Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur.
Vyetnam müharibəsi vyet. Chiến tranh Việt Nam | |||
---|---|---|---|
Birinci Hindçin müharibəsi, , Soyuq müharibə | |||
Tarix | 1 noyabr 1955 - 30 aprel 1975 (19 il, 5 ay, 4 həftə, 1 gün) | ||
Yeri | Hind-Çin yarımadasında yerləşən Cənubi Vyetnam, Şimali Vyetnam, Kamboca Krallığı, Laos Krallığı, Cənubi Çin dənizi, Siam körfəzi | ||
Nəticəsi | Şimali Vyetnam və Milli Azadlıq Cəbhəsinin qələbəsi:
| ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir.
1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.
Müharibənin əsas səbəbləri
İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Regionun idarəsini yenidən öz əlinə almağa çalışan Fransa Baonu dəstəklədi və 1949-cu ilin iyul ayında paytaxtı Sayqon olan Vyetnam (Cənubi Vyetnam) dövlətini yaratdı. Silahlı münaqişə fransızların 1954-cü ilin may ayında, Dien Bien Fu döyüşündə Vyet Minh qüvvələri tərəfindən məğlub edilməsinə qədər davam etdi. Cenevrədə keçirilən növbəti sülh danışıqlarında Vyetnam 17-ci paralel boyunca iki hissəyə bölündü (Şimalda Ho, Cənubda Bao hakimiyyətdə olmaqla) və birləşmə barədə 1956-cı ildə keçirilmək üzrə ümumxalq səsverməsi çağrıldı. 1955-ci ildə isə güclü anti-kommunist görüşlərə malik Ngo Dinh Diem Baonu hakimiyyətdən salaraq Vyetnam Respublikasının prezidenti oldu.
ABŞ-nin hərbi müdaxiləsi
Soyuq Müharibənin güclənməsi ilə, Amerika Birləşmiş Ştatları Sovet İttifaqının müttəfiqlərinə qarşı öz siyasətini sərtləşdirdi. Prezident Dvayt Eyzenhaver Diemə və Cənubi Vyetnama güclü dəstək vəd etmişdi. Amerika silahlı qüvvələri və polisindən təlim alan və ləvazimatlar əldə edən Diemin təhlükəsizlik qüvvələri Vyet Minh tərəfdarlarına cənubda hücum etdi, həbs edilən 100 000 insanın əksəriyyəti işgəncələrə və edama məruz qaldı. 1957-ci ildən etibarən Vyet Konq və Diem hakimiyyətinin digər əleyhdarları dövlət rəsmilərinə və digər hədəflərə hücum etməklə müqavimət göstərməyə başladılar və 1959-cu ildən Cənubi Vyetnam Ordusunu odlu silahların istifadə olunduğu döyüşlərə cəlb etməyə nail oldular.
1960-cı ilin dekabr ayında, Diemin kommunist və qeyri-kommunist müxalifləri rejimə qarşı müqavimət təşkil etmək üçün Cənubi Vyetnamda Milli Qurtuluş Cəbhəsini yaratdılar. Milli Qurtuluş Cəbhəsinin müstəqil olmasını iddia etməsinə və üzvlərinin əksəriyyətinin qeyri-kommunistlərdən ibarət olmasına baxmayaraq, Vaşinqtonda bir çox insan onun Hanoinin oyuncağı olduğuna inanırdı. Prezident Con Kennedi tərəfindən Cənubi Vyetnamdakı şərait haqqına məlumat vermək üçün 1961-ci ildə göndərilən qrup Vyet Konq təhlükəsinin qarşısını almaqda kömək etmək üçün amerikan hərbi, iqtisadi və texniki yardımının formalaşdırılmasını məsləhət bilmişdi. Kennedi genişmiqyaslı hərbi müdaxiləni dayandırsa da ABŞ-nin yardımını artırdı. 1950-ci ildə sayı 800-dən az olan ABŞ hərbi dəstələri 1962-ci ilə kimi 9000-ə qədər artmışdı.
Müharibənin şiddətlənməsi
1963-cü ilin noyabr ayında, Kennedinin Dallasda qətlə yetirilməsindən üç həftə əvvəl öz generalları tərəfindən həyata keçirilən çevrilişdə Diem hakimiyyətdən salındı və qardaşı Ngo Dinh Nhu ilə birlikdə qətlə yetirildi. Cənubi Vyetnamda başlayan siyasi qeyri-stabillik Kennedidən sonra prezident vəzifəsinə gəlmiş Lindon Consonu və müdafiə naziri Robert MacNamaranı ABŞ-nin hərbi və istisadi yardımını artırmasına gətirib çıxardı. Növbəti ilin avqust ayında Demokratik Vyetnam Respublikasının minonoslarının Tankin Körfəzində ABŞ qırıcılarına hücumundan sonra Conson cavab həmləsi olaraq Şimali Vyetnamda hərbi hədəflərin bombalanması əmrini verdi. Tezliklə Konqres Consona müharibə etmək üçün geniş səlahiyyətlər verən Tonkin Körfəzi Qətnaməsini qəbul etdi və ABŞ təyyarələri növbəti ilin fevral ayında Davamlı İldırım Əməliyyatı kod adı altında müntəzəm bombalama reydlərinə başladı.
1965-ci ilin mart ayında Conson amerikan ictimaiyyətinin böyük dəstəyi ilə ABŞ döyüş qüvvələrinin Vyetnama göndərilməsi qərarını qəbul etdi. İyun ayına qədər 82 000 nəfərlik ordu Vyetnamda yerləşdirilmişdi və General Uilyam Vestmorland mübarizə aparan Cənubi Vyetnam ordusuna dəstək üçün 1965-ci ilin sonuna qədər daha 175 000 qoşunun göndərilməsini tələb edirdi. Conson 1965-ci ilin iyul ayına qədər 100 000 nəfərlik qoşunun və 1966-cı ilə qədər digər 100 000 nəfərlik qoşunun təcili göndərilməsi əmrini verdi. ABŞ-dən əlavə Cənubi Koreya, Tayland, Avstraliya və Yeni Zellandiya da Cənubi Vyetnamda döyüşmək üzrə ordular göndərdilər.
Vyetnamın zəiflədilməsi strategiyası
Şimali Vyetnama edilən hava hücumlarının əksinə olaraq, ABŞ və Şimali Vyetnamın cənubdakı döyüşlər əsasən General Vestmorlandın başçılığı altında Sayqondakı General Nquyen Van Thieu hökuməti ilə birgə əməkdaşlıqla quruda aparılırdı. Ümumilikdə, ABŞ hərbi qüvvələri regionda əsas məqsədi bölgənin təhlükəsizliyini təmin etmək deyil, mümkün qədər daha çox düşmən əsgəri öldürmək olan zəiflətmə siyasəti yürüdürdü. 1966-cı ilə qədər Cənubi Vyetnamın geniş əraziləri “azad döyüş zonası” elan edilmişdi və buradan bütün dinc əhalinin köçürülməsi və yalnız düşmənin qalması nəzərdə tutulurdu. B-52 helikopterlərinin bombalaması nəticəsində məcburi köçkünlərin Sayqon yaxınlığında yerləşən və təhlükəsiz ərazilər hesab edilən kamplara axışması ilə bu ərazilər kimsəsizləşmişdi. İtirilmiş ərazini asanlıqda geri qaytara biləcəkləri faktından cəsarətlənən DVR və Vyet Konq döyüşü dayandırmaqdan imtina edirdi. Çin və Sovet İttifaqından dəstək alan Şimali Vyetnam öz hava müdafiəsini gücləndirirdi.
1967-ci ilin noyabr ayına qədər Vyetnamdakı amerikan əsgərinin sayı 500 000 nəfərə yaxınlaşırdı və ABŞ-nin itkisi 15 058 ölü və 109 527 yaralı idi. Müharibə uzandıqca, Vaşinqtonun müharibəni qazanmaq üzrə olduqları barədə iddiaları ilə yanaşı, bəzi əsgərlərin dövlətin onları burda saxlama səbəblərinə inamsızlığı da artmışdı. Müharibənin sonrakı illərində narkotikdən istifadə, itaətsizlik və əsgərlərin zabit və daha yüksək rütbəli qulluqçulara hücumu da daxil olmaqla, amerikan əsgərləri arasında fiziki və psixoloji pozuntu halları artmışdı. 1967-ci ilin oktyabr ayında 35 000 nümayişçi Pentaqonun qarşısında müharibə əleyhinə kütləvi etiraz aksiyası keçirdi.
TET əməliyyatının Vyetnam müharibəsinə təsiri
1967-ci ilin sonlarından etibarən Hanoinin kommunist hakimiyyəti böyüyürdü. 31 yanvar 1968-cil il tarixində General Vo Nquyen Ciapın başçılıq etdiyi 70 000 VDR əsgəri Tet əməliyyatına, Cənubi Vyetnamın yüzdən çox şəhər və rayonu üzərinə planlaşdırılmış güclü hücumlara başladı. ABŞ və Cənubi Vyetnam qüvvələri cəld əks hücüm edə bildi və kommunistlər hədəflərdən heç birini bir-iki gündən artıq müddətdə əllərində saxlamağa nail olmadılar. Hücumlar haqqında məlumat və Vestmorlandın əlavə 200 000-lik ordu tələb etməsi barədə xəbərin yayılması ABŞ ictimaiyyətinin mənfi reaksiyasına səbəb oldu. Seçki ilində ona olan müsbət rəylərin azalmasının ardından Conson mart ayında Şimali Vyetnamın bombalanmasını dayandırdı (cənubda isə bombalamalar davam etdi) və qalan səlahiyyət müddətindən yenidən seçilmək üçün deyil, sülhə nail olmaq üçün istifadə edəcəyinə söz verdi.
Consonun 1968-ci ilin mart ayında etdiyi çıxışla açıqladığı bu yeni mövqeyi Hanoy tərəfindən müsbət qarşılandı və may ayında Parisdə Cənubi Vyetnam ilə ABŞ arasında sülh danışıqları başladı. Cənubi vyetnamlıların və Milli Liberatlar Cəbhəsinin daha sonra işə qarışmasına baxmayaraq, dialoq tezliklə süquta uğradı və seçki kampaniyalarında zorakılıq hallarının baş verməsindən sonra respublikaçı Riçard Nikson Hubert Hemfriyə üstün gələrək Ağ Evdə qələbə qazandı.
Vyetnam müharibəsinin sonu: vyetnamlaşdırma
Nikson Amerikada “səssiz üstünlüyün” müharibəni dəstəklədiyini düşünürdü və onlara arxalanaraq müharibə əleyhinə hərəkatı yatırmağa çalışırdı. Amerikanların müharibədə ölməsi və ya yaralanması hallarını azaltmaq üçün o, raket və artilleriya bombardmanlarını artıran və Cənubi Vyetnamlılara quru əməliyyatlarında üstünlük verən ordunun geri çəkilməsi proqramını elan etdi. Vyetnamlaşdırma adlandırdığı bu siyasətdən əlavə, Nikson Parisdə ictimai sülh və 1968-ci ilin baharından başlayaraq, dövlət katibi Henri Kissinqer tərəfindən idarə olunan yüksək səviyyəli sülh danışıqlarına başladı. Şimali vyetnamlılar isə sülh danışıqlarında əsas şərt kimi ABŞ ordusunun tamamilə geri çəkilməsinə təkid etməyə davam etdilər. Növbəti bir neçə il isə ABŞ əsgərlərinin 1968-ci ilin mart ayında May Layi kəndində 400 silahsız dinc əhalini qətlə yetirməsi də daxil olmaqla, daha çox zorakılıq halları ilə müşahidə olundu.
Müharibə davam etdikcə müharibə əleyhinə nümayişlər də çoxalırdı. 1968 və 1969-cu ildə ölkə ərazisində yüzlərlə aksiyalar vardı. 1969- cu il 15 noyabr tarixində 250 000 nümayişçinin dinc şəkildə toplaşaraq amerikan ordusunun Vyetnamdan geri çağırılmasını tələb etməsilə Amerika tarixində müharibə əleyhinə ən böyük nümayiş baş tutdu. Xüsusən kollec ərazilərində daha güclü olan bu nümayişlər amerikanları çox sərt şəkildə böldü.
1970-ci ildə ABŞ və cənubi Vyetnamın müştərək əməliyyatı ilə Vyetnam Demokratik Respublikasının orada yerləşən ehtiyat bazalarını məhv etmək üçün Kamboca işğal edildi. Daha sonra cənubi vyetnamlılar Laosu işğal etsələr də, Şimali Vyetnam qüvvələri onları məğlub etdi. Bu ölkələrin işğalı ilə beynəlxalq hüquq normalarının pozulması Amerikanın müxtəlif ərazilərində yerləşən kolleclərdə etiraz aksiyalarının yeni dalğasını başlatdı. 1972-ci ilin iyunun sonlarında Cənubi Vyetnama digər bir uğursuz hərbi əməliyyatdan sonra Hanoyi, nəhayət, danışıqlara getməyə razı oldu. Kissinqer və şimali Vyetnam nümayəndələri payızın əvvəlində sülh müqaviləsi hazırladı, lakin Sayqondakı liderlər buna etiraz etdilər və dekabr ayında Nikson Hanoy və Hayfonqdakı hədəflərə qarşı bombalama reydləri həyat keçirmək əmrini verdi. “Yeni il atəşfəşanlığı” adını alan bu reydlər beynəlxalq qınağa səbəb oldu.
1973-cü ilin yanvar ayında ABŞ və Şimali Vyetnam iki ölkə arasında düşmənçiliyi bitirən son sülh sazişi imzaladılar. Şimali və cənubi Vyetnam arasındakı müharibə isə 1975-ci il, 30 aprel tarixinə, DVR qüvvələrinin Sayqonu işğal edərək Ho Çi Minh adlandırmasına qədər (Ho 1969-cu ildə vəfat etmişdi) davam etdi. Uzun müddət davam edən münaqişə ölkə əhalisinin böyük əksəriyyətinə zərər yetirmişdi; müharibənin 8 ilində 3 milyon insan yaralanmış, 12 milyon insan məcburi köçkün olmuş və təxminən 2 milyon insan həlak olmuşdu. Müharibə ölkənin infrastruktur və iqtisadiyyatına böyük zərər yetirmişdir və yenidənqurma işləri zəif inkişaf etmişdir. Qonşu Çin və Kamboca ilə münaqişələr də daxil olmaqla, növbəti 15 il ərzində zaman-zaman zorakılıq halları baş versə də Vyetnam 1976-cı ildə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.
1986-cı ildə azad bazar siyasətinin tətbiqinə başlanması ilə neft ixracından əldə edilən gəlirlər və xarici kapital axını nəticəsində güclənən iqtisadiyyat inkişaf etməyə başladı. Vyetnam və ABŞ arasında ticarət və diplomatik münasibətlər 1990-cı ildə bərpa edildi.
Mənbə
- Shelby L. Stanton. The Rise and Fall of an American Army
- Harry Summers. On Strategy: A Critical Analysis of the Vietnam War
Xarici keçidlər
- Вјетнамда Америка (АБШ) тәҹавүзү // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 510.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vyetnam muharibesi Azerbaycandilli sovet menbelerinde Vyetnamda Amerika tecavuzu Vyet Konq kimi taninan Simali Vyetnamin kommunist herekati ve muttefiqlerinin Cenubi Vyetnam ve onun esas muttefiqi olan ABS ye qarsi durdugu uzunmuddetli ve baha basa gelen bir munaqise olmusdur Vyetnam muharibesi vyet Chiến tranh Việt NamBirinci Hindcin muharibesi Soyuq muharibeTarix 1 noyabr 1955 30 aprel 1975 19 il 5 ay 4 hefte 1 gun Yeri Hind Cin yarimadasinda yerlesen Cenubi Vyetnam Simali Vyetnam Kamboca Kralligi Laos Kralligi Cenubi Cin denizi Siam korfeziNeticesi Simali Vyetnam ve Milli Azadliq Cebhesinin qelebesi ABS Silahli Quvvelerinin Vyetnamdan cixarilmasi Cenubi Vyetnamda Kamboca ve Laosda kommunist quvveler hakimiyyete gelmesi Vyetnamin birlesmesi Kamboca Vyetnam muharibesinin baslamasi Qayiqdaki insanlar ve Hind Cin qacqinlari bohranlarinin yaranmasiMunaqise terefleriSimali Vyetnam ve Patet Lao Kamboca Milli Birliyinin Kral Hokumeti 1970 1975 Qirmizi kxmerler Cin SSRI Simali Koreya Destekleyenler Cexoslovakiya Sosialist Respublikasi Kuba Serqi Almaniya Polsa Xalq Respublikasi Ruminiya Sosialist Respublikasi Macaristan Xalq Respublikasi Isvec Kralligi Cenubi Vyetnam ABS Cenubi Koreya Avstraliya Yeni Zelandiya 1967 1970 1970 1975 Tailand Filippin Destekleyenler Tayvan MalayziyaKomandan lar Xo Si Min Le Zuan Vo Ti Konq Norodom Sianuk Pol Pot Mao Tszedun Nikita Xrussov Leonid Brejnev Kim Ir Sen Nqo Din Zyem Nquyen Kao Ki Con Kennedi Lindon Conson Ricard Nikson Henri Kissincer Robert Maknamara Melvin Leyrd Suvanna Fuma Vanq Pao Vikianbarda elaqeli mediafayllar Muharibe 1954 cu ilde Simali Vyetnamda Xo Si Min ve onun kommunist Vyet Minh partiyasinin hakimiyyete gelmesi ile baslamis ve iki fovqeldovlet ABS ve SSRI arasinda Soyuq Muharibe neticesinde daha da siddetlenmisdir Vyetnam muharibesinde yaridan coxu Vyetnamin dinc ehalisi olmaqla 3 milyon insan 58 000 amerikali helak olmusdur 1969 cu ilden etibaren ABS nin muharibeye en yaxindan celb olundugu dovrde Vyetnam munaqisesinde 500 000 neferden cox herbi qulluqcu istirak etmisdir 1973 cu ilde prezident Ricard Niksonun ABS quvvelerinin geri cekilmesi haqqinda emrinden hem evvel hem de sonra ABS de muharibe eleyhdari quvvelerin artmasi amerikalilar arasinda daha ciddi fikir ayriliqlarinin yaranmasina sebeb olmusdur 1975 ci ilde kommunist quvvelerin Sayqonu ele kecirmesi ile Vyetnam muharibesi bitmis ve novbeti il olke Vyetnam Sosialist Respublikasi adi altinda birlesdirilmisdir Muharibenin esas sebebleriIkinci Dunya muharibesi dovrunde Yaponiya Cenub Serqi Asiyada Hind Cin yarimadasinin serq ucqarinda yerlesen ve 19 cu esre qeder Fransanin hakimiyyeti altinda olmus Vyetnama qosun yeritdi ve onu isgal etdi Cin ve Sovet kommunizminden ilhamlanan Ho Ci Minh Yaponiya ve Fransa mustemleke idareciliyi ile mubarize aparmaq ucun Vyet Minhi Musteqil Vyetnam Liqasini yaratdi 1945 ci ilde Yaponiya musteqil Vyetnamin idaresini Fransiz tehsilli Imperator Bao Daiye buraxaraq oz qosunlarini geri cekdi Ho Ci Minhin Vyet Minh quvveleri derhal ayaga qalxaraq Hanoyun simal seherini ele kecirdi ve Honun prezidentliyi altinda Demokratik Vyetnam Respublikasini VDR elan etdi Regionun idaresini yeniden oz eline almaga calisan Fransa Baonu destekledi ve 1949 cu ilin iyul ayinda paytaxti Sayqon olan Vyetnam Cenubi Vyetnam dovletini yaratdi Silahli munaqise fransizlarin 1954 cu ilin may ayinda Dien Bien Fu doyusunde Vyet Minh quvveleri terefinden meglub edilmesine qeder davam etdi Cenevrede kecirilen novbeti sulh danisiqlarinda Vyetnam 17 ci paralel boyunca iki hisseye bolundu Simalda Ho Cenubda Bao hakimiyyetde olmaqla ve birlesme barede 1956 ci ilde kecirilmek uzre umumxalq sesvermesi cagrildi 1955 ci ilde ise guclu anti kommunist goruslere malik Ngo Dinh Diem Baonu hakimiyyetden salaraq Vyetnam Respublikasinin prezidenti oldu ABS nin herbi mudaxilesiSoyuq Muharibenin guclenmesi ile Amerika Birlesmis Statlari Sovet Ittifaqinin muttefiqlerine qarsi oz siyasetini sertlesdirdi Prezident Dvayt Eyzenhaver Dieme ve Cenubi Vyetnama guclu destek ved etmisdi Amerika silahli quvveleri ve polisinden telim alan ve levazimatlar elde eden Diemin tehlukesizlik quvveleri Vyet Minh terefdarlarina cenubda hucum etdi hebs edilen 100 000 insanin ekseriyyeti isgencelere ve edama meruz qaldi 1957 ci ilden etibaren Vyet Konq ve Diem hakimiyyetinin diger eleyhdarlari dovlet resmilerine ve diger hedeflere hucum etmekle muqavimet gostermeye basladilar ve 1959 cu ilden Cenubi Vyetnam Ordusunu odlu silahlarin istifade olundugu doyuslere celb etmeye nail oldular 1960 ci ilin dekabr ayinda Diemin kommunist ve qeyri kommunist muxalifleri rejime qarsi muqavimet teskil etmek ucun Cenubi Vyetnamda Milli Qurtulus Cebhesini yaratdilar Milli Qurtulus Cebhesinin musteqil olmasini iddia etmesine ve uzvlerinin ekseriyyetinin qeyri kommunistlerden ibaret olmasina baxmayaraq Vasinqtonda bir cox insan onun Hanoinin oyuncagi olduguna inanirdi Prezident Con Kennedi terefinden Cenubi Vyetnamdaki serait haqqina melumat vermek ucun 1961 ci ilde gonderilen qrup Vyet Konq tehlukesinin qarsisini almaqda komek etmek ucun amerikan herbi iqtisadi ve texniki yardiminin formalasdirilmasini meslehet bilmisdi Kennedi genismiqyasli herbi mudaxileni dayandirsa da ABS nin yardimini artirdi 1950 ci ilde sayi 800 den az olan ABS herbi desteleri 1962 ci ile kimi 9000 e qeder artmisdi Muharibenin siddetlenmesi1963 cu ilin noyabr ayinda Kennedinin Dallasda qetle yetirilmesinden uc hefte evvel oz generallari terefinden heyata kecirilen cevrilisde Diem hakimiyyetden salindi ve qardasi Ngo Dinh Nhu ile birlikde qetle yetirildi Cenubi Vyetnamda baslayan siyasi qeyri stabillik Kennediden sonra prezident vezifesine gelmis Lindon Consonu ve mudafie naziri Robert MacNamarani ABS nin herbi ve istisadi yardimini artirmasina getirib cixardi Novbeti ilin avqust ayinda Demokratik Vyetnam Respublikasinin minonoslarinin Tankin Korfezinde ABS qiricilarina hucumundan sonra Conson cavab hemlesi olaraq Simali Vyetnamda herbi hedeflerin bombalanmasi emrini verdi Tezlikle Konqres Consona muharibe etmek ucun genis selahiyyetler veren Tonkin Korfezi Qetnamesini qebul etdi ve ABS teyyareleri novbeti ilin fevral ayinda Davamli Ildirim Emeliyyati kod adi altinda muntezem bombalama reydlerine basladi 1965 ci ilin mart ayinda Conson amerikan ictimaiyyetinin boyuk desteyi ile ABS doyus quvvelerinin Vyetnama gonderilmesi qerarini qebul etdi Iyun ayina qeder 82 000 neferlik ordu Vyetnamda yerlesdirilmisdi ve General Uilyam Vestmorland mubarize aparan Cenubi Vyetnam ordusuna destek ucun 1965 ci ilin sonuna qeder daha 175 000 qosunun gonderilmesini teleb edirdi Conson 1965 ci ilin iyul ayina qeder 100 000 neferlik qosunun ve 1966 ci ile qeder diger 100 000 neferlik qosunun tecili gonderilmesi emrini verdi ABS den elave Cenubi Koreya Tayland Avstraliya ve Yeni Zellandiya da Cenubi Vyetnamda doyusmek uzre ordular gonderdiler Vyetnamin zeifledilmesi strategiyasiSimali Vyetnama edilen hava hucumlarinin eksine olaraq ABS ve Simali Vyetnamin cenubdaki doyusler esasen General Vestmorlandin basciligi altinda Sayqondaki General Nquyen Van Thieu hokumeti ile birge emekdasliqla quruda aparilirdi Umumilikde ABS herbi quvveleri regionda esas meqsedi bolgenin tehlukesizliyini temin etmek deyil mumkun qeder daha cox dusmen esgeri oldurmek olan zeifletme siyaseti yurudurdu 1966 ci ile qeder Cenubi Vyetnamin genis erazileri azad doyus zonasi elan edilmisdi ve buradan butun dinc ehalinin kocurulmesi ve yalniz dusmenin qalmasi nezerde tutulurdu B 52 helikopterlerinin bombalamasi neticesinde mecburi kockunlerin Sayqon yaxinliginda yerlesen ve tehlukesiz eraziler hesab edilen kamplara axismasi ile bu eraziler kimsesizlesmisdi Itirilmis erazini asanliqda geri qaytara bilecekleri faktindan cesaretlenen DVR ve Vyet Konq doyusu dayandirmaqdan imtina edirdi Cin ve Sovet Ittifaqindan destek alan Simali Vyetnam oz hava mudafiesini guclendirirdi 1967 ci ilin noyabr ayina qeder Vyetnamdaki amerikan esgerinin sayi 500 000 nefere yaxinlasirdi ve ABS nin itkisi 15 058 olu ve 109 527 yarali idi Muharibe uzandiqca Vasinqtonun muharibeni qazanmaq uzre olduqlari barede iddialari ile yanasi bezi esgerlerin dovletin onlari burda saxlama sebeblerine inamsizligi da artmisdi Muharibenin sonraki illerinde narkotikden istifade itaetsizlik ve esgerlerin zabit ve daha yuksek rutbeli qulluqculara hucumu da daxil olmaqla amerikan esgerleri arasinda fiziki ve psixoloji pozuntu hallari artmisdi 1967 ci ilin oktyabr ayinda 35 000 numayisci Pentaqonun qarsisinda muharibe eleyhine kutlevi etiraz aksiyasi kecirdi TET emeliyyatinin Vyetnam muharibesine tesiri1967 ci ilin sonlarindan etibaren Hanoinin kommunist hakimiyyeti boyuyurdu 31 yanvar 1968 cil il tarixinde General Vo Nquyen Ciapin basciliq etdiyi 70 000 VDR esgeri Tet emeliyyatina Cenubi Vyetnamin yuzden cox seher ve rayonu uzerine planlasdirilmis guclu hucumlara basladi ABS ve Cenubi Vyetnam quvveleri celd eks hucum ede bildi ve kommunistler hedeflerden hec birini bir iki gunden artiq muddetde ellerinde saxlamaga nail olmadilar Hucumlar haqqinda melumat ve Vestmorlandin elave 200 000 lik ordu teleb etmesi barede xeberin yayilmasi ABS ictimaiyyetinin menfi reaksiyasina sebeb oldu Secki ilinde ona olan musbet reylerin azalmasinin ardindan Conson mart ayinda Simali Vyetnamin bombalanmasini dayandirdi cenubda ise bombalamalar davam etdi ve qalan selahiyyet muddetinden yeniden secilmek ucun deyil sulhe nail olmaq ucun istifade edeceyine soz verdi Consonun 1968 ci ilin mart ayinda etdiyi cixisla aciqladigi bu yeni movqeyi Hanoy terefinden musbet qarsilandi ve may ayinda Parisde Cenubi Vyetnam ile ABS arasinda sulh danisiqlari basladi Cenubi vyetnamlilarin ve Milli Liberatlar Cebhesinin daha sonra ise qarismasina baxmayaraq dialoq tezlikle suquta ugradi ve secki kampaniyalarinda zorakiliq hallarinin bas vermesinden sonra respublikaci Ricard Nikson Hubert Hemfriye ustun gelerek Ag Evde qelebe qazandi Vyetnam muharibesinin sonu vyetnamlasdirmaNikson Amerikada sessiz ustunluyun muharibeni desteklediyini dusunurdu ve onlara arxalanaraq muharibe eleyhine herekati yatirmaga calisirdi Amerikanlarin muharibede olmesi ve ya yaralanmasi hallarini azaltmaq ucun o raket ve artilleriya bombardmanlarini artiran ve Cenubi Vyetnamlilara quru emeliyyatlarinda ustunluk veren ordunun geri cekilmesi proqramini elan etdi Vyetnamlasdirma adlandirdigi bu siyasetden elave Nikson Parisde ictimai sulh ve 1968 ci ilin baharindan baslayaraq dovlet katibi Henri Kissinqer terefinden idare olunan yuksek seviyyeli sulh danisiqlarina basladi Simali vyetnamlilar ise sulh danisiqlarinda esas sert kimi ABS ordusunun tamamile geri cekilmesine tekid etmeye davam etdiler Novbeti bir nece il ise ABS esgerlerinin 1968 ci ilin mart ayinda May Layi kendinde 400 silahsiz dinc ehalini qetle yetirmesi de daxil olmaqla daha cox zorakiliq hallari ile musahide olundu Muharibe davam etdikce muharibe eleyhine numayisler de coxalirdi 1968 ve 1969 cu ilde olke erazisinde yuzlerle aksiyalar vardi 1969 cu il 15 noyabr tarixinde 250 000 numayiscinin dinc sekilde toplasaraq amerikan ordusunun Vyetnamdan geri cagirilmasini teleb etmesile Amerika tarixinde muharibe eleyhine en boyuk numayis bas tutdu Xususen kollec erazilerinde daha guclu olan bu numayisler amerikanlari cox sert sekilde boldu 1970 ci ilde ABS ve cenubi Vyetnamin musterek emeliyyati ile Vyetnam Demokratik Respublikasinin orada yerlesen ehtiyat bazalarini mehv etmek ucun Kamboca isgal edildi Daha sonra cenubi vyetnamlilar Laosu isgal etseler de Simali Vyetnam quvveleri onlari meglub etdi Bu olkelerin isgali ile beynelxalq huquq normalarinin pozulmasi Amerikanin muxtelif erazilerinde yerlesen kolleclerde etiraz aksiyalarinin yeni dalgasini baslatdi 1972 ci ilin iyunun sonlarinda Cenubi Vyetnama diger bir ugursuz herbi emeliyyatdan sonra Hanoyi nehayet danisiqlara getmeye razi oldu Kissinqer ve simali Vyetnam numayendeleri payizin evvelinde sulh muqavilesi hazirladi lakin Sayqondaki liderler buna etiraz etdiler ve dekabr ayinda Nikson Hanoy ve Hayfonqdaki hedeflere qarsi bombalama reydleri heyat kecirmek emrini verdi Yeni il atesfesanligi adini alan bu reydler beynelxalq qinaga sebeb oldu 1973 cu ilin yanvar ayinda ABS ve Simali Vyetnam iki olke arasinda dusmenciliyi bitiren son sulh sazisi imzaladilar Simali ve cenubi Vyetnam arasindaki muharibe ise 1975 ci il 30 aprel tarixine DVR quvvelerinin Sayqonu isgal ederek Ho Ci Minh adlandirmasina qeder Ho 1969 cu ilde vefat etmisdi davam etdi Uzun muddet davam eden munaqise olke ehalisinin boyuk ekseriyyetine zerer yetirmisdi muharibenin 8 ilinde 3 milyon insan yaralanmis 12 milyon insan mecburi kockun olmus ve texminen 2 milyon insan helak olmusdu Muharibe olkenin infrastruktur ve iqtisadiyyatina boyuk zerer yetirmisdir ve yenidenqurma isleri zeif inkisaf etmisdir Qonsu Cin ve Kamboca ile munaqiseler de daxil olmaqla novbeti 15 il erzinde zaman zaman zorakiliq hallari bas verse de Vyetnam 1976 ci ilde Vyetnam Sosialist Respublikasi adi altinda birlesdirilmisdir 1986 ci ilde azad bazar siyasetinin tetbiqine baslanmasi ile neft ixracindan elde edilen gelirler ve xarici kapital axini neticesinde guclenen iqtisadiyyat inkisaf etmeye basladi Vyetnam ve ABS arasinda ticaret ve diplomatik munasibetler 1990 ci ilde berpa edildi MenbeShelby L Stanton The Rise and Fall of an American Army Harry Summers On Strategy A Critical Analysis of the Vietnam WarXarici kecidler 1 2 3 Vјetnamda Amerika ABSh tәҹavүzү Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә II ҹild Balzam Gaјdar Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1978 S 510