Anri Berqson (fr. Henri Bergson; 18 oktyabr 1859[…], Paris – 4 yanvar 1941[…], Paris)) — Fransa filosofu, XX əsrin ən görkəmli filosoflarından biri, intuitivizm və həyat fəlsəfəsi cərəyanlarının nümayəndəsi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927).
Anri Berqson | |
---|---|
fr. Henri Bergson | |
Doğum tarixi | 18 oktyabr 1859[…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1941[…](81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxit |
Təhsili | |
Fəaliyyəti | filosof, professor, sosioloq, yazıçı |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Qitə fəlsəfəsi |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı
Yəhudi əsilli fransız filosofu Anri Berqson Parisdə doğulmuşdu. Həqiqi soyadı Berekson olan atası Polşa, anası isə Britaniya yəhudisi idi. Ata — Mişel Berqson istedadlı musiqiçi kimi tanınırdı. Hətta onun Şopenin tələbələrindən olduğu deyilirdi. Anri Berqson 8 yaşına qədər Londonda yaşamışdı. Sonra ailə yenidən Parisə qayıtmışdı. O, yalnız 21 yaşında Fransa vətəndaşlığını qəbul etmişdi.
İlk təhsilini Parisdəki Kodors liseyində almışdı. Təhsil illərində Anri Berqson həm humanitar, həm də dəqiq elmlər sahəsində qeyri-adi istedadı ilə seçilmişdi. Hələ lisey şagirdi olarkən riyazi məsələlərdən birini özünəməxsus yolla həll etmişdi. Həmin düstur yeni elmi tapıntı kimi "Riyaziyyat annalları" dərgisində çap olunmuşdu. Lakin bu sahədəki qabiliyyətinə baxmayaraq, istedadlı gənc sonda fəlsəfəyə üstünlük vermişdi. 1889-cu ildə yazdığı "Zaman və azad istək" traktatına və Aristotel haqqında latın dilində dissertasiyasına görə Paris universitetindən fəlsəfə doktoru alimlik dərəcəsi almışdı.
Bir müddət Fransanın əyalət şəhərlərindəki liseylərdə çalışdıqdan sonra Anri Berqson 1891-ci ildə Parisə qayıtmışdı. IV Henrix liseyinin professoru olmuşdu. 1896-cı ildə özünün ikinci məşhur fəlsəfi əsərini – "Materiya və yaddaş" traktatını çap etdirmişdi. Burada beyin fiziologiyası ilə şüur arasındakı qarşılıqlı münasibətlər müxtəlif aspektlərdən nəzərdən keçirilirdi.
1900-cü ildə filosof-alim Sorbonnadan sonra Fransanın ikinci mühüm ali təhsil ocağı sayılan Kollec Fransa, yunan və latın fəlsəfəsi kürsüsünə dəvət almışdı. Berqson komizmin təbiətini açan "Gülüş" essesinin (1900), təbiət elmləri ilə fəlsəfə arasındakı əlaqələrin mahiyyətinə həsr olunmuş "Metafizikaya giriş" (1903) traktatının ardınca 1907-ci ildə epoxal əhəmiyyətə malik üçüncü tədqiqatını – "Yaradıcı təkamül" kitabını çap etdirmişdi. Kitab təkcə akademik dairələrdə deyil, oxucular arasında da böyük maraqla qarşılanmışdı. Diqqəti cəlb edən Berqsonun toxunduğu məsələlərlə bir sırada, həm də onun cəlbedici üslubu, mürəkkəb mətləblər haqqında asan və anlaşılan tərzdə yaza bilməsi idi.
Müəllifin fikrincə, təkamül – orqanizmlərin içərisinə düşdüyü mühitə passiv, mexaniki uyğunlaşması deyildir, təkamül məqsədyönlü və yaradıcı prosesdir. Anri Berqson əsrin əvvəllərində Avropa intellektuallarına ciddi təsir göstərən, onların yaradıcılıq axtarışlarına stimul verən böyük elmi nüfuz sahiblərindən biri idi. Onun zaman və şüur haqqındakı fəlsəfi mülahizələri Marsel Prust, Virciniya Vulf və Tomas Mann kimi yazıçıların əsərlərində öz əks-sədasını tapmışdı.
Birinci Dünya müharibəsi ərəfəsində Anri Berqson Kolumbiya universitetinin dəvəti ilə ABŞ-də olmuş, ölkənin bir sıra elm mərkəzlərində silsilə mühazirələrlə çıxış etmişdi. Eyni ildə o, Edinburq universitetində "Şəxsiyyətin problemləri" mövzusunda kurs aparmışdı. "Müharibənin əhəmiyyəti" və "Alman imperializminin təkamülü" əsərlərində filosof müharibədən sonrakı Avropanın siyasi-mənəvi mühitini proqnozlaşdırmağa çalışmışdı.
1914-cü ildə Anri Berqson Fransa Akademiyasının üzvü seçilmişdi. Birinci Dünya müharibəsinin əsas siyasi nəticələrindən biri kimi Millətlər Liqası təsis olunduqda tanınmış fransız filosof yekdilliklə bu qurumun İntellektual əməkdaşlıq üzrə şurasının prezidenti vəzifəsinə gətirilmişdi.
İlk dünya müharibəsindən sonra filosof-alimin əsərləri ilə intellektual mühitdə yaratdığı nikbin əhvali-ruhiyyə tədricən mövqelərini itirsə də, bu, Anri Berqsonun 1927-ci ildə Nobel mükafatı qazanmasına mane olmamışdı. Mükafat ona "həyatın təsdiqinə yönəlmiş parlaq ideyalarına və bu ideyaların təcəssümündəki müstəsna məharətinə görə" verilmişdi. İsveç Akademiyası hesab edirdi ki, Anri Berqson öz əsərləri ilə insanın böyük yaradıcılıq imkanlarının aşkara çıxmasına, mənəvi azadlıq qazanmasına və ruhən yenidən doğulmasına imkan yaratmışdır. Xəstəliyi ucbatından Stokholma gələ bilməsə də, Berqson İsveç Akademiyasına xüsusi məktub ünvanlamışdı. Məktubda deyilirdi: "Tarixi təcrübə sübut edib ki, cəmiyyətin texnoloji inkişafı hələ fərdlərin mənəvi yetkinliyi üçün yetərli deyil. Əgər cəmiyyətdə maddi nemətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorxulu hala çevrilə bilər".
Özünün sonuncu proqram xarakterli əsərində – "Əxlaqın və dinin iki mənbəyi" traktatında (1932) Berqson rasionalist alman fəlsəfəsi ilə polemikaya girərək göstərirdi ki, əxlaq da din kimi məntiqi deyil, emosional əsaslara söykənir. Dini təlimlərin əksəriyyəti "qapalı cəmiyyət" modelinə can atdıqlarından böyük yaradıcılarının həyatın təsdiqinə yönəlmiş fikirlərini pərdələməyə çalışırlar. Həyati qüvvəyə inananlar, həm ayrı-ayrı şəxslər, həm də xalqlar arasında maneələrin aradan qalxmasına çalışanlar isə ilk növbədə, dini baxışlarının fəallığı ilə seçilirlər".
Həyatının son illərində Anri Berqson dini mistikaya qapılmış, katolikliyi qəbul etmişdi. Lakin yəhudilərin kütləvi təqib olunduqları İkinci Dünya müharibəsi dövründə katolik kilsəsinə mənsubluğundan xilas vasitəsi kimi istifadə etməmiş, xalqı ilə birlikdə olmağı daha üstün tutmuşdu. Faşistpərəst Vişi hökuməti yəhudilər üçün nəzərdə tutulan alçaldıcı prosedurların dünya şöhrətli alimə aid olmadığı haqqında Berqsonu əvvəlcədən xəbərdar etmişdilər. Ancaq bu qoca filosofa yəhudi kimi qeydiyyata düşməyə mane olmamışdı. Əslində, bu onun faşizmə qarşı sakit, fəlsəfi təbiətli üsyanı idi.
Əsərləri
- Essais sur les données immédiates de la conscience (1889)
- Cours de psychologie de 1892 à 1893 au lycée Henri-IV, inédit à partir de retranscription intégrale du cours, Préface Alain Panero, Ed.: Arche Milan, 2008, Coll.: ANECDOTA,
- Matière et mémoire (1896)
- Le Rire (1899)
- L'Évolution créatrice (1907)
- La philosophie française (La Revue de Paris, livraison du 15 mai 1915, pp. 236–256)
- L'Énergie spirituelle (1919)
- Durée et simultanéité, à propos de la théorie dEinstein (1922)
- Les Deux sources de la morale et de la religion (1932)
- La pensée et le mouvant (1934)
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Henri Louis Bergson // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- Бергсон Анри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Fransa Akademiyası (fr.). 1635.
- www.accademiadellescienze.it (it.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Anri Berqson fr Henri Bergson 18 oktyabr 1859 Paris 4 yanvar 1941 Paris Fransa filosofu XX esrin en gorkemli filosoflarindan biri intuitivizm ve heyat felsefesi cereyanlarinin numayendesi Edebiyyat uzre Nobel mukafati laureati 1927 Anri Berqsonfr Henri BergsonDogum tarixi 18 oktyabr 1859 1859 10 18 Dogum yeri Paris ParisVefat tarixi 4 yanvar 1941 1941 01 04 81 yasinda Vefat yeri Paris ParisVefat sebebi bronxitTehsili Paris Ali Normal Mektebi Paris UniversitetiFealiyyeti filosof professor sosioloq yaziciEserlerinin dili fransiz diliIstiqamet Qite felsefesiUzvluyu Fransa Akademiyasi 1914 1941 Isvec Kral Elmler Akademiyasi Amerika Incesenet ve Elmler Akademiyasi Exlaqi ve Siyasi Elmler Akademiyasi d Dei Lincei AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllar Adi tarixde 100 en cox oyrenilmis sexsiyyetler siyahisina daxil edilib HeyatiYehudi esilli fransiz filosofu Anri Berqson Parisde dogulmusdu Heqiqi soyadi Berekson olan atasi Polsa anasi ise Britaniya yehudisi idi Ata Misel Berqson istedadli musiqici kimi taninirdi Hetta onun Sopenin telebelerinden oldugu deyilirdi Anri Berqson 8 yasina qeder Londonda yasamisdi Sonra aile yeniden Parise qayitmisdi O yalniz 21 yasinda Fransa vetendasligini qebul etmisdi Ilk tehsilini Parisdeki Kodors liseyinde almisdi Tehsil illerinde Anri Berqson hem humanitar hem de deqiq elmler sahesinde qeyri adi istedadi ile secilmisdi Hele lisey sagirdi olarken riyazi meselelerden birini ozunemexsus yolla hell etmisdi Hemin dustur yeni elmi tapinti kimi Riyaziyyat annallari dergisinde cap olunmusdu Lakin bu sahedeki qabiliyyetine baxmayaraq istedadli genc sonda felsefeye ustunluk vermisdi 1889 cu ilde yazdigi Zaman ve azad istek traktatina ve Aristotel haqqinda latin dilinde dissertasiyasina gore Paris universitetinden felsefe doktoru alimlik derecesi almisdi Bir muddet Fransanin eyalet seherlerindeki liseylerde calisdiqdan sonra Anri Berqson 1891 ci ilde Parise qayitmisdi IV Henrix liseyinin professoru olmusdu 1896 ci ilde ozunun ikinci meshur felsefi eserini Materiya ve yaddas traktatini cap etdirmisdi Burada beyin fiziologiyasi ile suur arasindaki qarsiliqli munasibetler muxtelif aspektlerden nezerden kecirilirdi 1900 cu ilde filosof alim Sorbonnadan sonra Fransanin ikinci muhum ali tehsil ocagi sayilan Kollec Fransa yunan ve latin felsefesi kursusune devet almisdi Berqson komizmin tebietini acan Gulus essesinin 1900 tebiet elmleri ile felsefe arasindaki elaqelerin mahiyyetine hesr olunmus Metafizikaya giris 1903 traktatinin ardinca 1907 ci ilde epoxal ehemiyyete malik ucuncu tedqiqatini Yaradici tekamul kitabini cap etdirmisdi Kitab tekce akademik dairelerde deyil oxucular arasinda da boyuk maraqla qarsilanmisdi Diqqeti celb eden Berqsonun toxundugu meselelerle bir sirada hem de onun celbedici uslubu murekkeb metlebler haqqinda asan ve anlasilan terzde yaza bilmesi idi Anri Berqsonun portreti 1891 Ressam J E Blanse Muellifin fikrince tekamul orqanizmlerin icerisine dusduyu muhite passiv mexaniki uygunlasmasi deyildir tekamul meqsedyonlu ve yaradici prosesdir Anri Berqson esrin evvellerinde Avropa intellektuallarina ciddi tesir gosteren onlarin yaradiciliq axtarislarina stimul veren boyuk elmi nufuz sahiblerinden biri idi Onun zaman ve suur haqqindaki felsefi mulahizeleri Marsel Prust Virciniya Vulf ve Tomas Mann kimi yazicilarin eserlerinde oz eks sedasini tapmisdi Birinci Dunya muharibesi erefesinde Anri Berqson Kolumbiya universitetinin deveti ile ABS de olmus olkenin bir sira elm merkezlerinde silsile muhazirelerle cixis etmisdi Eyni ilde o Edinburq universitetinde Sexsiyyetin problemleri movzusunda kurs aparmisdi Muharibenin ehemiyyeti ve Alman imperializminin tekamulu eserlerinde filosof muharibeden sonraki Avropanin siyasi menevi muhitini proqnozlasdirmaga calismisdi 1914 cu ilde Anri Berqson Fransa Akademiyasinin uzvu secilmisdi Birinci Dunya muharibesinin esas siyasi neticelerinden biri kimi Milletler Liqasi tesis olunduqda taninmis fransiz filosof yekdillikle bu qurumun Intellektual emekdasliq uzre surasinin prezidenti vezifesine getirilmisdi Ilk dunya muharibesinden sonra filosof alimin eserleri ile intellektual muhitde yaratdigi nikbin ehvali ruhiyye tedricen movqelerini itirse de bu Anri Berqsonun 1927 ci ilde Nobel mukafati qazanmasina mane olmamisdi Mukafat ona heyatin tesdiqine yonelmis parlaq ideyalarina ve bu ideyalarin tecessumundeki mustesna meharetine gore verilmisdi Isvec Akademiyasi hesab edirdi ki Anri Berqson oz eserleri ile insanin boyuk yaradiciliq imkanlarinin askara cixmasina menevi azadliq qazanmasina ve ruhen yeniden dogulmasina imkan yaratmisdir Xesteliyi ucbatindan Stokholma gele bilmese de Berqson Isvec Akademiyasina xususi mektub unvanlamisdi Mektubda deyilirdi Tarixi tecrube subut edib ki cemiyyetin texnoloji inkisafi hele ferdlerin menevi yetkinliyi ucun yeterli deyil Eger cemiyyetde maddi nemetlerin artmasi muvafiq menevi tekamulle musayiet olunmazsa neticede bu hetta qorxulu hala cevrile biler Ozunun sonuncu proqram xarakterli eserinde Exlaqin ve dinin iki menbeyi traktatinda 1932 Berqson rasionalist alman felsefesi ile polemikaya girerek gosterirdi ki exlaq da din kimi mentiqi deyil emosional esaslara soykenir Dini telimlerin ekseriyyeti qapali cemiyyet modeline can atdiqlarindan boyuk yaradicilarinin heyatin tesdiqine yonelmis fikirlerini perdelemeye calisirlar Heyati quvveye inananlar hem ayri ayri sexsler hem de xalqlar arasinda maneelerin aradan qalxmasina calisanlar ise ilk novbede dini baxislarinin fealligi ile secilirler Heyatinin son illerinde Anri Berqson dini mistikaya qapilmis katolikliyi qebul etmisdi Lakin yehudilerin kutlevi teqib olunduqlari Ikinci Dunya muharibesi dovrunde katolik kilsesine mensublugundan xilas vasitesi kimi istifade etmemis xalqi ile birlikde olmagi daha ustun tutmusdu Fasistperest Visi hokumeti yehudiler ucun nezerde tutulan alcaldici prosedurlarin dunya sohretli alime aid olmadigi haqqinda Berqsonu evvelceden xeberdar etmisdiler Ancaq bu qoca filosofa yehudi kimi qeydiyyata dusmeye mane olmamisdi Eslinde bu onun fasizme qarsi sakit felsefi tebietli usyani idi EserleriEssais sur les donnees immediates de la conscience 1889 Cours de psychologie de 1892 a 1893 au lycee Henri IV inedit a partir de retranscription integrale du cours Preface Alain Panero Ed Arche Milan 2008 Coll ANECDOTA ISBN 2 912770 10 6 Matiere et memoire 1896 Le Rire 1899 L Evolution creatrice 1907 La philosophie francaise La Revue de Paris livraison du 15 mai 1915 pp 236 256 L Energie spirituelle 1919 Duree et simultaneite a propos de la theorie dEinstein 1922 Les Deux sources de la morale et de la religion 1932 La pensee et le mouvant 1934 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Henri Louis Bergson Leonore verilenler bazasi fr ministere de la Culture Bergson Anri Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Fransa Akademiyasi fr 1635 www accademiadellescienze it it MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh