Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922, Kaynan[d], Vakayama prefekturası – 16 yanvar 2014, Tokio[d]) — II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir.
Hiroo Onodo | |
---|---|
小野田 寛郎 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 yanvar 2014(91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya İmperator ordusu |
Qoşun növü | piyada, hərbi kəşfiyyat, partizan dəstələri |
Xidmət illəri | 1941—1974 |
Rütbəsi | kiçik leytenant[d] |
Döyüşlər |
|
İstefada | uşaq skaut düşərgəsinin yaradıcısı |
Təltifləri | |
onoda-shizenjuku.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
1922-1945
Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo - yapon qılıncoynatma sənətini öyrənmişdi.
1939-cu ilin aprelində, məzun olduqdan sonra Onoda Tadzima adlı özəl ticarət şirkətində işə düzəldi və Çinin Hankou şəhərinə köçdü, burada o, çin və ingilis dillərini mənimsədi. Lakin 1942-ci ilin dekabrında hərbi xidmətə çağrılması səbəbindən vətənə döndü. Əvvəlcə Onoda 61-ci piyada alayının ikinci dərəcəli sıravi əskəri təyin edildi, lakin bir neçə gün sonra o, 218-ci piyada alayına keçirildi. 1943-cü ilin iyul ayında birinci dərəcəli sıravi, sentyabrda yuxarı dərəcəli sıravi, noyabrda isə kapral rütbəsinə yüksəldilmişdir.
1944-cü ilin yanvar-avqust aylarında Onoda komandir heyətini hazırlayan Kurume Birinci Ordu Məktəbində təhsil almışdır. Elə həmin ilin aprel ayında təlim zamanı çavuş rütbəsi, məzun olduqdan sonra isə baş çavuş rütbəsi aldı və təhsilini Yaponiya Baş Qərargahında davam etdirməyə göndərildi. Lakin Onoda döyüş zabiti kimi karyera qurmaq qərarına gəldi və 1944-cü ilin avqustunda kəşfiyyat zabitləri yetişdirən Nakano Ordu Məktəbinin Futamata şöbəsinə daxil oldu. Ancaq cəbhəyə təcili göndərilməsi səbəbindən təhsilini yarımçıq qoymqlı oldu. İki ay ərzində Onoda 14-cü Ordunun qərargahına təyin edildi. 1944-cü ilin dekabrında isə düşmən qüvvələrinin arxasında təxribat əməliyyatları aparmaq üçün xüsusi dəstənin komandiri olaraq Filippinə göndərildi. 1945-ci ilin yanvarında kiçik leytenant rütbəsinə yüksəldi və Filippinin Lubang adasına göndərildi. Bundan öncə isə gənc zabit komandiri general-leytenant Şizuo Yokoyamadan aşağıdakı əmri aldı:
İntihar qəti qadağandır! 3-5 il dözməlisən. Mən mütləq sənin dalınca gələcəm. Palma meyvələri ilə qidalansanız belə, hətta bir əsgəriniz qalsa da mübarizəni davam etdirin. Təkrar edirəm, intihar qəti qadağandır! |
Lubanqa gəldikdən sonra Onoda adanın yapon hərbi rəhbərliyinə uzun müddətli müdafiəyə hazırlaşmağı təklif etdi, lakin onun təklifləri dinlənilmədi. Nəticədə ABŞ qoşunları yaponları asanlıqla darmadağın etdi. Gənc kəşfiyyatçı isə dəstəsi ilə dağlara çəkilməyə məcbur oldu. Onoda cəngəllikdə tabeliyindəki - birinci dərəcəli sıravi Yuiti Akatsu, yuxarı dərəcəli sıravi Kinsiti Kodzuka və kapral Şeyti Simada ilə düşərgə saldı və düşmən qüvvələri arxasında partizan müharibəsi aparmağa başladı.
1945-1974
1945-ci il sentyabrın ikisində Yaponiya təslim olmaq haqda kapitulyasiya aktını imzaladı. Tezliklə Onodanın əlinə müharibənin bitdiyini elan edən amerikalıların atdığı vərəqələr düşdü. Elə həmin ilin sonunda təyyarələr cəngəlliklərə 14-cü Ordunun komandiri Tomoyuki Yamaşitanın silahların yerə qoyulması və təslim olmaq barədə əmrini səpələdilər. Onoda bu vərəqləri düşmən təbliğatının vasitəsi kimi qəbul etdi və adanın Yaponiyanın nəzarətinə qayıdacağına ümid edərək, ABŞ-yə qarşı mübarizəni davam etdirdi. Onun qrupu ilə əlaqənin olmaması səbəbindən 1945-ci ilin sentyabrında Yaponiya hökuməti onları həlak olmuş elan etdi. Ancaq 1950-ci ildə Yuiti Akatsu Filippin polisinə təslim oldu. Beləliklə, 1951-ci ildə Onoda və tabeçiliyində olan iki nəfərin hələ də sağ olduğu bilindi.
Onoda məsələsi yeganə belə hal deyildi. Bununla əlaqədar Yaponiya hökuməti 1950-ci ildə xaricdə qalan yapon əsgərlərini xilas etmək üçün xüsusi komissiya yaratdı. Ancaq Filippindəki siyasi qeyri-sabitlik səbəbindən komissiya dərhal işə başlaya bilmədi.
1954-cü il mayın 7-də Lubanq adasının dağlarında Filippin polisləri Onodonun qrupu ilə toqquşdu. Atışma zamanı yoldaşlarının geri çəkilməsini təmin edən kapral Seyti Simada öldürüldü. Bu hadisədən sonra Filippin hökuməti Yaponiya komissiyasının üzvlərinə yapon əsgərlərinin axtarışına başlamasına icazə verdi. Yuiti Akatsunun ifadələrinə əsaslanaraq komissiya 1954-cü ilin mayında, 1958-ci il bütün il boyu və 1959-cu ilin may-dekabr aylarında axtarış apardı. Ancaq Onoda və tabeliyindəki Kodzuku tapa bilmədi. On il sonra, 1969-cu ilin mayın 31-də Yaponiya hökuməti onları yenidən həlak olmuş elan etdi və ölümlərindən sonra 6-cı dərəcəli “Yüksələn Günəş” ordeni ilə təltif etdi.
1972-ci ilin yanvar ayında Yaponiya ordusunun sağ qalan kapralı Şoiçi Yokoi təsadüfən ABŞ-nin nəzarətində olan Guam adasında tapıldı. Bu hadisə göstərdi ki, bəzi yapon əsgərlər Sakit okean adalarında gizlənməyə davam edir və İkinci Dünya müharibəsinin bitməsindən xəbərsizdilər. Bu arada, 1972-ci il sentyabrın 19-da Filippin polisi patrulu ona hücum edən bir yapon əsgərini gülələdi. Onun Onodanın tabeliyində olan son əskəri Kinsiti Kodzuka olduğu məlum oldu. O, Onoda ilə birlikdə polis patrulunun avtomobilini partlatmaq üçün yola son minalarını qoyurmuşlar. Amma mina uzun zaman keçdiyindən və rütubətdə qaldığından sıradan çıxmışdı. Bu səbəbdən o partlamadı və onlar polislə atışmağa məcbur olmuşdular . Bu hadisə ilə əlaqədar olaraq, həmin il oktyabrın 22-də Yaponiyanın Rifah Nazirliyi yapon əsgərlərini xilas etmək üçün komissiya üzvlərini, həmçinin mərhumun və Onodanın qohumlarından ibarət Filippinə nümayəndə heyəti göndərdi. Lakin sonuncunun axtarışı heç bir nəticə vermədi.
Lubang cəngəlliyində 30 il yaşadığı müddətdə Onoda çətin yaşayış şərtlərinə uyğunlaşmışdı. O, köçəri bir həyat tərzi keçirir düşmən və dünya hadisələri haqqında məlumat toplayır və Filippin hərbi heyətinə və polis işçilərinə qarşı bir sıra hücumlar təşkil etmişdi. Kəşfiyyatçı tələlərin içində, cəngəllikdə və ətrafdakı tarlalarda topladığı siçovullarla qidalanırdı. İldə bir dəfə yağmurlu havada kəndə gedir və ildırımın çaxması zamanı səs eşidilməməsi üçün yerli sakinlərin inəyini öldürdü. Əti qurudur, yağı ilə isə tüfəngini yağlayırdı. Gülləyə qənaət etdiyindən, demək olar ki, ov etmirdi. Onoda tabeliyindəkilərlə Amerika radar bazasına, Filippin rəsmilərinə və polisə yüzdən çox hücum etmişdi. Bu əməliyyatlar zamanı onlar tərəfindən 30 nəfər hərbçi və mülki şəxs öldürülmüş, 100-dən çoxu ağır yaralanmışdı. Dəfələrlə Filippin polisi və ordu xüsusi təyinatlıları cəngəllikdə ona və qrupuna basqınlar etmiş, hətta müvəqqəti sığınacağını belə tapmışdı. Lakin hər dəfə Onodo və qrupu qaçmağa müvəffəq olmuşdu. Özünün avtobioqrafik kitabında dediyi kimi , cəngəllikdə "yad adamlar" barədə onu əvvəlcədən xəbərdar edən meşə quşlarının narahat səslərini dinləməyi öyrənmişdi.
Düşmən bazasına edilən hücumlardan birində kəşfiyyatçı ələ keçirdiyi radio qəbuledici vasitəsilə ətrafındakı və dünyadakı vəziyyət barədə məlumat almağa başladı. Yerli kəndlilərdən əldə etdiyi batareyalarla qurğunu işlədirdi. Yapon axtarış komissiyalarının üzvləri tərəfindən cəngəllikdə qoyulan yapon qəzet və jurnallarını da oxumaq imkanı əldə edirdi. Yaponiyadakı son hadisələr haqda yaxşı məlumatı var idi: 1959-cu ildə şahzadə Akihitonun evliliyi, 1964-cü ildə Tokioda Yay Olimpiya Oyunlarının keçirilməsi və "Yaponiyanın iqtisadi möcüzəsi" haqqında bilirdi, ancaq ölkəsinin İkinci Dünya Müharibəsində məğlub olacağına inanmaqdan imtina edirdi. Cəbhəyə göndərilməmişdən əvvəl Onodaya zabit məktəbində düşmənin müharibənin sona çatması ilə bağlı kütləvi dezinformasiyaya əl ata biləcəyini öyrətmişdilər. Buna görə də o, bütün siyasi hadisələri təhrif olunmuş bir nöqteyi-nəzərdən qəbul edirdi. Beləliklə, kəşfiyyatçı düşünürdü ki, 1945-ci ildən sonra Yaponiyanı idarə edən hökumət ABŞ marionetkasıdır və əsl İmperiya hökuməti Mancuriyada sürgündə fəaliyyət göstərir. 1950-1953-cü illər Koreya müharibəsinin başlamasını Onoda Mancuriyadakı Yaponiyaya hökumətinin Cənubi Koreyadakı ABŞ mövqeyinə qarşı bir hücumun başlanğıcı kimi görürdü. 1959-1975-ci illərdə Vyetnamda uzun sürən müharibəyə, o, Yaponiyanın İmperiya Ordusunun amerikalıları təslim olmağa məcbur edən uğurlu bir kampaniya olaraq qəbul edirdi.
1974-cü il fevralın 20-də gənc yapon tələbə-səyyah Norio Suzuki təsadüfən Lubanq cəngəlliyində Onodanı tapdı. Suzuki müharibənin başa çatması, yaponların məğlubiyyəti və Yaponiyanın müasir firavanlığı barədə danışaraq onu vətəninə qayıtmağa inandırmağa çalışdı.
Lakin Onoda öz komandirinin əmri olmadığı üçün xidmət yerindən ayrıla bilməyəcəyini izah edərək, təklifdən imtina etdi. Suzuki Yaponiyaya tək qayıtdı. Amma onun gətirdiyi bir yapon kəşfiyyatçısının fotoşəkilləri yapon mediasını yerindən oynatdı. Yaponiya hökuməti təcili olaraq Yaponiyanın İmperiya Ordusunun keçmiş mayoru və müharibədən sonra bir kitab mağazasında işləyən Onodanın birbaşa komandiri olan Yesimi Taniquci ilə əlaqə saxladı. 1974-cü il mart ayının 9-da Taniquci Lubanq adasına uçdu. O, hərbi forma geyinərək Onoda ilə əlaqəyə qurdu və ona aşağıdakı əmri verdi:
1.Əlahəzrətin əmrinə əsasən, bütün hərbi hissələr hərbi əməliyyatlardan azad edilmişdir. 2. Döyüş əməliyyatları haqqında “A” 2003-cü il tarixli Sərəncama əsasən 14-cü Ordunun Baş Qərargahının xüsusi qrupu bütün əməliyyatlardan azad edilmişdir. 3. 14-cü Ordunun Baş Qərargahının xüsusi qrupuna tabe olan bütün bölmələr və şəxslər dərhal döyüş və manevrləri dayandırmalı və yaxınlıqdakı yüksək rütbəli zabitlərin komandanlığı altına keçməlidirlər. Əgər bu mümkün deyilsə, onda birbaşa ABŞ Ordusu və ya müttəfiqlərinin orduları ilə əlaqə qurmalı və onların göstərişlərinə əməl etməlidirlər. 14-cü Ordu Baş qərargahının xüsusi qrup komandiri Yesimi Taniqutu |
1974-cü il martın 10-da Onoda Taniquçi üçün radar stansiyasına hesabat-məruzəsini gətirdi və Filippin qoşunlarına təslim oldu. O, cır-cındır vəziyyətində olan bir hərbi geyimdə idi . Lakin əlində döyüş qabiliyyətli Arisak tipli 99 modelli tüfəng, yüz güllə, bir neçə əl qumbarası və bir samuray qılıncı vardı. Yapon təslim olmaq əlaməti kimi samuray qılıncını baza komandirinə təhvil verdi və ölümə hazır olduğunu bildirdi. Ancaq komandir onu "ordunun sədaqət nümunəsi" adlandıraraq silahını geri qaytardı.
Filippin qanununa görə Onoda soyğunçuluq və qətl, 1945-1974-cü illərdə polisə və orduya hücum etdiyi üçün edam cəzası gözləyirdi. Lakin Yaponiya Xarici İşlər Nazirliyinin müdaxiləsi sayəsində o, əfv edildi.
Kapitulyasiya mərasimində Filippinin o vaxtkı prezidenti Ferdinand Markos da daxil olmaqla hər iki ölkənin yüksək səviyyəli rəsmiləri iştirak etdilər. 1974-cü il martın 12-də Onoda təntənəli şəkildə vətəninə geri döndü.
1974-cü ildən sonra
Onodonun Yaponiyaya qayıdışından sonra bütün ölkə mediasının diqqəti ona qarşı yönəldildi. Yaponiya ictimaiyyətinin bir hissəsi, əsasən də yeni siyasi və ictimai şəraitə uyğun olaraq tərbiyə olunan elm adamları və jurnalistlər keçmiş hərbçinin şəxsiyyətinə soyuq reaksiya göstərdilər. Hələ hava limanında Onoda, imperatorun şərəfinə "Əlahəzrət İmperatora şükür!" salamanı verməsi onu qarşılayanları heyrətləndirdi. Kommunistlər və Sosial Demokratlar onu "militarizm xəyalpərəsti" kimi ləkələməyə başladılar. Sol və mərkəzçi mətbuat başda “Asahi Simbun” və “Mayniti Simbun” olmaqla, Onodonun Yaponiyanın məğlubiyyətini bildiyini, lakin militarist təbiətinə görə təslim olmaqdan imtina etdiyini yazırdılar. Hətta onu 1945-1974-cü illərdə yüzlərlə günahsız filippinlini öldürdməkdə günahlandırdılar. Bütün bunlara baxmayaraq, Onodanın məmurlar və adi vətəndaşlar arasında tərəfdarı az deyildi. Ona hətta Yaponiya Parlamentinin Nümayəndələr Palatasına namizəd olmaq təklifi edildi, amma o, rədd cavabı verdi. Qayıdışı ilə əlaqədar mükafat kimi Yaponiya Nazirlər Kabineti Onodaya 1.000.000 yen verdi. Lakin keçmiş zabit bütün məbləği XIX və XX əsrlərdə Yaponiya uğrunda canından keçən əsgərlərin ruhlarına dua edən Tokiodakı Yasukuni ziyarətgahına bağışladı. Onoda Yaponiyanın o zamankı Baş naziri Kakuei Tanaka ilə görüşdü, lakin İmperator ilə xüsusi bir qəhrəmanlıq etməməsini səbəb gətirərək, görüşdən imtina etdi. Ondan 30 il cəngəllikdə gizləndiyini və hərbçilərə hücum etdiyi zamanı nə düşündüyünü soruşduqda, "vəzifəsi haqqında" – deyə qısaca cavab verirdi.
Mediada məsuliyyətə cəlb edilməsini tələb edən kampaniyaya və müharibədən sonrakı Yaponiya şəraitinə uyğunlaşmaqda çətinlik çəkdiyinə görə Onoda vətənini tərk etmək qərarına gəldi. 1975-ci ilin aprelində, böyük qardaşının ardınca XIX əsrin sonundan bəri böyük bir Yapon diasporunun olduğu Braziliyaya köçdü. Kitabının çapından alınan qonorar ilə o, 1200 hektar ərazisi olan ranço və 1800 baş iribuynuzlu mal-qara aldı . 1976-cı ildə Onoda çay mərasiminin ustası Matiya Onuku ilə evləndi. 1978-ci ildə o, “Braziliya yaponları” cəmiyyətini təsis etdi və səkkiz il onun sədri oldu.
1984-cü ildə Onoda Yaponiyaya qayıtdı və sağlam bir gənc nəsil yetişdirmək üçün “Təbiət Məktəbi” ictimai təşkilatını qurdu. Təşkilatın yaranmasına səbəb 1980-ci ildə yapon gənclərin ata-analarının öldürülməsi xəbəri idi. Onoda, yapon gəncliyinin pozulmasından və kriminallaşmasından narahat idi, buna görə Lubanq adasında meşədə qazandığı təcrübədən istifadə edərək bacarıq və ixtiraçılıq sayəsində cəngəllikdə necə sağ qalmağı bacarmaq barədə təlim keçərək onlara kömək etmək qərarına gəldi. Yeni təşkilatın əsas vəzifəsini təbiəti dərk etməklə gənclərin ictimailəşməsi kimi görürdü. 1984-cü ildən etibarən Onodanın rəhbərliyi ilə məktəb hər il Yaponiyanın hər yerində uşaqlar və onların valideynləri üçün yay düşərgələri təşkil edir, əlil uşaqlara yardım göstərir və tərbiyəyə həsr olunmuş elmi konfranslar keçirirdi. 1999-cu ilin noyabr ayında gənclərlə uğurlu işinə görə Onoda Yaponiyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyinin sosial təhsili sahəsində mükafata layiq görüldü. Bundan əlavə, 2000-ci ilin iyununda Hokuriku Universitetində, 2001-ci ilin aprelində isə Takuseku Universitetində müəllim işləmişdir.
1996-cı ildə Onoda yenidən Lubanqa baş çəkdi və burada yerli məktəbə 10.000 dollar ianə bağışladı. Hələ də onun vəhşiliklərini xatırlayan yerli sakinlərin mənfi münasibəti səbəbindən uzun müddət orada qalmadı və bir də heç vaxt Filippinə qayıtmadı.
2004-cü il dekabrın 6-da Onoda Braziliya Hərbi Hava Qüvvələrinin mülki şəxslər üçün ən yüksək mükafatı olan “Santos-Dumont” Medalına layiq görülən ilk yapon idi. O, həmçinin Braziliyanın Matu Qrossu əyalətinin hökumətindən buranın fəxri vətəndaşı adını da aldı. 2005-ci il noyabrın 3-də Yaponiya hökuməti Onodanı "cəmiyyətdəki xidmətlərinə görə" mavi lent ilə Şərəf Medalı ilə təltif etdi.
Ahıl yaşında olmasına baxmayaraq, Onoda Yaponiya və Braziliyada biznes işlərini aparır, vaxtaşırı hər iki ölkəyə səfərlər edirdi. O, əsasən Yaponiyada yaşayır, lakin hər ilin ən azı üç ayını Braziliyada keçirirdi. Yaponiya Milli Müdafiə Şurası və Yaponiya Məclisi kimi mərkəzçi təşkilatlara üzv idi. Onoda Filippində 30 illik qalmasına və ikinci dünya məsələsinə həsr olunmuş bir neçə monoqrafiya və kitabın müəllifidir; onlardan ən məşhuru "Lubanq üzərində otuz illik müharibəm" adlı bir xatirə kitabıdır (yapon. わがルバン島の30年戦争 Vaqa Ruban-sima no sandzyu:nen senso:, 1974). O, ailədə, biznesdə və siyasətdə ənənəvi yapon dəyərlərinin qorunmasının tərəfdarı idi. Onodanın həyat yoldaşı Yaponiya Qadınlar Cəmiyyətinin sədri və Exime prefekturasının məclis üzvüdür.
2014-cü ilin yanvarın 14-də Tokioda, 92 yaşına iki ay qalmış vəfat etmişdi.
İstinadlar
- Hiroo Onoda // TracesOfWar.
- "В Японии скончался легендарный ветеран войны Хироо Онода". Российская Газета. 17 января 2014 года. 2014-02-01 tarixində . İstifadə tarixi: 2019-11-12.
- "Holdout soldier dies". NHK (Japan Broadcasting Corporation). Jan. 17, 2014. 2014-01-17 tarixində arxivləşdirilib. (ing.)
- . gazeta.aif.ru. 2012-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
- Onoda, 1999
- "Тридцатилетняя война лейтенанта Оноды" (rus). Радио Свобода. 2018-06-12 tarixində . İstifadə tarixi: 2018-06-10.
- Assembleia Legislativa de Mato Grosso do Sul. Combatente japonês da II Guerra Mundial recebe Título Honorífico 2019-07-07 at the Wayback Machine.
- "Lenta.ru: Мир: Общество: Последний самурай империи". 2014-01-18 tarixində . İstifadə tarixi: 2019-11-12.
Xarici keçidlər
- Sonuncu Samuray 2012-01-03 at the Wayback Machine // «Arqumentı i faktı» qəzeti, 18 avqust 2004-cü il (rus.)
- // «Arqumentı i faktı» qəzeti, 7 fevral 2007-ci il (rus.)
- Kawaguchi, Judit, "Words to Live by", Japan Times (interview), Jan 2007.
- Thirty Years in the Jungle! Could you do it? (bioqrafiya), Primitive Ways (həmçinin Şoiçi Yokoi ilə birlikdə). (ing.)
- Bellows, Alan, The Soldier Who Wouldn't Quit, Damn Interesting. (ing.)
- (yap.)
- Article and 5:57 minute video of a 2010 news broadcast showing interview with 88-year-old Onoda, his wife, color footage of when he left the jungle in 1974, etc. abc.net.au (ing.)
- Taylor, Alan. Image No. 45 (last at bottom): Photo of Onoda wearing his sword, on his last day before being relieved, with narrative caption, World War II: After the War, A Retrospective in 20 Parts. The Atlantic, 30 October 2011. (ing.)
- The War is Over... Please Come Out: Japanese Soldier Surrenders 29 Years After the End of World War II // History: 1900s, About. (ing.)
- Hiroo Onoda obituary The Daily Telegraph. (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hiroo Onoda yapon 小野田 寛郎 Hiroo Onoda 19 mart 1922 Kaynan d Vakayama prefekturasi 16 yanvar 2014 Tokio d II Dunya Muharibesi zamani 1944 cu ilden Filippinin Lubanq adasinda muttefiq quvvelere qarsi vurusan ve uzun iller muharibenin bitdiyine inanmaqdan imtina eden Yaponiya Silahli Quvvelerinin herbi kesfiyyatinin kicik leytenanti O yalniz 1974 cu ilde Filippin hakimiyyetine teslim oldu Partizan muharibeleri ucun mutexessis hazirlayan Nakano Ordu Mektebinde tehsil alib 1984 cu ilden yapon genclerinin sosiallasmasi ile mesgul olan Tebiet mektebi nin sedri Braziliyanin Santos Dumont Medali ve Yaponiyanin Seref Medali ile teltif edilmisdir Hiroo Onodo小野田 寛郎Sexsi melumatlarDogum tarixi 19 mart 1922 1922 03 19 Dogum yeri Kaynan d Vakayama prefekturasi YaponiyaVefat tarixi 16 yanvar 2014 2014 01 16 91 yasinda Vefat yeri Tokio d Tokio YaponiyaVefat sebebi urek catismazligiVetendasligi YaponiyaHerbi fealiyyetiMensubiyyeti Yaponiya Imperator ordusuQosun novu piyada herbi kesfiyyat partizan desteleriXidmet illeri 1941 1974Rutbesi kicik leytenant d Doyusler Ikinci dunya muharibesi Filippin emeliyyati 1944 1945 1945 ci ilde Yaponiyanin kaputilyasiyasindan sonra herbicilerin muqavimetiIstefada usaq skaut dusergesinin yaradicisiTeltiflerionoda shizenjuku jp Vikianbarda elaqeli mediafayllarBioqrafiyasi1922 1945 Horoo Onodo sagda ve kicik qardasi 1944 cu il Hiroo 1922 ci il martin 19 da Vakayama Prefekturasinin Kamekava kendinde Onoda Tanedziro ve Onoda Tamaenin ailesinde anadan olmusdur Oglanin atasi muellim jurnalist ve prefektura meclisinin deputati anasi ise muellime idi Genc Onoda ailenin ucuncu oglu idi ve uc qardasi bir bacisi var idi Gencliyinde Kainan orta mektebinde oxumus ve burada xususile kendo yapon qilincoynatma senetini oyrenmisdi 1939 cu ilin aprelinde mezun olduqdan sonra Onoda Tadzima adli ozel ticaret sirketinde ise duzeldi ve Cinin Hankou seherine kocdu burada o cin ve ingilis dillerini menimsedi Lakin 1942 ci ilin dekabrinda herbi xidmete cagrilmasi sebebinden vetene dondu Evvelce Onoda 61 ci piyada alayinin ikinci dereceli siravi eskeri teyin edildi lakin bir nece gun sonra o 218 ci piyada alayina kecirildi 1943 cu ilin iyul ayinda birinci dereceli siravi sentyabrda yuxari dereceli siravi noyabrda ise kapral rutbesine yukseldilmisdir 1944 cu ilin yanvar avqust aylarinda Onoda komandir heyetini hazirlayan Kurume Birinci Ordu Mektebinde tehsil almisdir Ele hemin ilin aprel ayinda telim zamani cavus rutbesi mezun olduqdan sonra ise bas cavus rutbesi aldi ve tehsilini Yaponiya Bas Qerargahinda davam etdirmeye gonderildi Lakin Onoda doyus zabiti kimi karyera qurmaq qerarina geldi ve 1944 cu ilin avqustunda kesfiyyat zabitleri yetisdiren Nakano Ordu Mektebinin Futamata sobesine daxil oldu Ancaq cebheye tecili gonderilmesi sebebinden tehsilini yarimciq qoymqli oldu Iki ay erzinde Onoda 14 cu Ordunun qerargahina teyin edildi 1944 cu ilin dekabrinda ise dusmen quvvelerinin arxasinda texribat emeliyyatlari aparmaq ucun xususi destenin komandiri olaraq Filippine gonderildi 1945 ci ilin yanvarinda kicik leytenant rutbesine yukseldi ve Filippinin Lubang adasina gonderildi Bundan once ise genc zabit komandiri general leytenant Sizuo Yokoyamadan asagidaki emri aldi Intihar qeti qadagandir 3 5 il dozmelisen Men mutleq senin dalinca gelecem Palma meyveleri ile qidalansaniz bele hetta bir esgeriniz qalsa da mubarizeni davam etdirin Tekrar edirem intihar qeti qadagandir Lubanqa geldikden sonra Onoda adanin yapon herbi rehberliyine uzun muddetli mudafieye hazirlasmagi teklif etdi lakin onun teklifleri dinlenilmedi Neticede ABS qosunlari yaponlari asanliqla darmadagin etdi Genc kesfiyyatci ise destesi ile daglara cekilmeye mecbur oldu Onoda cengellikde tabeliyindeki birinci dereceli siravi Yuiti Akatsu yuxari dereceli siravi Kinsiti Kodzuka ve kapral Seyti Simada ile duserge saldi ve dusmen quvveleri arxasinda partizan muharibesi aparmaga basladi 1945 1974 1945 ci il sentyabrin ikisinde Yaponiya teslim olmaq haqda kapitulyasiya aktini imzaladi Tezlikle Onodanin eline muharibenin bitdiyini elan eden amerikalilarin atdigi vereqeler dusdu Ele hemin ilin sonunda teyyareler cengelliklere 14 cu Ordunun komandiri Tomoyuki Yamasitanin silahlarin yere qoyulmasi ve teslim olmaq barede emrini sepelediler Onoda bu vereqleri dusmen tebligatinin vasitesi kimi qebul etdi ve adanin Yaponiyanin nezaretine qayidacagina umid ederek ABS ye qarsi mubarizeni davam etdirdi Onun qrupu ile elaqenin olmamasi sebebinden 1945 ci ilin sentyabrinda Yaponiya hokumeti onlari helak olmus elan etdi Ancaq 1950 ci ilde Yuiti Akatsu Filippin polisine teslim oldu Belelikle 1951 ci ilde Onoda ve tabeciliyinde olan iki neferin hele de sag oldugu bilindi Onoda meselesi yegane bele hal deyildi Bununla elaqedar Yaponiya hokumeti 1950 ci ilde xaricde qalan yapon esgerlerini xilas etmek ucun xususi komissiya yaratdi Ancaq Filippindeki siyasi qeyri sabitlik sebebinden komissiya derhal ise baslaya bilmedi 1954 cu il mayin 7 de Lubanq adasinin daglarinda Filippin polisleri Onodonun qrupu ile toqqusdu Atisma zamani yoldaslarinin geri cekilmesini temin eden kapral Seyti Simada olduruldu Bu hadiseden sonra Filippin hokumeti Yaponiya komissiyasinin uzvlerine yapon esgerlerinin axtarisina baslamasina icaze verdi Yuiti Akatsunun ifadelerine esaslanaraq komissiya 1954 cu ilin mayinda 1958 ci il butun il boyu ve 1959 cu ilin may dekabr aylarinda axtaris apardi Ancaq Onoda ve tabeliyindeki Kodzuku tapa bilmedi On il sonra 1969 cu ilin mayin 31 de Yaponiya hokumeti onlari yeniden helak olmus elan etdi ve olumlerinden sonra 6 ci dereceli Yukselen Gunes ordeni ile teltif etdi 1972 ci ilin yanvar ayinda Yaponiya ordusunun sag qalan kaprali Soici Yokoi tesadufen ABS nin nezaretinde olan Guam adasinda tapildi Bu hadise gosterdi ki bezi yapon esgerler Sakit okean adalarinda gizlenmeye davam edir ve Ikinci Dunya muharibesinin bitmesinden xebersizdiler Bu arada 1972 ci il sentyabrin 19 da Filippin polisi patrulu ona hucum eden bir yapon esgerini guleledi Onun Onodanin tabeliyinde olan son eskeri Kinsiti Kodzuka oldugu melum oldu O Onoda ile birlikde polis patrulunun avtomobilini partlatmaq ucun yola son minalarini qoyurmuslar Amma mina uzun zaman kecdiyinden ve rutubetde qaldigindan siradan cixmisdi Bu sebebden o partlamadi ve onlar polisle atismaga mecbur olmusdular Bu hadise ile elaqedar olaraq hemin il oktyabrin 22 de Yaponiyanin Rifah Nazirliyi yapon esgerlerini xilas etmek ucun komissiya uzvlerini hemcinin merhumun ve Onodanin qohumlarindan ibaret Filippine numayende heyeti gonderdi Lakin sonuncunun axtarisi hec bir netice vermedi Lubang cengelliyinde 30 il yasadigi muddetde Onoda cetin yasayis sertlerine uygunlasmisdi O koceri bir heyat terzi kecirir dusmen ve dunya hadiseleri haqqinda melumat toplayir ve Filippin herbi heyetine ve polis iscilerine qarsi bir sira hucumlar teskil etmisdi Kesfiyyatci telelerin icinde cengellikde ve etrafdaki tarlalarda topladigi sicovullarla qidalanirdi Ilde bir defe yagmurlu havada kende gedir ve ildirimin caxmasi zamani ses esidilmemesi ucun yerli sakinlerin ineyini oldurdu Eti qurudur yagi ile ise tufengini yaglayirdi Gulleye qenaet etdiyinden demek olar ki ov etmirdi Onoda tabeliyindekilerle Amerika radar bazasina Filippin resmilerine ve polise yuzden cox hucum etmisdi Bu emeliyyatlar zamani onlar terefinden 30 nefer herbci ve mulki sexs oldurulmus 100 den coxu agir yaralanmisdi Defelerle Filippin polisi ve ordu xususi teyinatlilari cengellikde ona ve qrupuna basqinlar etmis hetta muveqqeti siginacagini bele tapmisdi Lakin her defe Onodo ve qrupu qacmaga muveffeq olmusdu Ozunun avtobioqrafik kitabinda dediyi kimi cengellikde yad adamlar barede onu evvelceden xeberdar eden mese quslarinin narahat seslerini dinlemeyi oyrenmisdi Dusmen bazasina edilen hucumlardan birinde kesfiyyatci ele kecirdiyi radio qebuledici vasitesile etrafindaki ve dunyadaki veziyyet barede melumat almaga basladi Yerli kendlilerden elde etdiyi batareyalarla qurgunu isledirdi Yapon axtaris komissiyalarinin uzvleri terefinden cengellikde qoyulan yapon qezet ve jurnallarini da oxumaq imkani elde edirdi Yaponiyadaki son hadiseler haqda yaxsi melumati var idi 1959 cu ilde sahzade Akihitonun evliliyi 1964 cu ilde Tokioda Yay Olimpiya Oyunlarinin kecirilmesi ve Yaponiyanin iqtisadi mocuzesi haqqinda bilirdi ancaq olkesinin Ikinci Dunya Muharibesinde meglub olacagina inanmaqdan imtina edirdi Cebheye gonderilmemisden evvel Onodaya zabit mektebinde dusmenin muharibenin sona catmasi ile bagli kutlevi dezinformasiyaya el ata bileceyini oyretmisdiler Buna gore de o butun siyasi hadiseleri tehrif olunmus bir noqteyi nezerden qebul edirdi Belelikle kesfiyyatci dusunurdu ki 1945 ci ilden sonra Yaponiyani idare eden hokumet ABS marionetkasidir ve esl Imperiya hokumeti Mancuriyada surgunde fealiyyet gosterir 1950 1953 cu iller Koreya muharibesinin baslamasini Onoda Mancuriyadaki Yaponiyaya hokumetinin Cenubi Koreyadaki ABS movqeyine qarsi bir hucumun baslangici kimi gorurdu 1959 1975 ci illerde Vyetnamda uzun suren muharibeye o Yaponiyanin Imperiya Ordusunun amerikalilari teslim olmaga mecbur eden ugurlu bir kampaniya olaraq qebul edirdi 1974 cu il fevralin 20 de genc yapon telebe seyyah Norio Suzuki tesadufen Lubanq cengelliyinde Onodani tapdi Suzuki muharibenin basa catmasi yaponlarin meglubiyyeti ve Yaponiyanin muasir firavanligi barede danisaraq onu vetenine qayitmaga inandirmaga calisdi Lakin Onoda oz komandirinin emri olmadigi ucun xidmet yerinden ayrila bilmeyeceyini izah ederek teklifden imtina etdi Suzuki Yaponiyaya tek qayitdi Amma onun getirdiyi bir yapon kesfiyyatcisinin fotosekilleri yapon mediasini yerinden oynatdi Yaponiya hokumeti tecili olaraq Yaponiyanin Imperiya Ordusunun kecmis mayoru ve muharibeden sonra bir kitab magazasinda isleyen Onodanin birbasa komandiri olan Yesimi Taniquci ile elaqe saxladi 1974 cu il mart ayinin 9 da Taniquci Lubanq adasina ucdu O herbi forma geyinerek Onoda ile elaqeye qurdu ve ona asagidaki emri verdi 1 Elahezretin emrine esasen butun herbi hisseler herbi emeliyyatlardan azad edilmisdir 2 Doyus emeliyyatlari haqqinda A 2003 cu il tarixli Serencama esasen 14 cu Ordunun Bas Qerargahinin xususi qrupu butun emeliyyatlardan azad edilmisdir 3 14 cu Ordunun Bas Qerargahinin xususi qrupuna tabe olan butun bolmeler ve sexsler derhal doyus ve manevrleri dayandirmali ve yaxinliqdaki yuksek rutbeli zabitlerin komandanligi altina kecmelidirler Eger bu mumkun deyilse onda birbasa ABS Ordusu ve ya muttefiqlerinin ordulari ile elaqe qurmali ve onlarin gosterislerine emel etmelidirler 14 cu Ordu Bas qerargahinin xususi qrup komandiri Yesimi Taniqutu 1974 cu il martin 10 da Onoda Taniquci ucun radar stansiyasina hesabat meruzesini getirdi ve Filippin qosunlarina teslim oldu O cir cindir veziyyetinde olan bir herbi geyimde idi Lakin elinde doyus qabiliyyetli Arisak tipli 99 modelli tufeng yuz gulle bir nece el qumbarasi ve bir samuray qilinci vardi Yapon teslim olmaq elameti kimi samuray qilincini baza komandirine tehvil verdi ve olume hazir oldugunu bildirdi Ancaq komandir onu ordunun sedaqet numunesi adlandiraraq silahini geri qaytardi Filippin qanununa gore Onoda soygunculuq ve qetl 1945 1974 cu illerde polise ve orduya hucum etdiyi ucun edam cezasi gozleyirdi Lakin Yaponiya Xarici Isler Nazirliyinin mudaxilesi sayesinde o efv edildi Kapitulyasiya merasiminde Filippinin o vaxtki prezidenti Ferdinand Markos da daxil olmaqla her iki olkenin yuksek seviyyeli resmileri istirak etdiler 1974 cu il martin 12 de Onoda tenteneli sekilde vetenine geri dondu Onoda oz qilincini Filippin Prezidenti Markosa teqdim edir1974 cu ilden sonra Onodonun Yaponiyaya qayidisindan sonra butun olke mediasinin diqqeti ona qarsi yoneldildi Yaponiya ictimaiyyetinin bir hissesi esasen de yeni siyasi ve ictimai seraite uygun olaraq terbiye olunan elm adamlari ve jurnalistler kecmis herbcinin sexsiyyetine soyuq reaksiya gosterdiler Hele hava limaninda Onoda imperatorun serefine Elahezret Imperatora sukur salamani vermesi onu qarsilayanlari heyretlendirdi Kommunistler ve Sosial Demokratlar onu militarizm xeyalperesti kimi lekelemeye basladilar Sol ve merkezci metbuat basda Asahi Simbun ve Mayniti Simbun olmaqla Onodonun Yaponiyanin meglubiyyetini bildiyini lakin militarist tebietine gore teslim olmaqdan imtina etdiyini yazirdilar Hetta onu 1945 1974 cu illerde yuzlerle gunahsiz filippinlini oldurdmekde gunahlandirdilar Butun bunlara baxmayaraq Onodanin memurlar ve adi vetendaslar arasinda terefdari az deyildi Ona hetta Yaponiya Parlamentinin Numayendeler Palatasina namized olmaq teklifi edildi amma o redd cavabi verdi Qayidisi ile elaqedar mukafat kimi Yaponiya Nazirler Kabineti Onodaya 1 000 000 yen verdi Lakin kecmis zabit butun meblegi XIX ve XX esrlerde Yaponiya ugrunda canindan kecen esgerlerin ruhlarina dua eden Tokiodaki Yasukuni ziyaretgahina bagisladi Onoda Yaponiyanin o zamanki Bas naziri Kakuei Tanaka ile gorusdu lakin Imperator ile xususi bir qehremanliq etmemesini sebeb getirerek gorusden imtina etdi Ondan 30 il cengellikde gizlendiyini ve herbcilere hucum etdiyi zamani ne dusunduyunu sorusduqda vezifesi haqqinda deye qisaca cavab verirdi Mediada mesuliyyete celb edilmesini teleb eden kampaniyaya ve muharibeden sonraki Yaponiya seraitine uygunlasmaqda cetinlik cekdiyine gore Onoda vetenini terk etmek qerarina geldi 1975 ci ilin aprelinde boyuk qardasinin ardinca XIX esrin sonundan beri boyuk bir Yapon diasporunun oldugu Braziliyaya kocdu Kitabinin capindan alinan qonorar ile o 1200 hektar erazisi olan ranco ve 1800 bas iribuynuzlu mal qara aldi 1976 ci ilde Onoda cay merasiminin ustasi Matiya Onuku ile evlendi 1978 ci ilde o Braziliya yaponlari cemiyyetini tesis etdi ve sekkiz il onun sedri oldu 1984 cu ilde Onoda Yaponiyaya qayitdi ve saglam bir genc nesil yetisdirmek ucun Tebiet Mektebi ictimai teskilatini qurdu Teskilatin yaranmasina sebeb 1980 ci ilde yapon genclerin ata analarinin oldurulmesi xeberi idi Onoda yapon gencliyinin pozulmasindan ve kriminallasmasindan narahat idi buna gore Lubanq adasinda mesede qazandigi tecrubeden istifade ederek bacariq ve ixtiraciliq sayesinde cengellikde nece sag qalmagi bacarmaq barede telim kecerek onlara komek etmek qerarina geldi Yeni teskilatin esas vezifesini tebieti derk etmekle genclerin ictimailesmesi kimi gorurdu 1984 cu ilden etibaren Onodanin rehberliyi ile mekteb her il Yaponiyanin her yerinde usaqlar ve onlarin valideynleri ucun yay dusergeleri teskil edir elil usaqlara yardim gosterir ve terbiyeye hesr olunmus elmi konfranslar kecirirdi 1999 cu ilin noyabr ayinda genclerle ugurlu isine gore Onoda Yaponiyanin Medeniyyet Tehsil ve Idman Nazirliyinin sosial tehsili sahesinde mukafata layiq goruldu Bundan elave 2000 ci ilin iyununda Hokuriku Universitetinde 2001 ci ilin aprelinde ise Takuseku Universitetinde muellim islemisdir 1996 ci ilde Onoda yeniden Lubanqa bas cekdi ve burada yerli mektebe 10 000 dollar iane bagisladi Hele de onun vehsiliklerini xatirlayan yerli sakinlerin menfi munasibeti sebebinden uzun muddet orada qalmadi ve bir de hec vaxt Filippine qayitmadi 2004 cu il dekabrin 6 da Onoda Braziliya Herbi Hava Quvvelerinin mulki sexsler ucun en yuksek mukafati olan Santos Dumont Medalina layiq gorulen ilk yapon idi O hemcinin Braziliyanin Matu Qrossu eyaletinin hokumetinden buranin fexri vetendasi adini da aldi 2005 ci il noyabrin 3 de Yaponiya hokumeti Onodani cemiyyetdeki xidmetlerine gore mavi lent ile Seref Medali ile teltif etdi Ahil yasinda olmasina baxmayaraq Onoda Yaponiya ve Braziliyada biznes islerini aparir vaxtasiri her iki olkeye seferler edirdi O esasen Yaponiyada yasayir lakin her ilin en azi uc ayini Braziliyada kecirirdi Yaponiya Milli Mudafie Surasi ve Yaponiya Meclisi kimi merkezci teskilatlara uzv idi Onoda Filippinde 30 illik qalmasina ve ikinci dunya meselesine hesr olunmus bir nece monoqrafiya ve kitabin muellifidir onlardan en meshuru Lubanq uzerinde otuz illik muharibem adli bir xatire kitabidir yapon わがルバン島の30年戦争 Vaqa Ruban sima no sandzyu nen senso 1974 O ailede biznesde ve siyasetde enenevi yapon deyerlerinin qorunmasinin terefdari idi Onodanin heyat yoldasi Yaponiya Qadinlar Cemiyyetinin sedri ve Exime prefekturasinin meclis uzvudur 2014 cu ilin yanvarin 14 de Tokioda 92 yasina iki ay qalmis vefat etmisdi IstinadlarHiroo Onoda TracesOfWar V Yaponii skonchalsya legendarnyj veteran vojny Hiroo Onoda Rossijskaya Gazeta 17 yanvarya 2014 goda 2014 02 01 tarixinde Istifade tarixi 2019 11 12 Holdout soldier dies NHK Japan Broadcasting Corporation Jan 17 2014 2014 01 17 tarixinde arxivlesdirilib ing gazeta aif ru 2012 01 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 06 10 Onoda 1999 Tridcatiletnyaya vojna lejtenanta Onody rus Radio Svoboda 2018 06 12 tarixinde Istifade tarixi 2018 06 10 Assembleia Legislativa de Mato Grosso do Sul Combatente japones da II Guerra Mundial recebe Titulo Honorifico 2019 07 07 at the Wayback Machine Lenta ru Mir Obshestvo Poslednij samuraj imperii 2014 01 18 tarixinde Istifade tarixi 2019 11 12 Xarici kecidlerSonuncu Samuray 2012 01 03 at the Wayback Machine Arqumenti i fakti qezeti 18 avqust 2004 cu il rus Arqumenti i fakti qezeti 7 fevral 2007 ci il rus Kawaguchi Judit Words to Live by Japan Times interview Jan 2007 Thirty Years in the Jungle Could you do it bioqrafiya Primitive Ways hemcinin Soici Yokoi ile birlikde ing Bellows Alan The Soldier Who Wouldn t Quit Damn Interesting ing yap Article and 5 57 minute video of a 2010 news broadcast showing interview with 88 year old Onoda his wife color footage of when he left the jungle in 1974 etc abc net au ing Taylor Alan Image No 45 last at bottom Photo of Onoda wearing his sword on his last day before being relieved with narrative caption World War II After the War A Retrospective in 20 Parts The Atlantic 30 October 2011 ing The War is Over Please Come Out Japanese Soldier Surrenders 29 Years After the End of World War II History 1900s About ing Hiroo Onoda obituary The Daily Telegraph ing