Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir.
Kəlamın tərifi
Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir."
Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir? Öldükdən sonra nə olacaq?" kimi suallara cavab verməz. Onlar sadəcə insanın hissiyyat orqanlarıyla görüb dərk edə biləcəkləri şeyləri izah edərlər. Kəlam elmi bu baxımdan pozitiv elmlərdən ayrılır və hadisələri başlanğıcı və sonu etibarilə incələyir.
Kəlam elmi İslam qanunlarına riayət etdiyi üçün fəlsəfədən ayrılır. Fəlsəfə də Kəlam elmi kimi Allahın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanlardan bəhs edir. Ancaq fəlsəfədə ağıl əsas alınaraq məsələlər şərh edilir. Fəlsəfə ağla uyğun olmayan xüsusları nəql olaraq qəbul etmir. Kəlam isə nəqli əsas tutaraq məsələni izah etməkdədir. Kəlam hər nə qədər etiqadi mövzuların izah və isbatınında ağıla yer versə də, nəqli hərəkət nöqtəsi olaraq qəbul edir və İslam qanunlarına bağlı qalır.
İbn Xəldun Kəlam elmini belə tərif edir: "Kəlam, dəlilləri ağılla, əqidələri imanla müdafiə edən, etiqadi mövzularda sələfin və əhli sünnənin təqib etdiyi yoldan üz döndərən bidətçiləri rədd edən bir elmdir."
Kəlamın mövzusu
Kəlam, müxaliflərin və bidətçilərin etirazlarına cavab verir, onları ağıl və nəql ilə susdurmağa çalışır. Buna görə də kəlam elmi münazərə və cədələyə olduqca çox əhəmiyyət verir. Əqaid və tövhiddə münaqişə və cədəl yoxdur. Ayələrdə və hədislərdə nə necə gəlmişsə, ona eləcə də inanılır və təslim olunur. Beləliklə də kəlam aşağıdakı mövzulara aydınlaşdırır.
a. İnsanlardakı imanı təqliddən qurtarıb təhqiqi və sarsılmayan iman dərəcəsinə yüksəldir.
b. Kəlam elminin məsələlərini izah etməklə doğru yolu axtaran insanları irşad edir, inadçıları da dəlillərlə susdurur.
c. İman əsaslarını batil düşüncələrin şübhələrindən uzaqlaşdırır.
d. Digər dini elmlər bu elmə istinad edir. Çünki, kəlam elmi olmazsa digər dini elmlərin varlığından bəhs etmək olmaz.
e. İnsanlara əməllərində ixlaslı, niyyətlərində saf və inanclarında qüvvətli olmağa köməklik edir.
Kəlamın tarixi
Tarix olaraq İslam aləmində ilk fəlsəfi cərəyan, hicri I əsrdə "kəlam elmi" adı altında meydana çıxdı. Əsrlərdən bəri müxtəlif inanıcların, müxtəlif fəlsəfələrin yaşadığı geniş bir sahəyə yayılan İslam coğrafyasında, xüsusən dörd xəlifə zamanından başlayaraq bir çox dini qruplar meydana çıxmağa başladı. Bu qruplar arasında, fəlsəfi məsələlərə ən çox əhəmiyyət verən və bu barədə nəzəriyyələr irəli sürən, Mötəzilədir. Xəlifə Mənsur zamanından (h.156-m.772) başlayaraq Məmun və xələfləri dövründə böyük bir yayılış göstərən Yunan, İran, Hind, və s. əsərlərini tərcümə cərəyanı, adı çəkilən fəlsəfi fikirləri İslam mühitinə tanıdanda, Mötəzilə, məzhəblərini daha qüvvətlə müdafiə etmək üçün həmin nəzəriyyyələrdən dərhal faydalanmağa başladılar.
Mötəzilənin bu sahədəki çalışmaları qarşısında, Əhli-Sünnə alimləri də boş dayanmadılar. İbn Kilabül-Bəsrinin bu yoldakı səyi Əbül Həsən-əl-Əş’əri (h.260-324/m.873-935) tərəfindən müvəffəqiyyətlə davam etdirilərək Əhli-Sünnəyə məxsus bir Elmi-Kəlam təxsis edildi. Bu sonralar Əbu Bəkirül-Baqillani (v. h.403/m.1012-1013) və İmam əl-Hərəmeyn adıyla məşhur olan Əbül-Məali əl-Cüveyni (h.478/m.1085-86) tərəfindən tamamlanmışdır.
İmam Qəzzali (h.450-505/m.1058-1111) ilə bərabər, Kəlamın yeni bir mərhələyə daxil olduğuna şahid oluruq. Qəzzali zamanında, Yunan fəlsəfəsinə aid nəzəriyyələr (Fərabi və İbn Sina ilə) Müsəlmanlar arasında layiqincə yer tutub inkişaf etdiyi üçün, fəlsəfəçilərin hər dediyini rədd və ya qəbul etməyə meyl edən iki zidd baxışlar yaranmışdı. Qəzzali, müxtəlif əsərləri ilə, həmin baxışların hər ikisinə qarşı mübarizə aparmışdı.
Bütün islami elmlərdə olduğu kimi kəlam elmi də bu məqsədləri gercəkləşdirərək əsl və yeganə məqsəd olan dünya və axirət səadətini əldə etməyə çalışır.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kelam erebce الكلام Allah tealanin zatindan ve sifetlerinden baslangici ve sonu etibarile yaradilanlarin veziyyetlerinden behs eden bir elmdir Melum oldugu kimi bu terifde ilahiyyat ve semiyyet zikr edilmis lakin peygemberlik zikr edilmemisdir Axiret ve ona benzer meseleler ancaq peygemberin tebligi ile bilindiyi ucun semiyyat zikr edilince nubuvvet de buna aid oldugu dusuncesiyle peygemberlik muessisesine xususi olaraq yer verilmemisdir Kelamin terifiMerhum Omer Nesuhi Bilmen kelam elmine cox gozel ve etrafli bir terif vermisdir Kelam elmi Allah Teala hezretlerinin zat ve sifetlerinden nubuvvet ve risalete aid olan meselelerden baslangici ve sonu etibarile yaradilanlarin veziyyetlerinden Islam qanununu esas tutaraq behs eden bir elmdir Kelam elmine movzusuna gore verilen teriflerde iki xususiyyet diqqeti celb edir Bunlarin birincisi baslangici ve sonu etibarile yaradilanlarin veziyyetleri digeri ise Islam qanunu uzre olmasidir Melum oldugu kimi fizika kimya biologiya ve riyaziyyat kimi musbet elmler de yaradilanlarin hallarindan behs edir Lakin bu elmler insani ele alarken baslangici ve sonu etibarile yaradilanlarin veziyyetlerinden behs etmez Yeni bu hadiseler nece meydana gelir Bunlari meydana getiren ilk sebeb nedir Insanin yaradilisindaki meqsed ve qaye nedir Oldukden sonra ne olacaq kimi suallara cavab vermez Onlar sadece insanin hissiyyat orqanlariyla gorub derk ede bilecekleri seyleri izah ederler Kelam elmi bu baximdan pozitiv elmlerden ayrilir ve hadiseleri baslangici ve sonu etibarile inceleyir Kelam elmi Islam qanunlarina riayet etdiyi ucun felsefeden ayrilir Felsefe de Kelam elmi kimi Allahin zatindan ve sifetlerinden baslangici ve sonu etibarile yaradilanlardan behs edir Ancaq felsefede agil esas alinaraq meseleler serh edilir Felsefe agla uygun olmayan xususlari neql olaraq qebul etmir Kelam ise neqli esas tutaraq meseleni izah etmekdedir Kelam her ne qeder etiqadi movzularin izah ve isbatininda agila yer verse de neqli hereket noqtesi olaraq qebul edir ve Islam qanunlarina bagli qalir Ibn Xeldun Kelam elmini bele terif edir Kelam delilleri agilla eqideleri imanla mudafie eden etiqadi movzularda selefin ve ehli sunnenin teqib etdiyi yoldan uz donderen bidetcileri redd eden bir elmdir Kelamin movzusuKelam muxaliflerin ve bidetcilerin etirazlarina cavab verir onlari agil ve neql ile susdurmaga calisir Buna gore de kelam elmi munazere ve cedeleye olduqca cox ehemiyyet verir Eqaid ve tovhidde munaqise ve cedel yoxdur Ayelerde ve hedislerde ne nece gelmisse ona elece de inanilir ve teslim olunur Belelikle de kelam asagidaki movzulara aydinlasdirir a Insanlardaki imani teqlidden qurtarib tehqiqi ve sarsilmayan iman derecesine yukseldir b Kelam elminin meselelerini izah etmekle dogru yolu axtaran insanlari irsad edir inadcilari da delillerle susdurur c Iman esaslarini batil dusuncelerin subhelerinden uzaqlasdirir d Diger dini elmler bu elme istinad edir Cunki kelam elmi olmazsa diger dini elmlerin varligindan behs etmek olmaz e Insanlara emellerinde ixlasli niyyetlerinde saf ve inanclarinda quvvetli olmaga komeklik edir Kelamin tarixiTarix olaraq Islam aleminde ilk felsefi cereyan hicri I esrde kelam elmi adi altinda meydana cixdi Esrlerden beri muxtelif inaniclarin muxtelif felsefelerin yasadigi genis bir saheye yayilan Islam cografyasinda xususen dord xelife zamanindan baslayaraq bir cox dini qruplar meydana cixmaga basladi Bu qruplar arasinda felsefi meselelere en cox ehemiyyet veren ve bu barede nezeriyyeler ireli suren Moteziledir Xelife Mensur zamanindan h 156 m 772 baslayaraq Memun ve xelefleri dovrunde boyuk bir yayilis gosteren Yunan Iran Hind ve s eserlerini tercume cereyani adi cekilen felsefi fikirleri Islam muhitine tanidanda Motezile mezheblerini daha quvvetle mudafie etmek ucun hemin nezeriyyyelerden derhal faydalanmaga basladilar Motezilenin bu sahedeki calismalari qarsisinda Ehli Sunne alimleri de bos dayanmadilar Ibn Kilabul Besrinin bu yoldaki seyi Ebul Hesen el Es eri h 260 324 m 873 935 terefinden muveffeqiyyetle davam etdirilerek Ehli Sunneye mexsus bir Elmi Kelam texsis edildi Bu sonralar Ebu Bekirul Baqillani v h 403 m 1012 1013 ve Imam el Heremeyn adiyla meshur olan Ebul Meali el Cuveyni h 478 m 1085 86 terefinden tamamlanmisdir Imam Qezzali h 450 505 m 1058 1111 ile beraber Kelamin yeni bir merheleye daxil olduguna sahid oluruq Qezzali zamaninda Yunan felsefesine aid nezeriyyeler Ferabi ve Ibn Sina ile Muselmanlar arasinda layiqince yer tutub inkisaf etdiyi ucun felsefecilerin her dediyini redd ve ya qebul etmeye meyl eden iki zidd baxislar yaranmisdi Qezzali muxtelif eserleri ile hemin baxislarin her ikisine qarsi mubarize aparmisdi Butun islami elmlerde oldugu kimi kelam elmi de bu meqsedleri gerceklesdirerek esl ve yegane meqsed olan dunya ve axiret seadetini elde etmeye calisir