Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər.
Mehdiyyə üsyanı | |||
---|---|---|---|
| |||
Tarix | 1881—1899 | ||
Yeri | Sudan | ||
Səbəbi | Misir istilasına qarşı | ||
Nəticəsi | Britaniya və Müttəfiqlərin qələbəsi | ||
Ərazi dəyişikliyi | Sudan, Misir, Eritreya, Efiopiya, Uqanda | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı.
Tarixi
Tarixi və üsyanın səbəbləri
1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi. XIX əsrin ikinci yarısında Sudanda Böyük Britaniyanın təsiri artdı. Misir xədivi ingilis, general Çarlz Corc Qordonu Sudanın general-qubernatoru təyin etdi.
Dini lider Məhəmməd Əhməd (Məhəmməd ibn Abdullah) 1881-ci ildə özünü “Mehdi” elan etdi və türk-Misir bürokratiyasına qarşı üsyana rəhbərlik etdi. Mehdi vergilərin ləğvini elan etdi osmanlılara və misirlilərə qarşı müqəddəs müharibə (cihad) üçün ordu yaratmağa başladı. Qərbi və mərkəzi Sudanın tayfalarını birləşdirməyə çalışdı.
1881-ci ilin mayında Misir hakimiyyət orqanları izahat almaq üçün Məhəmməd Əhmədi Xartuma çağırdılar. Lakin o, tələbi yerinə yetirməkdən imtina etdi. Sudan general-qubernatoru Rauf Paşa (Misir) Mehdi ilə bağlı məlumatı ciddiyə almayaraq üsyanı yatırmaq üçün cəmi iki bölük əsgər göndərdi. Avqustun 11-də müxtəlif istiqamətlərdən hərəkət edərək Mehdinin yerləşdiyi iddia edilən Əba adasına iki istiqamətdən daxil oldular. Bölüklər gecə vaxtı bir-biri ilə qarşılaşdılar və bu zaman onlar qarşılarında düşmən olduğuna qərar verərək öz aralarında döyüşməyə başladılar. Odlu silahı olmayan mehdiçilər hava qaralana qədər gizləndilər. Abdullann dəstəsi Misir bölüyünü qəfil yaxaladı və darmadağın etdi. Bu uğur üsyançıların əhval-ruhiyyəsini yüksəltdi, tərəfdarlarının sayını artmasına gətirib çıxardı.
Üsyanın gedişi
Misir hakimiyyət orqanlarının növbəti təqiblərindən qorxan Məhəmməd Əhməd və tərəfdarlarının bir hissəsi (ənsarlar) 1881-ci ildə bir sıra şəhərləri işğal edərək Kordofana getdilər. Yol boyu onlara kəndlilər, köçərilər, sənətkarlar və qaçaq qullar da daxil olmaqla bir çox şəxslər qoşuldu. Mehdinin fəaliyyətini Sudan qəbilələrinin bəzi rəhbərləri, eləcə də ərəb qul tacirləri dəstəkləyirdi. Çünki, onlar Misir hakimiyyətinin Britaniyanın tələbi ilə qul ticarətini qadağan etməsindən narazı idilər. 1882-ci ilin sentyabrına qədər Sudanın yalnız Bira və El-Obeyid şəhərləri bu bölgəsindəki ingilis-Misir qoşunlarının nəzarəti altında qaldı. Lakin onlar da 1883-cü ilin əvvəlində Mehdiyyəlilərə təslim oldu.
Tədricən qiyam Darfur, Ekvatoriya və Bəhr əl-Qəzal əyalətlərinə yayıldı. Şeykanda 8000 nəfərlik Misir dəstəsini məğlub etdikdən sonra Mehdiyyəlilər Darfuru fəth etdilər. General-qubernator Rauf Paşa heç bir nəticə çıxarmadan üsyanı yatırmaq üçün Cebel Kadir və Faşo (Kodok) hakimi Yusif Paşanın komandanlığı ilə 4000 döyüşçü göndərdi. Lakin Misir ordusu səhrada gedən döyüşlərin xüsusiyyətlərini nəzərə almadı və Məhəmmədin ordusu taktiki cəhətdən bacarıqlı şəkildə döyüşdən yayındı. Mehdiyyəlilər vaxtaşırı kiçik hücumlarla Yusif Paşanın qüvvəsini tükətmək taktikasını seçdilər. İçməli sus qıtlığından əziyyət çəkən hökumət qoşunları sonda məğlub oldu. Faşodadan göndərilən Misir dəstəsi 1881-ci il dekabrın 9-na keçən gecə pusquya düşdü və darmadağın edildi. Üsyançılar çoxlu silah-sursat, hərbi geyim və digər ləvazimat ehtiyatlarını ələ keçirdilər.
Yusif Paşa üzərində qələbə ümumi üsyana səbəb oldu. Sudanın bütün əhalisi Məhəmməd “Mehdini” kimi tanıdı. Sudanda Misirin hakimiyyəti devrildi. Misirin Sudanı itirməsi, həmçinin Böyük Britaniya ilə bəzi fikir ayrılıqları onların arasında hərbi münaqişəyə gətirib çıxardı. Misir Süveyş kanalından ingilis gəmilərinin keçməsi üçün öz şərtlərini qoydu. Belə vəziyyət isə ingilis kraliçasını qane etmirdi. Qısa müddət sonra Misir işğal edildi və ingilis protektoratına çevrildi.
Məhəmməd Əhməd Məhəmməd peyğəmbərin həyatı ilə paralellər apararaq hərəkatını legitimləşdirdi. O, öz ardıcıllarını Mədinədə Peyğəmbəri qarşılayan insanların şərəfinə ənsar adlandırdı, ingilislərdən qaçmasını isə Peyğəmbərin qureyşlərdən getməsi ilə müqayisə edərək hicrət adlandırdı. Məhəmməd Əhməd həmçinin dörd saleh xəlifədən üçünü təmsil etmək üçün sərkərdələr təyin etdi. Məsələn, o, onun varisi olan Abdullah ibn Məhəmmədi peyğəmbərin varisi (xəlifəsini) Əbu Bəkr əs-Sidiqi təmsil etdiyini elan etdi.
1883-cü ilin fevralında üsyançılar Kordofan əyalətinin inzibati mərkəzi olan Əl-Obeyidi işğal etdilər.
1883-cü ilin payızında ingilis generalı Uilyam Hiksin komandanlığı altında Misir ekspedisiya ordusu Xartumda cəmləşmişdi. Onun tərkibində - 7000 piyada, 900 süvari, yarım nizamsız (başi-bazuklar) dəstəsi, 14 top daxil idi. Korpusu 2000 xidmətçi də müşayiət edirdi. Hiksin pis hazırlıqlı və zəif motivasiyalı Misir əsgərlərindən narazı olmasına baxmayaraq, general döyüşə getməyə məcbur oldu. Uinston Çörçillin sözlərinə görə general Hiksin ordusu “bəlkə də indiyə qədər müharibəyə gedən ən pis ordu idi". Ordu maaşsız, təlimsiz və intizamsız şəkildə qurulmuşdu. Bu səbəbdən əsgərlərinin zabitlərindən daha çox düşmənləri ilə ortaq cəhətləri var idi.. 1883-cü ilin noyabrında Əl-Obeyid yaxınlığında zəif silahlanmış ənsarlar Hiksin qoşunlarını məğlub etdilər. Döyüşdən yalnız 500-ə yaxın misirli sağ çıxa bildi..
1883-cü ilin dekabrında Darcurun müdafiəsinə cavabdeh olan keçmiş Avstriya zabiti Slatin Paşa təslim oldu. 1884-cü ilin mart-aprel aylarında Berbera və Donqola bölgələrində üsyanlar baş qaldırdı.
General Qordon
Misir hakimiyyəti mehdiyyəlilərə qarşı yeni qüvvələr toplamaq qərarına gəldi, lakin ingilislər onları fikrindən daşındırdılar. 1884-cü il yanvarın 8-də Britaniya hakimiyyəti general Qordona Xartumda mühasirəyə alınan misirlilərin təxliyə əməliyyatına rəhbərlik etmək tapşırığı verdi. 1884-cü il fevralın 18-də Xartuma gəldikdən sonra Qordon Məhəmməd Əhmədə onu Kordofan hökmdarı kimi tanımaq, qul alverinə icazə vermək və onunla ticarət əlaqələri qurmaq müqabilində əsirləri azad etmək təklifini irəli sürdü. Məhəmməd Əhməd onun təklifini rədd etdi və avqustun 22-də ordusu ilə Xartum üzərinı yeridi.
Sudanın şərqində, Qırmızı dənizin yaxınlığında Misir hökuməti daha bir üsyan ocağına - özünü Mehdinin davamçısı elan edən Osman Dinya tərəfindən toplanan ordunu darmadağın etməyə çalışırdı. Osman Dinya Tornaçı şəhərini mühasirəyə aldı. İngilis zabiti Valentin Beykerin komandanlığı altında 3500 misirli əsgərdən ibarət hərbi dəstə şəhəri blokadadan çıxardı. Cəmi min üsyançı ilə Dinya 1884-cü il fevralın 4-də qəfil hücuma keçdi və Beykerin dəstəsini tamamilə darmağın etdi. Tezliklə o, Tornaçısı da ələ keçirdi. Şəhər qarnizonu bütünlüklə qılıncdan keçirildi.
Buna cavab olaraq, ingilislər tələsik general Cerald Qrehamın komandanlığı altında ümumBritaniya ekspedisiya qüvvələri yaratdılar. 29 fevral 1884-cü ildə Qrem Əl-Təb döyüşündə Mehdiyyəlilərlə qarşı-qarşıya gəldi. Döyüşün nəticəsi Mehdiyyəlilərin tam məğlubiyyəti oldu.
Əl-Təbdəki qələbəyə baxmayaraq, Qrem başa düşdü ki, Dinyanın əsas qüvvələri hələ də döyüş qabiliyyətinə malikdir. Belə ki, Mehdiyyəlilər yerli əhali arasında geniş dəstəyə malikdirlər. Qrehamın ikinci ekspedisiyası nəhayət Mehdiyyəliləri məğlub etmək üçün 10 mart 1884-cü ildə Suakindən yola düşdü. Martın 13-də Tomai döyüşü baş verdi. Bu döyüşdə ingilislər böyük itki versələr də qalib gəldilər. İngilislər bu məğlubiyyətin Osman Dinyanın nüfuzuna ciddi zərbə vuracağına ümid edirdilər. Lakin bu baş vermədi və Qrehemin qoşunları Sudanı tərk etdikdən sonra o, tədricən öz qüvvəsini bərpa etdi.
Qordon oktyabr ayından Mehdiyyəlilər tərəfindən mühasirəyə alınan Xartumun müdafiəsini təşkil etməyi bacardı. Lakin o, vaxtında Böyük Britaniyadan və Emin Paşadan əlavə yardım ala bilmədi.
İctimai rəyin təzyiqi altında Britaniya hakimiyyəti Xartumu blokadadan çıxarmaq üçün ekspedisiya göndərmək qərarına gəldi. Onun komandanlığı general Garnet Vulzliyə həvalə edildi. Vulzliyin ekspedisiya qüvvəsi əvvəlcə dəvələrə minmiş cəmi 1100 nəfərdən ibarət idi. 1884-cü il dekabrın 30-da o, Xartuma doğru yürüşə başladı. Lakin ekspedisiya çox yavaş hərəkət edirdi, çünki, ona Nil çayının daşqınları mane olurdu. Yürüş zamanı dəstə daha 800 nəfər ilə gücləndirildi. 1885-ci il yanvarın 17-də Abu-Kleya quyularının yanında ingilisləri Mehdiyyəlilərin ordusu qarşıladı. Ağır döyüş oldu. Abu Klea döyüşü ingilislər qalib gəldi. Lakin onların itkiləri bütün ekspedisiya qüvvələrinin demək olar ki, yarısını təşkil etdi.
1885-ci il yanvarın 25-dən 26-na keçən gecə Mehdiyyəlilər Xartumu ələ keçirdilər. Nəhayət, ingilis qoşunları (Nil Ekspedisiyası) Qordonu xilas etmək üçün Xartuma yaxınlaşdıqda, şəhər on aylıq mühasirədən sonra artıq alınmışdı. Şəhərin müdafiəsinə başçılıq edən general-qubernator Çarlz Qordon sarayının pilləkənlərində öldürüldü. Mehdiyyəlilər onun başı kəsdilər. Garnet Vulzlinin tükənmiş ekspedisiya qüvvəsi geri qayıtdı. Ağır zəhmətlə yığılıb çatdırılan azuqə və ehtiyatlar Nil çayında batırıldı.
Mehdiyyə dövləti
1885-ci ilin martında ingilislər yenidən Osman Dinya qüvvələrinə qarşı Suakinli Qrehamın rəhbərliyi altında qoşun göndərdilər. 1885-ci il martın 22-də Tofrek döyüşü baş verdi. Döyüşdə mehdiyyətlər cəsur şəkildə döyüşsələrdə məğlub oldular. Lakin bundan sonra 1898-ci ilə qədər ingilislər mehdiyyətlərə qarşı heç bir tədbir görmədilər.
Məhəmməd Əhməd Omdurmanı öz paytaxtı elan etdi. 1885-ci ilin yayında Qırmızı dəniz sahilindəki Suakin limanı və şimalda Halfa Vadisi istisna olmaqla, demək olar ki, bütün ölkə onun nəzarətinə keçdi. Məhəmməd Əhmədin qurduğu rejim (Mehdiyə) ənənəvi İslam hüququna və şəriət məhkəmələrinə əsaslanırdı. İman şəhadətinə Mehdiyə inam və Məhəmməd Əhmədin “peyğəmbərin vəlisi” və “Məsih” (Allahın Mehdisi) elan edilməsi daxil idi. Məkkəyə həcc ziyarəti (həcc) müqəddəs müharibədə (cihad) iştirakla əvəz olundu. Məcburi sədəqə (zəkat) dövlət vergisinə çevrildi. Sudan knyazlıqlarının və tayfalarının sərbəst ittifaqı qəbilə zadəganlarının rəhbərlik etdiyi mərkəzləşdirilmiş teokratik dövlətə çevrilirdi.
1885-ci ilin iyununda Məhəmməd Əhməd tif xəstəliyindən vəfat etdi. Onun qurduğu dövlət Qırmızı dəniz sahillərindən Mərkəzi Afrikaya qədər uzanırdı. Məhəmməd Əhmədin naibləri arasında hakimiyyət uğrunda kəskin mübarizə ona gətirib çıxardı ki, sonda Abdullah ibn əl-Səid Məhəmməd Mehdiyyə dövlətinin başçısı oldu. O, dövlət başçısının xəlifə adlandırılmasını tətbiq etdi. Xəlifə yeni feodal zadəganlarına əsaslanan bir rejimin yaradılmasını başa çatdıraraq, Məhəmməd Əhməd bir çox tələbələrini və ailə üzvlərini hakimiyyətdən uzaqlaşdırdı.
Qurucusunun vəfatından sonra Mehdiyyə dövləti daha on beş il yaşadı. Abdulla Mehdiyyə dövlətini xeyli gücləndirdi. O, ayrı-ayrı tayfa başçılarının separatizmini aradan qaldırmağa, silah istehsalını qurmağa və güclü ordu yaratmağa nail oldu. Əvvəlki “Allah yanında” hamının bərabərliyi şüarları unuduldu.
Mehdiyyə ordusu 800 nəfərdən 1200 nəfərə qədər dəstələrə bölündü. Hər diviziya üç döyüş dəstəsindən: nizəçilərdən, oxatanlardan və atlılardan, habelə inzibati bölükdən ibarət idi. Üsyanın əvvəlində demək olar ki, bütün mehdiyyəlilər yalnız geniş bıçaqlı uzun nizə, qılınc və xəncərlərlə silahlanmışdı. Bu kampaniyalar zamanı Misir ordusundan 21 minə yaxın tüfəng ələ keçirildi. Sonda Mehdi ordusunun on bir altı toplu artilleriya batareyası var idi. 156 artilleriyaçı Misir ordusunda təlim keçmişdi.
1896-cı ildə ordu təxminən aşağıdakı heyətdən ibarət idi:
- Omdurman: 15.000 tüfəngçi, 45.000 nizəçi, 3.500 süvari, 46 top;
- Misir sərhədi: 4600 tüfəngçi, 8000 nizəçi, 1200 süvari, 18 top;
- Şərqi Sudan: 6900 tüfəngçi, 1100 nizəçi, 2150 süvari, 4 top;
- Qərbi Sudan: 6000 tüfəngçi, 2500 nizəçi, 350 süvari, 4 top;
- Cənubi Sudan: 1800 tüfəngçi, 4500 nizəçi, 3 top.
Üsyanın sonu
Sudanın Ekvatoriya vilayətinin qubernatoru Emin Paşa kimi tanınan alman Eduard Şnitzer idi. Mehdiyyə üsyanı səbəbindən Emin Paşanın idarəsinin xarici aləmlə əlaqəsi kəsildi. Avropa ilə əlaqə Vasili Yunker vasitəsilə həyata keçirilirdi. 1886-cı ildə ona kömək etmək üçün göndərilən Henri Morton Stenlinin başçılıq etdiyi ekspedisiya 1889-cu il dekabrın 4-də Albert gölünün sahilindəki Kinqanidə Emin Paşa dəstəsi ilə əlaqə saxlamağa müvəffəq oldu.
Abdulla ilə mübarizə aparmaq üçün Böyük Britaniya Sudanın dəniz sahillərini blokada təşkil edərək, 1885-ci ildə Efiopiyanı Mehdiyyə Sudanına qarşı müharibəyə təhrik etdi. İngilislərin bununla hər iki dövləti müharibə ilə tükəndirmək məqsədi güdürdü. 1887-ci ildə Sudan dəstələri Qonder şəhərini ələ keçirərək qarət etdilər. 1889-cu ilin martında Metemmada döyüşündə efiopiyalıların qüvvələrini məğlub etdilər. Döyüşdə Efiopiya imperatoru Nequs IV Yohannisi öldürdülər.
Eyni zamanda Konqoda belçikalılara və Eritreyada italyanlara qarşı hücumlar (Birinci Aqordat döyüşü, Serobeti döyüşü) Abdullaya uğur gətirmədi.
1896-cı ilin martında Herbert Kitçenerin komandanlığı altında İngiltərə-Misir qoşunları Mehdiyyə Sudanına qarşı hücuma keçdi. Kitçener yavaş-yavaş və metodik şəkildə kampaniya aparırdı. O, ordu arası təchizatı və rabitəni təmin etmək üçün tə təhlükəsizliyi qorumaq məqsədilə qoşunun irəlilədiyi yollar boyunca anbarlar tikir, istehkamlar qururdu.Nil çayı əsas nəqliyyat arteriyası kimi istifadə olunurdu. Lazım olan hər şeyin çoxu məhz onun vasitəsilə çatdırılırdı. Kitçenerin əsas qüvvəsi olan "Çay Kalonu" Nil boyunca irəliləyirdi. O, Hunterin komandanlıq etdiyi 7000 əsgəri olan Misir piyada diviziyasından ibarət idi. İkinci dəstə - "səhra sütunu" isə səhradan irəliləyirdi. Onun da sayı 2100 nəfər təşkil edirdi.
Firkət istehkamına hücum Kitçenerlə Mehdiyyəlilər arasında ilk ciddi döyüş oldu. Tezliklə ingilislər ciddi problemlə üzləşdilər. Belə ki, onlar Nillə irəliləyərkən çayın aşağı axarlarında daş və qumla örtülmüş keçidlərlə qarşılaşdılar. Kitchener çayın çətin keçilən hissəsini adlamaq üçün dəmir yolu çəkməyə qərar verdi. Bu müddət ərzində ekspedisiya qüvvələri ağır vəba epidemiyasından əziyyət çəkirdi. Donqola ekspedisiyası zamanı 235 nəfər vəbadan öldü. Kampaniyada uğur qazanmağa həvəsləndirmək üçün Kitchener və Hunter general-mayor rütbələrinə yüksəldildilər.
1896-cı ilin sentyabrında Donqolaya edilən hücumda tikilmiş dəmir yolu xətti ingilislərə böyük üstünlük qazandırdı. Müasir İngilis ordusunun tüfəngləri və topları sudanlılara heç bir şans tanımadı. Şəhər böyük itki verilmədən alındı.
1898-ci ilin martında Kitçner son hücuma başladı. Yalnız aprel ayında Mmehdiyyəlilərlə ilk böyük toqquşma Nil çayının qolu olan Ətbar çayı sahilində baş verdi. Bu döyüşdə də Mehdiyyəlilər məğlub oldular.
1898-ci il sentyabrında Kitçener Mehdiyyə dövlətinin paytaxtı Omdurman şəhərinə hücuma keçdi. Həlledici döyüş məhz burda baş verdi. Sentyabrın əvvəlində baş tutan Omdurman döyüşündə Mehdiyyə dövləti 50.000 minlik ordusunun yarısını itirdi. Mehdiyyəlilər General Kitçenerin başçılıq etdiyi İngiltərə-Misir qoşunları tərəfindən darmadağın edildi. Bununla Məhəmməd Əhmədin yaratdığı dövlət süquta uğradı. Onun nəşi Omdurmandakı məqbərədən çıxarılaraq paroxodun ocağında yandırıldı və külü Nil çayına töküldü. Lord Məhəmməd Əhmədin kəsilmiş başını kerosinin içində konteynerlərdə İngiltərəyə gətirdi.Bernard Şou bu hərəkəti Stüartlar zamanında Oliver Kromvelin nəşinin qalıqlarının təhqir edilməsi ilə müqayisə etdi.
Kitçenerin kampaniyasında ingilis-Misir ordusu böyük itkilər vermədi. Sudanlıların isə itkiləri ağır oldu.
- Mehdiyyəlilər: 30.000 ölü, yaralı və ya əsir düşdü
- İngilis-Misir: 700-dən artıq ingilis, Misir və Sudanlı ölü, yaralı və ya əsir düşdü.
İngilislərə məğlub olan Abdulla Sudanda partizan müharibəsinə başladı. Lakin 1899-cu ilin sonunda Kordofan əyalətində Ümm Divaikarat döyüşündə həlak oldu.
Nəticə
Mehdiyyə üsyanının yatırılması ilə Mehdiyyə dövləti də süquta uğradı. Üsyan dövründə 1881-1898 -ci illərdə müstəqil olan Sudan yenidən işğal olundu. İngilislər Sudanda yeni müstəmləkə sistemini - İngiltərə-Misir administrasiyasını qurdular. Bu da faktiki olaraq Sudan üzərində İngilis hökmranlığı demək idi. Yeni dövlət İngilis-Misir Sudanı adlanırdı. Beləliklə Sudan 1899-cu ildən 1956-cı ilə qədər Misir və Böyük Britaniyanın kondominiumu şəklində idarə olundu. Sudan yalnız 1956-cı ildə yenidən müstəqilliyini bərpa etməyə nail oldu.
Məhdiyyəlilərin hərbi simvolları
Geyim və toxuculuq məmulatları
Məhdiyyət qüvvələrinin təşkilatlanmasında tekstil məmulatları mühüm rol oynayırdı. Belə ki, ənsarın döyüşdə geydiyi və istifadə etdiyi bayraqlar, ələmlər və üst köynəyi (cibbə) həm hərbi, həm də dini əhəmiyyətə malik idi. Nəticədə, bu kimi tekstil məmulatları 1899-cu ildə Omdurman döyüşündə Britaniyanın Mehdiyyə qüvvələr üzərində qələbəsindən sonra Britaniyaya aparılan hərbi qənimətlərin böyük bir hissəsini təşkil edirdi. Məhdiyyət bayraqları və cibbələr Sudanda sufi təriqətlərinin tərəfdarları tərəfindən istifadə edilən ənənəvi tekstil üslublarına uyğunlaşdırılmışdı. Mehdiyyə müharibəsi dövründə, bu tekstil məmulatları daha da standartlaşdırıldı. Belə ki, onlar hər hansı bir hərbi rütbə və hərbi birləşmə üçün fərqli olurdu. Bu fərqlilik rənglərlə ifadə edilirdi.
Mehdiyyə bayrağı
Sufi bayraqlarında adətən müsəlman Kəlmeyi-şəhadətnaməsi - "Allahdan başqa Allah yoxdur; Məhəmməd Allahın Rəsuludu" və müqəddəs kimi qəbul edilən təriqətin yaradıcısının adı yazılırdı. Mehdi bu bayrağın formasını hərbi məqsədlər üçün uyğunlaşdırmışdı. The Bayrağa qurandan bir sitat əlavə edilmişdi - "Ya allah ya hey ya qayyum ya xi'l-cəlal vəl-ikram" (Allahım! Ey əbədi diri, ey əbədi, ey əzəmət və səxavət sahibi) - və irəli sürülən şüar – “Məhəmməd əl-Mehdi xəlifət rəsulullah” (Məhəmməd əl-Mehdi Allah elçisinin canişinidir).
Xartumun süqutundan sonra Omdurmanda “Bayraq dərzisi” yaradıldı. Bayraqların istehsalı standartlaşdırıldı və bayraqların rəngi və yazıları ilə bağlı qaydalar müəyyən edildi. Mehdiyyə qüvvələri daha da təşkilatlandıqca “bayraq” (rayya) sözü qoşun bölgüsü və ya bir komandirin tabeliyində olan qoşun birləşmələri mənasına gəldi. Bayraqlar Məhdiyyə ordusunun üç əsas bölməsinin - Qara, Yaşıl və Qırmızı Bayraqların (riayyət) birbaşa əsgərlərini istiqamətləndirmək üçün rəng kodu idi.
Mehdiyyə cibbəsi
Yamaqlı muraqqaa və daha sonra cibbə sufi dini təriqətinin ardıcılları tərəfindən ənənəvi olaraq geyilən paltar idi. Cırıq, yamaqlı paltar onun sahibinin maddi sərvətdən imtina etməsini və dini həyat tərzinə bağlılığını simvolizə edirdi. Məhəmməd Əhməd əl-Mehdi fərman verdi ki, bu paltarı döyüşdə bütün əsgərləri geyinsin. Dini geyimi hərbi geyim kimi qəbul etmək qərarı, onun qüvvələri arasında nizamı və birliyi gücləndirdi. Bu həm də müxtəlif qəbilələri fərqləndirən ənənəvi vizual nişanələri aradan qaldırdı. XIX əsrin sonunda Mehdiyyə və İngiltərə-Misir qüvvələri arasında gedən qarşıdurma illərində Mehdiyyə hərbi cibbəsi getdikcə daha da təkmilləşdi və yamaqlar geyənin rütbəsini və hərbi bölgüsünü ifadə etmək üçün rəng kodlu oldu.
Mədəniyyətdə
Bədii ədəbiyyatda
- "Afrika səhrada və cəngəllikdə" — Henrik Senkeviçin romanı.
- "İşıq söndü" — Redyard Kiplinqin romanı.
- "Fuzi- Vuzzi — Redyard Kiplinqin məşhur şeiri.
- "Çay müharibəsi" — üsyanın yatırılmasında iştirak edən Vinston Çörçillin kitabı.
- "Dörd lələk" — Alfred Meysonun (1902) macəra romanı.
- "Günəşin Zəfəri" — Uilbur Smitin tarixi macəra romanı.
Kinoda
- "Dörd lələk" (The Four Feathers) — rejissor Zoltan Korda (Böyük Britaniya, 1939).
- "Dörd lələk" (The Four Feathers) — rejissor Şekhar Kapur (ABŞ, 2002).
- "Şərqi Sudan" (East of Sudan) — rejissor Neytan Juran (Böyük Britaniya, 1964).
- "Xartum" (Khartoum) — rejissor Basil Dearden (Böyük Britaniya, 1966).
İstinadlar
- Churchill, 1902. səh. 28
- Дамье В.
- Churchill, 1902. səh. 29
- Churchill, 1902. səh. 30
- Churchill, 1902. səh. 31
- Churchill, 1902. səh. 33
- Strachey, Lytton (1918), Eminent Victorians [1] 2021-01-11 at the Wayback Machine, pp. 194 & 199
- Churchill, 1902. səh. 39
- Spiers Edward M.(2005), Dervishes and Fanaticism: Perception and impact, in Hughes M. and Johnson G., Fanaticism and Conflict in the Modern Age, Cass Series—Military History and Policy. Available here 2016-03-10 at the Wayback Machine
- McGonagall, William. "The Battle of Abu Klea". McGonagall Online. 1885. 2023-01-26 tarixində . İstifadə tarixi: 2023-01-26.
- Isba, Anne. Gladstone and Women. 2006. səh. 193. ISBN . 2023-01-26 tarixində . İstifadə tarixi: 2023-01-26.
- A Prisoner of the Khaleefa - Ten Years Captivity at Omdurman (Chapman and Hall, 1899), Chapter XXV – How Gordon Died, pp. 300–324, and Appendix 2, pp. 334–337
- Omdurman 1898. Kitchener’s victory in the Sudan, S. 22 ff
- Henze, Paul B., Layers of Time: A History of Ethiopia, New York: Palgrave, 2000, 155–58
- Barclay, Glen St John. The rise and fall of the new Roman empire: Italy's bid for world power, 1890–1943. London. 1973. ISBN .
- Salomon, Noah. . en:University of Chicago Martin Marty Center. may 2004. 5 may 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2007.
- Egyptian Soudan Its Loss and Recovery, S. 154
- Omdurman 1898. Kitchener’s victory in the Sudan
- Уинстон Черчилль «Мои ранние годы», глава 17
- Шоу Б. Цезарь и Клеопатра // Полное собрание пьес в 6-и томах. 2. Л.: Искусство. Перевод М. Богословской и С. Боброва. 1979.
- F. Nicoll Material related to the Mahdīa 2023-07-28 at the Wayback Machine Retrieved December 21, 2020.
- F. Nicoll and O. Nusairi, Flags of the Mahdiyya 30 oktyabr 2020 at the Wayback Machine. Making African Connections. Retrieved December 21, 2020.
- D. Johsnon, A Note on Mahdist Flags 2023-07-28 at the Wayback Machine. Savage and Soldier. Retrieved December 19, 2020.
- Mahdist Shirt; jibba 2023-07-28 at the Wayback Machine. British Museum digital collection catalogue. Retrieved December 19, 2020.
- The jibba: clothing for Sufi and soldier 2023-07-28 at the Wayback Machine. Making African Connections. Retrieved December 19, 2020.
Ədəbiyyat
- Смирнов С. Р. Восстание махдистов в Судане. — М.—Л., 1950.
- Donald Feathertone: Omdurman 1898. Kitchener’s victory in the Sudan. Osprey, London 1993, , (= Osprey military campaign series Band 29, englisch).
- W. Dennistoun Sword, Henry S. L. Alford: Egyptian Soudan. Its Loss and Recovery. With Records of the Services of the Officers (1896 — 8). Macmillan, London u. a. 1898 (Nachdruck: Naval & Military Press Ltd, Uckfield 2001, , englisch).
- Churchill, Winston. The River War. Kessinger. 1902.
- Slatin, Rudolf Carl. Fire and Sword in the Sudan; a Personal Narrative of Fighting and Serving the Dervishes. 1879-1895. London: E. Arnold. 1896.
Xarici keçidlər
- Churchill, The River War
- Too late for Gordon and Khartoum, 1887
- Ten years captivity in the Mahdist camp
- Suakin 1885
- The Downfall of the Dervishes, 1898
- Sudan Campaign 1896–1899
- Дамье В. В. "Мухаммед Ахмед ибн Абдулла". ru:Кругосвет. İstifadə tarixi: 2014-10-26.
- Mehdiyyə üsyanı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Англо-суданская война: 1884—1898
- The British Expedition to Rescue Emin Pasha
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehdiyye usyani ve yaxud Ingiltere Sudan muharibesi ereb الثورة المهدية 1881 1899 Sudanda ozunu Mehdi Mesih elan eden Mehemmed Ehmedin basciliq etdiyi usyan Herekat usyan kimi baslasa da sonradan Mehemmed Ehmed bin Abdullanin ardicillari ile evvelce Misir xidivliyi quvveleriyle sonra ise Ingiltere ordusu arasinda genismiqyasli muharibeye cevrilib On sekkiz illik muharibe Britaniya imperiyasinin ve Misir kralliginin de yure kondominiumu olan Ingilis Misir Sudaninin 1899 1956 nominal olaraq birge idare olunmasi ile neticelendi Bu zaman Ingiltere Sudan uzerinde faktiki nezarete malik idi Mehdiyyeliler Sudanin qonsularina qarsi bir nece ugursuz hucum heyata kecirdiler Bununla onlar munaqisenin miqyasini tekce Britaniya ve Misiri deyil hem de Italiya kralligi Konqo Azad Dovleti ve Efiopiya imperiyasini ehate edecek sekilde genislendirdiler Mehdiyye usyaniOmdurman doyusuTarix 1881 1899Yeri SudanSebebi Misir istilasina qarsiNeticesi Britaniya ve Muttefiqlerin qelebesiErazi deyisikliyi Sudan Misir Eritreya Efiopiya UqandaMunaqise terefleri Boyuk Britaniya Misir xidivliyi Mustemleke Hindistani Kanada Avstraliya Efiopiya imperiyasi Italiya kralligi Italiya Eritreyasi Konqo Azad Dovleti Mehdi SudaniKomandan lar Carlz Qordon Qarnet Volseley Herbert Kitcener Tafik Pasa IV Yohannes Ras Alula Tekle Haymanot Oreste Baratiyeri Cuzeppe Arimondi Luis Napoleon Salten Mehemmed Ehmed Abdullah ibn el Seid Mehemmed Ez Zubeyr Rehma Mansur Osman Digna Hamdan Ebu Anja Vikianbarda elaqeli mediafayllar Britaniyanin muharibede istiraki Sudan kampaniyasi adlanir Tarixsunasliqda bu muharibe diger adlara da malikdir Mehdiyye usyani Ingilis Sudan muharibesi ve Sudan Mehdiyyesi usyani TarixiTarixi ve usyanin sebebleri Mehemmed Ehmed 1819 cu ilde Mehemmed Eli terefinden feth edildikden sonra Sudan Misir administrasiyasi terefinden idare edilirdi XIX esrin ikinci yarisinda Sudanda Boyuk Britaniyanin tesiri artdi Misir xedivi ingilis general Carlz Corc Qordonu Sudanin general qubernatoru teyin etdi Dini lider Mehemmed Ehmed Mehemmed ibn Abdullah 1881 ci ilde ozunu Mehdi elan etdi ve turk Misir burokratiyasina qarsi usyana rehberlik etdi Mehdi vergilerin legvini elan etdi osmanlilara ve misirlilere qarsi muqeddes muharibe cihad ucun ordu yaratmaga basladi Qerbi ve merkezi Sudanin tayfalarini birlesdirmeye calisdi 1881 ci ilin mayinda Misir hakimiyyet orqanlari izahat almaq ucun Mehemmed Ehmedi Xartuma cagirdilar Lakin o telebi yerine yetirmekden imtina etdi Sudan general qubernatoru Rauf Pasa Misir Mehdi ile bagli melumati ciddiye almayaraq usyani yatirmaq ucun cemi iki boluk esger gonderdi Avqustun 11 de muxtelif istiqametlerden hereket ederek Mehdinin yerlesdiyi iddia edilen Eba adasina iki istiqametden daxil oldular Bolukler gece vaxti bir biri ile qarsilasdilar ve bu zaman onlar qarsilarinda dusmen olduguna qerar vererek oz aralarinda doyusmeye basladilar Odlu silahi olmayan mehdiciler hava qaralana qeder gizlendiler Abdullann destesi Misir boluyunu qefil yaxaladi ve darmadagin etdi Bu ugur usyancilarin ehval ruhiyyesini yukseltdi terefdarlarinin sayini artmasina getirib cixardi Usyanin gedisi Abu Klea doyusu Misir hakimiyyet orqanlarinin novbeti teqiblerinden qorxan Mehemmed Ehmed ve terefdarlarinin bir hissesi ensarlar 1881 ci ilde bir sira seherleri isgal ederek Kordofana getdiler Yol boyu onlara kendliler koceriler senetkarlar ve qacaq qullar da daxil olmaqla bir cox sexsler qosuldu Mehdinin fealiyyetini Sudan qebilelerinin bezi rehberleri elece de ereb qul tacirleri destekleyirdi Cunki onlar Misir hakimiyyetinin Britaniyanin telebi ile qul ticaretini qadagan etmesinden narazi idiler 1882 ci ilin sentyabrina qeder Sudanin yalniz Bira ve El Obeyid seherleri bu bolgesindeki ingilis Misir qosunlarinin nezareti altinda qaldi Lakin onlar da 1883 cu ilin evvelinde Mehdiyyelilere teslim oldu Tedricen qiyam Darfur Ekvatoriya ve Behr el Qezal eyaletlerine yayildi Seykanda 8000 neferlik Misir destesini meglub etdikden sonra Mehdiyyeliler Darfuru feth etdiler General qubernator Rauf Pasa hec bir netice cixarmadan usyani yatirmaq ucun Cebel Kadir ve Faso Kodok hakimi Yusif Pasanin komandanligi ile 4000 doyuscu gonderdi Lakin Misir ordusu sehrada geden doyuslerin xususiyyetlerini nezere almadi ve Mehemmedin ordusu taktiki cehetden bacariqli sekilde doyusden yayindi Mehdiyyeliler vaxtasiri kicik hucumlarla Yusif Pasanin quvvesini tuketmek taktikasini secdiler Icmeli sus qitligindan eziyyet ceken hokumet qosunlari sonda meglub oldu Fasodadan gonderilen Misir destesi 1881 ci il dekabrin 9 na kecen gece pusquya dusdu ve darmadagin edildi Usyancilar coxlu silah sursat herbi geyim ve diger levazimat ehtiyatlarini ele kecirdiler Yusif Pasa uzerinde qelebe umumi usyana sebeb oldu Sudanin butun ehalisi Mehemmed Mehdini kimi tanidi Sudanda Misirin hakimiyyeti devrildi Misirin Sudani itirmesi hemcinin Boyuk Britaniya ile bezi fikir ayriliqlari onlarin arasinda herbi munaqiseye getirib cixardi Misir Suveys kanalindan ingilis gemilerinin kecmesi ucun oz sertlerini qoydu Bele veziyyet ise ingilis kralicasini qane etmirdi Qisa muddet sonra Misir isgal edildi ve ingilis protektoratina cevrildi Mehemmed Ehmed Mehemmed peygemberin heyati ile paraleller apararaq herekatini legitimlesdirdi O oz ardicillarini Medinede Peygemberi qarsilayan insanlarin serefine ensar adlandirdi ingilislerden qacmasini ise Peygemberin qureyslerden getmesi ile muqayise ederek hicret adlandirdi Mehemmed Ehmed hemcinin dord saleh xelifeden ucunu temsil etmek ucun serkerdeler teyin etdi Meselen o onun varisi olan Abdullah ibn Mehemmedi peygemberin varisi xelifesini Ebu Bekr es Sidiqi temsil etdiyini elan etdi 1883 cu ilin fevralinda usyancilar Kordofan eyaletinin inzibati merkezi olan El Obeyidi isgal etdiler 1883 cu ilin payizinda ingilis generali Uilyam Hiksin komandanligi altinda Misir ekspedisiya ordusu Xartumda cemlesmisdi Onun terkibinde 7000 piyada 900 suvari yarim nizamsiz basi bazuklar destesi 14 top daxil idi Korpusu 2000 xidmetci de musayiet edirdi Hiksin pis hazirliqli ve zeif motivasiyali Misir esgerlerinden narazi olmasina baxmayaraq general doyuse getmeye mecbur oldu Uinston Corcillin sozlerine gore general Hiksin ordusu belke de indiye qeder muharibeye geden en pis ordu idi Ordu maassiz telimsiz ve intizamsiz sekilde qurulmusdu Bu sebebden esgerlerinin zabitlerinden daha cox dusmenleri ile ortaq cehetleri var idi 1883 cu ilin noyabrinda El Obeyid yaxinliginda zeif silahlanmis ensarlar Hiksin qosunlarini meglub etdiler Doyusden yalniz 500 e yaxin misirli sag cixa bildi 1883 cu ilin dekabrinda Darcurun mudafiesine cavabdeh olan kecmis Avstriya zabiti Slatin Pasa teslim oldu 1884 cu ilin mart aprel aylarinda Berbera ve Donqola bolgelerinde usyanlar bas qaldirdi General Qordon13 mart 1884 cu il Sudanin serqindeki Tamai doyusu Misir hakimiyyeti mehdiyyelilere qarsi yeni quvveler toplamaq qerarina geldi lakin ingilisler onlari fikrinden dasindirdilar 1884 cu il yanvarin 8 de Britaniya hakimiyyeti general Qordona Xartumda muhasireye alinan misirlilerin texliye emeliyyatina rehberlik etmek tapsirigi verdi 1884 cu il fevralin 18 de Xartuma geldikden sonra Qordon Mehemmed Ehmede onu Kordofan hokmdari kimi tanimaq qul alverine icaze vermek ve onunla ticaret elaqeleri qurmaq muqabilinde esirleri azad etmek teklifini ireli surdu Mehemmed Ehmed onun teklifini redd etdi ve avqustun 22 de ordusu ile Xartum uzerini yeridi Sudanin serqinde Qirmizi denizin yaxinliginda Misir hokumeti daha bir usyan ocagina ozunu Mehdinin davamcisi elan eden Osman Dinya terefinden toplanan ordunu darmadagin etmeye calisirdi Osman Dinya Tornaci seherini muhasireye aldi Ingilis zabiti Valentin Beykerin komandanligi altinda 3500 misirli esgerden ibaret herbi deste seheri blokadadan cixardi Cemi min usyanci ile Dinya 1884 cu il fevralin 4 de qefil hucuma kecdi ve Beykerin destesini tamamile darmagin etdi Tezlikle o Tornacisi da ele kecirdi Seher qarnizonu butunlukle qilincdan kecirildi Qordonun oldurulmesi Buna cavab olaraq ingilisler telesik general Cerald Qrehamin komandanligi altinda umumBritaniya ekspedisiya quvveleri yaratdilar 29 fevral 1884 cu ilde Qrem El Teb doyusunde Mehdiyyelilerle qarsi qarsiya geldi Doyusun neticesi Mehdiyyelilerin tam meglubiyyeti oldu El Tebdeki qelebeye baxmayaraq Qrem basa dusdu ki Dinyanin esas quvveleri hele de doyus qabiliyyetine malikdir Bele ki Mehdiyyeliler yerli ehali arasinda genis desteye malikdirler Qrehamin ikinci ekspedisiyasi nehayet Mehdiyyelileri meglub etmek ucun 10 mart 1884 cu ilde Suakinden yola dusdu Martin 13 de Tomai doyusu bas verdi Bu doyusde ingilisler boyuk itki verseler de qalib geldiler Ingilisler bu meglubiyyetin Osman Dinyanin nufuzuna ciddi zerbe vuracagina umid edirdiler Lakin bu bas vermedi ve Qrehemin qosunlari Sudani terk etdikden sonra o tedricen oz quvvesini berpa etdi Qordon oktyabr ayindan Mehdiyyeliler terefinden muhasireye alinan Xartumun mudafiesini teskil etmeyi bacardi Lakin o vaxtinda Boyuk Britaniyadan ve Emin Pasadan elave yardim ala bilmedi Ictimai reyin tezyiqi altinda Britaniya hakimiyyeti Xartumu blokadadan cixarmaq ucun ekspedisiya gondermek qerarina geldi Onun komandanligi general Garnet Vulzliye hevale edildi Vulzliyin ekspedisiya quvvesi evvelce develere minmis cemi 1100 neferden ibaret idi 1884 cu il dekabrin 30 da o Xartuma dogru yuruse basladi Lakin ekspedisiya cox yavas hereket edirdi cunki ona Nil cayinin dasqinlari mane olurdu Yurus zamani deste daha 800 nefer ile guclendirildi 1885 ci il yanvarin 17 de Abu Kleya quyularinin yaninda ingilisleri Mehdiyyelilerin ordusu qarsiladi Agir doyus oldu Abu Klea doyusu ingilisler qalib geldi Lakin onlarin itkileri butun ekspedisiya quvvelerinin demek olar ki yarisini teskil etdi 1885 ci il yanvarin 25 den 26 na kecen gece Mehdiyyeliler Xartumu ele kecirdiler Nehayet ingilis qosunlari Nil Ekspedisiyasi Qordonu xilas etmek ucun Xartuma yaxinlasdiqda seher on ayliq muhasireden sonra artiq alinmisdi Seherin mudafiesine basciliq eden general qubernator Carlz Qordon sarayinin pillekenlerinde olduruldu Mehdiyyeliler onun basi kesdiler Garnet Vulzlinin tukenmis ekspedisiya quvvesi geri qayitdi Agir zehmetle yigilib catdirilan azuqe ve ehtiyatlar Nil cayinda batirildi Mehdiyye dovletiMehdiyye ordusunun doyuse apardigi doyus nisani Omdurmandan 1898 ci il Kelvinqrov Incesenet Qalereyasi ve Muzeyi Qlazqo Boyuk Britaniya 1929 cu ilde Miss Victoria MakBin terefinden hediyye verilib 1885 ci ilin martinda ingilisler yeniden Osman Dinya quvvelerine qarsi Suakinli Qrehamin rehberliyi altinda qosun gonderdiler 1885 ci il martin 22 de Tofrek doyusu bas verdi Doyusde mehdiyyetler cesur sekilde doyusselerde meglub oldular Lakin bundan sonra 1898 ci ile qeder ingilisler mehdiyyetlere qarsi hec bir tedbir gormediler Mehemmed Ehmed Omdurmani oz paytaxti elan etdi 1885 ci ilin yayinda Qirmizi deniz sahilindeki Suakin limani ve simalda Halfa Vadisi istisna olmaqla demek olar ki butun olke onun nezaretine kecdi Mehemmed Ehmedin qurdugu rejim Mehdiye enenevi Islam huququna ve seriet mehkemelerine esaslanirdi Iman sehadetine Mehdiye inam ve Mehemmed Ehmedin peygemberin velisi ve Mesih Allahin Mehdisi elan edilmesi daxil idi Mekkeye hecc ziyareti hecc muqeddes muharibede cihad istirakla evez olundu Mecburi sedeqe zekat dovlet vergisine cevrildi Sudan knyazliqlarinin ve tayfalarinin serbest ittifaqi qebile zadeganlarinin rehberlik etdiyi merkezlesdirilmis teokratik dovlete cevrilirdi 1885 ci ilin iyununda Mehemmed Ehmed tif xesteliyinden vefat etdi Onun qurdugu dovlet Qirmizi deniz sahillerinden Merkezi Afrikaya qeder uzanirdi Mehemmed Ehmedin naibleri arasinda hakimiyyet ugrunda keskin mubarize ona getirib cixardi ki sonda Abdullah ibn el Seid Mehemmed Mehdiyye dovletinin bascisi oldu O dovlet bascisinin xelife adlandirilmasini tetbiq etdi Xelife yeni feodal zadeganlarina esaslanan bir rejimin yaradilmasini basa catdiraraq Mehemmed Ehmed bir cox telebelerini ve aile uzvlerini hakimiyyetden uzaqlasdirdi Qurucusunun vefatindan sonra Mehdiyye dovleti daha on bes il yasadi Abdulla Mehdiyye dovletini xeyli guclendirdi O ayri ayri tayfa bascilarinin separatizmini aradan qaldirmaga silah istehsalini qurmaga ve guclu ordu yaratmaga nail oldu Evvelki Allah yaninda haminin beraberliyi suarlari unuduldu Mehdiyye ordusu 800 neferden 1200 nefere qeder destelere bolundu Her diviziya uc doyus destesinden nizecilerden oxatanlardan ve atlilardan habele inzibati bolukden ibaret idi Usyanin evvelinde demek olar ki butun mehdiyyeliler yalniz genis bicaqli uzun nize qilinc ve xencerlerle silahlanmisdi Bu kampaniyalar zamani Misir ordusundan 21 mine yaxin tufeng ele kecirildi Sonda Mehdi ordusunun on bir alti toplu artilleriya batareyasi var idi 156 artilleriyaci Misir ordusunda telim kecmisdi 1896 ci ilde ordu texminen asagidaki heyetden ibaret idi Omdurman 15 000 tufengci 45 000 nizeci 3 500 suvari 46 top Misir serhedi 4600 tufengci 8000 nizeci 1200 suvari 18 top Serqi Sudan 6900 tufengci 1100 nizeci 2150 suvari 4 top Qerbi Sudan 6000 tufengci 2500 nizeci 350 suvari 4 top Cenubi Sudan 1800 tufengci 4500 nizeci 3 top Usyanin sonuOmdurman doyusu Sudanin Ekvatoriya vilayetinin qubernatoru Emin Pasa kimi taninan alman Eduard Snitzer idi Mehdiyye usyani sebebinden Emin Pasanin idaresinin xarici alemle elaqesi kesildi Avropa ile elaqe Vasili Yunker vasitesile heyata kecirilirdi 1886 ci ilde ona komek etmek ucun gonderilen Henri Morton Stenlinin basciliq etdiyi ekspedisiya 1889 cu il dekabrin 4 de Albert golunun sahilindeki Kinqanide Emin Pasa destesi ile elaqe saxlamaga muveffeq oldu Abdulla ile mubarize aparmaq ucun Boyuk Britaniya Sudanin deniz sahillerini blokada teskil ederek 1885 ci ilde Efiopiyani Mehdiyye Sudanina qarsi muharibeye tehrik etdi Ingilislerin bununla her iki dovleti muharibe ile tukendirmek meqsedi gudurdu 1887 ci ilde Sudan desteleri Qonder seherini ele kecirerek qaret etdiler 1889 cu ilin martinda Metemmada doyusunde efiopiyalilarin quvvelerini meglub etdiler Doyusde Efiopiya imperatoru Nequs IV Yohannisi oldurduler Eyni zamanda Konqoda belcikalilara ve Eritreyada italyanlara qarsi hucumlar Birinci Aqordat doyusu Serobeti doyusu Abdullaya ugur getirmedi 1896 ci ilin martinda Herbert Kitcenerin komandanligi altinda Ingiltere Misir qosunlari Mehdiyye Sudanina qarsi hucuma kecdi Kitcener yavas yavas ve metodik sekilde kampaniya aparirdi O ordu arasi techizati ve rabiteni temin etmek ucun te tehlukesizliyi qorumaq meqsedile qosunun irelilediyi yollar boyunca anbarlar tikir istehkamlar qururdu Nil cayi esas neqliyyat arteriyasi kimi istifade olunurdu Lazim olan her seyin coxu mehz onun vasitesile catdirilirdi Kitcenerin esas quvvesi olan Cay Kalonu Nil boyunca irelileyirdi O Hunterin komandanliq etdiyi 7000 esgeri olan Misir piyada diviziyasindan ibaret idi Ikinci deste sehra sutunu ise sehradan irelileyirdi Onun da sayi 2100 nefer teskil edirdi Firket istehkamina hucum Kitcenerle Mehdiyyeliler arasinda ilk ciddi doyus oldu Tezlikle ingilisler ciddi problemle uzlesdiler Bele ki onlar Nille irelileyerken cayin asagi axarlarinda das ve qumla ortulmus kecidlerle qarsilasdilar Kitchener cayin cetin kecilen hissesini adlamaq ucun demir yolu cekmeye qerar verdi Bu muddet erzinde ekspedisiya quvveleri agir veba epidemiyasindan eziyyet cekirdi Donqola ekspedisiyasi zamani 235 nefer vebadan oldu Kampaniyada ugur qazanmaga heveslendirmek ucun Kitchener ve Hunter general mayor rutbelerine yukseldildiler 1896 ci ilin sentyabrinda Donqolaya edilen hucumda tikilmis demir yolu xetti ingilislere boyuk ustunluk qazandirdi Muasir Ingilis ordusunun tufengleri ve toplari sudanlilara hec bir sans tanimadi Seher boyuk itki verilmeden alindi Meglub olan Emir Mahmud 1898 ci ilde Atbara doyusunden sonra Ingiltere Herbi Kesfiyyatinin direktoru Frensis Vinqeytle 1898 ci ilin martinda Kitcner son hucuma basladi Yalniz aprel ayinda Mmehdiyyelilerle ilk boyuk toqqusma Nil cayinin qolu olan Etbar cayi sahilinde bas verdi Bu doyusde de Mehdiyyeliler meglub oldular 1898 ci il sentyabrinda Kitcener Mehdiyye dovletinin paytaxti Omdurman seherine hucuma kecdi Helledici doyus mehz burda bas verdi Sentyabrin evvelinde bas tutan Omdurman doyusunde Mehdiyye dovleti 50 000 minlik ordusunun yarisini itirdi Mehdiyyeliler General Kitcenerin basciliq etdiyi Ingiltere Misir qosunlari terefinden darmadagin edildi Bununla Mehemmed Ehmedin yaratdigi dovlet suquta ugradi Onun nesi Omdurmandaki meqbereden cixarilaraq paroxodun ocaginda yandirildi ve kulu Nil cayina tokuldu Lord Mehemmed Ehmedin kesilmis basini kerosinin icinde konteynerlerde Ingiltereye getirdi Bernard Sou bu hereketi Stuartlar zamaninda Oliver Kromvelin nesinin qaliqlarinin tehqir edilmesi ile muqayise etdi Kitcenerin kampaniyasinda ingilis Misir ordusu boyuk itkiler vermedi Sudanlilarin ise itkileri agir oldu Mehdiyyeliler 30 000 olu yarali ve ya esir dusdu Ingilis Misir 700 den artiq ingilis Misir ve Sudanli olu yarali ve ya esir dusdu Ingilislere meglub olan Abdulla Sudanda partizan muharibesine basladi Lakin 1899 cu ilin sonunda Kordofan eyaletinde Umm Divaikarat doyusunde helak oldu NeticeMehdiyye usyaninin yatirilmasi ile Mehdiyye dovleti de suquta ugradi Usyan dovrunde 1881 1898 ci illerde musteqil olan Sudan yeniden isgal olundu Ingilisler Sudanda yeni mustemleke sistemini Ingiltere Misir administrasiyasini qurdular Bu da faktiki olaraq Sudan uzerinde Ingilis hokmranligi demek idi Yeni dovlet Ingilis Misir Sudani adlanirdi Belelikle Sudan 1899 cu ilden 1956 ci ile qeder Misir ve Boyuk Britaniyanin kondominiumu seklinde idare olundu Sudan yalniz 1956 ci ilde yeniden musteqilliyini berpa etmeye nail oldu Mehdiyyelilerin herbi simvollariGeyim ve toxuculuq memulatlari Mehdiyyet quvvelerinin teskilatlanmasinda tekstil memulatlari muhum rol oynayirdi Bele ki ensarin doyusde geydiyi ve istifade etdiyi bayraqlar elemler ve ust koyneyi cibbe hem herbi hem de dini ehemiyyete malik idi Neticede bu kimi tekstil memulatlari 1899 cu ilde Omdurman doyusunde Britaniyanin Mehdiyye quvveler uzerinde qelebesinden sonra Britaniyaya aparilan herbi qenimetlerin boyuk bir hissesini teskil edirdi Mehdiyyet bayraqlari ve cibbeler Sudanda sufi teriqetlerinin terefdarlari terefinden istifade edilen enenevi tekstil uslublarina uygunlasdirilmisdi Mehdiyye muharibesi dovrunde bu tekstil memulatlari daha da standartlasdirildi Bele ki onlar her hansi bir herbi rutbe ve herbi birlesme ucun ferqli olurdu Bu ferqlilik renglerle ifade edilirdi Mehdiyye bayragi Mehdiyye bayragi Sufi bayraqlarinda adeten muselman Kelmeyi sehadetnamesi Allahdan basqa Allah yoxdur Mehemmed Allahin Resuludu ve muqeddes kimi qebul edilen teriqetin yaradicisinin adi yazilirdi Mehdi bu bayragin formasini herbi meqsedler ucun uygunlasdirmisdi The Bayraga qurandan bir sitat elave edilmisdi Ya allah ya hey ya qayyum ya xi l celal vel ikram Allahim Ey ebedi diri ey ebedi ey ezemet ve sexavet sahibi ve ireli surulen suar Mehemmed el Mehdi xelifet resulullah Mehemmed el Mehdi Allah elcisinin canisinidir Xartumun suqutundan sonra Omdurmanda Bayraq derzisi yaradildi Bayraqlarin istehsali standartlasdirildi ve bayraqlarin rengi ve yazilari ile bagli qaydalar mueyyen edildi Mehdiyye quvveleri daha da teskilatlandiqca bayraq rayya sozu qosun bolgusu ve ya bir komandirin tabeliyinde olan qosun birlesmeleri menasina geldi Bayraqlar Mehdiyye ordusunun uc esas bolmesinin Qara Yasil ve Qirmizi Bayraqlarin riayyet birbasa esgerlerini istiqametlendirmek ucun reng kodu idi Mehdiyye cibbesi Yamaqli muraqqaa ve daha sonra cibbe sufi dini teriqetinin ardicillari terefinden enenevi olaraq geyilen paltar idi Ciriq yamaqli paltar onun sahibinin maddi servetden imtina etmesini ve dini heyat terzine bagliligini simvolize edirdi Mehemmed Ehmed el Mehdi ferman verdi ki bu paltari doyusde butun esgerleri geyinsin Dini geyimi herbi geyim kimi qebul etmek qerari onun quvveleri arasinda nizami ve birliyi guclendirdi Bu hem de muxtelif qebileleri ferqlendiren enenevi vizual nisaneleri aradan qaldirdi XIX esrin sonunda Mehdiyye ve Ingiltere Misir quvveleri arasinda geden qarsidurma illerinde Mehdiyye herbi cibbesi getdikce daha da tekmillesdi ve yamaqlar geyenin rutbesini ve herbi bolgusunu ifade etmek ucun reng kodlu oldu MedeniyyetdeBedii edebiyyatda Rejissor Zoltan Kordanin cekdiyi Dord lelek The Four Feathers 1939 cu il bedii filminden fraqment Afrika sehrada ve cengellikde Henrik Senkevicin romani Isiq sondu Redyard Kiplinqin romani Fuzi Vuzzi Redyard Kiplinqin meshur seiri Cay muharibesi usyanin yatirilmasinda istirak eden Vinston Corcillin kitabi Dord lelek Alfred Meysonun 1902 macera romani Gunesin Zeferi Uilbur Smitin tarixi macera romani Kinoda Dord lelek The Four Feathers rejissor Zoltan Korda Boyuk Britaniya 1939 Dord lelek The Four Feathers rejissor Sekhar Kapur ABS 2002 Serqi Sudan East of Sudan rejissor Neytan Juran Boyuk Britaniya 1964 Xartum Khartoum rejissor Basil Dearden Boyuk Britaniya 1966 IstinadlarChurchill 1902 seh 28 Dame V Churchill 1902 seh 29 Churchill 1902 seh 30 Churchill 1902 seh 31 Churchill 1902 seh 33 Strachey Lytton 1918 Eminent Victorians 1 2021 01 11 at the Wayback Machine pp 194 amp 199 Churchill 1902 seh 39 Spiers Edward M 2005 Dervishes and Fanaticism Perception and impact in Hughes M and Johnson G Fanaticism and Conflict in the Modern Age Cass Series Military History and Policy Available here 2016 03 10 at the Wayback Machine McGonagall William The Battle of Abu Klea McGonagall Online 1885 2023 01 26 tarixinde Istifade tarixi 2023 01 26 Isba Anne Gladstone and Women 2006 seh 193 ISBN 9781852854713 2023 01 26 tarixinde Istifade tarixi 2023 01 26 A Prisoner of the Khaleefa Ten Years Captivity at Omdurman Chapman and Hall 1899 Chapter XXV How Gordon Died pp 300 324 and Appendix 2 pp 334 337 Omdurman 1898 Kitchener s victory in the Sudan S 22 ff Henze Paul B Layers of Time A History of Ethiopia New York Palgrave 2000 155 58 Barclay Glen St John The rise and fall of the new Roman empire Italy s bid for world power 1890 1943 London 1973 ISBN 9780283978623 Salomon Noah en University of Chicago Martin Marty Center may 2004 5 may 2007 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 7 noyabr 2007 Egyptian Soudan Its Loss and Recovery S 154 Omdurman 1898 Kitchener s victory in the Sudan Uinston Cherchill Moi rannie gody glava 17 Shou B Cezar i Kleopatra Polnoe sobranie pes v 6 i tomah 2 L Iskusstvo Perevod M Bogoslovskoj i S Bobrova 1979 F Nicoll Material related to the Mahdia 2023 07 28 at the Wayback Machine Retrieved December 21 2020 F Nicoll and O Nusairi Flags of the Mahdiyya 30 oktyabr 2020 at the Wayback Machine Making African Connections Retrieved December 21 2020 D Johsnon A Note on Mahdist Flags 2023 07 28 at the Wayback Machine Savage and Soldier Retrieved December 19 2020 Mahdist Shirt jibba 2023 07 28 at the Wayback Machine British Museum digital collection catalogue Retrieved December 19 2020 The jibba clothing for Sufi and soldier 2023 07 28 at the Wayback Machine Making African Connections Retrieved December 19 2020 EdebiyyatSmirnov S R Vosstanie mahdistov v Sudane M L 1950 Donald Feathertone Omdurman 1898 Kitchener s victory in the Sudan Osprey London 1993 ISBN 1 85532 368 0 Osprey military campaign series Band 29 englisch W Dennistoun Sword Henry S L Alford Egyptian Soudan Its Loss and Recovery With Records of the Services of the Officers 1896 8 Macmillan London u a 1898 Nachdruck Naval amp Military Press Ltd Uckfield 2001 ISBN 1 84342 100 3 englisch Churchill Winston The River War Kessinger 1902 Slatin Rudolf Carl Fire and Sword in the Sudan a Personal Narrative of Fighting and Serving the Dervishes 1879 1895 London E Arnold 1896 Xarici kecidlerChurchill The River War Too late for Gordon and Khartoum 1887 Ten years captivity in the Mahdist camp Suakin 1885 The Downfall of the Dervishes 1898 Sudan Campaign 1896 1899 Dame V V Muhammed Ahmed ibn Abdulla ru Krugosvet Istifade tarixi 2014 10 26 Mehdiyye usyani Bolshaya sovetskaya enciklopediya v 30 t 3 e izd M Sovetskaya enciklopediya gl red A M Prohorov 1969 1978 Anglo sudanskaya vojna 1884 1898 The British Expedition to Rescue Emin Pasha