Hüseyn Əli oğlu Seyidzadə (13 oktyabr 1912, İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası – 2 iyun 1979, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1970). Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.
Hüseyn Seyidzadə | |
---|---|
Doğum tarixi | 13 oktyabr 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 1979 (66 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1150930 |
www.iravan.info |
Həyatı
Hüseyn Mirəli oğlu Seyidzadə 1912-ci il, oktyabrın 13-də İrəvanda anadan olmuşdur. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirmişdir. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan "Sovqat" filmini çəkmişdir. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmi çıxarıldı. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı "Dəli Kür" ssenarisini ekranlaşdırıldı. "Yenilməz batalyon" (1965), "Koroğlu" (1960), "Var olun qızlar" (1972), "Qayınana" (1978) bədii filmləri H. Seyidzadənin ən yaxşı rejissor işlərindəndir. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. O, 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat etmişdir. Bakıda küçələrdən biri onun adını daşıyır.
Yaradıcılığı
Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından idi. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. H. Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. O, çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.
Hüseyn Seyidzadə qısa bir müddət Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvaya yola düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır. Kuleşov və Eyzenşteynin rejissorluq emalatxanasında, , , Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Lyudkeviçin rəhbərliyi altında çalışır. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada , bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir.
Hüseyn Seyidzadənin müstəqil rejissor kimi kino həyatı 1939-cu ildə "Ayna"yla başlayır, amma elə ilk dəfədən də uğursuzluğa düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Bundan sonra yarımçıq qalan "Ayna"nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkirlər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə adlandırılır. Baş rolu Leyla Bədirbəyli ifa edir.
1953-cü ildə kinostudiyada "Doğma xalqıma" bədii-sənədli filminin istehsalı başlayır. Filmin quruluşu rejissor Yan Fridə tapşırılır. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilir. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılır. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olunur.
H. Seyidzadənin filmi Azərbaycan kinosunda bir inqilab idi. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. O, dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırır. Bununla da "O olmasın, bu olsun" onun quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur. İlk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi.
"O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi.
Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.
Hüseyn Seyidzadənin ikinci filmi olur. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq (1960), bədii kinomuzda ilk genişekranlı film yaratmaq rejissorun cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qalır. "O olmasın, bu olsun" filmindəki o qeyri-adi, bənzərsiz aktyor ansamblı ilə müqayisədə bu ifaçılar sönük görünürdülər. Aktyor seçimi obrazın xarakteri, fərdiyyəti ilə üst-üstə düşmürdü. Bu da filmin yaradılması prosesində rejissorun təzyiqlərə məruz qaldığını göstərirdi. Nəticədə "Koroğlu" rejissorun 2–3 il ondan əvvəl çəkdiyi filmdən sənətkarlıq baxımından kəskin fərqlənirdi.
60-cı illərdə baş vermiş bir hadisə də Hüseyn Seyidzadəni xeyli sarsıdır. Belə ki, şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə jurnalında dərc edilmiş "Bizim sahildə" adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunur. Ancaq filmi 1974-cü ildə rejissor Eldar Quliyev çəkir.
Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıdır. Buna baxmayaraq o, yenə də öz sənəti uğrunda mübarizəni davam etdirir. Hüseyn Seyidzadənin müstəqil rejissor kimi sonrakı iki filmi — (1966) və (1969) olur. "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından rejissorun mükəmməl işlərindən biridir.
Sənətkarın sonrakı mübarizəsi isə "Dəli Kür" filmi ilə bağlıdır. Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxarıldı. Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan epizodları diqqətə çatdırırıq. Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: "Deyəsən, könlündən Sibir keçir" — deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Və mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə imkan verə bilməzdi. Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi, lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmini çəkir – "Qaynana"nı. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edir. Qarşısına çıxan, hətta çıxarılan maneələrə, haqsızlıqlara baxmayaraq. Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də filmi ilə bağlı yaranan problem ona mənən böyük zərbə vurur. İlkin variantda adlanan bu film studiyanın 25 oktyabr 1970-ci il tarixli əmri ilə Hüseyn Seyidzadəyə verilir. Filmi çəkilməyə başlayanda H. Seydzadə açıq demişdi ki, bizim ssenarini niyə ruslar yazmalıdır. Çünki 1970-ci ildə rejissorluğu H. Seyidzadəyə verilən bu filmin ssenarisi moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunmuşdu.
Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görür və iclasda öz fikirlərini açıqca söyləyir. Ssenari müəlliflərinə məsləhətlərini vermək məqsədilə 3 dəfə Moskvaya ezam olunur. Müəlliflər də əvvəlcə onunla razılaşırlar. Ancaq sonradan Hüseyn Seyidzadənin süjeti tamam dəyişdirməsinə qəti etiraz edirlər. 7 may 1972-ci ildə Moskvadan Bakıya — kinostudiyanın direktoru Adil İsgəndərovun adına məktub ünvanlayırlar: "Hüseyn Seyidzadə rejissor ssenarisinin, eləcə də Respublika və İttifaq Kinematoqrafiya komitələrinin təsdiq etdiyi ssenarilərin bizim ədəbi ssenarimizə qətiyyən dəxli yoxdu. Buna görə də rejissorun düzəlişləri üzərində işləyə bilmərik. Seyidzadə təsdiq edir ki, onun rejissor konsepsiyası milli xarakterlər ruhundadır. Xahiş edirik, Bədii Şurada rejissor ssenarisini müzakirə edəsiniz".
Kinostudiyanın Bədii Şurası ssenarini müzakirə edir. Nəticədə rejissor haqlı çıxır və ssenaridəki çatışmazlıqlar aşkar olur. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Yeni ssenari müəllifləri cəlb olunur. Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Hətta film barədə o dövrün mətbuatında da məlumatlar yer alır, lakin kimlərinsə gizli oyunu nəticəsində film 1974-cü ildə Hüseyn Seyidzadədən alınır. Səbəb kimi ssenari üzərində öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi kimi lentə alıb, 1973-cü il dövlət planını pozub, filmi vaxtında təhvil verməyib və s. göstərilir. Beləcə, 4 illik əziyyəti heç sayıb, filmi başqa bir rejissora verirlər.
Bu, Hüseyn Seyidzadənin kino taleyində aldığı ən böyük zərbə idi. Növbəti zərbə filmilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi ağrı tapır. Elə bu dərd-qəmlə dolu ürək ağrıları da onun həyatına son qoyur. O,1979-cu il iyunun 2-də bu dünyasını dəyişdi.
H. Seyidzadə universal intellektə malik, işgüzar, zəhmətkeş bir istedad idi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən vətəndaş müharibəsinin milli qəhrəmanı "Qatır Məmməd", "Dərviş Parisi partladır", Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin çəkilişlərinə başlansa da, naməlum səbəblərdən yarıda saxlanılırdı və alınıb başqasına verilirdi. Özü deyirdi ki, "insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun, amma mən anadan olandan taleyimlə əlbəyaxadayam…"
Hüseyn Seyidzadənin əmisi nəvəsi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə ustad sənətkarı sadə, xeyirxah, ürəyiaçıq bir insan kimi xatırlayır:
Hüseyn Seyidzadə çox gözəl insan idi. Ad günlərdə, məclislərdə biz bir yerə toplaşırdıq, onun maraqlı söhbətlərinə qulaq asırdıq. O gələn kimi məclisdə ayrı bir mühit yaranırdı. Biz onunla dost idik. Həqiqətən aktyor seçiminə böyük önəm verirdi və ciddi yanaşırdı. Sözün əsl mənasında sənətkar idi. Ümumiyyətlə, Seyidzadələr ailəsi nəsilli-nəcabətli ailə olub. 19-cu yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk xanım ortoped-travmatoloqdur. O biri bacısı Zəhra xanım mühəndis idi. Qardaşları Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, atam Bağır Seyidzadə görkəmli jurnalist, diplomat, nazir, İbrahim Seyidov təyyarə mühəndisi olub. Ümumiyyətlə, o nəslə "Qara seyidlər" deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır. Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar, ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Həm də təəssüf ki, ömrünün sonuna qədər tək-tənha yaşadı
.
Dilarə Seyidzadə deyir ki, Hüseyn Seyidzadə xoşbəxt yaşamaq istəyirdi. Ancaq nə həyatda, nə də sənətdə onu xoşbəxt adlandırmaq olmazdı. O, ömrünü sonuna qədər ailə sahibi olmadı. Baxmayaraq ki, sevdiyi qadın və bir oğlu vardı. Onunla Moskvada oxuyub işlədiyi zaman tanış olmuşdu. Elə o xanımdan da bir oğlu dünyaya gəlmişdi. Uşağa atasının adını vermişdi – Əli. Onların hansı səbəblərdən bir yerdə yaşamadıqları məlum olmasa da, Bakıya qayıdandan sonra da əlaqələrinin itməməsi dəqiqdi. Oğlu Bakıya gəlib-gedirdi, amma sonralar hansısa səbəblərdən əlaqə itdi. Hətta nə sevdiyi qadın, nə də oğlu ölümündən xəbər tutmadı, yasına, məzarı üstünə gəlmədi. İndi də onların harada yaşadıqları, sağ olub-olmamaları bilinmir. Hüseyn Seyidzadənin vəfatından xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım oldu. Bu qara xəbərə dözə bilməyəcəyindən qorxub qoca anadan oğlunun ölümünü gizlədirlər. Ancaq bu ayrılıq da uzun çəkmir. Az sonra ana da haqq dünyasına qovuşur…
O, həqiqətən də bütün qəlbi ilə sənətinə, xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib Hindistana gedər, vəd edildiyi kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi qəbul etmir. Doğma vətənini, Azərbaycanını başqa ölkəyə dəyişmir. Burda qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə, maneələrə, ağrılara baxmayaraq. Millətinə, xalqına, vətəninə bağlı bir sənətkar kimi yaşayır və həyatını bu cür başa vurur.
- Aktrisa qardaşıdır.
- Aktrisa oğludur.
Filmoqrafiya
- Bakılılar (film, 1938)
- Bir ailə (film, 1943)
- Dəli Kür (film, 1969)
- Doğma xalqıma (film, 1954)
- Əbədi odlar ölkəsi (film, 1945)
- Əlsiz adamlar (film, 1932)
- İlk komsomol buruğu (film, 1930)
- İşgüzar adamlar (film, 1977)
- Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
- Koroğlu (film, 1960)
- Qayınana (film, 1978)
- O olmasın, bu olsun (film, 1956)
- Sovqat (film, 1942)
- Var olun, qızlar... (film, 1972)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
- "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
- Kinomuzun yorğun sərkərdəsi — Aydın Dadaşovun yazısı
- "Hüseyn Seyidzadə 100. Ağrılı taleyi olan korifey sənətkar" miniatür kitabı çapdan çıxmışdır
- Sevgilisindən, oğlundan və anasından xəbərsiz ölən tənha dahi — HƏYAT HEKAYƏTİ 2017-06-07 at the Wayback Machine
- Milli kinomuzun incilərini yaradan böyük sənətkar [ölü keçid]
- Kinoya böyük sevgilərlə… Hüseyn Seyidzadə (film, 19.10.2012)
- Hüseyn Seyidzadə (film, 13.11.2013)
- NƏHƏNG İNSAN, NƏHƏNG REJİSSOR
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huseyn Eli oglu Seyidzade 13 oktyabr 1912 Irevan Irevan quberniyasi Rusiya imperiyasi 2 iyun 1979 Baki Azerbaycan kinorejissoru Azerbaycan SSR emekdar incesenet xadimi 1970 Azerbaycan kino tarixinde ilk rengli bedii filmin muellifidir Huseyn SeyidzadeDogum tarixi 13 oktyabr 1912 1912 10 13 Dogum yeri Irevan Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 2 iyun 1979 1979 06 02 66 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIFealiyyeti kinorejissorTehsili Sergey Gerasimov adina Umumrusiya Dovlet Kinematoqrafiya UniversitetiMukafatlariIMDb ID1150930www iravan infoHeyatiHuseyn Mireli oglu Seyidzade 1912 ci il oktyabrin 13 de Irevanda anadan olmusdur Hesen Seyidovun kicik qardasidir 1927 ci ilde Bakida tikis fabrikinde emek fealiyyetine baslamis sonra fehle teatrina daxil olmus aktyor komekcisi kimi fealiyyet gostermisdir Bir ilden sonra o Genc isci teatrinin aktyoru olmusdur 1930 cu ilde Leninqradda rejissorluq kursunu bitirmis ve Bakiya qayitmisdir 1936 ci ilde Moskvada Umumittifaq Kinematoqrafiya Institutunun kinorejissorluq fakultesini bitirdikden sonra Azerbaycanfilm kinostudiyasinda islemisdir 1938 ci ilde Bakililar Boyuk sefeq 1939 cu ilde Ayna filmlerinin cekilisinde rejissorluq etmisdir Sonra o Lenfilm studiyasinda oz pesesini tekmillesdirmisdir 1943 cu ilde rejissor Niyazi Bedelovla birge muharibeye sovqat gonderen insanlarin vetenperverlik duygularindan sohbet acan Sovqat filmini cekmisdir 1956 ci ilde Bakinin kinoteatrlarinda ekrana Huseyn Seyidzadenin O olmasin bu olsun filmi cixarildi Azerbaycanda ele bir kino eseri yoxdur ki O olmasin bu olsun qeder meshur aktyor ansambli toplaya bilsin Dunyani dolasan bu film Huseyn Seyidzade yaradiciliginin sah eserlerindendir Huseyn Seyidzade 1969 cu ilde Ismayil Sixlinin eyniadli romani esasinda yazdigi Deli Kur ssenarisini ekranlasdirildi Yenilmez batalyon 1965 Koroglu 1960 Var olun qizlar 1972 Qayinana 1978 bedii filmleri H Seyidzadenin en yaxsi rejissor islerindendir Huseyn Seyidzade mubariz senetkar idi O sozunu aciq demeyi xoslayirdi O 1970 ci ilde Azerbaycan SSR nin Emekdar incesenet xadimi adina layiq gorulmusdur Son vaxtlar Natevan haqqinda film cekmek isteyirdi Ancaq amansiz olum buna imkan vermedi Huseyn Seyidzade 1979 cu il iyunun 2 de vefat etmisdir Bakida kucelerden biri onun adini dasiyir YaradiciligiHuseyn Seyidzade Azerbaycan milli kino senetinin gorkemli numayendelerinden biri kimi yuksek pesekarligi isine boyuk mehebbeti son derece tevazokar ziyali numunesi ile secilen senet adamlarindan idi Korifey senetkarin yaradici irsi esl menada boyuk mektebdir Onun fealiyyetinin derinden arasdirilib oyrenilmesi bir terefden kino tariximizin tedqiqi diger terefden xalqin menevi yaddasinin yeni nesle catdirilmasi baximindan xususi ehemiyyet kesb edir H Seyidzade daim dusunen axtarisda olan rejissor idi O cekdiyi filmlerin uzerinde yaradiciliqla isleyir her kadra mena vermeye calisirdi Bele olmasaydi tebii ki onun filmleri umumxalq mehebbeti qazanmazdi Huseyn Seyidzade qisa bir muddet Baki kinostudiyasinda rejissor komekcisi isleyir 1931 ci ilde ise Moskvaya yola dusur Umumittifaq Dovlet Kinematoqrafiya Institutunda tehsil alir Kulesov ve Eyzensteynin rejissorluq emalatxanasinda Lenfilm Mosfilm Maksim Qorki adina kinostudiyada tecrube kecir bu studiyalarda istehsal olunan filmlerde rejissor assistenti ikinci rejissor isleyir Sovet ekraninin adli sanli ustalari Petrovun Aleksandrovun Lyudkevicin rehberliyi altinda calisir 1936 ci ilde institutu qurtarib Bakiya qayidan genc mutexessis kinostudiyada Bakililar Bir aile bedii filmlerinde dublyaj rejissoru rejissor assistenti isleyir Huseyn Seyidzadenin musteqil rejissor kimi kino heyati 1939 cu ilde Ayna yla baslayir amma ele ilk defeden de ugursuzluga ducar olur Niyazi Bedelovla birge cekdiyi film melum olmayan sebeblerden yarimciq dayandirilir Bundan sonra yarimciq qalan Ayna nin materiallarindan istifade ederek muharibe movzusunda yeni bir film cekirler Imran Qasimovun ssenarisi esasinda 1943 cu ilde hazir olan film bu defe Sovqat adlandirilir Bas rolu Leyla Bedirbeyli ifa edir 1953 cu ilde kinostudiyada Dogma xalqima bedii senedli filminin istehsali baslayir Filmin qurulusu rejissor Yan Fride tapsirilir Gorkemli rus kinorejissoru M Rommun xahisinden sonra ise Huseyn Seyidzadeye Yan Fridle birge bu filmi cekmeye icaze verilir Belelikle 1954 cu ilde Azerbaycanda ilk rengli bedii senedli film muveffeqiyyetle cekilib ekranlara buraxilir Mehz bundan sonra Huseyn Seyidzadeye musteqil olaraq tammetrajli bedii film hevale olunur H Seyidzadenin O olmasin bu olsun filmi Azerbaycan kinosunda bir inqilab idi 1956 ci ilde Bakinin kinoteatrlarina tamasaci elinden ayaq basmaq olmurdu Uzun novbelere yaxin dusmek mumkun deyildi O dahi Uzeyir Hacibeylinin eyniadli operettasini Sabit Rehmanin ssenarisi esasinda ekranlasdirir Bununla da O olmasin bu olsun onun qurulusunda Azerbaycan kino tarixinde ilk rengli bedii film kimi daxil olur Ilk rengli film dahi Uzeyir beyin genis tamasaci auditoriyasina teqdim olunan ikinci boyuk eseri idi O olmasin bu olsun Huseyn Seyidzade yaradiciliginin sah eserlerindendir Filmin yaranma tarixi haqqinda cox yazilib Film ekranlara cixarilanda ona qarsi mueyyen tenqidi munasibetler olsa da onun muveffeqiyyetine kolge sala bilmedi Meselen bazarda qocularin davasi Rustem beyin evindeki qalmaqal hamam sehnesi ve s noqsan kimi gosterilirdi Ancaq bu film sevildi ve oz rejissoruna boyuk sohret getirdi Azerbaycanda ele bir kino eseri yoxdur ki O olmasin bu olsun qeder meshur aktyor ansambli toplaya bilsin Bu Azerbaycan aktyorlarinin kino qalereyasi idi Texminen ekrana cixdigi iki uc il erzinde artiq dunyanin 40 dan cox olkesinde gosterilen bu film Azerbaycan kinosunun sohretini dunyaya yaydi Iran Iraq Yaponiya Avstriya ABS Isvecre Macaristan ve diger olkelerin tamasacilari filme boyuk maraqla baxirdilar ve ele bu gun de O olmasin bu olsun dunyani dolasmaqdadir Huseyn Seyidzadenin ikinci filmi Koroglu olur Bele bir qehremanliq dastanini ekrana cixarmaq 1960 bedii kinomuzda ilk genisekranli film yaratmaq rejissorun cesaretinin tezahuru olsa da ssenari Moskvada esasli deyisikliklere meruz qalir O olmasin bu olsun filmindeki o qeyri adi benzersiz aktyor ansambli ile muqayisede bu ifacilar sonuk gorunurduler Aktyor secimi obrazin xarakteri ferdiyyeti ile ust uste dusmurdu Bu da filmin yaradilmasi prosesinde rejissorun tezyiqlere meruz qaldigini gosterirdi Neticede Koroglu rejissorun 2 3 il ondan evvel cekdiyi filmden senetkarliq baximindan keskin ferqlenirdi 60 ci illerde bas vermis bir hadise de Huseyn Seyidzadeni xeyli sarsidir Bele ki sair Novruz Genceli Alla Axundova ile Huseyn Seyidzadenin birge yazdigi Var olun qizlar ssenarisinin ona mexsus oldugunu iddia edirdi O mehkemeye muraciet ederek bu ssenarinin onun 1961 ci ilde Azerbaycan jurnalinda derc edilmis Bizim sahilde adli eserinden ogurlandigini bildirir ve ssenarinin cekilisinin saxlanilmasini teleb edirdi Uzun mehkeme cekismelerinden sonra Alla Axundova Huseyn Seyidzadenin istiraki ile ssenarinin muellifi kimi tesdiq olunur Ancaq filmi 1974 cu ilde rejissor Eldar Quliyev cekir Bu cekismeler Huseyn Seyidzadeni xeyli sarsidir Buna baxmayaraq o yene de oz seneti ugrunda mubarizeni davam etdirir Huseyn Seyidzadenin musteqil rejissor kimi sonraki iki filmi Yenilmez batalyon 1966 ve Deli Kur 1969 olur Yenilmez batalyon ister pesekarliq isterse de nezerde tutulan dovrun pafosunu ozunde eks etdirmek baximindan rejissorun mukemmel islerinden biridir Senetkarin sonraki mubarizesi ise Deli Kur filmi ile baglidir Bu filmin de taleyi Huseyn Seyidzadenin oz taleyi kimi agrili olub 1969 cu ilde Ismayil Sixlinin eyniadli romani esasinda yazdigi ssenari ekranlasdirildi ve 1970 ci ilde film ekranlara cixarildi Film Moskvada senzuranin qezebine tus oldu Asagida filmden cixarilan epizodlari diqqete catdiririq Qubernator Cahandar agaya deyir ki canisin onun torpaginda ov etmek isteyir Ya torpagi satin ya da bagislayin O ise cavab verir ki torpagi ne satarlar ne de bagislayarlar Cavabinda qubernator deyir Baxariq Sonra kazaklar Cahandar aganin ustune gonderilir Bundan basqa diger bir epizod da filmden kenar edilib Nokerler gelib Cahandar agaya deyirler ki kazaklar mal qarani aparib ozumuzu de doyduler Cahandar aga ise kazaklara deyir ki bu sizin ata baba torpaginizdir Onlar ise Deyesen konlunden Sibir kecir deyirler Cahandar aga kazaklarin bascisini qamci ile doyur Sonra atisma baslayir O kazaklarin besini oldurur Onu vururlar Cahandar aga ozunu suya atir bununla da film qurtarirdi Ve Ana Kur mahnisi oxunurdu Butun bunlar filmden cixarilmisdi Rejissor cox sey gostermisdise de filmi tam sekilde xilas ede bilmemisdi Cunki imperiya oz qanicen xisletini gostermeye imkan vere bilmezdi Film uzun zaman bu epizodlarsiz ekranlarda gosterildi lakin xalq yazicisi Isa Huseynovun ciddi seyi neticesinde 90 ci illerin ortalarinda televiziya vasitesile hemin epizodlar ekranda canlandirildi ve filmin ilkin nusxesi tamasacilara teqdim olundu Deli Kur den duz 9 il sonra 1978 ci ilde Huseyn Seyidzade sonuncu filmini cekir Qaynana ni Hem ilk hem de son bedii tammetrajli filmi ile Huseyn Seyidzade adini Azerbaycanin kino tarixine hekk edir Qarsisina cixan hetta cixarilan maneelere haqsizliqlara baxmayaraq Bu 9 il erzinde Huseyn Seyidzade bir nece defe boyuk haqsizliga ducar olur Xususen de Qatir Memmed filmi ile bagli yaranan problem ona menen boyuk zerbe vurur Ilkin variantda Gencebasarli qisasci adlanan bu film studiyanin 25 oktyabr 1970 ci il tarixli emri ile Huseyn Seyidzadeye verilir Filmi cekilmeye baslayanda H Seydzade aciq demisdi ki bizim ssenarini niye ruslar yazmalidir Cunki 1970 ci ilde rejissorlugu H Seyidzadeye verilen bu filmin ssenarisi moskvali kinodramaturqlar Mixail Maklyarski ve Kirill Rapoporta hevale olunmusdu Ele ilk oxunusdaca Huseyn Seyidzade ssenarideki kem kesiri aydin gorur ve iclasda oz fikirlerini aciqca soyleyir Ssenari muelliflerine meslehetlerini vermek meqsedile 3 defe Moskvaya ezam olunur Muellifler de evvelce onunla razilasirlar Ancaq sonradan Huseyn Seyidzadenin sujeti tamam deyisdirmesine qeti etiraz edirler 7 may 1972 ci ilde Moskvadan Bakiya kinostudiyanin direktoru Adil Isgenderovun adina mektub unvanlayirlar Huseyn Seyidzade rejissor ssenarisinin elece de Respublika ve Ittifaq Kinematoqrafiya komitelerinin tesdiq etdiyi ssenarilerin bizim edebi ssenarimize qetiyyen dexli yoxdu Buna gore de rejissorun duzelisleri uzerinde isleye bilmerik Seyidzade tesdiq edir ki onun rejissor konsepsiyasi milli xarakterler ruhundadir Xahis edirik Bedii Surada rejissor ssenarisini muzakire edesiniz Kinostudiyanin Bedii Surasi ssenarini muzakire edir Neticede rejissor haqli cixir ve ssenarideki catismazliqlar askar olur Uzun mubahiselerden cekismelerden yazismalardan sonra filmin cekilisine icaze verilir Yeni ssenari muellifleri celb olunur Huseyn Seyidzade ssenariye oz elavelerini etmekle cekilisi basa catdirir Hetta film barede o dovrun metbuatinda da melumatlar yer alir lakin kimlerinse gizli oyunu neticesinde film 1974 cu ilde Huseyn Seyidzadeden alinir Sebeb kimi ssenari uzerinde oz bildiyi emelleri heyata kecirib filmi istediyi kimi lente alib 1973 cu il dovlet planini pozub filmi vaxtinda tehvil vermeyib ve s gosterilir Belece 4 illik eziyyeti hec sayib filmi basqa bir rejissora verirler Bu Huseyn Seyidzadenin kino taleyinde aldigi en boyuk zerbe idi Novbeti zerbe Dervis Parisi partladir filmile bagli olur Bu kinolent de bize melum olmayan sebeblerden Huseyn Seyidzadenin elinden alinir Butun bu haqsizliqlar menevi zerbeler onu yormaga saglamligini zedelemeye baslayir Ureyi agri tapir Ele bu derd qemle dolu urek agrilari da onun heyatina son qoyur O 1979 cu il iyunun 2 de bu dunyasini deyisdi H Seyidzade universal intellekte malik isguzar zehmetkes bir istedad idi Onun yaratdigi filmler cox sinaqlardan cixsa da enenevi qiymetden axindan secilen sicrayisli serbestliye numune olan senet incileri idi Senetkarin ureyinden vetendas muharibesinin milli qehremani Qatir Memmed Dervis Parisi partladir Xan qizi Natevan haqqinda filmleri cekib kino tariximize bexs etmek kecirdi Hetta bu filmlerin cekilislerine baslansa da namelum sebeblerden yarida saxlanilirdi ve alinib basqasina verilirdi Ozu deyirdi ki insan dunyaya ona gore gelir ki yasasin calissin neyinse namine mubarize aparsin Xosbext olsun amma men anadan olandan taleyimle elbeyaxadayam Huseyn Seyidzadenin emisi nevesi Azerbaycan Respublikasi Prezidenti Katibliyinin reisi Prezidentin komekcisi Dilare Seyidzade ustad senetkari sade xeyirxah ureyiaciq bir insan kimi xatirlayir Huseyn Seyidzade cox gozel insan idi Ad gunlerde meclislerde biz bir yere toplasirdiq onun maraqli sohbetlerine qulaq asirdiq O gelen kimi meclisde ayri bir muhit yaranirdi Biz onunla dost idik Heqiqeten aktyor secimine boyuk onem verirdi ve ciddi yanasirdi Sozun esl menasinda senetkar idi Umumiyyetle Seyidzadeler ailesi nesilli necabetli aile olub 19 cu yuzilliyin sonunda qedim Qemerli kendinde yasayiblar Onlarin vaxtile Irevanda yasadiqlari ev indi usaq bagcasidir Huseyn muellimin bacisi Heqiqet xanim Serqde ilk xanim ortoped travmatoloqdur O biri bacisi Zehra xanim muhendis idi Qardaslari Hesen Seyidov Merkezi Komitede kend teserrufati uzre muavin atam Bagir Seyidzade gorkemli jurnalist diplomat nazir Ibrahim Seyidov teyyare muhendisi olub Umumiyyetle o nesle Qara seyidler deyirdiler Bu da onlarin agir seyid olmalari ile elaqedardir Ancaq teessuf ki bele bir ailenin uzvu hem de esl senetkar ustad olan Huseyn Seyidzade cox boyuk haqsizliqlara edaletsizliklere ducar oldu Urek agrisi tapdi Hem de teessuf ki omrunun sonuna qeder tek tenha yasadi Dilare Seyidzade deyir ki Huseyn Seyidzade xosbext yasamaq isteyirdi Ancaq ne heyatda ne de senetde onu xosbext adlandirmaq olmazdi O omrunu sonuna qeder aile sahibi olmadi Baxmayaraq ki sevdiyi qadin ve bir oglu vardi Onunla Moskvada oxuyub islediyi zaman tanis olmusdu Ele o xanimdan da bir oglu dunyaya gelmisdi Usaga atasinin adini vermisdi Eli Onlarin hansi sebeblerden bir yerde yasamadiqlari melum olmasa da Bakiya qayidandan sonra da elaqelerinin itmemesi deqiqdi Oglu Bakiya gelib gedirdi amma sonralar hansisa sebeblerden elaqe itdi Hetta ne sevdiyi qadin ne de oglu olumunden xeber tutmadi yasina mezari ustune gelmedi Indi de onlarin harada yasadiqlari sag olub olmamalari bilinmir Huseyn Seyidzadenin vefatindan xeber tutmayanlardan biri de anasi Ruqiyye xanim oldu Bu qara xebere doze bilmeyeceyinden qorxub qoca anadan oglunun olumunu gizledirler Ancaq bu ayriliq da uzun cekmir Az sonra ana da haqq dunyasina qovusur O heqiqeten de butun qelbi ile senetine xalqina bagli idi Bele olmasaydi Rac Kapurun devetini qebul edib Hindistana geder ved edildiyi kimi filmleri dunyaya cixarilardi O bu teklifi qebul etmir Dogma vetenini Azerbaycanini basqa olkeye deyismir Burda qarsilasdigi haqsizliqlara edaletsizliklere maneelere agrilara baxmayaraq Milletine xalqina vetenine bagli bir senetkar kimi yasayir ve heyatini bu cur basa vurur Aktrisa qardasidir Aktrisa ogludur FilmoqrafiyaBakililar film 1938 Bir aile film 1943 Deli Kur film 1969 Dogma xalqima film 1954 Ebedi odlar olkesi film 1945 Elsiz adamlar film 1932 Ilk komsomol burugu film 1930 Isguzar adamlar film 1977 Kinoya boyuk sevgilerle Huseyn Seyidzade film 2012 Koroglu film 1960 Qayinana film 1978 O olmasin bu olsun film 1956 Sovqat film 1942 Var olun qizlar film 1972 Yenilmez batalyon film 1965 IstinadlarErmenistan azerbaycanlilarinin tarixi cografiyasi Baki Genclik 1995 seh 440 ISBN 5 8020 0852 0 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 13 Menbe Bolqar jurnali yazir Edebiyyat ve incesenet 1964 Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 383 Xamis Muradov Kinofabrikden baslanan yol Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 5 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 814 Xarici kecidlerKinomuzun yorgun serkerdesi Aydin Dadasovun yazisi Huseyn Seyidzade 100 Agrili taleyi olan korifey senetkar miniatur kitabi capdan cixmisdir Sevgilisinden oglundan ve anasindan xebersiz olen tenha dahi HEYAT HEKAYETI 2017 06 07 at the Wayback Machine Milli kinomuzun incilerini yaradan boyuk senetkar olu kecid Kinoya boyuk sevgilerle Huseyn Seyidzade film 19 10 2012 Huseyn Seyidzade film 13 11 2013 NEHENG INSAN NEHENG REJISSOR