Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra ilə təltif olunub.
Xəlil Rza Ulutürk | |
---|---|
Doğum tarixi | 21 oktyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1994 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1948–1994 |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti va davranışı ilə müəllimlərin, valideynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır.
Həyatı
Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. 1948-ci ildə "Abşeron" adlı ilk şeirini yazmışdır. 1949–1954-cü illərdə ADU-nun filologiya fakültəsinin jurnalistlika şöbəsində təhsil almışdır.
1950–1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955–1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu — "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945–1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli-bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər."
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafik əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanları məhdudlaşdırlır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışılır. Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.
Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Təbriz Xəlilbəylinin atasıdır.
1950-ci illərdə "ov" imzası ilə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb.
1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmır. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır, yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.
1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıqfikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya — Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Xəlil Rza 1990-cı il yanvarın 29-dək — 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün — 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından başlayaraq Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirmişdir.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır, lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) ilə təltif edildi.
Əsərləri
- Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
- Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
- Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
- Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
- Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
- Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
- Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
- Türkün dünyası. Bakı: "Qorqud" nəşriyyatı, 1994, 351 səh.
- Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
- Bağışla, ey Vətən. Bakı: "Qorqud" nəşriyyatı, 1996, 146 səh.
- Ömür kitabını yazan şairə. Bakı: "Mütərcim" nəşriyyatı, 1998, 110 səh.
- Lefortovo zindanında. Bakı: "Azərbaycan" Nəşriyyatı, 1998, 240 səh.
- Xəlil Rza: Seçilmiş əsərləri, iki cilddə. "Şərq-Qərb" Nəşriyyatı, 2005.
- Xəlil Rza: Seçmələr. Bakı: "Kitab Klubu", 2015.
Səsləndirilmiş əsərləri
- Laləzar Mustafayeva — "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram"
İstinadlar
- "X. R. Xəlilova (Xəlil Rza Ulutürkə) "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 aprel 1992-ci il tarixli, 699 nömrəli Fərmanı 2021-08-19 at the Wayback Machine (az.)
- X. Rza. "Ömür kitabı"nı yazan şairə. Bakı, 1998, səh. 5. (az.)
- "26-lar"ın müəllifi Xəlil Rza Ulutürkdür" — Gündəm yaradacaq İDDİA 2017-09-25 at the Wayback Machine. atv.az (az.)
Xarici keçidlər
- Xəlil Rzanın şəxsi saytı 2005-03-19 at the Wayback Machine
- Xəlil Rza zindanda [ölü keçid]
- Xəlil Rza Ulutürkün doğum günüdür
- Ağadadaş Ağayev — Xəlil Rza Ulutürk -Gəldin
- https://oxu.az/society/607329
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xelil Rza Uluturk 21 oktyabr 1932 Pirebbe Salyan rayonu 22 iyun 1994 Baki sair tenqidci edebiyyatsunas tercumeci 1954 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu filologiya elmleri doktoru 1969 Azerbaycanin emekdar incesenet xadimi 1986 M F Axundov adina edebi mukafat laureati 1991 Azerbaycan Respublikasinin xalq sairi 1992 Olumunden sonra Istiqlal ordeni ile teltif olunub Xelil Rza UluturkDogum tarixi 21 oktyabr 1932 1932 10 21 Dogum yeri Pirebbe Salyan rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 22 iyun 1994 1994 06 22 61 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri Fexri XiyabanUsagi Tebriz XelilbeyliTehsili Baki Dovlet UniversitetiFealiyyeti sairFealiyyet illeri 1948 1994Eserlerinin dili Azerbaycan diliMukafatlari Vikianbarda elaqeli mediafayllar Xelil Rza Uluturk Azerbaycan edebiyyati tarixine azadliq carcisi kimi daxil olub Azerbaycanin sevimli sairine cevrilen Xelil Rza Uluturk hele mekteb illerinden oz calisqanligi feraseti va davranisi ile muellimlerin valideynlerin regbetini qazanmisdi Sair orta mektebde oxudugu illerde edebiyyata sonsuz heves gosterib butun eserlerinde xalqi dusmenlere qarsi mubarizeye seslemisdir Yaradiciligi boyu eserlerinde Veten mehebbeti torpaq sevgisi sulh emin amanliq azadliq kimi deyerler terennum olunmusdur Azerbaycani seven onun musteqil dovlet olmasi arzusu ile yasiyan va carpisan Xelil Rza Uluturkun butun zencirleri yox etmek zulmun qarsisina sedd cekmek isteyi onu azadliq sairine cevirdi Xelil Rza Uluturk edebiyyatimizin inkisafina boyuk tohfeler veren senetkarlardandir HeyatiXelil Rza Uluturk 21 oktyabr 1932 ci ilde Salyanda anadan olmusdur 2 sayli seher orta mektebinde tehsil almisdir Salyan seher kitabxanasinin edebiyyat derneyinin uzvu olmusdur 1948 ci ilde Abseron adli ilk seirini yazmisdir 1949 1954 cu illerde ADU nun filologiya fakultesinin jurnalistlika sobesinde tehsil almisdir 1950 1960 ci illerde Azerbaycan Pedaqoji Universitetinde bas muellim islemisdir 1954 cu ilde Azerbaycan Dovlet Universitetini bitiren Xelil Rza emek fealiyyetine Azerbaycan qadini jurnali redaksiyasinda baslamisdir O burada edebi isci vezifesinde calisdigi iki ilde 1955 1957 dovri metbuatda cap etdirdiyi meqale ve serlerle edebi ictimaiyyetin diqqetini celb etmisdir 1954 cu ilde Xelil Rza SSRI Yazicilar ittifaqinin uzvu secilir Onun ilk serler toplusu Bahar gelir 1957 kitabi da nesr olunur 1957 ci ilin avqust ayinda Azerbaycan Yazicilar Ittifaqi Xelil Rzani Moskvaya M Qorki adina Dunya Edebiyyat Institutu nezdinde olan ikiillik Ali Edebiyyat kurslarina gondermesi de genc sairin geleceyine inamla bagli idi Xelil Rza Institutda rus edebiyyatinin gorkemli senetkari Pavel Antokolskinin rehberlik etdiyi bolmede poeziyanin nezeri esaslarini oyrenmekle yanasi dunya xalqlarinin medeni irsi ile yaxindan tanis olmusdur Moskvada tehsil illerinde gorkemli rus sairi Samuil Marsakin evinde ve Yasnaya Polyanada dahi Lev Tolstoyun xatire muzeyinde olmasi Leninqrada Ermitaj xezinesine kollektiv seferi Nazim Hikmet ve Mixail Soloxovla gorusleri genc sairin xatiresinde derin izler buraxmisdir 1959 cu ilde Xelil Rza Bakiya qayitdiqdan sonra Azerbaycan Dovlet Pedaqoji Institutunun aspiranturasinda tehsilini davam etdirmisdir O 1963 cu ilde Muharibeden sonraki Azerbaycan sovet edebiyyatinda poema janri 1945 1950 movzusunda yazdigi dissertasiyani ugurla mudafie etmis filologiya elmleri namizedi elmi derecesine layiq gorulmusdur Onu institutda muellim kimi saxlamislar Telebe auditoriyasina muellim kimi daxil oldugu gunden Xelil Rza ders proqrami cercivesi ile mehdudlasmamis vetenperverlik ruhlu muhazirelerinde qedim milli beseri deyerlerimizden ve dogma dilimizden urek yangisi ile sohbet acmisdir Xelil Rza Azerbaycan dilinin safligi ecnebi dilin tesirine meruz qalmamasi ucun ozunemexsus mubarize yolu da secmisdi Harada olursa olsun dogma dilinde temiz danismayan musahibinden esitdiyi her yabanci kelme ucun 5 qepik cerime teleb eder danisigindan memnun qaldigi soydaslarini bir manat mebleginde mukafatlandirardi Belelikle o muasirlerinin diqqetini ana dilinin safligini qorumaga celb etmeye diger terefden ruslasdirma siyasetine qarsi mubarize aparmaga calisardi Elbette butun bunlar dovletin hakim dairelerinin nezer diqqetinden yayinmir cox cekmir ki onun ictimai pedaqoji fealiyyeti mehdudlasdirilir Bilik cemiyyeti yolu ile Azerbaycan rayonlarina gonderilmesi qadagan olunur Sair Sabir Rustemxanli yazir Xelil Rzani basa dusmeyenler cox idi Onun cesaretli vetendasliq serlerini dinlemekden bele qorxanlarin sayi min min idi O kursuye qalxanda durub salonu terk edirdiler Xelilin antisovet antiimperiya cixislarina delilik kimi baxanlar onun sesini kesmeye calisan yuksek kursulere yolunu baglayan onu kiciltmek isteyenler Xelil Rza istedadinin Allah vergisi oldugunu sairin Allah hokmu ile danisdigini derk ede bilmirdiler Xelil Rza Azerbaycan Dovlet Pedaqoji Institutundan uzaqlasdirilir Onu Azerbaycan Milli Elmler Akademiyasinin Nizami Gencevi adina Edebiyyat Institutuna devet edirler Burada Xelil Rza butun quvvesini elmi tedqiqat isine ve bedii yaradiciliga hesr edir Azerbaycan Ozbek edebi elaqeleri Maqsud Seyxzadenin heyat ve yaradiciligi haqqinda monoqrafik eserler uzerinde calisir Buna baxmayaraq Xelil Rza yene de subheli sexs kimi teqib olunur onun imkanlari mehdudlasdirlir tehlukeli ictimai mubarize yolundan cekindirmeye calisilir Xelil Rza Uluturkun atasi Rza Uluturkdur Azerbaycanin Milli Qehremani Qarabag muharibesi sehidi Tebriz Xelilbeylinin atasidir 1950 ci illerde ov imzasi ile xeyli sayda Sovet dovrunu terennum eden poemalar yazib 1984 cu ilde sairin Omurden uzun geceler adli kitabi ve SSRI xalqlarinin dillerinden tercume edilmis poetik eserlerden ibaret Qardasliq celengi toplusu ictimaiyyet terefinden Azerbaycan SSR Dovlet mukafatina teqdim olunsa da hakim dairelerin etinasizligi ile qarsilandi Bu soyuq munasibet onu sarsitmir Sairin en boyuk vezifesini yazib yaratmaqda goren Xelil Rza yorulmadan var quvvesi ile calisir yeni serleri elmi arasdirmalari ile teselli tapir 1985 ci ilde Maqsud Seyxzadenin bedii yaradiciligi ve Azerbaycan Ozbek edebi elaqelerinin aktual problemleri movzusunda doktorluq dissertasiyasi mudafie edir 1986 ci ilde Azerbaycan edebiyyatinin inkisafindaki xidmetlerine gore ona Emekdar incesenet xadimi fexri adi verilib 1980 ci illerin axirlarinda xalq azadliq herekati genislendiyi zaman Xelil Rzanin gur sesi Azerbaycanin butun regionlarinda esidilirdi O butun varligi ile xalq herekatina qosulmusdu her yerde rus sovinist siyasetini Dagliq Qarabag torpagina tecavuz eden ermeni dasnaklarini odlu alovlu cixislari ile ifsa edirdi Son gunlerini yasayan sovet imperiyasi omrunu uzatmaq ucun 1990 ci ilin yanvarinda Azerbaycanin paytaxti Bakida dinc ehaliye vehsicesine divan tutdu Bu qetliam soyqirim siyaseti Qorbacovun ve onun elaltilarinin iradesi ile icra edilirdi Butun dunyanin aciqfikirli adamlari bu aksiyani beser tarixinde misli gorunmemis qetliami lenetle qarsiladilar Sovet ordusu terkibinde zirehli tanklarla herbi gemiler ve muasir silah novleri ile yaraqlanib xususi tapsiriqla Bakini gullebaran edenlerin toretdiyi cinayetler Xelil Rzani sarsitmisdi O butun quvvesi ile gece gunduz dinclik bilmeden ureyini mesele cevirib xalqi dusmenlere qarsi mubarizeye sesleyirdi xarici olke jurnalistlerine verdiyi musahibelerde 20 Yanvar hadiselerini Qorbacovun ve onun elaltilarinin qanli emellerini dunya ictimaiyyetine catdirmaga calisirdi 1990 ci il yanvarin 26 da Xelil Rza SSRI Dovlet Tehlukesizlik Komitesinin emekdaslari terefinden hebs edilib Moskvaya Lefortovo hebsxanasina gonderilir Aramsiz sorgu sual agir ittiham sairin iradesini qira bilmir o zindanda da mubarizesini davam etdirir 8 ay 13 gun oz muhitinden tecrid olunmus sair odlu alovlu qelbinin isiginda Lefortovo gundeliyini 200 den cox seir poema ve mektubunu qeleme alir Bu eserler mubariz sairin ictimai siyasi dunyagorusunu eks etdirmekle yanasi oz siqleti bedii deyeri mezmunu cehetden milli poetik fikri zenginlesdiren misilsiz abidedir Lefortovo gundeliyi sairin qebul etdiyi Uluturk texellusunun vesiqesidir Xelil Rza 1990 ci il yanvarin 29 dek 40 illik edebi bedii yaradiciligi dovrunde oz eserlerini Xelil Xelilov Xelil Xelilbeyli Xelil Odsever Xelil Rza texellusleri ile cap etdirmisdi Xelil Rza Uluturk texellusu ise sairin kecdiyi mubarize yolunun edebi menevi axtarislarinin mentiqi neticesi idi Sair omrunun son illerinde dord il bes ay 22 gun 1994 cu il iyun ayinin iyirmi ikisinedek dunyasini deyisen gunedek yazdigi serlerde ve nesr etdirdiyi kitablarda Xelil Rza Uluturk imzasini qoymusdur Sairin vefatindan sonra onun omur gun yoldasi vefadar Firengiz xanim XX esrin axirlarindan baslayaraq Xelil Rzanin serlerini gundeliklerini ve tercumelerini sahmana salib sanballi kitab halinda Xelil Rza Uluturk imzasi ile nesr etdirmisdir Lefortovo hebsxanasinda seker xesteliyi olan Xelil Rzanin sehheti pozulmusdu 1990 ci il oktyabrin 9 da yatab qatarinda Moskvadan Bakiya getirilen Xelil Rza bir ay davam eden mehkeme prosesinden sonra azadliga buraxildi 1991 ci il mayin 6 da Xelil Rza Turk milleti mukafati laureati fexri adina layiq gorulur Bir ilden sonra 1992 ci ilde ona Azerbaycan Respublikasinin Xalq sairi fexri adi verilir Suleyman Demirelin tapsirigi ile cerrah Pasa adina Sefa evinde onun sekerini ve gozlerini mualice edirler May ayinin 19 da Hesaki Qelb xestexanasinda Xelil Rzanin ureyinde cerrahiyye emeliyyati aparilir 1993 cu il fevral ayinin 11 de Bakiya qayidan Xelil Rza ayagindan cixarilan sirimin yeri bitismediyinden mualice komissiyasinda hekimlerin nezareti altinda saxlanilir lakin cox cekmir ki hekimlerin meslehetine gore sairi Almaniyaya gonderirler 1993 cu il avqust ayinin 23 de Xelil Rza Firengiz xanimla Baki Istanbul Koln teyyare marsurutu ile Almaniyaya gedir Zolenger seher klinikasinda mualicesini davam etdirir Bakiya qayidan Xelil Rzanin bir muddetden sonra yene veziyyeti agirlasir onu Kardiologiya Institutunda mualice edirler Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyevin Fransaya resmi seferi zamani Xelil Rza ve Firengiz xanim da numayende heyetinin terkibine daxil edilmisdi Bu tarixi sefer Xelil Rzanin son seferi oldu Fransa seferinden sonra tez tez on cebhe bolgelerinde mekteb ve medeniyyet ocaqlarinda goruslerde cixislar edib serler oxumasi narahat heyat terzi yaradiciliqla ciddi mesgul olmasi onu haldan salib veziyyetini agirlasdirdi 1994 cu il iyunun 22 de bedii yaradiciliginin barli beherli caginda sairin veten esqi xalq mehebbeti ile cirpinan ureyi doyunmekden qaldi Xelil Rza Uluturk Fexri Xiyabanda defn olundu onun mezari ustunde sairin ezemetli heykeli yukseldildi Azerbaycan xalqinin milli mubarizesinde xususi xidmetlerine gore xalq sairi Xelil Rza Uluturk olumunden sonra Istiqlal ordeni ile teltif edildi EserleriBahar gelir Baki Usaqgencnesr 1957 40 seh Seven gozler Baki Azernesr 1959 84 seh Menden baslanir vetenim Baki Yazici 1988 338 seh Davam edir 37 Baki Genclik 1992 528 seh Ayla gunes arasinda Baki Yazici 1992 548 seh Qehreman Tebrizim Baki Genclik 1994 348 seh Uzun suren genclik Baki Azernesr 1994 435 seh Turkun dunyasi Baki Qorqud nesriyyati 1994 351 seh Men Serqem Baki Elm 1994 766 seh Bagisla ey Veten Baki Qorqud nesriyyati 1996 146 seh Omur kitabini yazan saire Baki Mutercim nesriyyati 1998 110 seh Lefortovo zindaninda Baki Azerbaycan Nesriyyati 1998 240 seh Xelil Rza Secilmis eserleri iki cildde Serq Qerb Nesriyyati 2005 Xelil Rza Secmeler Baki Kitab Klubu 2015 Seslendirilmis eserleri Lalezar Mustafayeva Azadligi istemirem zerre zerre qram qram Istinadlar X R Xelilova Xelil Rza Uluturke Azerbaycan Respublikasinin xalq sairi fexri adinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 24 aprel 1992 ci il tarixli 699 nomreli Fermani 2021 08 19 at the Wayback Machine az X Rza Omur kitabi ni yazan saire Baki 1998 seh 5 az 26 lar in muellifi Xelil Rza Uluturkdur Gundem yaradacaq IDDIA 2017 09 25 at the Wayback Machine atv az az Xarici kecidlerVikikitabda Xelil Rza Uluturk Biblioqrafiya movzusuna dair metn var Xelil Rzanin sexsi sayti 2005 03 19 at the Wayback Machine Xelil Rza zindanda olu kecid Xelil Rza Uluturkun dogum gunudur Agadadas Agayev Xelil Rza Uluturk Geldin https oxu az society 607329