Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist — ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu.
Corc Bernard Şou | |
---|---|
ing. George Bernard Shaw | |
Doğum adı | George Bernard Shaw |
Doğum tarixi | 26 iyul 1856[…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1950[…](94 yaşında) |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Təhsili |
|
Fəaliyyəti | dramaturq |
Fəaliyyət illəri | 1880-ci ildən |
Əsərlərinin dili | ingilis dili |
Janr | satira |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar).
Həyatı
İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir.
Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi. Nəticədə Bernard kilsə məktəbini bitirəndən sonra — 15 yaşından işləməyə başlamışdı. Əslində təhsil ona heç nə verməmişdi. Özünün də etiraf etdiyi kimi daha çox oxuduğu kitabların — Şekspirin, Dikkensin əsərlərinin, "Min bir gecə" nağıllarının, İncilin təsiri altında formalaşmışdı. Anasının və ailənin dostu, dirijor Con Linin təşviqi ilə erkən yaşlarından musiqi ilə maraqlanmış, fortepiano ifaçılığı sənətinə yiyələnmişdi.
Ərindən boşanıb Londona köçən missis Şounun ardınca 1876-cı ildə Bernard da Britaniya paytaxtına gəlmişdi. O, gələcəyini ədəbiyyatda görürdü. Pedant dəqiqliyi ilə hər gün mütləq beş səhifə yazırdı. Həm də qəzetlərdə musiqi tənqidçisi kimi məqalələri çap olunurdu. Lakin ilk beş romanından heç birini nəşr etdirə bilmədiyindən çox vaxt anasının cüzi gəlirlərindən asılı qalırdı.
Ailəsinin vəziyyətinin ağırlığı və cəmiyyətdəki qeyri-bərabərlik Şounun sosializm ideyaları ilə maraqlanmasına zəmin yaratmışdı. 1884-cü ildə o, ingilis sosialistlərinin Fabian cəmiyyətinə üzv olmuşdu. 27 il bu cəmiyyətin sıralarında çalışan məşhur dramaturq sosial məsələlərlə bağlı bir neçə broşür yazmış və dəfələrlə Londonun fəhlə rayonlarında mühazirələrlə çıxış etmişdi.
Dram yaradıcılığına başlamamışdan əvvəl Bernard Şou 1885–1890-cı illərdə Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olmuşdu. İngilis şairi U. Oden onu "bəlkə də bütün zamanların ən yaxşı musiqi tənqidçisi" adlandırmışdı.
Teatrşünas kimi guşə apardığı "Saterdey revyu" qəzetində Şou realist dramlar və İbsen yaradıcılığı haqqında məqalələrlə çıxış edirdi. Onun "İbsenizmin mahiyyəti" kitabçası (1891) həmin dövrdə Avropada populyar olan Norveç sənətkarı haqqında ingilis dilində ilk ciddi tədqiqat əsəri idi.
Məhz bu əsərin təsiri ilə İbseni ingilis səhnəsində tamaşaya qoyan rejissor T. Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Lakin müəllifin ilk dram əsərinin –"Dul qadının evi" (1892) pyesinin səhnə taleyi uğurlu olmamışdı. İkinci tamaşadan sonra əsər repertuardan çıxarılmışdı. Sonrakı altı ildə Şou 9 pyes yazsa da, onlara yaxın duran tapılmamışdı. İngilis fahişələri haqqındakı "Missis Uorrenin peşəsi" pyesi isə, ümumən, senzura qadağası ilə üzləşmişdi.
Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-də tamaşaya qoyulan "Şeytanın şagirdi" pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada şöhrət qazandı. 1898-ci ildə o, əsərlərinin iki cildliyini "Xoşa gələn və xoşa gəlməyən" pyeslər" adı altında çap etdirmiş, nəhayət, Fabian cəmiyyətinin üzvü olan irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurmuşdu. Onlar yarım əsr birlikdə yaşamışdılar. Ancaq övladları olmamışdı.
"Şeytanın şagirdi"nin ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan "Con Bullun başqa adası" pyesi böyük rəğbətlə qarşılandı. Deyilənə görə tamaşaçıların arasında olan ingilis kralı VII Edvard o qədər gülmüşdü ki, altındakı kreslo sınmışdı… 1904–1907-ci illərdə Kort teatrında göstərilən 988 tamaşanın 701-i Bernard Şoununu pyesləri əsasında hazırlanmışdı. Bu əsərlərin sırasına müəllifin "Kandid", "Yaşayarıq, görərik", "İnsan və fövqəlinsan", "Mayor Barbara", "Həkim dilemma qarşısında" kimi biri-birindən fərqli pyesləri daxildi. O, həqiqətən də, qısa müddətdə ürəklərə və beyinlərə hakim kəsilməyi bacarmışdı.
Birinci Dünya müharibəsinin başlanması ilə Şou populyarlığını sürətlə itirdi. Buna yazıçının "Nyu steytsmen" jurnalındakı "Müharibə sağlam ağıl baxımından" adlı böyük oçerki səbəb olmuşdu. Həmin yazıda Şou münasibətləri hərbi yolla aydınlaşdırmağa çağıran İngiltərə və Almaniyanı kəskin tənqid etmiş, beyinləri dumanlanan patriotları ələ salmışdı. 1916-cı ildə İrlandiya üsyanını dəstəkləməsi də onu istəməyənlərin sayını artırmışdı. Şounu Dramaturgiya klubunun üzvlüyündən çıxarmışdılar, mətbuatda haqqında kəskin, təhqiramiz yazılar dərc edilirdi.
Şou isə heç nə olmamış kimi yaradıcılığı ilə məşğul idi. Müharibə ərəfəsində yazdığı populyar səhnə əsərlərindən olan "Piqmalion" (1914) pyesində o, zəngin təbəqənin davranış və ədalarını amansızlıqla ələ salmışdı. Sonralar bu pyesin motivləri əsasında bu gün də ABŞ və Avropa səhnələrindən düşməyən "Mənim gözəl ledim" müzikli (1956) hazırlanmışdı.
Bütün təzyiqlərə baxmayaraq, Şou müharibəyə münasibətdə barışmaz mövqeyindən geri çəkilməmişdi. "Ürəklərin qırıldığı ev" (1921) tragikomediyasında müəllif günahsız insan qanı axıdılması üçün məsuliyyət daşıyan nəslin mənəvi cəhətdən necə miskinləşdiyini, tənəzzülə uğradığını ustalıqla açıb göstərilmişdi. "Mafusailə doğru" (1922) əsərini isə Şou pyes-diskussiya kimi qələmə almışdı. Ümumiyyətlə, yaradıcılıq həyatının son illərində Şou ənənəvi realizmdən müəyyən qədər uzaqlaşmış, bədii forma və mətn üzərində bir sıra cəsarətli eksperimentlər aparmaqdan çəkinməmişdi.
Siyasi və sosial-mənəvi həyatın satirik mənzərələrini yaradan, dilinin itiliyi və acılığı ilə şöhrət tapan Şou yalnız bir dəfə ədəbi ənənəsinə xilaf çıxmışdı. O, Fransa milli qəhrəmanı Janna d`Arkın simasında yeni mövzu və qəhrəman tapmış, ilk və son faciə əsərini — "Müqəddəs İonna" dramını (1924) yazmışdı.
1925-ci ildə Bernard Şou "idealizm və humanizmlə səciyyələnən yaradıcılığına, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına görə" Nobel mükafatı laureatı olmuşdu. Şou həyatdakı bir çox şeylər kimi Nobel mükafatına da müəyyən istehza ilə yanaşırdı. Hətta bir dəfə demişdi ki, "dinamiti kəşf etdiyinə görə bəlkə də Alfred Nobelin təqsirindən keçmək olardı. Amma Nobel mükafatını yalnız bəşəriyyətin düşməni olan bir adam təsis edə bilərdi". İstənilən halda, İsveç Akademiyası seçimini etmiş, qərarını vermişdi. İsveç ədəbiyyatşünası Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şounu "bizim günlərin Volteri" adlandırmışdı.
Dramaturq isə əvvəlcə mükafatdan imtina etmək istəyirdi. Lakin xanımı Nobel ödülünün onun şəxsində İrlandiyaya verildiyinə inandırandan sonra qərarını dəyişmişdi. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan boyun qaçırmışdı. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı.
1938-ci ildə "Piqmalion" pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar almışdı. Beləliklə indiyə qədər o, ədəbiyyat və incəsənət sahəsində hər iki məşhur mükafata layiq görülən yeganə sənət adamı olaraq qalmaqdadır.
Şou dünyanın bir sıra ölkələrində, o cümlədən keçmiş SSRİ-də olmuş, Stalinlə görüşmüşdü. Bəzi Qərb intellektualları kimi o da sovet rejiminin mahiyyətinə varmadan SSRİ-nin müdafiəçisi kimi çıxış etmişdi.
Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çox məktub yazmışdı. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapmışdı.
Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməxsus rekord qazanmışdı. O, son səhnə əsərini — "Bayandın milyardları" pyesini 92 yaşında tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı bəzən əndazəsini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını qoruyub saxlamışdı.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Bernard Shaw (nid.).
- Шоу Джордж Бернард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Corc Bernard Şounun foto şəkilləri, tərcümeyi-halı, əsərləri (rusca)
- Corc Bernard Şounun yaradıcılığı haqqında (rusca) 2008-02-02 at the Wayback Machine
- Corc Bernard Şounun məşhur kəlamları və sistatları
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Corc Bernard Sou ing George Bernard Shaw 26 iyul 1856 Dublin Boyuk Britaniya ve Irlandiya Birlesmis Kralligi 2 noyabr 1950 irland esilli taninmis Boyuk Britaniya yazicisi dramaturq Edebiyyat uzre Nobel mukafati laureati 1925 ictimai xadim sosialist fabianist ingilis yazisinin islahatlari terefdari Uilyam Sekspirden sonra ingilis teatrinin en meshur dramaturqu Corc Bernard Souing George Bernard ShawDogum adi George Bernard ShawDogum tarixi 26 iyul 1856 1856 07 26 Dogum yeri Dublin Boyuk Britaniya ve Irlandiya Birlesmis KralligiVefat tarixi 2 noyabr 1950 1950 11 02 94 yasinda Vefat sebebi boyrek catismazligi d Tehsili Dram Inceseneti uzre Kral Akademiyasi d Fealiyyeti dramaturqFealiyyet illeri 1880 ci ildenEserlerinin dili ingilis diliJanr satiraTaninmis eserleri Sezar ve Kleopatra pyes Uzvluyu Kral Edebiyyat Cemiyyeti d Mukafatlari Vikianbarda elaqeli mediafayllar Corc Bernard Sou hem Nobel in pul mukafatindan imtina etmisdir amma laureatlara verilen medali qebul etmisdir sonralar bu addimi Boris Pasternak ve Jan Pol Sartr da atmislar HeyatiIrland dramaturqu musiqisunas ve tenqidcidi Corc Bernard Sou Dublinde dogulmusdur Janr ve forma baximindan secilen 60 dan cox pyesin muellifidir Yaradiciliginda sosial movzulara daha cox diqqet yetirmisdir Bernard Sounun atasi evvelce dovlet qullugunda calismisdi Ardinca ugursuz ticarete qursanmis sonda ise heyatini icki duskunu kimi basa vurmusdu Anasi mueyyen istedaddan mehrum olmayan heveskar musiqici idi Sou ailesi esl necabetli sayilsa da ehtiyac onlardan yan kecmemisdi Neticede Bernard kilse mektebini bitirenden sonra 15 yasindan islemeye baslamisdi Eslinde tehsil ona hec ne vermemisdi Ozunun de etiraf etdiyi kimi daha cox oxudugu kitablarin Sekspirin Dikkensin eserlerinin Min bir gece nagillarinin Incilin tesiri altinda formalasmisdi Anasinin ve ailenin dostu dirijor Con Linin tesviqi ile erken yaslarindan musiqi ile maraqlanmis fortepiano ifaciligi senetine yiyelenmisdi Erinden bosanib Londona kocen missis Sounun ardinca 1876 ci ilde Bernard da Britaniya paytaxtina gelmisdi O geleceyini edebiyyatda gorurdu Pedant deqiqliyi ile her gun mutleq bes sehife yazirdi Hem de qezetlerde musiqi tenqidcisi kimi meqaleleri cap olunurdu Lakin ilk bes romanindan hec birini nesr etdire bilmediyinden cox vaxt anasinin cuzi gelirlerinden asili qalirdi Ailesinin veziyyetinin agirligi ve cemiyyetdeki qeyri beraberlik Sounun sosializm ideyalari ile maraqlanmasina zemin yaratmisdi 1884 cu ilde o ingilis sosialistlerinin Fabian cemiyyetine uzv olmusdu 27 il bu cemiyyetin siralarinda calisan meshur dramaturq sosial meselelerle bagli bir nece brosur yazmis ve defelerle Londonun fehle rayonlarinda muhazirelerle cixis etmisdi Dram yaradiciligina baslamamisdan evvel Bernard Sou 1885 1890 ci illerde Londonun Uorld Star kimi populyar qezetlerinin teatr ve musiqi tenqidcisi olmusdu Ingilis sairi U Oden onu belke de butun zamanlarin en yaxsi musiqi tenqidcisi adlandirmisdi Teatrsunas kimi guse apardigi Saterdey revyu qezetinde Sou realist dramlar ve Ibsen yaradiciligi haqqinda meqalelerle cixis edirdi Onun Ibsenizmin mahiyyeti kitabcasi 1891 hemin dovrde Avropada populyar olan Norvec senetkari haqqinda ingilis dilinde ilk ciddi tedqiqat eseri idi Mehz bu eserin tesiri ile Ibseni ingilis sehnesinde tamasaya qoyan rejissor T Qreyn Sounun ozunu pyes yazmaga tesviq etmisdi Lakin muellifin ilk dram eserinin Dul qadinin evi 1892 pyesinin sehne taleyi ugurlu olmamisdi Ikinci tamasadan sonra eser repertuardan cixarilmisdi Sonraki alti ilde Sou 9 pyes yazsa da onlara yaxin duran tapilmamisdi Ingilis fahiseleri haqqindaki Missis Uorrenin pesesi pyesi ise umumen senzura qadagasi ile uzlesmisdi Sounu dramaturq kimi tanidan ilk eseri 1897 ci ilde ABS de tamasaya qoyulan Seytanin sagirdi pyesi oldu Muellif veteni Britaniyadan evvel Amerikada sohret qazandi 1898 ci ilde o eserlerinin iki cildliyini Xosa gelen ve xosa gelmeyen pyesler adi altinda cap etdirmis nehayet Fabian cemiyyetinin uzvu olan irland sosialisti Sarlotta Peyn Tausendle aile qurmusdu Onlar yarim esr birlikde yasamisdilar Ancaq ovladlari olmamisdi Seytanin sagirdi nin ardinca muellifin 1903 cu ilde Kandid pyesi de ABS sehnesinde gosterilmisdi Novbeti ilde ise Londonun Kort teatrinda oynanilan Con Bullun basqa adasi pyesi boyuk regbetle qarsilandi Deyilene gore tamasacilarin arasinda olan ingilis krali VII Edvard o qeder gulmusdu ki altindaki kreslo sinmisdi 1904 1907 ci illerde Kort teatrinda gosterilen 988 tamasanin 701 i Bernard Soununu pyesleri esasinda hazirlanmisdi Bu eserlerin sirasina muellifin Kandid Yasayariq gorerik Insan ve fovqelinsan Mayor Barbara Hekim dilemma qarsisinda kimi biri birinden ferqli pyesleri daxildi O heqiqeten de qisa muddetde ureklere ve beyinlere hakim kesilmeyi bacarmisdi Birinci Dunya muharibesinin baslanmasi ile Sou populyarligini suretle itirdi Buna yazicinin Nyu steytsmen jurnalindaki Muharibe saglam agil baximindan adli boyuk ocerki sebeb olmusdu Hemin yazida Sou munasibetleri herbi yolla aydinlasdirmaga cagiran Ingiltere ve Almaniyani keskin tenqid etmis beyinleri dumanlanan patriotlari ele salmisdi 1916 ci ilde Irlandiya usyanini desteklemesi de onu istemeyenlerin sayini artirmisdi Sounu Dramaturgiya klubunun uzvluyunden cixarmisdilar metbuatda haqqinda keskin tehqiramiz yazilar derc edilirdi Sou ise hec ne olmamis kimi yaradiciligi ile mesgul idi Muharibe erefesinde yazdigi populyar sehne eserlerinden olan Piqmalion 1914 pyesinde o zengin tebeqenin davranis ve edalarini amansizliqla ele salmisdi Sonralar bu pyesin motivleri esasinda bu gun de ABS ve Avropa sehnelerinden dusmeyen Menim gozel ledim muzikli 1956 hazirlanmisdi Butun tezyiqlere baxmayaraq Sou muharibeye munasibetde barismaz movqeyinden geri cekilmemisdi Ureklerin qirildigi ev 1921 tragikomediyasinda muellif gunahsiz insan qani axidilmasi ucun mesuliyyet dasiyan neslin menevi cehetden nece miskinlesdiyini tenezzule ugradigini ustaliqla acib gosterilmisdi Mafusaile dogru 1922 eserini ise Sou pyes diskussiya kimi qeleme almisdi Umumiyyetle yaradiciliq heyatinin son illerinde Sou enenevi realizmden mueyyen qeder uzaqlasmis bedii forma ve metn uzerinde bir sira cesaretli eksperimentler aparmaqdan cekinmemisdi Siyasi ve sosial menevi heyatin satirik menzerelerini yaradan dilinin itiliyi ve aciligi ile sohret tapan Sou yalniz bir defe edebi enenesine xilaf cixmisdi O Fransa milli qehremani Janna d Arkin simasinda yeni movzu ve qehreman tapmis ilk ve son facie eserini Muqeddes Ionna dramini 1924 yazmisdi 1925 ci ilde Bernard Sou idealizm ve humanizmle seciyyelenen yaradiciligina ekser hallarda mustesna poetik gozellikle musayiet olunan sirayetedici satirasina gore Nobel mukafati laureati olmusdu Sou heyatdaki bir cox seyler kimi Nobel mukafatina da mueyyen istehza ile yanasirdi Hetta bir defe demisdi ki dinamiti kesf etdiyine gore belke de Alfred Nobelin teqsirinden kecmek olardi Amma Nobel mukafatini yalniz beseriyyetin dusmeni olan bir adam tesis ede bilerdi Istenilen halda Isvec Akademiyasi secimini etmis qerarini vermisdi Isvec edebiyyatsunasi Per Halsterm pyeslerine yazdigi derin mezmunlu muqeddimelere gore Bernard Sounu bizim gunlerin Volteri adlandirmisdi Dramaturq ise evvelce mukafatdan imtina etmek isteyirdi Lakin xanimi Nobel odulunun onun sexsinde Irlandiyaya verildiyine inandirandan sonra qerarini deyismisdi Bernard Sou her cur temteragin eleyhdari oldugundan teqdimat merasiminde istirakdan boyun qacirmisdi Mukafatin pul hissesini ise Isvec edebiyyatini ingilis diline tercume etmek ucun fondun yaradilmasina ayirmisdi 1938 ci ilde Piqmalion pyesinin motivleri esasinda cekilen filme gore Sou hem de Oskar almisdi Belelikle indiye qeder o edebiyyat ve incesenet sahesinde her iki meshur mukafata layiq gorulen yegane senet adami olaraq qalmaqdadir Sou dunyanin bir sira olkelerinde o cumleden kecmis SSRI de olmus Stalinle gorusmusdu Bezi Qerb intellektuallari kimi o da sovet rejiminin mahiyyetine varmadan SSRI nin mudafiecisi kimi cixis etmisdi Sou yaradiciliginin muhum hissesini muellifin epistolyar irsi teskil edir O uzun ve mehsuldar heyati boyu 250 minden cox mektub yazmisdi Bu mektublarda ciddi ictimai siyasi meselelere olke ve dunya miqyasinda geden proseslere edebiyyat teatr ve senet meselelerine munasibet oz eksini tapmisdi Bernard Sou yalniz fiziki deyil eqli uzunomurluluyu ile de ozunemexsus rekord qazanmisdi O son sehne eserini Bayandin milyardlari pyesini 92 yasinda tamamlamisdi Heyatinin sonuna qeder bu yorulmaz irlandiyali bezen endazesini asan yumor hissini iti aglini en gozlenilmez fikir ve mulahizelere derhal ve hazircavabliqla reaksiya vermek bacarigini qoruyub saxlamisdi IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Bernard Shaw nid Shou Dzhordzh Bernard Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerCorc Bernard Sounun foto sekilleri tercumeyi hali eserleri rusca Corc Bernard Sounun yaradiciligi haqqinda rusca 2008 02 02 at the Wayback Machine Corc Bernard Sounun meshur kelamlari ve sistatlari