Ailə folkloru— Ailə folkloru, folklorun, ənənəvi mədəniyyətin vahid ailə qrupu daxilində öyrənilməsi və istifadəsi ilə məşğul olan folklor bölməsidir. Buraya ailə üzvləri tərəfindən hazırlanan əl işləri və ya ailə hadisələrini xatırlatmaq üçün qorunub saxlanılan xatirə əşyaları, ailə fotoları, fotoalbomlar, gələcək nəsillər üçün sertifikatlar, məktublar, jurnallar, qeydlər və s. daxildir. Ailə haqqında kəlamlar və real hadisələrdən doğan hekayələr ümumi olaraq, ailə kimliyini qorumaq üçün bir vasitə olaraq təkrarlanır. Ailə adətləri yerinə yetirilir, dəyişdirilir, bəzən isə unudulur, yaxud yenidən yaradılır.
Ailə folkloru regional, etnik, dini və ya müəyyən peşə qrupları daxilində yaranır. 1958-ci ildə tarixçi Modi Boutraytın "ailə dastanı"nı yazıya köçürmək — "sənədləşdirmək" çağırışına, folklorşünaslar öz ailələrində yazıya alınan hekayə və ənənələrə bağlı açıqlamalarla cavab verdilər. 1970-ci illərdə onlar ailə qrupunun müəyyənedici elementi hesab olunmağa başladılar. L. Karen Baldvinin nəşr etdirmədiyi dissertasiyası (1975) ailə folklorunun nəzəri əsaslarını qoydu:"… ailə yalnız bir folklor qrupu deyil, eyni zamanda hər kəsin aid olduğu ilk folklor qrupudur". Ailə folklorunun öyrənilməsi şəcərə, yaxud ailə tarixindən fərqlidir. Bu tədqiqat sahəsi tarixi günlərə, yerlərə və təsdiqlənə biləcək hadisələrə diqqət yetirmək əvəzinə, ailəni fərqli bir sosial qrup olaraq təyin edən misilsiz hekayələri, adətləri və sənətkarlıqları araşdırır. Ailə ənənələri, adətən, bir sıra dəyərləri nəsildən-nəslə çatdırmaq üçün dəyişir. Eyni zamanda, ailə ənənələri ailə tarixini müəyyənləşdirir. 1996-cı ildə amerikalı folklorşünas Barre Tulken yazırdı: "Bu, ailə hekayələrinə, ifadələrinə və fotoşəkillərinə çevrildiyi üçün asanlıqla xatırlanacaq, təkrarlanacaq və xoş təəssürat yaradacaq formalarda təşkil olunur. Onların dramatikliyi və gözəlliyi artır və ailənin keçmişi ehtiyaclarına və istəklərinə görə yenidən formalaşdıqca mövcud olur. … ailə hekayələri, fotoşəkilləri və ənənələri fərdiləşdirilmiş və çox vaxt yaradıcı təcrübə çıxarışlarıdır, zamanla yenidən işlənir, yeni təcrübələr qazanılır.
Ailə folklor ansamblı kimi
Uşaq böyük qruplara xas sosial münasibətlərin mikrokosmosunu özündə cəmləşdirən müəyyən ailə qrupunda doğulur, yaxud övladlığa götürülür: nənə-baba ilə nəvələr arasındakı şaquli münasibətlər, müəyyən bir nəslin, yaxud yaş qrupunun bacı-qardaşları və əmiuşaqları arasında üfüqi münasibətlər, qız qrupları, ya da oğlanlar və ailə ittifaqları. Uşaq bu ailədə böyüyür və keçirdiyi həyat tərzindən asılı olaraq ailə ənənələrini olduğu kimi öyrənir. "Ailə, uşağın ilk xalq qrupudur, eyni zamanda "ilk mühüm sosiallaşma"nın və fərdi estetik seçim nümunələrinin yer aldığı qrupdur". Ailə folklorunun dinamikası uşaqların əlavə edilməsi ilə, xüsusən də hər evlilik, yaxud davam edən münasibətlər vasitəsilə yeni yetkin üzvlərin müntəzəm olaraq ailəyə daxil edilməsi yolu ilə dəyişir. Yeni ailənin qurulması ilə hər iki ailənin adət və ənənələrinin birləşməsi yeni hekayə yaratmaqla, mövcud ailə ənənələrini dəyişdirir və zənginləşdirir.
Transmissiya
Ailə daxilində fərdi hekayələrin və adətlərin ötürülməsi, əsasən, ailə üzvlərinin şəxsiyyətindən, xarakterindən və həyat tərzindən asılıdır. Bir qayda olaraq, heç bir ailə üzvü ailə ənənələrini yaymaqda məsul deyil. Ailə hər doğuşa, ölümə, evlənməyə və digər həyat hadisələrinə cavab olaraq hər dəfə yenidən qurulduqca, fərdi üzvlər ailə ənənələrini özlərinə aid etmək və yerinə yetirmək üçün təşəbbüs göstərirlər. Ailədaxili mənəvi dəyərlər çoxsaylı ailə üzvləri tərəfindən götürülə bilər, məsələn, böyük bacı-qardaşlar ailədə hər hansısa bir ailə reseptini, yaxud ailə ənənəsini qəbul edirlər. Bu tip ötürülmə ilk dəfə Deq və Vazsoninin məqaləsində "çoxtelli ötürülmə" kimi təsvir edilmişdir. Ailə üzvləri ənənələrin bir hissəsinə sahib çıxmaqla, mövcud inanc və dəyərləri qəbul etdiklərini göstərirlər. Ötürülmə ya kişi, ya da qadın xətti ilə baş verir. Qadınlar tərəfindən ötürülmənin geniş sahəsi mətbəx hesab edilir; məlumdur ki, yemək hazırlama texnologiyası tarixən qadınlar tərəfindən həyata keçirilmişdir. Beləliklə, gündəlik yeməkdə ailə folkloru, bir qayda olaraq, anadan qıza ötürülür.
Ailə ənənələri üzvlərin hamısına məlum olsa da, çox zaman ailənin bir üzvü ailədaxili ənənələrə əməl edir. "Son səbət istehsalçısı" öldükdə, yeni bir "son səbət istehsalçısı" olmaq üçün başqa bir üzv bu missiyanı həyata keçirir. Ailə üzvləri həmin şəxsi ailədaxili ənənələrin qoruyucusu kimi tanıdıqları üçün ənənəni icra edən şəxs həyatda olduğu müddətdə ondan başqa heç kim ənənəni yerinə yetirmir. Bu,"ənənəvi hörmət" adlandırılır.
Ailə ənənələri
Toplanan və ötürülən ailə hekayələri seçilmiş ailə inanclarını və dəyərlərini təmsil edirsə, o dəyərləri dəstəkləməyən və ya gücləndirməyən bilik problemli olur. Bu səbəbdən, ayrılan ailə üzvlərinin fotoşəkilləri, vəfasızlıq hekayələri və s. yazılar qeydə alınmır. Bəzən ailədə baş vermiş hadisələr nəticəsində ailə ənənələri itir, yaxud dəyişdirilir. Bu, ənənənin daşıyıcılarından birinin öldüyü zaman aydın olur. Ölən adamdan sonra ailə qaydalarını həyata keçirən olmasa, ənənə itir. Əksər hallarda ənənənin həyata keçirilməsi müvəqqəti olaraq təxirə salına bilər.
Bir qayda olaraq, hər ailə öz ənənələrini nəsildən-nəslə ötürür. Çox zaman ailəyə daxil olan yeni üzvlər ailə təcrübələrini "ənənəvi" hesab etməsələr də, onların əhəmiyyətini mütləq öyrənməlidirlər.
Formalar
1970-ci illərdə ailə folkloru ailə qrupunu müəyyənləşdirən element kimi öyrənilməyə başladı. Bu tədqiqatın bir hissəsi olaraq, Vaşinqton DC-də Smitson Xalq Həyatı Festivalı iştirakçılarının ailə araşdırmalarını toplamaq məqsədilə bir neçə il çadır quruldu. Məqsəd Smitson kolleksiyalarının bir hissəsi olaraq, ailə folkloru arxivini yaratmaq idi. Bu araşdırmalar "Smitson kolleksiyasından nağıllar və ənənələr" kitabında yayımlandı.
Ailə aforizmləri və əhvalatlar
Bir ailə hekayəsi, konkret ailə üzvlərini əhatə edən tarixi bir hadisədən bəhs edir. Əksər hallarda hekayələr lətifə şəklində olur.
Bir ailənin sevgi hekayəsi, çox zaman valideynlərin izdivaca razı olmadıqları, yaxud valideynlərdən birinin başqa seçimi olub, evlilik üçün həmin namizədi məsləhət bilməsi haqqında əhvalatlar ilə başlayır. Digər ailənin hekayəsinə görə, gəlin qayğıkeşliyini və çalışqanlığını nümayiş etdirmək üçün evdə, birinci növbədə, səliqə-sahman yaratmalı idi. Beləliklə, müxtəlif məzmunlu ailə hekayələri zaman keçdikcə, ailə üzvləri üçün lətifəyə çevrilir. Bu lətifələr ortaq ailə tarixini yaradır, onu real şəxsiyyətlər və fərdi xarakterli "tarixi" hadisələrlə zənginləşdirir. Ailə hekayələrini nəql etmək ənənənin bir hissəsidir. Buraya ailə fəaliyyətləri, müəyyən bir yer və ya təyin olunmuş bir hekayəçi daxil ola bilər. Bu cür elementlər povest ənənəsinin bir hissəsi kimi sənədləşdirilməlidir. Məsələn, bir ailədə bayram yeməyindən sonra kişilər iş otağına, qadınlar mətbəxə gedirlər. Qadınlar mətbəxdə ilk növbədə ən yaxşı qabları yuyub yığışdırırlar, ətrafı səliqəyə saldıqdan sonra hamı bir yerə toplaşır. Bu isə ailə hekayələri və zarafatları üçün zəmin yaradır.
Ailə qruplarında geniş yayılmış şifahi biliklərin bir növü də bənzərsiz bir ailə ifadəsi və ya kəlamıdır. Bir atalar sözü hər an yaradıla bilər; hər ailə üzvünün özünəməxsus ifadələri, "kəlamları" olur ki, bu da ailə daxilində geniş istifadə olunur. Bəzən ailənin digər üzvləri də öz fikirlərini ifadə edərkən həmin "kəlam"dan istinad gətirirlər. Bu baxımdan, həmin "kəlamlar" bütün ailə üzvləri üçün fərqli bir mənaya sahib (başqaları üçün heç bir mənası olmayan), eyni zamanda ailənin paylaşılan təcrübəsini və tarixini gücləndirmək üçün şifrə sözünə çevrilir.
Şəkillər, məktublar, jurnallar və digər sənədlər
Ailənin arxiv materialı sənədlər, xəbər kəsikləri, fotoşəkillər, məktublar, qeydlər, jurnallar və qəbzlər daxil olmaqla, bir çox formada ola bilər. Ailə tarixçəsinə əlavə olaraq materiallar ya odda məhv edilənə qədər, ya da ailədə onlara baxmağa marağı və vaxtı olan bir sahib tapana qədər ötürülür. Ən böyük sənəd kolleksiyası çəkməcədə saxlanılan və ya albomlarda düzülmüş fotoşəkillərdir. Hər fotoşəkil fərqli bir məqamı sənədləşdirir; bununla birlikdə, ailənin əyani bir tarixçəsini yaradır. Bu fotoşəkillər ailə həyatının müəyyən bir anını əks etdirib, doğum, toy və ya dəfn kimi hadisələri xatırlamaq üçün istifadə olunur. Xalçalarda və ya uşaq hovuzunda çılpaq körpə şəkillərinə, məktəbin ilk günü və ya ad günü məclisində bir körpənin ətrafında toplanan nəsillərin portretlərinə bir çox ailə albomunda rast gəlinir. Ailədaxili əhvalatların nəql olunma ənənəsi kimi, fotoqraflığın da bəlli səbəbləri bir ailə ənənəsinə çevrilməkdir. Eyni fotoşəkillər ilbəil çəkilir; böyüyən və dəyişən bir ailənin həyatındakı anlar (ad günləri, digər əlamətdar hadisələr) şəkil vasitəsilə əbədiləşdirilir.
XXI əsrdə kameraların və sosial medianın hər yerdə olması ailə fotoşəkilləri və fotoalbomlar ənənəsini kəskin şəkildə dəyişdirdi. Hazırda video qeydlər və videokonfranslar ailələrin gündəlik həyat tərzinin əsasını təşkil edir. Slayd şou təqdimatları və video sənədli filmlər adi hala çevrilmişdir.
Bəzi ailələrdə ailə üzvləri tərəfindən yazılmış məktub və digər sənədlər toplusu olur. Bu sənədlər doğum şəhadətnaməsi, orta məktəbi bitirmə haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, diplomlar, sertifikatlar və s. ola bilər.
Fotoşəkillər, məktublar və gündəliklərdə olduğu kimi, bir ailə üzvünün həyatındakı xüsusi məqamları sənədləşdirir. Bu sənədlər qorunub saxlanıldıqdan sonra onların qiymətləndirilməsi gələcək nəsillərin payına düşür. Elektron mesajlaşmanın tətbiqi artıq kağız sənədlərin aradan çıxarılması üçün zəmin yaratmışdır. Elektron poçtlar nadir hallarda çap olunur. Müasir dövrdə ailə tarixinin və ənənəsinin kağız sənədlərlə bağlı formaları özləri tarixə çevrilir. Fərdi rəqəmsal medianın (lentdən maqnit disklərə, optik disklərdən fləş yaddaşlara) sürətli təkamülü, son nəsil rəqəmsal sənədlərin bir çoxunun artıq mövcud olmaması deməkdir, çünki onlara giriş texnologiyası artıq mövcud deyil.
Ailənin varisi
Mülkiyyət — maddi mədəniyyət obyektləridir. Ancaq ailə folkloru bu tipli obyektlərlə deyil, yalnız ailə üzvlərinin əl işləri və nəsildən-nəslə ötürülən xatirə əşyaları ilə zəngindir. Xatirə əşyaları hekayələr və xatirələrlə bağlı olan əşyalardır. Əksər hallarda ailə hekayələri və xatirələri ilə zəngin olan hər hansı bir maddi əşya ailənin mirası olur. Bu əşya ailə üzvləri üçün elə mənəvi dəyərə malik olur ki, istənilən miqdarda pul onun yanında dəyərsiz hesab edilir, lakin istənilən maddi əşya, onunla bağlı əhvalat və xatirələr yaşadıqca qiymətlidir, xatirələr unudulduqda bu maddi nümunə özü də mənasını itirə bilər. Əl işləri ailə üzvləri tərəfindən "evdə hazırlanan" əşyalardır. Bu sənətkarlıq bacarıqları ailədə nəsildən-nəslə ötürülə bilər. Bunlara dulusçuluq, ağac emalı, toxuculuq və s. daxildir. Sənətlər həm funksional, həm də dekorativ ola bilər. Vaxt keçdikcə bu sənətkarlıq ailədə daha da inkişaf etdirilir. Bu baxımdan ailə sənətkarlığı misilsiz əhəmiyyətə malikdir. "Ailə üzvlərinin yaratdıqları, istifadə etdikləri və ya nümayiş etdirdikləri əsərlər ailə həyatının məsuliyyət və tələblərini yerinə yetirmək üçün görünməz bir zəmin ola bilər. Alternativ olaraq, bunlar ailə ənənələri varislərinin dəyərləri və gözləntilərinin müfəssəl ifadələridir".
Təşkilati dəstək
Smitson Xalq Həyatı və Mədəni İrs Mərkəzi
Smithson Xalq Festivalı hər il Vaşinqtonda yerləşən Milli Molda müxtəlif etnik, regional və peşəkar qrupların sənətkarlıq və adətlərini nümayiş etdirmək üçün keçirilir. Sərginin keçirilməsində əsas məqsəd maddi mədəniyyət nümunələrini nümayiş etdirməklə yanaşı, qeyri-maddi mədəni irs nümunələrini də təbliğ etməkdən ibarətdir. "American Social Dance" (1993), "Mississippi Delta" (1997), "Asia-Pacific Pacific: Local Lives, Global Connections" (2010) və s. festival sərgiləri keçirilmişdir. "Amerikalıları və onların ənənələrini qanuniləşdirmək və tərifləmək" festivalın ən başlıca məqsədidir.
Festival iştirakçılarının ailə əhvalatlarını dinləmək və qeyd etmək və sistemləşdirmək üçün hazır diktofondan istifadə olunurdu. Ziyarətçilər sərgilərdə nümayiş olunan nümunələri görməklə yanaşı, ailə ənənələrinə məxsus hekayələrinin bəzi hissələrini öyrənə və qeyd edə bilirdilər. Çadır festivalda nümayiş olunduğu dörd il ərzində tədricən əşyalar, xatirə əşyaları və fotoşəkillərlə zənginləşmişdir. toplanan reportajlara əsasən, hekayələr və adətlər Smithson Festivalının bir hissəsi olaraq ailə folkloru arxivini yaratmaq üçün istifadə edilmişdir. Bu nümunələr daha sonra "Amerika ailəsi folkloru: Smitson kolleksiyasından əhvalatlar və ənənələr" adlı kitabında nəşr olundu. Bu fəaliyyət hazırda "Smithson Folklor və Mədəni İrs Mərkəzi" və Konqres Kitabxanasının "Amerika Folklor Mərkəzi" tərəfindən davam etdirilir. ABŞ-da bir çox regional festivallar təşkil edilmişdir: "Şimal-Qərb Xalq Festivalı", "Yeni İngiltərə Xalq Festivalı" və "Filadelfiya Xalq Festivalı" və s. Bu festivallar regional, etnik və peşəkar folklor qruplarının ənənələrini nümayiş etdirmək məqsədilə beynəlxalq ictimai folklor qurumları tərəfindən dəstəklənir.
Folklor Cəmiyyəti
Folklor Cəmiyyəti (FLS)Londonda yerləşir. Xalq nağılları, ənənəvi mahnı və rəqslər, xalq oyunları və s. özündə ehtiva edən folklor cəmiyyətidir.
Cəmiyyət "Folklor" jurnalını nəşr etdirir. 1878-ci ildə "Folk-Lore Record" olaraq nəşr olunan ilk ingilisdilli folklor jurnallarından biridir. Jurnalda xalq dininə və inanclara, sənət və sənətkarlığa dair etnoqrafik və analitik oçerklər, müxtəlif əlaqəli fənlər üzrə təhlil və müzakirələr verilmişdir.
Şifahi nitq tarixi və ənənəvi layihələr
Şifahi nitq tarixi və şifahi ənənə ilk dəfə 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində mədəni-tarixi tədqiqatların qanuni formaları kimi tanınmışdır. Stads Terkel 1985-ci ildə "Uğurlu müharibə: İkinci Dünya Müharibəsinin tarixi" kitabına görə "Pulitzer Mükafatı"na, Aleks Hale isə 1977-ci ildə "Köklər: Amerika ailəsinin dastanı" kitabına görə "Xüsusi Pulitzer Mükafatı"na layiq görülmüşdür. Bu mükafatlar ənənələrin tarixi və mədəni tədqiqatlar üçün etibarlı vasitə kimi əhəmiyyətini təsdiqlədi. Beləliklə, bir neçə təşkilat tərəfindən söyləyicilərin müsahibələrindən istifadə əsasında tarixi və folklor tədqiqatlarının araşdırılmasına başlanıldı. Ən məşhur təşkilatlardan biri, 2003-cü ildə WPA Federal Yazı Layihəsi əsasında yaradılan "StoryCorps" hesab edilir. Əsas missiyası "bütün köklü və inanclı amerikalıların ailə əhvalatlarını qeyd etmək, qorumaq və paylaşmaq"dan ibarətdir. "StoryCorps" xüsusi layihələr həyata keçirmək, müxtəlif müsahibələr əsasında ailə əhvalatlarını yazıya almaq, sistemləşdirmək və araşdırmaq məqsədilə sadə xalq nümayəndələrinə müraciət edir. İki nəfərlə görüşmək üçün yeganə tələb iştirakçıların "bir-birinə eyni ailənin üzvləri kimi qayğı göstərməsi"dir. Sonda iştirakçılara müsahibənin stenoqramı verilir ki, ailə arxivlərinə əlavə edə bilsinlər.
İstinadlar
- Yocum, Margaret R. (1997). Green, Thomas (ed.). "Folklore: an encyclopedia of beliefs, customs, tales, music, and art. Family Folklore". Choice Reviews Online: 279. doi:10.5860/choice.48–5449. ISSN 0009–4978
- Mody C. Boatright (1958). "The Family Saga as a Form of Folklore". In The Family Saga and Other Phases of American Folklore, eds. Mody C. Boatright, Robert B. Downs, and John T. Flanagan. Urbana / University of Illinois Press
- Kim S. Garrett (1961), "Family Stories and Sayings", pp 273–281. In Publications of the Texas Folklore Society, Vol. XXX
- Polly Stewart (2008), "Karen Baldwin (1943–2007)", pp. 485–486. In Journal of American Folklore, Vol. 121, Fall 2008
- L. Karen Baldwin (1975). Down on Bugger Run: Family Group and the Social Base of Folklore. University of Pennsylvania / Unpublished Dissertation
- Zeitlin et al. 1982, p. 2.
- Toelken, Barre. (1996). Dynamics of Folklore. Utah State University Press. pp. 196–197. . OCLC 746578235
- Sims, Martha C., Martine Stephens (2005). Living Folklore, p. 31. Utah / Utah State University Press.
- Linda Dégh and Andrew Vázsonyi (1975). "Hypothesis of Multi-Conduit Transmission in Folklore", pp. 207–255. In Folklore. Performance and Communication, ed. Dan Ben-Amos. Den Haag, Paris
- From 1974–1978
- For further examples including traditional heroes, rogues, survivors, migrants and more, see Zeitlin et al. 1982, pp. 10–125
- Zeitlin et al. 1982, p. 95
- Told by the Riedel family from Freiburg, Germany. Recorded October 2014
- Zeitlin et al. 1982, p. 146 ff.
- Zeitlin et al. 1982, p. 184 ff.
- Zeitlin et al. 1982, p. 203.
- Zeitlin et al. 1982, p. 201.
- "Family Folklore". Encyclopedia.com. Archived from the original on 2014–08–27. Retrieved 2019–08–01
- "Archived copy". Archived from the original on 2014–10–14. Retrieved 2014–11–04.
- "Complete list of programs by year". Archived from the original on 2014–07–08. Retrieved 2014–11–05.
- Zeitlin et al. 1982, p. 272
- "Archived copy". Archived from the original on 2013–11–15. Retrieved 2014–11–04
- "Home". The Folklore Society. Retrieved 2019–08–01.
- "Home". The Folklore Society. Retrieved 2019–06–06
- "Folklore". Taylor & Francis. Retrieved 2019–08–01
- "Folklore". www.tandfonline.com. Retrieved 2019–06–06
- "oral history". TheFreeDictionary.com. Archived from the original on 2014–07–14. Retrieved 2019–08–01
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aile folkloru Aile folkloru folklorun enenevi medeniyyetin vahid aile qrupu daxilinde oyrenilmesi ve istifadesi ile mesgul olan folklor bolmesidir Buraya aile uzvleri terefinden hazirlanan el isleri ve ya aile hadiselerini xatirlatmaq ucun qorunub saxlanilan xatire esyalari aile fotolari fotoalbomlar gelecek nesiller ucun sertifikatlar mektublar jurnallar qeydler ve s daxildir Aile haqqinda kelamlar ve real hadiselerden dogan hekayeler umumi olaraq aile kimliyini qorumaq ucun bir vasite olaraq tekrarlanir Aile adetleri yerine yetirilir deyisdirilir bezen ise unudulur yaxud yeniden yaradilir Aile folkloru regional etnik dini ve ya mueyyen pese qruplari daxilinde yaranir 1958 ci ilde tarixci Modi Boutraytin aile dastani ni yaziya kocurmek senedlesdirmek cagirisina folklorsunaslar oz ailelerinde yaziya alinan hekaye ve enenelere bagli aciqlamalarla cavab verdiler 1970 ci illerde onlar aile qrupunun mueyyenedici elementi hesab olunmaga basladilar L Karen Baldvinin nesr etdirmediyi dissertasiyasi 1975 aile folklorunun nezeri esaslarini qoydu aile yalniz bir folklor qrupu deyil eyni zamanda her kesin aid oldugu ilk folklor qrupudur Aile folklorunun oyrenilmesi secere yaxud aile tarixinden ferqlidir Bu tedqiqat sahesi tarixi gunlere yerlere ve tesdiqlene bilecek hadiselere diqqet yetirmek evezine aileni ferqli bir sosial qrup olaraq teyin eden misilsiz hekayeleri adetleri ve senetkarliqlari arasdirir Aile eneneleri adeten bir sira deyerleri nesilden nesle catdirmaq ucun deyisir Eyni zamanda aile eneneleri aile tarixini mueyyenlesdirir 1996 ci ilde amerikali folklorsunas Barre Tulken yazirdi Bu aile hekayelerine ifadelerine ve fotosekillerine cevrildiyi ucun asanliqla xatirlanacaq tekrarlanacaq ve xos teessurat yaradacaq formalarda teskil olunur Onlarin dramatikliyi ve gozelliyi artir ve ailenin kecmisi ehtiyaclarina ve isteklerine gore yeniden formalasdiqca movcud olur aile hekayeleri fotosekilleri ve eneneleri ferdilesdirilmis ve cox vaxt yaradici tecrube cixarislaridir zamanla yeniden islenir yeni tecrubeler qazanilir Aile folklor ansambli kimiUsaq boyuk qruplara xas sosial munasibetlerin mikrokosmosunu ozunde cemlesdiren mueyyen aile qrupunda dogulur yaxud ovladliga goturulur nene baba ile neveler arasindaki saquli munasibetler mueyyen bir neslin yaxud yas qrupunun baci qardaslari ve emiusaqlari arasinda ufuqi munasibetler qiz qruplari ya da oglanlar ve aile ittifaqlari Usaq bu ailede boyuyur ve kecirdiyi heyat terzinden asili olaraq aile enenelerini oldugu kimi oyrenir Aile usagin ilk xalq qrupudur eyni zamanda ilk muhum sosiallasma nin ve ferdi estetik secim numunelerinin yer aldigi qrupdur Aile folklorunun dinamikasi usaqlarin elave edilmesi ile xususen de her evlilik yaxud davam eden munasibetler vasitesile yeni yetkin uzvlerin muntezem olaraq aileye daxil edilmesi yolu ile deyisir Yeni ailenin qurulmasi ile her iki ailenin adet ve enenelerinin birlesmesi yeni hekaye yaratmaqla movcud aile enenelerini deyisdirir ve zenginlesdirir TransmissiyaAile daxilinde ferdi hekayelerin ve adetlerin oturulmesi esasen aile uzvlerinin sexsiyyetinden xarakterinden ve heyat terzinden asilidir Bir qayda olaraq hec bir aile uzvu aile enenelerini yaymaqda mesul deyil Aile her dogusa olume evlenmeye ve diger heyat hadiselerine cavab olaraq her defe yeniden qurulduqca ferdi uzvler aile enenelerini ozlerine aid etmek ve yerine yetirmek ucun tesebbus gosterirler Ailedaxili menevi deyerler coxsayli aile uzvleri terefinden goturule biler meselen boyuk baci qardaslar ailede her hansisa bir aile reseptini yaxud aile enenesini qebul edirler Bu tip oturulme ilk defe Deq ve Vazsoninin meqalesinde coxtelli oturulme kimi tesvir edilmisdir Aile uzvleri enenelerin bir hissesine sahib cixmaqla movcud inanc ve deyerleri qebul etdiklerini gosterirler Oturulme ya kisi ya da qadin xetti ile bas verir Qadinlar terefinden oturulmenin genis sahesi metbex hesab edilir melumdur ki yemek hazirlama texnologiyasi tarixen qadinlar terefinden heyata kecirilmisdir Belelikle gundelik yemekde aile folkloru bir qayda olaraq anadan qiza oturulur Aile eneneleri uzvlerin hamisina melum olsa da cox zaman ailenin bir uzvu ailedaxili enenelere emel edir Son sebet istehsalcisi oldukde yeni bir son sebet istehsalcisi olmaq ucun basqa bir uzv bu missiyani heyata kecirir Aile uzvleri hemin sexsi ailedaxili enenelerin qoruyucusu kimi tanidiqlari ucun eneneni icra eden sexs heyatda oldugu muddetde ondan basqa hec kim eneneni yerine yetirmir Bu enenevi hormet adlandirilir Aile eneneleriToplanan ve oturulen aile hekayeleri secilmis aile inanclarini ve deyerlerini temsil edirse o deyerleri desteklemeyen ve ya guclendirmeyen bilik problemli olur Bu sebebden ayrilan aile uzvlerinin fotosekilleri vefasizliq hekayeleri ve s yazilar qeyde alinmir Bezen ailede bas vermis hadiseler neticesinde aile eneneleri itir yaxud deyisdirilir Bu enenenin dasiyicilarindan birinin olduyu zaman aydin olur Olen adamdan sonra aile qaydalarini heyata keciren olmasa enene itir Ekser hallarda enenenin heyata kecirilmesi muveqqeti olaraq texire salina biler Bir qayda olaraq her aile oz enenelerini nesilden nesle oturur Cox zaman aileye daxil olan yeni uzvler aile tecrubelerini enenevi hesab etmeseler de onlarin ehemiyyetini mutleq oyrenmelidirler Formalar1970 ci illerde aile folkloru aile qrupunu mueyyenlesdiren element kimi oyrenilmeye basladi Bu tedqiqatin bir hissesi olaraq Vasinqton DC de Smitson Xalq Heyati Festivali istirakcilarinin aile arasdirmalarini toplamaq meqsedile bir nece il cadir quruldu Meqsed Smitson kolleksiyalarinin bir hissesi olaraq aile folkloru arxivini yaratmaq idi Bu arasdirmalar Smitson kolleksiyasindan nagillar ve eneneler kitabinda yayimlandi Aile aforizmleri ve ehvalatlarBir aile hekayesi konkret aile uzvlerini ehate eden tarixi bir hadiseden behs edir Ekser hallarda hekayeler letife seklinde olur Bir ailenin sevgi hekayesi cox zaman valideynlerin izdivaca razi olmadiqlari yaxud valideynlerden birinin basqa secimi olub evlilik ucun hemin namizedi meslehet bilmesi haqqinda ehvalatlar ile baslayir Diger ailenin hekayesine gore gelin qaygikesliyini ve calisqanligini numayis etdirmek ucun evde birinci novbede seliqe sahman yaratmali idi Belelikle muxtelif mezmunlu aile hekayeleri zaman kecdikce aile uzvleri ucun letifeye cevrilir Bu letifeler ortaq aile tarixini yaradir onu real sexsiyyetler ve ferdi xarakterli tarixi hadiselerle zenginlesdirir Aile hekayelerini neql etmek enenenin bir hissesidir Buraya aile fealiyyetleri mueyyen bir yer ve ya teyin olunmus bir hekayeci daxil ola biler Bu cur elementler povest enenesinin bir hissesi kimi senedlesdirilmelidir Meselen bir ailede bayram yemeyinden sonra kisiler is otagina qadinlar metbexe gedirler Qadinlar metbexde ilk novbede en yaxsi qablari yuyub yigisdirirlar etrafi seliqeye saldiqdan sonra hami bir yere toplasir Bu ise aile hekayeleri ve zarafatlari ucun zemin yaradir Aile qruplarinda genis yayilmis sifahi biliklerin bir novu de benzersiz bir aile ifadesi ve ya kelamidir Bir atalar sozu her an yaradila biler her aile uzvunun ozunemexsus ifadeleri kelamlari olur ki bu da aile daxilinde genis istifade olunur Bezen ailenin diger uzvleri de oz fikirlerini ifade ederken hemin kelam dan istinad getirirler Bu baximdan hemin kelamlar butun aile uzvleri ucun ferqli bir menaya sahib basqalari ucun hec bir menasi olmayan eyni zamanda ailenin paylasilan tecrubesini ve tarixini guclendirmek ucun sifre sozune cevrilir Sekiller mektublar jurnallar ve diger senedlerAilenin arxiv materiali senedler xeber kesikleri fotosekiller mektublar qeydler jurnallar ve qebzler daxil olmaqla bir cox formada ola biler Aile tarixcesine elave olaraq materiallar ya odda mehv edilene qeder ya da ailede onlara baxmaga maragi ve vaxti olan bir sahib tapana qeder oturulur En boyuk sened kolleksiyasi cekmecede saxlanilan ve ya albomlarda duzulmus fotosekillerdir Her fotosekil ferqli bir meqami senedlesdirir bununla birlikde ailenin eyani bir tarixcesini yaradir Bu fotosekiller aile heyatinin mueyyen bir anini eks etdirib dogum toy ve ya defn kimi hadiseleri xatirlamaq ucun istifade olunur Xalcalarda ve ya usaq hovuzunda cilpaq korpe sekillerine mektebin ilk gunu ve ya ad gunu meclisinde bir korpenin etrafinda toplanan nesillerin portretlerine bir cox aile albomunda rast gelinir Ailedaxili ehvalatlarin neql olunma enenesi kimi fotoqrafligin da belli sebebleri bir aile enenesine cevrilmekdir Eyni fotosekiller ilbeil cekilir boyuyen ve deyisen bir ailenin heyatindaki anlar ad gunleri diger elametdar hadiseler sekil vasitesile ebedilesdirilir XXI esrde kameralarin ve sosial medianin her yerde olmasi aile fotosekilleri ve fotoalbomlar enenesini keskin sekilde deyisdirdi Hazirda video qeydler ve videokonfranslar ailelerin gundelik heyat terzinin esasini teskil edir Slayd sou teqdimatlari ve video senedli filmler adi hala cevrilmisdir Bezi ailelerde aile uzvleri terefinden yazilmis mektub ve diger senedler toplusu olur Bu senedler dogum sehadetnamesi orta mektebi bitirme haqqinda sehadetname nikah haqqinda sehadetname diplomlar sertifikatlar ve s ola biler Fotosekiller mektublar ve gundeliklerde oldugu kimi bir aile uzvunun heyatindaki xususi meqamlari senedlesdirir Bu senedler qorunub saxlanildiqdan sonra onlarin qiymetlendirilmesi gelecek nesillerin payina dusur Elektron mesajlasmanin tetbiqi artiq kagiz senedlerin aradan cixarilmasi ucun zemin yaratmisdir Elektron poctlar nadir hallarda cap olunur Muasir dovrde aile tarixinin ve enenesinin kagiz senedlerle bagli formalari ozleri tarixe cevrilir Ferdi reqemsal medianin lentden maqnit disklere optik disklerden fles yaddaslara suretli tekamulu son nesil reqemsal senedlerin bir coxunun artiq movcud olmamasi demekdir cunki onlara giris texnologiyasi artiq movcud deyil Ailenin varisiMulkiyyet maddi medeniyyet obyektleridir Ancaq aile folkloru bu tipli obyektlerle deyil yalniz aile uzvlerinin el isleri ve nesilden nesle oturulen xatire esyalari ile zengindir Xatire esyalari hekayeler ve xatirelerle bagli olan esyalardir Ekser hallarda aile hekayeleri ve xatireleri ile zengin olan her hansi bir maddi esya ailenin mirasi olur Bu esya aile uzvleri ucun ele menevi deyere malik olur ki istenilen miqdarda pul onun yaninda deyersiz hesab edilir lakin istenilen maddi esya onunla bagli ehvalat ve xatireler yasadiqca qiymetlidir xatireler unudulduqda bu maddi numune ozu de menasini itire biler El isleri aile uzvleri terefinden evde hazirlanan esyalardir Bu senetkarliq bacariqlari ailede nesilden nesle oturule biler Bunlara dulusculuq agac emali toxuculuq ve s daxildir Senetler hem funksional hem de dekorativ ola biler Vaxt kecdikce bu senetkarliq ailede daha da inkisaf etdirilir Bu baximdan aile senetkarligi misilsiz ehemiyyete malikdir Aile uzvlerinin yaratdiqlari istifade etdikleri ve ya numayis etdirdikleri eserler aile heyatinin mesuliyyet ve teleblerini yerine yetirmek ucun gorunmez bir zemin ola biler Alternativ olaraq bunlar aile eneneleri varislerinin deyerleri ve gozlentilerinin mufessel ifadeleridir Teskilati destekSmitson Xalq Heyati ve Medeni Irs Merkezi Smithson Xalq Festivali her il Vasinqtonda yerlesen Milli Molda muxtelif etnik regional ve pesekar qruplarin senetkarliq ve adetlerini numayis etdirmek ucun kecirilir Serginin kecirilmesinde esas meqsed maddi medeniyyet numunelerini numayis etdirmekle yanasi qeyri maddi medeni irs numunelerini de teblig etmekden ibaretdir American Social Dance 1993 Mississippi Delta 1997 Asia Pacific Pacific Local Lives Global Connections 2010 ve s festival sergileri kecirilmisdir Amerikalilari ve onlarin enenelerini qanunilesdirmek ve teriflemek festivalin en baslica meqsedidir Festival istirakcilarinin aile ehvalatlarini dinlemek ve qeyd etmek ve sistemlesdirmek ucun hazir diktofondan istifade olunurdu Ziyaretciler sergilerde numayis olunan numuneleri gormekle yanasi aile enenelerine mexsus hekayelerinin bezi hisselerini oyrene ve qeyd ede bilirdiler Cadir festivalda numayis olundugu dord il erzinde tedricen esyalar xatire esyalari ve fotosekillerle zenginlesmisdir toplanan reportajlara esasen hekayeler ve adetler Smithson Festivalinin bir hissesi olaraq aile folkloru arxivini yaratmaq ucun istifade edilmisdir Bu numuneler daha sonra Amerika ailesi folkloru Smitson kolleksiyasindan ehvalatlar ve eneneler adli kitabinda nesr olundu Bu fealiyyet hazirda Smithson Folklor ve Medeni Irs Merkezi ve Konqres Kitabxanasinin Amerika Folklor Merkezi terefinden davam etdirilir ABS da bir cox regional festivallar teskil edilmisdir Simal Qerb Xalq Festivali Yeni Ingiltere Xalq Festivali ve Filadelfiya Xalq Festivali ve s Bu festivallar regional etnik ve pesekar folklor qruplarinin enenelerini numayis etdirmek meqsedile beynelxalq ictimai folklor qurumlari terefinden desteklenir Folklor CemiyyetiFolklor Cemiyyeti FLS Londonda yerlesir Xalq nagillari enenevi mahni ve reqsler xalq oyunlari ve s ozunde ehtiva eden folklor cemiyyetidir Cemiyyet Folklor jurnalini nesr etdirir 1878 ci ilde Folk Lore Record olaraq nesr olunan ilk ingilisdilli folklor jurnallarindan biridir Jurnalda xalq dinine ve inanclara senet ve senetkarliga dair etnoqrafik ve analitik ocerkler muxtelif elaqeli fenler uzre tehlil ve muzakireler verilmisdir Sifahi nitq tarixi ve enenevi layihelerSifahi nitq tarixi ve sifahi enene ilk defe 1960 ci illerin sonu 1970 ci illerin evvellerinde medeni tarixi tedqiqatlarin qanuni formalari kimi taninmisdir Stads Terkel 1985 ci ilde Ugurlu muharibe Ikinci Dunya Muharibesinin tarixi kitabina gore Pulitzer Mukafati na Aleks Hale ise 1977 ci ilde Kokler Amerika ailesinin dastani kitabina gore Xususi Pulitzer Mukafati na layiq gorulmusdur Bu mukafatlar enenelerin tarixi ve medeni tedqiqatlar ucun etibarli vasite kimi ehemiyyetini tesdiqledi Belelikle bir nece teskilat terefinden soyleyicilerin musahibelerinden istifade esasinda tarixi ve folklor tedqiqatlarinin arasdirilmasina baslanildi En meshur teskilatlardan biri 2003 cu ilde WPA Federal Yazi Layihesi esasinda yaradilan StoryCorps hesab edilir Esas missiyasi butun koklu ve inancli amerikalilarin aile ehvalatlarini qeyd etmek qorumaq ve paylasmaq dan ibaretdir StoryCorps xususi layiheler heyata kecirmek muxtelif musahibeler esasinda aile ehvalatlarini yaziya almaq sistemlesdirmek ve arasdirmaq meqsedile sade xalq numayendelerine muraciet edir Iki neferle gorusmek ucun yegane teleb istirakcilarin bir birine eyni ailenin uzvleri kimi qaygi gostermesi dir Sonda istirakcilara musahibenin stenoqrami verilir ki aile arxivlerine elave ede bilsinler IstinadlarYocum Margaret R 1997 Green Thomas ed Folklore an encyclopedia of beliefs customs tales music and art Family Folklore Choice Reviews Online 279 doi 10 5860 choice 48 5449 ISSN 0009 4978 Mody C Boatright 1958 The Family Saga as a Form of Folklore In The Family Saga and Other Phases of American Folklore eds Mody C Boatright Robert B Downs and John T Flanagan Urbana University of Illinois Press Kim S Garrett 1961 Family Stories and Sayings pp 273 281 In Publications of the Texas Folklore Society Vol XXX Polly Stewart 2008 Karen Baldwin 1943 2007 pp 485 486 In Journal of American Folklore Vol 121 Fall 2008 L Karen Baldwin 1975 Down on Bugger Run Family Group and the Social Base of Folklore University of Pennsylvania Unpublished Dissertation Zeitlin et al 1982 p 2 Toelken Barre 1996 Dynamics of Folklore Utah State University Press pp 196 197 ISBN 128288669X OCLC 746578235 Sims Martha C Martine Stephens 2005 Living Folklore p 31 Utah Utah State University Press Linda Degh and Andrew Vazsonyi 1975 Hypothesis of Multi Conduit Transmission in Folklore pp 207 255 In Folklore Performance and Communication ed Dan Ben Amos Den Haag Paris From 1974 1978 For further examples including traditional heroes rogues survivors migrants and more see Zeitlin et al 1982 pp 10 125 Zeitlin et al 1982 p 95 Told by the Riedel family from Freiburg Germany Recorded October 2014 Zeitlin et al 1982 p 146 ff Zeitlin et al 1982 p 184 ff Zeitlin et al 1982 p 203 Zeitlin et al 1982 p 201 Family Folklore Encyclopedia com Archived from the original on 2014 08 27 Retrieved 2019 08 01 Archived copy Archived from the original on 2014 10 14 Retrieved 2014 11 04 Complete list of programs by year Archived from the original on 2014 07 08 Retrieved 2014 11 05 Zeitlin et al 1982 p 272 Archived copy Archived from the original on 2013 11 15 Retrieved 2014 11 04 Home The Folklore Society Retrieved 2019 08 01 Home The Folklore Society Retrieved 2019 06 06 Folklore Taylor amp Francis Retrieved 2019 08 01 Folklore www tandfonline com Retrieved 2019 06 06 oral history TheFreeDictionary com Archived from the original on 2014 07 14 Retrieved 2019 08 01