Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950).
Bertran Rassel | |
---|---|
ing. Bertrand Arthur William Russell | |
Doğum adı | Bertrand Arthur William Russell |
Doğum tarixi | 18 may 1872[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 fevral 1970[…](97 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qrip |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, ictimai tənqidçi, esseist, məntiqşünas, epistemoloq, siyasi fəal[d], avtobioqraf[d], universitet müəllimi[d], fantastika yazıçısı[d], elm filosofu, siyasətçi, sülh aktivisti, jurnalist, filosof, yazıçı |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | analitik fəlsəfə, azad düşüncə, Avropa fəlsəfəsi |
Üzvlüyü |
|
Mükafatları | |
Bertran Rassel Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular.
Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi. Yeniyetməlik və ilk gənclik illərində Bertran Rassel tənhalıqdan əziyyət çəkmiş, hətta bu səbəbdən bir neçə dəfə intihar fikrinə düşmüşdü. Etirafına görə yalnız riyaziyyata marağı və üzərində işlədiyi riyazi məsələlərin həllini sona çatdırmaq istəyi onu bu qaramsar niyyətindən çəkindirmişdi.
Britaniya səfirliyinin fəxri attaşesi kimi 1895-ci ildən Parisdə yaşayan Rassel iqtisadiyyatla bağlı tədqiqatlar aparmaq məqsədilə bir müddət Almaniya və ABŞ-də da olmuşdu. "Alman sosial demokratiyası" (1896) və "Leybnis fəlsəfəsinin tənqidi şərhi" (1900) kitablarının yazılmasında bu səfərlər mühüm rol oynamışdı. 1910–1913-cü illərdə Bertran Rassel Triniti-kollecin professoru N. Uaythedlə birlikdə "Riyaziyyatın əsasları" adlı 3 cildlik fundamental tədqiqat çap etdirmişdi. Bu dövrdə alim həm də ictimai-siyasi fəaliyyətlə məşğul olurdu. O, İngiltərədə sosializm ideyalarını yayan Fabian cəmiyyətinin üzvü idi. Qadınlara seçki hüququ verilməsi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi. Parlament seçkilərinə qatılsa da, dini baxışlarına görə lazımi miqdarda səs toplaya bilməmişdi.
İngiltərənin Birinci Dünya müharibəsində iştirakı Rasselin sərt tənqidi ilə qarşılanmışdı. O, "Sosial yenidənqurmanın prinsipləri" (1916), "Müharibə və ədalət (1916)", "Siyasi ideallar" (1917), "Azadlığa aparan yollar: Sosializm. Anarxizm. Sindikalizm" (1918) kitablarında dəyişməkdə olan dünyanın mənzərəsini yaratmağa çalışmışdı. Müharibə əleyhdarı Bertran Rassel orduda xidmətdən boyun qaçırdığına görə böyük məbləğdə cərimə ödəməli, hətta bir müddət həbsxanada yatmalı olmuşdu. ABŞ-nin müharibədə iştirakına kəskin tənqidi reaksiyası nəticəsində 1918-ci ildə o ikinci dəfə həbsxanaya salınmışdı.
1920-ci ildə Bertran Rassel beş həftə SSRİ-də olmuş, Lenin, Trotski və Maksim Qorki ilə görüşmüşdü. Sosialist ideyalarına müəyyən rəğbətlə yanaşsa da, "Bolşevizmin nəzəriyyəsi və təcrübəsi" (1920) kitabında sovet rejimini ciddi tənqid etmişdi. 1920–1921-ci illərdə Rassel Asiya ölkələrinə uzunmüddətli səyahətə çıxmış, bir müddət Pekin universitetində mühazirələr oxumuşdu.
Bertran Rassel təhsil problemlərinə mühüm diqqət yetirmişdi. Hətta bir ara pedaqogika ilə sıx maraqlanmış və özünün təcrübə məktəbini təşkil etmişdi. "Təhsil haqqında" (1926), "Təhsil və təmiz həyat" (1926), "Təhsil və ictimai quruluş" (1932) əsərlərində filosof-alimin müasir təhsillə bağlı fikirləri əks olunmuşdur. ikinci Dünya müharibəsi başlayanda Bertran Rassel pasifist baxışlarından imtina etmişdi. Xüsusən faşist Almaniyasının Polşaya hücumundan sonra İngiltərənin hərbi əməliyyatlara mümkün qədər tez qoşulmasının qızğın tərəfdarlarından biri kimi tanınmışdı. Müharibə illərində əsasən ABŞ-də yaşamışdı. Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumuş, Siti-Kollecin və Harvardın fəlsəfə professoru olmuşdu. ABŞ-dəki oxuduğu mühazirələri əsasında 1945-ci ildə "Qərb fəlsəfəsinin tarixi" monoqrafiyasını çap etdirmişdi.
Müharibədən sonra yenidən Londona, Triniti-kollecə qayıdan Rassel "Fəlsəfə və siyasət" (1947), "İnsan biliyi: hüdudlar və sərhədlər" (1948), "Hakimiyyət və şəxsiyyət" (1949), "Dünyanın dəyişməsinə yeni ümidlər" (1950) kitablarını çap etdirmişdi. Böyük Britaniya kraliçasının əmri ilə 1932-ci ildə qardaşı Frankın ölümündən sonra o, Rassel ailəsinin sayca üçüncü qrafı titulunu almış, 1949-cu ildə isə ölkənin ali mükafatı olan "Xidmətlərə görə" ordeni ilə təltif edilmişdi. 1950-ci ildə İsveç Akademiyası daha əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı almış filosoflar Rudolf Eyken (1908) və Anri Berqsonun (1927) ardınca filosof və riyaziyyatçı Bertran Rasseli də bu yüksək mükafata layiq görmüşdü. İsveç Akademiyasının üzvü Anders Esterlinq yeni laureatı "rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri, Qərbdə fikir və söz azadlığının qorxmaz mübarizi" kimi səciyyələndirmişdi. Bertran Rassel Nobel mühazirəsi oxumamışdı. Nobel laureatı Rasselin yazdığı mühüm əsərlər sırasına "Elmin cəmiyyətə təsiri" (1952), "Yaddaş portretləri" (1956), "Bəşəriyyətin gələcəyi varmı?" (1961), "Fakt və uydurma" (1962) və digər çoxsaylı kitabları, habelə üç cildlik "Avtobioqrafiya"sı (1967–1969) daxildir.
Bir çox tədqiqatçılar Rasseli müasir dövrün ən böyük filosofu, eyni zamanda ən ziddiyyətli şəxsiyyəti kimi xarakterizə edirlər. İngilis tədqiqatçısı Maykl Holroydun fikrincə, Rassel "əsrimizin ən qeyri-adi hadisələrindən biridir və həyat yolu başdan-başa heyrətamiz paradokslardan toxunmuşdur". Onu Volterə bənzədənlər də yox deyildir.
Nəhayət, Rasselin ən uzun ömür sürən (97 il) və ən çox evlənən (5 dəfə) Nobel laureatı olması da onun özünəməxsus rekordları kimi qeyd edilə bilər.
Əsərləri
- Riyaziyyatın prinsipləri (The Mathematica Prinsipa)
- Qərb fəlsəfəsi tarixi (1945)
- Niyə mən xristian deyiləm?
- Azadlıq yolu
- Elmin cəmiyyət üstündə təsiri
- Politika idealları
- Evlilik və əxlaq
- Oynaqlığa tərif
- İqtidar
- Bilik üstünə
- İnsanlığın sabahı
- Din və elm
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- Рассел Бертран // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- The Guardian (ing.). UK: GMG, 1970. ed. size: 107899 ISSN 0261-3077
- "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı: "Şərq-Qərb", 2008, səh.611
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bertran Artur Vilyam Rassel ing Bertrand Arthur William Russell 3rd Earl Russell 18 may 1872 Trelec d 2 fevral 1970 Penhindedra d Quinet d ingilis riyaziyyatci filosof ve ictimai xadim mentiqi atomizm konsepsiyasinin deskripsiya nezeriyyesi nin yaradicisi Alimlerin Paquos Herekatinin yaradilmasinin tesebbuskarlarindan biri Rassel Eynsteyn Manifesti nin hemmuellifi Sulh Fondu nun qurucusu 1963 Edebiyyat uzre Nobel mukafati laureati 1950 Bertran Rasseling Bertrand Arthur William RussellDogum adi Bertrand Arthur William RussellDogum tarixi 18 may 1872 1872 05 18 Dogum yeri Trelec d Uels Boyuk Britaniya ve Irlandiya Birlesmis KralligiVefat tarixi 2 fevral 1970 1970 02 02 97 yasinda Vefat yeri Penhindedra d Quinet d Uels Birlesmis KralliqVefat sebebi qripTehsili Kembric Universiteti Triniti KolleciFealiyyeti riyaziyyatci ictimai tenqidci esseist mentiqsunas epistemoloq siyasi feal d avtobioqraf d universitet muellimi d fantastika yazicisi d elm filosofu siyasetci sulh aktivisti jurnalist filosof yaziciEserlerinin dili ingilis diliIstiqamet analitik felsefe azad dusunce Avropa felsefesiUzvluyu London Kral Cemiyyeti 1908 MukafatlariBertran Rassel Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiIngilis filosofu mentiqsunas riyaziyyatci ve ictimai siyasi xadim Bertran Artur Uilyam Rasseli tam esasla ensiklopedist adlandirmaq mumkundur O Britaniyanin siyasi heyatinda XVI esrden feal istirak eden Rassel neslinden idi Neslin gorkemli numayendelerinden biri Bertranin babasi lord Con Rassel 1832 ci ilde kralica I Viktoriyanin hakimiyyeti dovrunde bas nazir vezifesini tutmusdu Iki yasinda anasini dord yasinda ise atasini ve korpe bacisini itiren Bertran nenesi qrafinya Rasselin himayesinde boyumusdu Onun ve boyuk qardasinin telim terbiyesi ile alman Isvecre quvernantlari elece de ingilis muellimler mesgul olurdular Bertran 1890 ci ilde Kembric Universiteti yanindaki Triniti Kollecde tehsile baslamis 1894 cu ilde incesenet bakalavri derecesi almisdi Elmin muxtelif sahelerini oyrense de maraq dairesine esasen riyaziyyat ve felsefe daxil idi 1897 ci ilde o Hendesenin esaslari movzusunda magistr dissertasiyasi mudafie etmisdi Yeniyetmelik ve ilk genclik illerinde Bertran Rassel tenhaliqdan eziyyet cekmis hetta bu sebebden bir nece defe intihar fikrine dusmusdu Etirafina gore yalniz riyaziyyata maragi ve uzerinde islediyi riyazi meselelerin hellini sona catdirmaq isteyi onu bu qaramsar niyyetinden cekindirmisdi Britaniya sefirliyinin fexri attasesi kimi 1895 ci ilden Parisde yasayan Rassel iqtisadiyyatla bagli tedqiqatlar aparmaq meqsedile bir muddet Almaniya ve ABS de da olmusdu Alman sosial demokratiyasi 1896 ve Leybnis felsefesinin tenqidi serhi 1900 kitablarinin yazilmasinda bu seferler muhum rol oynamisdi 1910 1913 cu illerde Bertran Rassel Triniti kollecin professoru N Uaythedle birlikde Riyaziyyatin esaslari adli 3 cildlik fundamental tedqiqat cap etdirmisdi Bu dovrde alim hem de ictimai siyasi fealiyyetle mesgul olurdu O Ingilterede sosializm ideyalarini yayan Fabian cemiyyetinin uzvu idi Qadinlara secki huququ verilmesi ile bagli kecirilen tedbirlerde feal istirak edirdi Parlament seckilerine qatilsa da dini baxislarina gore lazimi miqdarda ses toplaya bilmemisdi Ingilterenin Birinci Dunya muharibesinde istiraki Rasselin sert tenqidi ile qarsilanmisdi O Sosial yenidenqurmanin prinsipleri 1916 Muharibe ve edalet 1916 Siyasi ideallar 1917 Azadliga aparan yollar Sosializm Anarxizm Sindikalizm 1918 kitablarinda deyismekde olan dunyanin menzeresini yaratmaga calismisdi Muharibe eleyhdari Bertran Rassel orduda xidmetden boyun qacirdigina gore boyuk meblegde cerime odemeli hetta bir muddet hebsxanada yatmali olmusdu ABS nin muharibede istirakina keskin tenqidi reaksiyasi neticesinde 1918 ci ilde o ikinci defe hebsxanaya salinmisdi 1920 ci ilde Bertran Rassel bes hefte SSRI de olmus Lenin Trotski ve Maksim Qorki ile gorusmusdu Sosialist ideyalarina mueyyen regbetle yanassa da Bolsevizmin nezeriyyesi ve tecrubesi 1920 kitabinda sovet rejimini ciddi tenqid etmisdi 1920 1921 ci illerde Rassel Asiya olkelerine uzunmuddetli seyahete cixmis bir muddet Pekin universitetinde muhazireler oxumusdu Bertran Rassel tehsil problemlerine muhum diqqet yetirmisdi Hetta bir ara pedaqogika ile six maraqlanmis ve ozunun tecrube mektebini teskil etmisdi Tehsil haqqinda 1926 Tehsil ve temiz heyat 1926 Tehsil ve ictimai qurulus 1932 eserlerinde filosof alimin muasir tehsille bagli fikirleri eks olunmusdur ikinci Dunya muharibesi baslayanda Bertran Rassel pasifist baxislarindan imtina etmisdi Xususen fasist Almaniyasinin Polsaya hucumundan sonra Ingilterenin herbi emeliyyatlara mumkun qeder tez qosulmasinin qizgin terefdarlarindan biri kimi taninmisdi Muharibe illerinde esasen ABS de yasamisdi Cikaqo ve Kaliforniya universitetlerinde muhazireler oxumus Siti Kollecin ve Harvardin felsefe professoru olmusdu ABS deki oxudugu muhazireleri esasinda 1945 ci ilde Qerb felsefesinin tarixi monoqrafiyasini cap etdirmisdi Muharibeden sonra yeniden Londona Triniti kollece qayidan Rassel Felsefe ve siyaset 1947 Insan biliyi hududlar ve serhedler 1948 Hakimiyyet ve sexsiyyet 1949 Dunyanin deyismesine yeni umidler 1950 kitablarini cap etdirmisdi Boyuk Britaniya kralicasinin emri ile 1932 ci ilde qardasi Frankin olumunden sonra o Rassel ailesinin sayca ucuncu qrafi titulunu almis 1949 cu ilde ise olkenin ali mukafati olan Xidmetlere gore ordeni ile teltif edilmisdi 1950 ci ilde Isvec Akademiyasi daha evveller edebiyyat uzre Nobel mukafati almis filosoflar Rudolf Eyken 1908 ve Anri Berqsonun 1927 ardinca filosof ve riyaziyyatci Bertran Rasseli de bu yuksek mukafata layiq gormusdu Isvec Akademiyasinin uzvu Anders Esterlinq yeni laureati rasionalizm ve humanizmin en parlaq numayendelerinden biri Qerbde fikir ve soz azadliginin qorxmaz mubarizi kimi seciyyelendirmisdi Bertran Rassel Nobel muhaziresi oxumamisdi Nobel laureati Rasselin yazdigi muhum eserler sirasina Elmin cemiyyete tesiri 1952 Yaddas portretleri 1956 Beseriyyetin geleceyi varmi 1961 Fakt ve uydurma 1962 ve diger coxsayli kitablari habele uc cildlik Avtobioqrafiya si 1967 1969 daxildir Bir cox tedqiqatcilar Rasseli muasir dovrun en boyuk filosofu eyni zamanda en ziddiyyetli sexsiyyeti kimi xarakterize edirler Ingilis tedqiqatcisi Maykl Holroydun fikrince Rassel esrimizin en qeyri adi hadiselerinden biridir ve heyat yolu basdan basa heyretamiz paradokslardan toxunmusdur Onu Voltere benzedenler de yox deyildir Nehayet Rasselin en uzun omur suren 97 il ve en cox evlenen 5 defe Nobel laureati olmasi da onun ozunemexsus rekordlari kimi qeyd edile biler EserleriRiyaziyyatin prinsipleri The Mathematica Prinsipa Qerb felsefesi tarixi 1945 Niye men xristian deyilem Azadliq yolu Elmin cemiyyet ustunde tesiri Politika ideallari Evlilik ve exlaq Oynaqliga terif Iqtidar Bilik ustune Insanligin sabahi Din ve elmIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Maktutor riyaziyyat tarixi arxivi 1994 Rassel Bertran Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Oxford Dictionary of National Biography ing C Matthew Oxford OUP 2004 The Guardian ing UK GMG 1970 ed size 107899 ISSN 0261 3077 Usaqlar ucun ensiklopediya Riyaziyyat Baki Serq Qerb 2008 seh 611MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Hemcinin baxRasselin caydani