Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501-1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir:
Xanməhəmməd bəy Ustaclı | |
---|---|
1506 – 1514 | |
Əvvəlki | II Əmir xan Mosullu |
Sonrakı | Qara xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | Diyarbəkir, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Bikisi xanım |
Uşağı | Qılıc bəy |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general, qubernator |
“Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi.”
Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür.
Həyatı
Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy Ustaclı və adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir. Onun Şah İsmayıın dərgahına qoşulması barədə “Aləmara-yi Səfəvi” əsərində qısa məlumat var:
“İsmayıl əzəmətli əcdadlarının və kəramətli şeyxlərin ruhlarından xeyir-dua diləyib, darülirşad Ərdəbildən Qarabağa yola düşdü. Orada Şamdan, Diyarbəkirdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclı böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar.”
İsmayıl Mahmudabadda olarkən onu və bir başqa Ustaclı əmirini Bakı qalasını almaq və oradakı Şirvanşah xəzinəsini ələ keçirmək üçün göndərdi. O həmçinin İsmayıl Naxçıvana doğru hərəkət edərkən bu yürüşdə iştirak edən əmirlərdən biri idi. Məhəmməd bəy Ustaclı 1501-ci ildə Şərur döyüşündə və Təbrizin alınmasında Səfəvi ordusunun rəhbərlərindən idi.
Ən əvvəldən Şah İsmayılın yanında olan Məhəmməd xan onun Şirvan yürüşündə də iştirak etmişdi. Məhəmməd xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə rəhbərlik edirdi. Bu barədə Aləmara-yi Şah İsmayıl əsərində yazılır:
“Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. ”
1506-cı ildə İsmayıl Dülqədiroğullarından Əlaüddövlə ilə toqquşmalardan sonra Xoya dönmüş, Məhəmməd xan Ustaclını Diyarbəkirin hakimi təyin edilmişdir. Beləliklə, “tamam Diyarbəkir mülkü Azərbaycan məmləkətinin əlavəsinə çevrildi”.
Şərqi Anadolu ələ keçirildikdən sonra Məhəmməd xan Ustaclıya verilmiş Diyarbəkir vilayəti Səfəvi dövlətinin hərbi-strateji baxımdan ən önəmli ərazilərindən birinə çevrildi. "O, həm Səfəvi hakimiyyətini tanımayan Ağqoyunlu əmirlərinə, həm qiyamçı kürd tayfalarına, həm Zülqədər bəyliyinin aramsız basqınlarına qarşı mübarizə aparır, bəzən isə Osmanlı və Məmlük dövlətlərinə qarşı sərhəd münaqişələrinə girməli olurdu.“
Diyarbəkir hakimi kimi
Şah İsmayıl Diyarbəkir, Mosul və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora bir dəstə əsgər göndərdi. Cizrə hakimi Əmir Şərəf Əmir Bədrin oğlu idi. Uzunmüddətli mühasirə nəticəsiz qaldı və qızılbaşlar müvəffəqiyyət əldə edə bilmədən geri qayıtdılar. Bu səbəbdən Şah İsmayıl Məhəmməd xan Ustaclını və onun rəhbərliyində Ustaclı dəstəsini yenidən Cizrəyə göndərdi. Ustaclılar sözügedən bölgəni ələ keçirib talan etdilər. Şah İsmayıl Xoyda olarkən Əmir Şərəfəddin 11 nəfərlik Kürd əmir və hakimləri onun əlini öpmək üçün Xoya gəldilər. Şah İsmayıl Məhəmməd xan Ustaclının təhriki ilə Əmir Şərəfəddin də daxil olmaqla 9 nəfəri həbsə atdırdı.
Şah İsmayıl öz qoşunları ilə Xoya yollandıqdan sonra Diyarbəkirin yerli hakimləri və onların tərəfdarları özlərini daha arxayın hesab edərək yenidən qızılbaşlara itaətsizlik yolunu tutdular. Bu qüvvələrin başında vaxtilə Mosul hakimi olmuş Əmir bəyin qardaşı Qayıtmış bəy dayanırdı. Qayıtmış bəy ətrafına topladığı dəstə ilə Diyarbəkirin Hamid adlanan mərkəzi hissəsini ələ keçirdi və qızılbaşlar hakimiyyətinə tabe olmadığını bildirdi. Qayıtmış bəyin belə bir əmələ əl atması bölgənin kürd silahlı dəstələrini də həvəsə və hərəkətə gətirdi və onlar da Məhəmməd xan Ustaclıya qarşı silah qaldırdılar. Məhəmməd xan da nəhayətdə qoşun dəstəsi ilə qayıtmış bəyin üstünə hücum çəkdi və tərəflər arasında ciddi bir döyüş baş verdi. Bu qarşıdurma İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" və Həsən bəy Rumlunun “Əhsən-ət Təvarix” əsərlərində daha geniş təsvir edilmişdir. Münşi yazır: "...Xan Məhəmməd Diyarbəkirə gəldi. Gülabi bəy Mosullunun oğlu Qayıtmış bəy Həmid şəhərində idi. O, düşmənçilik edərək, qalanı bağlayıb, oraya daxil olmağa mane oldu. Xan Məhəmməd çarəsizlikdən bayırda qaldı. O ətrafdakı kürdlər qızılbaş ordusuna qarşı çoxlu basqınlar etdilər. Xan Məhəmməd kürdlərin üstünə getdi. Onların arasında böyük bir vuruşma oldu. Kürdlərdən yeddi min nəfər öldürüldü. Xan Məhəmməd kürdlərlə hərbdən qalib və müzəffərcəsinə qayıtdı. Qayıtmış bəy ona müqavimət göstərə bilməyib, öz adamını Əlaüddövlə Zülqədərin yanına göndərdi və ondan kömək istədi, əvəzində şəhəri ona verəcəyinə söz verdi. Əlaüddövlənin vəziyyətində məğlubiyyət aşkar olduğuna baxmayaraq, Qayıtmış bəyin xahişi əsasında Həmid şəhərini almaq həvəsi ilə o qışda bir daha döyüşkən qoşun yığaraq, öz oğulları Sarı Qaplan adı ilə məşhur olan Qasım bəyin və Ərdüvanə bəyin başçılığı ilə on min nəfəri Diyarbəkirə, Xan Məhəmmədə qarşı göndərdi. Xan Məhəmməd Ustaclı ordusunun sayca az olmasına baxmayaraq, şahın zavalsız bəxtinə arxalanıb, ustaclu tayfası ilə birlikdə o ulduz kimi saysız qoşunun qarşısında döyüş nizamı tutdu. Xan Məhəmməd qüdrətli dövlətin uğurlu bəxtinin gücü ilə müvəffəqiyyət və zəfər qazandı."
Rumlu yazır ki, bu döyüşdə igidliklə və qorxmazlıqla Əlaüddövlənin başqa övladlarından seçilən Sarı Qaplan və qardaşı Ərdüvanə bəy bir çox adamla tululub qətl edildilər. "Sarı Qaplan üç yüz nəfər zülqədərlə atdan düşmüşdü, lakin döyüşü davam etdirirdi. Xan Məhəmməd onu tanıyıb qoşununa hökm etdi ki, onu tutub yanına gətirsinlər. Ərdüvanə bəy də əsir alındı. Bu döyüşdə zülqədər camaatından yeddi yüz nəfər ad-san sahibi və otuz nəfər bayraq (ələm) yiyəsi əmir qətlə yetirildi. Sarı Qaplan elə ki Məhəmməd xanın yanına çatdı, onun ətəyinə düşüb xahiş etdi ki, “məni sağ-salamat İsgəndər şanlı xaqanın dərgahına göndərin”. [Amma] o, [bu xahişi] qəbul etmədi. Axırda [Məhəmməd xan] bəzi adamların təhriki ilə [Sarı Qaplanı da] Ərdüvanə bəylə birlikdə qətlə yetirib onların başlarını ali dərgaha göndərdi. Qasid Xoy qışlağında özünü hökmdar ordusuna yetirdi və əhvalatı kama çatmış hökmdarın dərgahında ərz edib, ənama və ehsana qərq olaraq Diyarbəkirə tərəf geri döndü, şahın ona göstərdiyi böyük hüsn-rəğbəti ərz etdi."
Xan Məhəmməd qələbə çaldıqdan sonra Qayıtmış bəyin üzərinə yürüdü. Qayıtmış bəy şəhərin darvazalarını bağlı saxlamaq istəsə də buna nail ola bilmədi. Həmid şəhərinin əhalisi ondan üz çevirərək şəhərin darvazalarını açıb qaziləri içəri buraxdılar. Bu hadisədən sonra Xan Məhəmməd Diyarbəkirdə müstəqil hakimiyyət sürməyə başladı. Əlaüddövlə öz oğullarının qətlindən xəbər tutub dağınıq qoşununu bir daha toplayaraq digər oğulları Kor Şahrux və Əhməd bəyi 15 min süvari ilə Xan Məhəmmədin üzərinə göndərdi. Xan Məhəmməd yenidən şəhərin müdafiəsinə qalxdı və zülqədər qoşunu ilə yeni bir döyüşə girdi. Bu döyüşdə Xan Məhəmmədin ordusu 3 min nəfərdən ibarət idi. Xan Məhəmməd döyüşdə qalib gəldi və Əlaüddövlənin digər övladları Kor Şahrux və Əhməd bəy qətlə yetirildi.
“Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi yazır ki, itaət etməyən bəzi keçmiş Ağqoyunlu əmirlərinə qarşı fəal mübarizə aparan Məhəmməd xan Ustaclı kürdlərin mahmudi tayfasının başçısı İsgəndərin qiyamını da yatırdı və onun 7 minlik qoşununu darmadağın etdi. Ümumiyyətlə, Məhəmməd xanın Şərqi Anadoluda gördüyü tədbirlər həmin ərazidə Səfəvi hakimiyyətinin, müvəqqəti də olsa, möhkəmlənməsinə səbəb oldu. O, cəsur döyüşçü və istedadlı sərkərdə olmasına baxmayaraq, bacarıqlı siyasətçi deyildi. Bölgəyə hakim təyin edildiyindən bəri sadəcə qılıncının gücü ilə hökm etməyə çalışdı və qarşısına çıxan hər kəslə savaşdı.
Sultan Səlimlə baş verən münaqişələrdə rolu
Elmi-tarixi araşdırmalarda Osmanlı-Səfəvi müharibəsinin səbəblərinə toxunarkən Diyarbəkir hakimi Məhəmməd xan Ustaclının da təhrikindən söz açılır. Şah İsmayıl Məhəmməd xan Ustaclının məktubunu aldıqdan sonra öz elçilərini Sultan Bəyazidin yanına göndərmişdi. Mənbələr yazır ki, bu məktub çox iddialı idi və burada Osmanlı sultanının ünvanına hörmətsizlik nümayiş etdirilmişdi. Sultan Bəyazid məktubu təmkinlə qarşılasa da, Sultan Səlim məktubla bağlı qəzəbini nümayiş etdirməkdən çəkinmədi. Məhəmməd xan Ustaclı Sultan Səlimə də məktublar göndərirdi. Məhəmməd xan Ustaclı ona məktubla yanaşı bir qılınc və qadın geyimi göndərmiş, bu da Səlimin qəzəbinə səbəb olmuşdu. Bu barədə "Əhsən ət-Təvarix" əsərində məlumatlar öz əksini tapır:
"Bu il Rum padşahı Sultan Səlim, Cəmşid səviyyəli xaqanın saray adamlarına qarşı üsyan məqamına gəldi. Onun müxalifliyinin səbəbi budur ki, Xan Məhəmməd Ustaclı Diyarbəkiri istila etmiş, bir neçə dəfə zülqədər qoşununu az adamla məğlub etmiş, onun mülazimi Dəli Duraq yetmiş süvari ilə Misir padşahı Sultan Qansunun igidlikdə şöhrət tapmış və ad-san qazanmış üç yüz qulamını məğlubiyyətə uğratmışdı. Bu şücaət üzündən onun (Xan Məhəmmədin) lovğalığı, qüruru, əzəməti, cah-calalı və özündənrazılığı həddini aşdı və Sultan Səlimə təhdid və təhqirlə dolu məktublar göndərib onu vuruşmaya və qarşıdurmaya rəğbətləndirdi və təhrik etdi. Hətta ona kələğayı və s. kimi fitnə-fəsada səbəb olan bir neçə şeylər göndərdi."
Mənbələrdən də məlum olur ki, onun bu hərəkətləri Səfəvi tarixçiləri tərəfindən də tənqidlə qarşılanmışdı. Məhəmməd xanın göndərdiyi məktublara səbəb Sultan Səlimin Səfəvi dövlətinin qərb sərhədi boyunca ərazilərə talançı yürüşlər etməsi idi. Bu zaman Sultan Səlim Trabzon hakimi idi. “Aləmara-yi Şah İsmayıl”ın müəllifi Səlimi qəddar və amansız xarakterə malik bir şəxs kimi təsvir edir. 1507-08-ci illərdə Şərqi Anadoludakı bir sıra ərazilərin Səfəvilər dövlətinə birləşdirilməsi və Şah İsmayılın yeznəsi Məhəmməd xan Ustaclınun hakim olduğu Diyarbəkir bəylərbəyiliyinin Osmanlıların Trabzon vilayəti ilə həmsərhəd olması Səlimi xüsusilə narahat etməyə başlamışdı. Hələ Şah İsmayılın Əlaüddövlə üzərinə yürüşü zamanı Səlim atası Bayəzidin laqeydliyinə sərt etiraz edərək, ona yazdığı məktubda bildirirdi: “Bir sufinin oğlu peyda olub, gəlib, at təpib, Qeysəriyyəyədək gələ və siz baxa-baxa durasız! Hanı irz-ü namus-i məlik? Hanı qeyrətiniz? Padşahlıq böylə olmaz! Onların haqlarından gəlinmək gərəkdir”2 . “Aləmara”da deyilir ki, “Məhəmməd xan Ustaclı tamam Diyarbəkir ölkəsini ələ keçirdikdən sonra” Səlim bir neçə dəfə atası Bayəziddən Diyarbəkirə hücum üçün icazə istəsə də, rədd cavabı almışdı. Buna baxmayaraq, Səlim atası ilə hesablaşmadan Səfəvilərə qarşı özbaşına siyasət yürüdürdü. O, 1508-ci ildə Əlaüddövlənin oğullarına məktub yazaraq, onları Şərqi Anadoludakı Səfəvi torpaqlarına hücum etməyə təşviq etmişdi. Bizim müəllifin şərhinə görə, “qızılbaşların vəziyyətini götür-qoy edən Sultan Səlim qorxurdu ki, hərgah onlar Əlaüddövləni aradan qaldırsalar, onda bütün Rumu zəbt edəcəklər”. Zülqədərlilərin Məhəmməd xan Ustaclı qarşısında ardıcıl məğlubiyyətlərindən sonra onlardan ümidini kəsən Səlim özü fəaliyyətə başlamağı qərara aldı. “Aləmara”nın məlumatlarına əsasən, 1508-12-ci illər arasında Səlim bir neçə dəfə qızılbaşlarla sərhəd münaqişələrinə girdi. O, osmanlıların Ərzincan hakimi Osman paşaya məktub yazıb, ona Səfəvilərin tabeliyindəki ərazilərə soxulmağı əmr etdi. Lakin Osman paşanın sərhədi keçmiş 12 minlik qoşununun hərəkəti Səfəvi casusları tərəfindən diqqətlə izlənilirdi. Osmanlı düşərgəsi gecə vaxtı dağın arxasında pusquda gizlənmiş qızılbaş sərkərdəsi Əhməd sultan Qacarın qoşununun qəfil hücumuna məruz qaldı. Nəticədə, Osman paşa öldürüldü, ağır məğlubiyyətə uğramış və heyətinin yarıya qədərini itirmiş “Rum qoşunu”nun qalıqları öz ərazilərinə çəkildilər. Qızılbaşlar osmanlıların “alaçıq və çadırlarını, mallarını və əşyalarını” ələ keçirdilər, öldürülmüş “rumilər”in başları Məhəmməd xan Ustaclının hüzuruna göndərildi. Səlimin bu hərəkətlərinə cavab olaraq, Məhəmməd xan Ustaclı öz qardaşı, Qara-Həmid qalası hakimi Qaraxana 10- 12 minlik qoşun verərək, ona “Ərzincanın Sultan Səlimə məxsus nahiyəsinə basqın edib elə bir xərabəlik törətməyi tapşırdı ki, bir də oraları abad etmək mümkün olmasın”. Cəmi 15 gün çəkmiş bu əməliyyat nəticəsində qızılbaşlar çoxlu qənimətlə geri qayıtdılar.
Çaldıran döyüşündəki iştirakı
Ağqoyunlu Murad bəy və Sultan Səlim böyük bir ordu ilə Səfəvi üzərinə yürüşə başlayarkən Xan Məhəmməd Ustaclının Diyarbəkiri tərk etdib Şah İsmayılın ordusuna qoşulması barədə xəbər eşitdilər. Bu səbəbdən onlar ilk əvvəl Diyabəkir üzərinə hücuma keçdilər. Sultan Səlim hərəkətini davam etdirərək 1514-cü il 13 iyul tarixində Osmanlı-Səfəvi sərhəddində yerləşən Çaysuyu çayını keçdi və Səfəvi torpaqlarına daxil oldu. Osmanlı qoşunu yolda xaraba halında olan kəndlərlə rastlaşdılar. Tarixçilərə görə Şah İsmayılın əmri ilə Xan Məhəmməd Ustaclı vilayət hakimlərinin dəstəyi ilə Səfəvi sərhəddindəki Fərat çayının şərq sahilində Təbrizə qədər bütün kənd və şəhərləri, əkin sahələrini, körpüləri dağıtmışdı. Eyni zamanda bu ərazilərin əhalisi də başqa şəhər və kəndlərə köçürülmüşdü.
Şah İsmayıl Çaldıran döyüşündən əvvəl Diyabəkir hakimi Məhəmməd xana məktub göndərib onu əsgərləri ilə birlikdə Azərbaycana gəlməyi əmr etdi. Beləliklə Məhəmməd xan Ustaclı rəhbərliyindəki bir dəstə ordu Təbrizə gəlib Çaldıran obasında öz yerlərini tutdular.
Bican tərəfindən yazılmış "Cahanqoşai-ye Xaqan" əsərində Çaldıran döyüşündən öncəki müharibə şurası toplantısı barədə məlumatlar vardır. Bu əsərdə Osmanlı ordusu barədə məlumat verməyə ilk öncə Xan Məhəmməd xanın başladığını, Osmanlı ordusunun arabalardan, toplardan və tüfəngçilərdən ibarət döyüş taktikasını izah etdiyi bildirilir. Nurəli Xəlifə və bəzi başqa sərkərdələr qələbə üçün Osmanlıya qəfil hücumu etməyi məsləhət bilirlər. Durmuş xan isə onlara "əmriniz [yalnız] Diyabəkirdə işləyir" deyə şiddətlə qarşı çıxmışdır. Rumlu yazır:
“Xan Məhəmməd Ustaclı, Nurəli xəlifə və rumilərin vərdişlərini bilən bəzi digər şəxslər ərz etdilər: - Düşmənlər Çaldıranda özlərini müdafiə etməyə hazır olmazdan öncə onların üzərinə gedək və o natamamların işini bitirək. Durmuş xan Şamlu bu sözü rədd edib, Xan Məhəmmədə xitabən: - Sənin kətxudalığın (ağalığın) Diyarbəkirdə keçər, – dedi və əlavə etdi: - Onlar özlərini qorumaq üçün əllərindən gələni edənədək gözləyərik. Ondan sonra döyüş meydanına qədəm qoyub onların qoşununu darmadağın edərik. İsgəndər şanlı xaqan, Durmuş xanın sözünü qəbul etdi (bəyəndi). Sultan Səlim Çaldıran təpəsindən aşağı enib, öz qoşunlarının mövqeyini möhkəmləndirməyə çalışaraq öz ətrafını araba və zəncirlə bağladı.”
"Naməlum hekayələr" əsərində isə hekayə bir qədər fərqlidir. Bu əsərdə əsas mübahisə indi və ya sonra hücum etmək ətrafında yox, geri çəkilmə ya da hücum etmə ətrafında cərəyan edir. Chester Beatty Librarydə saxlanılan əlyazmada isə bu toplantının təsviri qısadır. Burada bəzilərini geri çəkilməyi təklif etməsinə qarşı Durmuş xan Şamlının "Qeysar kimdir ki, qorxub ondan qaçaq? Allahın kimə [qələbə] verəcəyini görmək üçün çalışacağıq və vuruşacağıq!" deyə cavab verdiyi yazılmışdır. "Aləm aray-i Səfəvi"nin sonrakı əlyazmalarında bu müzakirələr bir qədər fərqli təqdim edilmişdir. Burada da, Xan Məhəmməd xan birinci çıxış edir. Lakin bu əsərdə o, Osmanlı hərb taktikasından bəhs etmir, sadəcə düşmənin çoxlu döyüşçüsü olduğunu, yetəri qədər qızılbaşın toplanmadığını, cəmi 18 min döyüşçünün olduğunu bildirir. O, Narkaş dağına doğru iki aylıq geri çəkilməyi və 70 min döyüşçü yığmağı təklif edir. Onun bu təklifi Şah İsmayıl tərəfindən rədd edilir:
“Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi isə Məhəmməd xan Ustaclının döyüşdən əvvəl irəli sürdüyü təklif barədə yazır. Onun fikrincə, əməliyyatlar üç cür inkişaf edə bilərdi:
1. Şahın ordusu geri çəkilib dağlara sığınmalı, ölkənin hər yerindən qızılbaş qoşunlarının gəlib çatması üçün iki ay gözləməli idi. Bu müddət ərzində, yəqin ki, Osmanlı ordusu Azərbaycanda irəliləyib, Təbrizi tutacaqdı. Lakin qarşıdan soyuqların gəldiyini və ordusunun azuqə təminatında çətinlik yaranacağını nəzərə alan Sultan Səlim Azərbaycanda qala bilməyərək, tez bir zamanda Ruma qayıtmağı qərara alacaqdı.
2. Sultan Səlim qızılbaş komandanlığının açıq döyüşdən yayındığını görüb, öz ordusunun Azərbaycanda çətin vəziyyətə düçar olacağını götür-qoy edərək, Təbrizə irəliləməkdən vaz keçəcək və təcili surətdə Ruma qayıdacaqdı.
3. Əgər Səlim çıxıb getməzsə və qışı Təbrizdə, Azərbaycanda keçirməyə qərar verərsə, o vaxta qədər məmləkətin hər tərəfindən qızılbaş əmirləri gəlib çıxarlar, şahın bayraqları altında 70 minlik ordu toplanar, qızılbaşlarla Osmanlılar arasında say tarazlığı yaranardı.
Lakin Durmuş xan bu təkliflə razılaşmayıb onu qorxaqlıqla ittiham etmişdi.
Ölümü
İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" adlı əsərində Səfəvi qoşunlarının döyüş düzülüşündə Məhəmməd xan Ustaclının mövqeyi barədə aşağıdakı qeydlər vardır: "Süleyman şanlı xaqan Diyarbəkrdən hazırlıqlı qoşunla gəlmiş Xan Məhəmmədi müzəffər ordunun çərxçisi təyin etdi."
Çaldıran döyüşü barədə olan hekayələrdən birində deyilir ki, Sultan Səlim, Şah İsmayıl Malqoçoğlu ilə döyüşərkən döyüşü kənardan izləmiş və şaha odlu silahdan istifadə etməyəcəyi barədə söz vermişdir. Lakin Şah İsmayılın Malqoçoğlunu iki yerə bölüb öldürməsindən sonra qızılbaşlar ruhlanmış və Osmanlı ordusunu dağıtmağa başlamışdır. Səlimin vəziri bu mənzərə qarşısında dəhşətə qapılaraq "Osmanın evi dağılır" deyərək Səlimə toplardan atəş əmri verməyə səsləyir. Hiyləgər vəzir qeyd edir ki, o, belə bir and içməyib və açıq şəkildə bildirir ki, atəş açmaqda azaddır. "Ən yaxşısını sən bilirsən" deyir Sultan və qırğın başlayır:
Bundan sonra vəzir toplardan atəş əmri verir və iyirmi min osmanlı, yeddi min qızılbaş pambıq kimi tarandı və yıxıldı. Xan Məhəmməd xan min nəfərlə Qeysərə hücum etmək üçün təzəcə gəlmişdi ki, toplardan atəş açıldı; o və başqa üç yüz nəfər vuruldu və məhv oldu.
Məhəmməd xan Ustaclının şəhid olmasını "Tarix-i aləmara-yi Abbasi" belə nəql edirdi: "Qızılbaş ordusunun dilavərləri arabalara yaxınlaşaraq, üç yüz nəfər yeniçərini arabaların arxasında qılınc zərbəsi ilə tikə-tikə etdilər. Yeniçərilər və topçular döyüş odunu qızışdırmaqla məşğul idilər. Top, zərbzən və tütəng tüstüsünün çoxluğundan işıqlı aləm qaranlığa çökdü. Qızılbaş ordusunun igidlərindən bir çoxusu qorxu və vahimə bilmədən, özlərini od dəryasına ataraq, tüfəng [atəşindən] həlak oldular və onların həyat xırmanları yandı. Çərxçi Xan Məhəmməd Ustacluya top dəydi və o, ustaclu tayfasından bir dəstə ilə həmin mərəkədə tələf oldu".
Ailəsi
Xanməhəmməd bəy Mir Ziyaəddin bəy Süleymaninin qızı Bikisi xanımla ailə qurmuşdu. Qılıc bəy adlı oğlu vardı.
Həmçinin bax
Mənbə
- Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN .
- Floor, Willem; Herzig, Edmund, eds. (2012). . I.B. Tauris. p. 55. . Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. ISBN .
- Barry Wood. The Battle of Chālderān: Official History and Popular Memory. Iranian Studies. 50 (1). 2017. 79–105.
- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa. 2008. 160.
- Ənvər Çingizoğlu. Qaradağ xanlığı. Bakı: Mütərcim. 2011. 212.
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN .
İstinadlar
- Məhəmmədi, 1993. səh. 15
- Floor və Herzig, 2012. səh. 64
- Çingizoğlu, 2008
- Çingizoğlu, 2011
- Floor və Herzig, 2012. səh. 55
- Süleymanov, 2018. səh. 134
- Cavanşir, 2007. səh. 448
- Musalı, 2011. səh. 145
- Floor, 2008. səh. 168, 180, 209
- Rumlu, 2017. səh. 395
- Musalı, 2011. səh. 169
- Musalı, 2011. səh. 170
- Cavanşir, 2007. səh. 450
- Süleymanov, 2018. səh. 245
- Süleymanov, 2018. səh. 246
- Rumlu, 2017. səh. 396
- Bayramlı, 2015. səh. 32
- Cavanşir, 2007. səh. 449
- Musalı, 2011. səh. 171
- Süleymanov, 2018. səh. 394
- Rumlu, 2017. səh. 423
- Musalı, 2011. səh. 250
- Musalı, 2011. səh. 251
- Musalı, 2011. səh. 252
- Cavanşir, 2007. səh. 451
- Rumlu, 2017. səh. 424
- Wood, 2017. səh. 88-89
- Musalı, 2011. səh. 255
- Münşi, 2009. səh. 95
- Wood, 2017. səh. 94
- Münşi, 2009. səh. 96
Xarici keçidlər
- Khan Muhammad Ustajlu (family trees)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xan Mehemmed bey Mirze bey oglu Ustacli ve ya Mehemmed xan Ustacli o 1514 Caldiran duzu Maku Sefevi imperiyasi qizilbas serkerdesi Diyarbekir beylerbeyi Mehemmed xan Ustacli Turkman tayfasi olan Ustacli tayfasindan olmus Sefevi hokmdari I Sah Ismayilin 1501 1514 dovrunde fealiyyet gostermisdir O Sah Ismayilin Kicik Asiyadaki ve Mesopotamiyadaki fethlerinde muhum rol oynamis 1506 ci ilden olumune qeder Diyarbekir hakimliyi vezifesini icra etmisdir Onun baresinde anonim muellif terefinden yazilan Tarix i Qizilbasan eserinde qisa melumat verilir Xanmehemmed bey UstacliDiyarbekir beylerbeyliyi1506 1514EvvelkiII Emir xan MosulluSonrakiQara xan UstacliSexsi melumatlarDogum tarixi XV esrDogum yeri Diyarbekir Agqoyunlu dovletiVefat tarixi 23 avqust 1514Vefat yeri Caldiran Sefeviler dovletiVefat sebebi doyusFealiyyeti herbi lider d Atasi Mirze Bey UstacliHeyat yoldasi Bikisi xanimUsagi Qilic beyHerbi xidmetDoyusler Caldiran doyusuRutbesi general qubernator Onlar I Sah Ismayilin zuhurunun evvellerinde Erzincan yaxinliginda oz kocleri ile xosbext orduya qosuldular Onlarin boyuk emirleri coxdur O cumleden Xan Mehemmed yeddi il I Sah Ismayilin adindan Diyarbekir hakimi idi az bir qosunla defelerle zulqedr ordularini meglub etmisdi Xan Mehemmed Caldiran doyusunde oldurulmusdur HeyatiMehemmed xan Ustacli Mirze bey Ustaclinin ailesinde dogulmusdur Ozunden basqa Ovlas bey Ustacli Evez bey Ustacli ve adli uc qardasi olmusdur O Sah Ismayilin bacilarindan biri ile evlenmisdir Onun Sah Ismayiin dergahina qosulmasi barede Alemara yi Sefevi eserinde qisa melumat var Ismayil ezemetli ecdadlarinin ve kerametli seyxlerin ruhlarindan xeyir dua dileyib darulirsad Erdebilden Qarabaga yola dusdu Orada Samdan Diyarbekirden Sivasdan Bayburddan ve o hududdan uc dord min neferedek sufi ve eqide sahibleri ali taxtin eteyine geldiler O cumleden Ebdi bey Samlu 300 neferle ve Xan Mehemmed Ustacli boyuk deste ile alemin penahi olan dergahin qulluguna hazir olub xidmet gostermek seadetine nail oldular ve Ismayilin raziligini qazandilar Ismayil Mahmudabadda olarken onu ve bir basqa Ustacli emirini Baki qalasini almaq ve oradaki Sirvansah xezinesini ele kecirmek ucun gonderdi O hemcinin Ismayil Naxcivana dogru hereket ederken bu yurusde istirak eden emirlerden biri idi Mehemmed bey Ustacli 1501 ci ilde Serur doyusunde ve Tebrizin alinmasinda Sefevi ordusunun rehberlerinden idi En evvelden Sah Ismayilin yaninda olan Mehemmed xan onun Sirvan yurusunde de istirak etmisdi Mehemmed xan hemcinin Almaqulagi doyusunde Sah Ismayil qosununun cinahlarindan birine rehberlik edirdi Bu barede Alemara yi Sah Ismayil eserinde yazilir Doyus meydanina yerlesdikde ise Sah Ismayil merkezde qerar tutdu Sag cinahda Abdal bey Dede ve Ebdi bey Samlu qorcularla birlikde sef cekdiler Sol cinaha ise Mehemmem xan Ustacli ve qardasi Qara xan Ustacli rehberlik edirdiler 1506 ci ilde Ismayil Dulqedirogullarindan Elauddovle ile toqqusmalardan sonra Xoya donmus Mehemmed xan Ustaclini Diyarbekirin hakimi teyin edilmisdir Belelikle tamam Diyarbekir mulku Azerbaycan memleketinin elavesine cevrildi Serqi Anadolu ele kecirildikden sonra Mehemmed xan Ustacliya verilmis Diyarbekir vilayeti Sefevi dovletinin herbi strateji baximdan en onemli erazilerinden birine cevrildi O hem Sefevi hakimiyyetini tanimayan Agqoyunlu emirlerine hem qiyamci kurd tayfalarina hem Zulqeder beyliyinin aramsiz basqinlarina qarsi mubarize aparir bezen ise Osmanli ve Memluk dovletlerine qarsi serhed munaqiselerine girmeli olurdu Diyarbekir hakimi kimi Sah Ismayil Diyarbekir Mosul ve Sencari tutduqdan sonra Bagdadin simalindaki Cizre vilayetini ele kecirmek ucun ora bir deste esger gonderdi Cizre hakimi Emir Seref Emir Bedrin oglu idi Uzunmuddetli muhasire neticesiz qaldi ve qizilbaslar muveffeqiyyet elde ede bilmeden geri qayitdilar Bu sebebden Sah Ismayil Mehemmed xan Ustaclini ve onun rehberliyinde Ustacli destesini yeniden Cizreye gonderdi Ustaclilar sozugeden bolgeni ele kecirib talan etdiler Sah Ismayil Xoyda olarken Emir Serefeddin 11 neferlik Kurd emir ve hakimleri onun elini opmek ucun Xoya geldiler Sah Ismayil Mehemmed xan Ustaclinin tehriki ile Emir Serefeddin de daxil olmaqla 9 neferi hebse atdirdi Sah Ismayil oz qosunlari ile Xoya yollandiqdan sonra Diyarbekirin yerli hakimleri ve onlarin terefdarlari ozlerini daha arxayin hesab ederek yeniden qizilbaslara itaetsizlik yolunu tutdular Bu quvvelerin basinda vaxtile Mosul hakimi olmus Emir beyin qardasi Qayitmis bey dayanirdi Qayitmis bey etrafina topladigi deste ile Diyarbekirin Hamid adlanan merkezi hissesini ele kecirdi ve qizilbaslar hakimiyyetine tabe olmadigini bildirdi Qayitmis beyin bele bir emele el atmasi bolgenin kurd silahli destelerini de hevese ve herekete getirdi ve onlar da Mehemmed xan Ustacliya qarsi silah qaldirdilar Mehemmed xan da nehayetde qosun destesi ile qayitmis beyin ustune hucum cekdi ve terefler arasinda ciddi bir doyus bas verdi Bu qarsidurma Isgender bey Munsinin Tarix i alemara yi Abbasi ve Hesen bey Rumlunun Ehsen et Tevarix eserlerinde daha genis tesvir edilmisdir Munsi yazir Xan Mehemmed Diyarbekire geldi Gulabi bey Mosullunun oglu Qayitmis bey Hemid seherinde idi O dusmencilik ederek qalani baglayib oraya daxil olmaga mane oldu Xan Mehemmed caresizlikden bayirda qaldi O etrafdaki kurdler qizilbas ordusuna qarsi coxlu basqinlar etdiler Xan Mehemmed kurdlerin ustune getdi Onlarin arasinda boyuk bir vurusma oldu Kurdlerden yeddi min nefer olduruldu Xan Mehemmed kurdlerle herbden qalib ve muzeffercesine qayitdi Qayitmis bey ona muqavimet gostere bilmeyib oz adamini Elauddovle Zulqederin yanina gonderdi ve ondan komek istedi evezinde seheri ona vereceyine soz verdi Elauddovlenin veziyyetinde meglubiyyet askar olduguna baxmayaraq Qayitmis beyin xahisi esasinda Hemid seherini almaq hevesi ile o qisda bir daha doyusken qosun yigaraq oz ogullari Sari Qaplan adi ile meshur olan Qasim beyin ve Erduvane beyin basciligi ile on min neferi Diyarbekire Xan Mehemmede qarsi gonderdi Xan Mehemmed Ustacli ordusunun sayca az olmasina baxmayaraq sahin zavalsiz bextine arxalanib ustaclu tayfasi ile birlikde o ulduz kimi saysiz qosunun qarsisinda doyus nizami tutdu Xan Mehemmed qudretli dovletin ugurlu bextinin gucu ile muveffeqiyyet ve zefer qazandi Rumlu yazir ki bu doyusde igidlikle ve qorxmazliqla Elauddovlenin basqa ovladlarindan secilen Sari Qaplan ve qardasi Erduvane bey bir cox adamla tululub qetl edildiler Sari Qaplan uc yuz nefer zulqederle atdan dusmusdu lakin doyusu davam etdirirdi Xan Mehemmed onu taniyib qosununa hokm etdi ki onu tutub yanina getirsinler Erduvane bey de esir alindi Bu doyusde zulqeder camaatindan yeddi yuz nefer ad san sahibi ve otuz nefer bayraq elem yiyesi emir qetle yetirildi Sari Qaplan ele ki Mehemmed xanin yanina catdi onun eteyine dusub xahis etdi ki meni sag salamat Isgender sanli xaqanin dergahina gonderin Amma o bu xahisi qebul etmedi Axirda Mehemmed xan bezi adamlarin tehriki ile Sari Qaplani da Erduvane beyle birlikde qetle yetirib onlarin baslarini ali dergaha gonderdi Qasid Xoy qislaginda ozunu hokmdar ordusuna yetirdi ve ehvalati kama catmis hokmdarin dergahinda erz edib enama ve ehsana qerq olaraq Diyarbekire teref geri dondu sahin ona gosterdiyi boyuk husn regbeti erz etdi Xan Mehemmed qelebe caldiqdan sonra Qayitmis beyin uzerine yurudu Qayitmis bey seherin darvazalarini bagli saxlamaq istese de buna nail ola bilmedi Hemid seherinin ehalisi ondan uz cevirerek seherin darvazalarini acib qazileri iceri buraxdilar Bu hadiseden sonra Xan Mehemmed Diyarbekirde musteqil hakimiyyet surmeye basladi Elauddovle oz ogullarinin qetlinden xeber tutub daginiq qosununu bir daha toplayaraq diger ogullari Kor Sahrux ve Ehmed beyi 15 min suvari ile Xan Mehemmedin uzerine gonderdi Xan Mehemmed yeniden seherin mudafiesine qalxdi ve zulqeder qosunu ile yeni bir doyuse girdi Bu doyusde Xan Mehemmedin ordusu 3 min neferden ibaret idi Xan Mehemmed doyusde qalib geldi ve Elauddovlenin diger ovladlari Kor Sahrux ve Ehmed bey qetle yetirildi Alemara yi Sah Ismayil eserinin muellifi yazir ki itaet etmeyen bezi kecmis Agqoyunlu emirlerine qarsi feal mubarize aparan Mehemmed xan Ustacli kurdlerin mahmudi tayfasinin bascisi Isgenderin qiyamini da yatirdi ve onun 7 minlik qosununu darmadagin etdi Umumiyyetle Mehemmed xanin Serqi Anadoluda gorduyu tedbirler hemin erazide Sefevi hakimiyyetinin muveqqeti de olsa mohkemlenmesine sebeb oldu O cesur doyuscu ve istedadli serkerde olmasina baxmayaraq bacariqli siyasetci deyildi Bolgeye hakim teyin edildiyinden beri sadece qilincinin gucu ile hokm etmeye calisdi ve qarsisina cixan her kesle savasdi Sultan Selimle bas veren munaqiselerde roluElmi tarixi arasdirmalarda Osmanli Sefevi muharibesinin sebeblerine toxunarken Diyarbekir hakimi Mehemmed xan Ustaclinin da tehrikinden soz acilir Sah Ismayil Mehemmed xan Ustaclinin mektubunu aldiqdan sonra oz elcilerini Sultan Beyazidin yanina gondermisdi Menbeler yazir ki bu mektub cox iddiali idi ve burada Osmanli sultaninin unvanina hormetsizlik numayis etdirilmisdi Sultan Beyazid mektubu temkinle qarsilasa da Sultan Selim mektubla bagli qezebini numayis etdirmekden cekinmedi Mehemmed xan Ustacli Sultan Selime de mektublar gonderirdi Mehemmed xan Ustacli ona mektubla yanasi bir qilinc ve qadin geyimi gondermis bu da Selimin qezebine sebeb olmusdu Bu barede Ehsen et Tevarix eserinde melumatlar oz eksini tapir Bu il Rum padsahi Sultan Selim Cemsid seviyyeli xaqanin saray adamlarina qarsi usyan meqamina geldi Onun muxalifliyinin sebebi budur ki Xan Mehemmed Ustacli Diyarbekiri istila etmis bir nece defe zulqeder qosununu az adamla meglub etmis onun mulazimi Deli Duraq yetmis suvari ile Misir padsahi Sultan Qansunun igidlikde sohret tapmis ve ad san qazanmis uc yuz qulamini meglubiyyete ugratmisdi Bu sucaet uzunden onun Xan Mehemmedin lovgaligi qururu ezemeti cah calali ve ozundenraziligi heddini asdi ve Sultan Selime tehdid ve tehqirle dolu mektublar gonderib onu vurusmaya ve qarsidurmaya regbetlendirdi ve tehrik etdi Hetta ona kelegayi ve s kimi fitne fesada sebeb olan bir nece seyler gonderdi Menbelerden de melum olur ki onun bu hereketleri Sefevi tarixcileri terefinden de tenqidle qarsilanmisdi Mehemmed xanin gonderdiyi mektublara sebeb Sultan Selimin Sefevi dovletinin qerb serhedi boyunca erazilere talanci yurusler etmesi idi Bu zaman Sultan Selim Trabzon hakimi idi Alemara yi Sah Ismayil in muellifi Selimi qeddar ve amansiz xaraktere malik bir sexs kimi tesvir edir 1507 08 ci illerde Serqi Anadoludaki bir sira erazilerin Sefeviler dovletine birlesdirilmesi ve Sah Ismayilin yeznesi Mehemmed xan Ustaclinun hakim oldugu Diyarbekir beylerbeyiliyinin Osmanlilarin Trabzon vilayeti ile hemserhed olmasi Selimi xususile narahat etmeye baslamisdi Hele Sah Ismayilin Elauddovle uzerine yurusu zamani Selim atasi Bayezidin laqeydliyine sert etiraz ederek ona yazdigi mektubda bildirirdi Bir sufinin oglu peyda olub gelib at tepib Qeyseriyyeyedek gele ve siz baxa baxa durasiz Hani irz u namus i melik Hani qeyretiniz Padsahliq boyle olmaz Onlarin haqlarindan gelinmek gerekdir 2 Alemara da deyilir ki Mehemmed xan Ustacli tamam Diyarbekir olkesini ele kecirdikden sonra Selim bir nece defe atasi Bayezidden Diyarbekire hucum ucun icaze istese de redd cavabi almisdi Buna baxmayaraq Selim atasi ile hesablasmadan Sefevilere qarsi ozbasina siyaset yurudurdu O 1508 ci ilde Elauddovlenin ogullarina mektub yazaraq onlari Serqi Anadoludaki Sefevi torpaqlarina hucum etmeye tesviq etmisdi Bizim muellifin serhine gore qizilbaslarin veziyyetini gotur qoy eden Sultan Selim qorxurdu ki hergah onlar Elauddovleni aradan qaldirsalar onda butun Rumu zebt edecekler Zulqederlilerin Mehemmed xan Ustacli qarsisinda ardicil meglubiyyetlerinden sonra onlardan umidini kesen Selim ozu fealiyyete baslamagi qerara aldi Alemara nin melumatlarina esasen 1508 12 ci iller arasinda Selim bir nece defe qizilbaslarla serhed munaqiselerine girdi O osmanlilarin Erzincan hakimi Osman pasaya mektub yazib ona Sefevilerin tabeliyindeki erazilere soxulmagi emr etdi Lakin Osman pasanin serhedi kecmis 12 minlik qosununun hereketi Sefevi casuslari terefinden diqqetle izlenilirdi Osmanli dusergesi gece vaxti dagin arxasinda pusquda gizlenmis qizilbas serkerdesi Ehmed sultan Qacarin qosununun qefil hucumuna meruz qaldi Neticede Osman pasa olduruldu agir meglubiyyete ugramis ve heyetinin yariya qederini itirmis Rum qosunu nun qaliqlari oz erazilerine cekildiler Qizilbaslar osmanlilarin alaciq ve cadirlarini mallarini ve esyalarini ele kecirdiler oldurulmus rumiler in baslari Mehemmed xan Ustaclinin huzuruna gonderildi Selimin bu hereketlerine cavab olaraq Mehemmed xan Ustacli oz qardasi Qara Hemid qalasi hakimi Qaraxana 10 12 minlik qosun vererek ona Erzincanin Sultan Selime mexsus nahiyesine basqin edib ele bir xerabelik toretmeyi tapsirdi ki bir de oralari abad etmek mumkun olmasin Cemi 15 gun cekmis bu emeliyyat neticesinde qizilbaslar coxlu qenimetle geri qayitdilar Caldiran doyusundeki istirakiAgqoyunlu Murad bey ve Sultan Selim boyuk bir ordu ile Sefevi uzerine yuruse baslayarken Xan Mehemmed Ustaclinin Diyarbekiri terk etdib Sah Ismayilin ordusuna qosulmasi barede xeber esitdiler Bu sebebden onlar ilk evvel Diyabekir uzerine hucuma kecdiler Sultan Selim hereketini davam etdirerek 1514 cu il 13 iyul tarixinde Osmanli Sefevi serheddinde yerlesen Caysuyu cayini kecdi ve Sefevi torpaqlarina daxil oldu Osmanli qosunu yolda xaraba halinda olan kendlerle rastlasdilar Tarixcilere gore Sah Ismayilin emri ile Xan Mehemmed Ustacli vilayet hakimlerinin desteyi ile Sefevi serheddindeki Ferat cayinin serq sahilinde Tebrize qeder butun kend ve seherleri ekin sahelerini korpuleri dagitmisdi Eyni zamanda bu erazilerin ehalisi de basqa seher ve kendlere kocurulmusdu Sah Ismayil Caldiran doyusunden evvel Diyabekir hakimi Mehemmed xana mektub gonderib onu esgerleri ile birlikde Azerbaycana gelmeyi emr etdi Belelikle Mehemmed xan Ustacli rehberliyindeki bir deste ordu Tebrize gelib Caldiran obasinda oz yerlerini tutdular Bican terefinden yazilmis Cahanqosai ye Xaqan eserinde Caldiran doyusunden onceki muharibe surasi toplantisi barede melumatlar vardir Bu eserde Osmanli ordusu barede melumat vermeye ilk once Xan Mehemmed xanin basladigini Osmanli ordusunun arabalardan toplardan ve tufengcilerden ibaret doyus taktikasini izah etdiyi bildirilir Nureli Xelife ve bezi basqa serkerdeler qelebe ucun Osmanliya qefil hucumu etmeyi meslehet bilirler Durmus xan ise onlara emriniz yalniz Diyabekirde isleyir deye siddetle qarsi cixmisdir Rumlu yazir Xan Mehemmed Ustacli Nureli xelife ve rumilerin verdislerini bilen bezi diger sexsler erz etdiler Dusmenler Caldiranda ozlerini mudafie etmeye hazir olmazdan once onlarin uzerine gedek ve o natamamlarin isini bitirek Durmus xan Samlu bu sozu redd edib Xan Mehemmede xitaben Senin ketxudaligin agaligin Diyarbekirde kecer dedi ve elave etdi Onlar ozlerini qorumaq ucun ellerinden geleni edenedek gozleyerik Ondan sonra doyus meydanina qedem qoyub onlarin qosununu darmadagin ederik Isgender sanli xaqan Durmus xanin sozunu qebul etdi beyendi Sultan Selim Caldiran tepesinden asagi enib oz qosunlarinin movqeyini mohkemlendirmeye calisaraq oz etrafini araba ve zencirle bagladi Namelum hekayeler eserinde ise hekaye bir qeder ferqlidir Bu eserde esas mubahise indi ve ya sonra hucum etmek etrafinda yox geri cekilme ya da hucum etme etrafinda cereyan edir Chester Beatty Libraryde saxlanilan elyazmada ise bu toplantinin tesviri qisadir Burada bezilerini geri cekilmeyi teklif etmesine qarsi Durmus xan Samlinin Qeysar kimdir ki qorxub ondan qacaq Allahin kime qelebe vereceyini gormek ucun calisacagiq ve vurusacagiq deye cavab verdiyi yazilmisdir Alem aray i Sefevi nin sonraki elyazmalarinda bu muzakireler bir qeder ferqli teqdim edilmisdir Burada da Xan Mehemmed xan birinci cixis edir Lakin bu eserde o Osmanli herb taktikasindan behs etmir sadece dusmenin coxlu doyuscusu oldugunu yeteri qeder qizilbasin toplanmadigini cemi 18 min doyuscunun oldugunu bildirir O Narkas dagina dogru iki ayliq geri cekilmeyi ve 70 min doyuscu yigmagi teklif edir Onun bu teklifi Sah Ismayil terefinden redd edilir Alemara yi Sah Ismayil eserinin muellifi ise Mehemmed xan Ustaclinin doyusden evvel ireli surduyu teklif barede yazir Onun fikrince emeliyyatlar uc cur inkisaf ede bilerdi 1 Sahin ordusu geri cekilib daglara siginmali olkenin her yerinden qizilbas qosunlarinin gelib catmasi ucun iki ay gozlemeli idi Bu muddet erzinde yeqin ki Osmanli ordusu Azerbaycanda irelileyib Tebrizi tutacaqdi Lakin qarsidan soyuqlarin geldiyini ve ordusunun azuqe teminatinda cetinlik yaranacagini nezere alan Sultan Selim Azerbaycanda qala bilmeyerek tez bir zamanda Ruma qayitmagi qerara alacaqdi 2 Sultan Selim qizilbas komandanliginin aciq doyusden yayindigini gorub oz ordusunun Azerbaycanda cetin veziyyete ducar olacagini gotur qoy ederek Tebrize irelilemekden vaz kececek ve tecili suretde Ruma qayidacaqdi 3 Eger Selim cixib getmezse ve qisi Tebrizde Azerbaycanda kecirmeye qerar vererse o vaxta qeder memleketin her terefinden qizilbas emirleri gelib cixarlar sahin bayraqlari altinda 70 minlik ordu toplanar qizilbaslarla Osmanlilar arasinda say tarazligi yaranardi Lakin Durmus xan bu teklifle razilasmayib onu qorxaqliqla ittiham etmisdi Olumu Isgender bey Munsinin Tarix i alemara yi Abbasi adli eserinde Sefevi qosunlarinin doyus duzulusunde Mehemmed xan Ustaclinin movqeyi barede asagidaki qeydler vardir Suleyman sanli xaqan Diyarbekrden hazirliqli qosunla gelmis Xan Mehemmedi muzeffer ordunun cerxcisi teyin etdi Caldiran doyusu barede olan hekayelerden birinde deyilir ki Sultan Selim Sah Ismayil Malqocoglu ile doyuserken doyusu kenardan izlemis ve saha odlu silahdan istifade etmeyeceyi barede soz vermisdir Lakin Sah Ismayilin Malqocoglunu iki yere bolub oldurmesinden sonra qizilbaslar ruhlanmis ve Osmanli ordusunu dagitmaga baslamisdir Selimin veziri bu menzere qarsisinda dehsete qapilaraq Osmanin evi dagilir deyerek Selime toplardan ates emri vermeye sesleyir Hiyleger vezir qeyd edir ki o bele bir and icmeyib ve aciq sekilde bildirir ki ates acmaqda azaddir En yaxsisini sen bilirsen deyir Sultan ve qirgin baslayir Bundan sonra vezir toplardan ates emri verir ve iyirmi min osmanli yeddi min qizilbas pambiq kimi tarandi ve yixildi Xan Mehemmed xan min neferle Qeysere hucum etmek ucun tezece gelmisdi ki toplardan ates acildi o ve basqa uc yuz nefer vuruldu ve mehv oldu Mehemmed xan Ustaclinin sehid olmasini Tarix i alemara yi Abbasi bele neql edirdi Qizilbas ordusunun dilaverleri arabalara yaxinlasaraq uc yuz nefer yenicerini arabalarin arxasinda qilinc zerbesi ile tike tike etdiler Yeniceriler ve topcular doyus odunu qizisdirmaqla mesgul idiler Top zerbzen ve tuteng tustusunun coxlugundan isiqli alem qaranliga cokdu Qizilbas ordusunun igidlerinden bir coxusu qorxu ve vahime bilmeden ozlerini od deryasina ataraq tufeng atesinden helak oldular ve onlarin heyat xirmanlari yandi Cerxci Xan Mehemmed Ustacluya top deydi ve o ustaclu tayfasindan bir deste ile hemin merekede telef oldu AilesiXanmehemmed bey Mir Ziyaeddin bey Suleymaninin qizi Bikisi xanimla aile qurmusdu Qilic bey adli oglu vardi Hemcinin baxUstacli eliMenbeFloor Willem M Titles and Emoluments in Safavid Iran A Third Manual of Safavid Administration by Mirza Naqi Nasiri Washington DC Mage Publishers 2008 ISBN 978 1933823232 Floor Willem Herzig Edmund eds 2012 I B Tauris p 55 ISBN 978 1780769905 Iran and the World in the Safavid Age I B Tauris 2012 ISBN 978 1780769905 Barry Wood The Battle of Chalderan Official History and Popular Memory Iranian Studies 50 1 2017 79 105 Enver Cingizoglu Qaradaglilar Baki Susa 2008 160 Enver Cingizoglu Qaradag xanligi Baki Mutercim 2011 212 Rumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Sirazi Xace Zeynalabidin Eli Ebdi bey TEKMILETUL EXBAR PDF az Baki Elm 1996 ISBN 5 8066 0436 5 IstinadlarMehemmedi 1993 seh 15 Floor ve Herzig 2012 seh 64 Cingizoglu 2008 Cingizoglu 2011 Floor ve Herzig 2012 seh 55 Suleymanov 2018 seh 134 Cavansir 2007 seh 448 Musali 2011 seh 145 Floor 2008 seh 168 180 209 Rumlu 2017 seh 395 Musali 2011 seh 169 Musali 2011 seh 170 Cavansir 2007 seh 450 Suleymanov 2018 seh 245 Suleymanov 2018 seh 246 Rumlu 2017 seh 396 Bayramli 2015 seh 32 Cavansir 2007 seh 449 Musali 2011 seh 171 Suleymanov 2018 seh 394 Rumlu 2017 seh 423 Musali 2011 seh 250 Musali 2011 seh 251 Musali 2011 seh 252 Cavansir 2007 seh 451 Rumlu 2017 seh 424 Wood 2017 seh 88 89 Musali 2011 seh 255 Munsi 2009 seh 95 Wood 2017 seh 94 Munsi 2009 seh 96Xarici kecidlerKhan Muhammad Ustajlu family trees