Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistanın ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.
Türkmənçay müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 10 fevral 1828-ci il |
İmzalanma yeri | Təbriz, Türkmənçay kəndi |
Qüvvəyə minməsi | 10 fevral 1828-ci il |
• şərtləri | Qacar dövləti Xəzər dənizində artıq hərbi donanma saxlaya bilməz. |
İmzalayanlar | Abbas Mirzə İvan Paskeviç |
Tərəflər | Qacar dövləti Rusiya imperiyası |
Dilləri | rus dili, fars dili |
Vikianbarda əlaqəli mediafayllar | |
Türkmənçay müqaviləsi Vikimənbədə |
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf Əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlər ilə razılaşmasa, Çar qoşunları Tehranı tutacaqdır.
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması nəticəsində Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını başa çatdırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olmaqla, bir də 1991-ci ildə müstəqil oldu.
Mahiyyəti
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K. V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.
Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzərdənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu. Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi.
Maddələr
I maddə — Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.
II maddə — Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtiikdən qurtarmış müharibə liə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətiəri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
III maddə — İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasının tam mülkiyyətinə güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə ediiməsinə aid oian bütün arxivləri və ictimai sənədləri Rusiya rəisiiyinə verməyi vəd edir.
IV maddə — Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Osmanlı torpaqlarının ucundakı kiçik Ağrı dağın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Ağrı dağın cənub tərəfindən axan Aşağı Qarasuçayın yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq barəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə 3 ağac, yəni 21 Rusiya versti uzanacaqdır; sonra sərhəd Muğan düzü vasitəsilə Bolqar çayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağac, yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqar çayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan İsə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən. Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Zuvand və Ərş dairəiərini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Zuvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velgic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velgic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.
V maddə — İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə İlə həm öz adından, həm də öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
VI maddə — İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.
VII maddə — İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.
VIII maddə — Rusiya tacir gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.
IX maddə — Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.
X maddə — Bütün Rusiya imperatoru Həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hamilik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsiziiyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər birinin müəyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl etməyə vəd verir, İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.
XI maddə — Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.
XII maddə — Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır; onlardan Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər, lakin bütün Rusiya imperatoru həzrətləri, ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı , onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.
XIII maddə — Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.
XIV maddə — Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti, bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızılüzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir, lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.
XV maddə — Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir, lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir (məhz bu maddəyə əsaslanaraq 10 minlərlə erməni ailəsi İran ərazisindən Şimali Azərbaycan ərazisinə köçürülmüşdür. Bunun hesabına da Şimali Azərbaycanda xeyli demoqrafik dəyişikliklər olmuş və gələcək hadisələrin əsası qoyulmuşdur).
XVI maddə — Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməiidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkiidə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.
Çar Rusiyasının İrandakı səfirliyində qırğın
Müharibənin bitməsi və müqavilənin imzalanmasından sonra İranda Rusiya əleyhinə ab-hava güclənmişdi. 1829-cu ilin 11 fevral tarixində qəzəbli kütlə Tehrandakı Rusiya səfirliyinə hücum edərək, demək olar ki, hamını qətlə yetirdi. Qətlə yetirilənlər içərisində Rusiyanın İrandakı yeni səfiri Aleksandr Qriboyedov da daxil idi. Aleksandr Qriboyedov Türkmənçay müqaviləsinin imzalanmasında aktiv şəkildə iştirak etməklə yanaşı, həmçinin məşhur rus dramaturqu olmuşdur. Məhz sırf onun səyi nəticəsində İran ərazisində yaşayan ermənilərin Şimali Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ bölgələrinə kütləvi köçürülmələri təşkil edilmişdir.
Müasir mədəniyyətdə yeri
Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mövzuya çevrilən bir millətin ayrı düşməsinə onlarla əsər həsr edilmişdir. Bunlara Bəxtiyar Vahabzadənin Gülüstan poemasını, Süleyman Rüstəmin Təbrizim şerini, Sayman Aruzun Yüz il inqilab romanını, Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanını, Xəlil Rza Ulutürkün əsərlərini misal göstərmək olar.
Bir millətin ayrılığını musiqi sahəsində də göstərmək üçün bəstəkar Əli Səlimi 1958-ci ildə Fərhad İbrahiminin Ayrılıq şerinə musiqi bəstələmışdır.
Şimali Azərbaycanda Cənubi Azərbaycan həsrətini simvollaşdırmaq üçün XX əsrin ortalarından etibarən kişi adı kimi Təbriz adı çox yayılmışdır. Xalq şairi və Azərbaycan azadlıq hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan oğluna Təbriz adı vermişdir.
Türkmənçay müqaviləsinin imzalandığı gün hər il Şimali Azərbaycanda və Cənubi Azərbaycanda gizli və ya açıq şəkildə qeyd edilir.
Qalereya
- saxlanılan "Türkmənçay sülhü topu"
- Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan və "Türkmənçay müqaviləsi" xatirə sikkəsi
- Müqavilənin imzalanma mərasimi
Həmçinin bax
Ədəbiyyat
- Süleyman Əliyarlı, Azərbaycan tarixi (Bakı:Azərbaycan nəşr, 1996)
Xarici keçidlər
- Türkmənçay müqaviləsinin orijinal mətni-rusca
- Türkmənçay müqaviləsinin orijinal mətni əlyazmada-farsca
- "Записка о переселеніи армянъ изъ Персіи въ наши области.". 2016-01-13 tarixində . İstifadə tarixi: 2018-09-25.
- Zirisnky, M. “Reza Shah’s abrogation of capitulation, 1927-1928” in The Making of Modern Iran: State and Society Under Riza Shah 1921-1941. London. 2013.
- Mikaberidze, Alexander. Historical Dictionary of Georgia. Rowman & Littlefield. 2015.
- Azərbaycan tarixi 7 cilddə, III cild. Bakı. 1999.
- "Türkmənçay müqaviləsinin mətni" (PDF). 2020-03-03 tarixində (PDF). İstifadə tarixi: 2018-09-25.
- Hopkirk, Peter. The Great Game: The Struggle for Empire in Central Asia. London: Kodansha Globe. 1997.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Turkmencay sulh muqavilesi rusca Turkmanchajskij dogovor farsca عهدنامه ترکمانچای Qacarlar sulalesi ile Rusiya imperiyasi arasinda imzalanan ve Ikinci Rusiya Iran muharibesini bitiren muqavile 1828 ci ilin 10 fevral tarixinde Tebriz yaxinligindaki Turkmencay kendinde imzalanmisdir Bu muqavileye esasen Gulustan sulhunde Rusiyaya kecen erazilerden basqa Iran Irevan Naxcivan ve Talis xanliginin ozlerinde qalmis hissesinin de Rus imperiyasinin erazisi oldugunu qebul edirdi Iki imperiya arasinda serhed kimi Araz cayi qebul edilirdi Rusiyaya kecen torpaqlar hal hazirki Ermenistanin erazisini Naxcivan Muxtar Respublikasinin erazisini Azerbaycan Respublikasinin cenub bolgesinin bir hissesini ve indi Turkiye Cumhuriyyetinin erazisi olan Igdir bolgesini ehate edirdi Turkmencay muqavilesiCenubi Qafqaz 1809 1817 ci illerde burada Turkmencay muqavilesine qederki dovrde Rusiya imperiyasi ve Qacar dovleti serhedleri tam deqiqliyi ile gosterilirMuqavilenin tipi Sulh muqavilesiImzalanma tarixi 10 fevral 1828 ci ilImzalanma yeri Tebriz Turkmencay kendiQuvveye minmesi 10 fevral 1828 ci il sertleri Qacar dovleti Xezer denizinde artiq herbi donanma saxlaya bilmez Naxcivan Irevan ve Talis xanliginin bir hissesi Rusiya imperiyasina verilirdi Rusiya imperiyasi Qacar dovletinde istediyi seherde ozunun diplomatik numayendeliyini acmaq ve ticaret etmek huququna malik idi Qacar dovleti Rusiya imperiyasina herbi tezminat odemeli idi Imzalayanlar Abbas Mirze Ivan PaskevicTerefler Qacar dovleti Rusiya imperiyasiDilleri rus dili fars dili Vikianbarda elaqeli mediafayllarTurkmencay muqavilesi Vikimenbede Muqavileni Iran terefinden veliehd sahzade Abbas Mirze ve Feteli sahin numayendesi Allahyar xan Esef El Dovle Rusiya terefinden ise general Ivan Paskevic imzalamisdir Gulustan muqavilesinde oldugu kimi bu muqavile de Rusiyanin qeti qelebesi ile biten muharibeden sonra imzalanmisdir ve butun sertler Rusiya terefinden dikte edilmisdir Hetta general Paskevic Iran numayendelerine bildirmisdi ki Rusiyanin teklif etdiyi sertler ile razilasmasa Car qosunlari Tehrani tutacaqdir Gulustan ve Turkmencay muqavilelerinin imzalanmasi neticesinde Rusiya Cenubi Qafqazin ve Simali Qafqazin bir hissesinin isgalini basa catdirdi Rusiya terefinden isgal olunan eraziler 1918 1920 ci iller istisna olmaqla bir de 1991 ci ilde musteqil oldu MahiyyetiYermolovun ve Mensikovun bir ay sonra Rusiya Xarici Isler naziri qraf K V Nesselrodeye teqdim etdikleri yazili teklifleri de nezere alinmaqla sulh ve ticaret muqavilesinin layihesi hazirlanmisdi Gelecek muqavilenin sertleri haqqinda car fermani 1827 ci II mayin 24 de Celaloglu yanindaki rus dusergesine getirildi Rus komandanligi danisiq aparmaq ucun tam hazir idi Qaraziedin danisiqlarinda A S Qriboyedov Iran memurlarina psixoloji baximdan tesir gostermek ucun bildirdi ki biz ireli gedib Azerbaycana sahib olaraq bu genis vilayetin musteqilliyini temin edeceyik Noyabr ayinin 6 da Dehkarqanda danisiqlar yeniden basladi Tezminat meselesi uzre bezi ciddi naraziliqlar yanvarin 7 de danisiqlarin kesilmesine getirib cixardi Rus qosunlari ireli atildi Yanvarin 28 de Urmiya fevralin 8 de Erdebil tutuldu Muqavilenin baglanmasi suretlendi Fevralin 9 dan 10 na kecen gece Tebriz yaxinliginda Turkmencay kendinde muqavile imzalandi Turkmencay muqavilesi 16 maddeden ibaret idi Gulustan muqavilesinin bezi maddelerinin mezmunu burada saxlanmis tezminat ve s haqqinda yeni maddeler elave edilmisdi Birinci madde ile terefler arasinda ebedi sulh elan olunurdu Muqavile Irevan ve Naxcivan xanliqlarinin Rusiyaya kecdiyini III madde tesbit edir serhedleri ayirir IV madde Iranin Rusiyaya iyirmi milyon gumus rubl tezminat odeyeceyi bildirilirdi II madde Abbas Mirzenin veliehd kimi taninmasina ayrica yer verilir VII madde Xezerdenizinde yalniz Rusiyanin herbi donanma saxlamaq huququ tesdiq edilirdi VIII madde Onuncu madde ticaret konsulluqlari acilmasindan on birinci madde qarsiliqli olaraq muharibe ile dayandirilmis islerin berpasindan behs edirdi XII XIV XV maddeler iki olke arasinda ehalinin hereketi ve basqa meselelere toxunurdu On besinci madde ermenilerin Irandan Cenubi Qafqaza kocurulmesi muqavilede konkret deyilmese de umumi raziliq bele olmusdu ile bagli idi Sonuncu madde sulh haqqinda yerlere bilgi verilmesi onun ratifikasiyasi meselelerine toxunurdu Muqavile Rusiya terefinden 1828 ci ilin martinda Qacarlar terefinden iyul ayinda ratifikasiya edildi Turkmencay muqavilesi XIX yuzillikde Iranin Ingiltere Fransa Rusiya ve Osmanli ile bagladigi muqavileler icerisinde en agiri idi MaddelerI madde Butun Rusiya Imperatoru hezretleri ve Iran sahi hezretleri arasinda onlarin vereseleri ve taxt tacin varisleri onlarin dovletleri ve qarsiliqli suretde tebeeleri arasinda bundan sonra ebedi sulh dostluq ve tam raziliq olacaqdir II madde Butun Rusiya imperatoru hezretleri ve Iran sahi hezretleri hormetle qebul edirler ki raziliga gelen yuksek terefler arasinda bas vermis ve indi xosbextiikden qurtarmis muharibe lie Gulustan traktatinin quvvesi uzre qarsiliqli teehhudler de basa catmisdir onlar gosterilen Gulustan traktatini Rusiya ve Iran arasinda yaxin ve uzaq geleceye sulh ve dostluq munasibetieri qurmali ve tesdiq etmeli olan indiki sertler ve qerarlarla evez etmeyi zeruri hesab etdiler III madde Iran sahi hezretleri oz adindan ve oz vereseleri ve varisleri adindan Arazin o tayi ve bu tayi uzre Irevan xanliginin ve Naxcivan xanliginin Rusiya imperiyasinin tam mulkiyyetine guzest edir Sah hezretleri bu guzest neticesinde hazirki muqavilenin imzalanmasindan sayilmaqla alti aydan gec olmayaraq yuxarida adlari cekilen her iki xanligin idare ediimesine aid oian butun arxivleri ve ictimai senedleri Rusiya reisiiyine vermeyi ved edir IV madde Muqavileye qosulan yuksek tereflerin raziligi ile her iki dovlet arasinda serhedler asagidaki hududda qerara alinir serhed xetti Osmanli torpaqlarinin ucundaki kicik Agri dagin zirvesinden aralida duz istiqamete en yaxin noqteden baslayaraq o daglarin zirvesinden kecir buradan maillik uzre kicik Agri dagin cenub terefinden axan Asagi Qarasucayin yuxarilarina dusur sonra serhed xetti o cayin axari uzre Serur qarsisinda onun Araza tokulduyu yeredek davam edir bu menteqeden Abbasabad qalasinadek Araz cayinin yatagi uzre gedir burada qalanin Arazin sag sahilinde yerlesen xarici istehkamlari yaninda yarim agac yeni 3 1 2 Rusiya versti eninde butun istiqametlerde dovre hasiyelenecek ve o etrafda olan torpaq sahesi busbutun mehz Rusiyaya mexsus olacaqdir ve bu gunden sayilmaqla iki ay erzinde en yuksek deqiqlikle ayrilacaqdir Serhed xetti o yerden gosterilen dovrenin serq terefden Arazin sahiline birlesdiyi yerden baslayaraq bir daha o cayin yatagi ile Yeddibulaq baresinedek gedir buradan Iran torpaqlari Araz cayinin yatagi uzre 3 agac yeni 21 Rusiya versti uzanacaqdir sonra serhed Mugan duzu vasitesile Bolqar cayadek iki kicicik Adinabazar ve Sariqamis caylarinin birlesmesinden 3 agac yeni 21 verst asagida olan torpaqlara gedir serhed buradan Bolqar cayin sol sahili ile yuxari adlari cekilen kicik Adinabazar ve Sariqamis caylarinin birlesmesinedek sonra Serqi Adinabazar cayinin sag sahili uzre onun yuxarilarinadek davam edir buradan Ise Cikoir yuksekliyinin zirvesinedek ele davam edir ki o yukseklikden Xezer denizine tokulen butun sular Rusiyaya mexsus olacaqdir Iran terefe axan butun sular ise Irana mexsus olacaqdir Burada iki dovlet arasindaki serhed dag zirvelerile mueyyen edilir qerarlasdirilmisdir ki onlarin Xezer denizine dogru enisi Rusiyaya mexsus olmalidir o biri yandaki enisi ise Irana mexsusdur Serhed Cikoir yuksekliyi zirvesinden Talisi Ers dairesinden ayiran daglar uzre Qemerkuhun zirvesinedek kecir Sularin axarini iki yere bolen daglarin basi yuxarida Adinabazarin yuxari axari ve Cikoir zirvesi arasindaki sahe haqqinda deyilen kimi burada da elece serhed hududunu teskil edecekdir Sonra serhed xetti sularin axarina aid yuxarida serh olunan qaydalara aramsiz emel etmekle Qemerkuhun zirvesinden Zuvand ve Ers daireierini ayiran dag silsilesi uzre Velgic dairesinin serhedlerinedek uzanacaqdir Belelikle adi cekilen dagin zirvesinden eks terefde yerlesen hissesi istisna olmaqla Zuvand dairesi Rusiyaya birlesir Her iki dovlet arasindaki serhed xetti su axininin yuxarida qeyd olunan qaydalarina daima uygun olaraq Velgic dairesi serhedinden Kloputanin zirvesi ve Velgic dairesindeki daglarin bas silsilesi uzre Astara cayinin simal menbeyinedek buradan o cayin yatagi boyu onun Xezer denizine tokulduyu yeredek davam edecek ki burada da Rusiya torpaqlarini Irandan ayirmali olan serhed xetti qurtarir V madde Iran sahi hezretleri butun Rusiya imperatoru hezretlerine oz semimi dostluguna subut olaraq bu madde Ile hem oz adindan hem de oz vereseleri ve Iran taxt tacinin varisleri adindan yuxarida gosterilen serhed xetti arasinda Qafqaz sira daglari ve Xezer denizi arasinda yerlesen butun torpaqlarin ve butun adalarin bununla beraber hemin memleketlerde yasayan butun koceri ve basqa xalqlarin ebedi zamanadek Rusiya imperiyasina mexsus oldugunu tentene ile taniyir VI madde Iran sahi hezretleri her iki dovlet arasinda yaranmis muharibe ile Rusiya imperiyasina vurulmus xeyli ziyana hemcinin Rusiya tebeelerinin ducar oldugu qurbanlara ve itkiye hormet elameti olaraq onlarin evezini pul tezminati ile odemeyi ohdesine goturur Muqavileye qosulan her iki yuksek teref o mukafatin meblegini on kurur tumen raice ya iyirmi milyon gumus manat qerarlasdirmisdir onun vaxti odenis qaydasi ve teminati sozbesoz hazirki Traktata daxil edile bilecek quvveye malik olan xususi muqavilede qerarlasdirilmisdir VII madde Iran sahi hezretleri oz elahezret oglu sahzade Abbas Mirzeni oz veresesi ve taxt tacin varisi teyin etmek iltifatinda bulunan kimi Butun Rusiya imperatoru hezretleri Iran sahi hezretlerine oz dostluq munasibetlerini ve bu varislik qaydasinin tesdiqine komek etmek arzusunu aciq askar subut etmekden otru bundan sonra sahzade Abbas Mirze hezretlerinin simasinda Iran taxt tacinin veresesi ve varisini onun taxta cixmasindan sonra ise onu o dovletin qanuni hokmdari hesab etmeyi ohdesine goturur VIII madde Rusiya tacir gemileri evvelki qayda uzre Xezer denizinde ve onun sahilleri boyunca azad uzmek ve bununla beraber onlara yaxinlasmaq huququna malikdir gemi qezasi hallarinda Iranda onlara her cur komek edilmelidir Bu usulla Iran ticaret gemilerine de Xezer denizinde evvelki qayda ile uzmek ve Rusiya sahillerine yan almaq huququ verilir ki orada gemi qezasi hallarinda onlara qarsiliqli suretde her cur vesaitle komek gosterilmelidir Herbi gemilere geldikde ise qedimde oldugu kimi yalniz Rusiya herbi bayragi altinda olan herbi gemiler Xezer denizinde uze biler bu sebebden de evvelki mustesna huquq indi de onlara verilir ve tesdiq edilir ki Rusiyadan basqa hec bir dovletin Xezer denizinde herbi gemileri ola bilmez IX madde Butun Rusiya imperatoru hezretleri ve Iran sahi hezretleri her vasite ile onlar arasinda bu qeder xosbextlikle berpa olunmus sulh ve dostlugu berqerar etmeyi arzulayaraq muveqqeti tapsiriqlarin icrasi ve ya daimi qalmaq ucun bu ve ya o biri dovlete gonderilen yuksek saraylarin hokumetlerin sefirlerinin nazirlerinin ve isler muvekkillerinin onlarin derecesine raziliga gelen yuksek tereflerin serefine onlari birlesdiren semimi dostluga ve yerli adetlere uygun olaraq ehtiramla ve her birinin ayriliqda qebul edilmesini qarsiliqli suretde reva bilirler Xususi protokol ile bu ve ya o biri terefin emel etmesi ucun bu mezmunda merasim qerarlasdirilacaqdir X madde Butun Rusiya imperatoru Hezretleri ve Iran sahi hezretleri her iki dovlet arasinda ticaret elaqelerinin berpa olunmasini ve genislenmesini sulhun berqerar olmasinin en baslica xeyirxah neticelerinden biri saydiqlari ucun tam qarsiliqli raziliq esasinda hokm verdiler ki ticarete hamilik edilmesine ve qarsiliqli suretde tebeelerin tehlukesiziiyine aid olan butun serencamlar seadetle yoluna qoyulsun ve onlar onu qarsiliqli suretde muvekkiller terefinden baglanacaq bu sulh muqavilesinin eyni guclu hissesi sayilmali olan ve ona elave edilen ayrica Akt ile izah etsinler Iran sahi hezretleri qabaqlar oldugu kimi Rusiyaya ticaretin xeyrine teleb olunan her yere konsullar ve ticaret agentleri teyin etmek huququ verir ve ohdesine goturur ki her birinin mueyyeti on neferden cox olmayacaq konsul ve agentlere hamilik gostersin ki onlar oz rutbelerine verilmis san sovket ve ustunluklerden istifade etsinler Butun Rusiya imperatoru hezretleri oz terefinden Iran sahi hezretlerinin konsul ve ya ticaret agentlerine munasibetde tam qarsiliqliga emel etmeye ved verir Iran hokumetinin Rusiya agentine ve ya konsuluna esasli sikayeti olarsa Rusiya naziri sefiri ve ya sah hezretleri sarayi yaninda isler muvekkili ya da onlarin bilavasite reisi oz mulahizesine esasen gunahkari vezifesinden uzaqlasdira ve onu muveqqeti olaraq diger sexse hevale ede biler XI madde Qarsiliqli suretde tebeelerin butun telebleri ve muharibe ile dayandirilmis basqa isler sulh baglandiqdan sonra edaletle berpa olunacaq ve hell edilecekdir Qarsiliqli suretde tebeelerin oz aralarinda bu ve ya o biri hokumetin xezinesine muqavile teehhudleri derhal ve tamamile temin edilmelidir XII madde Barisiga gelen yuksek terefler tebeelerin xeyri ucun ozlerinin umumi raziligi uzre qarsiliqli suretde qerara almisdir onlardan Arazin her iki terefinden terpenmeyen emlaka malik olanlarina uc il vaxt verilmelidir ki onlar bu muddet erzinde onu azad suretde satsinlar ve deyissinler lakin butun Rusiya imperatoru hezretleri ona aidiyyati olduguna gore kecmis Irevan serdari onun qardasi Hesen xani ve kecmis Naxcivan hakimi Kerim xani bu iltifatli serencamdan kenar edir XIII madde Axirinci ve ya bundan qabaqki muharibenin gedisinde esir alinmis her iki terefin butun herbi esirleri bununla beraber her iki hokumetin ne vaxtsa qarsiliqli esir dusmus tebeeleri azad edilmeli ve dord ay erzinde qaytarilmalidir onlar heyati azuqe ve diger telebatlarla temin edilmeli ve onlari qebul etmek ve sonraki yasayis yerine yollamaga serencam vermek ucun her iki terefden ayrilmis komissarlara vermekden otru Abbasabada gonderilmelidirler Raziliga gelen yuksek terefler her iki terefden esir dusmus lakin olduqlari yerin uzaqligina ve ya basqa bir sebebe ve ya veziyyete gore gosterilen muddete qaytarila bilmeyecek butun herbi esirlere habele Rusiya ve Iran tebeelerine de bu yolla yanasacaqlar Her iki dovlet belelerinin her bir vaxt teleb edilmesinde ozune deqiq ve qeyri mehdud huquq verir ve ohdesine goturur ki onlar askar edildikde ve ya onlar haqqinda telebler alindiqda qarsiliqli suretde onlari bir birine qaytarsinlar XIV madde Raziliga gelen yuksek tereflerden hec biri axirinci muharibenin baslanmasinadek ve ya o vaxti digerinin tebeeliyine kecmis olan satqinlarin ve ferarilerin verilmesini teleb etmeyecekdir Iran hokumeti bu qacqinlardan bezilerinin ve onlarin kohne hemvetenlerinin ve ya hakimiyyeti altinda olanlarin arasinda qerezli elaqelerden qarsiliqli suretde bas vere bilecek zererli neticelerin qarsisini almaq ucun ohdesine goturur ki indi ve ya sonralar Rusiya hokumetinin adbaad gosterdiyi adamlarin Arazla Cara cayinin Urmiya golunun Cakatu cayinin ve Qiziluzen cayinin Xezer denizine tokulduyu yer arasinda yaratdigi hududdaki oz torpaqlarinda olmasini qadagan edecekdir Butun Rusiya imperatoru hezretleri oz terefinden Iran qacqinlarinin Qarabag ve Naxcivan xanliqlarinda ve Irevan xanliginin Araz cayinin sag sahilinde yerlesen hissesinde yurd salmasina ve ya yasamasina her hansi bir qerarda icaze vermeyeceyini ved edir lakin ozluyunde aydindir ki ancaq resmi rutbe dasiyan ve ya mueyyen leyaqet sahibi olan adamlara sexsi numuneleri nesihet ve gizli elaqeleri ile kecmisde onlarin idaresinde ve ya hakimiyyeti altinda olan evvelki hemvetenlerine zererli tesir gostere bilen xan bey ve dini reisler ve ya mollalara qarsi bu sertin gucu var ve olacaqdir Umumiyyetle her iki dovletin sakinlerine geldikde ise raziliga gelen yuksek terefler qerara alir ki her iki terefin bir dovletden o birine kecmis ve ya bundan sonra kececek tebeeleri onlarin kecdiyi hokumetin icaze verdiyi her yerde yurd sala ve yasaya biler XV madde Sah hezretleri oz dovletine sakitliyi qaytarmaq ve oz tebeelerinden hazirki muqavile ile bu qeder xosbextlikle basa catmis muharibede toredilmis bedbextlikleri daha da artira bilen her seyi kenar etmek kimi xeyirli xilasedici niyyetle hereket ederek Azerbaycan adlanan vilayetin butun ehalisine ve memurlarina busbutun ve tam bagislanma eta edir Hansi dereceye mexsus olmasindan asili olmayaraq onlardan hec kes oz hereketine ve ya muharibe erzinde ve ya Rus ordusunun adi cekilen vilayeti muveqqeti tutdugu zaman davranisina gore teqibe dini eqidesine gore tehqire meruz qalmamalidir Bundan basqa o memur ve sakinlere bu gunden baslayaraq oz ailesi ile birlikde Iran vilayetinden Rusiyaya serbest kecmek hokumet ve yerli reisliyin hec bir maneciliyi olmadan onlarin satliq malina ve ya emlakina esyalarina her hansi gomruk ve vergi qoyulmadan terpenen mulkiyyetini aparmaq ve satmaq ucun bir il vaxt verilir Terpenmeyen mulke geldikde ise onun satilmasi ve ya onun haqqinda ozxosuna serencam ucun bes illik muddet mueyyen edilir lakin bu bagislanma qeyd olunan bir illik muddet basa catanadek mehkeme cezasi dusen gunah ve ya cinayet islemis adamlara samil edilmir mehz bu maddeye esaslanaraq 10 minlerle ermeni ailesi Iran erazisinden Simali Azerbaycan erazisine kocurulmusdur Bunun hesabina da Simali Azerbaycanda xeyli demoqrafik deyisiklikler olmus ve gelecek hadiselerin esasi qoyulmusdur XVI madde Muvekkiller bu sulh muqavilesi imzalandiqdan sonra qarsiliqli suretde texire salinmadan tecili olaraq herbi emeliyyatlarin kesilmesi haqqinda butun yerlere xeber ve lazimi ferman gondermeiidir Eyni mezmunda iki nusxede tertib edilmis her iki terefin muvekkilleri terefinden imzalanmis onlarin gerbli mohurleri ile tesdiq edilmis ve qarsiliqli olaraq bir birine verilmis bu sulh muqavilesi butun Rusiya imperatoru hezretleri ve Iran sahi hezretleri terefinden tesdiq ve ratifikasiya edilmeli ve onlarin imzaladigi ratifikasiya metnleri tenteneli sekiide her iki terefin muvekkilleri terefinden dord ay erzinde ve ya mumkun olduqca daha tez deyisdirilmelidir Fevral ayinin 10 da Isanin anadan olmasinin 1828 ci ilinde Turkmencay kendinde baglanmisdir Car Rusiyasinin Irandaki sefirliyinde qirginEsas meqale Rusiyanin Tehrandaki sefirliyinde qetliam Muharibenin bitmesi ve muqavilenin imzalanmasindan sonra Iranda Rusiya eleyhine ab hava guclenmisdi 1829 cu ilin 11 fevral tarixinde qezebli kutle Tehrandaki Rusiya sefirliyine hucum ederek demek olar ki hamini qetle yetirdi Qetle yetirilenler icerisinde Rusiyanin Irandaki yeni sefiri Aleksandr Qriboyedov da daxil idi Aleksandr Qriboyedov Turkmencay muqavilesinin imzalanmasinda aktiv sekilde istirak etmekle yanasi hemcinin meshur rus dramaturqu olmusdur Mehz sirf onun seyi neticesinde Iran erazisinde yasayan ermenilerin Simali Azerbaycanin Naxcivan Irevan ve Qarabag bolgelerine kutlevi kocurulmeleri teskil edilmisdir Muasir medeniyyetde yeriMuharibenin bitmesinden sonra imzalanan Turkmencay muqavilesi XX ve XXI esr boyunca bir milletin ayriliginin simvolu halina gelmisdir Azerbaycan edebiyyatinda xususi movzuya cevrilen bir milletin ayri dusmesine onlarla eser hesr edilmisdir Bunlara Bextiyar Vahabzadenin Gulustan poemasini Suleyman Rustemin Tebrizim serini Sayman Aruzun Yuz il inqilab romanini Yusif Vezir Cemenzeminlinin Iki od arasinda romanini Xelil Rza Uluturkun eserlerini misal gostermek olar Bir milletin ayriligini musiqi sahesinde de gostermek ucun bestekar Eli Selimi 1958 ci ilde Ferhad Ibrahiminin Ayriliq serine musiqi bestelemisdir Simali Azerbaycanda Cenubi Azerbaycan hesretini simvollasdirmaq ucun XX esrin ortalarindan etibaren kisi adi kimi Tebriz adi cox yayilmisdir Xalq sairi ve Azerbaycan azadliq herekatinin rehberlerinden biri olan Xelil Rza Uluturk de Qarabag muharibesinde sehid olan ve Azerbaycan Respublikasinin Milli Qehremani olan ogluna Tebriz adi vermisdir Turkmencay muqavilesinin imzalandigi gun her il Simali Azerbaycanda ve Cenubi Azerbaycanda gizli ve ya aciq sekilde qeyd edilir Qalereyasaxlanilan Turkmencay sulhu topu Milli Azerbaycan Tarixi Muzeyinde saxlanilan ve Turkmencay muqavilesi xatire sikkesi Muqavilenin imzalanma merasimiHemcinin baxGulustan muqavilesi Ikinci Rusiya Iran muharibesiEdebiyyatSuleyman Eliyarli Azerbaycan tarixi Baki Azerbaycan nesr 1996 Xarici kecidlerTurkmencay muqavilesinin orijinal metni rusca Turkmencay muqavilesinin orijinal metni elyazmada farsca Zapiska o pereselenii armyan iz Persii v nashi oblasti 2016 01 13 tarixinde Istifade tarixi 2018 09 25 Zirisnky M Reza Shah s abrogation of capitulation 1927 1928 in The Making of Modern Iran State and Society Under Riza Shah 1921 1941 London 2013 Mikaberidze Alexander Historical Dictionary of Georgia Rowman amp Littlefield 2015 Azerbaycan tarixi 7 cildde III cild Baki 1999 Turkmencay muqavilesinin metni PDF 2020 03 03 tarixinde PDF Istifade tarixi 2018 09 25 Hopkirk Peter The Great Game The Struggle for Empire in Central Asia London Kodansha Globe 1997 Vikimenbede Turkmencay muqavilesi ile elaqeli melumatlar var