Rudolf Kristof Eyken (alm. Rudolf Christoph Eucken; 5 yanvar 1846[…] – 15 sentyabr 1926, Yena, Türingiya[d]) — alman yazıçısı və alman idealist filosofu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908).
Rudolf Eyken | |
---|---|
alm. Rudolf Eucken | |
Doğum adı | Rudolf Christoph Eucken |
Doğum tarixi | 5 yanvar 1846[…] |
Vəfat tarixi | 15 sentyabr 1926(80 yaşında) |
Vəfat yeri |
|
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | filosof, yazıçı, universitet müəllimi[d], nasir |
Əsərlərinin dili | alman dili |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rudolf Kristof Eyken Teodor Mommzendən sonra ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci alman filosofudur. O, alman-Niderland sərhəddində poçt işçisi ailəsində doğulmuşdu. Erkən yaşlarında atasını və qardaşını itirmiş, özü ağır xəstəliklər keçirmişdi. Yalnız dindar və ziyalı qadın olan anasının sayəsində çətinlikləri dəf edərək mükəmməl təhsil almışdı.
Aurix gimnaziyasında oxuyarkən Eyken daha çox riyaziyyat və musiqi ilə maraqlanırdı. Lakin din müəllimi Vilhelm Reyterin təsiri ilə teologiya və fəlsəfəni dərindən öyrənməyə başlamışdı. Gettingen, sonra isə Berlin universitetində fəlsəfə təhsili almış, dövrün məşhur alman filosoflarının mühazirələrini dinləmişdi.
Gettingen universitetini fəlsəfə doktoru dərəcəsi ilə bitirən Rudolf Eyken bir müddət gimnaziya müəllimi olmuşdu. 1871-ci ildə İsveçrənin Bazel universitetində mühazirələr oxumuşdu. 1874-cü ildə isə Almaniyanın İena universitetinə dəvət edilmişdi və təqaüdə getdiyi 1920-ci ilə qədər burada çalışmışdı.
Rudolf Eykenin ilk elmi əsəri "Aristotel tədqiqatlarının metodu" (1877) adlanırdı. Kiçik həcmli bu kitab Bazeldə nəşr edilmişdi. 1878-ci ildə İendə çap olunan "Müasir fəlsəfi fikrin fundamental anlayışları" traktatı müxtəlif fəlsəfi anlayışların tarixi köklərini araşdırırdı. Aradan otuz il keçəndən sonra Eyken həmin əsəri yenidən, bu dəfə "Müasir fəlsəfi fikrin əsas istiqamətləri" adı ilə nəşr etdirmişdi. Yeni nəşrdə o, yalnız təfsirçi kimi çıxış etmir, fəlsəfənin tarixi inkişafını öz orijinal fikir və ideyaları ilə əlaqələndirməyə çalışırdı.
1890-cı ildə işıq üzü görən və həmin dövrdə çox populyar olan "İnsan həyatının problemləri böyük mütəfəkkirlərin gözü ilə" kitabı fəlsəfə tarixçiliyi istiqamətində Eykenin son əsəri idi. Bundan sonra çap etdirdiyi "Mənəvi həyat uğrunda mübarizə" (1896), "Dinin həqiqətləri" (1901), "Yeni dünya anlayışının əsas xüsusiyyətləri" (1907) kimi traktatlarında alman filosofu özünün idealist dini və etik baxışlar sisteminin əsaslarını işləyib hazırlamışdı.
Alimin fikrincə, əbədiyaşar mənəvi sərvətlər gündəlik həyatın fövqündədir, insan ilk növbədə dini və əxlaqi baxımdan təkmilləşməyə çalışmalıdır, mənəviyyat hər şeydən üstündür. Ümumiyyətlə, insan həyatının mənası, insan mövcudluğunun mahiyyəti Eykenin fəlsəfi axtarışlarında mühüm yer tuturdu. O, "Həyatın əsasları və həyat idealı" (1907), "Həyatın mənası və dəyəri" (1908) kimi etik-fəlsəfi traktatlarında bəşər mövcudluğunun mahiyyətini araşdırmağa səy göstərmişdi.
1908-ci ildə Rudolf Eyken "ciddi həqiqət axtarışlarına, fikrinin hər şeyə nüfuz edən qüdrətinə, əsərlərinin geniş əhatə dairəsinə, öz idealist fəlsəfəsinin əsaslandırılması və inkişafı zamanı nümayiş etdirdiyi mütəhərriklik və inandırıcılığa görə”" Nobelə layiq görüldü. Ədəbiyyat mükafatının heç bir bədii əsər müəllifi olmayan, yalnız fəlsəfənin problemləri ilə bağlı traktatlar yazan akademik elm adamına verilməsi müəyyən çaşqınlıq, hətta narazılıq yaratmışdı.
Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Harald Nerpe bu məsələyə aydınlıq gətirməyə çalışaraq mükafat təsisçisinin – Alfred Nobelin nüfuzuna və iradəsinə istinad etmişdi. Nerpenin fikrincə, "idealist istiqamətli ən görkəmli əsərlərin" mükafatlandırılmasını məsləhət görən Nobel yaşasaydı, Akademiyanın bu qərarını şəksiz dəstəkləyənlər sırasında olardı.
Rudolf Eyken "Naturalizm, yaxud idealizm" adlandırdığı Nobel mühazirəsini İsveç Akademiyasındakı təqdimat mərasimindən bir il sonra, növbəti laureatların mükafatlandırılması mərasimində oxumuşdu.
1911-ci ildə o, İngiltərə universitetlərində silsilə mühazirələrlə çıxış etmiş, 1912-ci ildə isə amerikalı həmkarlarının dəvəti ilə altı ay Harvard universitetində çalışmışdı. ABŞ-də qaldığı müddət ərzində alman filosofu Deyl Karneqi və Teodor Ruzveltlə tanış olmuşdu. ABŞ-dən sonra Eyken orijinal fəlsəfi təlimlərin vətəni kimi tanınan Çin və Yaponiyaya səfər etmək istəyirdi. Lakin Birinci Dünya müharibəsinin başlanması bu niyyəti həyata keçirməyə imkan verməmişdi.
Alman filosofunun sonuncu əsəri 1920-ci ildə çap olunan "Sosializm. Təhlillər" kitabı idi. Rusiyada bolşevik inqilabının qələbəsindən, dünyanın faktiki iki cəbhəyə bölünməsindən sonra yazılan kitabda Eykenin sosializmə kəskin, hətta barışmaz tənqidi münasibəti əks olunmuşdu. Alimin fikrincə, sosializm insanın mənəvi və mədəni həyatını çərçivəyə salır, əxlaqi dəyərləri öz təbliğatına uyğunlaşdıraraq bayağılaşdırır, deformasiyaya uğradır.
Rudolf Eyken fəlsəfi məktəb yarada bilməsə də, sağlığında onun kifayət qədər ardıcılları və davamçıları olmuşdu.
İstinadlar
- Rudolf Christoph Eucken // Encyclopædia Britannica (ing.).
- Rudolf Christoph Eucken // Brockhauz Ensiklopediyası (alm.).
- Christoph Eucken // Projekt Gutenberg-DE (alm.). 1994.
- Rudolf Christoph Eucken // Internet Philosophy Ontology project (ing.).
- Deutsche Nationalbibliothek Record #118682555 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rudolf Kristof Eyken alm Rudolf Christoph Eucken 5 yanvar 1846 15 sentyabr 1926 Yena Turingiya d alman yazicisi ve alman idealist filosofu Edebiyyat uzre Nobel mukafati laureati 1908 Rudolf Eykenalm Rudolf Eucken Dogum adi Rudolf Christoph EuckenDogum tarixi 5 yanvar 1846 1846 01 05 Vefat tarixi 15 sentyabr 1926 1926 09 15 80 yasinda Vefat yeri Yena Turingiya d Almaniya Reyxi d Usagi Valter OykenTehsili Gottingen Universiteti Humboldt adina Berlin UniversitetiFealiyyeti filosof yazici universitet muellimi d nasirEserlerinin dili alman diliUzvluyu Isvec Kral Elmler Akademiyasi Dei Lincei AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiRudolf Kristof Eyken Teodor Mommzenden sonra edebiyyat sahesinde Nobel mukafati alan ikinci alman filosofudur O alman Niderland serheddinde poct iscisi ailesinde dogulmusdu Erken yaslarinda atasini ve qardasini itirmis ozu agir xestelikler kecirmisdi Yalniz dindar ve ziyali qadin olan anasinin sayesinde cetinlikleri def ederek mukemmel tehsil almisdi Aurix gimnaziyasinda oxuyarken Eyken daha cox riyaziyyat ve musiqi ile maraqlanirdi Lakin din muellimi Vilhelm Reyterin tesiri ile teologiya ve felsefeni derinden oyrenmeye baslamisdi Gettingen sonra ise Berlin universitetinde felsefe tehsili almis dovrun meshur alman filosoflarinin muhazirelerini dinlemisdi Gettingen universitetini felsefe doktoru derecesi ile bitiren Rudolf Eyken bir muddet gimnaziya muellimi olmusdu 1871 ci ilde Isvecrenin Bazel universitetinde muhazireler oxumusdu 1874 cu ilde ise Almaniyanin Iena universitetine devet edilmisdi ve teqaude getdiyi 1920 ci ile qeder burada calismisdi Rudolf Eykenin ilk elmi eseri Aristotel tedqiqatlarinin metodu 1877 adlanirdi Kicik hecmli bu kitab Bazelde nesr edilmisdi 1878 ci ilde Iende cap olunan Muasir felsefi fikrin fundamental anlayislari traktati muxtelif felsefi anlayislarin tarixi koklerini arasdirirdi Aradan otuz il kecenden sonra Eyken hemin eseri yeniden bu defe Muasir felsefi fikrin esas istiqametleri adi ile nesr etdirmisdi Yeni nesrde o yalniz tefsirci kimi cixis etmir felsefenin tarixi inkisafini oz orijinal fikir ve ideyalari ile elaqelendirmeye calisirdi 1890 ci ilde isiq uzu goren ve hemin dovrde cox populyar olan Insan heyatinin problemleri boyuk mutefekkirlerin gozu ile kitabi felsefe tarixciliyi istiqametinde Eykenin son eseri idi Bundan sonra cap etdirdiyi Menevi heyat ugrunda mubarize 1896 Dinin heqiqetleri 1901 Yeni dunya anlayisinin esas xususiyyetleri 1907 kimi traktatlarinda alman filosofu ozunun idealist dini ve etik baxislar sisteminin esaslarini isleyib hazirlamisdi Alimin fikrince ebediyasar menevi servetler gundelik heyatin fovqundedir insan ilk novbede dini ve exlaqi baximdan tekmillesmeye calismalidir meneviyyat her seyden ustundur Umumiyyetle insan heyatinin menasi insan movcudlugunun mahiyyeti Eykenin felsefi axtarislarinda muhum yer tuturdu O Heyatin esaslari ve heyat ideali 1907 Heyatin menasi ve deyeri 1908 kimi etik felsefi traktatlarinda beser movcudlugunun mahiyyetini arasdirmaga sey gostermisdi Rudolf Eykenin Almaniyanin Aurix seherindeki qebri 1908 ci ilde Rudolf Eyken ciddi heqiqet axtarislarina fikrinin her seye nufuz eden qudretine eserlerinin genis ehate dairesine oz idealist felsefesinin esaslandirilmasi ve inkisafi zamani numayis etdirdiyi muteherriklik ve inandiriciliga gore Nobele layiq goruldu Edebiyyat mukafatinin hec bir bedii eser muellifi olmayan yalniz felsefenin problemleri ile bagli traktatlar yazan akademik elm adamina verilmesi mueyyen casqinliq hetta naraziliq yaratmisdi Teqdimat merasiminde Isvec Akademiyasinin uzvu Harald Nerpe bu meseleye aydinliq getirmeye calisaraq mukafat tesiscisinin Alfred Nobelin nufuzuna ve iradesine istinad etmisdi Nerpenin fikrince idealist istiqametli en gorkemli eserlerin mukafatlandirilmasini meslehet goren Nobel yasasaydi Akademiyanin bu qerarini seksiz destekleyenler sirasinda olardi Rudolf Eyken Naturalizm yaxud idealizm adlandirdigi Nobel muhaziresini Isvec Akademiyasindaki teqdimat merasiminden bir il sonra novbeti laureatlarin mukafatlandirilmasi merasiminde oxumusdu 1911 ci ilde o Ingiltere universitetlerinde silsile muhazirelerle cixis etmis 1912 ci ilde ise amerikali hemkarlarinin deveti ile alti ay Harvard universitetinde calismisdi ABS de qaldigi muddet erzinde alman filosofu Deyl Karneqi ve Teodor Ruzveltle tanis olmusdu ABS den sonra Eyken orijinal felsefi telimlerin veteni kimi taninan Cin ve Yaponiyaya sefer etmek isteyirdi Lakin Birinci Dunya muharibesinin baslanmasi bu niyyeti heyata kecirmeye imkan vermemisdi Alman filosofunun sonuncu eseri 1920 ci ilde cap olunan Sosializm Tehliller kitabi idi Rusiyada bolsevik inqilabinin qelebesinden dunyanin faktiki iki cebheye bolunmesinden sonra yazilan kitabda Eykenin sosializme keskin hetta barismaz tenqidi munasibeti eks olunmusdu Alimin fikrince sosializm insanin menevi ve medeni heyatini cerciveye salir exlaqi deyerleri oz tebligatina uygunlasdiraraq bayagilasdirir deformasiyaya ugradir Rudolf Eyken felsefi mekteb yarada bilmese de sagliginda onun kifayet qeder ardicillari ve davamcilari olmusdu IstinadlarRudolf Christoph Eucken Encyclopaedia Britannica ing Rudolf Christoph Eucken Brockhauz Ensiklopediyasi alm Christoph Eucken Projekt Gutenberg DE alm 1994 Rudolf Christoph Eucken Internet Philosophy Ontology project ing Deutsche Nationalbibliothek Record 118682555 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax