Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre; 21 iyun 1905[…], Paris – 15 aprel 1980[…], XIV arondisman (Paris)) — XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri. Sartr ekzistensializm (və fenomenologiya) fəlsəfəsinin əsas simalarından biri idi. Onun yaradıcılığı sosiologiyaya, tənqidi nəzəriyyəyə, post-müstəmləkə nəzəriyyəsinə və ədəbiyyatşünaslığa təsir göstərmişdir və etməkdə davam edir. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmişdir.
Jan Pol Sartr | |
---|---|
fr. Jean-Paul Sartre | |
Doğum adı | Jean-Paul Charles Aymard Sartre |
Təxəllüsü | Jacques Guillemin |
Doğum tarixi | 21 iyun 1905[…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1980[…](74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şiş |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dramaturq, epistemoloq, roman yazıçısı, ssenarist, bioqraf, ədəbiyyat tənqidçisi, esseist, müqavimət döyüşçüsü[d], siyasi publisist[d], yazıçı, filosof, sülh aktivisti, publisist, intellektual, sosioloq, söz yazıçısı[d] |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Ekzistensializm, ateizm, fenomenologiya, marksizm, Qitə fəlsəfəsi |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına — Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi.
1920-ci ildə Parisə qayıtdıqdan sonra IV Henrix liseyində təhsilini davam etdirmişdi. İlk şeirləri də həmin dövrdə mətbuatda dərc olunmuşdu. Jan-Pol Sartr 1929-cu ildə Ekol Normal Süperyeri birinci dərəcəli diplomla başa vurmuşdu. Bu, lisey və universitetlərdə müəllimlik hüququ verirdi.
Hərbi xidmətdən sonra o, Qavr liseyində çalışmış, 1933–1934-cü illərdə isə Almaniyada, Edmund Qussler və Martin Haydegger kimi tanınmış filosofların yanında təcrübə keçmişdi. 1937-ci ildən etibarən müəllimlik fəaliyyətini Parisdə davam etdirməyə başlamışdı.
İlk bədii əsərini – "Ürək bulanması" romanını Sartr həyatının Qavr dövründə yazsa da, yalnız 1938-ci ildə nəşr etdirmişdi. Eyni ildə "Nuvel Revyü Fransez" dərgisində "Divar" novellası çap olunmuşdu. Hər iki əsər Fransada yekdilliklə ilin kitabı nominasıyasının qalibi adını qazanmışdı.
İkinci Dünya müharibəsinin başlanmasını və Fransanın işğalını bir çox həmvətənləri kimi Sartr da şəxsi faciəsi kimi yaşamışdı. Görmə qabiliyyətinin zəifliyi səbəbindən o, döyüşən orduda deyil, meteoroloji hərbi hissədə xidmət edirdi. Alman hərbi birlikləri Parisə daxil olarkən yazıçı əsir alınmış, bir müddət Trir yaxınlığındakı həbs düşərgəsində saxlanmışdı. Yalnız 1941-ci ildə həbsdən qurtarıb Parisə qayıda bilmişdi. Təbii ki, müharibə dövründə siyasət Jan-Pol Sartrın həyatında daha önəmli yer tutmuşdu. O, birbaşa Müqavimət hərəkatı sıralarına qatılmasa da, bu hərəkata yardım cəmiyyəti təşkil etmişdi. Alber Kamyu ilə ilk tanışlıqları da həmin cəmiyyətdə olmuşdu.
Müharibə illərində müəllif özünün "Milçəklər" (1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini, habelə iri həcmli "Mövcudluq və heçlik" (1943) fəlsəfi traktatını qələmə almışdı. Yaradıcılığı ilə yaşamını təmin edə bildiyindən pedaqoji fəaliyyətdən birdəfəlik uzaqlaşmağa qərar vermişdi. "Milçəklər" pyesində Sartr Orest haqqındakı qədim yunan mifinə əsaslanaraq dünyada obyektiv əxlaqın mövcud olmadığı, buna görə də insanların sərbəst seçim haqqını özlərində saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. İşğal altındakı Fransada bu sərbəst seçim faşizmə qarşı mübarizə idi. Almanlar bunu başa düşəndən sonra pyesin tamaşasını qadağan etmişdilər. Sartrın "Mövcudluq və heçlik" kitabı yazıldığı dövrdən ekzistensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməxsus Bibliyasına çevrilmişdi.
Müharibənin sonuna doğru Jan-Pol Sartr artıq ekzistensialistlərin tanınan və hamı tərəfindən qəbul edilən lideri idi. İnsan seçiminə və azadlığına böyük önəm verən bu fəlsəfi təlimin populyarlığı həm də onun Müqavimət hərəkatı ilə bağlılığında idi. Fransız cəmiyyətinin müxtəlif təbəqələri arasında əməkdaşlıq və ümumi düşmənə qarşı birgə mübarizə fəlsəfəsi olan ekzistensializm əsasında intellektualları birləşdirməyə, yeni mədəniyyət yaratmağa böyük ümidlər vardı.
Sartr həm bədii yaradıcılıq, həm də fəlsəfə sahəsində eyni həvəs və intensivliklə çalışırdı. Bu mənada "Çirkli əllər" (1948), "Azadlığın yolları" (1945–1949) pyesləri əslində fəlsəfi təlimi bədii obrazlar vasitəsilə şərh etmək cəhdi idi. Ampluasını daha da genişləndirən Sartr eksiztensializm prinsiplərini bioqrafik janra tətbiq edərək Şarl Bodler (1947) və Jan Jen (1952) kimi məşhur həmvətənlərinin həyat və yaradıcılıqlarını tədqiq etmişdi.
Marksizm təlimi Sartrı 40-cı illərdən maraqlandırırdı. 1944-cü ildə onun rəhbərliyi ilə aylıq "Les Temps Modernes" jurnalı təsis olunduqdan sonra ədəbi və ictimai problemlərin marksizm nöqteyi-nəzərindən işıqlandırılması yeni nəşrin əsas mövzusuna çevrilmişdi. Sonrakı onillikdə isə Sartr ədəbiyyat, teatr, etika ilə bağlı məsələlərdə marksizmin açıq təbliğatçılarından biri kimi tanınmağa başlamışdı. Kamyu ilə ziddiyyətlərinin və ayrılmalarının əsasında da marksizmə münasibət dayanmışdı. Təkamül, liberalizm və demokratiya təbliğ edən Kamyudan fərqli olaraq Sartr inqilabi dəyişikliklərdən qaçmağı humanizm ideallarına xəyanət kimi qiymətləndirirdi. Müəllif "Dialektik zəkanın tənqidi" əsərində (1960) marksizmlə ekzistensializmi barışdırmağa cəhd göstərmişdi. Onun fikrincə, "fərdi azadlıq vasitəsilə marksizmi xurafatdan xilas etmək, marksizm vasitəsilə ekzistensializmi fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək" mümkündür.
Jan-Pol Sartr 1964-cü ildə "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü. Lakin müəllif könüllü şəkildə mükafatı almaqdan imtina etmişdir (ondan əvvəl Boris Pasternak da bu addımı atmışdır). İsveç Akademiyasına ünvanladığı məktubda Jan-Pol Sartr yazırdı: "Mənim öz əsərlərimi sadəcə "Jan-Pol Sartr" və "Nobel mükafatı laureatı Jan-Pol Sartr" kimi imzalamağım tamamilə fərqli anlayışlardır. Yazıçı hətta ən şərəfli şəkildə də olsa, öz adının ictimai institut adına çevrilməsinə imkan verməməlidir". Başqa sözlə desək, Sartr Nobel laureatı adının onun radikal siyasi fəaliyyətinə maneəçilik törədəcəyini düşünərək bu qərarı vermişdi.
Nobel Komitəsinin üzvü Lars Qollerstenin yazdığına görə Sartr sonralar qərarını dəyişmiş, 1975-ci ildə Komitəyə müraciət edərək diplom və medaldan imtina şərti ilə pul mükafatını almaq niyyətində olduğunu bildirmişdi. Lakin həmin məbləğ artıq Nobel fonduna qaytarıldığından yazıçının istəyi reallaşmamışdır.
Sartr heç zaman Kommunist partiyasının üzvü olmasa da, 1956-cı il Macarıstan hadisələrinə qədər sosializmə rəğbətlə yanaşırdı. Böyük millətçilik düşüncəsindən uzaq olması nəticəsində o, "Alton rahibləri" (1960) pyesində Fransanın Əlcəzairdəki müstəmləkə siyasətini faşist Almaniyasının bəşəriyyətə qarşı çevrilmiş cinayətləri ilə eyniləşdirmişdi. O, Amerikanın Vyetnama hərbi müdaxiləsini pisləmiş, görkəmli filosof, Nobel laureatı Bertran Rassellə birlikdə Vyetnamdakı ABŞ cinayətlərini araşdıran komissiya yaradılmasını ("Rassel Tribunalı") tələb etmişdi. Kuba inqilabını alqışlayan Avropa intellektualları arasında Jan-Pol Sartr da vardı. O, 1960-cı ildə Havanada olmuş, Fidel Kastro və Çe Gevara ilə görüşmüş, xüsusən sonuncu haqqında hərarətli sözlər yazmışdı. Lakin bu, sonralar müəllifə Kuba inqilabçılarına münasibətini dəyişməyə mane olmamışdı.
Paris tələbələrinin 1968-ci ildəki nümayişi Sartrın simasında özünün güclü və nüfuzlu tərəfdarlarından birini tapmışdı. Nümayiş zamanı iştirakçıların çoxu ilə birlikdə Sartr da polisə müqavimət bəhanəsi ilə saxlanmışdı. Fransanın o zamankı prezidenti Şarl de Qoll məsələdən xəbər tutan kimi işə qarışmış, yazıçıdan şəxsən üzr istəmiş, polis rəhbərliyinə isə "Siz Volteri həbs edə bilməsziniz!" — demişdi.
Həyatının son illərində qloukoma xəstəliyi nəticəsində görmə qabiliyyətini demək olar ki, tamam itirən Jan-Pol Sartr tənha həyat yaşamış, siyasi proseslərin passiv müçahidəçisinə çevrilmişdi. Onun tənhalıq həyatının çətinliklərini yalnız altmış illik rəfiqəsi, yazıçı və tərcüməçi Simona Bolivarla ünsiyyət asanlaşdırırdı.
Fransız filosofu Lui Altyusser Sartrın ölümündən sonra "O, bizim Jan Jak Russomuz idi" — demişdi. "Mond" qəzeti isə yazıçının vəfatı münasibətilə çap etdiyi nekroloqda "XX əsrdə heç bir fransız intellektualı, heç bir Nobel mükafatı laureatı cəmiyyət həyatına Sartr qədər dərin, uzun müddətli və geniş təsir göstərə bilməmişdir" — sözlərini yazmışdı.
Əsərləri
- Ürəkbulanma (1938)
- Divar (1939)
- Milçəklər (1943)
- Azadlığa aparan yollar (Yarımçıq Qalmış )
- Kamilliyin yaşı (1945)
- Möhlət yaxud Yaşanmayan zaman(1945)
- Problemli yuxu (1949)
- Hörmətli fahişə (1946)
- Çirkli əllər (1948)
- Şeytan və Yaxşı Hökmdar (1951)
- Altona Məhkum Edilmişlər (1959)
- Sözlər (1963)
Fəlsəfi və nəzəri əsərləri
- Eqonun Aşılması (1936)
- Duyğular nəzəriyyəsi üçün eskiz (1939)
- Təxəyyül (1940)
- Varlıq və Heçlik (1943)
- Ekzistensializm humanizmdir (1946)
- Metodun problemləri (1957)
Siyasi əsərləri
- Yəhudi məsələsinə dair düşüncələr (1944)
- Soyqırıma dair (1968)
- Əxlaqdan məhrum dövr
- Kommunist partiyasının yol yoldaşı
- Sol radikallıq və qeyri-leqallıq
- Andreas Baaderin asta ölümü
- Fransadakı Maoistlər
Tənqidi əsərləri
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Jean-Paul Sartre // Internet Broadway Database (ing.). 2000.
- Jean-Paul Sartre // Internet Speculative Fiction Database (ing.). 1995.
- İspaniya Milli Kitabxanası. 1711.
- Libraries Australia Authorities.
- Archivio Storico Ricordi. 1808.
- https://www.landrucimetieres.fr/spip/spip.php?article994.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- "Alatoran"da Sartrın klassik əsərlərindən 2006-06-23 at the Wayback Machine
- "Dünyanın ən böyük filosofları: Jan Pol Sartr" 2015-03-19 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Jan Pol Sartr fr Jean Paul Charles Aymard Sartre 21 iyun 1905 Paris 15 aprel 1980 XIV arondisman Paris XX esr fransiz filosofu yazici ve dramaturq ekzistensialist edebi felsefi cereyanin yaradicilarindan biri Sartr ekzistensializm ve fenomenologiya felsefesinin esas simalarindan biri idi Onun yaradiciligi sosiologiyaya tenqidi nezeriyyeye post mustemleke nezeriyyesine ve edebiyyatsunasliga tesir gostermisdir ve etmekde davam edir 1964 cu ilde Edebiyyat uzre Nobel mukafatina layiq gorulse de bundan imtina etmisdir Jan Pol Sartrfr Jean Paul SartreDogum adi Jean Paul Charles Aymard SartreTexellusu Jacques GuilleminDogum tarixi 21 iyun 1905 1905 06 21 Dogum yeri Paris ParisVefat tarixi 15 aprel 1980 1980 04 15 74 yasinda Vefat yeri XIV arondisman Paris Paris Il de Frans Fransa metropoliyasi FransaVefat sebebi sisDefn yeri Monparnas qebiristanligi d Tehsili IV Henri Liseyi d Paris Ali Normal Mektebi Attemer d Boyuk Ludovik Liseyi d Paris UniversitetiFealiyyeti dramaturq epistemoloq roman yazicisi ssenarist bioqraf edebiyyat tenqidcisi esseist muqavimet doyuscusu d siyasi publisist d yazici filosof sulh aktivisti publisist intellektual sosioloq soz yazicisi d Eserlerinin dili fransiz diliIstiqamet Ekzistensializm ateizm fenomenologiya marksizm Qite felsefesiUzvluyu Amerika Incesenet ve Elmler AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiJan Pol Sarl Aymard Sartr denizci muhendis Jan Batist Sartrin ailesinin yegane ovladi kimi dogulmusdu Anasi Ann Mari Sveytser meshur alman humanisti Nobel mukafati laureati Albert Sveytserin qardasi qizi idi Bir yasinda atasini itiren Jan Pol ana babasi professor germanist Sarl Sveytserin himayesinde boyumusdu Nevesinin istedadini goren Sarl Sveytser onu mektebden cixarmis evde xususi muellimlerden tehsil almasi ucun serait yaratmisdi 1917 ci ilde anasi yeniden ere gedende ve onu oz yanina Fransanin cenubuna aparanda Jan Pol bundan emelli basli sarsinti kecirmisdi 1920 ci ilde Parise qayitdiqdan sonra IV Henrix liseyinde tehsilini davam etdirmisdi Ilk seirleri de hemin dovrde metbuatda derc olunmusdu Jan Pol Sartr 1929 cu ilde Ekol Normal Superyeri birinci dereceli diplomla basa vurmusdu Bu lisey ve universitetlerde muellimlik huququ verirdi Herbi xidmetden sonra o Qavr liseyinde calismis 1933 1934 cu illerde ise Almaniyada Edmund Qussler ve Martin Haydegger kimi taninmis filosoflarin yaninda tecrube kecmisdi 1937 ci ilden etibaren muellimlik fealiyyetini Parisde davam etdirmeye baslamisdi Ilk bedii eserini Urek bulanmasi romanini Sartr heyatinin Qavr dovrunde yazsa da yalniz 1938 ci ilde nesr etdirmisdi Eyni ilde Nuvel Revyu Fransez dergisinde Divar novellasi cap olunmusdu Her iki eser Fransada yekdillikle ilin kitabi nominasiyasinin qalibi adini qazanmisdi Ikinci Dunya muharibesinin baslanmasini ve Fransanin isgalini bir cox hemvetenleri kimi Sartr da sexsi faciesi kimi yasamisdi Gorme qabiliyyetinin zeifliyi sebebinden o doyusen orduda deyil meteoroloji herbi hissede xidmet edirdi Alman herbi birlikleri Parise daxil olarken yazici esir alinmis bir muddet Trir yaxinligindaki hebs dusergesinde saxlanmisdi Yalniz 1941 ci ilde hebsden qurtarib Parise qayida bilmisdi Tebii ki muharibe dovrunde siyaset Jan Pol Sartrin heyatinda daha onemli yer tutmusdu O birbasa Muqavimet herekati siralarina qatilmasa da bu herekata yardim cemiyyeti teskil etmisdi Alber Kamyu ile ilk tanisliqlari da hemin cemiyyetde olmusdu Muharibe illerinde muellif ozunun Milcekler 1943 Bagli qapi arxasinda 1944 pyeslerini habele iri hecmli Movcudluq ve heclik 1943 felsefi traktatini qeleme almisdi Yaradiciligi ile yasamini temin ede bildiyinden pedaqoji fealiyyetden birdefelik uzaqlasmaga qerar vermisdi Milcekler pyesinde Sartr Orest haqqindaki qedim yunan mifine esaslanaraq dunyada obyektiv exlaqin movcud olmadigi buna gore de insanlarin serbest secim haqqini ozlerinde saxlamalari fikrini felsefi baximdan esaslandirirdi Isgal altindaki Fransada bu serbest secim fasizme qarsi mubarize idi Almanlar bunu basa dusenden sonra pyesin tamasasini qadagan etmisdiler Sartrin Movcudluq ve heclik kitabi yazildigi dovrden ekzistensializmin esas manifestine ve genc Fransa intellektuallarinin ozunemexsus Bibliyasina cevrilmisdi Muharibenin sonuna dogru Jan Pol Sartr artiq ekzistensialistlerin taninan ve hami terefinden qebul edilen lideri idi Insan secimine ve azadligina boyuk onem veren bu felsefi telimin populyarligi hem de onun Muqavimet herekati ile bagliliginda idi Fransiz cemiyyetinin muxtelif tebeqeleri arasinda emekdasliq ve umumi dusmene qarsi birge mubarize felsefesi olan ekzistensializm esasinda intellektuallari birlesdirmeye yeni medeniyyet yaratmaga boyuk umidler vardi Sartr hem bedii yaradiciliq hem de felsefe sahesinde eyni heves ve intensivlikle calisirdi Bu menada Cirkli eller 1948 Azadligin yollari 1945 1949 pyesleri eslinde felsefi telimi bedii obrazlar vasitesile serh etmek cehdi idi Ampluasini daha da genislendiren Sartr eksiztensializm prinsiplerini bioqrafik janra tetbiq ederek Sarl Bodler 1947 ve Jan Jen 1952 kimi meshur hemvetenlerinin heyat ve yaradiciliqlarini tedqiq etmisdi Marksizm telimi Sartri 40 ci illerden maraqlandirirdi 1944 cu ilde onun rehberliyi ile ayliq Les Temps Modernes jurnali tesis olunduqdan sonra edebi ve ictimai problemlerin marksizm noqteyi nezerinden isiqlandirilmasi yeni nesrin esas movzusuna cevrilmisdi Sonraki onillikde ise Sartr edebiyyat teatr etika ile bagli meselelerde marksizmin aciq tebligatcilarindan biri kimi taninmaga baslamisdi Kamyu ile ziddiyyetlerinin ve ayrilmalarinin esasinda da marksizme munasibet dayanmisdi Tekamul liberalizm ve demokratiya teblig eden Kamyudan ferqli olaraq Sartr inqilabi deyisikliklerden qacmagi humanizm ideallarina xeyanet kimi qiymetlendirirdi Muellif Dialektik zekanin tenqidi eserinde 1960 marksizmle ekzistensializmi barisdirmaga cehd gostermisdi Onun fikrince ferdi azadliq vasitesile marksizmi xurafatdan xilas etmek marksizm vasitesile ekzistensializmi ferdin felsefesinden cemiyyetin felsefesine cevirmek mumkundur Jan Pol Sartr 1964 cu ilde zemanemize muhum tesir gosteren ideyalarla zengin azadliq ruhu ve yaradiciliq heqiqeti axtarislari ile asilanmis eserlerine gore Nobel mukafatina layiq gorulmusdu Lakin muellif konullu sekilde mukafati almaqdan imtina etmisdir ondan evvel Boris Pasternak da bu addimi atmisdir Isvec Akademiyasina unvanladigi mektubda Jan Pol Sartr yazirdi Menim oz eserlerimi sadece Jan Pol Sartr ve Nobel mukafati laureati Jan Pol Sartr kimi imzalamagim tamamile ferqli anlayislardir Yazici hetta en serefli sekilde de olsa oz adinin ictimai institut adina cevrilmesine imkan vermemelidir Basqa sozle desek Sartr Nobel laureati adinin onun radikal siyasi fealiyyetine maneecilik toredeceyini dusunerek bu qerari vermisdi Nobel Komitesinin uzvu Lars Qollerstenin yazdigina gore Sartr sonralar qerarini deyismis 1975 ci ilde Komiteye muraciet ederek diplom ve medaldan imtina serti ile pul mukafatini almaq niyyetinde oldugunu bildirmisdi Lakin hemin mebleg artiq Nobel fonduna qaytarildigindan yazicinin isteyi reallasmamisdir Sartr hec zaman Kommunist partiyasinin uzvu olmasa da 1956 ci il Macaristan hadiselerine qeder sosializme regbetle yanasirdi Boyuk milletcilik dusuncesinden uzaq olmasi neticesinde o Alton rahibleri 1960 pyesinde Fransanin Elcezairdeki mustemleke siyasetini fasist Almaniyasinin beseriyyete qarsi cevrilmis cinayetleri ile eynilesdirmisdi O Amerikanin Vyetnama herbi mudaxilesini pislemis gorkemli filosof Nobel laureati Bertran Rasselle birlikde Vyetnamdaki ABS cinayetlerini arasdiran komissiya yaradilmasini Rassel Tribunali teleb etmisdi Kuba inqilabini alqislayan Avropa intellektuallari arasinda Jan Pol Sartr da vardi O 1960 ci ilde Havanada olmus Fidel Kastro ve Ce Gevara ile gorusmus xususen sonuncu haqqinda heraretli sozler yazmisdi Lakin bu sonralar muellife Kuba inqilabcilarina munasibetini deyismeye mane olmamisdi Paris telebelerinin 1968 ci ildeki numayisi Sartrin simasinda ozunun guclu ve nufuzlu terefdarlarindan birini tapmisdi Numayis zamani istirakcilarin coxu ile birlikde Sartr da polise muqavimet behanesi ile saxlanmisdi Fransanin o zamanki prezidenti Sarl de Qoll meseleden xeber tutan kimi ise qarismis yazicidan sexsen uzr istemis polis rehberliyine ise Siz Volteri hebs ede bilmesziniz demisdi Heyatinin son illerinde qloukoma xesteliyi neticesinde gorme qabiliyyetini demek olar ki tamam itiren Jan Pol Sartr tenha heyat yasamis siyasi proseslerin passiv mucahidecisine cevrilmisdi Onun tenhaliq heyatinin cetinliklerini yalniz altmis illik refiqesi yazici ve tercumeci Simona Bolivarla unsiyyet asanlasdirirdi Fransiz filosofu Lui Altyusser Sartrin olumunden sonra O bizim Jan Jak Russomuz idi demisdi Mond qezeti ise yazicinin vefati munasibetile cap etdiyi nekroloqda XX esrde hec bir fransiz intellektuali hec bir Nobel mukafati laureati cemiyyet heyatina Sartr qeder derin uzun muddetli ve genis tesir gostere bilmemisdir sozlerini yazmisdi EserleriUrekbulanma 1938 Divar 1939 Milcekler 1943 Azadliga aparan yollar Yarimciq Qalmis Kamilliyin yasi 1945 Mohlet yaxud Yasanmayan zaman 1945 Problemli yuxu 1949 Hormetli fahise 1946 Cirkli eller 1948 Seytan ve Yaxsi Hokmdar 1951 Altona Mehkum Edilmisler 1959 Sozler 1963 Felsefi ve nezeri eserleri Eqonun Asilmasi 1936 Duygular nezeriyyesi ucun eskiz 1939 Texeyyul 1940 Varliq ve Heclik 1943 Ekzistensializm humanizmdir 1946 Metodun problemleri 1957 Siyasi eserleri Yehudi meselesine dair dusunceler 1944 Soyqirima dair 1968 Exlaqdan mehrum dovr Kommunist partiyasinin yol yoldasi Sol radikalliq ve qeyri leqalliq Andreas Baaderin asta olumu Fransadaki MaoistlerTenqidi eserleriIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Jean Paul Sartre Internet Broadway Database ing 2000 Jean Paul Sartre Internet Speculative Fiction Database ing 1995 Ispaniya Milli Kitabxanasi 1711 Libraries Australia Authorities Archivio Storico Ricordi 1808 https www landrucimetieres fr spip spip php article994 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidler Alatoran da Sartrin klassik eserlerinden 2006 06 23 at the Wayback Machine Dunyanin en boyuk filosoflari Jan Pol Sartr 2015 03 19 at the Wayback Machine