Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi Məhəmməd xan Ustaclının qardaşı. Onun barədə anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” adlı əsərdə qısa məlumat verilmişdir:
Qara xan Ustaclı | |
---|---|
1514 – 1517 | |
Əvvəlki | Xanməhəmməd bəy Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Mardin, Diyarbəkir bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Fatma Sultan bəyim |
Uşağı | Abdulla xan |
“Xan Məhəmmədin qardaşı Qara xan ondan sonra Diyarbəkir əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517) Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü.”
Həyatı
Qara xan Ustaclı Ustaclı boyunun məşhur əmirlərindən olmuşdur. O, Mirzə bəy Ustaclının oğlu, Xan Məhəmməd Ustaclının isə kiçik qardaşı idi. Qara xan ən əvvəldən Şah İsmayılın yanında olan qardaşı Məhəmməd xan Ustaclı ilə Şirvan yürüşündə iştirak etmişdi. Qara xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə qardaşı ilə birlikdə rəhbərlik edirdi.
Bu barədə “Aləmara-yi Şah İsmayıl” əsərində yazılır:
“Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. ”
Cizrənin ələ keçirilməsində iştirakı
Şah İsmayıl Mosul, Diyarbəkir və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora əsgərlərindən bir dəstə göndərdi. Lakin Cizrə hakimi Əmir Şərəf uzun müddət mübarizə apardı. Cizrə hakimi Əmir Şərəf Əmir Bədrin oğlu idi. Beləliklə mühasirə nəticəsiz qaldı və qızılbaşlar müvəffəqiyyət əldə edə bilmədən geri qayıtdılar. Bunun nəticəsində Məhəmməd xan Ustaclı qardaşı Qara xan Ustaclını Cizrəni tutmaq üçün bura göndərdi. Qara xan sözügedən ərazini ələ keçirib, şəhəri talan etdi. Əmir Şərəfin qardaşı Əli bəy isə Qara xan üzərinə yeriyib onu şəhərdən çıxardı.
“Aləmaray-i Şah İsmayıl” əsərində göstərilir ki, Şah İsmayıl Azərbaycana qayıtdıqdan sonra Əlaüddövlə onunla bağladığı müqaviləni pozdu və 1508-ci ildə onun oğullarının başçılıq etdikləri zülqədər qoşunları iki dəfə Diyarbəkir üzərinə həmlə etsələr də, hər dəfə Məhəmməd xan və onun qardaşı Qara xan tərəfindən ağır məğlubiyyətə uğradıldılar. Bu yürüşlərdə Əlaüddövlənin oğulları Sarı Qaplan, Ərdüvanə, Məhəmməd (Əhməd) və Kor Şahrux həlak oldular.
Osmanlılarla toqquşmada
1507-08-ci illərdə Şərqi Anadoludakı bir sıra ərazilərin Səfəvilər dövlətinə birləşdirilməsi və Şah İsmayılın yeznəsi Qara xanın qardaşı Məhəmməd xan Ustaclunun hakim olduğu Diyarbəkir bəylərbəyiliyinin Osmanlıların Trabzon vilayəti ilə həmsərhəd olması Səlimi narahat etməyə başlamışdı. Sultan Səlim bir neçə dəfə atasından Diyarbəkirə hücum etmək üçün icazə istəsə də, rədd cavabı almışdı.
1508-12-ci illər arasında Səlim bir neçə dəfə qızılbaşlarla sərhəd münaqişələrinə girdi. İki ölkənin sərhədində mühüm mövqe olan Ərzincan bölgəsi dinc əhalinin hər iki tərəfdən qarət olunması ilə müşayiət olunan bu hərbi əməliyyatların əsas mərkəzinə çevrildi. Belə ki, Əlaüddövlənin oğullarının məğlubiyyətindən sonra Səlim Osmanlıların Ərzincan hakimi Osman paşaya məktub yazıb, ona Səfəvilərin tabeliyindəki ərazilərə soxulmağı əmr etdi. Lakin Osman paşanın sərhədi keçmiş 12 minlik qoşunu Səfəvi sərkərdəsi Əhməd sultan Qacarın qəfil hücumu ilə məğlubiyyətə uğradılmışdı.
Bu hadisədən sonra Səlim özü şəxsən 30 minlik ordu ilə Ərzincandakı Səfəvi ərazilərinə basqın edib, çoxlu talançılıqlar törədərək geri qayıtdı. Səlimin bu hərəkətlərinə cavab olaraq Məhəmməd xan qardaşı Qara xan Ustaclıya 10-12 minlik qoşun verib “Ərzincanın Sultan Səlimə məxsus nahiyəsinə basqın edib elə bir xərabəlik törətməyi tapşırdı ki, bir də oraları abad etmək mümkün olmasın”. Həmçinin ona tapşırılmışdı ki, Səlimlə birbaşa toqquşmadan yayınsın və əməliyyatı tez bir zamanda həyata keçirib geri qayıtsın. Qara xanın ordusunun sərhədi keçdiyini öyrənən o sərhədin əhalisi dağlardakı qalalara çəkildilər. Osmanlıların Ərzincan paşası güclü mühafizə olunan və ətrafındakı xəndəklər su ilə doldurulmuş qalaya sığındığından qızılbaşlar oranı tuta bilmədilər və Qara xan Əhməd sultan Qacara 6 min döyüşçü verib onu Toqatın kəndlərini qarət etməyə göndərdi. Cəmi 15 gün çəkmiş bu əməliyyat nəticəsində qızılbaşlar çoxlu qənimətlə geri qayıtdılar.
Çaldıran döyüşündə iştirakı
İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" adlı əsərində Səfəvi qoşunlarının döyüş düzülüşü barədə ətraflı məlumatlar öz əksini tapır. Döyüş zamanı Qara xan qardaşı Məhəmməd xan Ustaclı ilə birlikdə Səfəvi qoşunlarının sol cinahına rəhbərlik edirdi. Çaldıran döyüşündə Qara xanın qardaşı Məhəmməd xan Ustaclı öldürüldü. Qara xan isə qoşunlarını mühasirədən çıxarmağa nail oldu.
Diyarbəkir hakimi kimi
“Aləmara-yi Şah İsmayıl” və "Tarixi aləmara-yi Abbasi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl öz paytaxtına qayıtdı və dərhal Çaldıran vuruşmasında həlak olmuş Məhəmməd xan Ustaclunun əvəzinə onun qardaşı Qara xan Ustaclunu Diyarbəkir bəylərbəyisi təyin etdi, Məhəmməd xanın dul qalmış arvadını (o, şahın bacısı idi) Qara xana ərə verdi və onu qoşunla həmin bölgəyə yolladı.
Qara xan Diyarbəkir hakimi təyin edildikdən sonra Amid şəhərinin (qalasının) əhalisi də dərhal Şah İsmayıla qarşı cəbhə tutmadı. Şəhər əhalisi öz nümayəndələrini Şah İsmayılın yanına göndərdi ki, Səfəvi dövlətinə sədaqətlərini saxlamaqdadırlar. Amma Şah İsmayıldan xahiş olundu ki, Qara xanın yerinə Diyarbəkirə başqa bir adam hakim təyin edilsin. Çünki Diyarbəkir əhalisi Qara xanla silahlı qarşıdurmada olmuşdu və onun Diyarbəkir əhalisinə qarşı sərt tədbirlər həyata keçirəcəyindən ehtiyat edirdilər. Şah İsmayılın bu xahişə necə cavab verməsi barədə mənbələrdə və tarixi ədəbiyyatda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Çox tezliklə Qara xanla Osmanlı qoşunları arasında döyüş başlamasından belə ehtimal etmək olar ki, ya bu xahiş Şah İsmayıla geç çatdı, ya da Şah İsmayıl təklifi qəbul etmədi və Qara xanın yerinə başqa birisini Diyarbəkir hakimi təyin etmədi. Bu da onunla izah olunur ki, Qara xan Səfəvi şahına kifayət qədər yaxın bir adam idi.
Diyarbəkir ətrafında Səfəvi və Osmanlı qüvvələrinin toqquşması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar öz əksini tapmışdır.
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərləri məlumat verir ki, Məhəmməd xan Ustaclı hələ Çaldıran döyüşündə iştirak etmək üçün yola düşən zaman Əhməd Çələbi adlı bir şəxsi müvəqqəti olaraq öz yerinə təyin etmişdi. Çaldıran döyüşünün nəticəsindən xəbər tutan Əhməd Çələbi isə Osmanlılara yaxınlaşmağı üstün bildi. Hətta Diyarbəkir qalasında olan şahın bacısı Pəri bəyim xanım ona məktub yazaraq ondan kömək göstərməsini tələb edəndə o bu məktubu cavabsız qoymuş, kömək göndərməkdən imtina etmişdi. Pəri bəyim xanım isə dərhal Şah İsmayıla məktub yazıb ondan kömək istəmiş və Əhməd Çələbinin satqınlığı barədə məlumat vermişdi. Bu məktubu aparan elçi 2 gün yol gedəndən sonra yolda Qara xanla rastlaşır. Qara xan elçiyə əmr edir ki, dərhal geri qayıtsın və qala qapılarını ona açsın.
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərinin məlumatına görə tərəflərin üzbəüz gəlməsi Sultan Səlim Təbrizdən qayıtdıqdan sonra baş vermişdi. 1514-15-ci ilin qışında Diyarbəkirdə kürdlər Səfəvi hakimiyyətinə qarşı qiyam qaldırmışdılar. “Aləmara-yi Şah İsmayıl”a əsasən, üsyanın rəhbəri Əhməd Çələbi, Sultan Səlimə məktub yazaraq, ondan kömək istədi. Bu mənbələr Qara xanın Həsən paşanın qoşun dəstəsi ilə qarşılaşması haqqında ətraflı məlumat verir. Qara xan istinad olunan mənbələrin məlumatına görə, 4 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkirə yollandı. Məlumata görə, Qara xan, Osmanlı qoşunlarının Təbrizi tərk etməsindən dərhal sonra Diyarbəkirə doğru hərəkətə başladı. Sultan Səlim Diyarbəkir əyalətinin ələ keçirilməsi üçün əyalətin kürd rəhbərlərindən səmərəli şəkildə istifadə etməyə çalışırdı. Çaldıran döyüşündəki qələbədən sonra Sultan Səlim hətta kürd əmirlərinə fəthnamə də göndərmişdi. Osmanlı sultanı şübhə etmirdi ki, Qara xanın rəhbərliyi altında olan 4 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkir qalasına daxil olsa, sonradan bu qalanı ələ keçirmək xeyli çətinləşəcəkdir. Ona görə də qoşun başçılarından olan Həsən paşaya tapşırıq verdi ki, 10 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkirə yollansın və Qara xanın Diyarbəkir qalasına daxil olmasının qarşısını alsın. Qara xan bundan vaxtında xəbər tutdu və hələ Diyarbəkirə çatmamış Osmanlı qoşunları ilə qarşılaşmağı qərara aldı. Bu məqsədlə Diyarbəkirə aparan yol üzərindəki dağ keçidinin uzun dərələrindən birində tələ qurdu, dəstəsini gizlin yerlərdə yerləşdirdi. Osmanlı dəstəsi həmin yerdən keçəndə Səfəvi döyüşçüləri Qara xanın göstərişi əsasında dərənin girişini də, çıxışını da tutdular və bununla, Osmanlı qoşun dəstəsini mühasirəyə aldılar. Osmanlı qoşun dəstəsi göstərdiyi bütün səylərə baxmayaraq bu mühasirədən çıxa bilmədi və qoşun dəstəsinin döyüçüləri demək olar ki, bütünlüklə məhv edildilər.Bu hadisə Qara xanın Diyarbəkirə yetişməsindən əvvəl baş vermişdi.
1515-ci ilin yazında Diyarbəkir şəhərini tutmağa nail oldu.
Ölümü
Az sonra Sultan Səlimin göndərdiyi Osmanlı ordusu Diyarbəkiri mühasirəyə aldı. Sultan Səlimin göstərişi ilə Qaraxana bu məzmunda xəbər göndərildi: “Gəl, mənə itaət et ki, bu ölkəni tamam sənə verim və sən bu ölkənin külli hakimi olasan”. Sultan hədələyirdi ki, “əks təqdirdə, bu qalanı top zərbəsi ilə yerlə yeksan edəcəyəm və sizi cəzalandıracağam”. Qaraxan bu təklifi qəti surətdə rədd edərək, bunun cavabında Osmanlı elçisinə bildirdi: “Get və qeysərinə de ki, sən unudursan ki, biz Şah İsmayıl Bahadırın nökərləriyik. Biz bu ocağın sufiləri və bəndələriyik. Heç bir vaxt sufi və müridi öz mürşid-i kamilindən döndərmək, onu öz ağasından uzaqlaşdırmaq mümkün deyildir”.
Həsən bəy Rumlu məlumat verir ki, Əhməd Çələbi dərhal Bığlı Mehmed Çavuşa məktub göndərib ondan kömək istəyir. Onun məktubuna cavab olaraq Bığlı Mehmed paşanın başçılıq etdiyi Osmanlı qoşunu 1515-ci ilin sentyabr ayında üsyançılara köməyə gələrək, Diyarbəkiri qızılbaşların əlindən qurtarmağa nail oldu. 1516-cı ildə Qara xanın hakimliyinin ikinci ilində Bığlı Mehmed paşanın 20 minlik ordusu ilə Səfəvi ordusu qarşı qarşıya gəldi. Döyüş Üləngi-Qoruq adlanan yerdə baş verdi. Bu döyüş barədə Rumlu yazır:
“Neçə gündən sonra xəbər gəldi ki, Bığlı Çavuş təxminən iyirmi dörd min süvari və piyada toplayıb Amiddən çıxmışdır. Ona görə də Qara xan öz ordugahından ayrılıb Bığlı Çavuşun düşərgəsinə doğru üz tutdu və Mardin yaxınlığındakı Qoruqda düşərgə saldı. O zaman [Qara xan] düşündü ki, tezliklə düşmənlə döyüşə girsin və yenidən yer üzünü düşmənlərin qanı ilə gül rənginə boyasın. Qudurmuş sultan da onu [bu işə] həvəsləndirdi və dedi: - Səfəviyyə xanədanının düşmənlərinə bundan daha artıq möhlət vermək lazım deyildir və onların bədənlərinin divarlarında qılınc və xəncər zərbəsi ilə deşiklər açmaq gərəkdir. Amma həmin vaxt İsgəndər şanlı xaqanın yanından bir qorçu gəlib onun hökmünü gətirdi ki, bu tərəfdən yardım gəlib çatmayınca döyüşə girməsinlər. Başqa şəxslər də savaşa atılmaqda tələsməyi məsləhət görmürdülər və deyirdilər: - Kömək gəlib çatıncaya qədər düşmənlə vuruşa başlamaq lazım deyil. [Lakin] xan Qudurmuşun fikrini daha düzgün hesab etdi. Ertəsi gün o, öz fələk yerişli atına minib bayraqlarını dalğalandırdı, sağ və sol cinahı necə lazımdırsa tərtib etdi. O tərəfdən Bığlı Çavuş sağ və sol cinahları iş bacaran adamlarla möhkəmləndirdi, öz qoşununun qabağında zərbzən və firəngilərlə dolu arabalar yerləşdirdi, onun ətrafını zəncirlə bir-birinə bağladı və qoşunun arxasında dəvələr və təchizat yerləşdirdi. Məhşər çölünü xatırladan o səhrada hər iki qoşunun səfləri tərtib olunduqdan sonra ilk öncə qazilər qılınclarını sıyırıb və nizələrini düşmənlərə yönəldib rumilərin üzərinə at çapdılar, [onların] sol və sağ cinahlarını yerlərindən dəbərdib mərkəzə doğru sıxışdırdılar. Rumilərin fərar yolu bağlı olduğundan onlar naçar qalıb döyüşə başladılar.”
Qara xan baş verən döyüşdə qalib gəldi. Lakin o düşməni təqib edən zaman tüfəng gülləsinə tuş gəlib atdan düşdü. Nəticədə Qara xan vafat elədi. İsgəndər bəy Münşi yazır ki, Bu haldan qızılbaşlar pərişan oldular, rumilər isə açıq-aşkar basılma və məğlubiyyətdən sonra qələbə çaldılar. Onlar xondgardan yardım alaraq, Diyarbəkir vilayətini ələ keçirdilər.
Ailəsi
Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı.
İstinadlar
- Məhəmmədi, 1993. səh. 15
- Musalı, 2011. səh. 145
- Cavanşir, 2007. səh. 453
- Musalı, 2011. səh. 170
- Musalı, 2011. səh. 251
- Musalı, 2011. səh. 252
- Münşi, 2009. səh. 95
- Süleymanov, 2018. səh. 488
- Süleymanov, 2018. səh. 491
- Süleymanov, 2018. səh. 492
- Süleymanov, 2018. səh. 497
- Süleymanov, 2018. səh. 495
- Musalı, 2011. səh. 260
- Musalı, 2011. səh. 261
- Rumlu, 2017. səh. 431
- Rumlu, 2017. səh. 432
- Münşi, 2009. səh. 98
- Bayramlı, 2015. səh. 237
- Şirazi, 1996. səh. 42
Mənbə
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN .
Əlavə ədəbiyyat
- Çingizoğlu, Ənvər. Qarşı yatan Qaradağ (az.). Bakı: Ozan. 1998.
- Çingizoğlu, Ənvər. Qaradağlılar (az.). Bakı: Şuşa. 2008.
- Çingizoğlu, Ənvər. Qaradağ xanlığı (az.). Bakı: "Mütərcim". 2011.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qara xan Mirze bey oglu Ustacli 1517 qizilbas serkerdesi Diyarbekir beylerbeyi Mehemmed xan Ustaclinin qardasi Onun barede anonim muellif terefinden qeleme alinan Tarix i Qizilbasan adli eserde qisa melumat verilmisdir Qara xan UstacliDiyarbekir beylerbeyliyi1514 1517EvvelkiXanmehemmed bey UstacliSexsi melumatlarDogum yeri Agqoyunlu dovletiVefat tarixi 1517Vefat yeri Mardin Diyarbekir beylerbeyliyi Sefeviler dovletiVefat sebebi doyusFealiyyeti herbi lider d Atasi Mirze Bey UstacliHeyat yoldasi Fatma Sultan beyimUsagi Abdulla xan Xan Mehemmedin qardasi Qara xan ondan sonra Diyarbekir emir el umerasi oldu ve 922 ci ilde 5 II 1516 23 I 1517 Mardin yaxinligindaki Qoruqtepede Bigli Cavus adi ile meshur olan Mustafa pasa ile doyusde olduruldu HeyatiQara xan Ustacli Ustacli boyunun meshur emirlerinden olmusdur O Mirze bey Ustaclinin oglu Xan Mehemmed Ustaclinin ise kicik qardasi idi Qara xan en evvelden Sah Ismayilin yaninda olan qardasi Mehemmed xan Ustacli ile Sirvan yurusunde istirak etmisdi Qara xan hemcinin Almaqulagi doyusunde Sah Ismayil qosununun cinahlarindan birine qardasi ile birlikde rehberlik edirdi Bu barede Alemara yi Sah Ismayil eserinde yazilir Doyus meydanina yerlesdikde ise Sah Ismayil merkezde qerar tutdu Sag cinahda Abdal bey Dede ve Ebdi bey Samlu qorcularla birlikde sef cekdiler Sol cinaha ise Mehemmem xan Ustacli ve qardasi Qara xan Ustacli rehberlik edirdiler Cizrenin ele kecirilmesinde istiraki Sah Ismayil Mosul Diyarbekir ve Sencari tutduqdan sonra Bagdadin simalindaki Cizre vilayetini ele kecirmek ucun ora esgerlerinden bir deste gonderdi Lakin Cizre hakimi Emir Seref uzun muddet mubarize apardi Cizre hakimi Emir Seref Emir Bedrin oglu idi Belelikle muhasire neticesiz qaldi ve qizilbaslar muveffeqiyyet elde ede bilmeden geri qayitdilar Bunun neticesinde Mehemmed xan Ustacli qardasi Qara xan Ustaclini Cizreni tutmaq ucun bura gonderdi Qara xan sozugeden erazini ele kecirib seheri talan etdi Emir Serefin qardasi Eli bey ise Qara xan uzerine yeriyib onu seherden cixardi Alemaray i Sah Ismayil eserinde gosterilir ki Sah Ismayil Azerbaycana qayitdiqdan sonra Elauddovle onunla bagladigi muqavileni pozdu ve 1508 ci ilde onun ogullarinin basciliq etdikleri zulqeder qosunlari iki defe Diyarbekir uzerine hemle etseler de her defe Mehemmed xan ve onun qardasi Qara xan terefinden agir meglubiyyete ugradildilar Bu yuruslerde Elauddovlenin ogullari Sari Qaplan Erduvane Mehemmed Ehmed ve Kor Sahrux helak oldular Osmanlilarla toqqusmada 1507 08 ci illerde Serqi Anadoludaki bir sira erazilerin Sefeviler dovletine birlesdirilmesi ve Sah Ismayilin yeznesi Qara xanin qardasi Mehemmed xan Ustaclunun hakim oldugu Diyarbekir beylerbeyiliyinin Osmanlilarin Trabzon vilayeti ile hemserhed olmasi Selimi narahat etmeye baslamisdi Sultan Selim bir nece defe atasindan Diyarbekire hucum etmek ucun icaze istese de redd cavabi almisdi 1508 12 ci iller arasinda Selim bir nece defe qizilbaslarla serhed munaqiselerine girdi Iki olkenin serhedinde muhum movqe olan Erzincan bolgesi dinc ehalinin her iki terefden qaret olunmasi ile musayiet olunan bu herbi emeliyyatlarin esas merkezine cevrildi Bele ki Elauddovlenin ogullarinin meglubiyyetinden sonra Selim Osmanlilarin Erzincan hakimi Osman pasaya mektub yazib ona Sefevilerin tabeliyindeki erazilere soxulmagi emr etdi Lakin Osman pasanin serhedi kecmis 12 minlik qosunu Sefevi serkerdesi Ehmed sultan Qacarin qefil hucumu ile meglubiyyete ugradilmisdi Bu hadiseden sonra Selim ozu sexsen 30 minlik ordu ile Erzincandaki Sefevi erazilerine basqin edib coxlu talanciliqlar torederek geri qayitdi Selimin bu hereketlerine cavab olaraq Mehemmed xan qardasi Qara xan Ustacliya 10 12 minlik qosun verib Erzincanin Sultan Selime mexsus nahiyesine basqin edib ele bir xerabelik toretmeyi tapsirdi ki bir de oralari abad etmek mumkun olmasin Hemcinin ona tapsirilmisdi ki Selimle birbasa toqqusmadan yayinsin ve emeliyyati tez bir zamanda heyata kecirib geri qayitsin Qara xanin ordusunun serhedi kecdiyini oyrenen o serhedin ehalisi daglardaki qalalara cekildiler Osmanlilarin Erzincan pasasi guclu muhafize olunan ve etrafindaki xendekler su ile doldurulmus qalaya sigindigindan qizilbaslar orani tuta bilmediler ve Qara xan Ehmed sultan Qacara 6 min doyuscu verib onu Toqatin kendlerini qaret etmeye gonderdi Cemi 15 gun cekmis bu emeliyyat neticesinde qizilbaslar coxlu qenimetle geri qayitdilar Caldiran doyusunde istiraki Isgender bey Munsinin Tarix i alemara yi Abbasi adli eserinde Sefevi qosunlarinin doyus duzulusu barede etrafli melumatlar oz eksini tapir Doyus zamani Qara xan qardasi Mehemmed xan Ustacli ile birlikde Sefevi qosunlarinin sol cinahina rehberlik edirdi Caldiran doyusunde Qara xanin qardasi Mehemmed xan Ustacli olduruldu Qara xan ise qosunlarini muhasireden cixarmaga nail oldu Diyarbekir hakimi kimi Alemara yi Sah Ismayil ve Tarixi alemara yi Abbasi eserlerinde qeyd olunur ki Sah Ismayil oz paytaxtina qayitdi ve derhal Caldiran vurusmasinda helak olmus Mehemmed xan Ustaclunun evezine onun qardasi Qara xan Ustaclunu Diyarbekir beylerbeyisi teyin etdi Mehemmed xanin dul qalmis arvadini o sahin bacisi idi Qara xana ere verdi ve onu qosunla hemin bolgeye yolladi Qara xan Diyarbekir hakimi teyin edildikden sonra Amid seherinin qalasinin ehalisi de derhal Sah Ismayila qarsi cebhe tutmadi Seher ehalisi oz numayendelerini Sah Ismayilin yanina gonderdi ki Sefevi dovletine sedaqetlerini saxlamaqdadirlar Amma Sah Ismayildan xahis olundu ki Qara xanin yerine Diyarbekire basqa bir adam hakim teyin edilsin Cunki Diyarbekir ehalisi Qara xanla silahli qarsidurmada olmusdu ve onun Diyarbekir ehalisine qarsi sert tedbirler heyata kecireceyinden ehtiyat edirdiler Sah Ismayilin bu xahise nece cavab vermesi barede menbelerde ve tarixi edebiyyatda her hansi bir melumata rast gelmek mumkun deyil Cox tezlikle Qara xanla Osmanli qosunlari arasinda doyus baslamasindan bele ehtimal etmek olar ki ya bu xahis Sah Ismayila gec catdi ya da Sah Ismayil teklifi qebul etmedi ve Qara xanin yerine basqa birisini Diyarbekir hakimi teyin etmedi Bu da onunla izah olunur ki Qara xan Sefevi sahina kifayet qeder yaxin bir adam idi Diyarbekir etrafinda Sefevi ve Osmanli quvvelerinin toqqusmasi ile bagli menbelerde muxtelif melumatlar oz eksini tapmisdir Alemara yi Sefevi ve Alemara yi Sah Ismayil eserleri melumat verir ki Mehemmed xan Ustacli hele Caldiran doyusunde istirak etmek ucun yola dusen zaman Ehmed Celebi adli bir sexsi muveqqeti olaraq oz yerine teyin etmisdi Caldiran doyusunun neticesinden xeber tutan Ehmed Celebi ise Osmanlilara yaxinlasmagi ustun bildi Hetta Diyarbekir qalasinda olan sahin bacisi Peri beyim xanim ona mektub yazaraq ondan komek gostermesini teleb edende o bu mektubu cavabsiz qoymus komek gondermekden imtina etmisdi Peri beyim xanim ise derhal Sah Ismayila mektub yazib ondan komek istemis ve Ehmed Celebinin satqinligi barede melumat vermisdi Bu mektubu aparan elci 2 gun yol gedenden sonra yolda Qara xanla rastlasir Qara xan elciye emr edir ki derhal geri qayitsin ve qala qapilarini ona acsin Alemara yi Sefevi ve Alemara yi Sah Ismayil eserlerinin melumatina gore tereflerin uzbeuz gelmesi Sultan Selim Tebrizden qayitdiqdan sonra bas vermisdi 1514 15 ci ilin qisinda Diyarbekirde kurdler Sefevi hakimiyyetine qarsi qiyam qaldirmisdilar Alemara yi Sah Ismayil a esasen usyanin rehberi Ehmed Celebi Sultan Selime mektub yazaraq ondan komek istedi Bu menbeler Qara xanin Hesen pasanin qosun destesi ile qarsilasmasi haqqinda etrafli melumat verir Qara xan istinad olunan menbelerin melumatina gore 4 min neferlik qosun destesi ile Diyarbekire yollandi Melumata gore Qara xan Osmanli qosunlarinin Tebrizi terk etmesinden derhal sonra Diyarbekire dogru herekete basladi Sultan Selim Diyarbekir eyaletinin ele kecirilmesi ucun eyaletin kurd rehberlerinden semereli sekilde istifade etmeye calisirdi Caldiran doyusundeki qelebeden sonra Sultan Selim hetta kurd emirlerine fethname de gondermisdi Osmanli sultani subhe etmirdi ki Qara xanin rehberliyi altinda olan 4 min neferlik qosun destesi ile Diyarbekir qalasina daxil olsa sonradan bu qalani ele kecirmek xeyli cetinlesecekdir Ona gore de qosun bascilarindan olan Hesen pasaya tapsiriq verdi ki 10 min neferlik qosun destesi ile Diyarbekire yollansin ve Qara xanin Diyarbekir qalasina daxil olmasinin qarsisini alsin Qara xan bundan vaxtinda xeber tutdu ve hele Diyarbekire catmamis Osmanli qosunlari ile qarsilasmagi qerara aldi Bu meqsedle Diyarbekire aparan yol uzerindeki dag kecidinin uzun derelerinden birinde tele qurdu destesini gizlin yerlerde yerlesdirdi Osmanli destesi hemin yerden kecende Sefevi doyusculeri Qara xanin gosterisi esasinda derenin girisini de cixisini da tutdular ve bununla Osmanli qosun destesini muhasireye aldilar Osmanli qosun destesi gosterdiyi butun seylere baxmayaraq bu muhasireden cixa bilmedi ve qosun destesinin doyuculeri demek olar ki butunlukle mehv edildiler Bu hadise Qara xanin Diyarbekire yetismesinden evvel bas vermisdi 1515 ci ilin yazinda Diyarbekir seherini tutmaga nail oldu OlumuAz sonra Sultan Selimin gonderdiyi Osmanli ordusu Diyarbekiri muhasireye aldi Sultan Selimin gosterisi ile Qaraxana bu mezmunda xeber gonderildi Gel mene itaet et ki bu olkeni tamam sene verim ve sen bu olkenin kulli hakimi olasan Sultan hedeleyirdi ki eks teqdirde bu qalani top zerbesi ile yerle yeksan edeceyem ve sizi cezalandiracagam Qaraxan bu teklifi qeti suretde redd ederek bunun cavabinda Osmanli elcisine bildirdi Get ve qeyserine de ki sen unudursan ki biz Sah Ismayil Bahadirin nokerleriyik Biz bu ocagin sufileri ve bendeleriyik Hec bir vaxt sufi ve muridi oz mursid i kamilinden dondermek onu oz agasindan uzaqlasdirmaq mumkun deyildir Hesen bey Rumlu melumat verir ki Ehmed Celebi derhal Bigli Mehmed Cavusa mektub gonderib ondan komek isteyir Onun mektubuna cavab olaraq Bigli Mehmed pasanin basciliq etdiyi Osmanli qosunu 1515 ci ilin sentyabr ayinda usyancilara komeye gelerek Diyarbekiri qizilbaslarin elinden qurtarmaga nail oldu 1516 ci ilde Qara xanin hakimliyinin ikinci ilinde Bigli Mehmed pasanin 20 minlik ordusu ile Sefevi ordusu qarsi qarsiya geldi Doyus Ulengi Qoruq adlanan yerde bas verdi Bu doyus barede Rumlu yazir Nece gunden sonra xeber geldi ki Bigli Cavus texminen iyirmi dord min suvari ve piyada toplayib Amidden cixmisdir Ona gore de Qara xan oz ordugahindan ayrilib Bigli Cavusun dusergesine dogru uz tutdu ve Mardin yaxinligindaki Qoruqda duserge saldi O zaman Qara xan dusundu ki tezlikle dusmenle doyuse girsin ve yeniden yer uzunu dusmenlerin qani ile gul rengine boyasin Qudurmus sultan da onu bu ise heveslendirdi ve dedi Sefeviyye xanedaninin dusmenlerine bundan daha artiq mohlet vermek lazim deyildir ve onlarin bedenlerinin divarlarinda qilinc ve xencer zerbesi ile desikler acmaq gerekdir Amma hemin vaxt Isgender sanli xaqanin yanindan bir qorcu gelib onun hokmunu getirdi ki bu terefden yardim gelib catmayinca doyuse girmesinler Basqa sexsler de savasa atilmaqda telesmeyi meslehet gormurduler ve deyirdiler Komek gelib catincaya qeder dusmenle vurusa baslamaq lazim deyil Lakin xan Qudurmusun fikrini daha duzgun hesab etdi Ertesi gun o oz felek yerisli atina minib bayraqlarini dalgalandirdi sag ve sol cinahi nece lazimdirsa tertib etdi O terefden Bigli Cavus sag ve sol cinahlari is bacaran adamlarla mohkemlendirdi oz qosununun qabaginda zerbzen ve firengilerle dolu arabalar yerlesdirdi onun etrafini zencirle bir birine bagladi ve qosunun arxasinda develer ve techizat yerlesdirdi Mehser colunu xatirladan o sehrada her iki qosunun sefleri tertib olunduqdan sonra ilk once qaziler qilinclarini siyirib ve nizelerini dusmenlere yoneldib rumilerin uzerine at capdilar onlarin sol ve sag cinahlarini yerlerinden deberdib merkeze dogru sixisdirdilar Rumilerin ferar yolu bagli oldugundan onlar nacar qalib doyuse basladilar Qara xan bas veren doyusde qalib geldi Lakin o dusmeni teqib eden zaman tufeng gullesine tus gelib atdan dusdu Neticede Qara xan vafat eledi Isgender bey Munsi yazir ki Bu haldan qizilbaslar perisan oldular rumiler ise aciq askar basilma ve meglubiyyetden sonra qelebe caldilar Onlar xondgardan yardim alaraq Diyarbekir vilayetini ele kecirdiler AilesiQara xan Seyx Heyder Sefevinin qizi Fatma Sultan beyim ile evlenmisdi Abdulla xan adli oglu vardi IstinadlarMehemmedi 1993 seh 15 Musali 2011 seh 145 Cavansir 2007 seh 453 Musali 2011 seh 170 Musali 2011 seh 251 Musali 2011 seh 252 Munsi 2009 seh 95 Suleymanov 2018 seh 488 Suleymanov 2018 seh 491 Suleymanov 2018 seh 492 Suleymanov 2018 seh 497 Suleymanov 2018 seh 495 Musali 2011 seh 260 Musali 2011 seh 261 Rumlu 2017 seh 431 Rumlu 2017 seh 432 Munsi 2009 seh 98 Bayramli 2015 seh 237 Sirazi 1996 seh 42MenbeRumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Sirazi Xace Zeynalabidin Eli Ebdi bey TEKMILETUL EXBAR PDF az Baki Elm 1996 ISBN 5 8066 0436 5 Elave edebiyyatCingizoglu Enver Qarsi yatan Qaradag az Baki Ozan 1998 Cingizoglu Enver Qaradaglilar az Baki Susa 2008 Cingizoglu Enver Qaradag xanligi az Baki Mutercim 2011 Hemcinin baxUstacli eli Diyarbekir eyaleti Xanmehemmed bey Ustacli