Azərbaycan bağları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar.
Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur.Tarixi
Orta əsrlər
Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
1647-ci ildə Gəncədə olmuş Övliya Çələbi burada bir çox bağların olduğunu və şəhərin tut bağları ilə əhatələndiyini qeyd edir. XVIII əsrin əvvəllərində Gəncənin bağ ərazisi genişləyirdi. Şəhəri 1681-ci ildə ziyarət edən fransız din xadimi Aurelius Filip burada axar suları (süni suvarma kanallarını) təsvir edir. Gəncənin dövrün digər Azərbaycan şəhərləri ilə müqayisəsi göstərir ki, çoxsaylı yaşıllıq sahələrinin və şəhər bağlarının yerləşdirilməsi təbii landşaftın məntiqi əksi kimi xarakterizə olunur və bağların və parkların təşkili yaxşı düşünülmüş plana əsaslanır. Bu, həm də böyük memarlıq və landşaft komplekslərinin məkan təşkilinə, həm şəhərin özündə, həm də onun ətrafında yaşıllıqların bolluğuna aiddir.
XVII əsrdən sonra siyasi vəziyyətin düzəlməsi Ordubad bağ-park incəsənətinin inkişafına səbəb olmuşdur. Bağçılıq əvvəllər olduğu kimi Ordubad əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Şəhərin genişlənməsi Ordubadçayın sol sahilində geniş yaşıllıqların inkişafına səbəb olmuş, Ordubad "bağ-şəhər"ə çevrilmişdi. Ordubadın daxil olduğu Naxçıvan xanlığının sakinləri şəhəri "yer üzərindəki cənnət" adlandırırdılar. Digər şəhərlər ilə müqayisədə Ordubad bağ-park sistemi daha yaxşı inkişaf etmişdi. XVIII–XIX əsrin əvvəllərində Ordubadın landşaft sistemində bütün küçələrin uzunluğu boyunca iki-üç, bəzən isə dörd kiçik yaşıl sahələrin olması xarakterik idi.
Orta əsrlər dövrü Azərbaycan ərazisində yerləşən bağlar xanların qüdrətini göstərirdi. XVIII əsrin əsrin sonunda Bakı qalasında və bayırşəhərdə Bakı xanının saray bağları vardı. Dövrümüzə qədər gəlib çıxmış digər bağlar Nardaran Xan bağı (XIV əsr), Gəncə Xan bağı (XVII əsr), Şəki Xan bağıdır (XVIII əsr).
XIX əsrdən etibarən
XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərlərin sürətli inkişafı yaşıllıqların salınmasına səbəb oldu. Yaşıllıq əraziləri bəzi hallarda qala divarları (Bakı) ilə əhatə edilir, digər hallarda isə şəhər meydanını əhatə edən bağlar (Gəncə) müşahidə edilirdi. Bakı istisna olmaqla, şəhər yaşayış evlərinin tikilişi bağçalı malikanə tipinə istiqamətlənmişdi ki, bu üzdən şəhərlər şəhər-bağ simasına malik idilər. Bu dövrdə həmçinin Ağdam, Lənkəran, Şuşa və Şəkidə məhəllələrdə salınan yaşıllıq əraziləri ümumşəhər əhəmiyyəti əldə edirdi.
İstehsal güclərinin və istehsal münasibətlərinin inkişafı ilə Bakının planlaşdırmasında və tikilişində yeni elementlər: ictimai bağlar, küçə bağçaları, bulvarlar meydana çıxır. Belə vacib şəhərsalma elementlərinin üzə çıxması memar Qasım bəy Hacıbababəyov, polkovnik Nikolay fon der Nonne və mühəndis Hacinski tərəfindən işlənib hazırlanmış baş planların əsas müddəalarının həyatiliyini təsdiq edir. Qasım bəy Hacıbababəyov Parapet bağı (Fəvvarələr bağı) və Sisiyanov parkının memarıdır.
"Şəhər-bağ" hesab edilən Mərdəkan kəndi iqlim baxımından ən yaxşı və sağlam bağ yerlərindən biri idi. Mərdəkanın Bakı varlıları tərəfindən bağ evlərinin tikilməsi üçün yer qismində seçilməsi onun Bakıya yaxın məsafədə yerləşməsindən, şose yolu ilə gediş-gəlişin nisbətən rahat olmasından, quyu sularının yüksək keyfiyyətindən doğurdu. Hacı Zeynalabdin Tağıyev tərəfindən 1895-ci ildə burada bağçılıq məktəbinin əsası qoyulmuşdur. Villa bağlarının kompozisiyasında əsas binaya və ya binalara aparan mərkəzi xiyaban hakim mövqe tuturdu. Villa binalarının baş darvazalardan xeyli aralıda yerləşməsi, mərkəzi xiyaban və fasadın təmtəraqlı planlaşdırması — bütün bunlar onun sahibinin- neft fırtınası dövründə həddən artıq varlanmış nuvorişin tələbatına və şöhrətpərəstliyinə cavab verirdi.
XIX əsrdə Avropa meylləri tarix, mif və əfsanələrlə dolu təbiət qarşısında romantik zövq yaradan reprezentativ bağ anlayışını gətirdi. Sonralar bağ və parklar təbiətin özünəməxsus dəyəri və memarlıq-landşaft sənəti kimi görülməyə başlandı. Müasir dövrdə isə bağ və parklar əhalinin kütləvi istirahət yerləri, təbiət qoynunda idman fəaliyyəti üçün mərkəzdir.
Elementlər
Aynabənd bağda güzgülər asılmış süşə qalareya, alaqapı isə zəfər tağı formasında düzəldilmiş, bağ ərazisinin girişidir. Yay bağında balkon və ya veranda artırma adlanır.Barı daş və ya kərpicdən hazırlanan bağ hasarıdır. Bağın içərisində və ya qarşısında yol — dalan çəkilir, tərəvəz yetişdirilən hissə olan dirrik üçün yer ayrılır. Park hovuzundakı mərkəzi quru yer ada və ya adacıq adlandırılır.
Azərbaycanda panaroma, gözəl mənzərə axar-baxar adlanır.Aypara isə bağçalarda istifadə edilən şərq simvolikası elementidir. Bağın bir tərəfinə lazım olanda yandırılması üçün yığılmış quru budaqlar, çalı və odun isə alışıq adlandırılır. Bağ mövsümündə Nügədi, Rustov, Çiçi, Səbətlər kimi meyvəçiliyin böyük rol oynadığı kəndlərin əhalisi müvəqqəti olaraq bağa köçmək üçün evlər (qazma ev) tikərdilər. Arıçılar isə təknə pətəkləri evlərin ətrafında, həyətyanı bağda yerləşdirirlər.
Şəki bağlarının bir tərəfində daş və ya kərpic vasitəsilə sıx tikilmiş, bağ ərazisinə təxminən bir az yuxarıdan baxan bir platforma inşa edilir. Şəki bağlarının bu elementi Abşeronda "səki"ni və Orta Asiya bağlarında "sufu"nu xatırladır. Ev və bağ arasında əlaqə yaradan belə bir terras XVIII əsrin sonu — XIX əsrin əvvəllərinə aid Azərbaycan şəhər həyətyanı memarlığının xarakterik xüsusiyyətidir.
Şəki bağlarının sahəsi ön və təsərrüfat hissələrinə bölünürdü. Ön hissədə adətən üzgüçülük hovuzu və güllər yerləşirdi. Bağ sahəsinin bölünməsinin əsas elementlərindən biri yaşıllıq və ağaclar idi. Bundan əlavə, bağ sahəsini daş və ya kərpiclə örtülmüş kiçik yollar kəsirdi. Yollar bağın ərazisini ayrı-ayrı yaşıllıq sahələrinə ayırır və yaşayış sahəsini giriş qapısı və digər malikanə binaları ilə birləşdirirdi. Ağac növlərinin seçilməsində isti yay günlərində dincəlməyin rahat olması üçün künclərin təyin edilməsi rol oynayır.
Simvolizmi
Şah İsmayıl Xətainin azərbaycan dilində divanı (solda) və Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə çəkilmiş illüstrasiyalar. Müvafiq olaraq Səfəvi (solda) və Osmanlı miniatürləri |
Azərbaycanın bağ və parkları öz dövrünün müxtəlif, bəzən bir-birinə zidd olan mənəvi, etik və estetik anlayışlarını, insanın ətraf mühitə münasibətini təcəssüm etdirirdi. Qədim dövrlərdə Şərqin başqa ölkələrində olduğu kimi Azərbaycanda da bağ "cənnət" – səmavi səadət yeri; bütpərəst tanrıların və ruhların məskəni; dərin daxili düşüncələrin yeri; İslam dünyagörüşündə təbiətin və insan varlığının simvolik obrazı; qızmar yay günəşindən daimi qorunma yeri idi. Orta əsrlər Azərbaycan bağları və parkları xanların qüdrətinin və hüdudsuz iradəsinin tərənnümünün parlaq nümunəsi idi. Avropa meylləri "təmsili bağ" anlayışını — "təbiətin əzəməti qarşısında romantik zövq obyekti, tarixi məzmun, əfsanələr və miflərlə dolu bir məkan" anlayışını gətirdi.
Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində gül bağçasına müxtəlif xüsusiyyətləri ilə yer verilmişdir. Füzuli gül bağçasını həqiqi mənasına yaxın bir şəkildə istifadə etdiyi zaman bağçadakı digər çiçəklərə (lalə kimi) və xoş qoxusuna işarə etmişdir. Can, kəlam kimi anlayışlar gül bağçası üçün təşbeh kimi istifadə edilmiş, gülün vaxtında psixoloji narahatlıqların artması inancına istinad gətirərək gül bağçasını "gülzar-ı cünun" olaraq təsvir etmişdir. Füzuliyə görə, aşıq bütün bədəni ilə, bəzən eşq yarası ilə dolu olan vücudu ilə bir gül bağçasıdır. Bundan başqa gül bağçası "gül xəlvəti" adlandırılan işrət və əyləncə məclislərinin keçirildiyi bir yerdir.
Azərbaycan xalçalarının dizaynları müxtəlifliyindən və növlərindən asılı olmayaraq, çox vaxt həndəsi ornamentlər, çiçəklər və heyvanlarla dolu mükəmməl bağların təsvirlərini ehtiva edir. Azərbaycan muğamı isə sevgi və həsrət mövzusunda oxunur və bülbül (aşiq kişi) və gülü (sevilən qadın) təsvir edir. Bu iki Azərbaycan sənətinin (xalçaçılıq və muğam) birliyi sosial və mədəni kodların təfsiri üçün ehtiyac yaradır. Xalçalar qadınlar tərəfindən toxunur, muğam isə daha çox kişilər tərəfindən ifa edilir. Beləliklə, qadın toxucu və kişi xanəndə müvafiq olaraq, gül və bülbül ilə uyğunlaşdırıla bilər. Xalçadakı Cənnət bağının təsvirində ortada gülün istifadə edilməsi qadını simvolizə edir. Yaxşı kişi xanəndələr isə "bülbül" adlandırılır.
Mədəniyyətdə yeri
Əkinçilik, bağçılıq və kənd təsərrüfatı bağlı azərbaycanizmlər baxımından ləzgi dili bütün digər Dağıstan dilləri ilə müqayisədə daha zəngindir. Belə ki, Azərbaycan dilindən ləzgi dilinin tərkibinə daxil olmuş alça, bostançı, yemiş, kal, meyvə, tum, üzüm, xırman, yarıq, şaftalı sözləri avar, dargin və lak dillərində yoxdur.
İnanc və rəvayətlər
Azərbaycanlıların mifoloji inanclarına görə bağ-bostanın qurddan qorunulması üçün ağaca qurd kəlləsi asılar. Heyva ağacı da bağçanı pis nəzərdən qoruyar. Çeşmələrdən bərəkət gətirdiyinə inanıldığı üçün evə gətirilən daşlar isə bir il sonra bağçaya atılır. Digər bir adətə görə, bir qıza elçi düşməzdən əvvəl o qızın ailəsinin bağçasından bir daş götürülüb, oğlangilin evlərinin bağçasında bir həftə və ya 10 gün gözlədilərmiş. Bu müddət ərzində oğlan tərəfinə heç bir ziyan gəlməsə, qıza elçi düşülərmiş.
Azərbaycan inanclarına görə bağa girəndə bağ əyəsinə (ruh, iyə) salam verilməli, bağdan çıxanda isə onunla sağollaşılmalıdır. Bağdan bir şeyin götürəndə icazə alınmalıdır. Bağlarda yaşayan digər varlıqlar pərilərdir. İnanılır ki, yemək axtaran ağac-kişilər (, ağac ruhu) gecənin qaranlığında bağçalara və bağlara baş çəkir, insanlar tərəfindən atılan paltarları geyirlər. Şər ruh Çorun formalarından biri olan Qara Çor isə bağ-bağçanı, ən çox üzümü qırır.
Adam Olearinin verdiyi məlumata görə, Qubada mövcud olan bir adət bağçılığın inkişafına səbəb olmuşdur. Bu adətə görə, ailənin hər qızı evlənənə qədər 100 ağac əkməli idi. Evlənəndən sonra bu ağaclar qızın cehizi olurdu.
Danışılan rəvayətlərə görə (hansı ki, tarixi qaynaqlar və biliklərlə tamamlanır) Qarabağ xanının qızı Ağabəyim ağa Fətəli şah Qacarla evləndikdən sonra öz vətəni üçün darıxır və ərindən onun üçün bir bağ saldırmasını istəyir. Bunun üçün Qarabağdan bağbanlar gətirilir, Şuşadan torpaq və hər cür ot, çiçək, kol və ağac, həmçinin materiallar gətirilir. Ağabəyim ağanın istəyi ilə bu bağ "Vətən bağı" adlandırılır. O, bağda gəzdikcə özünü Şuşa dağlarında, vadilərində hiss edib xoşbəxt olur. Ancaq bağbanlar nə qədər çalışsalar da, Xarıbülbülün Vətən bağında yetişmədiyini gördükdə Ağabəyim ağa bağı hüznlə gəzmiş və ona aid edilən bu şeiri yazmışdır:
Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır
Köksün altı, sarı bülbül.
Xalq təqviminə görə bağ işlərinin vaxtı
- Novruz bayramı. Baharın gəlməsi münasibətilə hər bir ailə üzvünün adına ağac əkilir, gül-çiçək yetişdirilir, meyvə bağı salınır.
- Cücərti (və ya çəmən) ayı. Yazın bir dövrüdür. Aranda qalanlar öz işlərini başa çatdırar, bağları becərib qurtarardılar.
- Qızıl payız. Bolluq dövrüdür. Nişanlı oğlanlar qızlar üçün meyvə xonçaları aparırlar. Buna xalq arasında novbarlıq, bağbaşı deyilir.
- Xəzan dövrü. Payız fəslində bağ-bağçanın saralıb-solduğu dövrə deyilir. Xalq arasında xəzan küləyi adlandırılan sazaqlı külək sarı yarpaqları ağaclardan qoparır, ağaclar üçün xəzəl mövsümü başlayır. Bu dövr "Yarpaqtökən vaxt" da adlandırılır. Bağbanlar şəxalənən ağacların ağzını bir yerə yığır, yararsız, quru budaqları kəsirlər.
- Böyük Çillə. Bağ-bağatın, bostanın suvarıldığı vaxtdır. İstifadə edilən su "çillə suyu" adlanır, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, ağacların vaxtından tez çiçəklənməsinin qarşısını alır. Bağlara verilən su gecə donur, ağacların oyanması gecikir. Bu, ağacların bol bəhrə verməsinə təsir edir. Həsən bəy Zərdabi təcrübə ilə sınanmış xalq zərbi-məsəlini qeyd edir: "Böyük Çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər"
- Boz ay. Bağlara qulluq edilən vaxtdır, ağacların dibi bellənir. Təzə bağ salmaq üçün torpağa ştil bu vaxtda basdırılır.
İncəsənət
XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində Azərbaycan xalçalarında istifadə edilən yeni tipli kompozisiyalardan biri də Qarabağ xalçaçılıq məktəbinə aid "Bağçadagüllər" idi. Bu kompozisiya Şuşada ortaya çıxmış, Qarabağın digər mərkəzlərinə də yayılmışdır.
Rəssam Toğrul Nərimanbəyov 1965-1966-cı illərdə "Göyçay bağlarında" rəsmini çəkmişdir. Rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir.
-
- Bakı bağlarında. Əzim Əzimzadə
- Bağçada görüş. Şamo Abbasov.
- Göyçay bağlarında. Toğrul Nərimanbəyov
Vacib yerlər
- Abşeron bağları. Abşeron yarımadasının şimal sahili onu kurort kimi səciyyələndirən iqlim xüsusiyyətlərinə malikdir. Bu ərazi Bakı milyonçularının da diqqətini çəkmiş, onlar burada bağlar salıb, istirahət etmişdir.
- Gəncə Xan Sarayı bağı. 1727-ci ildə Osmanlı hakimiyyəti dövründə tərtib olunmuş Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində Xan bağı haqqında statistik göstəricilər yer alır. Bağın sahəsinin təqribən 130 hektara yaxın olduğu, 479 çinar, 404 sərv, 3554 meyvə ağacının olması göstərilirdi.
- Bakı Xan Sarayı bağı (XVIII əsr). UNESCO irsi İçərişəhərdə, Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətində, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağda kiçik hovuz, ovdan və təndir vardır, tarixən isə həyət ərazisində bulaqlar yerləşmişdir.
- Qarabağ Xan bağı. İbrahimxəlil xana (1763–1797) məxsus olan zorxana burada yerləşirdi. Bağda pəhləvanlar idmanın sirlərinə yiyələnir, fiziki formalarını qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər.
- Vətən bağı. Rəvayətə görə, Tehranda Şuşa bitkiləri və torpağı ilə, Qarabağ xanlığından bağbanlar gətirilərək salınmış bağdır.
- Görkəmli Azərbaycanlılar panteonu. Tbilisi botanika bağının tərkib hissəsidir. Sovet dövründə bağın ərazisi genişlənərkən qəbiristanlıq da onun ərazisinə daxil edilmişdir.
- Filarmoniya bağı. Bakının ilk bağlarından biridir. Tarixən "Qubernator bağı" adlandırılmışdır.
- Xaqani bağı (1870-ci illər). Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.
- Klivlend Azərbaycan Mədəniyyət bağı. Azərbaycana həsr edilmiş bağda "Ocaq abidəsi" və Azərbaycanı Odlar yurdu kimi simvolizə edən xatirə lövhəsi vardır.
Flora
- Nəlbəki-gül. Qarabağda müharibə dövrünə qədər bağçalarda yetişdirilən bir gül idi. Nəlbəkiyə formaca bənzədiyi üçün bu adı almışdır.
Həmçinin bax
İstinadlar
- Корнилович, А. О. Сочинения и письма. Москва: Издательство Академии наук СССР. 1957. səh. 550.
- Darieva, Tsypylma. Modernising the waterfront: urban green, built environment and social life of the Baku promenade. Baku. 2015. səh. p. 65-79. ISBN . 2024-04-20 tarixində . İstifadə tarixi: 2024-04-20.. page 70.
- Гасанова, 1996. səh. 23-24
- Гасанова, 1996. səh. 24-25
- А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
- XIX əsr — XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Müəllif, Fətullayev Şamil. Nəşriyyat, Şərq-Qərb. Nəşr yeri, Bakı. Nəşr ili, 2013.
- Гасанова, 1996. səh. 105
- Гасанова, 1996. səh. 106
- Гасанова, 1996. səh. 107
- Гасанова, 1996. səh. 109
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 168
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 325
- Гасанова, 1996. səh. 25
- Гасанова, 1996. səh. 4
- Turan, S. , Akgül, A. & Çetin, K. (2013). FUZÛLÎ’NİN LEYLÂ VÜ MECNÛN MESNEVİSİNDE GÜL VE GÜL BAHÇESİ . Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , GÜL ÖZEL SAYISI , 75–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sbe/issue/23167/247447 2023-02-19 at the Wayback Machine
- Naroditskaya, 2005. səh. 27
- Naroditskaya, 2005. səh. 49
- Джидалаев Н. С. Тюркизмы в дагестанских языках: опыт историко-этимологического анализа. — М.: Наука, 1990. — 251 с. — . səh 75.
- Beydili, 2003. səh. 352
- Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya. səh 20, 24.
- Arik, Türkan. "Azerbaycan Türk Kültüründe İlkbahar Bayramı". TÜRK KÜLTÜRÜ VE HACI BEKTAŞ VELİ ARAŞTIRMA DERGİSİ, 2018.
- Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
- В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35.
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 167
- Keskin, A. (2022). MİLLÎ VE KÜLTÜREL KİMLİK SEMBOLİZMİ BAĞLAMINDA XARIBÜLBÜL . Motif Akademi Halkbilimi Dergisi , 15 (39) , 650–676 . DOI: 10.12981/mahder.1162527
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 424
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 429
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 435
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 437
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 439
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 444
- Paşayeva, V. (2010). AZERBAYCAN HALI SANATI TARİHİNE BİR BAKIŞ. Güzel Sanatlar Enstitüsü Dergisi(11). sayfa 87
- Mammadova, 2010. səh. 60
- "Нариманбеков Тогрул Фарман оглы" (rus. ). Большая советская энциклопедия azərb. Böyük Sovet Ensiklopediyası. 1969–1978. 16 may 2019 tarixində . (#apostrophe_markup)
- Nurəddin Həbibov, Cəmilə Novruzova. Изобразительное искусство Азербайджанской ССР. Moskva: Советский художник. 1978. 252.Orijinal mətn (rus.)
Нариманбеков Тогрул Фарманович
Родился в 1930 году в Баку. Живописец, театральный художник, монументалист. Народный художник Азербайджанской ССР, лауреат Государственной премии Азербайджанской ССР, лауреат премии Ленинского комсомола Азербайджана. В 1955 году окончил Литовский государственный художественный институт. Участник художественных выставок с 1952 года.
Персональные выставки: Баку, 1961, 1965, 1975; Москва, 1967, 1972; Вильнюс, 1972; Волгоград, 1973; Прага, 1965; Вроцлав, Варшава, Сопот, 1973; Львов, 1975.
Произведения: живопись — «Спуск с горных пастбищ» (1954), «Рыбаки Балтики» (1955), «Натюрморт. Гранаты» (1957), «Заря над Каспием» (1957), «За светлое будущее» (1959), «На Карадагском промысле» (1959), «Гранаты» (1959), «Счастье» (1961), «Портрет польской девушки» (1961), «Радость» (1963), «Старая чинара» (1964), «Во имя жизни» (1965), «Портрет художника С. Бахлулзаде» (1965), «В садах Геокчая» (1965), «Девичья башня» (1966), «Мугам» (1966), «На эйлаге» (1966), «На полевом стане» (1967), «Семья художника Э. Рзакулиева» (1967), «Плодородие» (1970). - Aleksandr Kamenskiy. Романтический монтаж. Советский художник. 1989. səh. 294.Orijinal mətn (rus.)
Такая, например, вещь, как «В садах Геокчая» (1966), не может быть названа ни пейзажем, ни натюрмортом. Ведь тут нет ясно обозначенной пространственной среды, начисто отсутствуют обычные связи и пропорциональные взаимоотношения элементов природно-предметного мира. Ориентированная по вертикальной оси композиция самым свободным и причудливым образом сплетает между собой отдельные детали, будь то плоды, цветы, ветки, кувшин, ковёр и т. д. Они ведь размешены не в конкретных и явственных жизненных обстоятельствах, а в области поэтического представления, которое принимается ткать свой красочный ковровый узор как ему угодно. Потому-то масштабы этих деталей, их расположение, сочетание, цветовой строй и т. д., как во сне или в воспоминании, подчиняются только образной логике, а не трезво-прозаическим правилам обыденного. Правда, внутри такого «беззакония» есть свой строгий закон — в работах Нариманбекова никогда не встретишь хаоса: декоративно-композиционные принципы обладают в них своей четкой основой и последовательностью. Но они очень необычны. Так, в упомянутой картине «В садах Геокчая» нет ни прямой, ни обратной перспективы: предметы укрупнены в центре и уменьшаются по бокам. Подобного рода перспективную систему можно иногда встретить в произведениях художников Дальнего Востока, но вряд ли Тогрул сознательно подражал им — скорее всего, это невольное совпадение приёма.
- "Abşeron bağları – zamanla bağın siması necə dəyişib" (az.). bakuplus.az. İyun 27, 2022. 2022-08-19 tarixində . İstifadə tarixi: 2024-04-05.
- «Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри» 2021-05-19 at the Wayback Machine (latın əlif. «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»). Bakı, "Şuşa" nəşriyyatı, 2000. «Ön söz» (kiril əlif. «Өн сөз») hissəsi, səh. 12. (az.)
- Таирова, 2016. səh. 231
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI–XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
- Babayev T. Şuşada i̇dman ənənələri̇ // Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarix Muzeyi. — Бакы: Elm, 2019. — С. 140−149.
- Гоча Хундадзе. Последнее пристанище выдающихся азербайджанцев Грузии 2016-12-26 at the Wayback Machine // Мейдан.тв, 2016. (rus dilində)
- Гасанова, 1996. səh. 55-56
- Гасанова, 1996. səh. 304
- Mark Tebeau, “Azerbaijan Cultural Garden,” Cleveland Historical, accessed April 22, 2024, https://clevelandhistorical.org/items/show/128 2024-04-22 at the Wayback Machine Published Jan 6, 2011. Last updated Sep 27, 2023.}
- Mammadova, 2010. səh. 55
Ədəbiyyat
- А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
- Mammadova, Arzu. SON DÖNEM KARABAĞ (GARABAĞ) DOKUMALARINDA KULLANILAN MOTİFLER. İstanbul. 2010. səh. 183.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə I cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Inna Naroditskaya (2005) Azerbaijani Mugham and Carpet: Cross-Domain Mapping, Ethnomusicology Forum, 14:1, 25–55, DOI: 10.1080/17411910500088361
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- Таирова, Айдан. Дворцовый комплекс бакинских ханов. Баку: İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə, Elmi-praktik konfrans (Məqalələr toplusu), Elm və təhsil nəşriyyatı. 2016.
Əlavə ədəbiyyat
- Мамедов, Тофик & Гюльмамедова, Шалала. (2016). Perspective decorative plants for creating landscape compositions in Absheron. ScienceRise: Biological Science. 34–40. 10.15587/2519–8025.2016.81017.
- Mammadov T. S., Gulmammadova Sh. A. Scientific bases of Azerbaijan landscape architecture // Ученые записки Крымского федерального университета имени В. И. Вернадского. Биология. Химия. 2014. № 5 (66). URL: https://cyberleninka.ru/article/n/scientific-bases-of-azerbaijan-landscape-architecture 2023-02-19 at the Wayback Machine (дата обращения: 19.02.2023).
- Tofig Mammadov; Shalala Gulmammadova (2019). Role of Floral Plants in Landscape Architecture of Azerbaijan. International Journal of Agriculture Innovations and Research. Volume 7, Issue 6, ISSN (Online) 2319–1473
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan baglari Azerbaycanda tarixi inkisaf yolu kecmis muxtelif tertibat ve elementlerin istifade olundugu baglar Azerbaycanda bag hem istirahet ucun istifade edilir hem de medeniyyetde vacib yer tutur Haci Zeynalabdin Tagiyevin Merdekan bagiTarixiOrta esrler Nuxada esas seherdeki qalada onlarin indi is yerine cevrilmis sarayini gordum Bir nece pilleken ve hundur portik bag salinmis genis dordbucaqli heyete aparir qeyri adi simmetriya ile duzulmus on alti italyan qovagi bagi dord xiyabana bolur Bagin kenarlarinda saray eyanlari xanin heyat yoldaslari onlarin qulluqculari ve diger qulluqcularin yasadigi fligel binalar yerlesir onlarin arxasinda bir yarim insan boyu hundurluyunde terrasa hemin terrasada iki boyuk cinarla ehate olunmus uc fevvareli hovuz hovuzun arxasinda ise saray binasi yerlesir 1834 cu il avqustun evvellerinde Sekide olmus dekabrist A Kornilovicin yazdigi mektubdan Azerbaycan seher yasilliginin tarixi konsepti Orta Serq ve Qafqazda movcud olmus orta esrler bag medeniyyetine gedib cixir Buna gulleri olan balaca parklar ve meyve baglari daxildir Qedim Bakida yasil baglar daha cox sexsi meqsedler ucun salinmisdir Bezi agaclar ise mescid ve bazar kimi ictimai yerleri ehate etmek ucun salinmisdir Esas meqsed isti seherde kolge yeri yaratmaq ve Xezer kuleklerinden qorunmaq idi Cenubi Qafqaz seherlerinde yasilliqlari teskil etmek ucun cinar agaci vacib rol oynayirdi Diger bir rast gelinen xususiyyet ise meyve bagi kimi teskil edilen yasilliqlar idi Bu meyve baglari mehrem eraziler idi ve colden gorunmurdu 1647 ci ilde Gencede olmus Ovliya Celebi burada bir cox baglarin oldugunu ve seherin tut baglari ile ehatelendiyini qeyd edir XVIII esrin evvellerinde Gencenin bag erazisi genisleyirdi Seheri 1681 ci ilde ziyaret eden fransiz din xadimi Aurelius Filip burada axar sulari suni suvarma kanallarini tesvir edir Gencenin dovrun diger Azerbaycan seherleri ile muqayisesi gosterir ki coxsayli yasilliq sahelerinin ve seher baglarinin yerlesdirilmesi tebii landsaftin mentiqi eksi kimi xarakterize olunur ve baglarin ve parklarin teskili yaxsi dusunulmus plana esaslanir Bu hem de boyuk memarliq ve landsaft komplekslerinin mekan teskiline hem seherin ozunde hem de onun etrafinda yasilliqlarin bolluguna aiddir XVII esrden sonra siyasi veziyyetin duzelmesi Ordubad bag park incesenetinin inkisafina sebeb olmusdur Bagciliq evveller oldugu kimi Ordubad ehalisinin esas mesguliyyetlerinden biri olaraq qalirdi Seherin genislenmesi Ordubadcayin sol sahilinde genis yasilliqlarin inkisafina sebeb olmus Ordubad bag seher e cevrilmisdi Ordubadin daxil oldugu Naxcivan xanliginin sakinleri seheri yer uzerindeki cennet adlandirirdilar Diger seherler ile muqayisede Ordubad bag park sistemi daha yaxsi inkisaf etmisdi XVIII XIX esrin evvellerinde Ordubadin landsaft sisteminde butun kucelerin uzunlugu boyunca iki uc bezen ise dord kicik yasil sahelerin olmasi xarakterik idi Orta esrler dovru Azerbaycan erazisinde yerlesen baglar xanlarin qudretini gosterirdi XVIII esrin esrin sonunda Baki qalasinda ve bayirseherde Baki xaninin saray baglari vardi Dovrumuze qeder gelib cixmis diger baglar Nardaran Xan bagi XIV esr Gence Xan bagi XVII esr Seki Xan bagidir XVIII esr XIX esrden etibaren XIX esrin sonu XX esrin evvellerinde seherlerin suretli inkisafi yasilliqlarin salinmasina sebeb oldu Yasilliq erazileri bezi hallarda qala divarlari Baki ile ehate edilir diger hallarda ise seher meydanini ehate eden baglar Gence musahide edilirdi Baki istisna olmaqla seher yasayis evlerinin tikilisi bagcali malikane tipine istiqametlenmisdi ki bu uzden seherler seher bag simasina malik idiler Bu dovrde hemcinin Agdam Lenkeran Susa ve Sekide mehellelerde salinan yasilliq erazileri umumseher ehemiyyeti elde edirdi Istehsal guclerinin ve istehsal munasibetlerinin inkisafi ile Bakinin planlasdirmasinda ve tikilisinde yeni elementler ictimai baglar kuce bagcalari bulvarlar meydana cixir Bele vacib sehersalma elementlerinin uze cixmasi memar Qasim bey Hacibababeyov polkovnik Nikolay fon der Nonne ve muhendis Hacinski terefinden islenib hazirlanmis bas planlarin esas muddealarinin heyatiliyini tesdiq edir Qasim bey Hacibababeyov Parapet bagi Fevvareler bagi ve Sisiyanov parkinin memaridir Seher bag hesab edilen Merdekan kendi iqlim baximindan en yaxsi ve saglam bag yerlerinden biri idi Merdekanin Baki varlilari terefinden bag evlerinin tikilmesi ucun yer qisminde secilmesi onun Bakiya yaxin mesafede yerlesmesinden sose yolu ile gedis gelisin nisbeten rahat olmasindan quyu sularinin yuksek keyfiyyetinden dogurdu Haci Zeynalabdin Tagiyev terefinden 1895 ci ilde burada bagciliq mektebinin esasi qoyulmusdur Villa baglarinin kompozisiyasinda esas binaya ve ya binalara aparan merkezi xiyaban hakim movqe tuturdu Villa binalarinin bas darvazalardan xeyli aralida yerlesmesi merkezi xiyaban ve fasadin temteraqli planlasdirmasi butun bunlar onun sahibinin neft firtinasi dovrunde hedden artiq varlanmis nuvorisin telebatina ve sohretperestliyine cavab verirdi XIX esrde Avropa meylleri tarix mif ve efsanelerle dolu tebiet qarsisinda romantik zovq yaradan reprezentativ bag anlayisini getirdi Sonralar bag ve parklar tebietin ozunemexsus deyeri ve memarliq landsaft seneti kimi gorulmeye baslandi Muasir dovrde ise bag ve parklar ehalinin kutlevi istirahet yerleri tebiet qoynunda idman fealiyyeti ucun merkezdir ElementlerSekideki Yuxari Karvansaranin heyeti Aynabend bagda guzguler asilmis suse qalareya alaqapi ise zefer tagi formasinda duzeldilmis bag erazisinin girisidir Yay baginda balkon ve ya veranda artirma adlanir Bari das ve ya kerpicden hazirlanan bag hasaridir Bagin icerisinde ve ya qarsisinda yol dalan cekilir terevez yetisdirilen hisse olan dirrik ucun yer ayrilir Park hovuzundaki merkezi quru yer ada ve ya adaciq adlandirilir Azerbaycanda panaroma gozel menzere axar baxar adlanir Aypara ise bagcalarda istifade edilen serq simvolikasi elementidir Bagin bir terefine lazim olanda yandirilmasi ucun yigilmis quru budaqlar cali ve odun ise alisiq adlandirilir Bag movsumunde Nugedi Rustov Cici Sebetler kimi meyveciliyin boyuk rol oynadigi kendlerin ehalisi muveqqeti olaraq baga kocmek ucun evler qazma ev tikerdiler Aricilar ise tekne petekleri evlerin etrafinda heyetyani bagda yerlesdirirler Seki baglarinin bir terefinde das ve ya kerpic vasitesile six tikilmis bag erazisine texminen bir az yuxaridan baxan bir platforma insa edilir Seki baglarinin bu elementi Abseronda seki ni ve Orta Asiya baglarinda sufu nu xatirladir Ev ve bag arasinda elaqe yaradan bele bir terras XVIII esrin sonu XIX esrin evvellerine aid Azerbaycan seher heyetyani memarliginin xarakterik xususiyyetidir Seki baglarinin sahesi on ve teserrufat hisselerine bolunurdu On hissede adeten uzguculuk hovuzu ve guller yerlesirdi Bag sahesinin bolunmesinin esas elementlerinden biri yasilliq ve agaclar idi Bundan elave bag sahesini das ve ya kerpicle ortulmus kicik yollar kesirdi Yollar bagin erazisini ayri ayri yasilliq sahelerine ayirir ve yasayis sahesini giris qapisi ve diger malikane binalari ile birlesdirirdi Agac novlerinin secilmesinde isti yay gunlerinde dincelmeyin rahat olmasi ucun kunclerin teyin edilmesi rol oynayir SimvolizmiSah Ismayil Xetainin azerbaycan dilinde divani solda ve Mehemmed Fuzulinin Leyli ve Mecnun eserine cekilmis illustrasiyalar Muvafiq olaraq Sefevi solda ve Osmanli miniaturleri Azerbaycanin bag ve parklari oz dovrunun muxtelif bezen bir birine zidd olan menevi etik ve estetik anlayislarini insanin etraf muhite munasibetini tecessum etdirirdi Qedim dovrlerde Serqin basqa olkelerinde oldugu kimi Azerbaycanda da bag cennet semavi seadet yeri butperest tanrilarin ve ruhlarin meskeni derin daxili dusuncelerin yeri Islam dunyagorusunde tebietin ve insan varliginin simvolik obrazi qizmar yay gunesinden daimi qorunma yeri idi Orta esrler Azerbaycan baglari ve parklari xanlarin qudretinin ve hududsuz iradesinin terennumunun parlaq numunesi idi Avropa meylleri temsili bag anlayisini tebietin ezemeti qarsisinda romantik zovq obyekti tarixi mezmun efsaneler ve miflerle dolu bir mekan anlayisini getirdi Mehemmed Fuzulinin Leyli ve Mecnun mesnevisinde gul bagcasina muxtelif xususiyyetleri ile yer verilmisdir Fuzuli gul bagcasini heqiqi menasina yaxin bir sekilde istifade etdiyi zaman bagcadaki diger ciceklere lale kimi ve xos qoxusuna isare etmisdir Can kelam kimi anlayislar gul bagcasi ucun tesbeh kimi istifade edilmis gulun vaxtinda psixoloji narahatliqlarin artmasi inancina istinad getirerek gul bagcasini gulzar i cunun olaraq tesvir etmisdir Fuzuliye gore asiq butun bedeni ile bezen esq yarasi ile dolu olan vucudu ile bir gul bagcasidir Bundan basqa gul bagcasi gul xelveti adlandirilan isret ve eylence meclislerinin kecirildiyi bir yerdir Azerbaycan xalcalarinin dizaynlari muxtelifliyinden ve novlerinden asili olmayaraq cox vaxt hendesi ornamentler cicekler ve heyvanlarla dolu mukemmel baglarin tesvirlerini ehtiva edir Azerbaycan mugami ise sevgi ve hesret movzusunda oxunur ve bulbul asiq kisi ve gulu sevilen qadin tesvir edir Bu iki Azerbaycan senetinin xalcaciliq ve mugam birliyi sosial ve medeni kodlarin tefsiri ucun ehtiyac yaradir Xalcalar qadinlar terefinden toxunur mugam ise daha cox kisiler terefinden ifa edilir Belelikle qadin toxucu ve kisi xanende muvafiq olaraq gul ve bulbul ile uygunlasdirila biler Xalcadaki Cennet baginin tesvirinde ortada gulun istifade edilmesi qadini simvolize edir Yaxsi kisi xanendeler ise bulbul adlandirilir Medeniyyetde yeriEkincilik bagciliq ve kend teserrufati bagli azerbaycanizmler baximindan lezgi dili butun diger Dagistan dilleri ile muqayisede daha zengindir Bele ki Azerbaycan dilinden lezgi dilinin terkibine daxil olmus alca bostanci yemis kal meyve tum uzum xirman yariq saftali sozleri avar dargin ve lak dillerinde yoxdur Inanc ve revayetler Agacin uzerinde qoc buynuzu Azerbaycanlilarin mifoloji inanclarina gore bag bostanin qurddan qorunulmasi ucun agaca qurd kellesi asilar Heyva agaci da bagcani pis nezerden qoruyar Cesmelerden bereket getirdiyine inanildigi ucun eve getirilen daslar ise bir il sonra bagcaya atilir Diger bir adete gore bir qiza elci dusmezden evvel o qizin ailesinin bagcasindan bir das goturulub oglangilin evlerinin bagcasinda bir hefte ve ya 10 gun gozledilermis Bu muddet erzinde oglan terefine hec bir ziyan gelmese qiza elci dusulermis Azerbaycan inanclarina gore baga girende bag eyesine ruh iye salam verilmeli bagdan cixanda ise onunla sagollasilmalidir Bagdan bir seyin goturende icaze alinmalidir Baglarda yasayan diger varliqlar perilerdir Inanilir ki yemek axtaran agac kisiler agac ruhu gecenin qaranliginda bagcalara ve baglara bas cekir insanlar terefinden atilan paltarlari geyirler Ser ruh Corun formalarindan biri olan Qara Cor ise bag bagcani en cox uzumu qirir Adam Olearinin verdiyi melumata gore Qubada movcud olan bir adet bagciligin inkisafina sebeb olmusdur Bu adete gore ailenin her qizi evlenene qeder 100 agac ekmeli idi Evlenenden sonra bu agaclar qizin cehizi olurdu Danisilan revayetlere gore hansi ki tarixi qaynaqlar ve biliklerle tamamlanir Qarabag xaninin qizi Agabeyim aga Feteli sah Qacarla evlendikden sonra oz veteni ucun darixir ve erinden onun ucun bir bag saldirmasini isteyir Bunun ucun Qarabagdan bagbanlar getirilir Susadan torpaq ve her cur ot cicek kol ve agac hemcinin materiallar getirilir Agabeyim aganin isteyi ile bu bag Veten bagi adlandirilir O bagda gezdikce ozunu Susa daglarinda vadilerinde hiss edib xosbext olur Ancaq bagbanlar ne qeder calissalar da Xaribulbulun Veten baginda yetismediyini gordukde Agabeyim aga bagi huznle gezmis ve ona aid edilen bu seiri yazmisdir Veten bagi al elvandir Yox icinde Xaribulbul Neden her yerin elvandir Koksun alti sari bulbul Xalq teqvimine gore bag islerinin vaxti Qubada bagcaNovruz bayrami Baharin gelmesi munasibetile her bir aile uzvunun adina agac ekilir gul cicek yetisdirilir meyve bagi salinir Cucerti ve ya cemen ayi Yazin bir dovrudur Aranda qalanlar oz islerini basa catdirar baglari becerib qurtarardilar Qizil payiz Bolluq dovrudur Nisanli oglanlar qizlar ucun meyve xoncalari aparirlar Buna xalq arasinda novbarliq bagbasi deyilir Xezan dovru Payiz feslinde bag bagcanin saralib soldugu dovre deyilir Xalq arasinda xezan kuleyi adlandirilan sazaqli kulek sari yarpaqlari agaclardan qoparir agaclar ucun xezel movsumu baslayir Bu dovr Yarpaqtoken vaxt da adlandirilir Bagbanlar sexalenen agaclarin agzini bir yere yigir yararsiz quru budaqlari kesirler Boyuk Cille Bag bagatin bostanin suvarildigi vaxtdir Istifade edilen su cille suyu adlanir ziyanvericileri qirir torpagin soranlasmasinin agaclarin vaxtindan tez ciceklenmesinin qarsisini alir Baglara verilen su gece donur agaclarin oyanmasi gecikir Bu agaclarin bol behre vermesine tesir edir Hesen bey Zerdabi tecrube ile sinanmis xalq zerbi meselini qeyd edir Boyuk Cillede suvaran cox kicik cillede suvaran ise az mehsul goturer Boz ay Baglara qulluq edilen vaxtdir agaclarin dibi bellenir Teze bag salmaq ucun torpaga stil bu vaxtda basdirilir Incesenet XVIII XIX esrlerde ve XX esrin evvellerinde Azerbaycan xalcalarinda istifade edilen yeni tipli kompozisiyalardan biri de Qarabag xalcaciliq mektebine aid Bagcadaguller idi Bu kompozisiya Susada ortaya cixmis Qarabagin diger merkezlerine de yayilmisdir Ressam Togrul Nerimanbeyov 1965 1966 ci illerde Goycay baglarinda resmini cekmisdir Resm eserinde xalcanin uzerine sallanmis nar agacinin meyveli budaqlari tesvir olunub Kompozisiya saquli oxa uygun olaraq en azad ve qeribe bir sekilde ayri ayri detallari meyveleri cicekleri budaqlari sehengi xalcani ozunde birlesdirir Bagcadaguller xalcasi Qarabag xalcaciliq mektebi Baki baglarinda Ezim Ezimzade Bagcada gorus Samo Abbasov Goycay baglarinda Togrul NerimanbeyovVacib yerlerEsas meqale Azerbaycanda olke ehemiyyetli bag park monumental ve xatire abidelerinin siyahisiBaki xan sarayinin esas girisinin Xan bagi terefden gorunusuAbseron baglari Abseron yarimadasinin simal sahili onu kurort kimi seciyyelendiren iqlim xususiyyetlerine malikdir Bu erazi Baki milyoncularinin da diqqetini cekmis onlar burada baglar salib istirahet etmisdir Gence Xan Sarayi bagi 1727 ci ilde Osmanli hakimiyyeti dovrunde tertib olunmus Gence Qarabag eyaletinin mufessel defterinde Xan bagi haqqinda statistik gostericiler yer alir Bagin sahesinin teqriben 130 hektara yaxin oldugu 479 cinar 404 serv 3554 meyve agacinin olmasi gosterilirdi Baki Xan Sarayi bagi XVIII esr UNESCO irsi Iceriseherde Baki xan sarayi kompleksinin terkibinde olan tarixi bagdir Xan bagi sarayin birinci heyetinde xan ailesine mexsus evin qarsisinda yerlesir Bagda kicik hovuz ovdan ve tendir vardir tarixen ise heyet erazisinde bulaqlar yerlesmisdir Qarabag Xan bagi Ibrahimxelil xana 1763 1797 mexsus olan zorxana burada yerlesirdi Bagda pehlevanlar idmanin sirlerine yiyelenir fiziki formalarini qoruyub saxlamaq ucun mesq ve yarislar kecirirdiler Veten bagi Revayete gore Tehranda Susa bitkileri ve torpagi ile Qarabag xanligindan bagbanlar getirilerek salinmis bagdir Gorkemli Azerbaycanlilar panteonu Tbilisi botanika baginin terkib hissesidir Sovet dovrunde bagin erazisi genislenerken qebiristanliq da onun erazisine daxil edilmisdir Filarmoniya bagi Bakinin ilk baglarindan biridir Tarixen Qubernator bagi adlandirilmisdir Xaqani bagi 1870 ci iller Bagin arxitektura landsaft kompozisiyasinin esasi uc qizin heykelinden teskil edilmis Uc gozel heykeller qrupu ile eyri ciziqli formali hovuzdan ibaretdir Heykeller qrupu adi dasin boyuk parcalari uzerinde oturdulmusdur Klivlend Azerbaycan Medeniyyet bagi Azerbaycana hesr edilmis bagda Ocaq abidesi ve Azerbaycani Odlar yurdu kimi simvolize eden xatire lovhesi vardir FloraNelbeki gul Qarabagda muharibe dovrune qeder bagcalarda yetisdirilen bir gul idi Nelbekiye formaca benzediyi ucun bu adi almisdir Hemcinin baxBag movsumu film 1985 Bext uzuyuIstinadlarKornilovich A O Sochineniya i pisma Moskva Izdatelstvo Akademii nauk SSSR 1957 seh 550 Darieva Tsypylma Modernising the waterfront urban green built environment and social life of the Baku promenade Baku 2015 seh p 65 79 ISBN 0943 7142 2024 04 20 tarixinde Istifade tarixi 2024 04 20 page 70 Gasanova 1996 seh 23 24 Gasanova 1996 seh 24 25 A A Gasanova Sady i parki Azerbajdzhana Pod red prof F M Gusejnova Baku Ishyg 1996 304 s XIX esr XX esrin evvellerinde Azerbaycanda sehersalma ve memarliq Muellif Fetullayev Samil Nesriyyat Serq Qerb Nesr yeri Baki Nesr ili 2013 Gasanova 1996 seh 105 Gasanova 1996 seh 106 Gasanova 1996 seh 107 Gasanova 1996 seh 109 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 168 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 325 Gasanova 1996 seh 25 Gasanova 1996 seh 4 Turan S Akgul A amp Cetin K 2013 FUZULI NIN LEYLA VU MECNUN MESNEVISINDE GUL VE GUL BAHCESI Suleyman Demirel Universitesi Sosyal Bilimler Enstitusu Dergisi GUL OZEL SAYISI 75 94 Retrieved from https dergipark org tr tr pub sbe issue 23167 247447 2023 02 19 at the Wayback Machine Naroditskaya 2005 seh 27 Naroditskaya 2005 seh 49 Dzhidalaev N S Tyurkizmy v dagestanskih yazykah opyt istoriko etimologicheskogo analiza M Nauka 1990 251 s ISBN 5 02 011019 1 seh 75 Beydili 2003 seh 352 Najafov A 2019 Azerbaycan halk inanislari Yayinlanmamis Yuksek Lisans Tezi Necmettin Erbakan Universitesi Sosyal Bilimler Enstitusu Felsefe ve Din Bilimleri Anabilim Dali Konya seh 20 24 Arik Turkan Azerbaycan Turk Kulturunde Ilkbahar Bayrami TURK KULTURU VE HACI BEKTAS VELI ARASTIRMA DERGISI 2018 Esatirler efsane ve revayetler Baki Serq Qerb 2005 anl az Әfәndiјev P azerb russk Azәrbaјҹan shifaһi halg әdәbiјјaty azerb Nauchnyj redaktor A Nabiev azerb russk B Maarif 1992 477 s V B Agach Kishi Mify narodov mira Gl red S A Tokarev M Sovetskaya enciklopediya 1987 T I S 35 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 167 Keskin A 2022 MILLI VE KULTUREL KIMLIK SEMBOLIZMI BAGLAMINDA XARIBULBUL Motif Akademi Halkbilimi Dergisi 15 39 650 676 DOI 10 12981 mahder 1162527 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 424 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 429 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 435 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 437 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 439 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 444 Pasayeva V 2010 AZERBAYCAN HALI SANATI TARIHINE BIR BAKIS Guzel Sanatlar Enstitusu Dergisi 11 sayfa 87 Mammadova 2010 seh 60 Narimanbekov Togrul Farman ogly rus Bolshaya sovetskaya enciklopediya azerb Boyuk Sovet Ensiklopediyasi 1969 1978 16 may 2019 tarixinde apostrophe markup Nureddin Hebibov Cemile Novruzova Izobrazitelnoe iskusstvo Azerbajdzhanskoj SSR Moskva Sovetskij hudozhnik 1978 252 Orijinal metn rus Narimanbekov Togrul Farmanovich Rodilsya v 1930 godu v Baku Zhivopisec teatralnyj hudozhnik monumentalist Narodnyj hudozhnik Azerbajdzhanskoj SSR laureat Gosudarstvennoj premii Azerbajdzhanskoj SSR laureat premii Leninskogo komsomola Azerbajdzhana V 1955 godu okonchil Litovskij gosudarstvennyj hudozhestvennyj institut Uchastnik hudozhestvennyh vystavok s 1952 goda Personalnye vystavki Baku 1961 1965 1975 Moskva 1967 1972 Vilnyus 1972 Volgograd 1973 Praga 1965 Vroclav Varshava Sopot 1973 Lvov 1975 Proizvedeniya zhivopis Spusk s gornyh pastbish 1954 Rybaki Baltiki 1955 Natyurmort Granaty 1957 Zarya nad Kaspiem 1957 Za svetloe budushee 1959 Na Karadagskom promysle 1959 Granaty 1959 Schaste 1961 Portret polskoj devushki 1961 Radost 1963 Staraya chinara 1964 Vo imya zhizni 1965 Portret hudozhnika S Bahlulzade 1965 V sadah Geokchaya 1965 Devichya bashnya 1966 Mugam 1966 Na ejlage 1966 Na polevom stane 1967 Semya hudozhnika E Rzakulieva 1967 Plodorodie 1970 Aleksandr Kamenskiy Romanticheskij montazh Sovetskij hudozhnik 1989 seh 294 Orijinal metn rus Takaya naprimer vesh kak V sadah Geokchaya 1966 ne mozhet byt nazvana ni pejzazhem ni natyurmortom Ved tut net yasno oboznachennoj prostranstvennoj sredy nachisto otsutstvuyut obychnye svyazi i proporcionalnye vzaimootnosheniya elementov prirodno predmetnogo mira Orientirovannaya po vertikalnoj osi kompoziciya samym svobodnym i prichudlivym obrazom spletaet mezhdu soboj otdelnye detali bud to plody cvety vetki kuvshin kovyor i t d Oni ved razmesheny ne v konkretnyh i yavstvennyh zhiznennyh obstoyatelstvah a v oblasti poeticheskogo predstavleniya kotoroe prinimaetsya tkat svoj krasochnyj kovrovyj uzor kak emu ugodno Potomu to masshtaby etih detalej ih raspolozhenie sochetanie cvetovoj stroj i t d kak vo sne ili v vospominanii podchinyayutsya tolko obraznoj logike a ne trezvo prozaicheskim pravilam obydennogo Pravda vnutri takogo bezzakoniya est svoj strogij zakon v rabotah Narimanbekova nikogda ne vstretish haosa dekorativno kompozicionnye principy obladayut v nih svoej chetkoj osnovoj i posledovatelnostyu No oni ochen neobychny Tak v upomyanutoj kartine V sadah Geokchaya net ni pryamoj ni obratnoj perspektivy predmety ukrupneny v centre i umenshayutsya po bokam Podobnogo roda perspektivnuyu sistemu mozhno inogda vstretit v proizvedeniyah hudozhnikov Dalnego Vostoka no vryad li Togrul soznatelno podrazhal im skoree vsego eto nevolnoe sovpadenie priyoma Abseron baglari zamanla bagin simasi nece deyisib az bakuplus az Iyun 27 2022 2022 08 19 tarixinde Istifade tarixi 2024 04 05 Ҝәnҹә Garabag әјalәtinin mufәssәl dәftәri 2021 05 19 at the Wayback Machine latin elif Gence Qarabag eyaletinin mufessel defteri Baki Susa nesriyyati 2000 On soz kiril elif Өn soz hissesi seh 12 az Tairova 2016 seh 231 Salamzade A V Arhitektura Azerbajdana XVI XIX vv Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1964 Babayev T Susada i dman eneneleri Azerbaycan Milli Elmler Akademiyasi Milli Azerbaycan Tarix Muzeyi Baky Elm 2019 S 140 149 Gocha Hundadze Poslednee pristanishe vydayushihsya azerbajdzhancev Gruzii 2016 12 26 at the Wayback Machine Mejdan tv 2016 rus dilinde Gasanova 1996 seh 55 56 Gasanova 1996 seh 304 Mark Tebeau Azerbaijan Cultural Garden Cleveland Historical accessed April 22 2024 https clevelandhistorical org items show 128 2024 04 22 at the Wayback Machine Published Jan 6 2011 Last updated Sep 27 2023 Mammadova 2010 seh 55EdebiyyatA A Gasanova Sady i parki Azerbajdzhana Pod red prof F M Gusejnova Baku Ishyg 1996 304 s Mammadova Arzu SON DONEM KARABAG GARABAG DOKUMALARINDA KULLANILAN MOTIFLER Istanbul 2010 seh 183 Azerbaycan etnoqrafiyasi Uc cildde I cild Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb 2007 Azerbaycan etnoqrafiyasi Uc cildde III cild 2007 Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb Inna Naroditskaya 2005 Azerbaijani Mugham and Carpet Cross Domain Mapping Ethnomusicology Forum 14 1 25 55 DOI 10 1080 17411910500088361 Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk Tairova Ajdan Dvorcovyj kompleks bakinskih hanov Baku Iceri seher tarixde tarix Iceri seherde Elmi praktik konfrans Meqaleler toplusu Elm ve tehsil nesriyyati 2016 Elave edebiyyatMamedov Tofik amp Gyulmamedova Shalala 2016 Perspective decorative plants for creating landscape compositions in Absheron ScienceRise Biological Science 34 40 10 15587 2519 8025 2016 81017 Mammadov T S Gulmammadova Sh A Scientific bases of Azerbaijan landscape architecture Uchenye zapiski Krymskogo federalnogo universiteta imeni V I Vernadskogo Biologiya Himiya 2014 5 66 URL https cyberleninka ru article n scientific bases of azerbaijan landscape architecture 2023 02 19 at the Wayback Machine data obrasheniya 19 02 2023 Tofig Mammadov Shalala Gulmammadova 2019 Role of Floral Plants in Landscape Architecture of Azerbaijan International Journal of Agriculture Innovations and Research Volume 7 Issue 6 ISSN Online 2319 1473