Xədim Sənan Paşa ( d. 1459, Bosniya - ö. 23 yanvar 1517, Misir) — Yavuz Sultan Səlim dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Xədim Sinan Paşa | |
---|---|
osman. خادم سنان پاشا | |
Əvvəlki | Dukakinoğlu Əhməd Paşa |
Sonrakı | Herseqli Əhməd Paşa |
26 aprel 1516 – 23 yanvar 1517 | |
Əvvəlki | Herseqli Əhməd Paşa |
Sonrakı | Yunus Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bosniya |
Vəfat tarixi | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər |
Mənbə
Əslən boşnaqdır və saraya alınma tarixi məlum deyil. Xədim edilərək hərəmxanaya alınmış, ancaq zənci olmadığına görə, Akağalar Ocağına qəbul edilərək burada mükəmməl təhsil almışdır. Əndərundakı təhsilini başa vurduqdan sonra Bosniya sancaqbəyi olaraq saraydan ayrılmışdır. Yavuz Sultan Səlim Çaldıran səfərinə çıxdıqdan qısa müddət sonra Anadolu bəylərbəyi Mustafa Paşanın yerinə gətirildi (23 aprel 1514).
Osmanlı dövlətinin ənənəvi döyüş taktikasına görə, Sənan Paşa Çaldıran döyüşündə Anadolu birlikləri ilə ordunun sağ cinahında yer aldı. 23 avqust 1514 tarixində baş tutan döyüşdə Səfəvilərin Diyarbəkir hakimi olan Xanməhəmməd bəy Ustaclı ilə vuruşmuş, nəticədə Xanməhəmməd bəy ələ keçirilərək öldürülmüşdür. Çaldıran qələbəsinin ardından 25 avqust tarixində toplanan divan məclisində Sənan Paşa döyüşdə həlak olan Həsən Paşanın yerinə Rumeli bəylərbəyi təyin edildi.
Çaldıran döyüşünün ardından geri dönən ordunun qida ehtiyacını qarşılamaq məqsədilə Anadolu və Rumeli bəylərbəyiliyinin qoşunları Amasiyaya göndərildi. Rumeli bəylərbəyi olan Sənan Paşaya isə Dulqədiroğulları bəyliyini ələ keçirmək əmr edildi. Çünki bəyliyin hakimi olan Əlaüddövlə Bozqurd bəy Şah İsmayıl üzərinə gedən Osmanlı ordusuna kömək etməmiş, əksinə cinahlara arxadan hücum tərtib etmişdi. Buna görə də, 5 iyun 1515 tarixində Sənan Paşa Sivasda sərdar təyin olunaraq Əlaüddövlə bəyin üzərinə göndərildi. 10 minlik ordu ilə Dulqədiroğulları bəyliyinə daxil olan Sənan Paşa 12 iyun 1515 tarixində Əlaüddövlə bəyin qoşunları ilə toqquşdu. Nəticədə məğlub olan Əlaüddövlə bəy 4 oğlu və bəyliyin önəmli adamları ilə birlikdə edam edildi. Bu qələbəsi səbəbilə döyüşdən bir həftə sonra toplanan divan məclisində Sənan Paşa sədrəzəmliyə gətirildi.
Sənan Paşanın ilk sədarət dövrü qısa oldu. Yavuz Sultan Səlim 97 gün sonra - 23 sentyabr 1515 tarixində Herseqli Əhməd Paşanı beşinci dəfə sədrəzəm seçdi. Sənan Paşanın qəlbini qazanmaq üçün ona bir miqdar pul verib qılınc və xələt bağışladı. Ancaq Çaldıran döyüşünün ardından Şərqi Anadoluda Səfəvilərin yenidən güclənməyə başlamasına qəzəblənən Sultan Səlim Əhməd Paşanı vəzifədən aldı və 26 aprel 1516 tarixində Sənan Paşa ikinci dəfə sədrəzəm təyin olundu. Onun ikinci sədarət dönəmi Ridaniyə döyüşündə şəhid düşənədək davam etdi.
Sənan Paşa sədarətə gətirildikdən dərhal sonra cənub-şərqi Anadoluda Osmanlı hakimiyyətini bərpa etmək üçün sərdar təyin olundu və Diyarbəkirə göndərildi. 28 apreldə İstanbuldan ayrılan 40 minlik ordu Sənan Paşa rəhbərliyində Əlbistana gəldi. Burada ikən sərhəddəki Məmlük əmirlərinə məktub yollayaraq Fərat çayını keçmək istədiyini bildirdi. Ancaq cavab məktubu gəlmədi və Məmlük sultanı Kansu Gavrinin Şah İsmayılla ittifaq qurduğu başa düşüldü. Ardından Sənan Paşa baş verənlər haqqında Sultan Səlimə məktub yazmış, 4 iyunda İstanbuldan yola düşən Sultan Səlim isə sədrəzəmə Fərat çayı üzərində körpü tikməyi və sultan ordusunu gözləməyi əmr etdi.
Padşah 23 iyul tarixində Əlbistan yaxınlığında Sənan Paşa ilə görüşdü. Müxtəlif bölgələrdən gələn əyalət dəstələri ilə Krım xanı Məngli Gərayın oğlu ilə birlikdə göndərdiyi Krım qüvvələri də burada Osmanlı ordusuna qatıldı. Bu əsnada ordugaha gələn Məmlük elçiləri qəbul edilmədi və Məmlük ordusunun Həzrəti Davud türbəsi yaxınlığındakı Mərcidabıkda olduğu öyrənildi. Hər iki ordu 24 avqust 1516 tarixində qarşı-qarşıya gəldi. Yavuz Sultan Səlim həmişəki kimi mərkəzdə, Sənan Paşa isə ordunun sağ cinahında yer almışdı. Döyüş Osmanlıların qələbəsi ilə başa çatdı. Məmlük Sultanı Kansu Gavri döyüşdə həlak oldu. Hələb, Dəməşq, Həma və Homs şəhərləri ələ keçirildi. Beləliklə, bütün Suriya zəbt olundu.
Burada idarə sistemini qurmaq üçün uzun müddətdə Dəməşqdə qalan padşah 1 dekabr 1516 tarixində Sənan Paşanı kiçik bir dəstə ilə Qəzzə bölgəsinə göndərdi. Sənan Paşanın dəstələri Canbərdi Qəzainin idarəsindəki Məmlük qüvvələri ilə 21 dekabrda qarşılaşdı. Xan-Yunis yaxınlığında baş tutan döyüşdə Canbərdi Qəzai məğlub oldu və bir çox Məmlük əmiri öldürüldü. Qələbə xəbəri Dəməşqdən hərəkət edən padşaha çatdırıldı. Xəbəri gətirən kəndxuda Həsənə 80 min axca müjdə verildi, top atəşləri ilə Sənan Paşanın qələbəsi qeyd olundu.
Yavuz Sultan Səlim 3 yanvar 1517 tarixində Qəzzə bölgəsinə çatdı və burada Sənan Paşa ilə görüşdü. Sənan Paşanın rəhbərlik etdiyi qüvvələr Qahirəyə doğru irəliləyən padşah qüvvələrinin önünə keçdi. 13 gün ərzində Sinay yarımadasını keçən Osmanlı qüvvələrinin hərəkəti bu əsnada çıxan bir üsyanla dayandı. Ancaq Sənan Paşanın səyi ilə 22 yanvar 1517 tarixində üsyan yatırıldı.
Misirin Osmanlı hakimiyyətinə girməsi ilə nəticələnən və 23 yanvar 1517 tarixində baş tutan Ridaniyə döyüşündə Sənan Paşa yenə sağ cinahda yer aldı. Yeni Məmlük sultanı Tomanbay bütün qüvvələri ilə Sultan Səlimin olduğu mərkəzi qüvvələrə hücum etdi. Bu hücum baş tutmadı və qüvvələr bu dəfə sağ cinaha yönəldi. Bu toqquşmada Sənan Paşa ağır yaralandı və çadırına aparılarkən vəfat etdi. Cənazəsi qələbədən bir gün sonra Şeyx Teymurdaş məbədinə dəfn olundu. Yavuz Sultan Səlim də məzarının üzərinə türbə inşa edilməsi haqqında əmr verdi.
Akağalar Ocağından sədrəzəmliyə gətirilən ikinci dövlət adamı olan Sənan Paşa cəsarəti, dürüstlüyü və vəzifəsinə bağlılığı ilə tanınmışdır. Yavuz Sultan Səlim kimi sərt bir padşaha xidmət etmək onun yaxşı bir idarəçi olduğundan da xəbər verir. Buna görə də, şəhid düşdükdən sonra Sultan Səlim "Misiri aldıq, amma Sənanı itirdik" demişdir. Sənan Paşanın vəfatından yalnız 10 gün sonra vəzirlərdən Yunus Paşa sədarətə gətirildi.
İstinadlar
- http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=150007
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, IX. Defter, Veliyyüddin Efendi, nr. 2447, tür.yer.
- Silâhşor, Fetihnâme-i Diyâr-ı Arab (nşr. Selâhaddin Tansel, TV, I/2 [1941], içinde), s. 298-308
- Celalzâde Mustafa, Selimnâme, TSMK, Revan Köşkü, nr. 1274, tür.yer.
- Sicill-i Osmânî, III, 105; Halil Edhem [Eldem], Mısır’ın Son Memlük Sultanı Melik Tumanbay II Adına Çorlu’da Bulunan Kitâbe, İstanbul 1945, s. 13-14
- Yûsuf, Selimnâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2148, tür.yer.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 221-369
- Âlî, Künhü’l-ahbâr, Süleymaniye Ktp., Esad Efendi, nr. 2162, vr. 243a vd.
- Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 447-475
- Uzunçarşılı, Osmanlı Tarihi, II, 541-543
- Hadîkatü’l-vüzerâ, s. 21 vd.; Hammer (Atâ Bey), IV, 138 vd.
- İbn İyâs, Bedâiu’z-zühûr, Bulak 1312, III, tür.yer.
- İdrîs-i Bitlisî, Selimşahnâme, TSMK, Emanet Hazinesi, nr. 1423, vr. 81a vd.
- Haydar Çelebi Rûznâmesi (Ferîdun Bey, Münşeâtü’s-selâtîn içinde), İstanbul 1274, I, 458-481
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xedim Senan Pasa d 1459 Bosniya o 23 yanvar 1517 Misir Yavuz Sultan Selim doneminde 2 defe umumilikde 1 il 5 gun muddetine sedrezem olmus Osmanli dovlet adamidir Xedim Sinan Pasaosman خادم سنان پاشاOsmanli sedrezemiEvvelkiDukakinoglu Ehmed PasaSonrakiHerseqli Ehmed PasaOsmanli sedrezemi26 aprel 1516 23 yanvar 1517EvvelkiHerseqli Ehmed PasaSonrakiYunus PasaSexsi melumatlarDogum tarixi 1459Dogum yeri BosniyaVefat tarixi 23 yanvar 1517Vefat sebebi doyusde olumFealiyyeti siyasetciDini islamHerbi xidmetDoyusler Caldiran doyusu Mercidabik doyusu Ridaniye doyusuMenbeEslen bosnaqdir ve saraya alinma tarixi melum deyil Xedim edilerek heremxanaya alinmis ancaq zenci olmadigina gore Akagalar Ocagina qebul edilerek burada mukemmel tehsil almisdir Enderundaki tehsilini basa vurduqdan sonra Bosniya sancaqbeyi olaraq saraydan ayrilmisdir Yavuz Sultan Selim Caldiran seferine cixdiqdan qisa muddet sonra Anadolu beylerbeyi Mustafa Pasanin yerine getirildi 23 aprel 1514 Osmanli dovletinin enenevi doyus taktikasina gore Senan Pasa Caldiran doyusunde Anadolu birlikleri ile ordunun sag cinahinda yer aldi 23 avqust 1514 tarixinde bas tutan doyusde Sefevilerin Diyarbekir hakimi olan Xanmehemmed bey Ustacli ile vurusmus neticede Xanmehemmed bey ele kecirilerek oldurulmusdur Caldiran qelebesinin ardindan 25 avqust tarixinde toplanan divan meclisinde Senan Pasa doyusde helak olan Hesen Pasanin yerine Rumeli beylerbeyi teyin edildi Caldiran doyusunun ardindan geri donen ordunun qida ehtiyacini qarsilamaq meqsedile Anadolu ve Rumeli beylerbeyiliyinin qosunlari Amasiyaya gonderildi Rumeli beylerbeyi olan Senan Pasaya ise Dulqedirogullari beyliyini ele kecirmek emr edildi Cunki beyliyin hakimi olan Elauddovle Bozqurd bey Sah Ismayil uzerine geden Osmanli ordusuna komek etmemis eksine cinahlara arxadan hucum tertib etmisdi Buna gore de 5 iyun 1515 tarixinde Senan Pasa Sivasda serdar teyin olunaraq Elauddovle beyin uzerine gonderildi 10 minlik ordu ile Dulqedirogullari beyliyine daxil olan Senan Pasa 12 iyun 1515 tarixinde Elauddovle beyin qosunlari ile toqqusdu Neticede meglub olan Elauddovle bey 4 oglu ve beyliyin onemli adamlari ile birlikde edam edildi Bu qelebesi sebebile doyusden bir hefte sonra toplanan divan meclisinde Senan Pasa sedrezemliye getirildi Senan Pasanin ilk sedaret dovru qisa oldu Yavuz Sultan Selim 97 gun sonra 23 sentyabr 1515 tarixinde Herseqli Ehmed Pasani besinci defe sedrezem secdi Senan Pasanin qelbini qazanmaq ucun ona bir miqdar pul verib qilinc ve xelet bagisladi Ancaq Caldiran doyusunun ardindan Serqi Anadoluda Sefevilerin yeniden guclenmeye baslamasina qezeblenen Sultan Selim Ehmed Pasani vezifeden aldi ve 26 aprel 1516 tarixinde Senan Pasa ikinci defe sedrezem teyin olundu Onun ikinci sedaret donemi Ridaniye doyusunde sehid dusenedek davam etdi Senan Pasa sedarete getirildikden derhal sonra cenub serqi Anadoluda Osmanli hakimiyyetini berpa etmek ucun serdar teyin olundu ve Diyarbekire gonderildi 28 aprelde Istanbuldan ayrilan 40 minlik ordu Senan Pasa rehberliyinde Elbistana geldi Burada iken serheddeki Memluk emirlerine mektub yollayaraq Ferat cayini kecmek istediyini bildirdi Ancaq cavab mektubu gelmedi ve Memluk sultani Kansu Gavrinin Sah Ismayilla ittifaq qurdugu basa dusuldu Ardindan Senan Pasa bas verenler haqqinda Sultan Selime mektub yazmis 4 iyunda Istanbuldan yola dusen Sultan Selim ise sedrezeme Ferat cayi uzerinde korpu tikmeyi ve sultan ordusunu gozlemeyi emr etdi Padsah 23 iyul tarixinde Elbistan yaxinliginda Senan Pasa ile gorusdu Muxtelif bolgelerden gelen eyalet desteleri ile Krim xani Mengli Gerayin oglu ile birlikde gonderdiyi Krim quvveleri de burada Osmanli ordusuna qatildi Bu esnada ordugaha gelen Memluk elcileri qebul edilmedi ve Memluk ordusunun Hezreti Davud turbesi yaxinligindaki Mercidabikda oldugu oyrenildi Her iki ordu 24 avqust 1516 tarixinde qarsi qarsiya geldi Yavuz Sultan Selim hemiseki kimi merkezde Senan Pasa ise ordunun sag cinahinda yer almisdi Doyus Osmanlilarin qelebesi ile basa catdi Memluk Sultani Kansu Gavri doyusde helak oldu Heleb Demesq Hema ve Homs seherleri ele kecirildi Belelikle butun Suriya zebt olundu Burada idare sistemini qurmaq ucun uzun muddetde Demesqde qalan padsah 1 dekabr 1516 tarixinde Senan Pasani kicik bir deste ile Qezze bolgesine gonderdi Senan Pasanin desteleri Canberdi Qezainin idaresindeki Memluk quvveleri ile 21 dekabrda qarsilasdi Xan Yunis yaxinliginda bas tutan doyusde Canberdi Qezai meglub oldu ve bir cox Memluk emiri olduruldu Qelebe xeberi Demesqden hereket eden padsaha catdirildi Xeberi getiren kendxuda Hesene 80 min axca mujde verildi top atesleri ile Senan Pasanin qelebesi qeyd olundu Yavuz Sultan Selim 3 yanvar 1517 tarixinde Qezze bolgesine catdi ve burada Senan Pasa ile gorusdu Senan Pasanin rehberlik etdiyi quvveler Qahireye dogru irelileyen padsah quvvelerinin onune kecdi 13 gun erzinde Sinay yarimadasini kecen Osmanli quvvelerinin hereketi bu esnada cixan bir usyanla dayandi Ancaq Senan Pasanin seyi ile 22 yanvar 1517 tarixinde usyan yatirildi Misirin Osmanli hakimiyyetine girmesi ile neticelenen ve 23 yanvar 1517 tarixinde bas tutan Ridaniye doyusunde Senan Pasa yene sag cinahda yer aldi Yeni Memluk sultani Tomanbay butun quvveleri ile Sultan Selimin oldugu merkezi quvvelere hucum etdi Bu hucum bas tutmadi ve quvveler bu defe sag cinaha yoneldi Bu toqqusmada Senan Pasa agir yaralandi ve cadirina aparilarken vefat etdi Cenazesi qelebeden bir gun sonra Seyx Teymurdas mebedine defn olundu Yavuz Sultan Selim de mezarinin uzerine turbe insa edilmesi haqqinda emr verdi Akagalar Ocagindan sedrezemliye getirilen ikinci dovlet adami olan Senan Pasa cesareti durustluyu ve vezifesine bagliligi ile taninmisdir Yavuz Sultan Selim kimi sert bir padsaha xidmet etmek onun yaxsi bir idareci oldugundan da xeber verir Buna gore de sehid dusdukden sonra Sultan Selim Misiri aldiq amma Senani itirdik demisdir Senan Pasanin vefatindan yalniz 10 gun sonra vezirlerden Yunus Pasa sedarete getirildi Istinadlarhttp www islamansiklopedisi info dia ayrmetin php idno 150007 Ibn Kemal Tevarih i Al i Osman IX Defter Veliyyuddin Efendi nr 2447 tur yer Silahsor Fetihname i Diyar i Arab nsr Selahaddin Tansel TV I 2 1941 icinde s 298 308 Celalzade Mustafa Selimname TSMK Revan Kosku nr 1274 tur yer Sicill i Osmani III 105 Halil Edhem Eldem Misir in Son Memluk Sultani Melik Tumanbay II Adina Corlu da Bulunan Kitabe Istanbul 1945 s 13 14 Yusuf Selimname Suleymaniye Ktp Esad Efendi nr 2148 tur yer Hoca Sadeddin Tacu t tevarih II 221 369 Ali Kunhu l ahbar Suleymaniye Ktp Esad Efendi nr 2162 vr 243a vd Muneccimbasi Sahaifu l ahbar III 447 475 Uzuncarsili Osmanli Tarihi II 541 543 Hadikatu l vuzera s 21 vd Hammer Ata Bey IV 138 vd Ibn Iyas Bedaiu z zuhur Bulak 1312 III tur yer Idris i Bitlisi Selimsahname TSMK Emanet Hazinesi nr 1423 vr 81a vd Haydar Celebi Ruznamesi Feridun Bey Munseatu s selatin icinde Istanbul 1274 I 458 481