Əlibaba Abdulla oğlu Abdullayev (23 mart 1915, Bakı – 9 avqust 1980, Bakı), bəzi mənbələrdə Əli Bala Abdullayev — Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı. O, Azərbaycan Filarmoniyasının mahnı və rəqs ansamblının kollektivinin bədii rəhbəri olmuş,Azərbaycan SSR əməkdar artisti (1943) və Azərbaycan SSR xalq artisti (1959) fəxri adlarına layiq görülmüşdür.
Əlibaba Abdullayev | |
---|---|
| |
Doğum tarixi | 23 mart 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1980 (65 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | xoreoqraf, rəqqas |
Teatr | Azərbaycan Dövlət Akademik Filarmoniyası; Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
Mükafatları |
Əlibaba Abdullayev peşəkar fəaliyyətə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, iki ildən sonra Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. İkinci Dünya müharibəsi illərində o, rəqs qrupunun rəhbəri olmuş, İranda sovet qoşunları ilə əlaqədə olmuş, bəzi əsərlər hazırlamış, Mozdok rayonunda 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür.
Müharibədən sonra Əlibaba Abdullayev Bakıda Musiqili Komediya Teatrında Azərbaycan musiqi klassiklərinin əsərlərini tamaşaya qoymuşdur. O, 1960-cı illərdə Dövlət Filarmoniyasının xoreoqrafı olmaqla Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Bundan əlavə, Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Əlibaba Abdullayev təkcə teatr səhnəsində deyil, həm də bir sıra Azərbaycan-sovet bədii filmlərində fərdi və kollektiv rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev həm də mahnılar yazmışdır.
Doğulduğu Bakı şəhərinin küçələrindən biri Əlibaba Abdullayevin adını daşıyır, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur. Əlibaba Abdullayev haqqında sənədli film çəkilmişdir.
Həyatı
Erkən illəri
Əlibaba Abdullayev 23 mart və ya 9 avqust 1915-ci ildə Bakı quberniyasının Bakı şəhərində, həmin illərdə şəhərdə məşhur olan mərsiyaxan Abdulla və evdar qadın Püstəxanımın ailəsində anadan olmuşdur. O, 16 yaşında mətbəədə işə düzəlmişdir. Hələ uşaq yaşlarında ikən onun musiqiyə, incəsənətə həvəsi olduğu üçün boş vaxtlarında İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinə getməyə başlamış, buradakı rəqs qrupunun üzvü olmuşdur.
Əlibaba Abdullayev 1935-ci ildə bəstəkar Üzeyir Hacıbəyov tərəfindən özünün yaratdığı Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblına seçilmiş və 1936-cı ildə Filarmoniyanın həmin il yaradılmış Mahnı və Rəqs Ansamblının üzvü olmuşdur. Həmin ilin noyabrında Bakıda onun da iştirak etdiyi birinci Azərbaycan Xalq Rəqsləri Festivalı keçirilmişdir. Hacıbəyov öz qeydlərində Əlibaba Abdullayevin "musiqinin ritmini dərindən" duyduğunu yazmış və əlavə etmişdir ki, onun rəqsləri tamaşaçıda "səslənən melodiyanın əyani təsvirini canlandırır". Kinoşünas Aydın Kazımzadəyə görə, Əlibaba Abdullayevin sənəti Üzeyir Hacıbəyovun müşahidəsi və dəstəyi ilə püxtələşmiş, inkişaf etmiş və yaradıcılıq zirvəsinə çatmışdır. 1938-ci ildə Qəmər Almaszadənin rəhbərlik etdiyi ansamblla birlikdə Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. O, burada "Qaytağı" rəqsini ifa etmişdir. Bu dövrdə mövcud olmuş kommunist rejimində Azərbaycanın milli qaynaqlarına rəsmi qadağa olmasa da, arzuolunmaz idi, fəqət bütün bunlarla bərabər Əlibaba Abdullayev yaradıcılığı müəyyən çətinliklər və sınaqlardan çıxaraq özünə yol aça-aça gəlmişdir.
Əlibaba Abdullayev 1941-ci ilin aprelində ansamblın bədii rəhbərinin köməkçisi, həmin ilin iyununda rəqs qrupunun rəhbəri olmuşdur. O, həmin ilin payızında İranda sovet qoşunları qarşısında konsertlərdə iştirak etmişdir. Əlibaba Abdullayev İkinci Dünya müharibəsi illərində Filarmoniyanın Mahnı və Rəqs Ansamblının tərkibində həm ön, həm də arxa cəbhədə çıxış etmişdir. 1942-ci ildə Üzeyir Hacıbəyovun "Vətən və cəbhə" kantatasının hazırlanması Əlibaba Abdullayevə həvalə olunmuşdur. O, İkinci Dünya müharibəsi illərində həm də "Dədə Qorqud" vətənpərvərlik marşının rejissoru və ifaçısı olmuşdur. O, 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüşdür. Əlibaba Abdullayev həmin il Səməd Vurğun, Bülbül, Ələsgər Ələkbərov, Qurban Pirimov və başqalarının da daxil olduğu mədəniyyət xadimləri qrupunun tərkibində Mozdok rayonuna göndərilmiş, burada o, əsasən azərbaycanlılardan ibarət 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür.
Postmüharibə illəri
Əlibaba Abdullayev İkinci Dünya müharibəsindən sonra bəstəkar Süleyman Ələsgərovdan Cəlil Məmmədquluzadə adına Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) işləmək üçün dəvət almışdır. Burada o, Fikrət Əmirovun "Gözün aydın" (Alay obrazı), Süleyman Ələsgərovun "Beş manatlıq gəlin" (Qiyas obrazı), Viktor Dolidzenin "Keto və Kote" (Kote obrazı) operettalarının səhnələşdirilmiş tamaşalarında rol almış, həm də rəqs quruluşçusu kimi çıxış etmişdir. Əlibaba Abdullayev 1947-ci ildə Çexoslovakiyada keçirilən I Ümumdünya Gənclər Festivalına hazırlıq dövründə yenidən Azərbaycan Filarmoniyasının rəqs kollektivinə daxil edilmişdir. Solist kimi çıxış edən Abdullayevə urada ona festival laureatı diplomu təqdim olunmuşdur. Əlibaba Abdullayev 1957-ci ildə Moskvada keçirilən VI Gənclər və Tələbələr Festivalının iştirakçısı olmuşdur. O, konsert proqramını, eləcə də özünün rejissoru və ifaçısı olduğu rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev bu festivalda dörd qızıl, bir gümüş və üç bürünc medal qazanmışdır.
Əlibaba Abdullayev 1959-cu ildə Moskvada keçirilən Azərbaycan İncəsənət Dekadasında Qəmər Almaszadənin xahişi ilə rəqs quruluşçusu olmuşdur. Əlibaba Abdullayevin quruluş verdiyi və Qəmər Almaszadənin ifa etdiyi rəqs mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin il 10 iyunda Əlibaba Abdullayev Azərbaycan SSR Ali Sovetinin 10 iyun 1959-cu il tarixli sərəncamı iləAzərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür. O, həmin il "Vağzalı-mirzəyi" rəqsinə quruluş vermişdir. Əlibaba Abdullayev 1960-cı illərdə xoreoqraf kimi çalışaraq Azərbaycan ədəbiyyatının klassiklərindən Cəlil Məmmədquluzadə, Molla Pənah Vaqif (Cahangir Cahangirovun musiqisinə), Cəfər Cabbarlı və başqalarının əsərləri əsasında bir sıra rəqs kompozisiyalarına quruluş vermişdir. 1960-cı illərin əvvəllərində Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Afrika ölkələrində, o cümlədən Mərakeşin paytaxtı Rabat şəhərində ("Rayal" salonunun səhnəsində) və Kasablankada qastrol səfərinə çıxmışdır. Ansamblın çıxışları və xoreoqrafı, Əlibaba Abdullayevin quruluş verdiyi rəqslər yerli mətbuatda müsbət rəylərlə qarşılanmış, bu haqda 1961-ci ildə rejissor Seyfulla Bədəlov tərəfindən "Afrika görüşləri" adında iki hissəli sənədli film çəkilmişdir.
Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O həmçinin, Rəşid Behbudovla onun Bakıda Mahnı Teatrında əməkdaşlıq etmişdir. Əlibaba Abdullayev 9 avqust 1980-ci ildə, 65 yaşında Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaradıcılığı
Rəqslər
Teatrda
Əlibaba Abdullayev opera və musiqili komediyalarda da rəqslərə quruluş vermişdir. O, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan", Süleyman Ələsgərovun "Ulduz", Səid Rüstəmovun "Durna", Soltan Hacıbəyovun "Qızıl gül" əsərlərinin tamaşaları üçün rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayevin yaradıcılığında süjet kompozisiyaları mühüm yer tutmuş, o, "Dostluq" rəqs süitasını, eləcə də "Ovçular", "Şənlik süitası", "Neftçilər süitası", "Məhsul süitası", "Balıqçılar", "Futbolçular" və s. orijinal rəqslərinin səhnələşdirilməsi ilə yanaşı, rəqs ansambllarının tamaşalarının kütləvi səhnələrinin quruluşunda da iştirak etmişdir. Əlibaba Abdullayev Naxçıvan, Lənkəran, Kirovabad (indiki Gəncə) kimi şəhərlərdə təkcə peşəkarların deyil, həm də həvəskar incəsənət xadimlərinin iştirakı ilə rəqslər və xoreoqrafik nömrələr nümayiş etdirmişdir.
Əlibaba Abdullayev Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirov kimi Azərbaycan bəstəkarları ilə əməkdaşlıq edərək tarixi xalq rəqslərini toplamış, onların rəqs ritmlərindən istifadə edərək onlar üçün yeni tamaşalar yaratmışdır. O, "Ovçular", "Bənövşə", "Bulaq başı", "Bahar", "Ay gözəl", "Qazağı", "Məzəli rəqs", "Qaytağı", "Gəlin tərifi" və "Nağaraçılar" kimi xalq rəqslərini səhnələşdirmişdir. Qızı Elmira Abdullayevanın xatirələrinə görə, Əlibaba Abdullayev daim öz üzərində işləyir, yaradıcılığı ilə bağlı xeyli ədəbiyyat öyrənir, gecələr kağız üzərində rəqs tamaşalarının eskizlərini, rəsmlərini yaradır, eyni zamanda öz-özünə mahnı oxuyurdu. O qeyd etmişdir ki, Əlibaba Abdullayev üzərində işlədiyi eskizləri Filarmoniyanın rəqqaslarına göstərmiş və onlarla məşq etmiş, həmin eskizlər əsasında rəqslər səhnələşdirmişdir.
Əlibaba Abdullayev həmçinin aralarında Bədurə Əfqanlı, Reyhan Topçubaşova, Kazım Kazımzadə, Əyyub Fətəliyev və başqalarının da olduğu teatr xadimləri ilə əməkdaşlıq etmiş, hər rəqs üçün ayrı-ayrılıqda xalq geyimlərinin eskizləri yaradılmasında iştirak etmiş, bu geyimlərin tikilməsində istifadə olunan parçaları özü seçmiş, hər rəqqas üçün geyim sifariş etmişdir.
Kinematoqrafiyada
Əlibaba Abdullayev kinematoqrafiya sahəsində də çalışmışdır ki, bu da onun yaradıcılığında xüsusi yer tutur. O, "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "(Əhməd hardadır?)" (1963), "Sehirli xalat" (1964), "Dəli Kür" (1969), "Ulduzlar sönmür" (1971) kimi bədii filmlərdə həm fərdi, həm də kollektiv rəqslər ilə səhnələr qoymuşdur. Kinoşünas Aydın Kazımzadə Əlibaba Abdullayev haqqında yazmışdır ki, o, "rejissor, rəqqas və rəssamlığı özündə birləşdir"mişdi və "rəqs üçün yaşayırdı".
Filarmoniya Ansamblının üzvü olan Əlibaba Abdullayev 1941-ci ildə dramaturq Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən "Səbuhi" (1941) filmi üçün rəqslərə quruluş vermişdir. O, bu filmdə incəsənət sahəsinə məhz rəqslə daxil olan Leyla Bədirbəylinin ifa etdiyi bir rəqsə ilk dəfə quruluş vermişdir. Leyla Bədirbəyli Axundovun həyat yoldaşı Tubu rolunu canlandırmış, Əlibaba Abdullayev isə "Şalaxo" rəqsini səhnələşdirmişdir. Bundan sonra Əlibaba Abdullayev "Arşın mal alan" (1945), "Fətəli xan" (1947) kimi filmlərdə nümayiş olunan rəqslərə quruluş vermişdir. Hüseyn Seyidzadənin rejissorluğu ilə çəkilmiş "O olmasın, bu olsun" (1958) filminin iki epizodunda Əlibaba Abdullayevin quruluş verdiyi rəqslər yer alır. Bunlarda biri Məşədi İbadın hamama aparıldığı zaman, digəri isə Məşədi İbadın toyunda ifa edilən rəqsdir. Əlibaba Abdullayev "Görüş" (1955) filmində kolxozda özbək pambıqçılarının şərəfinə, eləcə də Leyla Bədirbəylinin ifasında rəqsə quruluş vermişdir. Əlibaba Abdullayev həmçinin, rejissor Tofiq Tağızadənin lentə aldığı "Əmək və qızılgül" (1962) filmində Mahmud Esambayev və Əminə Dilbazinin ifasında "Naz eləmə" rəqsinə quruluş vermişdir. O, bu rəqsin ilk ifaçısı olmuşdur. Aydın Kazımzadə bu rəqsin həm rəqqaslar, həm də rəqs rejissoru üçün yaradıcılıq nailiyyəti hesab etmişdir. Onun fikrincə, onların hərəkətlərində "ciddi plastika hiss olunur"du.
Bədii filmlərlə yanaşı, "Məktuba cavab" (1944), "Afrika görüşləri" (1961), "Qobustan" (1967) və "Salam, Əlcəzair" (1968) kimi sənədli filmlərdə, "Doğma xalqıma" (1954) və "Abşeron ritmləri" (1970, konsert filmi) bədii sənədli filmlərdə Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərdən istifadə edilmişdir.
Mahnı yaradıcılığı
Əlibaba Abdullayev təkcə rəqqas deyil, həm də müğənni idi. Onun Leyla Bədirbəyli və ("Dilbərim", "Muleyli", "Birdənəsən", "Sarı gəlin", "Qarabağın maralı") ilə birgə, eləcə də Roza Cəlilova ("Naz eləmə") və s. ilə mahnı və rəqs ifaları səs yazıları Azərbaycan Dövlət Radiosunun "Qızıl fond"unda saxlanılır.
İrsi
Azərbaycanın paytaxtı Bakı şəhərinin "Kubinka" adlanan ərazisində küçələrdən birinə Əlibaba Abdullayevin adı verilmişdir. Əlibaba Abdullayevin 1940–1980-ci illərdə yaşadığı və onun adına küçədə yerləşən evin divarında onun barelyefinin əks olunduğu xatirə lövhəsi var. 2009-cu ildə rejissor Vüsalə Mirzəyeva Əlibaba Abdullayevin 95 illik yubileyinə həsr olunmuş, Əlibaba Abdullayevin həyat və yaradıcılığından bəhs edən "Sənəti böyüdən sənətkar" sənədli filmini çəkmişdir. Mirzəyevanın sözlərinə görə, filmin çəkilişləri zamanı o, bir neçə ay Əlibaba Abdullayevin yaradıcılığını öyrənmiş, onun haqqında həmkarlarından müsahibə almışdır. 30 noyabr 2015-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmiş, konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivləri çıxış etmişlər.
Qeydlər
- Mərsiyəxan sözü mərsiyə oxuyan şəxs mənasındadır.
Mənbə
İstinadlar
- Театральная энциклопедия, 1961, 13
- Surits, 1966. səh. 157
- Личные архивные фонды в государственных хранилищах СССР. Указатель. III. Главное архивное управление. 1963. 13.
- Rəhmanlı, Əhsən. "Rəqs sənətimizin inkişafında Əlibaba Abdullayevin rolu" (PDF). Kredo. 30 may 2019. səh. 11. İstifadə tarixi: 4 iyun 2022.
- Həsənqızı, Ülviyyə. . Report İnformasiya Agentliyi. 30 noyabr 2015. Archived from the original on 2021-10-27. İstifadə tarixi: 4 iyun 2022.
- İmanov, 2015
- Sarıyeva, 2015
- Rəhmanlı, Əliyev, 2017. səh. 49
- Rəhmanlı, Əhsən. . Hürriyyət (az.). 3 may 2022. Archived from the original on 18 May 2022. İstifadə tarixi: 4 iyun 2022.
- Hüseynzadə, 2015. səh. 15
- Rəhmanlı, Əliyev, 2017. səh. 47
- Rəhmanlı, Əliyev, 2017. səh. 45
- . Azerbaijans.com (az.). Archived from the original on 2021-10-23. İstifadə tarixi: 4 iyun 2022.
- "Абдуллаев Алибаба Абдулла оглы". Электронная библиотека Узеир Гаджибеков. İstifadə tarixi: 16 mart 2022.
- Rəhmanlı, Əliyev, 2017. səh. 46
- ""Tanınmış simalar" - görkəmli rəqqas və xoreoqraf Əlibaba Abdullayev". Bakı Şəhər Mədəniyyət Baş İdarəsi (az.). 9 avqust 2021. 4 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "В Азербайджанской государственной филармонии торжественно отметили юбилей выдающегося танцора". 1news.az (az.). 1 dekabr 2015. 2016-03-08 tarixində . İstifadə tarixi: 16 mart 2022.
- "Алибаба Абдуллаев был гением азербайджанского танца — киноисторик Айдын Кязимзаде". Trend İnformasiya Agentliyi (az.). 19 fevral 2010. 2016-03-07 tarixində . İstifadə tarixi: 16 mart 2022.
- Kazımzadə, Aydın. "Rəqsimizin korifeyi". Mədəniyyət (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 4 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
Ədəbiyyat
- Абдуллаев Али Бала Абдулла оглы // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. стб. 21. 43 000 экз.
- İmanov, V. "Алибаба Абдуллаев — 100: Гений азербайджанского танца". Trend İnformasiya Agentliyi (rus). 13 noyabr 2015.
- Bürcəliyeva, Ş. "Kinoda rəqsin rolu". Mədəniyyət (az.). Mədəniyyət Nazirliyi. 29 aprel 2011 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- Sarıyeva, İ. "Azərbaycan peşəkar rəqs sənətinin banisi Əlibaba Abdullayev..." Bakı Xəbər (az.). 13 aprel 2015. 8 mart 2016 tarixində .
- Hüseynzadə, R. "Гений азербайджанского танца". Каспій (az.). 17 noyabr 2015. səh. 13. İstifadə tarixi: 16 mart 2022.
- Surits E. Y. Всё о балете: словарь-справочник. Moskva–Leninqrad: . под редакцией Ю. И. Слонимского. 1966.
- Rəhmanlı, Əhsən; Əliyev, İlqar. "Azərbaycan rəqslərinin səhnə təcəssümü". Konservatoriya (az.). 38 (4). 2017. 4 iyun 2022 tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elibaba Abdulla oglu Abdullayev 23 mart 1915 Baki 9 avqust 1980 Baki bezi menbelerde Eli Bala Abdullayev Azerbaycan sovet xalq reqqasi ve xoreoqrafi O Azerbaycan Filarmoniyasinin mahni ve reqs ansamblinin kollektivinin bedii rehberi olmus Azerbaycan SSR emekdar artisti 1943 ve Azerbaycan SSR xalq artisti 1959 fexri adlarina layiq gorulmusdur Elibaba AbdullayevElibaba Abdullayev orta yaslarindaDogum tarixi 23 mart 1915 1915 03 23 Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 9 avqust 1980 1980 08 09 65 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIMilliyyeti azerbaycanliVetendasligi Rusiya imperiyasi AXC SSRIFealiyyeti xoreoqraf reqqasTeatr Azerbaycan Dovlet Akademik Filarmoniyasi Naxcivan Dovlet Musiqili Dram TeatriMukafatlari 1959 Elibaba Abdullayev pesekar fealiyyete 1936 ci ilde Azerbaycan Dovlet Filarmoniyasinda baslamis iki ilden sonra Moskvada kecirilen I Azerbaycan Incesenet Dekadasinda istirak etmisdir Ikinci Dunya muharibesi illerinde o reqs qrupunun rehberi olmus Iranda sovet qosunlari ile elaqede olmus bezi eserler hazirlamis Mozdok rayonunda 416 ci atici diviziyanin herbi qulluqculari ile gorusmusdur Muharibeden sonra Elibaba Abdullayev Bakida Musiqili Komediya Teatrinda Azerbaycan musiqi klassiklerinin eserlerini tamasaya qoymusdur O 1960 ci illerde Dovlet Filarmoniyasinin xoreoqrafi olmaqla Azerbaycan edebiyyati klassiklerinin eserleri esasinda bir sira reqs kompozisiyalari yaratmisdir Bundan elave Elibaba Abdullayev Mirze Agaeli Eliyev adina Azerbaycan Incesenet Institutunda ve Baki Xoreoqrafiya Mektebinde ders demisdir Elibaba Abdullayev tekce teatr sehnesinde deyil hem de bir sira Azerbaycan sovet bedii filmlerinde ferdi ve kollektiv reqslere qurulus vermisdir Elibaba Abdullayev hem de mahnilar yazmisdir Doguldugu Baki seherinin kucelerinden biri Elibaba Abdullayevin adini dasiyir yasadigi evin divarina xatire lovhesi vurulmusdur Elibaba Abdullayev haqqinda senedli film cekilmisdir HeyatiErken illeri Elibaba Abdullayev 23 mart ve ya 9 avqust 1915 ci ilde Baki quberniyasinin Baki seherinde hemin illerde seherde meshur olan mersiyaxan Abdulla ve evdar qadin Pustexanimin ailesinde anadan olmusdur O 16 yasinda metbeede ise duzelmisdir Hele usaq yaslarinda iken onun musiqiye incesenete hevesi oldugu ucun bos vaxtlarinda Ibrahim Ebilov adina Medeniyyet Merkezine getmeye baslamis buradaki reqs qrupunun uzvu olmusdur Elibaba Abdullayev 1935 ci ilde bestekar Uzeyir Hacibeyov terefinden ozunun yaratdigi Azerbaycan Dovlet Filarmoniyasinin reqs ansamblina secilmis ve 1936 ci ilde Filarmoniyanin hemin il yaradilmis Mahni ve Reqs Ansamblinin uzvu olmusdur Hemin ilin noyabrinda Bakida onun da istirak etdiyi birinci Azerbaycan Xalq Reqsleri Festivali kecirilmisdir Hacibeyov oz qeydlerinde Elibaba Abdullayevin musiqinin ritmini derinden duydugunu yazmis ve elave etmisdir ki onun reqsleri tamasacida seslenen melodiyanin eyani tesvirini canlandirir Kinosunas Aydin Kazimzadeye gore Elibaba Abdullayevin seneti Uzeyir Hacibeyovun musahidesi ve desteyi ile puxtelesmis inkisaf etmis ve yaradiciliq zirvesine catmisdir 1938 ci ilde Qemer Almaszadenin rehberlik etdiyi ansamblla birlikde Moskvada kecirilen I Azerbaycan Incesenet Dekadasinda istirak etmisdir O burada Qaytagi reqsini ifa etmisdir Bu dovrde movcud olmus kommunist rejiminde Azerbaycanin milli qaynaqlarina resmi qadaga olmasa da arzuolunmaz idi feqet butun bunlarla beraber Elibaba Abdullayev yaradiciligi mueyyen cetinlikler ve sinaqlardan cixaraq ozune yol aca aca gelmisdir Elibaba Abdullayevin 1940 1980 ci illerde Bakinin Kubinka erazisinde yasadigi ev Evin yerlesdiyi kuce Elibaba Abdullayevin adini dasiyir Elibaba Abdullayev 1941 ci ilin aprelinde ansamblin bedii rehberinin komekcisi hemin ilin iyununda reqs qrupunun rehberi olmusdur O hemin ilin payizinda Iranda sovet qosunlari qarsisinda konsertlerde istirak etmisdir Elibaba Abdullayev Ikinci Dunya muharibesi illerinde Filarmoniyanin Mahni ve Reqs Ansamblinin terkibinde hem on hem de arxa cebhede cixis etmisdir 1942 ci ilde Uzeyir Hacibeyovun Veten ve cebhe kantatasinin hazirlanmasi Elibaba Abdullayeve hevale olunmusdur O Ikinci Dunya muharibesi illerinde hem de Dede Qorqud vetenperverlik marsinin rejissoru ve ifacisi olmusdur O 1943 cu ilde Azerbaycan SSR emekdar artisti fexri adina layiq gorulmusdur Elibaba Abdullayev hemin il Semed Vurgun Bulbul Elesger Elekberov Qurban Pirimov ve basqalarinin da daxil oldugu medeniyyet xadimleri qrupunun terkibinde Mozdok rayonuna gonderilmis burada o esasen azerbaycanlilardan ibaret 416 ci atici diviziyanin herbi qulluqculari ile gorusmusdur Postmuharibe illeri Elibaba Abdullayev Ikinci Dunya muharibesinden sonra bestekar Suleyman Elesgerovdan Celil Memmedquluzade adina Musiqili Komediya Teatrinda indiki Azerbaycan Dovlet Akademik Musiqili Teatri islemek ucun devet almisdir Burada o Fikret Emirovun Gozun aydin Alay obrazi Suleyman Elesgerovun Bes manatliq gelin Qiyas obrazi Viktor Dolidzenin Keto ve Kote Kote obrazi operettalarinin sehnelesdirilmis tamasalarinda rol almis hem de reqs quruluscusu kimi cixis etmisdir Elibaba Abdullayev 1947 ci ilde Cexoslovakiyada kecirilen I Umumdunya Gencler Festivalina hazirliq dovrunde yeniden Azerbaycan Filarmoniyasinin reqs kollektivine daxil edilmisdir Solist kimi cixis eden Abdullayeve urada ona festival laureati diplomu teqdim olunmusdur Elibaba Abdullayev 1957 ci ilde Moskvada kecirilen VI Gencler ve Telebeler Festivalinin istirakcisi olmusdur O konsert proqramini elece de ozunun rejissoru ve ifacisi oldugu reqslere qurulus vermisdir Elibaba Abdullayev bu festivalda dord qizil bir gumus ve uc burunc medal qazanmisdir Elibaba Abdullayev 1959 cu ilde Moskvada kecirilen Azerbaycan Incesenet Dekadasinda Qemer Almaszadenin xahisi ile reqs quruluscusu olmusdur Elibaba Abdullayevin qurulus verdiyi ve Qemer Almaszadenin ifa etdiyi reqs mutexessisler terefinden yuksek qiymetlendirilmisdir Hemin il 10 iyunda Elibaba Abdullayev Azerbaycan SSR Ali Sovetinin 10 iyun 1959 cu il tarixli serencami ileAzerbaycan SSR xalq artisti fexri adina layiq gorulmusdur O hemin il Vagzali mirzeyi reqsine qurulus vermisdir Elibaba Abdullayev 1960 ci illerde xoreoqraf kimi calisaraq Azerbaycan edebiyyatinin klassiklerinden Celil Memmedquluzade Molla Penah Vaqif Cahangir Cahangirovun musiqisine Cefer Cabbarli ve basqalarinin eserleri esasinda bir sira reqs kompozisiyalarina qurulus vermisdir 1960 ci illerin evvellerinde Dovlet Filarmoniyasinin Mahni ve Reqs Ansambli Afrika olkelerinde o cumleden Merakesin paytaxti Rabat seherinde Rayal salonunun sehnesinde ve Kasablankada qastrol seferine cixmisdir Ansamblin cixislari ve xoreoqrafi Elibaba Abdullayevin qurulus verdiyi reqsler yerli metbuatda musbet reylerle qarsilanmis bu haqda 1961 ci ilde rejissor Seyfulla Bedelov terefinden Afrika gorusleri adinda iki hisseli senedli film cekilmisdir Elibaba Abdullayev Mirze Agaeli Eliyev adina Azerbaycan Incesenet Institutunda ve Baki Xoreoqrafiya Mektebinde ders demisdir O hemcinin Resid Behbudovla onun Bakida Mahni Teatrinda emekdasliq etmisdir Elibaba Abdullayev 9 avqust 1980 ci ilde 65 yasinda Baki seherinde vefat etmis Ikinci Fexri Xiyabanda defn edilmisdir YaradiciligiReqsler Teatrda source source source source Elibaba Abdullayev ve Emine Dilbazinin ifasinda Azerbaycan xalq reqsi 1937 filmi Rejissor Elisettar Atakisiyev Elibaba Abdullayev opera ve musiqili komediyalarda da reqslere qurulus vermisdir O Azerbaycan Dovlet Musiqili Komediya Teatrinin sehnesinde Uzeyir Hacibeyovun Arsin mal alan Suleyman Elesgerovun Ulduz Seid Rustemovun Durna Soltan Hacibeyovun Qizil gul eserlerinin tamasalari ucun reqslere qurulus vermisdir Elibaba Abdullayevin yaradiciliginda sujet kompozisiyalari muhum yer tutmus o Dostluq reqs suitasini elece de Ovcular Senlik suitasi Neftciler suitasi Mehsul suitasi Baliqcilar Futbolcular ve s orijinal reqslerinin sehnelesdirilmesi ile yanasi reqs ansambllarinin tamasalarinin kutlevi sehnelerinin qurulusunda da istirak etmisdir Elibaba Abdullayev Naxcivan Lenkeran Kirovabad indiki Gence kimi seherlerde tekce pesekarlarin deyil hem de heveskar incesenet xadimlerinin istiraki ile reqsler ve xoreoqrafik nomreler numayis etdirmisdir Elibaba Abdullayev Uzeyir Hacibeyov Suleyman Elesgerov Tofiq Quliyev Cahangir Cahangirov kimi Azerbaycan bestekarlari ile emekdasliq ederek tarixi xalq reqslerini toplamis onlarin reqs ritmlerinden istifade ederek onlar ucun yeni tamasalar yaratmisdir O Ovcular Benovse Bulaq basi Bahar Ay gozel Qazagi Mezeli reqs Qaytagi Gelin terifi ve Nagaracilar kimi xalq reqslerini sehnelesdirmisdir Qizi Elmira Abdullayevanin xatirelerine gore Elibaba Abdullayev daim oz uzerinde isleyir yaradiciligi ile bagli xeyli edebiyyat oyrenir geceler kagiz uzerinde reqs tamasalarinin eskizlerini resmlerini yaradir eyni zamanda oz ozune mahni oxuyurdu O qeyd etmisdir ki Elibaba Abdullayev uzerinde islediyi eskizleri Filarmoniyanin reqqaslarina gostermis ve onlarla mesq etmis hemin eskizler esasinda reqsler sehnelesdirmisdir Elibaba Abdullayev hemcinin aralarinda Bedure Efqanli Reyhan Topcubasova Kazim Kazimzade Eyyub Feteliyev ve basqalarinin da oldugu teatr xadimleri ile emekdasliq etmis her reqs ucun ayri ayriliqda xalq geyimlerinin eskizleri yaradilmasinda istirak etmis bu geyimlerin tikilmesinde istifade olunan parcalari ozu secmis her reqqas ucun geyim sifaris etmisdir Kinematoqrafiyada source source source source Mahmud Esambayev ve Emine Dilbazinin ifasinda Elibaba Abdullayevin qurulus verdiyi Naz eleme reqsi Emek ve qizilgul 1962 filmi Rejissor Tofiq Tagizade Elibaba Abdullayev kinematoqrafiya sahesinde de calismisdir ki bu da onun yaradiciliginda xususi yer tutur O Gorus 1955 O olmasin bu olsun 1956 Ehmed hardadir 1963 Sehirli xalat 1964 Deli Kur 1969 Ulduzlar sonmur 1971 kimi bedii filmlerde hem ferdi hem de kollektiv reqsler ile sehneler qoymusdur Kinosunas Aydin Kazimzade Elibaba Abdullayev haqqinda yazmisdir ki o rejissor reqqas ve ressamligi ozunde birlesdir misdi ve reqs ucun yasayirdi Filarmoniya Ansamblinin uzvu olan Elibaba Abdullayev 1941 ci ilde dramaturq Mirze Feteli Axundovun heyat ve yaradiciligindan behs eden Sebuhi 1941 filmi ucun reqslere qurulus vermisdir O bu filmde incesenet sahesine mehz reqsle daxil olan Leyla Bedirbeylinin ifa etdiyi bir reqse ilk defe qurulus vermisdir Leyla Bedirbeyli Axundovun heyat yoldasi Tubu rolunu canlandirmis Elibaba Abdullayev ise Salaxo reqsini sehnelesdirmisdir Bundan sonra Elibaba Abdullayev Arsin mal alan 1945 Feteli xan 1947 kimi filmlerde numayis olunan reqslere qurulus vermisdir Huseyn Seyidzadenin rejissorlugu ile cekilmis O olmasin bu olsun 1958 filminin iki epizodunda Elibaba Abdullayevin qurulus verdiyi reqsler yer alir Bunlarda biri Mesedi Ibadin hamama aparildigi zaman digeri ise Mesedi Ibadin toyunda ifa edilen reqsdir Elibaba Abdullayev Gorus 1955 filminde kolxozda ozbek pambiqcilarinin serefine elece de Leyla Bedirbeylinin ifasinda reqse qurulus vermisdir Elibaba Abdullayev hemcinin rejissor Tofiq Tagizadenin lente aldigi Emek ve qizilgul 1962 filminde Mahmud Esambayev ve Emine Dilbazinin ifasinda Naz eleme reqsine qurulus vermisdir O bu reqsin ilk ifacisi olmusdur Aydin Kazimzade bu reqsin hem reqqaslar hem de reqs rejissoru ucun yaradiciliq nailiyyeti hesab etmisdir Onun fikrince onlarin hereketlerinde ciddi plastika hiss olunur du Bedii filmlerle yanasi Mektuba cavab 1944 Afrika gorusleri 1961 Qobustan 1967 ve Salam Elcezair 1968 kimi senedli filmlerde Dogma xalqima 1954 ve Abseron ritmleri 1970 konsert filmi bedii senedli filmlerde Elibaba Abdullayevin qurulus verdiyi reqslerden istifade edilmisdir Mahni yaradiciligi Elibaba Abdullayev tekce reqqas deyil hem de mugenni idi Onun Leyla Bedirbeyli ve Dilberim Muleyli Birdenesen Sari gelin Qarabagin marali ile birge elece de Roza Celilova Naz eleme ve s ile mahni ve reqs ifalari ses yazilari Azerbaycan Dovlet Radiosunun Qizil fond unda saxlanilir IrsiAzerbaycanin paytaxti Baki seherinin Kubinka adlanan erazisinde kucelerden birine Elibaba Abdullayevin adi verilmisdir Elibaba Abdullayevin 1940 1980 ci illerde yasadigi ve onun adina kucede yerlesen evin divarinda onun barelyefinin eks olundugu xatire lovhesi var 2009 cu ilde rejissor Vusale Mirzeyeva Elibaba Abdullayevin 95 illik yubileyine hesr olunmus Elibaba Abdullayevin heyat ve yaradiciligindan behs eden Seneti boyuden senetkar senedli filmini cekmisdir Mirzeyevanin sozlerine gore filmin cekilisleri zamani o bir nece ay Elibaba Abdullayevin yaradiciligini oyrenmis onun haqqinda hemkarlarindan musahibe almisdir 30 noyabr 2015 ci il tarixinde Muslum Maqomayev adina Azerbaycan Dovlet Filarmoniyasinda Elibaba Abdullayevin 100 illik yubileyine hesr olunmus konsert kecirilmis konsertde Azerbaycan Dovlet Mahni ve Reqs Ansamblinin Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinin Baki Xoreoqrafiya Akademiyasinin ve Azerbaycan Dovlet Usaq Filarmoniyasinin kollektivleri cixis etmisler QeydlerMersiyexan sozu mersiye oxuyan sexs menasindadir MenbeIstinadlar Teatralnaya enciklopediya 1961 13 Surits 1966 seh 157 Lichnye arhivnye fondy v gosudarstvennyh hranilishah SSSR Ukazatel III Glavnoe arhivnoe upravlenie 1963 13 Rehmanli Ehsen Reqs senetimizin inkisafinda Elibaba Abdullayevin rolu PDF Kredo 30 may 2019 seh 11 Istifade tarixi 4 iyun 2022 Hesenqizi Ulviyye Report Informasiya Agentliyi 30 noyabr 2015 Archived from the original on 2021 10 27 Istifade tarixi 4 iyun 2022 Imanov 2015 Sariyeva 2015 Rehmanli Eliyev 2017 seh 49 Rehmanli Ehsen Hurriyyet az 3 may 2022 Archived from the original on 18 May 2022 Istifade tarixi 4 iyun 2022 Huseynzade 2015 seh 15 Rehmanli Eliyev 2017 seh 47 Rehmanli Eliyev 2017 seh 45 Azerbaijans com az Archived from the original on 2021 10 23 Istifade tarixi 4 iyun 2022 Abdullaev Alibaba Abdulla ogly Elektronnaya biblioteka Uzeir Gadzhibekov Istifade tarixi 16 mart 2022 Rehmanli Eliyev 2017 seh 46 Taninmis simalar gorkemli reqqas ve xoreoqraf Elibaba Abdullayev Baki Seher Medeniyyet Bas Idaresi az 9 avqust 2021 4 iyun 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 4 iyun 2022 Azerbaycan Dovlet Informasiya Agentliyi V Azerbajdzhanskoj gosudarstvennoj filarmonii torzhestvenno otmetili yubilej vydayushegosya tancora 1news az az 1 dekabr 2015 2016 03 08 tarixinde Istifade tarixi 16 mart 2022 Alibaba Abdullaev byl geniem azerbajdzhanskogo tanca kinoistorik Ajdyn Kyazimzade Trend Informasiya Agentliyi az 19 fevral 2010 2016 03 07 tarixinde Istifade tarixi 16 mart 2022 Kazimzade Aydin Reqsimizin korifeyi Medeniyyet az Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 4 iyun 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 4 iyun 2022 Edebiyyat Abdullaev Ali Bala Abdulla ogly Teatralnaya enciklopediya v 6 t gl red S S Mokulskij T 1 A Globus M Sovetskaya enciklopediya 1961 stb 21 43 000 ekz Imanov V Alibaba Abdullaev 100 Genij azerbajdzhanskogo tanca Trend Informasiya Agentliyi rus 13 noyabr 2015 Burceliyeva S Kinoda reqsin rolu Medeniyyet az Medeniyyet Nazirliyi 29 aprel 2011 Azerbaycan Milli Kitabxanasi vasitesile Sariyeva I Azerbaycan pesekar reqs senetinin banisi Elibaba Abdullayev Baki Xeber az 13 aprel 2015 8 mart 2016 tarixinde Huseynzade R Genij azerbajdzhanskogo tanca Kaspij az 17 noyabr 2015 seh 13 Istifade tarixi 16 mart 2022 Surits E Y Vsyo o balete slovar spravochnik Moskva Leninqrad pod redakciej Yu I Slonimskogo 1966 Rehmanli Ehsen Eliyev Ilqar Azerbaycan reqslerinin sehne tecessumu Konservatoriya az 38 4 2017 4 iyun 2022 tarixinde arxivlesdirilib