın 1-dək əhali 30940 nəfərdir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Mədəniyyət
Şəhərdə, Füzuli küçəsi, 27 – də "Köhnə hamam" adı ilə tanınan memarlıq abidəsi yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.
"Şamaxı məscidi" adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.
- 1901-ci ilə aid hamam.
- Hamamın içi.
- Hamamın iç görünüşü.
- 1903-cü ilə aid Şamaxı məscidi.
Təhsil
Ümumtəhsil məktəblərinin sayı 8 ,tam orta məktəblərin sayı 8, ümumi orta məktəblərin sayı isə 1-dir.
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 40 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 93 nəfərdir. Hazırda kollecdə 570 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:
- fiziki tərbiyə
- peşə təlimi
- yol hərəkətinin təşkili
- baytarlıq
- mühasibat uçotu
- maliyyə işi
- bank işi
- ailə və ev təhsili
- bələdiyyə təsərrüfatının təşkili
- arxiv işi və kargüzarlıq
- kitabxana və informasiya təminatı
Sabirabad Peşə Liseyi
Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır. Liseydə 240 nəfər şagird təhsil alır. 8 ixtisas qrupu vardır:
- traktorçu-maşinist, təmirçi-çilingər
- kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər
- meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər
- heyvanlarda süni mayalanma üzrə texnik-dərzi
- əl elektrik qaynaqçısı
- kompüter ustası
- pambıqçı
Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur.
Peşə liseyində 19 fənn kabineti yaradılmışdır.
İdman
Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994 –cü ildən fəaliyyət gostərir. Fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir. 2008-ci ildə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Sabirabad Olimpiya İdman Kompleksində sərbəst güləş, boks, mini futbol, karate, trenajor, stolüstü tennis, üzgüçülük, atletika idman növləri tədris olunur. Respublika çempionatlarında güləş, karate, boks, atletika və digər idman növlərində rayondan gənclər iştirak edir.
Futbol
"İnşaatçı Sabirabad FK" futbol klubu 1989-cu ildə Sabirabadda yaranmışdır. Müxtəlif vaxtlarda 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Hal hazırda rayonda süni örtüklü bir uşaq futbol meydançası mövcuddur. İkinci süni örtüklü meydançanın inşasına start verilmişdir. Rayonumuzda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir. Rayonun Futzal komandası isə ölkə çempionatında oynayır.
Görkəmli şəxslər
- Lütfiyar İmanov — SSRİ xalq artisti,opera müğənnisi
- Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı.
- Azad Əsgərov — qaydasız döyüşçü və güləşçi.
- Böyükkişi Ağayev — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi.
- Bəxtiyar Məmmədzadə — Azərbaycan filoloqu, əruz vəzninin tədqiqatçısı.
- Nisə Bəyim — Azərbaycan şairi,AYB-nin üzvü.
- Rafiq Nəsirov — Azərbaycan rəssamı,Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
- Vladimir Qafarov — şair, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
- Zülfüqar Musayev — Dövlət xadimi, (IV) direktoru.
- Elvin Əliyev — futbolçu.
- Xankişi Xankişiyev — iqtisad elmləri namizədi,dosent.
- Azər Məmmədov — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- İlkin Həsəni — televiziya aparıcısı, aktyor, prodüser.
- Ədalət Bayramoğlu — Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası.
- Elçin Quliyev — millət vəkili.
- Qüdrət Muğanlı — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).
- Kamil Akimov — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i.
- İradə Əlili — Azərbaycan mədəniyyət işçisi, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Anar Bahadurov — Vətən müharibəsi şəhidi.
Şəhidlər
Şəkil | Soyad.Ad.Ata adı | Doğum tarixi | Ölüm tarixi | Vəfat yeri |
---|---|---|---|---|
Həmidov Heydər Rza oğlu | 2 dekabr 1962 | 2 fevral 1992 | Şuşa Azərbaycan | |
Ağayev Ağadadaş Ağa oğlu | 3 oktyabr 1973 | 26 yanvar 1994 | Füzuli Azərbaycan | |
Ağayev Həsən Hüseyn oğlu | 14 iyul 1973 | 14 yanvar 1994 | Kəlbəcər Azərbaycan | |
Nadirov Eynulla Xankişi oğlu | 5 noyabr 1961 | 13 yanvar 1994 | Füzuli Azərbaycan | |
İsmayılov Rəmzi Möhübbət oğlu (itkin) | 25 avqust 1973 | 9 yanvar 1994 | Füzuli Azərbaycan | |
Qənbərov Eldar Muxtar oğlu | 24 noyabr 1964 | 4 yanvar 1994 | Ağdam Azərbaycan | |
Novruzov Tərlan Nəriman oğlu | 18 dekabr 1974 | 10 dekabr 1993 | Xocavənd Azərbaycan | |
Qasımov Elşən Qüdrət oğlu | 1972 | 11 oktyabr 1992 | Laçın Azərbaycan | |
Əhmədov Vüqar Əhməd oğlu | 1974 | 2 avqust 1992 | Kəlbəcər Azərbaycan | |
İbrahimov Mehdi Şahbaz oğlu | 28 fevral 1973 | 20 iyun 1993 | Ağdam Azərbaycan | |
İsmayılov Qulam Mətləb oğlu | 3 oktyabr 1969 | 24 may 1992 | Füzuli Azərbaycan |
Qalereya
- Sabirabad şəhəri.
- Mədəniyyət mərkəzi.
- Heydər məscidi.
- Heydər Parkı
- M.Ə.Sabir məktəbi.
- Bayraq muzeyi
- Sabir bağı.
- Bazara gedən yol.
- Sabir bağı.
- Rabitə qovşağı.
- Şəhərin gecə görüntüsü.
- Şəhər gecə vaxtı.
- Gənclər Mərkəzi və klubu.
- Sabirabad şəhəri
- Şəhər dairəsi
- Şəhərdən Saatlı rayonuna gedən yol
- Şəhərdə ərzaq marketi
- Dostluq yeməkxanası
Mənbə
- sabirabad-ih.gov.az
- Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı.
- Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı:Azərbaycan. 1996. 870.
- Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.ΙΙΙ, СПб, типография И.Н.Скороходова. 1886. 550.
- АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. Тифлис: Главное Управление Наместника Кавказа. 1868. 1238.
- Alexander, John T. Catherine the Great: Life and Legend. Oxford University Press. 1989. 321. ISBN .
Qeydlər
- Petropavlovka dairəsi tarixi Muğan mahalını əvəz etmiş, Salyan qəzası eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
İstinadlar
- http://www.sabirabad-ih.gov.az/page/23.html.
- Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı. 2018.Orijinal mətn (az.)
Moskva tacirləri Qərbi Avropaya xam ipək, ipək parçalar, Hindistandan daxil olan ədviyyatı daşıyır, ölkədən Azərbaycan neftini də aparırdılar. XVI əsrə dair «Ticarət kitabları» nda bu barədə məlumatlar vardır. Həmin kitablara əsasən belə bir nəticəyə gəlmək olar ki, neft Moskva tacirləri vasitə silə Şirvandan Qərbi Avropaya daşınırdı. Şamaxıya Xəzər dənizi vasitəsilə gələn Moskva tacirləri Muğan düzünü keçib Cavad şəhərinə daxil olur, oradan da Ərdəbilə gedirdilər. Onlar Ərdəbildən iki istiqamətdə hərəkət edirdilər. Bu yollardan biri Təbrizə yönəlirdi. Digər yol isə Cənub-Şərq istiqamətində - Qəzvinə və Kaşana gedirdi. Həmin dövrdə bu şəhərlərdə qızğın ticarət gedirdi
- АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. 69, c.II, sənəd 455, 1868. səh. 246
- Зубов (1873), 889-890)
- Alexander, 1989. səh. 321
- "Дубровин Н. cild 3. 1886 193"
- Ismail bey Zardabli. "Ethnic and political history of Azerbaijan.From ancient times to the present day" (ingilis). Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh,NC 27607-5436 United States of America. 2018. səh. 570. ISBN . 2022-03-28 tarixində .Orijinal mətn (ing.)
By the coming of winter Russian troops moved to Mughan,Zubov prepared project about the strenghthening of the positions of Russian troops and providing economic conquer of the area.According to this project there should be build new city near Javad,which would be called by the name Ekaterina ll and there was planned to settle 2 thousand Russian soldiers who were married to georgian and armenian girls here
- Prof.S.Əliyarlı, 1996. səh. 494
- (PDF) (az.). 2018-04-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- "Şahin Fərzəliyev – tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı, 2012,336 sah" (PDF). 2021-08-31 tarixində (PDF). İstifadə tarixi: 2018-12-03.
- (PDF). 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- "Sabirabad rayonun tarixi". 2018-12-22 tarixində . İstifadə tarixi: 2018-12-03.
- (PDF). 2012-03-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
- "World Digital Library.Sergei Mikhailovich Prokudin-Gorskii". 2019-01-23 tarixində . İstifadə tarixi: 2018-12-03.
- Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- Musayev M.Ə., Hacıyev D.V., Qasımov Ə.Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.
- Biomüxtəiiflik və bitkilərin introduksiyası. AMEA Nəbatat Bağmın 75 iiliyinə həsr olunmuş beynəlxalq elmi konfransm materialları. 2 cilddə. Bakı: CBS, 2009.
- SSRİ əhalisinin siyahıya alınması (1926).
- SSRİ əhalisinin siyahıya alınması (1939).
- .
- SSRİ əhalisinin siyahıya alınması (1970).
- SSRİ əhalisinin siyahıya alınması (1979).
- SSRİ əhalisinin siyahıya alınması (1989).
- Ümumtəhsil məktəbləri – Sabirabad Rayon Təhsil Şöbəsi[ölü keçid]
- "Təhsil". 2018-12-22 tarixində . İstifadə tarixi: 2018-12-03.
- "Sabirabad LAYF Jurnalı ŞƏHİDLƏR ÖLMƏZ Xüsusi buraxılış". 2022-03-28 tarixində . İstifadə tarixi: 2019-07-25.
Həmçinin bax
Xarici keçidlər
- AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi. "Nadir şah Əfşarın Türk Birliyi ideyası..." (az.). modern.az. İstifadə tarixi: 2015-10-02.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Sabirabad seheri haqqindadir Sabirabad rayonu ucun Sabirabad rayonu sehifesine baxin Sabirabad Azerbaycan Respublikasinin Sabirabad rayonunun inzibati merkezi SeherSabirabad40 00 19 sm e 48 28 19 s u Olke AzerbaycanTarixi ve cografiyasiEsasi qoyulub 1888Sahesi 1 246 km Merkezin hundurluyu 12 mIqlimi YarimsehraSaat qursagi UTC 04 00EhalisiEhalisi 30 918 nef 2021 Reqemsal identifikatorlarTelefon kodu 994 21Poct indeksi AZ 5400Neqliyyat kodu 54Digersabirabad ih gov azSabirabad Vikianbarda elaqeli mediafayllarTarixTarixi Cavad Cavad xanliginin erazisi Qedim Cavad Avropa Serq olkeleri arasindaki ticaret yolunun ustundeki esas menteqelerden biri sayilirdi Yazilari bize gelib catmis bir sira Avropa ve rus seyyah ve diplomatlari ingilis Antoni Cenkinson 6 oktyabr 1561 rus Artemi Suxanov 1551 1552 ci iller Fyodor Kotov avqust sentyabr 1623 alman Adam Oleari 31 mart 1637 hollandiyali Yan Streys 1671 1672 ci iller sotlandiyali Bel 7 dekabr 1716 Cavadda olmus buradaki zencirlerle bir birine baglanmis gemilerin ustunden salinmis korpuden kecerek Irana getmisler Onlarin bezileri burada seheri xatirladan qesebe oldugunu kerpicden qamisdan tikilib palciqla suvanmis evler bag bagat xalca ve muxtelif ipek parcalar istehsal eden cox meshur senetkarlarin yasadigini hetta toxucu dezgahlarini da gorduklerini yazmislar Sefeviler hakimiyyeti dovrunde Cavadda olmus A Cenkinsonun qeydleri cox maraqlidir O 1562 ci 6 oktyabr tarixli qeydinde yazir ki burada padsahin heyeti her cur meyvelerle dolu bag bagatli gozel sarayi vardir O 1563 cu ilde Irandan geri qayidarken aprelin 6 da Cavadda Sirvan beylerbeyisi Abdulla xan Ustacli ile Cavadda onun sarayinda gorusur O beylerbeyiden serbest ticaret icaze veren bir sened de alir A Cenkinsonun xatirelerinde sureti saxlanilan bu senedde beylerbeyi onun Cavad seherindeki sarayinda yazildigini hakimiyyetde oldugunun 12 ci ilinde mohurle tesdiq edildiyini bildirir ve ozunu Sirvan ve Girganin hakimiyyet basinda olan padsahi adlandirir Cavad XVII XVIII esrlerde de boyuk qesebe olmusdur Seyyahlardan Ovliya Celebi I Lerx I Qerberq Sirvanin basqa nahiyeleri ile yanasi Cavadda da ipek parcalar xalcalar ve diger seyler istehsal eden boyuk feodal toxucu ustalarinin birlesdikleri fabrik ve manifakturalar oldugunu gormus ve bu barede de oz fikirlerini yazmisdir Cavad bu dovrde hetta XIX esrin birinci yarisinda da avropalilarin da istifade etdikleri deniz ve quru ticaret yolunun ustunde muhum menteqe olmusdur Hesterxan Rest yolu adlanan bu xettin bir qolu da Samaxi Cavad ve Cavad Lenkeran olmusdur Cavad yolu el arasinda da cox sohretli olmusdur Azerbaycan xanliqlarinin isgali prosesinde carizm gemiciliyin inkisafi ucun elverisli yer ayilan Cavadda gomruk menteqesinin yaradilmasini da yaddan cixartmamisdi Pavel Sisiyanovun Nikolay Rumyantseve 29 avqust 1805 ci il tarixli 594 sayli teqdimatinda sozugeden mesele haqqinda melumat verilir Sirvan serhedleri yaxinliginda ticaret kesismesi Kur ve Araz caylarinin birlesmesi Cavad ve Qalaqayin 1714 cu il Azerbaycanda mohkemlenmeyi qarsisina meqsed qoymus rus hakimiyyet orqanlari bir sira siyasi iqtisadi tedbirler heyata kecirmeye calisirdilar Zubov rus qosunlarinin movqeyini mohkemlendirmek ve diyarin iqtisadi menimsenilmesini temin etmek ucun layihe hazirlamisdi Bu layiheye gore Kurle Arazin qovusdugu yerin yaxinliginda Cavad yaninda yeni Qalaqayinda indiki Sabirabad seheri II Yekaterinanin serefine Yekaterinaserd adlanan qala salinmali idi Bura iki min cavan rus esgeri gonderilmeli gurcu ve ermeniler onlara gelin vermeye mecbur edilmeli idiler Hesterxandan gelen gemiler yukunu burada bosaltmali idi Bu seherden Gurcustan Gence Baki Salyan Samaxi ile elaqe yaratmaq Iranla ticaretde dayaq menteqesi kimi istifade etmek niyyetinde idiler 8 mart 1736 ci ilde Nadir sah burada Suqovusan adlanan yerde Qalaqayinda 100 min istirakcinin onlardan 20 min numayendenin istiraki ile qurultay kecirmisdir Qurultayda tacqoyma merasimi ile yanasi Osmanli elcisi ile muzakire edilmis muqavile tesdiq olunmusdur Bizim dovrumuzde Cavadin adi boyuk bir qezaya verilmisdi O Kur gemiciliyinde xeyli muddet muhum menteqe olmusdur XIX esrin ortalarindan Baki Salyan ve Salyan Astara poct yolu acildi Bu vaxt Cavad oz evvelki ehemiyyetini yavas yavas itirmeye basladi Ancaq xeyli muddet baliqciliq menteqesi kimi qaldi Car Rusiyasinin hakimiyyeti altinda Fotoqraf Sergey Prokudin Qorski terefinden 1905 ci ilde cekilmis Petropavlovka Sabirabad 1813 cu il 12 oktyabr tarixli Gulustan sulhu muqavilesine esasen Azerbaycan xanliqlarinin bir hissesi ruslar terefinden isgal olundu Mugan erazisi de Rusiya esaretine alindi Rusiyada heyata kecirilen inzibati erazi islahatlari neticesinde 1868 ci ilde Baki quberniyasinin terkibinde yeni bir qeza Cavad qezasi yaradildi Azerbaycanin Rusiya ile birlesdirilmesinden sonra carizmin kocurme siyaseti ile elaqedar Cavada xeyli ukraynali kendli kocuruldu ve hemin yasayis menteqesi 1888 ci ilden Petropavlovka adlandirildi Petropavlovka Baki quberniyasinin Cavad qezasinin terkib hissesi idi 1901 ci ilde bu erazide cemi 87 teserrufat olmus 1907 ci ilde hemin erazilerde rus kendlerinin sayi 13 e catmisdi 1913 cu ilde ise burada pambiqtemizleme zavodu iki kustar senaye muessisesi deyirman ise salinmisdi Azerbaycanin yeniden Sovet Rusiyasinin terkibine qatilmasindan sonra 1920 ci il may ayinin 1 de Petropavlovka ilk defe Salyan qezasi Daire Inqilab Komitesinin yerli dovlet hakimiyyeti orqani kimi fealiyyete basladi 1921 ci il may ayinin 1 den 1929 cu il aprelin 8 ne kimi Sabirabad rayonu Salyan qezasinin Petropavlovka dairesi kimi fealiyyet gostermisdir 1929 cu il aprel ayinin 8 de VI Umumazerbaycan Sovetler qurultayinin qerari ile bura Mugan mahalinin Petropavlovka dairesi adlandirilmisdir 1930 cu il avqust ayinin 8 de Azerbaycan Merkezi Icraiyye Komitesinin 476 li qerarina esasen mahal sistemi legv edilmis ve Petropavlovka musteqil rayon olmusdur Texminen bir il sonra yeni 1931 ci il oktyabrin 7 de Azerbaycan Merkezi Icraiyye Komitesinin Fermani ile Petropavlovkaya Azerbaycanin boyuk sairi klassik edebiyyatimzda ictimai satiranin banisi Mirze Elekber Sabirin adi verilmisdir Seherin yaradilmasi Pampiqtemizleme zavodunun insasi Kur ve Araz ustundeki qedim Suqovusan ve Qalaqayin kendleri arasindaki erazide enenevi hefte bazarinin cume axsami kecirildiyi yerde salinmis Sabirabad seherinin tarixi 1868 ci ilden baslayir Lakin sonradan seher salmaq fikrinden el cekilir Mugana 1887 ci ilde ukraynali kendliler kocuruldukde 26 aile bu menteqede meskunlasdirilir ve kende Petropavlovsk adi verilir 1901 ci ilde burada 87 teserrufat olmusdur XlX esrin sonlarinda indiki seherin erazisinde Petropavlovka kendi salindi 1887 ci ilde ukraynaliliar bura kocurulmeye basladi Rus dilinde Bu dasin altinda Baki quberniyasinin Cavad qezasinin Petropavlovka kendinin indiki Sabirabad seheri ilk sakini 9 yanvar 1915 ci ilde Tanri qulu Pyotr Stepanovic Solonin 78 yasinda defn olunub Kend XX esrin evvellerinde Sabirabadin o dovrde Qalaqayin adlanirdi iqtisadi inkisafi basladi 1913 cu ilde burada bir toxuma fabriki 2 senaye istehsali fabriki fealiyyet gostermeye basladi Sonra 1920 ci ilde Petropavlovka adli qesebe inkisaf etmeye basladi 8 avqust 1930 cu ilde Petropavlovka rayon merkezi oldu 2 oktyabr 1931 ci ilde adi deyisdirilib Sabirabad qoyuldu 1952 ci ilde qesebe 4 dekabr 1959 cu ilde seher statusu aldi Car Rusiyasi XlX esrin ikinci yarisindan sonra ya qardas ya da emoglu olan Pyotr ve Pavel adli varli zadegan iki neferi bu eraziye gondererek onlara burada pambiqciligi inkisaf etdirmek tapsirigini verir Onlar Kurle Arazin qovusan yerine yaxin olan Cavad Qalaqayin ve Kurkendi kendlerinin her ucune yaxin olan indiki Sabirabad seherinin erazisinde pambiq zavodunun ve indiki Heyder Hemidov kucesi ile Vidadi kucesinin kesisdiyi yerde S Vurgun adina orta mektebin arxasinda gemi limani ve tersanenin esasini qoyurlar O vaxtlar Araz cayinin mecrasi orada olub Kurle qovusdugu yere cox yaxin idi Pyotr ve Pavel pambigi zavodda istehsal etdikden sonra gemiler vasitesile Kur cayi ile Xezer denizine oradan da Volqa cayi ile Rusiyanin seherlerine aparmaq niyyetinde idiler Pambigi ise yaxin kendlerde becertdirib yigmali idiler Bundan otru yaxin kendlerin ehalisine pambiq toxumu ve basqa vasiteler vererek onlari pambiq ekmeye sovq edir ve mehsulu onlardan neceye alacaqlari barede muqavileler baglayirdilar Zavodda ve tersanede islemek ucun Rusiyadan coxlu mutexessisler ve diger isciler aileleri ile birlikde buraya getirilir Onlarin yasamasi ucun zavodun ve limanin erazilerinde evler bundan elave xestexana klub ve bu kimi basqa ictimai binalar da tikilir Belelikle indiki Sabirabad seherinin erazisinde bir rus kendi yaranir Petropalovkada yasayis menteqesi Buradaki faktlar ne qeder tehrif olunsa da Rus imperiyasinin o vaxtki siyasetine mentiqi cehetden cox uygun gelir 1828 ci il Turkmencay muqavilesinden sonra Rus imperiyasi Cenubi Qafqazdaki isgalciliq siyasetini tamamladi Iran sahligi ile razilasandan sonra imperiyanin cenub serhedleri melum idi Ancaq bu serhedlerin qorunmasini yerli ehaliye etibari olmadigindan bu isi Rusiya ve Ukraynadan kocurulen adamlara hevale edirdi Naxcivandan tutmus Astaraya qeder butun serhed boyu rus kendleri salinirdi Sabirabadin erazisinde Krasnoselsk Qara Nuru Pokrovka Qaratepe Novodon Navadan Aleksandrovka Sehriyar Vladimirovka Nizamikend Xersonovka Nesimikend ve basqa kendler salindi Bu kendlerin torpaqlarinda mehsul yetisdirmek ve diger suya olan telebatlari odemek ucun Behremtepede Araz cayinin qarsisina bend cekerek indiki Sabir kanali da cekildi Yeni salinan rus kendleri de bu kanalin etrafinda yerlesirdi Yerli camaatin fikrini azdirmaq ucun guya bura kocurulenlerin vetenlerinden surgun edildiyi fikri yayildi Eslinde buranin iqlimi yasamaq ucun oz vetenlerinden elverisli idi Surgun ucun Rusiyada Sibir Tayqa ve basqa yerler ucsuz bucaqsizdir Bu hem de osvaivat ozununkulesdirme siyasetinin bir hissesi idi Qonsu kendlerden ve rayonlardan buraya yerli ehali de kocmeye basladi XX esrin evvelinde Samaxida bas veren zelzeleden sonra samaxililarin axini basladi ve onlar burada Samaxililar mehellesi qebiristani ve mescidi yaratdilar Iranda bas veren inqilabi herekatlar yatirilandan sonra iranlilar da bura koc edib burada hemseri mehellesinde meskunlasdilar Qerbi Azerbaycandan da bura Stalinin emri ile deportasiya edilenler getirildiler Mesxeti ve ya Axisqa turkleri de bura penah getirdiler Belelikle Sabirabadin ehalisi formalasdi Car imperiyasi Sovet imperiyasi ile evez olunandan sonra Leninin de Azerbaycana olan munasibeti evvelki carlarin munasibetinden ferqlenmemisdir Deyilenlere gore Lenin hakimiyyete gelenden sonra Turkmencay muqavilesinden basqa Carin butun muqavilelerini tanimamisdir Hetta Stalin de bu muqavileye sadiq qalaraq 1945 ci ilde sovet qosunlari Tehranda oldugu halda Cenubi Azerbaycani SSRI ye birlesdirmedi Halbuki SSRI nin meqsedi sosializmi dunyada yaymaq adi altinda qonsu olkelerin torpaqlarini zebt etmek idi Qerbi Belarus Qerbi Ukrayna Bessarabiya Baltikyani olkeler SSRI ye birlesdirildiyi halda Cenubi Azerbaycan birlesdirilmedi Istehsal olunan xam pambigi mahlica cevirmek ucun zavoda da ehtiyac var idi Car hokumeti bu isi Vaqin qardaslarina hevale edir Onlar da oz novbesinde Almaniyadan mutexessisler devet ederek zavodu tikir ve 1906 ci ilde istifadeye verirler Her il Kur ve Araz caylari dasaraq mecrasindan cixir ve etraf kendlere boyuk ziyan vururdu Odur ki SSRI hokumeti olkede cemi iki eded olan Bendatma Idaresi yaratmaq barede qerar qebul etdi Sonra texnika artdiqca avtobaza ve traktor temir stansiyalari da yaradildi Bu idarelerin etrafinda da rus mehelleleri yarandi Bu mehelleler avtobazanin etrafi da ona gore osvoenniy asveenni adlanirdi Pravoslav kilsesi Semedov pampiq zavodu Sabirabad Petropavlovka Sabirabad Petropavlovka Gezinti ucun qayiqlarin saxlanma yeri Muhum hadiselerin tarixiTarixi ilk merkez Qalaqayin III XX esrler Mugana 1887 ci ilde ukraynali kendliler kocuruldukde 26 aile Qalaqayinin bu menteqesinde meskunlasdirilir ve bu yeni kende Petropavlovsk adi verilir 1921 ci il may ayinin 1 den 1929 cu il aprel ayinin 8 e kimi Salyan qezasinin Petropavlovka dairesinin merkezi olaraq fealiyyet gostermisdir 1930 cu il avqust ayinin 8 de Azerbaycan Merkezi Icraiyye Komitesinin 476 li qerarina esasen mahal sistemi legv edilmis ve yaranan Petropavlovka rayonun merkezi olmusdur 1931 ci il oktyabrin 7 de Azerbaycan Merkezi Icraiyye Komitesinin fermani ile Petropavlovkaya Azerbaycanin boyuk sairi klassik edebiyyatimizda ictimai satiranin banisi M E Sabirin adi verilmisdir 1935 ci ilde rayon tabeli seher statusu almisdir 1952 ci il noyabrin 7 de Sabirabada seher tipli qesebe statusu verilmisdir 1959 cu ilden Sabirabad seheri adlandirilmisdir CografiyaRelyef ve geologiya Sabirabad Kur cayinin sag sahilinde yerlesir Seher yaxinliginda Suqovusan adlanan yerde Araz cayi Kur cayi ile birlesir Antropogen cokuntuler yayilmisdir Iqlimi Iqlimi yayi quraq kecen mulayim isti yarimsehra ve quru col iqlimine aiddir Esasen boz cemen torpaqlar yayilmisdir Erazide yarimsehra bitkileri ustunluk teskil edir Ayri ayri sahelerde sehra bitkileri de movcuddur Sehra bitkilerine soran torpaqlarda rast gelinir Soran yarimsehralarinda cox vaxt halofit kolcuqlara qara sogan xezer saribasi rast gelinir Onlar yumru tepecikler emele getirir Burada hemcinin Xezer sahsevdisi kolvari deveayagi ceren hemcinin birillik letli sorangeler duzlaq cogani ve s bitkilere rast gelinir Regionda yarimsehra qruplasmalarinda yovsanli sorangeli efemerli ve az sahede kever yarimsehralari genis yayilmisdir Yovsan yarimsehrasinin genis saheleri pambiq ve taxil bitkileri altinda istifade olunur EhalisiSabirabadda 2020 ci ilin yanvarin 1 dek ehali 30940 neferdir Texniki problemlere gore qrafikler muveqqeti olaraq sondurulub Il Sayi1926 1 8151939 6 175 Il Sayi1959 8 8721970 13 388 Il Sayi1979 15 0001989 18 612 Il Sayi2021 30 918MedeniyyetEsas meqale Kohne hamam Seherde Fuzuli kucesi 27 de Kohne hamam adi ile taninan memarliq abidesi yerlesir Bina 1901 ci ilde insa olunmusdur Hazirda tarixi memarliq abidesi olaraq qorunur ve temire boyuk ehtiyaci var Esas meqale Samaxi mescidi Samaxi mescidi adi ile taninan abide Samaxida bas vermis zelzeleden sonra Sabirabada kocub gelmis Samaxi sakinleri terefinden 1903 cu ilde insa edilmisdir 1901 ci ile aid hamam Hamamin ici Hamamin ic gorunusu 1903 cu ile aid Samaxi mescidi TehsilUmumtehsil mekteblerinin sayi 8 tam orta mekteblerin sayi 8 umumi orta mekteblerin sayi ise 1 dir Sabirabad Dovlet Sosial Iqtisadi Kolleci Sabirabad Dovlet Sosial Iqtisadi Kolleci orta ixtisas tehsili sebekesinin tekmillesdirilmesi meqsedile Nazirler Kabinetinin qerarina esasen Sabirabad Kend Teserrufati Texnikumunun bazasinda yaradilmisdir Kollecde 40 nefer pedaqoji isci calisir Umumi iscilerin sayi 93 neferdir Hazirda kollecde 570 nefer telebe asagidaki ixtisaslar uzre tehsil alirlar fiziki terbiye pese telimi yol hereketinin teskili baytarliq muhasibat ucotu maliyye isi bank isi aile ve ev tehsili belediyye teserrufatinin teskili arxiv isi ve karguzarliq kitabxana ve informasiya teminatiSabirabad Pese Liseyi Sabirabad Pese liseyi 1974 cu ilde orta texniki pese mektebi kimi fealiyyete baslamis 1996 ci ilde ona lisey statusu verilmisdir Lisey 7 hektar erazide yerlesir 1 tedris 2 yataqxana binasi vardir Liseyde 240 nefer sagird tehsil alir 8 ixtisas qrupu vardir traktorcu masinist temirci cilinger kend teserrufati masin ve avdanliqlarinin temiri uzre cilinger meliorasiya islerinin traktorcusu temirci cilinger heyvanlarda suni mayalanma uzre texnik derzi el elektrik qaynaqcisi komputer ustasi pambiqci Sagirdlerin telim terbiyesi ve ixtisas hazirligi ile 38 nefer isci o cumleden 24 muellim 14 istehsalat telimi ustasi mesguldur Pese liseyinde 19 fenn kabineti yaradilmisdir IdmanSabirabad rayon Gencler ve Idman Idaresi 1994 cu ilden fealiyyet gosterir Fealiyyete basladigi muddetden idare butun idman teskilatlarini etrafinda birlesdirmisdir 2008 ci ilde Sabirabad Olimpiya Idman Kompleksi istifadeye verilmisdir Sabirabad Olimpiya Idman Kompleksinde serbest gules boks mini futbol karate trenajor stolustu tennis uzguculuk atletika idman novleri tedris olunur Respublika cempionatlarinda gules karate boks atletika ve diger idman novlerinde rayondan gencler istirak edir Futbol Insaatci Sabirabad FK futbol klubu 1989 cu ilde Sabirabadda yaranmisdir Muxtelif vaxtlarda 2 defe futbol uzre Azerbaycan cempionatinin elitasinda istirak etmisdir Futbol uzre Azerbaycan Kubokunun finalinda 1 defe oynamisdir Hal hazirda rayonda suni ortuklu bir usaq futbol meydancasi movcuddur Ikinci suni ortuklu meydancanin insasina start verilmisdir Rayonumuzda uc yas qrupunda usaq futbolu fealiyyet gosterir Rayonun Futzal komandasi ise olke cempionatinda oynayir Gorkemli sexslerLutfiyar Imanov SSRI xalq artisti opera mugennisi Ayaz Ismayilov Ikinci Dunya muharibesi istirakcisi Azad Esgerov qaydasiz doyuscu ve gulesci Boyukkisi Agayev akademik tibb elmleri doktoru Azerbaycanin gorkemli alimi cerrah tibb xadimi pedaqoq xeyriyyeci Bextiyar Memmedzade Azerbaycan filoloqu eruz vezninin tedqiqatcisi Nise Beyim Azerbaycan sairi AYB nin uzvu Rafiq Nesirov Azerbaycan ressami Azerbaycanin emekdar artisti Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusu Vladimir Qafarov sair tercumeci Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan SSR Emekdar medeniyyet iscisi Azerbaycan SSR Emekdar incesenet xadimi Zulfuqar Musayev Dovlet xadimi Azdovsuteslayihe institutunun IV direktoru Elvin Eliyev futbolcu Xankisi Xankisiyev iqtisad elmleri namizedi dosent Azer Memmedov azerbaycanli yazici publisist televiziya aparicisi 2001 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Ilkin Heseni televiziya aparicisi aktyor produser Edalet Bayramoglu Turkiyede fealiyyet gostermis azerbaycanli miniatur ressam heykeltaras keramika ustasi Elcin Quliyev millet vekili Qudret Muganli Azerbaycan jurnalisti Azerbaycan Yazicilar ve Jurnalistler Birliklerinin uzvu Azerbaycan Respublikasinin emekdar jurnalisti 2005 Kamil Akimov ictimai xadim neft senayesi teskilatcisi Azerbaycan Respublikasinin Emekdar Muhendis i Irade Elili Azerbaycan medeniyyet iscisi kitabxana biblioqrafiya sahesini tedris eden muellime jurnalist ictimaiyyetci Peseyonumlu Tehsilin Inkisafina Destek Ictimai Birliyinin sedri Azerbaycan Yazicilar Birliyinin uzvu Anar Bahadurov Veten muharibesi sehidi SehidlerSekil Soyad Ad Ata adi Dogum tarixi Olum tarixi Vefat yeriHemidov Heyder Rza oglu 2 dekabr 1962 2 fevral 1992 Susa AzerbaycanAgayev Agadadas Aga oglu 3 oktyabr 1973 26 yanvar 1994 Fuzuli AzerbaycanAgayev Hesen Huseyn oglu 14 iyul 1973 14 yanvar 1994 Kelbecer AzerbaycanNadirov Eynulla Xankisi oglu 5 noyabr 1961 13 yanvar 1994 Fuzuli AzerbaycanIsmayilov Remzi Mohubbet oglu itkin 25 avqust 1973 9 yanvar 1994 Fuzuli AzerbaycanQenberov Eldar Muxtar oglu 24 noyabr 1964 4 yanvar 1994 Agdam AzerbaycanNovruzov Terlan Neriman oglu 18 dekabr 1974 10 dekabr 1993 Xocavend AzerbaycanQasimov Elsen Qudret oglu 1972 11 oktyabr 1992 Lacin AzerbaycanEhmedov Vuqar Ehmed oglu 1974 2 avqust 1992 Kelbecer AzerbaycanIbrahimov Mehdi Sahbaz oglu 28 fevral 1973 20 iyun 1993 Agdam AzerbaycanIsmayilov Qulam Metleb oglu 3 oktyabr 1969 24 may 1992 Fuzuli AzerbaycanQalereyaSabirabad seheri Medeniyyet merkezi Heyder mescidi Heyder Parki M E Sabir mektebi Bayraq muzeyi Sabir bagi Bazara geden yol Sabir bagi Rabite qovsagi Seherin gece goruntusu Seher gece vaxti Gencler Merkezi ve klubu Sabirabad seheri Seher dairesi Seherden Saatli rayonuna geden yol Seherde erzaq marketi Dostluq yemekxanasiMenbesabirabad ih gov az Dilaver Ezimli AMEA nin A A Bakixanov adina Tarix Institutunun Azerbaycanin orta esrler tarixi sobesinin aparici elmi iscisi tarix uzre felsefe doktoru Beynelxalq ticaret elaqelerinde Xezer ticaretinin rolu Baki Prof S Eliyarli Azerbaycan tarixi Baki Azerbaycan 1996 870 Dubrovin N Istoriya vojny i vladychestva russkih na Kavkaze T III SPb tipografiya I N Skorohodova 1886 550 AKAK T II Izdanie pod redakciej predsedatelya ko missii Ad Berzhe Tiflis Glavnoe Upravlenie Namestnika Kavkaza 1868 1238 Alexander John T Catherine the Great Life and Legend Oxford University Press 1989 321 ISBN 0199874301 QeydlerPetropavlovka dairesi tarixi Mugan mahalini evez etmis Salyan qezasi eyni inzibati erazi cercivesinde 1929 1930 cu illerde Mugan mahali adlanmisdir Istinadlarhttp www sabirabad ih gov az page 23 html Dilaver Ezimli AMEA nin A A Bakixanov adina Tarix Institutunun Azerbaycanin orta esrler tarixi sobesinin aparici elmi iscisi tarix uzre felsefe doktoru Beynelxalq ticaret elaqelerinde Xezer ticaretinin rolu Baki 2018 Orijinal metn az Moskva tacirleri Qerbi Avropaya xam ipek ipek par calar Hindistandan daxil olan edviyyati dasiyir olkeden Azerbaycan neftini de aparirdilar XVI esre dair Ticaret kitablari nda bu barede melumatlar vardir He min kitablara esasen bele bir neticeye gelmek olar ki neft Moskva tacirleri vasite sile Sirvandan Qerbi Avropaya dasinirdi Samaxiya Xezer denizi vasitesile gelen Moskva tacirleri Mugan duzunu kecib Cavad seherine daxil olur oradan da Erdebile gedirdiler Onlar Erdebilden iki istiqametde hereket edirdiler Bu yollardan biri Tebrize yonelirdi Diger yol ise Cenub Serq istiqametinde Qezvine ve Kasana gedirdi Hemin dovrde bu seherlerde qizgin ticaret gedirdi AKAK T II Izdanie pod redakciej predsedatelya ko missii Ad Berzhe 69 c II sened 455 1868 seh 246 Zubov 1873 889 890 Alexander 1989 seh 321 Dubrovin N cild 3 1886 193 Ismail bey Zardabli Ethnic and political history of Azerbaijan From ancient times to the present day ingilis Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh NC 27607 5436 United States of America 2018 seh 570 ISBN 978 0 244 99782 3 2022 03 28 tarixinde Orijinal metn ing By the coming of winter Russian troops moved to Mughan Zubov prepared project about the strenghthening of the positions of Russian troops and providing economic conquer of the area According to this project there should be build new city near Javad which would be called by the name Ekaterina ll and there was planned to settle 2 thousand Russian soldiers who were married to georgian and armenian girls here Prof S Eliyarli 1996 seh 494 PDF az 2018 04 03 tarixinde orijinalindan PDF arxivlesdirilib Sahin Ferzeliyev tarix elmleri doktoru professor Quba xanligi ehali tarixi ve azadliq mucadilesi Baki 2012 336 sah PDF 2021 08 31 tarixinde PDF Istifade tarixi 2018 12 03 PDF 2019 01 23 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 12 03 Sabirabad rayonun tarixi 2018 12 22 tarixinde Istifade tarixi 2018 12 03 PDF 2012 03 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2020 04 26 World Digital Library Sergei Mikhailovich Prokudin Gorskii 2019 01 23 tarixinde Istifade tarixi 2018 12 03 Prezidium Verhovnogo Soveta Azerbajdzhanskogo SSR Azerbajdzhanskaya SSR Administrativno territorialnoe delenie na 1 yanvarya 1961 go goda Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo Baku 1961 str 9 Musayev M E Haciyev D V Qasimov E Q ve b Azerbaycanm heyvanlar alomi 3 cildde Baki Elm 2000 2004 Biomuxteiiflik ve bitkilerin introduksiyasi AMEA Nebatat Bagmin 75 iiliyine hesr olunmus beynelxalq elmi konfransm materiallari 2 cildde Baki CBS 2009 SSRI ehalisinin siyahiya alinmasi 1926 SSRI ehalisinin siyahiya alinmasi 1939 SSRI ehalisinin siyahiya alinmasi 1970 SSRI ehalisinin siyahiya alinmasi 1979 SSRI ehalisinin siyahiya alinmasi 1989 Umumtehsil mektebleri Sabirabad Rayon Tehsil Sobesi olu kecid Tehsil 2018 12 22 tarixinde Istifade tarixi 2018 12 03 Sabirabad LAYF Jurnali SEHIDLER OLMEZ Xususi buraxilis 2022 03 28 tarixinde Istifade tarixi 2019 07 25 Vikianbarda Sabirabad ile elaqeli mediafayllar var Hemcinin baxInsaatci Sabirabad FK Sabirabad belediyyesiXarici kecidlerAMEA Felsefe ve Huquq Institutunun aparici elmi iscisi Nadir sah Efsarin Turk Birliyi ideyasi az modern az Istifade tarixi 2015 10 02 Vikianbarda Sabirabad ile elaqeli mediafayllar var