Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşənerməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir.
Ağtala monastır kompleksi | |
---|---|
Ölkə | |
Yerləşir | Aşağı Axtala |
Aidiyyatı | GOK—>EQK |
Tikilmə tarixi | X əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 7.5.1/1.1 |
Kateqoriya | Məbəd |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ağtala qalası
1887–1889-cu illərdə məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jak de Morqan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – tunc və dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir. Kompleksin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır. Kompleks X əsrdə Baqaratilər sülaləsindən olan Kürük tərəfindən inşa edilmişdir. Kürük yəhudi mənşəli Baqratilər sülaləsindən olan hökmdar III Aşot və Xosrovşah xanımın oğlu olmuşdur. Kürükün qardaşları III Smbat və I Qaqik Baqratuni isə Baqratlılar sülaləsinin ən güclü hökmdarlarından olmuşdur. Erməni alimlərinin səyləri nəticəsində yəhudi mənşəli Baqratilər sülaləsinin qurduğu dövlət səbəbsiz yerə (hökmdar sülalənin yəhudi mənşəli olmasıyla bərabər, sülaləyə tabe olan ərazidə türk xalqları üstünlük təşkil edirdilər.) erməni dövləti kimi qeyd edilməkdədir.
Ağtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak-skif tayfalarının ərazidə məskunlaşmasından sonrakı dövrdə davamlı olaraq türklər olmuşlar. Qafqaz Albaniyasının mövcud olduğu dövrdə ərazi Quqark vilayəti kimi Gürcüstanın tərkibində olmuşdur.Ərəblərin bölgəni fəth etməsindən sonra dağlıq ərazidə yerləşən əhalinin çox az bir qismi islamı qəbul etmiş, qalan əhali isə xristian inancını saxlamışdır. Ərazi 889–942-ci illərdə Sacilər dövlətinin, 942–981-ci illərdə isə Salarilər dövlətinin hakimiyyəti altında olmuşdur. 981-ci ildə Salarilərin hakimiyyətinin sona yetməsi ilə bütün Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Arazdan cənubdakı Azərbaycan ərazilərinin bir hissəsində Rəvvadilər sülaləsi hakimiyyətə gəlmiş, Arazdan şimaldakı hissələrdə isə Şəddadilər sülaləsi möhkəmlənməyə başlamışdır. Şəddadilərin hakimiyyətinin hələ zəif olduğu və yalnız Dəbil şəhəri ilə məhdudlaşdığı dövrdə fürsətdən istifadə edən hakimi (o, Azərbaycandan qərbdə Ani və onun ətrafındakı ərazilərin hakimi idi) oğlu Kürükü Loru mahalı ərazisinə hakim təyin etmişdi. Buna baxmayaraq, tezliklə ərazi Şəddadilərə tabe edilmiş, Kürüklə birgə əraziyə gəlmiş Baqrati nümayəndələri hamısı ərazini tərk edərək Aniyə dönmüşdür. Kürük isə hələ bir müddət hakimlikdə saxlanmışdır, lakin tezliklə səlcuqlular qalanı fəth etmiş və bölgədə birmənal olaraq stabillik bərpa olunmuşdur.
Qala üç tərəfi dərin dərə ilə əhatə olunmuş və təbii şəkildə mükəmməl müdafiə sisteminə malik olan yüksək qayalıq ərazidə inşa edilmişdir və bu baxımdan Gədəbəydəki Namərdqala ilə oxşaqlıq təşkil edir. Qalanın təbii cəhətdən zəif hissələri möhkəm qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qalanın divar və bürcləri mavi bazalt daşından inşa olunmuşdur.
Qala XII əsrdə gürcü sərkərdəsi Zaxari Mxraqdzeli tərəfindən fəth olunmuşdur. XIII əsr alban tarixçisi Kirakos Gəncəli və erməni tarixçisi Vardan Areveltsi ərazidə zəngin yataqların olması haqqında məlumat vermişlər. Kirakos Gəncəli bu haqqda yazır: "Zaxarinin qardaşı İvane də həmin ildə öldü və Paqnadzanakda, ərazini fəth etdikdən sonra özünün inşa etdirdiyi kilsənin yaxınlığında dəfn edildi".Azərbaycana 1220-ci ildən başlayan monqol yürüşlərinə kimi sülaləsinin nümayəndələri bölgədə hakim oldular. Məhz bu səbəbdən də Ağtala qalası daxilindəki dini tikililərdə gürcü və provaslav memarlığı elementləri özünü büruzə verməkdədir.
Qala 1180-ci ildən İvane Zaxaryanın idarəsi altında olmuşdur. Həmin dövrdə İvanenin qardaşı Zəkəriyyə qriqoryanlığı qəbul etsə də (Ərəb xilafətinin Alban Həvari kilsəsini Erməni Qriqoryan kilsəsinə tabe etməsindən sonra bölgədə qriqoryanlıq da yayılmışdı), İvane qədim dövrlərdən gürcülərin sadiq olduqları pravoslavlıqda qalmışdır. Məhz İvanenin hakimiyyəti dövründə Qərbi Azərbaycan və Borçalı mahalı ərazisindəki bir çox qədim xristian türk məbədləri gürcülər tərəfindən də ziyarət edilməyə başlanmışdır. Bölgədəki xristian türklər də əsasən pravoslav olduqlarından həmin məbədlərdə əsaslı dəyişikliklər aparılmamış və məbədlər tarixi memarlıq quruluşlarını əsasən qorumuşlar. Hökmdar İvane Zaxaryan həmin dövrdə əsasən Qarabağ, Naxçıvan, Gəncə–Qazax və Göyçə gölü ətrafı Azərbaycan ərazilərinin xristian əhalisi arasında yayılmış və Alban Həvari Kilsəsinin də müəyyən qədər meyl etdiyi (Erməni Qriqoryan Kilsəsinin katolikosu İlya Xəlifəyə məhz albanların xalkidonçuluğa maraq göstərməsini bəhanə gətirərək Bizansa meyl etməsi haqqında xəbər çatdırmışdı) xalkidonçuluğa maraq göstərməyə başlamışdır. XIII əsrin əvvəllərindən (daha dəqiqi monqolların Azərbaycana birinci yürüşü dövründən) başlayaraq Zaxarilər bölgədəki hakimliklərini itirdilər. İvane Zaxarinin oğlu Avak Zaxari Azərbaycana gəlmiş monqol qoşununun rəhbəri asılı vəziyyətə düşdü. Daha sonra qala bir-birinin ardınca Azərbaycan türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Bölgədə Hülakülərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə yaxın davam etmişdir.Əmir Teymurun Azərbaycan yürüşü zamanı qalanın yerləşdiyi ərazilər də işğal olunmuşdur. Ağtaladakı məşhur qayalardan biri də bu türk fatehinin adı ilə Teymurləng qayası kimi tanınmışdır.
XVIII əsrdən başlayaraq kompleks yunanlara xidmət etməyə başlamışdır. Səfəvilərin bəzi əraziləri Osmanlılar tərəfindən işğal edildiyi dövrdə yunan ailələri Anadolunun Gümüşxanə bölgəsindən gümüş və qızıl mədənlərində çalışmaları üçün 1763-cü ildə Ağtala kəndinə köçürülmüşdür. Yunanlar kompleksi "Meramani" adlandırmışlar. Monastır divarlarında yunanlardan qalma bir neçə kitabə də mövcuddur. Kompleksdə yerləşən monastrın əsas ziyarət günləri 20–21 sentyabr tarixləridir. Bu gün də həmin tarixdə yunanlar, gürcülər və ermənilər monastırı ziyarət etməkdədirlər. Yunanıstanın Ermənistandakı səfiri Panayota Mavromiçali də 20 sentyabr 2006-cı il tarixində monastırı ziyarət edənlər arasında olmuşdur.
Müqəddəs Bakirə kilsəsi
Monastır kompleksinin əsas dini tikilisi Müqəddəs Bakirə kilsəsidir. Kilsəsnin dəqiq inşa olunma tarixi naməlumdur. Kompleksin əsasən XI–XIII əsrlərdə formalaşması bilinsə də, Müqəddəs Bakirə kilsəsinin əsasının daha əvvəl qoyulması güman edilir.Kirakos Gəncəli qeyd edir ki, İvane Zaxaryan 1227-ci ildə bu kilsədə dəfn edilmişdir. Orta əsr tarixçisi Stepanos Orbelyan isə bu tarixi 1246-cı il il olaraq qeyd etmişdir. Məbədi tədqiq etmiş tədqiqatçılar onun interyerini bəzəyən divar rəsmlərinin 1205–1216-cı illərdə çəkildiyini qeyd edirlər. Ağtala yaxınlığındakı Ayur adlı yerdə xatirə daşının üstündə Kürükün qızı şahzadə Məryəmin adından 1188-ci ildə yazılmış kitabə tapılmışdır. Kitabədə qeyd olunur: "Mən, hökmdar Kürükün qızı, şahzadə Məryəm mədən yerində insanların bizi xatırlamayaraq şərəfləndirmələri və dua etmələri üçün Müqəddəs Bakirə kilsəsini inşa etdirdim." 1185-ci ildə isə Şahzadə Məryəm əsas kilsə binası üçün narteks inşa etdirmişdir. Bəzi qeyri-dəqiq məlumatlara görə isə məbədin əsası Bizans imperatoru I İraklinin Şərq yürüşü zamanı qoyulmuşdur. Digər bir mənbədə isə monastırın əsasının Gürcüstan kralı tərəfindən qoyulması bildirilir.
Kilsə binası xaçvari plan əsasında inşa edilmişdir. Xristian inancına əsasən bu cür planlı kilsələr Müqəddəs Vəftizçi İohannın İsa Məsihi xaç suyuna çəkməsi şərəfinə inşa edilirdi. Müqəddəs xaçın bir hissəsi İvane Zaxariyə verilmiş, o isə sonrakı dövrdə həmin müqəddəs əmanəti baha qiymətə Sünikdəki satmışdır.
Məbəd qala ərazisinin təxminən ortasında, nəhəng sıldırım qalanın kənarında yerləşir. Məbəd binası qübbəli bazilika formasında olub, yan tərəfdən böyründəki kiçik kilsənin (şapelin) apsisinə birləşmişdir. İki cüt arka məbədin ibadət zalını üç nefə bölür. Ortadakı nefin şərq qurtaracağında isə yarımdairəvi formalı apsis yerləşir. Məbədin interyeri zəngin divar rəsmləri ilə bəzədilmişdir. Onlar xüsusi ikonaqrafik stili, mövzularının zənginliyi və rəng çalarları (mavi rəngin dominantlığı nəzərə alınmaqla) ilə xarakterizə edilir.
Binanın dik görünüşlü quruluşu böyük qübbə ilə tamamlanmışdır, lakin qübbə sonralar dağılmış və dövrümüzə çatmamışdır. Əmir Teymurun yürüşü zamanı ciddi zədələnən qübbə, 1784-cü ildə avar xaçı Cənubi Qafqaza yürüşü zamanı tamamilə dağılaraq məhv olmuşdur. XIX yüzildə Qafqaz canişini Mixail Vorontsov dağılmış qübbənin yerinə taxta və dəmir lövhələrdən yarım-sferik qübbə inşa etdirmişdir. SSRİ dövründə məbədə yenidən daşdan qübbə inşa edilmişdir.
Divar rəsmləri
Müqəddəs Bakirə kilsəsinin divar rəsmləri həmin dövrdə provaslavlığın əsas mərkəzi olan Bizansın sərhədlərindən kənarda yaradılmış ən yaxşı pravoslav ikonaqrafik təsvirlərdən biridir. Təsvirlərin bəzilərinin kənarında yunan dilində yazılar vardır. Divar rəsmləri əsasən İvane Zaxarinin hakimiyyəti dövründə – 1205–1216-cı illərdə işlənmişdir. Divar rəsmlərinin ümumi rəng sistemi tipik Bizans-ortodoks sisteminə uyğun olsa da tematik həll edilmə üslubu daha çox gürcü rəngkarlıq sənətinə xas xüsusiyyətləri daşımaqdadır.
Divar rəsmləriində əhdi-ətiq və əhdi-cədiddə yer alan müxtəlif müqəddəslər təsvir edilmişdir. Rəsmlər arasında ən böyüyü Müqəddəs Bakirə kilsəsinin qübbəsində çəkilmiş İsanın təsvir edildiyi rəsmdir, lakin həmin təsvir həddən artıq pis vəziyyətə düşmüş, dövrümüzə onun yalnız bəzi hissələri çatmışdır. Bir qədər aşağıda isə İsanın yanaşı iki təsviri verilmişdir ki, onlardan da biri sola, digəri isə sağa dönərək, əlindəki çörək parçasını ətrafındakı həvariləri ilə bölür. Həvari təsvirləri arasında Müqəddəs Pyotr, , Həvari Pavel və təsvirlərini aydın şəkildə seçmək mümkündür. Ümumilikdə burada müxtəlif xristian müqəddəsləri – , , , Böyük Vasili, , I Klement, , və birgə təvir edilmişdir. Məhz bu baxımdan da bu kilsə rəsmləri olduqca unikal xarakter daşıyır. Kilsənin qərb divarında isə başdan-başa cənnət təsvir edilmişdir. Müqəddəs Bakirə kilsəsinin şimal divarında İsanın romalılar və yəhudilər tərəfindən sınağa çəkilməsi səhnəsi göstərilmişdir. Divar rəsmlərinin bəzisi 1979-cu ildə bərpa edilmişdir. Həmçinin, arkalarda, nişlərdə və sütunlarda da bəzi rəsmlərin qalıqları qalmışdır.
Müqəddəs Bakirə kilsəsindəki divar rəsmlərindən nümunələr |
Digər tikililər
Müqəddəs Bakirə kilsəsindən sonra kompleksdə ən çox diqqət çəkən ikinci tikili kilsənin qərb divarına bitişik inşa edilmiş düzbucaqlı formalı ikinci kilsə binasıdır. Əsas kilsə binası bu kiçik kilsədən böyük olduğundan kiçik binanın böyük binaya söykənməsi effekti yaranır. İvane Zaxari və onun oğlu Avak 1227-ci ildə bu kilsədə dəfn edilmişlər.
Binanın ikiqat əyri çatısı isə əsas kilsə binasının şimal divarına dayanmışdır. Bu çatı mərasim əşyalarının saxlandığı yer kimi istifadə edilmişdir. Monastırın şimal-qərb hissəsində iki dingil başlığı və qabaraıq çatılı kiçik bir kilsə əsas kilsəsindən aralı şəkildə yerləşdirilmişdir. Bu kilsənin yanında yerləşən binanın isə yalnız bəzi qalıqları günümüzə çatmışdır. Ümumiyyətlə qala ərazisində yarımuçuq vəziyyətdə dövrümüzə çatmış rahib hücrələri və yaşayış evləri, həmçinin digər müxtəlif yardımçı binaların qalıqları vardır.
Əksər monastırlarda olduğu kimi bu monastırın da ərazisində binaları bir-biri ilə əlaqələndirən yeraltı yollar, bulaq, şərab çəlləkləri qeydə alınmışdır. Monastırın yaxınlığında başqa dini tikililər də qeydə alınmışdır ki, onlarında arasında Müqəddəs Üçlük monastırı, Müqəddəs Georgi gürcü kilsəsi, XIII əsrə aid bulaq kompleksi, XIX əsrə aid rus kilsəsi, yunan kilsəsi və sair abidələr daxildir.
Mənbə
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- "RA Lori Marz" (PDF). National Statistical Service of Republic of Armenia. 2007-11-25 tarixində (PDF). İstifadə tarixi: 2007-10-05.
- Киракос Гандзакеци. История Армении, гл. 17 2013-09-27 at the Wayback Machine:
Умер и Иванэ, брат Закарэ, и был похоронен в Пхиндзаанке, у входа в построенную им самим церковь; он отнял ее у армян и превратил в грузинский монастырь.
- Ashworth, Susie. Georgia Armenia & Azerbaijan (2nd). Lonely Planet. 2004. 147. ISBN .
- Tadevosyan, Aghasi. Historical Monuments of Armenia: Akhtala. Yerevan, Armenia: "Var" Center for Cultural Initiatives. 2007. ISBN .
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309
- Ney, Rick. "Lori marz" (.PDF). TourArmenia Travel Guide. TourArmenia. 2005. 2007-10-16 tarixində (PDF). İstifadə tarixi: 2007-10-07.
- Kurkjian, Vahan. A History of Armenia. New York: . 1958. 8. ISBN . 2023-07-01 tarixində . İstifadə tarixi: 2011-01-25.
- C. Toumanoff, Studies in Christian Caucasian History
- סיריל טואמנוף (1963), מחקרים על ההיסטוריה הקווקזית
- רונלד גריגור סאני (1994), יצירת האומה הגאורגית,
- סטפן ראפ (2003), מחקרים על ההיסטוריוגרפיה של גאורגיה בימי הביניים: טקסטים מוקדמים והקשרים איראסיתיים,
- Macler, F. Armenia, The Kingdom of the Bagratides. vol. IV. The Cambridge Ancient History. pages 161–165.
- Bournoutian, George A. A Concise History of the Armenian People: From Ancient Times to the Present. Costa Mesa, CA: Mazda. 2006. 89. ISBN .
- "Киммерийцы и скифы". 2008-12-14 tarixində . İstifadə tarixi: 2011-01-25.
- "Скифы и Кавказ в VIII—VII вв. до н. э." 2020-02-21 tarixində . İstifadə tarixi: 2011-01-25.
- . 2008-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.
- ჯავახიშვილი ივ., ქართველი ერის ისტორიის შესავალი, წგნ. 1 — საქართველოს, კავკასიისა და მახლობელი აღმოსავლეთის ისტორიულ-ეთნოლოგიური პრობლემები, თბ., 1950
- . 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
- Redgate, Anne Elizabeth. The Armenians (First). Massachusetts: Blackwell Publishers Inc. 2000. 225–26, 258, 261. ISBN .
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 155 – 157
- Khalpakhchian, O. Architectural ansambles of Armenia. Moscow: Iskusstvo Publishers. 1980. 480 pages. ISBN .
- AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Tarixi Atlası, Bakı, 2006, səh 21
- Bedrosian, Robert. "Vardan Areweltsi's Compilation of History". 2007-07-15 tarixində . İstifadə tarixi: 2007-10-07.
- Bedrosian, Robert. "Kirakos Ganjakets'i's History of the Armenians". 2007-07-16 tarixində . İstifadə tarixi: 2007-10-03.
- История Агван, стр. 239-241
- Katolikos Drasxanakertli İohannes – "История Армении", səh. 78
- Nazaryan, Lena. . Hetq Online. 2007-08-20. 2007-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-05.
- Ronald Grigor, Suny. The Making of the Georgian Nation (2nd). . 1994. 56. ISBN .
- Lidov, Alexei. The Mural Paintings of Akhtala. Moscow: Nauka Publishers. 1991. 129 pages. ISBN .
Ədəbiyyat
- Akhtala, Soviet Armenian Encyclopedia, vol. 1, Yerevan, 1974
- Melikset-Bek L., The Georgian Sources on Armenia and the Armenians, vol. 3, Yerevan, 1955
- Jalalian A., Kotanjian N., Surp Astvatsatsin Monastery at Akhtala, "Christian Armenia" Encyclopedia, Yerevan, 2002
- Durnovo L., A Brief History of Classical Armenian Painting, Yerevan, 1957
- Durnovo L., An Outline of Medieval Armenian Art, Moscow, 1979
- Bishop Kirion, Akhtala Monastery, Tbilisi, 2005
Xarici keçidlər
- Ağtala monasıtırı haqqında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agtala erm Ախթալայի վանք gurc ახტალის ღვთისმშობლის მიძინების ეკლესია hemcinin Pgindzaveng erm Պղնձավանք menasi Mis medeni monastiri Ermenistanin Loru merzinde Allahverdi 19 sentyabr 1969 cu ilden Tumanyan rayonu erazisinde Agtala demiryol stansiyasindan 2 5 3 km aralida yerlesenermeni gurcu monastiri ve qalasi Abide ilkin qurulusunu saxlayaraq indiki dovre catmisdir Agtala qalasi Seddadilerin ve Azerbaycan Atabeylerinin hakimiyyeti dovrunde bolgenin mudafie sisteminde muhum yer tutmusdur Komplekse daxil olan esas mebed binasi freskalari ile diqqeti celb edir Mebedin adi turkce olmaqla ag ve tala sozlerinden ibaretdir Mebedin yerlesdiyi Agtala kendi tarixen turk tayfalarinin yurdu olmus ve XX esrin ortalarina kimi kendde yalniz Azerbaycan turkleri yunanlar ve gurculer yasamisdir XX yuzilin evvellerinde kende yunan aileleri kocerek meskunlasmisdir Ilk ermeniler ise kende 1922 ci ilde kocub gelmisdir Agtala monastir kompleksi41 09 02 sm e 44 45 50 s u Olke ErmenistanYerlesir Asagi AxtalaAidiyyati GOK gt EQKTikilme tarixi X esrUslubu Gurcustan memarligiVeziyyeti fealiyyet gosterirIstinad nom 7 5 1 1 1KateqoriyaMebedAgtala monastiriAgtala monastiri Ermenistan Vikianbarda elaqeli mediafayllarAgtala qalasi1887 1889 cu illerde mebed ve qala erazisinde arxeoloji tedqiqatlar aparmis fransiz arxeoloq Jak de Morqan erazide 576 eded duzbucaqli formali mezar dasi qeyde almisdir Qazintilar zamani medeni tebeqelerden e e VIII esrden tunc ve demir dovrunden baslayaraq sonraki dovrleri de ehate eden kulli miqdarda arxeoloji material elde edilmisdir Kompleksin yerlesdiyi erazi V esrden etibaren menbelerde Egerek kimi taninmaga baslamisdir Kompleks X esrde Baqaratiler sulalesinden olan Kuruk terefinden insa edilmisdir Kuruk yehudi menseli Baqratiler sulalesinden olan hokmdar III Asot ve Xosrovsah xanimin oglu olmusdur Kurukun qardaslari III Smbat ve I Qaqik Baqratuni ise Baqratlilar sulalesinin en guclu hokmdarlarindan olmusdur Ermeni alimlerinin seyleri neticesinde yehudi menseli Baqratiler sulalesinin qurdugu dovlet sebebsiz yere hokmdar sulalenin yehudi menseli olmasiyla beraber sulaleye tabe olan erazide turk xalqlari ustunluk teskil edirdiler ermeni dovleti kimi qeyd edilmekdedir Agtala kompleksinin yerlesdiyi erazinin ehalisi sak skif tayfalarinin erazide meskunlasmasindan sonraki dovrde davamli olaraq turkler olmuslar Qafqaz Albaniyasinin movcud oldugu dovrde erazi Quqark vilayeti kimi Gurcustanin terkibinde olmusdur Ereblerin bolgeni feth etmesinden sonra dagliq erazide yerlesen ehalinin cox az bir qismi islami qebul etmis qalan ehali ise xristian inancini saxlamisdir Erazi 889 942 ci illerde Saciler dovletinin 942 981 ci illerde ise Salariler dovletinin hakimiyyeti altinda olmusdur 981 ci ilde Salarilerin hakimiyyetinin sona yetmesi ile butun Azerbaycanda siyasi veziyyet murekkeblesmisdi Arazdan cenubdaki Azerbaycan erazilerinin bir hissesinde Revvadiler sulalesi hakimiyyete gelmis Arazdan simaldaki hisselerde ise Seddadiler sulalesi mohkemlenmeye baslamisdir Seddadilerin hakimiyyetinin hele zeif oldugu ve yalniz Debil seheri ile mehdudlasdigi dovrde fursetden istifade eden hakimi o Azerbaycandan qerbde Ani ve onun etrafindaki erazilerin hakimi idi oglu Kuruku Loru mahali erazisine hakim teyin etmisdi Buna baxmayaraq tezlikle erazi Seddadilere tabe edilmis Kurukle birge eraziye gelmis Baqrati numayendeleri hamisi erazini terk ederek Aniye donmusdur Kuruk ise hele bir muddet hakimlikde saxlanmisdir lakin tezlikle selcuqlular qalani feth etmis ve bolgede birmenal olaraq stabillik berpa olunmusdur Qala uc terefi derin dere ile ehate olunmus ve tebii sekilde mukemmel mudafie sistemine malik olan yuksek qayaliq erazide insa edilmisdir ve bu baximdan Gedebeydeki Namerdqala ile oxsaqliq teskil edir Qalanin tebii cehetden zeif hisseleri mohkem qala divarlari ve burclerle mohkemlendirilmisdir Qalanin divar ve burcleri mavi bazalt dasindan insa olunmusdur Zaxari Mxraqdzelinin rehberliyi ile gurcu qosunlarinin Azerbaycana yurusu Gurcu qosunlarinin hereket istiqameti yasil rengli oxlarla gosterilmisdir Qala XII esrde gurcu serkerdesi Zaxari Mxraqdzeli terefinden feth olunmusdur XIII esr alban tarixcisi Kirakos Genceli ve ermeni tarixcisi Vardan Areveltsi erazide zengin yataqlarin olmasi haqqinda melumat vermisler Kirakos Genceli bu haqqda yazir Zaxarinin qardasi Ivane de hemin ilde oldu ve Paqnadzanakda erazini feth etdikden sonra ozunun insa etdirdiyi kilsenin yaxinliginda defn edildi Azerbaycana 1220 ci ilden baslayan monqol yuruslerine kimi sulalesinin numayendeleri bolgede hakim oldular Mehz bu sebebden de Agtala qalasi daxilindeki dini tikililerde gurcu ve provaslav memarligi elementleri ozunu buruze vermekdedir Qala 1180 ci ilden Ivane Zaxaryanin idaresi altinda olmusdur Hemin dovrde Ivanenin qardasi Zekeriyye qriqoryanligi qebul etse de Ereb xilafetinin Alban Hevari kilsesini Ermeni Qriqoryan kilsesine tabe etmesinden sonra bolgede qriqoryanliq da yayilmisdi Ivane qedim dovrlerden gurculerin sadiq olduqlari pravoslavliqda qalmisdir Mehz Ivanenin hakimiyyeti dovrunde Qerbi Azerbaycan ve Borcali mahali erazisindeki bir cox qedim xristian turk mebedleri gurculer terefinden de ziyaret edilmeye baslanmisdir Bolgedeki xristian turkler de esasen pravoslav olduqlarindan hemin mebedlerde esasli deyisiklikler aparilmamis ve mebedler tarixi memarliq quruluslarini esasen qorumuslar Hokmdar Ivane Zaxaryan hemin dovrde esasen Qarabag Naxcivan Gence Qazax ve Goyce golu etrafi Azerbaycan erazilerinin xristian ehalisi arasinda yayilmis ve Alban Hevari Kilsesinin de mueyyen qeder meyl etdiyi Ermeni Qriqoryan Kilsesinin katolikosu Ilya Xelifeye mehz albanlarin xalkidonculuga maraq gostermesini behane getirerek Bizansa meyl etmesi haqqinda xeber catdirmisdi xalkidonculuga maraq gostermeye baslamisdir XIII esrin evvellerinden daha deqiqi monqollarin Azerbaycana birinci yurusu dovrunden baslayaraq Zaxariler bolgedeki hakimliklerini itirdiler Ivane Zaxarinin oglu Avak Zaxari Azerbaycana gelmis monqol qosununun rehberi asili veziyyete dusdu Daha sonra qala bir birinin ardinca Azerbaycan turk sulalelerinin hakimiyyeti altinda olmusdur Bolgede Hulakulerin Qaraqoyunlularin hakimiyyeti iki esre yaxin davam etmisdir Emir Teymurun Azerbaycan yurusu zamani qalanin yerlesdiyi eraziler de isgal olunmusdur Agtaladaki meshur qayalardan biri de bu turk fatehinin adi ile Teymurleng qayasi kimi taninmisdir XVIII esrden baslayaraq kompleks yunanlara xidmet etmeye baslamisdir Sefevilerin bezi erazileri Osmanlilar terefinden isgal edildiyi dovrde yunan aileleri Anadolunun Gumusxane bolgesinden gumus ve qizil medenlerinde calismalari ucun 1763 cu ilde Agtala kendine kocurulmusdur Yunanlar kompleksi Meramani adlandirmislar Monastir divarlarinda yunanlardan qalma bir nece kitabe de movcuddur Kompleksde yerlesen monastrin esas ziyaret gunleri 20 21 sentyabr tarixleridir Bu gun de hemin tarixde yunanlar gurculer ve ermeniler monastiri ziyaret etmekdedirler Yunanistanin Ermenistandaki sefiri Panayota Mavromicali de 20 sentyabr 2006 ci il tarixinde monastiri ziyaret edenler arasinda olmusdur Agtala qalasiMuqeddes Bakire kilsesiMuqeddes Bakire kilsesinin altari Monastir kompleksinin esas dini tikilisi Muqeddes Bakire kilsesidir Kilsesnin deqiq insa olunma tarixi namelumdur Kompleksin esasen XI XIII esrlerde formalasmasi bilinse de Muqeddes Bakire kilsesinin esasinin daha evvel qoyulmasi guman edilir Kirakos Genceli qeyd edir ki Ivane Zaxaryan 1227 ci ilde bu kilsede defn edilmisdir Orta esr tarixcisi Stepanos Orbelyan ise bu tarixi 1246 ci il il olaraq qeyd etmisdir Mebedi tedqiq etmis tedqiqatcilar onun interyerini bezeyen divar resmlerinin 1205 1216 ci illerde cekildiyini qeyd edirler Agtala yaxinligindaki Ayur adli yerde xatire dasinin ustunde Kurukun qizi sahzade Meryemin adindan 1188 ci ilde yazilmis kitabe tapilmisdir Kitabede qeyd olunur Men hokmdar Kurukun qizi sahzade Meryem meden yerinde insanlarin bizi xatirlamayaraq sereflendirmeleri ve dua etmeleri ucun Muqeddes Bakire kilsesini insa etdirdim 1185 ci ilde ise Sahzade Meryem esas kilse binasi ucun narteks insa etdirmisdir Bezi qeyri deqiq melumatlara gore ise mebedin esasi Bizans imperatoru I Iraklinin Serq yurusu zamani qoyulmusdur Diger bir menbede ise monastirin esasinin Gurcustan krali terefinden qoyulmasi bildirilir Muqeddes Bakire Kilsesinde gurcu dilinde kitabeAxtala mebedi erazisinde gurcu dilinde yazili mezar dasiMebeddeki gurcu dilli kitabeler Kilse binasi xacvari plan esasinda insa edilmisdir Xristian inancina esasen bu cur planli kilseler Muqeddes Veftizci Iohannin Isa Mesihi xac suyuna cekmesi serefine insa edilirdi Muqeddes xacin bir hissesi Ivane Zaxariye verilmis o ise sonraki dovrde hemin muqeddes emaneti baha qiymete Sunikdeki satmisdir Mebed qala erazisinin texminen ortasinda neheng sildirim qalanin kenarinda yerlesir Mebed binasi qubbeli bazilika formasinda olub yan terefden boyrundeki kicik kilsenin sapelin apsisine birlesmisdir Iki cut arka mebedin ibadet zalini uc nefe bolur Ortadaki nefin serq qurtaracaginda ise yarimdairevi formali apsis yerlesir Mebedin interyeri zengin divar resmleri ile bezedilmisdir Onlar xususi ikonaqrafik stili movzularinin zenginliyi ve reng calarlari mavi rengin dominantligi nezere alinmaqla ile xarakterize edilir Binanin dik gorunuslu qurulusu boyuk qubbe ile tamamlanmisdir lakin qubbe sonralar dagilmis ve dovrumuze catmamisdir Emir Teymurun yurusu zamani ciddi zedelenen qubbe 1784 cu ilde avar xaci Cenubi Qafqaza yurusu zamani tamamile dagilaraq mehv olmusdur XIX yuzilde Qafqaz canisini Mixail Vorontsov dagilmis qubbenin yerine taxta ve demir lovhelerden yarim sferik qubbe insa etdirmisdir SSRI dovrunde mebede yeniden dasdan qubbe insa edilmisdir Divar resmleri Muqeddes Bakire kilsesinin divar resmleri hemin dovrde provaslavligin esas merkezi olan Bizansin serhedlerinden kenarda yaradilmis en yaxsi pravoslav ikonaqrafik tesvirlerden biridir Tesvirlerin bezilerinin kenarinda yunan dilinde yazilar vardir Divar resmleri esasen Ivane Zaxarinin hakimiyyeti dovrunde 1205 1216 ci illerde islenmisdir Divar resmlerinin umumi reng sistemi tipik Bizans ortodoks sistemine uygun olsa da tematik hell edilme uslubu daha cox gurcu rengkarliq senetine xas xususiyyetleri dasimaqdadir Divar resmleriinde ehdi etiq ve ehdi cedidde yer alan muxtelif muqeddesler tesvir edilmisdir Resmler arasinda en boyuyu Muqeddes Bakire kilsesinin qubbesinde cekilmis Isanin tesvir edildiyi resmdir lakin hemin tesvir hedden artiq pis veziyyete dusmus dovrumuze onun yalniz bezi hisseleri catmisdir Bir qeder asagida ise Isanin yanasi iki tesviri verilmisdir ki onlardan da biri sola digeri ise saga donerek elindeki corek parcasini etrafindaki hevarileri ile bolur Hevari tesvirleri arasinda Muqeddes Pyotr Hevari Pavel ve tesvirlerini aydin sekilde secmek mumkundur Umumilikde burada muxtelif xristian muqeddesleri Boyuk Vasili I Klement ve birge tevir edilmisdir Mehz bu baximdan da bu kilse resmleri olduqca unikal xarakter dasiyir Kilsenin qerb divarinda ise basdan basa cennet tesvir edilmisdir Muqeddes Bakire kilsesinin simal divarinda Isanin romalilar ve yehudiler terefinden sinaga cekilmesi sehnesi gosterilmisdir Divar resmlerinin bezisi 1979 cu ilde berpa edilmisdir Hemcinin arkalarda nislerde ve sutunlarda da bezi resmlerin qaliqlari qalmisdir Muqeddes Bakire kilsesindeki divar resmlerinden numunelerDiger tikililerMuqeddes Bakire kilsesinden sonra kompleksde en cox diqqet ceken ikinci tikili kilsenin qerb divarina bitisik insa edilmis duzbucaqli formali ikinci kilse binasidir Esas kilse binasi bu kicik kilseden boyuk oldugundan kicik binanin boyuk binaya soykenmesi effekti yaranir Ivane Zaxari ve onun oglu Avak 1227 ci ilde bu kilsede defn edilmisler Binanin ikiqat eyri catisi ise esas kilse binasinin simal divarina dayanmisdir Bu cati merasim esyalarinin saxlandigi yer kimi istifade edilmisdir Monastirin simal qerb hissesinde iki dingil basligi ve qabaraiq catili kicik bir kilse esas kilsesinden arali sekilde yerlesdirilmisdir Bu kilsenin yaninda yerlesen binanin ise yalniz bezi qaliqlari gunumuze catmisdir Umumiyyetle qala erazisinde yarimucuq veziyyetde dovrumuze catmis rahib hucreleri ve yasayis evleri hemcinin diger muxtelif yardimci binalarin qaliqlari vardir Ekser monastirlarda oldugu kimi bu monastirin da erazisinde binalari bir biri ile elaqelendiren yeralti yollar bulaq serab cellekleri qeyde alinmisdir Monastirin yaxinliginda basqa dini tikililer de qeyde alinmisdir ki onlarinda arasinda Muqeddes Ucluk monastiri Muqeddes Georgi gurcu kilsesi XIII esre aid bulaq kompleksi XIX esre aid rus kilsesi yunan kilsesi ve sair abideler daxildir MenbeIstinadlar Wiki Loves Monuments monuments database 2017 RA Lori Marz PDF National Statistical Service of Republic of Armenia 2007 11 25 tarixinde PDF Istifade tarixi 2007 10 05 Kirakos Gandzakeci Istoriya Armenii gl 17 2013 09 27 at the Wayback Machine Umer i Ivane brat Zakare i byl pohoronen v Phindzaanke u vhoda v postroennuyu im samim cerkov on otnyal ee u armyan i prevratil v gruzinskij monastyr Ashworth Susie Georgia Armenia amp Azerbaijan 2nd Lonely Planet 2004 147 ISBN 1740591380 Tadevosyan Aghasi Historical Monuments of Armenia Akhtala Yerevan Armenia Var Center for Cultural Initiatives 2007 ISBN 978 99941 2 070 3 Ermenistan azerbaycanlilarinin tarixi cografiyasi Baki 1995 seh 309 Ney Rick Lori marz PDF TourArmenia Travel Guide TourArmenia 2005 2007 10 16 tarixinde PDF Istifade tarixi 2007 10 07 Kurkjian Vahan A History of Armenia New York 1958 8 ISBN B000BQMKSI 2023 07 01 tarixinde Istifade tarixi 2011 01 25 C Toumanoff Studies in Christian Caucasian History סיריל טואמנוף 1963 מחקרים על ההיסטוריה הקווקזית רונלד גריגור סאני 1994 יצירת האומה הגאורגית ISBN 0253209153 סטפן ראפ 2003 מחקרים על ההיסטוריוגרפיה של גאורגיה בימי הביניים טקסטים מוקדמים והקשרים איראסיתיים ISBN 9042913185 Macler F Armenia The Kingdom of the Bagratides vol IV The Cambridge Ancient History pages 161 165 Bournoutian George A A Concise History of the Armenian People From Ancient Times to the Present Costa Mesa CA Mazda 2006 89 ISBN 978 1 56859 141 4 Kimmerijcy i skify 2008 12 14 tarixinde Istifade tarixi 2011 01 25 Skify i Kavkaz v VIII VII vv do n e 2020 02 21 tarixinde Istifade tarixi 2011 01 25 2008 02 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 01 25 ჯავახიშვილი ივ ქართველი ერის ისტორიის შესავალი წგნ 1 საქართველოს კავკასიისა და მახლობელი აღმოსავლეთის ისტორიულ ეთნოლოგიური პრობლემები თბ 1950 2009 10 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 10 27 Redgate Anne Elizabeth The Armenians First Massachusetts Blackwell Publishers Inc 2000 225 26 258 261 ISBN 0 631 22037 2 C Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 seh 155 157 Khalpakhchian O Architectural ansambles of Armenia Moscow Iskusstvo Publishers 1980 480 pages ISBN 0569086906 AMEA A A Bakixanov adina Tarix Institutu Azerbaycan Tarixi Atlasi Baki 2006 seh 21 Bedrosian Robert Vardan Areweltsi s Compilation of History 2007 07 15 tarixinde Istifade tarixi 2007 10 07 Bedrosian Robert Kirakos Ganjakets i s History of the Armenians 2007 07 16 tarixinde Istifade tarixi 2007 10 03 Istoriya Agvan str 239 241 Katolikos Drasxanakertli Iohannes Istoriya Armenii seh 78 Nazaryan Lena Hetq Online 2007 08 20 2007 10 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2007 10 05 Ronald Grigor Suny The Making of the Georgian Nation 2nd 1994 56 ISBN 0253209153 Lidov Alexei The Mural Paintings of Akhtala Moscow Nauka Publishers 1991 129 pages ISBN 5020175692 Edebiyyat Akhtala Soviet Armenian Encyclopedia vol 1 Yerevan 1974 Melikset Bek L The Georgian Sources on Armenia and the Armenians vol 3 Yerevan 1955 Jalalian A Kotanjian N Surp Astvatsatsin Monastery at Akhtala Christian Armenia Encyclopedia Yerevan 2002 Durnovo L A Brief History of Classical Armenian Painting Yerevan 1957 Durnovo L An Outline of Medieval Armenian Art Moscow 1979 Bishop Kirion Akhtala Monastery Tbilisi 2005Xarici kecidlerVikianbarda Agtala monastir kompleksi ile elaqeli mediafayllar var Agtala monasitiri haqqinda