İslam Qahirəsi (ərəb. قاهرة المعز,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir. Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir.
İslam qahirəsi | |
Historic Cairo | |
Ölkə | Misir |
---|---|
Tip | Mədəni |
(Kriteriya) | (i), (v), (vi) |
Keçid | 89 |
Region | Afrika |
Daxil edilməsi | 1979 (3-cü sessiya) |
| |
|
1. 2. , , Qahirənin fatimi mərkəzi, 3. 4. Sayida Nafisa nekropolları
Tarix
Fustatın və ilk İslam dövrünün əsası
Qahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır. O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər. Bəlkə də daha da önəmlisi, Fustatın qədim Misirin Memfis şəhərində də olduğu kimi Aşağı Misir (Nil Deltası) və Yuxarı Misirin (Nil Vadisi, daha cənub) kəsişməsində yerləşməsi onu Nil çayı üzərində mərkəzləşmiş bir ölkəyə nəzarət etmək üçün strateji bir yer halına gətirməsi idi.
Yeni daxili qarnizon şəhərlərinin qurulması Tunisdəki Kayruan və ya İraqdakı Kufə kimi digər nümunələrlə birlikdə ərəb fəthləri boyunca təkrarlanan bir hal idi. Fustatın təməli həm də Misirin (və Afrikanın) ilk məscidi olan, əsrlər boyu yenilənmiş və bu gün də mövcud olan inşası ilə müşayiət olundu.
Fustat sürətlə Misirin əsas şəhəri, limanı və iqtisadi mərkəzi halına gəldi, İsgəndəriyyə isə daha çox əyalət şəhərinə çevrildi. 661-ci ildə İslam dünyası 750-ci ildə Abbasilər tərəfindən devrilənə qədər paytaxtları Dəməşqdə yerləşən Əməvilərin nəzarəti altına keçdi. Son Əməvi xəlifəsi II Mərvan 1 Avqust 750-ci ildə öldürüldü. Bundan sonra Misir və Fustat Abbasilərin nəzarəti altına keçdi. Abbasilər Misirdə yeni hökmranlıqlarını qubernator Əbu Aunun təşəbbüsü ilə Fustatdan bir qədər şimal-şərqdə yerləşən Əl-Əsgər adlı yeni inzibati paytaxtın yaradılması ilə qeyd etdilər. Şəhər, 786-cı ildə Əl-Əsgər cami adlanan böyük bir məscidin inşası ilə tamamlandı və Dar əl-İmara adı ilə tanınan qubernator iqamətgahına bir saray da daxil edildi. Bu şəhərə aid heç bir qalıq bu günə gəlib çatmamışdır, lakin əsas şəhərin xaricində yeni inzibati paytaxtların qurulması ərazinin tarixində təkrarlanan bir nümunə oldu.
Əhməd ibn Tulun Abbasilər hakimiyyətinin uzun böhranı zamanı Səmərra şəhərində Abbasilər xəlifələrinə xidmət etmiş türk idi. O 868-ci ildə Misirin valisi oldu, lakin tez bir zamanda Abbasi xəlifəsinin simvolik səlahiyyətini tanımaqla de-fakto müstəqil hökmdara çevrildi. O, o qədər nüfuz sahibi olmuşdu ki, sonradan xəlifə 878-ci ildə ona Suriyada nəzarəti ələ almağa icazə vermişdi.Tulunoğullarının hakimiyyətinin bu dövründə (İbn Tulun və oğullarının dövründə) Misir, e.ə. 30-cu ildə Roma hakimiyyəti qurulandan bəri ilk dəfə müstəqil bir dövlət oldu. İbn Tulun 870-ci ildə Əl-Əsgərdən cənub-qərbdə yerləşən Əl-Qata'i adlı yeni inzibati paytaxt qurdu. Buraya yeni bir böyük saray, hərbi parad meydançası, xəstəxana və bu günə olaraq tanınan, 876-879-cu illərdə inşa edilmiş böyük məscid daxil idi.
884-cü ildə İbn Tulun öldü və onun övladları 905-ci ilədək, Abbasilər birbaşa nəzarəti bərpa etmək üçün bir ordu göndərənə və yanlız məscidi saxlamaqla əl-Qata'i-ni yandırana qədər hakimiyyətdə qaldılar. Bundan sonra 935-969-ci illər arasında Misiri bir müddət Abbasilər valisi olaraq başqa bir sülalə, Ağşidlər idarə etdilər. Onların bəzi tikililəri, xüsusən də bu dövrün sonrakı hissəsində regent olaraq hökm sürən Əbu əl-Misk Kafurun dövrünə aid olanlar gələcək Fatimilərin paytaxt üçün yer seçməsinə təsir göstərmiş ola bilər. Çünki Kafurun Fironlar kanalı boyunca yerləşən böyük bağlarından biri sonrakı Fatimi saraylarına daxil edilmişdir.
Qahirənin qurulması və Fatimilərin hakimiyyəti
İfriqiyə (Tunis) bölgəsində qurulmuş bir İsmaili Şiə xilafəti olan Fatimilər, xəlifə əl-Muizin dövründə, 969-cu ildə Misiri fəth etdilər. Əsasən Şimali Afrikalı bərbərlərdən ibarət olan orduya general Cəvhər ibn-Abdullah rəhbərlik edirdi. 970-ci ildə Cəvhər Əl-Muizin göstərişinə əsasən Fatimid xəlifələrinin iqamətgahı və güc mərkəzi kimi xidmət edəcək yeni bir şəhər qurdu. Şəhər əvvəlcə əl-Mu'ziyyiyyə əl-Qaahirah, yəni "Əl-Muizzin Qələbə şəhəri", daha sonra isə sadəcə Qahirəyə müasir adını verən "əl-Qahirə" adlandırıldı.:80
Şəhər Fustatın və İbn Tulun və Abbasilər tərəfindən inşa edilmiş əvvəlki inzibati paytaxtlardan şimal-şərqdə yerləşirdi. Cəvhər yeni şəhəri elə təşkil etmişdi ki, onun mərkəzində xəlifələri, ailələri və dövlət qurumlarını yerləşdirən Böyük Saraylar yerləşirdi. Saraylardan biri şərqdə (ən böyüyü), digəri isə qərbdə yerləşir, aralarında Bayn əl-Qasrayn ("İki Saray arasını") adlanan meydan yerləşirdi. Şəhərin əsas məscidi olan Əl-Əzhər məscidi 972-ci ildə həm Cümə məscidi, həm də tədris mərkəzi olaraq qurulmuş və bu gün dünyanın ən qədim universitetlərindən biri hesab olunur. Fustat bir müddət Misirin əsas iqtisadi və şəhər mərkəzi olaraq qaldı. Yalnız bundan sonra Qahirənin Fustat da daxil olmaqla digər yerli şəhərləri də mənimsəməsi böyüdü. Lakin 969-cu il bəzən indiki şəhərin "inşa ili" hesab olunur.
Əl-Muiz və Fatimilər xilafətinin inzibati aparatı 972-ci ildə keçmiş paytaxtı tərk edərək 973-cü ilin iyununda Qahirəyə gəldi. Fatimilər
imperiyası tez bir zamanda rəqib sünni Abbasilər xilafəti üçün bir təhlükə olacaq qədər güclü oldu. Xəlifə əl-Mustansirin hakimiyyəti dövründə (1036-1094), Fatimilər İmperiyası zirvəyə çatdı, lakin eyni zamanda tənəzzülə başladı. Xəlifələr adından çıxış edən bir neçə güclü vəzir, bəzən imperiyanın gücünü canlandıra bildi.
XI əsrin sonu həm də bölgədə böyük hadisələrin və inkişafların dövrü idi. Məhz bu zaman Böyük Səlcuq İmperiyası şərqi İslam dünyasının çox hissəsini ələ keçirdi. Əsasən sünni olan türklərin gəlişi Fatmilərin və Yaxın Şərqdəki şiə firqələrinin irəliləməsini ləğv edən və "Sünni Dirçəlişi" adlanan dövrdə uzunmüddətli bir amil oldu. 1099-cu ildə Birinci Səlib yürüşü Qüdsü ələ keçirdi və yeni Xaçlı dövlətlər Misir üçün qəfil və ciddi bir təhdid oldu. Türk Zəngi sülaləsinin Nurəddin Mahmud kimi yeni müsəlman hökmdarları Xaçlılara qarşı ümumi hücumu öz üzərlərinə götürdülər.
XII əsrdə Fatimilərin zəifliyi o qədər ağırlaşdı ki, son Fatimi xəlifəsi Əl-Adidin dövründə, Zəngiləri nəzarətdə saxlamaq üçün sonuncu bir toqquşmaya hazırlaşdıqları bir zamanda Fatimilər Qüds kralı Amoridən qorunmaq üçün Zəngilərdən kömək istədilər. 1168-ci ildə Səlibçilər Qahirəyə yürüş edərkən Fatimi vəziri Şevar, istehkamı olmayan Fustat şəhərinin Qahirəni mühasirəyə almaq üçün bir baza olaraq istifadə ediləcəyindən narahat oldu, əhalinin təxliyəsini əmr etdi və şəhəri yandırdı. Tarixçilər dağıntının dərəcəsini müzakirə edərkən Fustatın bundan sonra da ayaqda durduğu görünsə də, yanğın daha sonra Qahirənin özü tərəfindən tutulan bu şəhərin tənəzzülündə böyük rol oynamışdır. Nəhayət, 1171-ci ildə Əl-Adidin vəziri olan Zəngi komandiri Səlahəddin Əyyubi Fatimi xilafəti hakimiyyətinin sona çatdığını və süqut etdiyini elan etdi. Beləliklə, Qahirə sünnilərin hakimiyyətinə qayıtdı və Misir və Qahirənin şəhər tarixində yeni bir fəsil açıldı.
Qahirənin Əyyubilər və Məmlük dövründə yüksəlişi
[[Fayl:Mosque-Madrassa_of_Sultan_Hassan_(4).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Mosque-Madrassa_of_Sultan_Hassan_(4).jpg%7Cleft%7Cthumb%7C[[Sultan[ölü keçid] Həsən məscidi|Sultan Həsən mədrəsə-məscid]], Bahri Məmlük dövrü, 14 əsrin ortaları.]]
Səlahəddin hakimiyyəti Misir və Suriyanı idarə edən və Xaçlılara qarşı mübarizəni davam etdirən Əyyubilər sülaləsinin başlanğıcını qeyd etdi. O, şəhər divarlarının xaricində bundan sonra da uzun əsrlər boyu Misir hökmdarları və dövlət idarəsinin yerləşəcəyi yeni bir iddialı qalanın, Qahirə qalasının inşasına başladı.Bu, Qahirənin eksklüziv bir saray şəhəri statusuna son qoydu və şəhər Misirlilərin yaşadığı və xarici səyyahlar üçün açıq bir iqtisadi mərkəzə çevrilməyə başladı. Sonrakı əsrlər ərzində Qahirə genişmiqyaslı bir şəhər mərkəzinə çevrildi. Fustatın əhəmiyyətinin azalması onun yüksəlişinə yol açdı. Şiə Fatimilərinin təsirini silmək istəyən sünni müsəlman olan Əyyubi sultanları və onların Məmlük varisləri böyük Fatimi saraylarını tədricən dağıdaraq öz binaları ilə əvəz etdilər. Əl-Əzhər məscidi sünni bir tikiliyə çevrildi və bu gün sünni İslam dünyasında Quran və İslam qanunlarının öyrənilməsi üçün ən önəmli mərkəzdir.
1250-ci ildə Əyyubilər sülaləsi iflas etdi və hakimiyyət Məmlüklərin idarə etdiyi bir rejimə keçdi. Məmlüklər gənc qullar olaraq (tez-tez Mərkəzi Avrasiyanın müxtəlif bölgələrindən) satın alınmış və sultanın ordusunda xidmət etmək üçün böyüdülən əsgərlər idi. Onlar Sultan Əs-Salehin rəhbərliyindəki Əyyubi ordusunun dayağı olmuşdurlar və nəticədə Yeddinci Səlib yürüşü zamanı yaranan siyasi böhranda dövlətin nəzarətini ələ ala bildilər. 1250-1517-ci illər arasında taxtı ümumiyyətlə irsi deyildi və tez-tez zorakı və xaotik bir ardıcıllıq sistemində bir məmlükdən digərinə keçırdı. Buna baxmayaraq, Məmlük imperiyası özündən əvvəlki Əyyubilər imperiyasının bir çox cəhətini davam etdirdi və 1260-cı ildə monqolların yürüşlərini geri qaytarmaq (ən məşhuru Əyn Cəllud döyüşündə) və Levantdakı Xaçlı dövlətlərin süqutu üçün məsuliyyət daşıyırdı.
Məmlük sultanı Nəsrəddin Məhəmmədin (1293-1341, o cümlədən aralararası) hakimiyyəti dövründə Qahirə əhali və var-dövlət baxımından ən yüksək nöqtəsinə çatdı. Hökmranlığının sonuna qədər əhalinin ümumi bir hesablaması, qiymətləndirmək çətin olsa da, Qahirəni o vaxt Çindən kənarda dünyanın ən böyük şəhəri halına gətirərək 500.000-ə yaxın bir rəqəm verir. Əsasən hərbi təbəqənin mövcud olmasına baxmayaraq, Məmlüklər dini və vətəndaş binalarının inşaatçıları və himayədarları idilər. Qahirənin ən təsirliləri də daxil olmaqla çox sayda tarixi abidəsi məhz onların dövrünə təsadüf edir. Şəhər eyni zamanda Hind okeanı və Aralıq dənizi arasındakı ticarət yollarının nəzarətindən də inkişaf etmişdi. Nəsrəddinin hakimiyyətindən sonra,14-cü əsrin ortalarında Misir və Qahirə Qara Ölümdən başlayaraq təkrarlanan taun epidemiyaları ilə vuruşdular. Qahirənin əhalisi azaldı və bərpa edilməsi üçün yüz illər gərək oldu. Lakin şəhər Yaxın Şərqin əsas metropolu olaraq qaldı.
Əyyubi və sonrakı Məmlük hakimiyyəti altında olan Muiz prospekti, adətən sultan və ya hakim təbəqə üzvləri tərəfindən maliyyələşdirilən dini komplekslər, kral məqbərələri və ticarət obyektlərinin inşası üçün imtiyazlı bir sahəyə çevrildi. Əsas küçə dolduğundan şərqdə, Əl-Əzhər məscidinə və Əl-Hüseyn məscidinə yaxın ərazilərdə yeni ticarət tikililəri tikildi. Qahirənin şəhər xarakterinin inkişafında vacib amillərdən biri xüsusən də Məmlük dövründə vəqf torpaqlarını sayının artması idi. Vəqflər, hakim elatlar tərəfindən qurulmuş bir çox dini və ictimai tikililərin fəaliyyətini və maliyyələşdirmə mənbələrini təyin edən, şəriət qanunlarına əsaslanan xeyriyyəçi əmanətlər idi. Onlar adətən müxtəlif funksiyaları (məscid, mədrəsə, məqbərə) birləşdirən və çox vaxt şəhər ticarət binalarından və ya kənd tikililərinin gəlirləri ilə maliyyələşdirilən mürəkkəb dini və ya vətəndaş binalarını təyin etmək üçün tərtib edilmişdir. 15-ci əsrin sonlarına qədər Qahirədə həmçinin iki mərtəbənin adətən ticarət və yaşayış məqsədləri üçün istifadə edildiyi və çoxmərtəbəli, qarışıq istifadəli binalar var idi. Bu tikililər adətən icarəyə verilirdi.
Qahirə Osmanlı İmperiyasının əyalət paytaxtı olaraq
Misir 1517-ci ildə I Səlimin başçılığı altında Osmanlı İmperiyası tərəfindən fəth edildi və yüz illər boyu Osmanlı hakimiyyəti altında qaldı. Bu dövrdə bəziləri Osmanlı mənşəli, digərləri Məmlük sultanlığının dağılmasına baxmayaraq ölkə elatlarını bir hissəsi olaraq mövcud olmağa davam edən məmlük kastasından olan yerli elatlar siyasi güc və nüfuz uğrunda aralarında dayanmadan mübarizə aparırdılar.
Qahirə böyük bir iqtisadi mərkəz və imperiyanın ən vacib şəhərlərindən biri olmağa davam etdi. Şəhər Həcc ziyarəti yolunun Məkkəyə gediş-gəlişində əsas yer olaraq qalırdı. Osmanlı qubernatorları Məmlüklər kimi memarlığın böyük keşikçiləri olmasa da, Qahirə inkişaf etməyə davam etdi və köhnə şəhər divarları xaricində yeni məhəllələr böyüdü. Qahirədəki Osmanlı memarlığı, keçmişlə aydın bir fasilə təqdim etmək əvəzinə, güclü təsir göstərməyə və yerli Məmlük dövründən qalan ənənələrdən qaynaqlanmağa davam etdi. 18-ci əsrdə Yeniçərilər arasında ilk məmlük məmuru olan Abd ər-Rəhman Katxuda əl-Qazdağlı kimi şəxslər yaradıcı memarlıq himayəçiləri idi. Bu gün Qahirədə qorunan bir çox köhnə burjua və ya aristokratik saraylar, bir sıra su paylama köşkləri və Quran oxu məktəbləri kimi Osmanlı dövrünə aiddir.
Məhəmməd Əli Paşa və Xədivlərin rəhbərliyi altında Qahirə
Napoleonun fransız ordusu 1798-ci ildən 1801-ci ilə qədər qısa müddətdə Misiri işğal etdi. Bundan sonra Osmanlı ordusundakı Mehmed Əli Paşa adlı bir alban zabit Qahirəni 1805-ci ildən 1882-ci ilə qədər davam edən müstəqil bir imperiyanın paytaxtı etdi.
Qahirə qalası Məhəmməd Əlinin rəhbərliyi altında tamamilə yeniləndi. İstifadəsiz Məmlük abidələrinin çoxu yeni Məhəmməd Əli məscidinə və digər saraylara yol açmaq üçün söküldü. Məhəmməd Əlinin sülaləsi daha çox Osmanlı memarlıq üslubunu, əsasən dövrün keçmiş "Osmanlı Brokkosu" üslubunu tətbiq edirdilər. Onun nəvələrindən biri olan İsmayıl 1864-1879-cu illər arasında Xədiv olaraq müasir Süveyş kanalının inşasına nəzarət etdi. O bununla yanaşı Qahirənin tarixi mərkəzinin şimal-qərbində Avropa üslubunda yeni bir geniş şəhər inşasını da həyata keçirdi. Yeni şəhər Jorj Ejen Osmanın 19-cu əsrdə həyata keçirdiyi islahatları təqlid etdi. Böyük bulvarlar və meydanlar yeni şəhərin bir hissəsi oldu. Şəhər İsmailin nəzərində heç bir zaman tamamlanmasa da, bu yeni şəhər bu gün Aşağı Qahirənin çox hissəsini təşkil edir. Bura Qahirənin köhnə tarixi rayonları, divarlı şəhəri də daxil olmaqla nisbətən laqeyd qaldı. Hətta Qala, İsmayılın 1874-cü ildə yeni Abdin Sarayına köçməsi ilə kral iqamətgahı statusunu itirdi.
Tarixi abidələr
Məscidlər
Misirdə ilk məscid Fustatdakı olsa da orijinal formasını saxlayan ən qədim məsciddir və İslam sivilizasiyasının qızıl dövründən başlayaraq Abbasilər memarlığının nadir nümunəsidir. Məscid 876-879-cu illərdə İraqdakı Abbasi paytaxtı Samərradan ilham alənmış bir üslubda inşa edilmişdir. Bura Qahirədəki ən böyük məscidlərdən biridir və çox vaxt ən gözəllərindən biri kimi xatırlanır.
Fatimilər dövründə qurulan ən vacib və davamlı quruluşlardan biri 970-ci ildə qurulan və dünyanın ən qədim universiteti adı uğrunda Fəsdəki Əl-Qarauin Universiteti ilə yarışan Əl-Əzhər Məscidi idi. Bu gün Əl-Əzhər Universiteti dünyada İslam tədrisinin ən öndə gedən mərkəzidir və Misirdə ölkə daxilində kampusları olan ən böyük universitetlərdən biridir. Məscid özü əhəmiyyətli Fatimi ünsürlərini saxlayır, lakin sonrakı əsrlərdə, xüsusən Məmlük sultanları , Qansu Ğavri və 18-ci əsrdə Əbdürrəhman Kaxuda tərəfindən əlavələr edilmiş və genişləndirilmişdir.
Orta əsr Qahirəsinin ən görkəmli memarlıq irsi, Məmlük dövrünə, 1250-1517-ci illərə aiddir. Məmlük sultanları və elatları özləri və ailələri üçün məscid, mədrəsə, xanəgah (sufilər üçün), su paylama mərkəzləri (səbillər) və məqbərəni özündə cəmləşdirə bilən ümumi dini və ya cənazə kompleksləri tikən memarlıq himayədarı idilər. Qahirədəki Məmlük abidələrinin ən məşhur nümunələrinə Sultan Həsən mədrəsə-məscidini göstərmək olar.
İslam Qahirəsi eyni zamanda əl-Hüseyn məscidi, İmam Şafiinin (Şafi məzhəbinin, sünni İslam fiqhində əsas düşüncə məktəblərindən birinin qurucusu), Seyid Rüqəyya türbəsi, Seyid Nafisa məscidi və s. kimi bir sıra əhəmiyyətli dini ziyarətgahların yerləşdiyi yerdir. Bu ziyarətgahlardan bəziləri tarixi şəhərə bitişik olan və ərəb dilində Ölülər şəhəri və ya əl-Qarafa kimi tanınan geniş qəbiristanlıq ərazisində yerləşir. Qəbiristanlıqların tarixi Fustatın əsasının qoyulduğu dövrə gedib çıxır, lakin bir çox görkəmli və məşhur məqbərə Məmlük dövrünə aiddir.
Divarlar və darvazalar
Qahirə 969-cu ildə Fatimilər tərəfindən saray-şəhər kimi qurulanda ərtrafı divarla əhatə olunmuşdu. Bura 11-ci əsrin sonlarında vəzir Bədr əl-Cəmali tərəfindən yenidən qurulmuşdur və hissələri bu gün də qalmaqdadır. Divarlar Əyyubilər tərəfindən Səlahəddin Əyyubinin həm Qahirəni, həm də Fustatı tək divar ilə qorumaq üçün hazırladığı iddialı planının bir hissəsi olaraq uzadılmış və dəyişdirilmişdir.
Qala
Səlahəddin 1176-cı ildə Misirin hakimiyyət iqamətgahı olaraq xidmət etmək üçün böyük bir qalanın inşasına başlamış və qalanın inşası davamçıları tərəfindən tamamlanmışdır. Qala 19-cu əsrin sonlarına qədər Misir hökmdarlarının iqamətgahı olaraq qaldı və sonrakı hökmdarların nəzarəti altında dəfələrlə dəyişdirildi.
Bazarlar və ticarət binaları
Məmlüklər və sonrakı Osmanlılar Qahirənin iqtisadiyyatında ticarətin əhəmiyyətli rolu səbəbiylə tacirlər və mallara üçün karvansaralar inşa etmişlər. Bu günə qədər qorunan ən məşhur nümunə, Vikala əl-Quridir. Məşhur əl-Xəlili karvansarası, eyni zamanda karvansaraları birləşdirən məşhur ticarət mərkəzidir. Tarixi ticarət memarlığının başqa bir nümunəsi, 17-ci əsrə aid Radvan bəy Kasbahıdır.
Qoruma
Bu tarixi ərazilərin bir çoxu Misir paytaxtının ən kasıb və ən sız bölgələrindən biri olaraq laqeydlik və çürümədən əziyyət çəkir. Bundan əlavə, Əl-Darb əl-Əhmər bölgəsindəki İslam abidələri və sənət əsərlərinin oğurluqları onların uzunmüddətli qorunmasına təhlükə yaradır.
Həmçinin bax
İstinadlar
- Williams, Caroline. Islamic Monuments in Cairo: The Practical Guide (7th). Cairo: The American University in Cairo Press. 2018.
- Planet, Lonely. "Islamic Cairo in Cairo, Egypt". Lonely Planet (ingilis). 2019-11-18 tarixində . İstifadə tarixi: 2019-11-18.
- UNESCO, Decision Text 2017-06-05 at the Wayback Machine, World Heritage Centre, 21 iyul 2017
- Raymond, André. 1993.
- Kennedy, Hugh. The Great Arab Conquests: How the Spread of Islamc Changed the World We Live In. Weidenfeld & Nicolson. 2007.
- Swelim, Tarek. Ibn Tulun: His Lost City and Great Mosque. The American University in Cairo Press. 2015.
- Brett, Michael. The Fatimid Empire. Edinburgh: Edinbugh University Press. 2017.
- Irene Beeson. "Cairo, a Millennial". Saudi Aramco World. September–October 1969. 24, 26–30. 2007-09-30 tarixində . İstifadə tarixi: 2007-08-09.
- "Fāṭimid Dynasty | Islamic dynasty". Encyclopedia Britannica (ingilis). 2022-09-01 tarixində . İstifadə tarixi: 2019-11-16.
- Lewis, Bernard. The Middle East: A Brief History of the Last 2,000 Years. Scribner. 1995.
- Denoix, Sylvie; Depaule, Jean-Charles; Tuchscherer, Michel, redaktorlar Le Khan al-Khalili et ses environs: Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siècle. Cairo: Institut français d'archéologie orientale. 1999.
- Clot, André. L'Égypte des Mamelouks: L'empire des esclaves, 1250-1517. Perrin. 1996.
- Abu-Lughod, Janet. Cairo: 1001 Years of the City Victorious. Princeton University Press. 1971. 37.
- Shillington, Kevin. Encyclopedia of African History. I. Taylor & Francis. 2005. 342.
- Behrens-Abouseif, Doris. 2007.
- Mortada, Hisham. Traditional Islamic principles of built environment. Routledge. 2003. səh. viii. ISBN .
- O'Neill, Zora et al. 2012.
- El Kadi, Galila; Bonnamy, Alain. Architecture for the Dead: Cairo's Medieval Necropolis. Cairo: The American University in Cairo Press. 2007.
- Rabat, Nasser O. The Citadel of Cairo: A New Interpretation of Royal Mamluk Architecture. E.J. Brill. 1995.
- Denoix, Sylvie; Depaule, Jean-Charles; Tuchscherer, Michel, redaktorlar Le Khan al-Khalili et ses environs: Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siècle. Cairo: Institut français d'archéologie orientale. 1999.
- Ancient Cairo: Preserving a Historical Heritage 2008-02-26 at the Wayback Machine, Qantara, 2006.
- Unholy Thefts 2013-06-05 at the Wayback Machine Al-Ahram Weekly, Nevine El-Aref, 26 June - 2 July 2008 Issue No. 903.
- "Al-Darb Al-Ahmar District Mosques". World Monuments Fund. 2022-07-08 tarixində . İstifadə tarixi: 2020-06-12.
- Wilton-Steer, Harry Johnstone, photography by Christopher. "Alive with artisans: Cairo's al-Darb al-Ahmar district – a photo essay". March 21, 2018. August 27, 2022 tarixində . İstifadə tarixi: June 12, 2020 – www.theguardian.com vasitəsilə.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Islam Qahiresi ereb قاهرة المعز menasi El Muiz Li Dinillah Qahiresi Tarixi Qahire ve ya Orta esr Qahiresi Misirin paytaxti qahirenin 19 ve 20 ci esrlerde muasir genislenmesinden evvel movcud olan tarixi erazileri xususile kohne divarli seherin ve Qahire qalasinin etrafindaki merkez hisselerine verilen ad Islam Qahiresi adi bolgedeki muselmanlarin daha cox tanidilmasina gore deyil Islamin erken dovrunde quruldugu gunden beri seherin zengin tarixine ve irsine gore verilmisdir Ve bu ad eyni zamanda onu Qedim Misire aid Giza ve Memfis erazileri ile ferqlendirir Bu bolge Islam memarliginin Islam dunyasindaki en boyuk ve en six yayilmis yerlerinden biridir 7 Islam Qahiresi Misirdeki butun Islam dovrune aid yuzlerle mescid turbe medrese malikaneler karvansaralar ve istehkamlarla seciyyelenir 1979 cu ilde Birlesmis Milletler Teskilatinin Tehsil Elm ve Medeniyyet Teskilati UNESCO Tarixi Qahireni meshur mescidleri medreseleri hamamlari ve fevvareleri ile birlikde dunyanin en qedim Islam seherlerinden biri ve 14 cu esrde qizil dovrune catan Islam dunyasinin yeni merkezi olaraq Umumdunya irsi siyahisina daxil etmisdir Islam qahiresiHistoric Cairo Olke MisirTip MedeniKriteriya i v vi Kecid 89Region Afrika Daxil edilmesi 1979 3 cu sessiya Islam QahiresiIngilis dilindeki resmi siyahi UNESCO nun tesnifatina gore bolgeDaxildir 1 2 Qahirenin fatimi merkezi 3 4 Sayida Nafisa nekropollariTarixFustatin ve ilk Islam dovrunun esasi Fustatin olu kecid 2009 cu ilde askar edilmis qaliqlari Qahire tarixi eslinde Misirin 640 ci ilde Emr ibn Asin komandirliyi altinda muselman erebler terefinden feth edilmesi ile baslayir O dovrde Misirin paytaxtinin Isgenderiyye olmasina baxmayaraq Ptolemey Roma ve Bizans dovrlerinde olmusdur ereb fethcileri adli yeni bir seherin inzibati paytaxt ve herbi qarnizon merkezi kimi xidmet etmesi ucun qerar verdiler Yeni seher Nil sahillerinde indiki Kohne Qahirede Babil qalasi olaraq taninan Roma Bizans qalasinin yaxinliginda Qahirenin sonraki yerinin cenub qerbinde yerlesirdi Bu mekanin secilmesi bir nece amille o cumleden Erebistan ve Mekkeye bir qeder yaxin olmasi Isgenderiyyedeki guclu xristian ve ellinist tesir qorxusu ve Isgenderiyyenin deniz yolu ile gelen Bizans eks hucumlarina qarsi hessasligi ile elaqeli ola biler Belke de daha da onemlisi Fustatin qedim Misirin Memfis seherinde de oldugu kimi Asagi Misir Nil Deltasi ve Yuxari Misirin Nil Vadisi daha cenub kesismesinde yerlesmesi onu Nil cayi uzerinde merkezlesmis bir olkeye nezaret etmek ucun strateji bir yer halina getirmesi idi Yeni daxili qarnizon seherlerinin qurulmasi Tunisdeki Kayruan ve ya Iraqdaki Kufe kimi diger numunelerle birlikde ereb fethleri boyunca tekrarlanan bir hal idi Fustatin temeli hem de Misirin ve Afrikanin ilk mescidi olan esrler boyu yenilenmis ve bu gun de movcud olan insasi ile musayiet olundu Fustat suretle Misirin esas seheri limani ve iqtisadi merkezi halina geldi Isgenderiyye ise daha cox eyalet seherine cevrildi 661 ci ilde Islam dunyasi 750 ci ilde Abbasiler terefinden devrilene qeder paytaxtlari Demesqde yerlesen Emevilerin nezareti altina kecdi Son Emevi xelifesi II Mervan 1 Avqust 750 ci ilde olduruldu Bundan sonra Misir ve Fustat Abbasilerin nezareti altina kecdi Abbasiler Misirde yeni hokmranliqlarini qubernator Ebu Aunun tesebbusu ile Fustatdan bir qeder simal serqde yerlesen El Esger adli yeni inzibati paytaxtin yaradilmasi ile qeyd etdiler Seher 786 ci ilde El Esger cami adlanan boyuk bir mescidin insasi ile tamamlandi ve Dar el Imara adi ile taninan qubernator iqametgahina bir saray da daxil edildi Bu sehere aid hec bir qaliq bu gune gelib catmamisdir lakin esas seherin xaricinde yeni inzibati paytaxtlarin qurulmasi erazinin tarixinde tekrarlanan bir numune oldu 9 cu olu kecid esrde tikilmis Abbasiler memarliginin Iraq xaricinde qorunan nadir ve gorkemli bir numunesidir Ehmed ibn Tulun Abbasiler hakimiyyetinin uzun bohrani zamani Semerra seherinde Abbasiler xelifelerine xidmet etmis turk idi O 868 ci ilde Misirin valisi oldu lakin tez bir zamanda Abbasi xelifesinin simvolik selahiyyetini tanimaqla de fakto musteqil hokmdara cevrildi O o qeder nufuz sahibi olmusdu ki sonradan xelife 878 ci ilde ona Suriyada nezareti ele almaga icaze vermisdi Tulunogullarinin hakimiyyetinin bu dovrunde Ibn Tulun ve ogullarinin dovrunde Misir e e 30 cu ilde Roma hakimiyyeti qurulandan beri ilk defe musteqil bir dovlet oldu Ibn Tulun 870 ci ilde El Esgerden cenub qerbde yerlesen El Qata i adli yeni inzibati paytaxt qurdu Buraya yeni bir boyuk saray herbi parad meydancasi xestexana ve bu gune olaraq taninan 876 879 cu illerde insa edilmis boyuk mescid daxil idi 884 cu ilde Ibn Tulun oldu ve onun ovladlari 905 ci iledek Abbasiler birbasa nezareti berpa etmek ucun bir ordu gonderene ve yanliz mescidi saxlamaqla el Qata i ni yandirana qeder hakimiyyetde qaldilar Bundan sonra 935 969 ci iller arasinda Misiri bir muddet Abbasiler valisi olaraq basqa bir sulale Agsidler idare etdiler Onlarin bezi tikilileri xususen de bu dovrun sonraki hissesinde regent olaraq hokm suren Ebu el Misk Kafurun dovrune aid olanlar gelecek Fatimilerin paytaxt ucun yer secmesine tesir gostermis ola biler Cunki Kafurun Fironlar kanali boyunca yerlesen boyuk baglarindan biri sonraki Fatimi saraylarina daxil edilmisdir Qahirenin qurulmasi ve Fatimilerin hakimiyyeti 972 ci olu kecid ilde Fatimiler terefinden qurulan El Ezher mescidi Minareler daha sonra Memluk dovrunde elave edilmisdir 11 olu kecid esrin sonlarinda Fatimid veziri Bedr el Camali terefinden insa edilen Qahirenin simal qapilarindan biri olan Bab el Futuh Ifriqiye Tunis bolgesinde qurulmus bir Ismaili Sie xilafeti olan Fatimiler xelife el Muizin dovrunde 969 cu ilde Misiri feth etdiler Esasen Simali Afrikali berberlerden ibaret olan orduya general Cevher ibn Abdullah rehberlik edirdi 970 ci ilde Cevher El Muizin gosterisine esasen Fatimid xelifelerinin iqametgahi ve guc merkezi kimi xidmet edecek yeni bir seher qurdu Seher evvelce el Mu ziyyiyye el Qaahirah yeni El Muizzin Qelebe seheri daha sonra ise sadece Qahireye muasir adini veren el Qahire adlandirildi 80 Seher Fustatin ve Ibn Tulun ve Abbasiler terefinden insa edilmis evvelki inzibati paytaxtlardan simal serqde yerlesirdi Cevher yeni seheri ele teskil etmisdi ki onun merkezinde xelifeleri aileleri ve dovlet qurumlarini yerlesdiren Boyuk Saraylar yerlesirdi Saraylardan biri serqde en boyuyu digeri ise qerbde yerlesir aralarinda Bayn el Qasrayn Iki Saray arasini adlanan meydan yerlesirdi Seherin esas mescidi olan El Ezher mescidi 972 ci ilde hem Cume mescidi hem de tedris merkezi olaraq qurulmus ve bu gun dunyanin en qedim universitetlerinden biri hesab olunur Fustat bir muddet Misirin esas iqtisadi ve seher merkezi olaraq qaldi Yalniz bundan sonra Qahirenin Fustat da daxil olmaqla diger yerli seherleri de menimsemesi boyudu Lakin 969 cu il bezen indiki seherin insa ili hesab olunur El Muiz ve Fatimiler xilafetinin inzibati aparati 972 ci ilde kecmis paytaxti terk ederek 973 cu ilin iyununda Qahireye geldi Fatimiler imperiyasi tez bir zamanda reqib sunni Abbasiler xilafeti ucun bir tehluke olacaq qeder guclu oldu Xelife el Mustansirin hakimiyyeti dovrunde 1036 1094 Fatimiler Imperiyasi zirveye catdi lakin eyni zamanda tenezzule basladi Xelifeler adindan cixis eden bir nece guclu vezir bezen imperiyanin gucunu canlandira bildi XI esrin sonu hem de bolgede boyuk hadiselerin ve inkisaflarin dovru idi Mehz bu zaman Boyuk Selcuq Imperiyasi serqi Islam dunyasinin cox hissesini ele kecirdi Esasen sunni olan turklerin gelisi Fatmilerin ve Yaxin Serqdeki sie firqelerinin irelilemesini legv eden ve Sunni Dircelisi adlanan dovrde uzunmuddetli bir amil oldu 1099 cu ilde Birinci Selib yurusu Qudsu ele kecirdi ve yeni Xacli dovletler Misir ucun qefil ve ciddi bir tehdid oldu Turk Zengi sulalesinin Nureddin Mahmud kimi yeni muselman hokmdarlari Xaclilara qarsi umumi hucumu oz uzerlerine goturduler XII esrde Fatimilerin zeifliyi o qeder agirlasdi ki son Fatimi xelifesi El Adidin dovrunde Zengileri nezaretde saxlamaq ucun sonuncu bir toqqusmaya hazirlasdiqlari bir zamanda Fatimiler Quds krali Amoriden qorunmaq ucun Zengilerden komek istediler 1168 ci ilde Selibciler Qahireye yurus ederken Fatimi veziri Sevar istehkami olmayan Fustat seherinin Qahireni muhasireye almaq ucun bir baza olaraq istifade edileceyinden narahat oldu ehalinin texliyesini emr etdi ve seheri yandirdi Tarixciler dagintinin derecesini muzakire ederken Fustatin bundan sonra da ayaqda durdugu gorunse de yangin daha sonra Qahirenin ozu terefinden tutulan bu seherin tenezzulunde boyuk rol oynamisdir Nehayet 1171 ci ilde El Adidin veziri olan Zengi komandiri Selaheddin Eyyubi Fatimi xilafeti hakimiyyetinin sona catdigini ve suqut etdiyini elan etdi Belelikle Qahire sunnilerin hakimiyyetine qayitdi ve Misir ve Qahirenin seher tarixinde yeni bir fesil acildi Qahirenin Eyyubiler ve Memluk dovrunde yukselisi Fayl Mosque Madrassa of Sultan Hassan 4 jpg link https az wikipedia org wiki C5 9E C9 99kil Mosque Madrassa of Sultan Hassan 4 jpg 7Cleft 7Cthumb 7C Sultan olu kecid Hesen mescidi Sultan Hesen medrese mescid Bahri Memluk dovru 14 esrin ortalari Selaheddin olu kecid qebiristanligi 1176 ci ilde qurulmus ve ondan sonra diger hokmdarlar terefinden inkisaf etdirilmisdir 19 cu esre aid Mehemmed Eli mescidi divarlar uzerinden gorunur Selaheddin hakimiyyeti Misir ve Suriyani idare eden ve Xaclilara qarsi mubarizeni davam etdiren Eyyubiler sulalesinin baslangicini qeyd etdi O seher divarlarinin xaricinde bundan sonra da uzun esrler boyu Misir hokmdarlari ve dovlet idaresinin yerleseceyi yeni bir iddiali qalanin Qahire qalasinin insasina basladi Bu Qahirenin ekskluziv bir saray seheri statusuna son qoydu ve seher Misirlilerin yasadigi ve xarici seyyahlar ucun aciq bir iqtisadi merkeze cevrilmeye basladi Sonraki esrler erzinde Qahire genismiqyasli bir seher merkezine cevrildi Fustatin ehemiyyetinin azalmasi onun yukselisine yol acdi Sie Fatimilerinin tesirini silmek isteyen sunni muselman olan Eyyubi sultanlari ve onlarin Memluk varisleri boyuk Fatimi saraylarini tedricen dagidaraq oz binalari ile evez etdiler El Ezher mescidi sunni bir tikiliye cevrildi ve bu gun sunni Islam dunyasinda Quran ve Islam qanunlarinin oyrenilmesi ucun en onemli merkezdir 15 ci olu kecid esrin sonlarinda Burci Memluk dovru Simal qebiristanliginda Sultan Qaytbay kompleksinin gunbezi 1250 ci ilde Eyyubiler sulalesi iflas etdi ve hakimiyyet Memluklerin idare etdiyi bir rejime kecdi Memlukler genc qullar olaraq tez tez Merkezi Avrasiyanin muxtelif bolgelerinden satin alinmis ve sultanin ordusunda xidmet etmek ucun boyudulen esgerler idi Onlar Sultan Es Salehin rehberliyindeki Eyyubi ordusunun dayagi olmusdurlar ve neticede Yeddinci Selib yurusu zamani yaranan siyasi bohranda dovletin nezaretini ele ala bildiler 1250 1517 ci iller arasinda taxti umumiyyetle irsi deyildi ve tez tez zoraki ve xaotik bir ardicilliq sisteminde bir memlukden digerine kecirdi Buna baxmayaraq Memluk imperiyasi ozunden evvelki Eyyubiler imperiyasinin bir cox cehetini davam etdirdi ve 1260 ci ilde monqollarin yuruslerini geri qaytarmaq en meshuru Eyn Cellud doyusunde ve Levantdaki Xacli dovletlerin suqutu ucun mesuliyyet dasiyirdi Memluk sultani Nesreddin Mehemmedin 1293 1341 o cumleden aralararasi hakimiyyeti dovrunde Qahire ehali ve var dovlet baximindan en yuksek noqtesine catdi Hokmranliginin sonuna qeder ehalinin umumi bir hesablamasi qiymetlendirmek cetin olsa da Qahireni o vaxt Cinden kenarda dunyanin en boyuk seheri halina getirerek 500 000 e yaxin bir reqem verir Esasen herbi tebeqenin movcud olmasina baxmayaraq Memlukler dini ve vetendas binalarinin insaatcilari ve himayedarlari idiler Qahirenin en tesirlileri de daxil olmaqla cox sayda tarixi abidesi mehz onlarin dovrune tesaduf edir Seher eyni zamanda Hind okeani ve Araliq denizi arasindaki ticaret yollarinin nezaretinden de inkisaf etmisdi Nesreddinin hakimiyyetinden sonra 14 cu esrin ortalarinda Misir ve Qahire Qara Olumden baslayaraq tekrarlanan taun epidemiyalari ile vurusdular Qahirenin ehalisi azaldi ve berpa edilmesi ucun yuz iller gerek oldu Lakin seher Yaxin Serqin esas metropolu olaraq qaldi Tarixi olu kecid Qahirede onu taxta masrabiyyeli coxmertebeli binalar olan enenevi bir kuce 1867 ci il Eyyubi ve sonraki Memluk hakimiyyeti altinda olan Muiz prospekti adeten sultan ve ya hakim tebeqe uzvleri terefinden maliyyelesdirilen dini kompleksler kral meqbereleri ve ticaret obyektlerinin insasi ucun imtiyazli bir saheye cevrildi Esas kuce doldugundan serqde El Ezher mescidine ve El Huseyn mescidine yaxin erazilerde yeni ticaret tikilileri tikildi Qahirenin seher xarakterinin inkisafinda vacib amillerden biri xususen de Memluk dovrunde veqf torpaqlarini sayinin artmasi idi Veqfler hakim elatlar terefinden qurulmus bir cox dini ve ictimai tikililerin fealiyyetini ve maliyyelesdirme menbelerini teyin eden seriet qanunlarina esaslanan xeyriyyeci emanetler idi Onlar adeten muxtelif funksiyalari mescid medrese meqbere birlesdiren ve cox vaxt seher ticaret binalarindan ve ya kend tikililerinin gelirleri ile maliyyelesdirilen murekkeb dini ve ya vetendas binalarini teyin etmek ucun tertib edilmisdir 15 ci esrin sonlarina qeder Qahirede hemcinin iki mertebenin adeten ticaret ve yasayis meqsedleri ucun istifade edildiyi ve coxmertebeli qarisiq istifadeli binalar var idi Bu tikililer adeten icareye verilirdi Qahire Osmanli Imperiyasinin eyalet paytaxti olaraq Misir 1517 ci ilde I Selimin basciligi altinda Osmanli Imperiyasi terefinden feth edildi ve yuz iller boyu Osmanli hakimiyyeti altinda qaldi Bu dovrde bezileri Osmanli menseli digerleri Memluk sultanliginin dagilmasina baxmayaraq olke elatlarini bir hissesi olaraq movcud olmaga davam eden memluk kastasindan olan yerli elatlar siyasi guc ve nufuz ugrunda aralarinda dayanmadan mubarize aparirdilar 1828 ci olu kecid ilde Mehmet Eli Pasanin tapsirigi ile Osmanli Barokkkosu uslubunda isa edilmis Ismayil Pasa bulagi Qahire boyuk bir iqtisadi merkez ve imperiyanin en vacib seherlerinden biri olmaga davam etdi Seher Hecc ziyareti yolunun Mekkeye gedis gelisinde esas yer olaraq qalirdi Osmanli qubernatorlari Memlukler kimi memarligin boyuk kesikcileri olmasa da Qahire inkisaf etmeye davam etdi ve kohne seher divarlari xaricinde yeni mehelleler boyudu Qahiredeki Osmanli memarligi kecmisle aydin bir fasile teqdim etmek evezine guclu tesir gostermeye ve yerli Memluk dovrunden qalan enenelerden qaynaqlanmaga davam etdi 18 ci esrde Yeniceriler arasinda ilk memluk memuru olan Abd er Rehman Katxuda el Qazdagli kimi sexsler yaradici memarliq himayecileri idi Bu gun Qahirede qorunan bir cox kohne burjua ve ya aristokratik saraylar bir sira su paylama koskleri ve Quran oxu mektebleri kimi Osmanli dovrune aiddir Mehemmed Eli Pasa ve Xedivlerin rehberliyi altinda Qahire Napoleonun fransiz ordusu 1798 ci ilden 1801 ci ile qeder qisa muddetde Misiri isgal etdi Bundan sonra Osmanli ordusundaki Mehmed Eli Pasa adli bir alban zabit Qahireni 1805 ci ilden 1882 ci ile qeder davam eden musteqil bir imperiyanin paytaxti etdi Qahire qalasi Mehemmed Elinin rehberliyi altinda tamamile yenilendi Istifadesiz Memluk abidelerinin coxu yeni Mehemmed Eli mescidine ve diger saraylara yol acmaq ucun sokuldu Mehemmed Elinin sulalesi daha cox Osmanli memarliq uslubunu esasen dovrun kecmis Osmanli Brokkosu uslubunu tetbiq edirdiler Onun nevelerinden biri olan Ismayil 1864 1879 cu iller arasinda Xediv olaraq muasir Suveys kanalinin insasina nezaret etdi O bununla yanasi Qahirenin tarixi merkezinin simal qerbinde Avropa uslubunda yeni bir genis seher insasini da heyata kecirdi Yeni seher Jorj Ejen Osmanin 19 cu esrde heyata kecirdiyi islahatlari teqlid etdi Boyuk bulvarlar ve meydanlar yeni seherin bir hissesi oldu Seher Ismailin nezerinde hec bir zaman tamamlanmasa da bu yeni seher bu gun Asagi Qahirenin cox hissesini teskil edir Bura Qahirenin kohne tarixi rayonlari divarli seheri de daxil olmaqla nisbeten laqeyd qaldi Hetta Qala Ismayilin 1874 cu ilde yeni Abdin Sarayina kocmesi ile kral iqametgahi statusunu itirdi Tarixi abidelerMescidler El Xelili olu kecid karvansarasi Qahirenin orta esrler esas ticaret merkezi Misirde ilk mescid Fustatdaki olsa da orijinal formasini saxlayan en qedim mesciddir ve Islam sivilizasiyasinin qizil dovrunden baslayaraq Abbasiler memarliginin nadir numunesidir Mescid 876 879 cu illerde Iraqdaki Abbasi paytaxti Samerradan ilham alenmis bir uslubda insa edilmisdir Bura Qahiredeki en boyuk mescidlerden biridir ve cox vaxt en gozellerinden biri kimi xatirlanir Fatimiler dovrunde qurulan en vacib ve davamli quruluslardan biri 970 ci ilde qurulan ve dunyanin en qedim universiteti adi ugrunda Fesdeki El Qarauin Universiteti ile yarisan El Ezher Mescidi idi Bu gun El Ezher Universiteti dunyada Islam tedrisinin en onde geden merkezidir ve Misirde olke daxilinde kampuslari olan en boyuk universitetlerden biridir Mescid ozu ehemiyyetli Fatimi unsurlerini saxlayir lakin sonraki esrlerde xususen Memluk sultanlari Qansu Gavri ve 18 ci esrde Ebdurrehman Kaxuda terefinden elaveler edilmis ve genislendirilmisdir Orta esr Qahiresinin en gorkemli memarliq irsi Memluk dovrune 1250 1517 ci illere aiddir Memluk sultanlari ve elatlari ozleri ve aileleri ucun mescid medrese xanegah sufiler ucun su paylama merkezleri sebiller ve meqbereni ozunde cemlesdire bilen umumi dini ve ya cenaze kompleksleri tiken memarliq himayedari idiler Qahiredeki Memluk abidelerinin en meshur numunelerine Sultan Hesen medrese mescidini gostermek olar Islam Qahiresi eyni zamanda el Huseyn mescidi Imam Safiinin Safi mezhebinin sunni Islam fiqhinde esas dusunce mekteblerinden birinin qurucusu Seyid Ruqeyya turbesi Seyid Nafisa mescidi ve s kimi bir sira ehemiyyetli dini ziyaretgahlarin yerlesdiyi yerdir Bu ziyaretgahlardan bezileri tarixi sehere bitisik olan ve ereb dilinde Oluler seheri ve ya el Qarafa kimi taninan genis qebiristanliq erazisinde yerlesir Qebiristanliqlarin tarixi Fustatin esasinin qoyuldugu dovre gedib cixir lakin bir cox gorkemli ve meshur meqbere Memluk dovrune aiddir Divarlar ve darvazalar Qahire 969 cu ilde Fatimiler terefinden saray seher kimi qurulanda ertrafi divarla ehate olunmusdu Bura 11 ci esrin sonlarinda vezir Bedr el Cemali terefinden yeniden qurulmusdur ve hisseleri bu gun de qalmaqdadir Divarlar Eyyubiler terefinden Selaheddin Eyyubinin hem Qahireni hem de Fustati tek divar ile qorumaq ucun hazirladigi iddiali planinin bir hissesi olaraq uzadilmis ve deyisdirilmisdir Qala Selaheddin 1176 ci ilde Misirin hakimiyyet iqametgahi olaraq xidmet etmek ucun boyuk bir qalanin insasina baslamis ve qalanin insasi davamcilari terefinden tamamlanmisdir Qala 19 cu esrin sonlarina qeder Misir hokmdarlarinin iqametgahi olaraq qaldi ve sonraki hokmdarlarin nezareti altinda defelerle deyisdirildi Bazarlar ve ticaret binalari Memlukler ve sonraki Osmanlilar Qahirenin iqtisadiyyatinda ticaretin ehemiyyetli rolu sebebiyle tacirler ve mallara ucun karvansaralar insa etmisler Bu gune qeder qorunan en meshur numune Vikala el Quridir Meshur el Xelili karvansarasi eyni zamanda karvansaralari birlesdiren meshur ticaret merkezidir Tarixi ticaret memarliginin basqa bir numunesi 17 ci esre aid Radvan bey Kasbahidir QorumaBu tarixi erazilerin bir coxu Misir paytaxtinin en kasib ve en siz bolgelerinden biri olaraq laqeydlik ve curumeden eziyyet cekir Bundan elave El Darb el Ehmer bolgesindeki Islam abideleri ve senet eserlerinin ogurluqlari onlarin uzunmuddetli qorunmasina tehluke yaradir Hemcinin baxQahire Ebu MinaIstinadlarWilliams Caroline Islamic Monuments in Cairo The Practical Guide 7th Cairo The American University in Cairo Press 2018 Planet Lonely Islamic Cairo in Cairo Egypt Lonely Planet ingilis 2019 11 18 tarixinde Istifade tarixi 2019 11 18 UNESCO Decision Text 2017 06 05 at the Wayback Machine World Heritage Centre 21 iyul 2017 Raymond Andre 1993 Kennedy Hugh The Great Arab Conquests How the Spread of Islamc Changed the World We Live In Weidenfeld amp Nicolson 2007 Swelim Tarek Ibn Tulun His Lost City and Great Mosque The American University in Cairo Press 2015 Brett Michael The Fatimid Empire Edinburgh Edinbugh University Press 2017 Irene Beeson Cairo a Millennial Saudi Aramco World September October 1969 24 26 30 2007 09 30 tarixinde Istifade tarixi 2007 08 09 Faṭimid Dynasty Islamic dynasty Encyclopedia Britannica ingilis 2022 09 01 tarixinde Istifade tarixi 2019 11 16 Lewis Bernard The Middle East A Brief History of the Last 2 000 Years Scribner 1995 Denoix Sylvie Depaule Jean Charles Tuchscherer Michel redaktorlar Le Khan al Khalili et ses environs Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siecle Cairo Institut francais d archeologie orientale 1999 Clot Andre L Egypte des Mamelouks L empire des esclaves 1250 1517 Perrin 1996 Abu Lughod Janet Cairo 1001 Years of the City Victorious Princeton University Press 1971 37 Shillington Kevin Encyclopedia of African History I Taylor amp Francis 2005 342 Behrens Abouseif Doris 2007 Mortada Hisham Traditional Islamic principles of built environment Routledge 2003 seh viii ISBN 0 7007 1700 5 O Neill Zora et al 2012 El Kadi Galila Bonnamy Alain Architecture for the Dead Cairo s Medieval Necropolis Cairo The American University in Cairo Press 2007 Rabat Nasser O The Citadel of Cairo A New Interpretation of Royal Mamluk Architecture E J Brill 1995 Denoix Sylvie Depaule Jean Charles Tuchscherer Michel redaktorlar Le Khan al Khalili et ses environs Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siecle Cairo Institut francais d archeologie orientale 1999 Ancient Cairo Preserving a Historical Heritage 2008 02 26 at the Wayback Machine Qantara 2006 Unholy Thefts 2013 06 05 at the Wayback Machine Al Ahram Weekly Nevine El Aref 26 June 2 July 2008 Issue No 903 Al Darb Al Ahmar District Mosques World Monuments Fund 2022 07 08 tarixinde Istifade tarixi 2020 06 12 Wilton Steer Harry Johnstone photography by Christopher Alive with artisans Cairo s al Darb al Ahmar district a photo essay March 21 2018 August 27 2022 tarixinde Istifade tarixi June 12 2020 www theguardian com vasitesile