Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır.Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.
Rusların Xəzər yürüşləri | |
---|---|
Yeri | |
944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi.
Arxa plan və ilk basqınlar
Ruslar ilk olaraq tacir kimi Xəzər dənizinə bitişik müsəlman ərazilərini ziyarət etdilər. IX əsrin əvvəllərinə qədər qədim skandinavlar şimal-şərqi Rusiyada məskunlaşdılar. Burada onlar Volxov çayının Ladoqa gölünə girişindən təqribən 6 mil (9.7 km) cənubda Aldeyqya (slavyanca: Ladoqa) adlanan koloniya qurdular. Buradan onlar Dnepr ticarət yoluyla Bizans imperiyasıyla və Volqa ticarət yoluyla Xəzər dənizi ətrafı müsəlman əraziləri ilə ticarət etməyə başladılar. IX əsrin axırlarında ibn Xordadbeh təsvir edir ki, aşağı Volqadakı ticarət bölgəsində ruslar xəzərlərdən mal alır və onları Xəzər şəhərlərindəki bazarlarda satırdılar; bu tacirlər xəz, bal və kölə gətirirdilər. Hətta rusların kiçik qrupları öz mallarını satmaq üçün dəvə üzərində Bağdad qədər uzaq yerlərə gedirdi; onların avropalı kölələri onlar üçün tərcümə edirdi.
Tomas Nunen təklif edib ki, ruslar 800-cü il kimi erkən bir vaxtda Bağdada çatmışdılar; bu fikri Sankt-Peterburq yaxınlığındakı Peterhofda 804–805-ci ildən əvvələ məxsus olan sasani, ərəb və sasani-ərəb dirhəmlərinin tapılması dəstəkləyir. İbn Xordadbehin təsvirində ruslar "Sakalibanın bir növü"dür. Bu termin, əsasən, slavyanlar üçün istifadə edilir və qədim skandinav əleyhdarı alimlər bunu rusların skandinav yox, slavyan olmasının göstəricisi kimi izah edirlər. Qədim skandinav tərəfdarı alimlərin izahında Sakaliba sözü Mərkəzi, Şərqi, Şimal-şərqi Avropanın sarı saçlı, qırmızı sifətli bütün əhalilərinə aid edilir. Beləliklə, İbn Xordadbehin sözləri müəmmalıdır.
Rusların ilk Xəzər basqınları 864–884-cü illərdə Təbəristan hakimi olmuş Həsən ibn Zeydin dövründə baş verib. Ruslar Xəzər dənizində yelkən açdılar və onun şərq sahilinə, Abeskuna uğursuz hücum etdilər. Bu basqın böyük ehtimalla kiçik miqyaslı idi. İkinci basqın 909-cu il və ya 910-cu ildə baş verdi və əvvəlki hücum kimi hədəf Abaskun idi; bu ekspediyada yalnız 16 gəmi iştirak edirdi və kiçik miqyaslı idi. Üçüncü kiçik basqın 911-ci il və ya 912-ci ildə baş verdi.
914-cü il basqını
Rusların ilk böyük miqyaslı ekspedisiyaları 914-cü ildə baş verdi. 500 gəmidən ibarət donanma xəzərlərin ölkəsindən Xəzər dənizinin cənub sahillərinə çatdı. Xəzərlərin torpağından sakitçiliklə keçmək üçün ruslar qənimətlərinin yarısını xəzərlərə söz verdilər. Onlar dəniz vasitəsilə Dnepr çayından Qara dənizə, sonra Azov dənizinə, ordan Don çayına keçdilər. Sonra yolla (bir-birinə yaxın iki çay arasında zolaqla) Volqaya, ordan da Xəzər dənizinə keçdilər.
Ruslar Abaskun ətrafındakı Qorqan regionuna hücum etdilər və getdikləri kəndləri qarət etdilər. Ruslar Xəzər dənizinin cənub-qərbi hissəsindəki adalara yaxın yerdə lövbər salanda onları məğlub etmə cəhdi alınmadı və onlar daha sonra istədikləri kimi hərəkət etmək və basqınlar həyata keçirməyə qadir oldular. Dəniz boyunca ruslar Bakıya basqın etdilər, üç günlük məsafədəki yerlərə qədər dolaşdılar. Onlar Arran, Beyləqan və Şirvan ərazilərini qarət etdilər. Bacardıqları qədər hər yeri soydular, qadın və uşaqları qul olaraq apardılar. Ruslar evə qayıdarkən onların etdiyi işlərin sədası onlardan qabaq gəlib çatdı. Volqa deltasında Xəzər xaqanlığının müsəlmanları və həmçinin bəzi xristianları onlara hücum etdi. Görünür, Xəzər xaqanı da bu hücumun edilməsinə razı idi. Məsudiyə görə qaçanlar Bərtaş və İdil bulqarları tərəfindən məğlub edildi.
944-cü il basqını
görə ikinci böyük miqyaslı basqın 944-cü ildə I İqor rusların ali lideri olduğu zaman baş verdi. 944-cü il ekspedisiyasında ruslar Kür çayında Qafqazın dərinliyinə doğru hərəkət etdilər, Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdilər və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər.İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular. Ruslar sakinlərdən şəhəri tərk etmələrini tələb etdi. Bu ultimatum rədd edildi və ruslar insanları öldürməyə və fidyə üçün çoxunu əllərində saxlamağa başladılar. Bu qırğın danışıqlar üçün qısa da olsa dayandırıldı. Ancaq danışıqlar da pozuldu. Ruslar Bərdə də bir neçə ay qaldılar və şəhəri qonşu əraziləri talan etmək və əhəmiyyətli dərəcədə qənimət toplamaq üçün mərkəz olaraq istifadə etdilər.
Ruslar arasında xəstəliyin yayılmasına görə Bərdə şəhəri xilas oldu.İbn Miskəveyh yazır ki, ruslar "həddindən artıq burada bir çox növü olan meyvəyə mübtəla olmuşdular. Bu onlar arasında epidemiyaya səbəb oldu . . . və beləcə onların sayı azalmağa başladı." Ruslar arasında yayılan epidemiyadan ürəklənən müsəlmanlar şəhərə yaxınlaşdılar. Başçıları uzunqulaq sürən ruslar uğursuz həmlə etdilər. 700 döyüşçülərini itirdikdən sonra ruslar mühasirəyə düşməkdən qorxdular və Bərdə qalasına sığındılar. Burada onlar müsəlmanlar tərəfindən mühasirəyə alındılar. Xəstəlikdən və mühasirədən yorulan ruslar "öz məhəllərini qurduqları qalanı gecə vaxtı tərk etdilər, götürə biləcəkləri qədər xəzinə, daş-qaş və gözəl paltarları öz arxalarında daşıdılar, istədikləri oğlanları və qızları götürdülər və Kür çayına doğru hərəkət etdilər. Burada öz ekipajları ilə hazır şəkildə onları evlərindən bura qədər gətirən gəmilər və onların qənimətin bir hissəsini verdikləri 300 rus gözləyirdi." Bundan sonra müsəlmanlar rusların qəbirlərindən basdırılarkən yanlarında olan silahları çıxaltdılar.
Georgi Vernadskiy təklif edib ki, Oleq Veşiy Bərdəyə hücum edən rusların uzunqulaq sürən başçısıdır. Vernadskiy Oleqi adı çəkilən Helqu ilə eyniləşdirir. Sənədə görə Helqu gəmi ilə İrana gedib və 941-ci ildə uğursuz Konstantinopol hücumundan sonra orada ölüb. Ancaq Lev Qumilyov rusların lideri haqqında danışarkən fərziyyə yürüdür ki, bu lider 945-ci ildə var-dövləti qeydə alınan, Varyaqlardan olan ataman Svenelddir.
Xəzər xaqanlığının dağıdılması
Xəzərlər və ruslar arasındakı konfliktin kökləri haqqında mənbələr aydın məlumat vermir. Beləliklə, bir çox ehtimallar irəli sürülür. Ruslar Volqa ticarət yoluna nəzarəti xəzərlərdən almaqda maraqlı idilər, ona görə ki xəzərlər Volqa ilə daşınan mallardan vergi alırdılar. Eyni zamanda Bizansın təhriki də əhəmiyyətli rol oynadı. Xəzərlər erməni mənşəli Bizans imperatoru Roman I Lakapinin hakimiyyətinə qədər müttəfiq idilər. Roman I Lakapin imperiyasının yəhudilərini təqib etdirdi. Kembric sənədinə görə, Xəzər xaqanlığının hökmdarı İosif "çoxlu xristianları öldürərək" yəhudilərin təqib edilməsinə cavab verdi və Roman I Lakapin Oleq Veşiyi (Kembric sənədində Helqu adlanır) Xəzər xaqanlığı əleyhinə qızışdıraraq intiqam aldı.
Konfliktin qızışma səbəbi 913-cü il basqınına cavab olaraq xəzərlərin Volqa boyu keçidi bağlaması da ola bilər. Təqribən 950–960-cı illərdə yazılmış Xəzər yazışmalarında Xəzər xaqanı İosif özünün rus basqınlarına qarşı Xəzər regionundakı müsəlman xalqlarının müdafiəçisi kimi rolunu qeyd edir: "Mən onlara (ruslara) qarşı müharibə etməliyəm. Çünki əgər mən hər hansı bir şəkildə onlara fürsət versəm, onlar Bağdada qədər olan bütün müsəlman torpaqlarını viran qoyacaqlar." Təqribən 912-ci ildə Xəzər ordusunun müsəlman ünsürləri və rus talançıları arasında baş verən erkən konflikt rusların xəzərlərlə düşmənçilik etməsinə səbəb ola bilər.
965-ci ildə I Svyatoslav Xəzər xaqanlığına qarşı müharibəyə başladı. O, oğuzları və peçeneqləri bu yürüş üçün, bəlkə də Xəzər ordusunun güclü süvarilərinə qarşı durmaları üçün orduya aldı. Svyatoslav təqribən 965-ci ildə xəzərlərin Sarkel şəhərini dağıtdı və Krımdakı Kerç şəhərini soydu. O, sonra (böyük ehtimalla 968-ci il və ya 969-cu ildə) Xəzər xaqanlığının paytaxtı İdili də dağıtdı. Svyatoslavun yürüşündən sonra İdilə gələn qonaq yazırdı: "Ruslar hücum etdilər və nə üzüm, nə kişmiş qaldı, nə də budaqda yarpaq." İbn Havqəl Səməndərin talanmasını qeyd edən yeganə müəllifdir. Bundan sonra ruslar "Rum və əl-Əndəlus" üçün yola çıxdılar.
Svyatoslavun yürüşü Xəzər xaqanlığının tərəqqisini və müstəqilliyini gözlənilmədən sona gətirdi. Xəzərlərin imperiya gücünün məhv edilməsi Kiyev ruslarının çöllər və Qara dəniz boyunca davam edən şimal-cənub ticarət yollarında ağalıq etməsinə səbəb oldu. Bu ticarət yolları əvvəllər Xəzər xaqanlığının əsas gəlir mənbəyi idi. Svyatoslavunun yürüşləri meşə və çöl arasındakı keçici ərazidə demoqrafiya və mədəniyyəti böyük miqdarda dəyişərək Saltovo-Mayaki mədəniyyəti regionunda slavyanların məskunlaşmasını artırdı.
Sonrakı ekspedisiyalar
987-ci ildə Dərbənd əmiri Maymun yerli hakimlərə qarşı mübarizə aparmaq üçün ruslardan kömək istədi. Çoxu, ehtimal ki, təcrübəli əsgər olan ruslar 18 gəmidə gəldilər. Necə qəbul olunacaqlarını bilmədiklərinə görə onlar vəziyyəti öyrənmək üçün yalnız bir gəmi göndərdilər. Gəmi ekipajı yerli insanlar tərəfindən qətlə yetiriləndə ruslar Məsqət şəhərini soymaq üçün getdilər. 989-cu ildə eyni Maymunun rus tacirləri islama döndərmək və ya öldürmək üçün ona verməsini tələb edən yerli xətibin təklifini rədd etdiyi qeyd edilmişdir. Sonrakı mübarizədə Maymun şəhərdən çıxardıldı və rus əsgərlərini təslim etməyə məcbur edildi. Ancaq 992-ci ildə Maymun şəhər qayıtdı.
1030-cu ildə ruslar Şirvan ərazisinə yürüş etdilər. Gəncə hakimi Beyləqandakı üsyanı yatırmağa kömək etmələri üçün onlara çoxlu pul ödədi. Sonra ruslar evlərinə qayıtdılar. Bir mənbəyə görə, 1031-ci ildə ruslar qayıtdılar. Ancaq Bakı yaxınlığında məğlub edildilər və qovuldular. 1032-ci ildə ruslar yenə Şirvana yürüş etdilər; bu yürüşdə onların müttəfiqi alanlar və idi. Yerli müsəlmanlar 1033-cü ildə rusları məğlub etdi. Bu basqınçıların hansı qrupa aid olması aydın deyil. Omelyan Priçak təklif edir ki, onlar Terekin estuarisi yaxınlığındakı mərkəzdən idarə edilirdilər və əsas evləri Tmutarakanda idi. Priçak həmçinin fərz edir ki, Xəzər hövzəsindən idarə edilən ruslar qısa müddət sonra Xarəzmdəki güc mübarizəsində oğuzlara kömək etdilər.
Səyyah İnqvarın saqası 1041-ci ildə vikinqlərin Xəzərə son ekspedisiyasını təsvir edir və böyük ehtimalla təqribən eyni vaxtda Bizans imperiyası və Gürcüstan krallığı arasında baş verən Sasireti döyüşü ilə bağlıdır. Bu döyüşdə varyaqlar da iştirak etmişdi; saqada əfsanə tarixi faktlarla birləşib. Bu ekspedisiya Səyyah İnqvar tərəfindən İsveçdən başlayıb. Səyyah İnqvar Volqa üzərindən sarazenlərin torpağına (qədim skandinav dilində Serkland) getdi. Bu yürüşlə bağlı olaraq sayı iyirmi altıdan az olmayan İnqvar rünik daşları var. Onlardan iyirmi üçü İsveçdəki Melaren gölü ərazisindədir. Bu rünik daşlar sarazen torpaqlarına İnqvarla birlikdə gedən isveçli döyüşçülərə aiddir. Bu ekspedisiyasının məqsədi, böyük ehtimalla, bulqarların və xəzərlərin artıq mane olmadığı qədim ticarət yollarını bərpa etmək idi. İnqvarın qardaşına həsr edilmiş daş göstərir ki, o, qızıl üçün şərqə gedib, ancaq sarazen torpaqlarında ölüb. Bundan sonra skandinaviyalılar Baltik və Xəzər dənizləri arasındakı yolu bərpa etmək üçün heç bir cəhd etmədilər.
Xaqani Şirvani 1173-cü il və ya 1174-cü ildə Şirvan işğalından bəhs edir. Xaqani qəsidələrində rusları və xəzərləri, rusları və alanları, rusları və sərirləri işğalçı olaraq adlandırır. Piter Qolden iddia edir ki, Xaqaninin adını çəkdiyi ruslar 73 gəmidə gələn Volqa piratlarıdır. Yevgeni Paxomov və Vladimir Minorski fikirləşir ki, işğal Dərbənd hökmdarı Bək-Bars b. Müzəffər tərəfindən başladılıb. Minorskiyə görə, Bek-Barsın təşəbbüsü Kiyevdən müstəqil idi və o, gələcək kazakların prototipi olan, cənubda dolaşan muzdlu dəstələrini istifadə etmiş olmalıydı.Şirvanşah I Axsitan Gürcüstan kralı III Georgiyə kömək və birləşmiş ordu üçün müraciət etdi. Bu orduda Axsitanın xalası oğlu, gələcək Bizans imperatoru Andronik Komnen də iştirak edirdi. Onlar işğalçıları məğlub etdilər və Şabran qalasını ələ keçirdilər. Gürcü mənbələri bu hadisə ilə bağlı rusların yox, xəzərlərin adını çəkir.
Nəticə
IX əsrin sonundan başlayan slavyan basqınları ilə Azərbaycan xalqı tarixdə ilk dəfə Xəzər dənizindən hücuma məruz qaldı. Azərbaycanda vahid dövlətin olmaması, daxili çəkişmələr, həmçinin Xəzərdə hərbi donanmanın yoxluğu bu hücumların qarşısını almağa imkan vermədi.
İstinadlar
- Logan (1992), p. 201
- Brøndsted (1965), pp. 64–65
- Logan (1992), p. 200
- Noonan (1987–1991)
- "Rus". Encyclopaedia of Islam
- Abaskun, first recorded by as Socanaa, was documented in Arab sources as "the most famous port of the Khazarian Sea". It was situated within three days' journey from . The southern part of the Caspian Sea was known as the "Sea of Abaskun". See: B. N. Zakhoder (1898–1960). The Caspian Compilation of Records about Eastern Europe (online version 2021-05-01 at the Wayback Machine).
- Information about the Rus' raids comes largely from Muslim sources, which use the . Because the years of the Islamic calendar do not map exactly to the years of the , an event dated to a certain year of the Islamic calendar may have occurred in either of the two consecutive years of the Gregorian calendar.
- "Bardha'a". Encyclopaedia of Islam
- Tarix. — Azərbaycan 7-ci əsrin ortaları – 13-cü əsrin əvvəllərində, səhifə 201. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. Orijinal mətn (az.)
Mərzbanın hakimiyyətinin başlanğıcında, 943/44 ildə yenidən Azərbaycana hücum edən ruslar, bu dəfə Kür çayı vasitəsiylə Bərdəyə yetişdilər. Salari qoşunu ilə baş verən bu və sonrakı döyüşlərdə əldə etdikləri uğurlar rusların uzun müddət Bərdədə möhkəmlənməsinə səbəb oldu.
- Logan (1992), pp. 201–202; "Rus". Encyclopaedia of Islam
- Logan (1992), pp. 201–202
- According to , they stayed for a whole year. "Bardha'a". Encyclopaedia of Islam
- Vernadsky (1959), p. 269
- Logan (1992), p. 202
- Vernadsky (1959), p. 270; see also, e.g., Zuckerman 257–268; Christian 341–345.
- The Kievan chronicle mentions that the fabulous richness of Sveneld's troops () incited such envy of 's warriors that they attempted to levy tribute from the for the second time in one month. The Drevlians revolted and killed Igor in 944 or 945. Gumilev suggests that, while engaged in his successful Caspian expedition, Sveneld did not take part in Igor's unfortunate raid on Constantinople, which ended ignominiously. This scenario also explains the glaring absence of Sveneld's name from Igor's (944), as preserved in the Primary Chronicle.
- "Khazar". Encyclopaedia of Islam
- Christian (1999), p. 296
- Christian (1999), p. 298; Pletneva (1990), p. 18
- Christian (1999), p. 298
- See, generally Christian (1999), pp. 297–298; Dunlop (1954). Artamonov proposed that the sack of Sarkel came after the destruction of Atil. Artamonov (1962), p. 428.
- Ibn Hawkal also wrote that the Rus', "are the ones who of old went to Andalus and then to Barda." The earlier attack on Muslim Spain by "a nation of the " [Muslim name for and occasionally other pagans] is mentioned by al-Masudi. "Rus", Encyclopaedia of Islam
- Minorsky (1945), pp. 557–558
- Slavyanların Azərbaycana qarətçi yürüşləri
Ədəbiyyat
- Artamonov, Mikhail (1962). Istoriya Khazar. Leningrad, . See also second edition (2002)
- Barthold, W. (1996). "Khazar". Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
- Brøndsted, Johannes (1965). The Vikings. (transl. by Kalle Skov). Penguin Books.
- Christian, David (1999). A History of Russia, Mongolia and Central Asia: Inner Eurasia from Prehistory to the Mongol Empire (History of the World, Vol 1). Blackwell.
- Dunlop, Douglas Morton (2006) "Bardha'a." Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
- Dunlop, Douglas Morton (1954). History of the Jewish Khazars. Princeton University Press.
- Golden, P. B. (2006) "Rus." Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
- Logan, Donald F. (1992). The Vikings in History 2nd ed. Routledge.
- Minorsky, Vladimir (1945), "Khāqānī and Andronicus Comnenus". Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 11, No. 3: 550–578
- Noonan, Thomas Schaub (1987–1991). "When Did Rus/Rus' Merchants First Visit Khazaria and Baghdad?" Archivum Eurasiae Medii Aevi 7, pp. 213–219.
- Pletneva, Svetlana (1990). Polovtsy Moscow: Nauka,
- Vernadsky, George (1959). The Origins of Russia. Oxford, Clarendon Press.
- Zuckerman, Constantine (1995). "On the Date of the Khazar's Conversion to Judaism and the Chronology of the Kings of the Rus Oleg and Igor." Revue des Études Byzantines 53: 237–270.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ruslarin Xezer yurusleri qedim ruslarin 864 1041 ci illerde Xezer denizi sahillerine etdiyi herbi basqinlardir Ruslar IX esrde Serklandda ortaya cixdilar Onlar Volqa ticaret yolu boyunca tacir kimi seyahet edir ve xez bal ve kole satirdilar Ilk kicik miqyasli basqinlar IX esrin sonlari X esrin evvellerinde bas verdi Ruslar 914 cu ilde ilk boyuk miqyasli basqinlarini etdiler 500 gemi ile gelerek muasir Iran erazisindeki Qorqani ve qonsu erazileri talan etdiler ve qul ve qenimet elde etdiler Qayidanda muselman xezerler simal basqincilarina Volqa deltasinda hucum etdi ve onlari meglub etdi Qacanlar orta Volqada yerli tayfalar terefinden olduruldu Ruslarin Xezer yurusleriYeri Xezer deniziRus Varyaqlari ve onlarin gemileri Qardarikide Ressam Nikolay Rerix 944 cu il ekspedisiyasinda ruslar muasir dovrde Azerbaycanda yerlesen Arranin paytaxti Berdeni isgal etdi Ruslar bir nece ay burada qaldi Bu muddetde onlar seherin sakinlerini oldurdu ve boyuk qenimet ele kecirdi Dizenteriyanin baslanmasi ruslarin qenimetlerle birlikde qacmasina sebeb oldu Kiyev sahzadesi I Svyatoslav 965 ci ilde Xezer xaqanligini mehv eden novbeti hucuma basladi Svyatoslavin hucumu ruslarin simal cenub ticaret yollarini ellerinde tutmasinin baslangici oldu ve bu regiounun demoqrafiyasinin deyismesine sebeb oldu Basqinlar Xezer denizine geden yolu yeniden qurmaq ucun Seyyah Inqvar terefinden 1041 ci ilde edilen cehde qeder davam etdi Arxa plan ve ilk basqinlarEsas Varyaq ticaret yollarini gosteren xerite Volqa ticaret yolu qirmizi ve Dnepr ticaret yolu benovseyi VIII XI esr ticaret yollari narinci rengde gosterilib Ruslar ilk olaraq tacir kimi Xezer denizine bitisik muselman erazilerini ziyaret etdiler IX esrin evvellerine qeder qedim skandinavlar simal serqi Rusiyada meskunlasdilar Burada onlar Volxov cayinin Ladoqa golune girisinden teqriben 6 mil 9 7 km cenubda Aldeyqya slavyanca Ladoqa adlanan koloniya qurdular Buradan onlar Dnepr ticaret yoluyla Bizans imperiyasiyla ve Volqa ticaret yoluyla Xezer denizi etrafi muselman erazileri ile ticaret etmeye basladilar IX esrin axirlarinda ibn Xordadbeh tesvir edir ki asagi Volqadaki ticaret bolgesinde ruslar xezerlerden mal alir ve onlari Xezer seherlerindeki bazarlarda satirdilar bu tacirler xez bal ve kole getirirdiler Hetta ruslarin kicik qruplari oz mallarini satmaq ucun deve uzerinde Bagdad qeder uzaq yerlere gedirdi onlarin avropali koleleri onlar ucun tercume edirdi Tomas Nunen teklif edib ki ruslar 800 cu il kimi erken bir vaxtda Bagdada catmisdilar bu fikri Sankt Peterburq yaxinligindaki Peterhofda 804 805 ci ilden evvele mexsus olan sasani ereb ve sasani ereb dirhemlerinin tapilmasi destekleyir Ibn Xordadbehin tesvirinde ruslar Sakalibanin bir novu dur Bu termin esasen slavyanlar ucun istifade edilir ve qedim skandinav eleyhdari alimler bunu ruslarin skandinav yox slavyan olmasinin gostericisi kimi izah edirler Qedim skandinav terefdari alimlerin izahinda Sakaliba sozu Merkezi Serqi Simal serqi Avropanin sari sacli qirmizi sifetli butun ehalilerine aid edilir Belelikle Ibn Xordadbehin sozleri muemmalidir Ruslarin ilk Xezer basqinlari 864 884 cu illerde Teberistan hakimi olmus Hesen ibn Zeydin dovrunde bas verib Ruslar Xezer denizinde yelken acdilar ve onun serq sahiline Abeskuna ugursuz hucum etdiler Bu basqin boyuk ehtimalla kicik miqyasli idi Ikinci basqin 909 cu il ve ya 910 cu ilde bas verdi ve evvelki hucum kimi hedef Abaskun idi bu ekspediyada yalniz 16 gemi istirak edirdi ve kicik miqyasli idi Ucuncu kicik basqin 911 ci il ve ya 912 ci ilde bas verdi 914 cu il basqiniIX esrin ortalarindan XI esrin ortalarina qeder Xezer denizi etrafinda bas verem rus basqinlarinin yerleri Mavi rengdeki tarixler esas rus basqinlarinin bas verdiyi tarixlerdir Benovseyi kontur 913 cu il Xezer isgalinin tesir etdiyi erazileri teyin edir Dovlet adlari teqriben 950 ci ili tesvir edir Ruslarin ilk boyuk miqyasli ekspedisiyalari 914 cu ilde bas verdi 500 gemiden ibaret donanma xezerlerin olkesinden Xezer denizinin cenub sahillerine catdi Xezerlerin torpagindan sakitcilikle kecmek ucun ruslar qenimetlerinin yarisini xezerlere soz verdiler Onlar deniz vasitesile Dnepr cayindan Qara denize sonra Azov denizine ordan Don cayina kecdiler Sonra yolla bir birine yaxin iki cay arasinda zolaqla Volqaya ordan da Xezer denizine kecdiler Ruslar Abaskun etrafindaki Qorqan regionuna hucum etdiler ve getdikleri kendleri qaret etdiler Ruslar Xezer denizinin cenub qerbi hissesindeki adalara yaxin yerde lovber salanda onlari meglub etme cehdi alinmadi ve onlar daha sonra istedikleri kimi hereket etmek ve basqinlar heyata kecirmeye qadir oldular Deniz boyunca ruslar Bakiya basqin etdiler uc gunluk mesafedeki yerlere qeder dolasdilar Onlar Arran Beyleqan ve Sirvan erazilerini qaret etdiler Bacardiqlari qeder her yeri soydular qadin ve usaqlari qul olaraq apardilar Ruslar eve qayidarken onlarin etdiyi islerin sedasi onlardan qabaq gelib catdi Volqa deltasinda Xezer xaqanliginin muselmanlari ve hemcinin bezi xristianlari onlara hucum etdi Gorunur Xezer xaqani da bu hucumun edilmesine razi idi Mesudiye gore qacanlar Bertas ve Idil bulqarlari terefinden meglub edildi 944 cu il basqinigore ikinci boyuk miqyasli basqin 944 cu ilde I Iqor ruslarin ali lideri oldugu zaman bas verdi 944 cu il ekspedisiyasinda ruslar Kur cayinda Qafqazin derinliyine dogru hereket etdiler Salariler dovletinin hokmdari Merzban ibn Mehemmedi meglub etdiler ve Aranin paytaxti Berdeni ele kecirdiler Ruslar hakimiyyetlerinin taninmasi qarsiliginda yerli camaata oz dinlerinde qalmaga imkan verdiler mumkundur ki ruslar burda daimi qalmaq isteyirdiler Ibn Miskeveyhe gore yerli insanlar ruslara das ataraq ve onlarla pis davranaraq sulhu pozdular Ruslar sakinlerden seheri terk etmelerini teleb etdi Bu ultimatum redd edildi ve ruslar insanlari oldurmeye ve fidye ucun coxunu ellerinde saxlamaga basladilar Bu qirgin danisiqlar ucun qisa da olsa dayandirildi Ancaq danisiqlar da pozuldu Ruslar Berde de bir nece ay qaldilar ve seheri qonsu erazileri talan etmek ve ehemiyyetli derecede qenimet toplamaq ucun merkez olaraq istifade etdiler 943 944 cu illerde Berde seherinin alinmasi N M Kocerqin 1947 ci il Ruslar arasinda xesteliyin yayilmasina gore Berde seheri xilas oldu Ibn Miskeveyh yazir ki ruslar heddinden artiq burada bir cox novu olan meyveye mubtela olmusdular Bu onlar arasinda epidemiyaya sebeb oldu ve belece onlarin sayi azalmaga basladi Ruslar arasinda yayilan epidemiyadan ureklenen muselmanlar sehere yaxinlasdilar Bascilari uzunqulaq suren ruslar ugursuz hemle etdiler 700 doyusculerini itirdikden sonra ruslar muhasireye dusmekden qorxdular ve Berde qalasina sigindilar Burada onlar muselmanlar terefinden muhasireye alindilar Xestelikden ve muhasireden yorulan ruslar oz mehellerini qurduqlari qalani gece vaxti terk etdiler goture bilecekleri qeder xezine das qas ve gozel paltarlari oz arxalarinda dasidilar istedikleri oglanlari ve qizlari goturduler ve Kur cayina dogru hereket etdiler Burada oz ekipajlari ile hazir sekilde onlari evlerinden bura qeder getiren gemiler ve onlarin qenimetin bir hissesini verdikleri 300 rus gozleyirdi Bundan sonra muselmanlar ruslarin qebirlerinden basdirilarken yanlarinda olan silahlari cixaltdilar Georgi Vernadskiy teklif edib ki Oleq Vesiy Berdeye hucum eden ruslarin uzunqulaq suren bascisidir Vernadskiy Oleqi adi cekilen Helqu ile eynilesdirir Senede gore Helqu gemi ile Irana gedib ve 941 ci ilde ugursuz Konstantinopol hucumundan sonra orada olub Ancaq Lev Qumilyov ruslarin lideri haqqinda danisarken ferziyye yurudur ki bu lider 945 ci ilde var dovleti qeyde alinan Varyaqlardan olan ataman Svenelddir Xezer xaqanliginin dagidilmasiSarkelde Xezer qalasinin yeri I Svyatoslav terefinden teqriben 965 ci ilde dagidilib 1930 cu illerde Mixail Artamonovun rehberlik etdiyi ekskavasiyalar zamani havadan sekilmis sekil Xezerler ve ruslar arasindaki konfliktin kokleri haqqinda menbeler aydin melumat vermir Belelikle bir cox ehtimallar ireli surulur Ruslar Volqa ticaret yoluna nezareti xezerlerden almaqda maraqli idiler ona gore ki xezerler Volqa ile dasinan mallardan vergi alirdilar Eyni zamanda Bizansin tehriki de ehemiyyetli rol oynadi Xezerler ermeni menseli Bizans imperatoru Roman I Lakapinin hakimiyyetine qeder muttefiq idiler Roman I Lakapin imperiyasinin yehudilerini teqib etdirdi Kembric senedine gore Xezer xaqanliginin hokmdari Iosif coxlu xristianlari oldurerek yehudilerin teqib edilmesine cavab verdi ve Roman I Lakapin Oleq Vesiyi Kembric senedinde Helqu adlanir Xezer xaqanligi eleyhine qizisdiraraq intiqam aldi Konfliktin qizisma sebebi 913 cu il basqinina cavab olaraq xezerlerin Volqa boyu kecidi baglamasi da ola biler Teqriben 950 960 ci illerde yazilmis Xezer yazismalarinda Xezer xaqani Iosif ozunun rus basqinlarina qarsi Xezer regionundaki muselman xalqlarinin mudafiecisi kimi rolunu qeyd edir Men onlara ruslara qarsi muharibe etmeliyem Cunki eger men her hansi bir sekilde onlara furset versem onlar Bagdada qeder olan butun muselman torpaqlarini viran qoyacaqlar Teqriben 912 ci ilde Xezer ordusunun muselman unsurleri ve rus talancilari arasinda bas veren erken konflikt ruslarin xezerlerle dusmencilik etmesine sebeb ola biler 965 ci ilde I Svyatoslav Xezer xaqanligina qarsi muharibeye basladi O oguzlari ve peceneqleri bu yurus ucun belke de Xezer ordusunun guclu suvarilerine qarsi durmalari ucun orduya aldi Svyatoslav teqriben 965 ci ilde xezerlerin Sarkel seherini dagitdi ve Krimdaki Kerc seherini soydu O sonra boyuk ehtimalla 968 ci il ve ya 969 cu ilde Xezer xaqanliginin paytaxti Idili de dagitdi Svyatoslavun yurusunden sonra Idile gelen qonaq yazirdi Ruslar hucum etdiler ve ne uzum ne kismis qaldi ne de budaqda yarpaq Ibn Havqel Semenderin talanmasini qeyd eden yegane muellifdir Bundan sonra ruslar Rum ve el Endelus ucun yola cixdilar Svyatoslavun yurusu Xezer xaqanliginin tereqqisini ve musteqilliyini gozlenilmeden sona getirdi Xezerlerin imperiya gucunun mehv edilmesi Kiyev ruslarinin coller ve Qara deniz boyunca davam eden simal cenub ticaret yollarinda agaliq etmesine sebeb oldu Bu ticaret yollari evveller Xezer xaqanliginin esas gelir menbeyi idi Svyatoslavunun yurusleri mese ve col arasindaki kecici erazide demoqrafiya ve medeniyyeti boyuk miqdarda deyiserek Saltovo Mayaki medeniyyeti regionunda slavyanlarin meskunlasmasini artirdi Sonraki ekspedisiyalarQripsholm runik daslari Seyyak Inqvarin ekspedisiyasinda olen skandinaviyalilari yad edir 987 ci ilde Derbend emiri Maymun yerli hakimlere qarsi mubarize aparmaq ucun ruslardan komek istedi Coxu ehtimal ki tecrubeli esger olan ruslar 18 gemide geldiler Nece qebul olunacaqlarini bilmediklerine gore onlar veziyyeti oyrenmek ucun yalniz bir gemi gonderdiler Gemi ekipaji yerli insanlar terefinden qetle yetirilende ruslar Mesqet seherini soymaq ucun getdiler 989 cu ilde eyni Maymunun rus tacirleri islama dondermek ve ya oldurmek ucun ona vermesini teleb eden yerli xetibin teklifini redd etdiyi qeyd edilmisdir Sonraki mubarizede Maymun seherden cixardildi ve rus esgerlerini teslim etmeye mecbur edildi Ancaq 992 ci ilde Maymun seher qayitdi 1030 cu ilde ruslar Sirvan erazisine yurus etdiler Gence hakimi Beyleqandaki usyani yatirmaga komek etmeleri ucun onlara coxlu pul odedi Sonra ruslar evlerine qayitdilar Bir menbeye gore 1031 ci ilde ruslar qayitdilar Ancaq Baki yaxinliginda meglub edildiler ve qovuldular 1032 ci ilde ruslar yene Sirvana yurus etdiler bu yurusde onlarin muttefiqi alanlar ve idi Yerli muselmanlar 1033 cu ilde ruslari meglub etdi Bu basqincilarin hansi qrupa aid olmasi aydin deyil Omelyan Pricak teklif edir ki onlar Terekin estuarisi yaxinligindaki merkezden idare edilirdiler ve esas evleri Tmutarakanda idi Pricak hemcinin ferz edir ki Xezer hovzesinden idare edilen ruslar qisa muddet sonra Xarezmdeki guc mubarizesinde oguzlara komek etdiler Seyyah Inqvarin saqasi 1041 ci ilde vikinqlerin Xezere son ekspedisiyasini tesvir edir ve boyuk ehtimalla teqriben eyni vaxtda Bizans imperiyasi ve Gurcustan kralligi arasinda bas veren Sasireti doyusu ile baglidir Bu doyusde varyaqlar da istirak etmisdi saqada efsane tarixi faktlarla birlesib Bu ekspedisiya Seyyah Inqvar terefinden Isvecden baslayib Seyyah Inqvar Volqa uzerinden sarazenlerin torpagina qedim skandinav dilinde Serkland getdi Bu yurusle bagli olaraq sayi iyirmi altidan az olmayan Inqvar runik daslari var Onlardan iyirmi ucu Isvecdeki Melaren golu erazisindedir Bu runik daslar sarazen torpaqlarina Inqvarla birlikde geden isvecli doyusculere aiddir Bu ekspedisiyasinin meqsedi boyuk ehtimalla bulqarlarin ve xezerlerin artiq mane olmadigi qedim ticaret yollarini berpa etmek idi Inqvarin qardasina hesr edilmis das gosterir ki o qizil ucun serqe gedib ancaq sarazen torpaqlarinda olub Bundan sonra skandinaviyalilar Baltik ve Xezer denizleri arasindaki yolu berpa etmek ucun hec bir cehd etmediler Xaqani Sirvani 1173 cu il ve ya 1174 cu ilde Sirvan isgalindan behs edir Xaqani qesidelerinde ruslari ve xezerleri ruslari ve alanlari ruslari ve serirleri isgalci olaraq adlandirir Piter Qolden iddia edir ki Xaqaninin adini cekdiyi ruslar 73 gemide gelen Volqa piratlaridir Yevgeni Paxomov ve Vladimir Minorski fikirlesir ki isgal Derbend hokmdari Bek Bars b Muzeffer terefinden basladilib Minorskiye gore Bek Barsin tesebbusu Kiyevden musteqil idi ve o gelecek kazaklarin prototipi olan cenubda dolasan muzdlu destelerini istifade etmis olmaliydi Sirvansah I Axsitan Gurcustan krali III Georgiye komek ve birlesmis ordu ucun muraciet etdi Bu orduda Axsitanin xalasi oglu gelecek Bizans imperatoru Andronik Komnen de istirak edirdi Onlar isgalcilari meglub etdiler ve Sabran qalasini ele kecirdiler Gurcu menbeleri bu hadise ile bagli ruslarin yox xezerlerin adini cekir NeticeIX esrin sonundan baslayan slavyan basqinlari ile Azerbaycan xalqi tarixde ilk defe Xezer denizinden hucuma meruz qaldi Azerbaycanda vahid dovletin olmamasi daxili cekismeler hemcinin Xezerde herbi donanmanin yoxlugu bu hucumlarin qarsisini almaga imkan vermedi IstinadlarLogan 1992 p 201 Brondsted 1965 pp 64 65 Logan 1992 p 200 Noonan 1987 1991 Rus Encyclopaedia of Islam Abaskun first recorded by as Socanaa was documented in Arab sources as the most famous port of the Khazarian Sea It was situated within three days journey from The southern part of the Caspian Sea was known as the Sea of Abaskun See B N Zakhoder 1898 1960 The Caspian Compilation of Records about Eastern Europe online version 2021 05 01 at the Wayback Machine Information about the Rus raids comes largely from Muslim sources which use the Because the years of the Islamic calendar do not map exactly to the years of the an event dated to a certain year of the Islamic calendar may have occurred in either of the two consecutive years of the Gregorian calendar Bardha a Encyclopaedia of Islam Tarix Azerbaycan 7 ci esrin ortalari 13 cu esrin evvellerinde sehife 201 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde Mesul katib akademik T M Nagiyev Azerbaycan cildi Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 884 sehife ISBN 9789952441017Orijinal metn az Merzbanin hakimiyyetinin baslangicinda 943 44 ilde yeniden Azerbaycana hucum eden ruslar bu defe Kur cayi vasitesiyle Berdeye yetisdiler Salari qosunu ile bas veren bu ve sonraki doyuslerde elde etdikleri ugurlar ruslarin uzun muddet Berdede mohkemlenmesine sebeb oldu Logan 1992 pp 201 202 Rus Encyclopaedia of Islam Logan 1992 pp 201 202 According to they stayed for a whole year Bardha a Encyclopaedia of Islam Vernadsky 1959 p 269 Logan 1992 p 202 Vernadsky 1959 p 270 see also e g Zuckerman 257 268 Christian 341 345 The Kievan chronicle mentions that the fabulous richness of Sveneld s troops incited such envy of s warriors that they attempted to levy tribute from the for the second time in one month The Drevlians revolted and killed Igor in 944 or 945 Gumilev suggests that while engaged in his successful Caspian expedition Sveneld did not take part in Igor s unfortunate raid on Constantinople which ended ignominiously This scenario also explains the glaring absence of Sveneld s name from Igor s 944 as preserved in the Primary Chronicle Khazar Encyclopaedia of Islam Christian 1999 p 296 Christian 1999 p 298 Pletneva 1990 p 18 Christian 1999 p 298 See generally Christian 1999 pp 297 298 Dunlop 1954 Artamonov proposed that the sack of Sarkel came after the destruction of Atil Artamonov 1962 p 428 Ibn Hawkal also wrote that the Rus are the ones who of old went to Andalus and then to Barda The earlier attack on Muslim Spain by a nation of the Muslim name for and occasionally other pagans is mentioned by al Masudi Rus Encyclopaedia of Islam Minorsky 1945 pp 557 558 Slavyanlarin Azerbaycana qaretci yurusleriEdebiyyatArtamonov Mikhail 1962 Istoriya Khazar Leningrad See also second edition 2002 ISBN 5 8465 0032 3 Barthold W 1996 Khazar Encyclopaedia of Islam Brill Online Eds P Bearman Th Bianquis C E Bosworth E van Donzel and W P Heinrichs Brill Brondsted Johannes 1965 The Vikings transl by Kalle Skov Penguin Books Christian David 1999 A History of Russia Mongolia and Central Asia Inner Eurasia from Prehistory to the Mongol Empire History of the World Vol 1 Blackwell ISBN 0 631 20814 3 Dunlop Douglas Morton 2006 Bardha a Encyclopaedia of Islam Brill Online Eds P Bearman Th Bianquis C E Bosworth E van Donzel and W P Heinrichs Brill Dunlop Douglas Morton 1954 History of the Jewish Khazars Princeton University Press Golden P B 2006 Rus Encyclopaedia of Islam Brill Online Eds P Bearman Th Bianquis C E Bosworth E van Donzel and W P Heinrichs Brill Logan Donald F 1992 The Vikings in History 2nd ed Routledge ISBN 0 415 08396 6 Minorsky Vladimir 1945 Khaqani and Andronicus Comnenus Bulletin of the School of Oriental and African Studies University of London Vol 11 No 3 550 578 Noonan Thomas Schaub 1987 1991 When Did Rus Rus Merchants First Visit Khazaria and Baghdad Archivum Eurasiae Medii Aevi 7 pp 213 219 Pletneva Svetlana 1990 Polovtsy Moscow Nauka ISBN 5 02 009542 7 Vernadsky George 1959 The Origins of Russia Oxford Clarendon Press Zuckerman Constantine 1995 On the Date of the Khazar s Conversion to Judaism and the Chronology of the Kings of the Rus Oleg and Igor Revue des Etudes Byzantines 53 237 270