Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
|
Ekklesiologiya (yunan. ἐκκλησία, ekklesia, "Kilsə, cəmiyyət", + yunan. λογος, loqos, "elm") – xristian teologiyasının bir sahəsi, Kilsənin təbiətini və xüsusiyyətlərini tədqiq edən elm.
Ekklesioloji terminologiya
Azərbaycan dilində kilsə sözü ən çox xristian ibadətgahı, məbədi, bəzən də dini təşkilat, təriqət, məzhəb mənasında işlənir. Lakin həm Bibliyanın yunan mətnində, həm də xristian teologiyasında “ἐκκλησία” (ekklesia) sözünün daha dəqiq mənası “imanlılar cəmiyyəti”dir. Buna görə də Bibliyanın Azərbaycan dilinə müasir tərcüməsində (Bax: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009) bu söz müvafiq şəkildə tərcümə olunmuşdur:
Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
Həvarilərin İşləri 2:47 – Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdı. Rəbb isə hər gün insanları xilas edir və imanlılara (yunan. ἐκκλησία, ekklesia) qoşurdu.
İsa İncildə “εκκλησια” (ekklesia) sözünü yalnız iki dəfə işlətmişdir:
Matta Müjdəsi 16:18 – Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi (yunan. ἐκκλησία, ekklesia) bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Matta Müjdəsi 18:17 – Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə (yunan. ἐκκλησία, ekklesia) bildir. Əgər cəmiyyətin (yunan. ἐκκλησία, ekklesia) də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
Yunan dilində “ἐκκλησία” (ekklesia) sözü Bibliyaya hələ bizim eradan əvvəl daxil olmuşdu. B.e.ə. III-II əsrlərdə yerinə yetirilmiş Tövratın yunan dilinə tərcüməsi Septuagintada bu sözə rast gəlinir. Septuagintanı yaradan yəhudi ilahiyyatçıları Qanunun Təkrarı 4:10-dakı “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm” ayəsindəki “topla” kəlməsini (“קהל” - kahal) “εκκλησιασον” (ekklesiason) olaraq tərcümə etmişlər. Buna görə, Əhdi-Cədidin müəlliflərinin Əhdi-Ətiqdəki İsraili də “εκκλησια” (ekklesia – cəmiyyət) adlandırdıqları heç təəccüblü deyildir:
Həvarilərin İşləri 7:38 – Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə (yunan. ἐκκλησία, ekklesia) olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
Ümumi ekklesioloji müddəalar
Əhdi-Ətiq ekklesiologiyası
Əhdi-Ətiq cəmiyyəti insan tərəfindən deyil, Rəbbin iradəsi ilə yaranmışdır. Onun təməlini Rəbb Özü qoymuşdur. Allahın xalqının əcdadları Yaradılış Kitabında heç də ideal qəhrəmanlar kimi deyil, əksinə, cürbəcür zəiflikləri, nöqsanları ilə əsl insanlar kimi təsvir edilmişlər. Beləliklə, Allahın xalqı əcdadlarının nailiyyətinə görə deyil, Allahın sərbəst qərarı ilə seçilmişdir.
Əhdi-Ətiq cəmiyyəti aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
- Əhdi-Ətiq cəmiyyətinin tarixi bağlanğıcında İlahi çağırış və vəd bir insana – İbrahimə verildiyi halda, o artıq ilkin formasında müəyyən insan icması ilə əlaqəli idi (İbrahimin nəsli Əhdi-Cədiddə ruhani mənada şərh edilir – Məsihə iman edənlərin cəmiyyəti). Beləliklə, Əhdi-Ətiqə görə Vəhy heç bir fərdə deyil, Allahın xalqına – cəmiyyətə məxsusdur.
- Əhdi-Ətiq cəmiyyətinin banisi İbrahimin ilk addımı bütpərəstlərdən ayrılması, vətənindən "çıxışı" idi. İkinci "çıxış" isə Musa Peyğəmbərin sözünə inanmış bir dəstə adama nəsib olur. Misirdən çıxan icma səhrada dolaşarkən xalq olaraq formalaşır və Allahdan xüsusi bir əmr alır: “Siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız” Müqəddəs millət dedikdə, özünü tamamilə Allaha həsr etmiş xalq nəzərdə tutulur. Müqəddəslik onlara əvvəlcədən verilmir, lakin onlar Allahın iradəsinə uyğun həyat sürərək müqəddəsliyə nail olmağa çağırılırlar. Onların böyük əksəriyyəti Rəbbə sədaqətsiz olanda belə, Rəbbə sadiq qalanların "azlığı" heç vaxt kəsilmir.
- Əhdi-Ətiq cəmiyyətinin etnik baxımdan məhdud olmağına baxmayaraq, onun ümumdünya təbiəti İbrahimə verilmiş ən qədim vəddə artıq əks olunur: “Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”. Daha sonra İsraildə meydana gələn peyğəmbərlər bütün millətlərin xilası ideyasını Əhdi-Ətiq cəmiyyətinin şüuruna yeridirlər. Onlar İlahi Vəhyin bütün millətlər tərəfindən qəbul ediləcəyini öyrədirlər.
- Əhdi-Ətiq cəmiyyəti ənənə üzərində qurulur. Cəmiyyətin imanı, əqidəsi, adət-ənənələri nəsildən-nəslə keçir. Musa israillilərə yeni Allahı deyil “atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbi” elan edir.
- Əhdi-Ətiq cəmiyyəti Xilaskarın intizarında idi. Beləliklə, onu "Məsihi" cəmiyyət adlandırmaq olar.
- Əhdi-Ətiq cəmiyyətinə həsr etmə mərasimi ilə daxil edilirdi (sünnət adəti). Sünnət qədim dünyada xeyli yayılmasına baxmayaraq, Əhdi-Ətiqdə xüsusi ekklesioloji mənada şərh olunurdu (Allahın xalqına mənsubluq).
- Bütün Əhdi-Ətiq cəmiyyəti "müqəddəs xalq" və "kahinlər padşahlığı" adlandırıldığı halda onun içərisində xüsusi xidmətlər və xarizmatik ənamlar var idi (kahinlər, levililər, peyğəmbərlər, müdrik ilahiyyatçılar).
Əhdi-Cədid ekklesiologiyası
Əhdi-Ətiq cəmiyyəti kimi Məsihin cəmiyyəti də Allahın iradəsi ilə qurulur. İsrail 12 soy başı əcdad üzərində qurulduğu kimi Məsihin cəmiyyəti də 12 həvari üzərində qurulmuşdur. Bu, Əhdi-Cədid cəmiyyətinin bir mənada yeni İsrail – Allahın yeni xalqı rolunu oynadığına şəhadət edir. Tövratda İsrailin əcdadlarının zəif cəhətləri təsvir edildiyi kimi, Əhdi-Cədiddə Məsihin həvarilərinin zəifliyi heç də gizlədilməmişdir.
Bibliyada Əhdi-Cədid cəmiyyətinin aşağıdakı xüsusiyyətləri göstərilir:
- Məsihin cəmiyyəti vahiddir. İmanlılar cəmiyyətinin vahidliyi sırf zahiri bütövlükdən ibarət deyildir. Bir-birinə zidd olan müxtəlif xristian kilsələri, cəmiyyətləri olduğuna baxmayaraq bütün möminlər arasında mistik, ruhani vəhdət mövcud ola bilir. Məsihin ardıcılları arasındakı bu vəhdətdə Üç üqnumun İlahi sirri öz əksini tapır. Bunu xüsusilə İsa Məsihin şagirdləri üçün son duasında görmək olar: “Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın”.Əhdi-Cədid müəllifləri imanlılar cəmiyyətində daxili vəhdətin olmasının zərurəti barəsində yekdilliklə öyrədirlər. Luka erkən xristian cəmiyyətini “İmanlıların hamısı canbir qəlbdə idi” deyə təsvir edir, həvari Pavel və Pyotr həmçinin möminlərin bölünməsinə qarşı çıxır və bir olmağa çağırır:
“Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin”.
“Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun”.
“Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır”.
- Əhdi-Cədiddə imanlılar cəmiyyətinin Allahın yeni xalqı kimi müqəddəs olmasını öyrədir:
“Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz”.
- Əhdi-Ətiq cəmiyyətinə xas olan etnik məhdudluq Məsihin cəmiyyətində tamamən aradan qaldırılır. Müjdə “əvvəlcə yəhudilərə, sonra yunanlara” elan edilsə də, “bütün millətlərə” yayılır. Məsihə iman gətirən bütün insanlar – yəhudilər də, yunanlar da ümumdünya xalqlar ailəsində birləşirlər.
“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir”.
- Əhdi-Cədid imanlılar cəmiyyətində Əhdi-Ətiqə, Məsihə və Həvarilərə əsaslanan ənənə önəmli rol oynayır.
- Əhdi-Cədid cəmiyyəti sözün əsl mənasında “Məsihi cəmiyyət”dir. Onun təməli, guşədaşı Məsihdir.
- Məsihin cəmiyyətinə daxil olma əlaməti vəftizdir. Vəftiz, Əhdi-Ətiq cəmiyyətində sünnətin yerini almışdır. Əhdi-Cədid cəmiyyətinin ibadətinin mərkəzində yevxaristiya durur.
- Əhdi-Cədid cəmiyyətində müxtəlif xidmətlər mövcuddur:
“Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi”.
Əhdi-Cədiddə nəzarətçi (yepiskop), ağsaqqal (presviter) və xidmətçi (dyakon) olmaq üzrə üç ruhani rütbənin adı çəkilir. Lakin həvarilərin dövründə bu rütbələrin vəzifələri haqqında konkret məlumat yoxdur. Nəzarətçi (yepiskop) və ağsaqqal (presviter), yəqin ki, sinonim olaraq işlənirdi.
Məsihin cəmiyyətinin xidmətçilərinə verilən səlahiyyət dünyəvi deyil, ruhanidir. Onlara “bağlamaq” və “açmaq”, yəni imanlılar cəmiyyətinə rəhbərlik etmək səlahiyyəti verilir. Lakin hökmranlıq, ağalıq etmək, özünü yüksək tutmaq qadağan olunur.
Yerli imanlılar cəmiyyəti və ümumdünya imanlılar cəmiyyəti
“İmanlılar cəmiyyəti” dedikdə bir otaqda toplaşan 2-3 nəfərlik qrupdan tutmuş bütün dünyada İsa Məsihə iman edən möminlərə qədər müxtəlif insan qrupları nəzərdə tutula bilir. Əhdi-Cədidin bir sıra yerlərində “evdə toplaşan cəmiyyət” ifadəsi işlənir. Başqa yerlərdə müəyyən şəhərdə və ya bölgədə yaşayan bütün möminlərin ümumi məcmusu nəzərdə tutulur. Nəhayət, ümumdünya imanlılar cəmiyyəti də “ἐκκλησία” (ekklesia) adlanır.
İmanlılar Cəmiyyətinin metaforları
Bibliyada imanlılar cəmiyyətinin təbiətini açıqlayan bir çox obraz və metaforlar işlənir:
- Həvari Pavel cəmiyyəti ailəyə bənzədir. Ailənin Atası Allahdır, insanlar isə Onun “ev xalqı”, oğulları və qızlarıdırlar, bir-birinə qardaş-bacıdırlar:
“«Mən sizə Ata olacağam, siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir”
“Sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir”.
- İmanlılar cəmiyyəti həmçinin Məsihin gəlini adlandırılır. Həvari Pavel ər-arvad münasibətlərinin Məsihə və cəmiyyətə dəxli olduğunu öyrətmişdir:
“Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin... «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm”.
“Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm”.
“«...Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; Geyinmək üçün ona təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir”.
- İmanlılar cəmiyyəti Baş Çobanı Məsih olan sürüyə bənzədilir. Ayrı-ayrı cəmiyyətləri idarə edən “pastorlar” (ruhani çobanlar) Məsihə tabe olmalıdırlar. Məsih Özü Yaxşı Çoban olaraq bütün pastorlara nümunədir:
“Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm”.
(Həvari Pavel cəmiyyətin ağsaqqallarına) “Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin”.
“Ey aranızda olan ağsaqqallar!... Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız”.
- İmanlılar cəmiyyəti Məsihin bədənidir:
“Siz də Məsihin bədənisiniz, bu bədənin ayrı-ayrılıqda isə üzvlərisiniz”.
“Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür”.
“...bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir”.
- Bundan əlavə, İmanlılar cəmiyyəti Allahın zəmisi, tikilisi, meynəsinin budaqları kimi müxtəlif obrazlarla təsvir olunur:
“Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz”.
“Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz”.
“İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz”.
İmanlılar Cəmiyyəti və Müqəddəs Kitab
İmanlılar cəmiyyəti Bibliyadan daha qədimdir. Həm Əhdi-Ətiqdə, həm də Əhdi-Cədiddə cəmiyyət Müqəddəs Yazılardan öncə yaranmışdır. Müqəddəs Yazıların imanlılar cəmiyyəti tərəfindən müəyyən olunmuşdur. , imanlılar cəmiyyətinin İlahi Vəhyi bəşəri yazılardan ayırmaq cəhdi nəticəsində əmələ gəlmişdir. İmanlılar cəmiyyətinin qədim ənənəsi vardır. Ənənəsinin əsasında Bibliya durur. Bibliyadan əlavə ümumdünya kilsə məclislərində qəbul olunmuş qərarlar, əqidələr, iman simvolları vardır. Ərslər boyunca xristianlığın yayılmasına böyük töhfələr vermiş ayrı-ayrı şəxsiyyətlərin: , müəllimlər, ilahiyyatçılar, müqəddəs elan olunmuş adamların da ənənədə önəmli yeri vardır. Pravoslav və katolik kilsələri ənənəyə böyük əhəmiyyət verirlər, protestant icmaları isə əksərən ənənədən imtina edib yalnız Müqəddəs Kitaba əsaslanmağa meyillidirlər.
İmanlılar Cəmiyyəti və İsrail
Əhdi-Cədiddə imanlılar cəmiyyəti “yeni İsrail”, “Allahın yeni xalqı” olaraq təsvir olunur. Həvari Pavel cismən İbrahimin nəslindən olan insanların yəhudi adlanmalarına baxmayaraq, “yəhudi” sözünün daha dərin, ruhani mənasının ürəyi təmiz, Allaha bağlı mömin olduğunu açıqlamışdır:
“Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr”.
“İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər”.
İbrahimin əsl övladları cismən İbrahimin nəslindən olanlar deyil, onun imanının izi ilə gedən, Məsihə iman edən şəxslərdir. Buna görə Pavel Məsihə iman edənlərin həqiqi mənada “İsrail” olduqlarını öyrədir:
“İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil... Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır”.
“Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz”.
Bəzi protestant ilahiyyatçıları İsrail xalının Məsihin cəmiyyəti ilə yanaşı Allahın xalqı olmasını elan edirlər. Onların fikrincə, Allahın iki xalqı vardır: İsrail xalqı (İbrahimin cismani övladları) və Məsihin cəmiyyəti (İbrahimin ruhani övladları). İsrail xalqı və imanlılar cəmiyyəti üçün Allahın iki ayrı planı vardır.
Bu təlim, müasir protestant xristianları arasında yayılmasına baxmayaraq, bütün pravoslav, katolik və bir çox protestant möminləri tərəfindən qəbul olunmur. Bu məsələyə ənənəvi baxış belədir ki, Məsihin cəmiyyəti yəhudi xalqından ayrı bir qrup deyildir. Həvari Pavelin və həvari Pyotrun yəhudi olmayan möminlərə yazdığı sözlər bu ənənəyə əsas verir:
“Cismən başqa millətlərdən olan sizlər... Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. Qanunu əmrləri və qaydaları ilə birgə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsinvə çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi”.
“İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraqözünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz... siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız... Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız”.
İmanlılar Cəmiyyəti və Allahın Padşahlığı
Katolik kilsəsinin katexizisində “İmanlılar cəmiyyəti, sirr olaraq aramızda olan Məsihin Padşahlığıdır” deyə yazılmışdır. Pravoslavlar və protestantlar bir qayda olaraq imanlılar cəmiyyətini birbaşa Allahın Padşahlığı adlandırmağı düzgün hesab etməzlər.
İmanlılar Cəmiyyəti ilə Allahın Padşahlığı arasındakı əlaqə bütün xristianlar tərəfindən qəbul olunur. İmanlılar Cəmiyyəti Allahın Padşahlığından belə fərqlənir:
- Allahın Padşahlığı kamildir, imanlılar cəmiyyətində isə hələ də günah edən, kamil həyat sürməyən insanlardan ibarətdir.
- Allahın Padşahlığı imanlılar cəmiyyətini yaradır, çünki insanlar Allahın Padşahlığına daxil olduqları zaman imanlılar cəmiyyətində möminlərin şərikliyinə qoşulurlar.
- İmanlılar cəmiyyəti Allahın Padşahlığına şəhadət edir: “Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək”.
- İmanlılar cəmiyyəti Allahın Padşahlığın yayılmasında bir alət (vasitə) rolunu oynayır.
Beləliklə, xristianların əksəriyyətinin əqidəsincə, imanlılar cəmiyyəti Allahın Padşahlığının özü olmasa da, Məsihin dünyada hökmranlığı məhz imanlılar cəmiyyəti vasitəsilə yayılır. Allahın Padşahlığı yalnız İsanın təkrar gəlişi ilə bütün kainata yayılaraq tam şəkildə həyata keçəcəkdir.
İstinadlar
- Bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II Cild. Bakı, “Şərq-Qərb”, 2006. Səh. 703: KİLSƏ is. [əsli yun.] Xristian ibadətgahı, məbədi.... // Xristianlarda: din işləri ilə, dini həyatla məşğul olan təşkilat; dini təriqət, məzhəb.
- Bax: http://www.godrules.net/para2/deu/paraecfdeu4-10.htm 2016-03-04 at the Wayback Machine
- Bax: Yaradılış Kitabı 12:1-3: “Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq»”
- Çıxış Kitabı 19:6
- Yaradılış Kitabı 12:3
- Bax, məsələn: Yeşaya 2:2-4: “Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək”.
- Çıxış Kitabı 4:5
- Bax: Çıxış Kitabı 19:6; Qanunun Təkrarı 7:6
- Yəhya Müjdəsi 17:20-21
- Həvarilərin İşləri 4:32
- 1 Korinflilərə Məktub 1:10
- 1 Peter 3:8. Bax həmçinin: Romalılara Məktub 12:16; Filipililərə Məktub 2:2
- Efeslilərə Məktub 4:4-6
- 1 Peter 2:9
- Romalılara Məktub 1:16
- Matta Müjdəsi 28:19-20
- Romalılara Məktub 10:12
- Efeslilərə Məktub 2:20: “Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür”.
- Bax: 1 Korinflilərə Məktub 11:23-27
- 1 Korinflilərə Məktub 12:28
- Bax: Filipililərə məktub 1:1; Həvarilərin İşləri 15:4; Romalılara Məktub 16:1
- Bax: Matta Müjdəsi 18:18: “Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq”.
- Matta Müjdəsi 20:25-27: “İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun”.
- Bax: Romalılara Məktub 16:5; 1 Korinflilərə Məktub 16:19
- Bax: 1 Korinflilərə Məktub 1:2; 2 Korinflilərə Məktub 1:1; Həvarilərin İşləri 9:31
- Bax: Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
- 2 Korinflilərə Məktub 6:18
- 1 Timoteyə Məktub 3:15
- Efeslilərə Məktub 5:25, 31-32
- 2 Korinflilərə Məktub 11:2
- Vəhy Kitabı 19:7-8
- Yəhya Müjdəsi 10:11-15
- Həvarilərin İşləri 20:28
- Peterin 1-ci Məktubu 5:1-4
- 1 Korinflilərə Məktub 12:27
- Kolosselilərə Məktub 2:18-19
- Efeslilərə Məktub 4:15-16
- 1 Korinflilərə Məktub 3:9
- Yəhya Müjdəsi 15:5
- Peterin 1-ci Məktubu 2:4-5
- Romalılara Məktub 2:28-29
- Romalılara Məktub 4:11-12
- Romalılara Məktub 9:6-8
- Qalatiyalılara Məktub 3:29
- Bax: Lewis Sperry Chafer, Systematic Theology, 1947. Reprint, 1993.
- Efeslilərə Məktub 2:11-16
- Peterin 1-ci Məktubu 2:4-10
- Катехизис католической церкви. Статья девятая. Верую в Святую Вселенскую Церковь. http://krotov.info/acts/20/2vatican/0748.html 2018-07-25 at the Wayback Machine
- Matta Müjdəsi 24:14
Mənbə
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
- Грудэм Уэйн, Систематическое Богословие: Введение в библейское учение. Глава 43. Церковь: ее природа, признаки и цели. СПб, «Мирт», 2004. стр. 963-985.
- Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Церковь и Священное Писание»
- Катехизис католической церкви. Статья девятая. Верую в Святую Вселенскую Церковь. http://krotov.info/acts/20/2vatican/0748.html
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xristianliq Isa Bakire Meryemin dogmasi Isanin carmixa cekilmesi Isanin dirilmesi Pasxa Isa Xristianliqda Erken Dovr Hevari Kilse Inanc Incil Allahin Padsahligi Septuaginta Yeni Ehd Bibliya Ehdi Etiq Ehdi Cedid Apokrif Teologiya Bagislanma Veftiz Xristologiya Ata Ogul Muqeddes Ruh Insan Xilas Esxatologiya Uc uqnum Tarix ve Eneneler Meryem Pyotr Pavel Erken I Konstantin Kilse meclisi Xristianliqda bolunme Xac yurusleri Reformasiya Mezhebler ve Herekatlar Anabaptist Anglikan Baptist Kalvinizm Evangelizm Luteran Protestant Ellinci Katolik kilsesiPravoslav Konstantinopol Pravoslav KilsesiHerekatlarYehova sahidleri Esas movzular Veftiz SimvolizmXristianliqbaxmuzakireredakte Ekklesiologiya yunan ἐkklhsia ekklesia Kilse cemiyyet yunan logos loqos elm xristian teologiyasinin bir sahesi Kilsenin tebietini ve xususiyyetlerini tedqiq eden elm Ekklesioloji terminologiyaAzerbaycan dilinde kilse sozu en cox xristian ibadetgahi mebedi bezen de dini teskilat teriqet mezheb menasinda islenir Lakin hem Bibliyanin yunan metninde hem de xristian teologiyasinda ἐkklhsia ekklesia sozunun daha deqiq menasi imanlilar cemiyyeti dir Buna gore de Bibliyanin Azerbaycan diline muasir tercumesinde Bax Muqeddes Kitab Ehdi Etiq ve Ehdi Cedid Muqeddes Kitab sirketi Baki 2009 bu soz muvafiq sekilde tercume olunmusdur Efeslilere Mektub 5 25 Ey erler Mesih imanlilar cemiyyetini yunan ἐkklhsia ekklesia sevib onun ugrunda Ozunu feda etdiyi kimi siz de arvadlarinizi sevin Hevarilerin Isleri 2 47 Onlar Allaha hemd edir ve butun xalq qarsisinda lutf qazanirdi Rebb ise her gun insanlari xilas edir ve imanlilara yunan ἐkklhsia ekklesia qosurdu Isa Incilde ekklhsia ekklesia sozunu yalniz iki defe isletmisdir Matta Mujdesi 16 18 Men sene deyirem ki sen Petersen ve Men cemiyyetimi yunan ἐkklhsia ekklesia bu Qayanin uzerinde quracagam Oluler diyarinin qapilari ona qalib gele bilmeyecek Matta Mujdesi 18 17 Eger o bu adamlarin da sozune qulaq asmaq istemese veziyyeti imanlilar cemiyyetine yunan ἐkklhsia ekklesia bildir Eger cemiyyetin yunan ἐkklhsia ekklesia de sozune qulaq asmaq istemese onu bir butperest ve vergiyigan hesab et Yunan dilinde ἐkklhsia ekklesia sozu Bibliyaya hele bizim eradan evvel daxil olmusdu B e e III II esrlerde yerine yetirilmis Tovratin yunan diline tercumesi Septuagintada bu soze rast gelinir Septuagintani yaradan yehudi ilahiyyatcilari Qanunun Tekrari 4 10 daki Xalqi Menim ucun bir yere topla Men Oz sozlerimi onlara esitdireceyem ayesindeki topla kelmesini קהל kahal ekklhsiason ekklesiason olaraq tercume etmisler Buna gore Ehdi Cedidin muelliflerinin Ehdi Etiqdeki Israili de ekklhsia ekklesia cemiyyet adlandirdiqlari hec teeccublu deyildir Hevarilerin Isleri 7 38 Bu hemin adamdir ki Sina daginda onunla danisan melekle ve ata babalarimizla birge sehradaki cemiyyetde yunan ἐkklhsia ekklesia olmusdu O canli sozler almisdi ki bize versin Umumi ekklesioloji muddealarEhdi Etiq ekklesiologiyasi Ehdi Etiq cemiyyeti insan terefinden deyil Rebbin iradesi ile yaranmisdir Onun temelini Rebb Ozu qoymusdur Allahin xalqinin ecdadlari Yaradilis Kitabinda hec de ideal qehremanlar kimi deyil eksine curbecur zeiflikleri noqsanlari ile esl insanlar kimi tesvir edilmisler Belelikle Allahin xalqi ecdadlarinin nailiyyetine gore deyil Allahin serbest qerari ile secilmisdir Ehdi Etiq cemiyyeti asagidaki xususiyyetlerle seciyyelendirilir Ehdi Etiq cemiyyetinin tarixi baglangicinda Ilahi cagiris ve ved bir insana Ibrahime verildiyi halda o artiq ilkin formasinda mueyyen insan icmasi ile elaqeli idi Ibrahimin nesli Ehdi Cedidde ruhani menada serh edilir Mesihe iman edenlerin cemiyyeti Belelikle Ehdi Etiqe gore Vehy hec bir ferde deyil Allahin xalqina cemiyyete mexsusdur Ehdi Etiq cemiyyetinin banisi Ibrahimin ilk addimi butperestlerden ayrilmasi veteninden cixisi idi Ikinci cixis ise Musa Peygemberin sozune inanmis bir deste adama nesib olur Misirden cixan icma sehrada dolasarken xalq olaraq formalasir ve Allahdan xususi bir emr alir Siz ise Mene xidmet eden kahinler padsahligi muqeddes millet olacaqsiniz Muqeddes millet dedikde ozunu tamamile Allaha hesr etmis xalq nezerde tutulur Muqeddeslik onlara evvelceden verilmir lakin onlar Allahin iradesine uygun heyat surerek muqeddesliye nail olmaga cagirilirlar Onlarin boyuk ekseriyyeti Rebbe sedaqetsiz olanda bele Rebbe sadiq qalanlarin azligi hec vaxt kesilmir Ehdi Etiq cemiyyetinin etnik baximdan mehdud olmagina baxmayaraq onun umumdunya tebieti Ibrahime verilmis en qedim vedde artiq eks olunur Yer uzunun butun tayfalari senin vasitenle xeyir dua alacaq Daha sonra Israilde meydana gelen peygemberler butun milletlerin xilasi ideyasini Ehdi Etiq cemiyyetinin suuruna yeridirler Onlar Ilahi Vehyin butun milletler terefinden qebul edileceyini oyredirler Ehdi Etiq cemiyyeti enene uzerinde qurulur Cemiyyetin imani eqidesi adet eneneleri nesilden nesle kecir Musa israillilere yeni Allahi deyil atalarinin Allahi Ibrahimin Allahi Ishaqin Allahi ve Yaqubun Allahi Rebbi elan edir Ehdi Etiq cemiyyeti Xilaskarin intizarinda idi Belelikle onu Mesihi cemiyyet adlandirmaq olar Ehdi Etiq cemiyyetine hesr etme merasimi ile daxil edilirdi sunnet adeti Sunnet qedim dunyada xeyli yayilmasina baxmayaraq Ehdi Etiqde xususi ekklesioloji menada serh olunurdu Allahin xalqina mensubluq Butun Ehdi Etiq cemiyyeti muqeddes xalq ve kahinler padsahligi adlandirildigi halda onun icerisinde xususi xidmetler ve xarizmatik enamlar var idi kahinler levililer peygemberler mudrik ilahiyyatcilar Ehdi Cedid ekklesiologiyasi Ehdi Etiq cemiyyeti kimi Mesihin cemiyyeti de Allahin iradesi ile qurulur Israil 12 soy basi ecdad uzerinde quruldugu kimi Mesihin cemiyyeti de 12 hevari uzerinde qurulmusdur Bu Ehdi Cedid cemiyyetinin bir menada yeni Israil Allahin yeni xalqi rolunu oynadigina sehadet edir Tovratda Israilin ecdadlarinin zeif cehetleri tesvir edildiyi kimi Ehdi Cedidde Mesihin hevarilerinin zeifliyi hec de gizledilmemisdir Bibliyada Ehdi Cedid cemiyyetinin asagidaki xususiyyetleri gosterilir Mesihin cemiyyeti vahiddir Imanlilar cemiyyetinin vahidliyi sirf zahiri butovlukden ibaret deyildir Bir birine zidd olan muxtelif xristian kilseleri cemiyyetleri olduguna baxmayaraq butun mominler arasinda mistik ruhani vehdet movcud ola bilir Mesihin ardicillari arasindaki bu vehdetde Uc uqnumun Ilahi sirri oz eksini tapir Bunu xususile Isa Mesihin sagirdleri ucun son duasinda gormek olar Yalniz onlar ucun deyil onlarin sozu ile Mene iman edenler ucun de xahis edirem ki hamisi bir olsun Ey Ata Sen Mende Men de Sende oldugum kimi onlar da Bizde olsun ki dunya Senin Meni gonderdiyine inansin Ehdi Cedid muellifleri imanlilar cemiyyetinde daxili vehdetin olmasinin zerureti baresinde yekdillikle oyredirler Luka erken xristian cemiyyetini Imanlilarin hamisi canbir qelbde idi deye tesvir edir hevari Pavel ve Pyotr hemcinin mominlerin bolunmesine qarsi cixir ve bir olmaga cagirir Ey qardaslar Rebbimiz Isa Mesih namine size yalvariram haminiz hemfikir olun Qoy aranizda destebazliq olmasin eyni dusuncede ve eyni agilda birlesin Nehayet haminiz hemfikir olun Basqalarinin her bir hissine serik olun bir birinizi qardasliq mehebbeti ile sevin rehmli ve itaetkar olun Cagiris aldiqda bir umide cagirildiginiz kimi beden bir Ruh bir Rebb bir iman bir veftiz bir haminin Allahi ve Atasi birdir O hami uzerinde hami ile ve hamidadir Ehdi Cedidde imanlilar cemiyyetinin Allahin yeni xalqi kimi muqeddes olmasini oyredir Amma siz secilmis nesil Padsahin kahin destesi muqeddes millet Allaha mexsus olan xalqsiniz Sizi qaranliqdan Oz heyretamiz nuruna cagiran Allahin cox gozel islerini elan etmek ucun secilmisiniz Ehdi Etiq cemiyyetine xas olan etnik mehdudluq Mesihin cemiyyetinde tamamen aradan qaldirilir Mujde evvelce yehudilere sonra yunanlara elan edilse de butun milletlere yayilir Mesihe iman getiren butun insanlar yehudiler de yunanlar da umumdunya xalqlar ailesinde birlesirler Burada Yehudi ile Yunan arasinda ferq yoxdur hamisinin Rebbi birdir ve Onu cagiranlarin hamisina bol bereket verir Ehdi Cedid imanlilar cemiyyetinde Ehdi Etiqe Mesihe ve Hevarilere esaslanan enene onemli rol oynayir Ehdi Cedid cemiyyeti sozun esl menasinda Mesihi cemiyyet dir Onun temeli gusedasi Mesihdir Mesihin cemiyyetine daxil olma elameti veftizdir Veftiz Ehdi Etiq cemiyyetinde sunnetin yerini almisdir Ehdi Cedid cemiyyetinin ibadetinin merkezinde yevxaristiya durur Ehdi Cedid cemiyyetinde muxtelif xidmetler movcuddur Allah imanlilar cemiyyetinde birinci yerde hevariler ikinci yerde peygemberler ucuncu yerde de muellimler teyin etdi Sonra bezilerine mocuze yaratmagi habele sefa enamlarini yardimciligi idareciliyi muxtelif dillerde danismagi verdi Ehdi Cedidde nezaretci yepiskop agsaqqal presviter ve xidmetci dyakon olmaq uzre uc ruhani rutbenin adi cekilir Lakin hevarilerin dovrunde bu rutbelerin vezifeleri haqqinda konkret melumat yoxdur Nezaretci yepiskop ve agsaqqal presviter yeqin ki sinonim olaraq islenirdi Mesihin cemiyyetinin xidmetcilerine verilen selahiyyet dunyevi deyil ruhanidir Onlara baglamaq ve acmaq yeni imanlilar cemiyyetine rehberlik etmek selahiyyeti verilir Lakin hokmranliq agaliq etmek ozunu yuksek tutmaq qadagan olunur Yerli imanlilar cemiyyeti ve umumdunya imanlilar cemiyyeti Imanlilar cemiyyeti dedikde bir otaqda toplasan 2 3 neferlik qrupdan tutmus butun dunyada Isa Mesihe iman eden mominlere qeder muxtelif insan qruplari nezerde tutula bilir Ehdi Cedidin bir sira yerlerinde evde toplasan cemiyyet ifadesi islenir Basqa yerlerde mueyyen seherde ve ya bolgede yasayan butun mominlerin umumi mecmusu nezerde tutulur Nehayet umumdunya imanlilar cemiyyeti de ἐkklhsia ekklesia adlanir Imanlilar Cemiyyetinin metaforlari Bibliyada imanlilar cemiyyetinin tebietini aciqlayan bir cox obraz ve metaforlar islenir Hevari Pavel cemiyyeti aileye benzedir Ailenin Atasi Allahdir insanlar ise Onun ev xalqi ogullari ve qizlaridirlar bir birine qardas bacidirlar Men size Ata olacagam siz de Mene ogullar ve qizlar olacaqsiniz Kulli Ixtiyar Rebb bele deyir Sen Allahin ev xalqi arasinda nece heyat surmek lazim oldugunu bilesen Bu xalq var olan Allahin cemiyyeti heqiqetin direyi ve bunovresidir Imanlilar cemiyyeti hemcinin Mesihin gelini adlandirilir Hevari Pavel er arvad munasibetlerinin Mesihe ve cemiyyete dexli oldugunu oyretmisdir Ey erler Mesih imanlilar cemiyyetini sevib onun ugrunda Ozunu feda etdiyi kimi siz de arvadlarinizi sevin Buna gore de kisi ata anasini terk edib arvadina qovusacaq ve ikisi bir beden olacaq Bu sirr boyukdur men bunun Mesihe ve cemiyyete dexli oldugunu soyleyirem Size gore ilahi bir qisqancliq hiss edirem Cunki sizler sanki bakire qizsiniz ve sizi bir Oglana yeni Mesihe nisanlayib teqdim etmisem Quzunun toyu baslayir Gelini ozunu hazirlayib Geyinmek ucun ona temiz parlaq ve ince ketan verildi Ince ketan muqeddeslerin saleh emellerinin remzidir Imanlilar cemiyyeti Bas Cobani Mesih olan suruye benzedilir Ayri ayri cemiyyetleri idare eden pastorlar ruhani cobanlar Mesihe tabe olmalidirlar Mesih Ozu Yaxsi Coban olaraq butun pastorlara numunedir Yaxsi coban Menem yaxsi coban qoyunlar ugrunda canini qurban verer Qoyunlarin cobani olmayan muzdur ise canavarin geldiyini gorende onlari atib qacar cunki qoyunlarin sahibi deyil Canavar da onlari qapib peren peren salar Muzdur qacar cunki muzdurdur qoyunlar ucun qaygi cekmez Yaxsi coban Menem Nece ki Ata Meni taniyir ve Men Atani taniyiram elece de ozumunkuleri taniyiram ozumunkuler de Meni taniyir Men quzular ugrunda canimi qurban verirem Hevari Pavel cemiyyetin agsaqqallarina Hem ozunuze hem de Muqeddes Ruhun sizi nezaretciler teyin etdiyi butun suruye diqqetle baxin Allahin Oz Oglunun qani bahasina elde etdiyi bu cemiyyetini besleyin Ey aranizda olan agsaqqallar Allahin size hevale etdiyi surusunu otarin Ona zorla yox konullu ve Allahi razi salan terzde haqsiz qazanca heris olmadan hevesle nezaret edin Size tapsirilanlar uzerinde agaliq etmeyin amma suruye numune olun Bas Coban zuhur etdiyi zaman siz solmayan izzet taci alacaqsiniz Imanlilar cemiyyeti Mesihin bedenidir Siz de Mesihin bedenisiniz bu bedenin ayri ayriliqda ise uzvlerisiniz Qoy hec kim sizden mutilik ve meleklere secde teleb ederek sizi mukafatinizdan mehrum etmesin Bele bir sexs gorduyu goruntulere guvenir ve bos yere oz cismani agli ile lovgalanir O bedenin Basi olan Mesih ile elaqeni itirdi Butun beden bugumlar ve baglarla uzvi suretde Mesihe baglanaraq temin olunur qurulur ve Allah beslediyine gore boyuyur bedenin Basi olan Mesihe benzemek ucun herterefli boyuyek Butun beden Onunla birlesdiyi ucun her bugumun komeyi ile uzvi suretde Ona baglanib qurulur ve her uzvun ahengdar islemesi ile boyuyur mehebbetle inkisaf edir Bundan elave Imanlilar cemiyyeti Allahin zemisi tikilisi meynesinin budaqlari kimi muxtelif obrazlarla tesvir olunur Cunki biz Allahin emekdaslariyiq Sizse Allahin zemisi Allahin tikilisisiniz Meyne Menem sizse budaqlarsiniz Kim Mende qalsa Men de onda qalsam coxlu behre verer cunki Mensiz hec ne ede bilmezsiniz Insanlarin redd etdiyi amma Allahin qiymetli sayib secdiyi diri Dasa Rebbe yaxinlasaraq ozunuz de diri daslar kimi horulun ki ruhani ev qurulsun Orada muqeddes kahin destesi olasiniz ve Isa Mesih vasitesile Allaha meqbul olan ruhani qurbanlar teqdim edesiniz Imanlilar Cemiyyeti ve Muqeddes Kitab Imanlilar cemiyyeti Bibliyadan daha qedimdir Hem Ehdi Etiqde hem de Ehdi Cedidde cemiyyet Muqeddes Yazilardan once yaranmisdir Muqeddes Yazilarin imanlilar cemiyyeti terefinden mueyyen olunmusdur imanlilar cemiyyetinin Ilahi Vehyi beseri yazilardan ayirmaq cehdi neticesinde emele gelmisdir Imanlilar cemiyyetinin qedim enenesi vardir Enenesinin esasinda Bibliya durur Bibliyadan elave umumdunya kilse meclislerinde qebul olunmus qerarlar eqideler iman simvollari vardir Ersler boyunca xristianligin yayilmasina boyuk tohfeler vermis ayri ayri sexsiyyetlerin muellimler ilahiyyatcilar muqeddes elan olunmus adamlarin da enenede onemli yeri vardir Pravoslav ve katolik kilseleri eneneye boyuk ehemiyyet verirler protestant icmalari ise ekseren eneneden imtina edib yalniz Muqeddes Kitaba esaslanmaga meyillidirler Imanlilar Cemiyyeti ve Israil Ehdi Cedidde imanlilar cemiyyeti yeni Israil Allahin yeni xalqi olaraq tesvir olunur Hevari Pavel cismen Ibrahimin neslinden olan insanlarin yehudi adlanmalarina baxmayaraq yehudi sozunun daha derin ruhani menasinin ureyi temiz Allaha bagli momin oldugunu aciqlamisdir Cunki zahiren Yehudi olan Yehudi deyil zahiren ve cismen sunnet olunan da sunnetli deyil Yalniz daxilen Yehudi olan Yehudidir Sunnet de ureye aid olub yazili Qanuna gore deyil Ruhun isidir Bele adamin terifi de insandan yox Allahdan geler Ibrahim sunnetsiz olaraq iman eden haminin atasi oldu ki onlara da imanlari salehlik sayilsin Atamiz Ibrahim hem de o sunnetli olanlarin atasi oldu ki sadece sunnetli olmaqla qalmayib onun sunnet edilmemisden evvel malik oldugu iman izi ile gedirler Ibrahimin esl ovladlari cismen Ibrahimin neslinden olanlar deyil onun imaninin izi ile geden Mesihe iman eden sexslerdir Buna gore Pavel Mesihe iman edenlerin heqiqi menada Israil olduqlarini oyredir Israilden toreyenlerin hec de hamisi Israile mexsus deyil Ibrahimin neslinden olanlarin hec de hamisi Ibrahimin ovladlari deyil Allahin ovladlari cismani ovladlar deyil Allahin vedine gore dogulan ovladlardir ki bunlar Ibrahimin nesli sayilir Eger Mesihe aidsinizse demeli Ibrahimin neslindensiniz ve vede gore varissiniz Bezi protestant ilahiyyatcilari Israil xalinin Mesihin cemiyyeti ile yanasi Allahin xalqi olmasini elan edirler Onlarin fikrince Allahin iki xalqi vardir Israil xalqi Ibrahimin cismani ovladlari ve Mesihin cemiyyeti Ibrahimin ruhani ovladlari Israil xalqi ve imanlilar cemiyyeti ucun Allahin iki ayri plani vardir Bu telim muasir protestant xristianlari arasinda yayilmasina baxmayaraq butun pravoslav katolik ve bir cox protestant mominleri terefinden qebul olunmur Bu meseleye enenevi baxis beledir ki Mesihin cemiyyeti yehudi xalqindan ayri bir qrup deyildir Hevari Pavelin ve hevari Pyotrun yehudi olmayan mominlere yazdigi sozler bu eneneye esas verir Cismen basqa milletlerden olan sizler Mesihsiz Israil vetendasligindan kenar Allahin vedine esaslanan Ehdlere yad dunyada umidsiz ve Allahdan mehrum idiniz Amma bir zamanlar uzaq olan sizler indi Mesih Isada Mesihin qani sayesinde yaxin oldunuz Cunki Mesih Ozu barisigimizdir O her iki terefi bir etdi ve bizi bir birimizden ayiran seddi yeni edaveti Oz cismi ile yixdi Qanunu emrleri ve qaydalari ile birge legv etdi ki her iki terefden Ozunde yeni bir insan yaradaraq barisiq temin etsinve carmix vasitesile her ikisini tek bedende Allahla barisdirsin O olumu ile edaveti yox etdi Insanlarin redd etdiyi amma Allahin qiymetli sayib secdiyi diri Dasa Rebbe yaxinlasaraqozunuz de diri daslar kimi horulun ki ruhani ev qurulsun Orada muqeddes kahin destesi olasiniz ve Isa Mesih vasitesile Allaha meqbul olan ruhani qurbanlar teqdim edesiniz siz secilmis nesil Padsahin kahin destesi muqeddes millet Allaha mexsus olan xalqsiniz Bir zamanlar xalq deyildiniz amma indi Allahin xalqisiniz Bir zamanlar merhemet tapmamisdiniz indi ise merhemet almisiniz Imanlilar Cemiyyeti ve Allahin Padsahligi Katolik kilsesinin katexizisinde Imanlilar cemiyyeti sirr olaraq aramizda olan Mesihin Padsahligidir deye yazilmisdir Pravoslavlar ve protestantlar bir qayda olaraq imanlilar cemiyyetini birbasa Allahin Padsahligi adlandirmagi duzgun hesab etmezler Imanlilar Cemiyyeti ile Allahin Padsahligi arasindaki elaqe butun xristianlar terefinden qebul olunur Imanlilar Cemiyyeti Allahin Padsahligindan bele ferqlenir Allahin Padsahligi kamildir imanlilar cemiyyetinde ise hele de gunah eden kamil heyat surmeyen insanlardan ibaretdir Allahin Padsahligi imanlilar cemiyyetini yaradir cunki insanlar Allahin Padsahligina daxil olduqlari zaman imanlilar cemiyyetinde mominlerin serikliyine qosulurlar Imanlilar cemiyyeti Allahin Padsahligina sehadet edir Semavi Padsahligin bu Mujdesi butun milletlere sehadet olmaq ucun butun dunyada vez edilecek Imanlilar cemiyyeti Allahin Padsahligin yayilmasinda bir alet vasite rolunu oynayir Belelikle xristianlarin ekseriyyetinin eqidesince imanlilar cemiyyeti Allahin Padsahliginin ozu olmasa da Mesihin dunyada hokmranligi mehz imanlilar cemiyyeti vasitesile yayilir Allahin Padsahligi yalniz Isanin tekrar gelisi ile butun kainata yayilaraq tam sekilde heyata kececekdir IstinadlarBax Azerbaycan dilinin izahli lugeti Dord cildde II Cild Baki Serq Qerb 2006 Seh 703 KILSE is esli yun Xristian ibadetgahi mebedi Xristianlarda din isleri ile dini heyatla mesgul olan teskilat dini teriqet mezheb Bax http www godrules net para2 deu paraecfdeu4 10 htm 2016 03 04 at the Wayback Machine Bax Yaradilis Kitabi 12 1 3 Rebb Ibrama dedi Oz torpagindan qohumlarinin arasindan ata evinden cix sene gostereceyim torpaga get Senden boyuk bir millet toredeceyem sene xeyir dua vereceyem adini ucaldacagam ve bereket qaynagi olacaqsan Sene xeyir dua verenlere xeyir dua vereceyem sene lenet edenleri lenetleyeceyem Yer uzunun butun tayfalari senin vasitenle xeyir dua alacaq Cixis Kitabi 19 6 Yaradilis Kitabi 12 3 Bax meselen Yesaya 2 2 4 Axir zamanda Rebbin evi olan dag daglarin zirvesinde mohkem duracaq tepelerden yuxari ucalacaq Butun milletler ona sari gelecek Cox xalqlar gelib deyecek Gelin Rebbin dagina Yaqubun Allahinin evine qalxaq qoy Rebb bize Oz yollarini oyretsin biz Onun rizleri ile gedek Siondan Rebbin telimi Yeruselimden Onun kelami yayilacaq Milletler arasinda Rebb hakim olacaq cox xalqlar haqqinda qerar cixaracaq Onlar qilinclarindan kotan nizelerinden ise deryaz duzeldecek Millet millete qarsi qilinc qaldirmayacaq artiq dava etmeyi oyrenmeyecek Cixis Kitabi 4 5 Bax Cixis Kitabi 19 6 Qanunun Tekrari 7 6 Yehya Mujdesi 17 20 21 Hevarilerin Isleri 4 32 1 Korinflilere Mektub 1 10 1 Peter 3 8 Bax hemcinin Romalilara Mektub 12 16 Filipililere Mektub 2 2 Efeslilere Mektub 4 4 6 1 Peter 2 9 Romalilara Mektub 1 16 Matta Mujdesi 28 19 20 Romalilara Mektub 10 12 Efeslilere Mektub 2 20 Hevarilerle peygemberlerin temeli uzerinde tikilmisiniz gusedasi ise Mesih Isa Ozudur Bax 1 Korinflilere Mektub 11 23 27 1 Korinflilere Mektub 12 28 Bax Filipililere mektub 1 1 Hevarilerin Isleri 15 4 Romalilara Mektub 16 1 Bax Matta Mujdesi 18 18 Size dogrusunu deyirem yer uzunde baglayacaginiz her sey goyde baglanmis olacaq ve yer uzunde acacaginiz her sey goyde acilmis olacaq Matta Mujdesi 20 25 27 Isa sagirdleri yanina cagirib dedi Bilirsiniz ki milletlerin rehberleri onlarin uzerinde hokmranliq eyanlari da onlara agaliq edir Sizin aranizda ise qoy bele olmasin Sizlerden boyuk olmaq isteyen xidmetciniz olsun Aranizda kim birinci olmaq istese basqalarinin qulu olsun Bax Romalilara Mektub 16 5 1 Korinflilere Mektub 16 19 Bax 1 Korinflilere Mektub 1 2 2 Korinflilere Mektub 1 1 Hevarilerin Isleri 9 31 Bax Efeslilere Mektub 5 25 Ey erler Mesih imanlilar cemiyyetini yunan ἐkklhsia ekklesia sevib onun ugrunda Ozunu feda etdiyi kimi siz de arvadlarinizi sevin 2 Korinflilere Mektub 6 18 1 Timoteye Mektub 3 15 Efeslilere Mektub 5 25 31 32 2 Korinflilere Mektub 11 2 Vehy Kitabi 19 7 8 Yehya Mujdesi 10 11 15 Hevarilerin Isleri 20 28 Peterin 1 ci Mektubu 5 1 4 1 Korinflilere Mektub 12 27 Kolosselilere Mektub 2 18 19 Efeslilere Mektub 4 15 16 1 Korinflilere Mektub 3 9 Yehya Mujdesi 15 5 Peterin 1 ci Mektubu 2 4 5 Romalilara Mektub 2 28 29 Romalilara Mektub 4 11 12 Romalilara Mektub 9 6 8 Qalatiyalilara Mektub 3 29 Bax Lewis Sperry Chafer Systematic Theology 1947 Reprint 1993 ISBN 0 8254 2340 6 Efeslilere Mektub 2 11 16 Peterin 1 ci Mektubu 2 4 10 Katehizis katolicheskoj cerkvi Statya devyataya Veruyu v Svyatuyu Vselenskuyu Cerkov http krotov info acts 20 2vatican 0748 html 2018 07 25 at the Wayback Machine Matta Mujdesi 24 14MenbeMuqeddes Kitab Ehdi Etiq ve Ehdi Cedid Muqeddes Kitab sirketi Baki 2009 Grudem Uejn Sistematicheskoe Bogoslovie Vvedenie v biblejskoe uchenie Glava 43 Cerkov ee priroda priznaki i celi SPb Mirt 2004 str 963 985 Men A protoierej Bibliologicheskij slovar v 3 h t Moskva Fond imeni Aleksandra Menya 2002 Cerkov i Svyashennoe Pisanie Katehizis katolicheskoj cerkvi Statya devyataya Veruyu v Svyatuyu Vselenskuyu Cerkov http krotov info acts 20 2vatican 0748 html