Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur.
Nurəli Xəlifə | |
---|---|
Nurəli Xəlifə Rumlu | |
1511 – 1515 | |
Sonrakı | Osmanlı işğalı |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | XVI əsr |
Milliyyəti | türkman |
Hərbi xidmət | |
Döyüşlər | Anadolu yürüşü (1512), Çaldıran döyüşü |
Rütbəsi | general |
Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər.
Həyatı
Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.
Nurəli Xəlifənin doğum tarixi və yeri haqqında mənbələrdə məlumat verilmir. Onun Ərzincan hakimi olmazdan əvvəlki həyatı haqqında demək olar ki, məlumat yoxdur.
Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan əsərində Nurəli Xəlifə haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır:
“Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5.II.1516 – 23.I.1517) Çimişkəzəkdə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu.”
Yenə anonim müəllif tərəfindən yazılan “Aləmara-yi Şah İsmayıl” və “Aləmara-yi Səfəvi” əsərlərində isə Ərdəbil Təkkəsinə bağlı “pak etiqadlı sufilərdən” olan Nurəlinin atalarının “Şah-ı Mərdan tərəfdarı” olduğu qeyd olunur. Onun Ərzincan hakimi təyin olunmadan əvvəl Xorasan və Türküstanda özbəklərlə olan döyüşlərdə iştirak etdiyi ehtimal olunur. Çünki Şah İsmayıl ona tiyul verərkən əvvəl Özbək sərhəddində bugünki Əfqanıstanın Bəlx ərazisini vermək istəsə də Nurəli Xəlifə Rum sərhəddində torpaq istəmiş və nəticədə Ərzincana göndərilmişdi. Aləmara-yi Səfəvidə bu hadisə belə şərh olunur:
“Öz adamlarını da götür Ərzincana get. Mən bu sərhəd ərazisini tamamilə sənə verirəm. Bunda başqa kəskin qılıncının zərbəsilə fəth edəcəyin hər yer sənin olacaq!”
Nurəli eyni zamanda Sultan Murada kömək etməli idi və bu zaman rəhbərliyi altında olan qoşun dəstəsi ilə nə qədər ərazini ələ keçirsəydi, həmin ərazilər də onun hakimliyi altına verilməli idi. Amma Şah İsmayıl onu da tapşırdı ki, sürətlə hərəkət etsin və tezliklə Sultan Muradın köməyinə çatsın.
Ərzincan hakimi kimi
Elmi-tarixi ədəbiyyatda Nurəlinin şəxsiyyəti ilə bağlı müxtəlif fərqli məlumatlarla rastlaşmaq mümkündür. Bəzi məlumatlarda Nurəli Ərzincan hakimi kimi göstərilmişdir və 1512-ci ildə, Sultan Səlimin hakimiyyətə gəlişindən əvvəl onun Anadoluda qarışıqlıq yaratmaq barəsində Şah İsmayıldan göstəriş aldığı bildirilir. Bir araşdırmada bildirilir ki, Sultan Bəyazidin dünyasını dəyişməsindən sonra yaranmış vəziyyətdən Şah İsmayıl Osmanlı ərazilərinin işğalı üçün yararlanmağa çalışdı və ona görə də sərdarlarından biri olan xəlifə Nurəli Rumlunu Osmanlı ərazisinə göndərdi. Başqa bir məlumata görə isə, Sultan Səlimin Səfəvi dövlətinə qarşı təcavüzkarlığının səngidilməsi üçün Şah İsmayıl Nurəlini Anadoluya göndərdi ki, orada üsyan qaldırsın.
Sultan Səlim taxta çıxdığı zaman şahzadələr arasındakı hakimiyyət uğrunda gedən mübarizələr Səfəvilərin Anadoluya müdaxiləsini asanlaşdırmışdı. Bu zaman şahzadə Murad tərəfindən Anadolunun Amasya və Çorum bölgələrində başladılan hərəkat da Səfəvilərin diqqət mərkəzində idi. Beləliklə şahın əmri ilə Ərzincan hakimi təyin olunan Nurəli xəlifə yenə şahın əmri ilə Osmanlı torpaqlarına daxil oldu. Mənbələrdə mövcud olan məlumatlara görə, Nurəli Anadoluda Şah İsmayılın xəlifəsi kimi sevinclə qarşılandı və burada onun başlamaq istədiyi hərəkata yaxından dəstək verildi. Bu məqam mənbələrdə belə təsvir edilmişdir: "Nurəli xəlifənin Ruma getməsi xəbəri sufilərə çatdıqda 10 minə qədər sufi onun başına cəm oldu. Nurəli xəlifə hökmdarın başmağını sufilərin yanına aparmışdı və onlar o başmağı öpüb gözlərinin üstünə qoyub dedilər ki, xoş olsun sizin halınıza ki, hər gün mürşidi-kamilin didarını görürsünüz. Məktubu açdıqda çoxlu ehsanlar tökdülər, az qaldı ki, öz canlarını ehsan etsinlər və daha sonra o məktub oxunduqda hamısı birdən yerlərindən qalxdılar, bəziləri xəlifənin ayağını öpürdü və bəziləri onun əlini öpürdü və deyirdilər ki, əmr mürşidi-kamilin əmridir ki, biz sənə xidmət edib başımızı sənin yolunda qoyaq".
Beləliklə Şahqulu baba üsyanından 1 il keçməmiş Anadolu yeni bir hərəkat vüsət aldı. 1511-1512-ci ildə şah əmr etmişdi ki, Mərkəzi Anadoludaki Müridlərini toplayaraq Səfəvi ərazisinə köçürsün. Xəlifə Qarahisara çatanda Rum sufilərindən və buranın müridlərindən təqribən üç-dörd min nəfər süvari öz ailələri və köçləri ilə birlikdə ona qoşuldular. Bu zaman Malatya hakimi Faiq bəy onu Osmanlı torpaqlarından çıxarmaq üçün hərəkətə keçdi. Lakin Tokat şəhərində baş verən döyüşdə məğlub edilərək öldürüldü. Nurəli Xəlifə Tokatda Şah İsmayıl adına xütbə oxutdurub ərazinin Səfəvilərə aid olduğunu elan etdi. Nurəlinin ətrafına toplaya bildiyi qoşun dəstəsinin böyük bir hissəsini Varsaq, Əfşar, Qaramanlı, Turqudlu, Bozuklu, Təkəli, Həmidli soylarından olan sufilər təşkil edirdilər.
Eyni zamanda Çorum Amasyada İsa Xəlifə rəhbərliyində də üsyan baş qaldırmışdı. Nurəli Xəlifə Ərzincana doğru hərəkət edərkən Qaz Çayırı adlanan yerdə şahzadə Murad və yanındakı 10 minlik qoşunu da onlara qoşuldu. Onlar bir yerdə Tokata gəldilər.
Tokatda şahzadə Murad onlardan ayrılıb Səfəvi torpaqlarına üz tutdu. Bu zaman Sultan Səlim daha böyük bir dəstəni bu üsyanın yatırılmasına cəlb etdi. Üsyançılar üzərinə göndərilən bu qoşun dəstəsinə Sinan paşa rəhbərlik edirdi. Sinan paşa ilə Nurəli arasında qarşılaşma Qoyluhisar yaxınlığında baş verdi. Gərgin döyüş zamanı Osmanlı qoşun dəstəsindən 1500 nəfərin öldürüldüyü və onların başları kəsilərək Səfəvi sarayına göndərildiyi bildirilirdi. Sinan paşa dəstəsi üzərindəki qələbədən sonra Nurəli Ərzincana və oradan da Səfəvi hüdudlarına çəkildi.
Tokat hücumundan sonra Nurəli Xəlifə Çəmişgəzək üzərinə hücuma keçib buranı itaət altında saxlamaq üçün mübarizə apardı. XV əsrin sonu, XVI əsrin əvvəllərində bu ərazi Məlkişi soyundan olan Hacı Rüstəm tərəfindən idarə olunurdu. Namiq Musalı yazır ki, Məlkişi soyu Kürd mənşəli bilinsə də, əslində Türk mənşəli Saltukoğullarının davamçıları idilər. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində bu ailə artıq kürdləşmişdi. Hacı Rüstəm Səfəvilərə itaətini bildirsə də, Qızılbaş ordusu Ağqoyunlulara qalib gəlib Maraş və Diyarbəkir üzərinə yeridiyi zaman gizli şəkildə Sultan II Bəyazidə məktublar göndərmişdi. Bu məktublarda o II Bəyazidi qızılbaşların fəaliyyətləri haqqında məlumatlandırmış və Şah İsmayılı pisləmişdi. Nurəli Xəlifənin Çəmişgəzəyə gəldiyini eşidən zaman Hacı Rüstəm döyüşmədən şəhəri ona təslim edib şahın hüzuruna getməyə qərar verdi. Nurəli Xəlifə hakimiyyəti gücləndirmək məqsədilə Çəmişgəzəkdəki tayfalara təzyiq göstərdi və Məlkişi əmirlərindən bir neçəsini öldürtdü. Səfəvi dövrü sənədlərində 1509-1510-cu illərdə Çəmişgəzək Hacı Rüstəmin tiyulu kimi göstərilsə də, 1511-1512-ci ildə Həsən bəy Təkəlinin tiyulu olduğu qeyd olunur.
Çaldıran döyüşü ərəfəsində
Nurəli Xəlifə üsyanı vasitəsilə Osmanlı ərazilərinin Osmanlı sarayının nəzarəti altından çıxarılması halları Osmanlı sarayı tərəfindən ərazilərin işğalı kimi qiymətləndirilirdi və həmin ərazilərin yenidən nəzarət altına gətirilməsi üçün kifayət qədər böyük itkilər verilmiş və dağıntılar yaradılmışdı. Sultan Səlim hakimiyyət başına gələndən sonra yeniçəri qüvvələrinin rəhbərləri və sərkərdələrini toplayaraq onların qarşısında Osmanlı ərazilərinə göz dikən, Osmanlı işlərinə müdaxilə edən səfəviləri, konkret olaraq Şah İsmayılı Osmanlı dövləti üçün böyük təhlükə adlandırdı və bu təhlükənin aradan qaldırılması üçün heç bir vəchlə süstlük göstərməyəcəyini bəyan etdi.
Osmanlı mənbələri yazır ki, 13 iyul 1514-cü ildə Sultan Səlim Osmanlı-Səfəvi sərhəddində yerləşən Suşəhri çayına enir və buradan Ərzincan üzərinə hərəkət edir. 14 iyulda Ərzincanın Göysəki kəndinə çatan sultanın hüzuruna Ərzincan kəndxudası gələrək aman diləyir. Sultan Osmanlı qoşununu zirehlə təmin etmək müqabilində şəhər əhalisinə toxunmayacağını bildirir. Bu zaman Nurəli Xəlifə Şah İsmayılın əmri ilə Ərzincan şəhərini tərk edərək şah ordusuna qoşulmaq üçün yola çıxmışdı. Nəticədə 14 iyul 1514-cü ildə Ərzincan şəhərində Səfəvi hakimiyyətinə son verildi və Osmanlı hakimiyyəti başladı. Nurəli xəlifə Azərbaycana doğru hərəkət edərkən yol boyu yolları və körpüləri dağıdaraq geridə iaşə və taxıl qoymamağa diqqət edirdi. O Varsaq oymağı tərəfindən qorunan Kemax qalasının Osmanlıya qarşı müqavimətini gücləndirmək məqsədilə möhkəmləndirdi. Nurəli Xəlifə tabeliyində olan bəzi əmirlər hələ də Osmanlıya qarşı mübarizəni davam etdirirdi.
Şah İsmayıl Çaldırana gəldikdən sonra ordu başçıları ilə qurultay təşkil edərək müharibəni müzakirə edir. Səfəvi mənbələrinin yazdığına görə Nurəli Xəlifə Rumlu, Məhəmməd xan Ustaclı və bir sıra əmirlər Osmanlı qoşunlarının döyüş təcrübəsinə yaxşı bələd olduğu üçün təklif etdilər ki, Çaldıran düzünə yetişmiş olan qoşunlar dərhal Osmanlı qüvvələri üzərinə hücum etsinlər.Onların fikrincə, Osmanlı qüvvələri Çaldıran düzünə yenicə yetişmişdilər, qoşunların düşərgə saldığı ərazinin təhlükəsizliyini, qoşunların mühafizəsini lazımınca təmin etməmişdilər. Belə bir anda qəfil hücum Osmanlı qüvvələrini çaş-baş sala bilərdi və nəticədə hərbi təşəbbüsü də ələ almaq mümkün olardı. Amma Məhəmməd xan Ustaclının və Nurəli Rumlunun bu təklifi də qəbul olunmadı.Nurəli Xəlifə Rumlunun bu qurultaydakı çıxışı Səfəvi tarixçisi Bicənin "Tarixi-Şah İsmayıl Səfəvi" salnaməsində qısaca belə verilib
“Bəndələriniz Rumilərin döyüş taktikasından xəbərdarıq. Xan Məhəmmədin ərz etdiklərində yalan şaibə yoxdur. Beləcə müxaliflər öz ətraflarını araba zəncirləri ilə çevrələmədən və yeniçərilər özlərini müdafiə etmədən əvvəl Çaldıranın yuxarı tərəflərindən onlara hücum etməliyik. O əskiklərin işlərini bitirmək dövlətimizin mənafeyinə uyğun olacaqdır. ”
Nurəli Xəlifə bu döyüşdə sağ qanadda yerləşən əmirlərin yanında onlarla birgə mübarizə apardı. Sultan Səlim bildirdi ki, bu qoşun dəstəsi ilə Səfəvi sərhədlərində Döyüşün sonlarına doğru ətrafı mühasirə olunsa da öz dəstəsi ilə birlikdə mübarizə apararaq mühasirədən xilas olmağa nail oldu və şahla Təbrizə doğru yola düşdü.
Nurəli Xəlifənin ölümü
1514-cü ilin qışında Şah İsmayıl Anadoludakı Səfəvi torpaqlarını osmanlılardan və onlarla birgə hərəkət edən Kürd bəylərindən təmizləmək üçün Ərzincan hakimi Nurəli Xəlifəni Təbrizdən Şərqi Anadoluya göndərdi. Bu illərdə Ərzincanda qızılbaşlar Osmanlı əsgərləri üzərinə hücumlar edirdi. Qış fəslində baş verən bu döyüşlərdə 2 dəfə qızılbaşlar qalib gəlmişdi. Buna baxmayaraq 26 yanvar 1515-ci ildə Osmanlı qoşunu Ərzincan ətrafındakı Qızılbaş ordusuna hücum edib, onları ağır itgiyə məruz qoydu.
Şahın əmri ilə Məhəmməd bəy Ayqutoğlu Nurəli Xəlifəyə kömək üçün göndərilmişdi. Onların əsas vəzifəsi Ərzincandan Sivasa qədər əraziləri talan etmək və bu bölgədə Osmanlı ordusuna aman verməmək idi. Nurəli Xəlifə bu məqsədlə bir neçə hücumlar həyata keçirmişdi. Bu hücumların birində o, Osmanlı qoşununun ərzaq ehtiyyatını yağmalayaraq Azərbaycana göndərmişdi. Qarşılığında isə “şahlara layiq xələt” almışdı.
1515-ci il may ayının 19-da Ərzincanda Osmanlıya qarşı mübarizənin ən mühüm nöqtələrindən biri olan Kemax qalası Sultan Səlimin öz iştirakı və Bığlı Çavuş kimi tanınan Mustafa paşanın rəhbərliyindəki qüvvələr tərəfindən ələ keçirildi. Kemax qalasının fəthi ilə Mustafa paşa Ərzincan üzərinə ordu göndərdi. Bu xəbəri eşidən Nurəli Xəlifə və Məhəmməd bəy Ayqutoğlu onları qarşılamaq üçün yola çıxdı.Çəmişgəzək yaxınlığında Nurəli Xəlifənin 800 əsgəri ilə Bığlı Mustafa paşanın 10 min nəfərlik ordusu qarşı-qarşıya gəldi. Osmanlı qoşununun qalib gəldiyi döyüşdə Nurəli Xəlifə öldürüldü. Məhəmməd bəy Ayqutoğlu isə yerdə qalanlar ilə birlikdə Azərbaycana doğru yola düşdü.
Döyüş haqqında ətraflı məlumata Bicən tərəfindən yazılan "Tarixi-Şah İsmayıl Səfəvi" əsərində rast gəlmək mümkündür. Bicən yazır:
“Xaqan qış günlərini rahatlıqla Təbrizdə keçirdi. Yaz başlayanda Hünkarın hansı tərəfə yönələcəyi bilinəndə şahın uca maiyyəti də Təbrizdən çıxıb, hərəkətə keçəcəkdi. Bu zaman Ərzincan hakimi Nurəli Xəlifə Rumlunun şəhid olması xəbəri gəldi. Bu hadisənin qısa məğzi belə idi. Nurəli Xəlifə Kayseri ölkəsinə etdiyi ardıcıl hücumlardan sonra Sultan Səlim bunun intiqamını almaq istəyirdi. Nəhayət bəhs edildiyi şəkildə Kemax qalasını alanda Sultan Səlim Əlaüddövləni dəf etməyə yönəldi və Trabzon hakimi Mustafa paşa Bığlı Çavuş da öz iqtasına getmək üçün Kayseridən icazə aldı. Buraya çatdıqda Hünkar Rumilərdən böyük bir ordu toplayıb Ərzincana tərəf yola düşdü. Rumilərin gəliş xəbəri buranın hakimi Nurəli Xəlifə Rumluya çatanda o, namlı əmir kiçik ordusu ilə Rumilərə qarşı dəfələrlə döyüşdüyü və hər zaman qalib gəldiyi Bığlı Çavuş ilə döyüşmək qərarına gəldi. O, Məhəmməd bəy Ayqutoğlu ilə birgə təcili şəkildə düşmənləri qarşılamaq üçün yola çıxdı. Müzəffər əsgərlər Çəmişgəzək ətrafına çatanda Bığlı Mustafa Paşa dəniz kimi coşub-daşan ordusu ilə onların qarşısına çıxdı və döyüş mövqelərinə yerləşməyə başladı. On mindən çox piyada və süvari ilə hərb meydanında yerini alıb, qüvvət və iqtidar bayrağını dalğalandırdı. Nurəli Xəlifə və Məhəmməd bəy Ayqutoğlu isə 800 süvaridən daha çox gücə malik olmasalarda müxaliflərin çoxluğundan qorxmayıb ayaqlarının tozu ilə bədxah müxaliflərin ordusunun qəlbinə həmlə etdilər, can alan nizələrinin ucu ilə bir qrup ruminin vücudunun naxşını varlıq səhifəsi üzərindən silib məhv etdilər. Kəskin qılıncları ilə osmanlıların sağ və sol cinahlarının Bənatün naş kimi dağıdıb viran etdilər... Bu əsnada tüfəng atəşi ilə Nurəli Xəlifə atı ilə birgə döyüş meydanına düşdü. Rumilər onun üzərinə hücum çəkib, başını bədənindən ayırdılar. O qazi əmirin öldüyündən agah olduqda və ətrafının müxaliflərlə dolduğunu gördükdə Məhəmməd bəy Ayqutoğlu və fədakar qazilər bir yerə yığışıb bu girdabdan çıxmağa çalışdılar. Əcəli hələ gəlməyən Ayqutoğlu və digərləri sağ-salamat oranı tərk etdilər. ”
Döyüş haqqında Bığlı Mustafa paşanın hesabatında da ətraflı məlumat var. Bu hesabat ilə Bicənin verdiyi məlumtlar arasında hadisələrin gedişatı demək olar ki eynidir. Sadəcə Səfəvi mənbəsində Nurəli Xəlifənin qoşununun sayı 800 nəfər göstərilsə də, Mustafa paşanın hesabatında bu rəqəm 1500 nəfərdir. Digər tərəfdən bu hesabata görə Nurəli Xəlifə Çəmişgəzək hakimi Pir Hüseyni itaətsizlik etdiyi üçün cəzalandırmaq məqsədilə buraya gəlmiş amma qarşısında osmanlı qoşununu gördükdə cəsur şəkildə döyüşmüşdü.
Ailəsi
Nurəli Xəlifənin ailəsi haqqında mənbələrdə hərhansı bir məlumata rast gəlinmir. “Aləmara-yi Şah İsmayıl”da yazdığına görə Nurəli xəlifə öz ölümü ərəfəsində qızını Sufiyan xəlifə Rumluya ərə verərək, onu öz naibi və canişini (varisi) təyin etmiş və demişdi: “Mənim canişinim sənsən. Qızımı da sənə ərə verirəm. Şahdan rüxsət alarsan və başçı olarsan. Mənim yerimi mərdliklə qoruyarsan.” Bu, onu göstərir ki, xəlifənin öz varisini təyin etmək hüququ var idi.
Həmçinin bax
İstinadlar
- Floor, 2008. səh. 149
- Savory, Karamustafa, 1998. səh. 628-636
- Musalı, 2019. səh. 727
- Məmmədi, 1993. səh. 18
- Musalı, 2019. səh. 728
- Süleymanov, 2018. səh. 382
- Süleymanov, 2018. səh. 386
- Rumlu, 2017. səh. 417
- Süleymanov, 2018. səh. 387
- Cavanşir, 2007. səh. 419
- Musalı, 2019. səh. 736
- Süleymanov, 2018. səh. 391
- Cavanşir, 2007. səh. 420
- Rumlu, 2017. səh. 423
- Süleymanov, 2018. səh. 435
- Musalı, 2019. səh. 739
- Musalı, 2011. səh. 253
- Musalı, 2011. səh. 264
- Rumlu, 2017. səh. 429
- Musalı, 2019. səh. 741
- Musalı, 2019. səh. 742
- Musalı, 2011. səh. 321
Ədəbiyyat
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Namiq Musalı. SAFEVÎLERİN ERZİNCAN VALİSİ NUR ALİ HALİFE RUMLU VE ANADOLU’DAKİ FAALİYETLERİ. Erzincan. Uluslararası Erzincan Tarihi Sempozyumu. 2019. 718–749.
- Namiq Musalı. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA). Bakı: Nurlan. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU. 2011. səh. 481.
- .Encyclopaedia Iranica. Čālderān. Michael J. McCaffrey.
- Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN .
- Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN .
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nureli Xelife ve ya Nureli Xelife Rumlu XVI esrde fealiyyet gostermis Sefevi dovletinin turk serkerdesi dovlet xadimi Turkman tayfasina mensub olmusdur 1511 ci ilden 1515 ci ile qeder yeni Sah Ismayilin 1501 1524 hakimiyyeti dovrunde Erzincan canisini olmusdur Nureli XelifeNureli Xelife RumluErzincan hakimi1511 1515SonrakiOsmanli isgaliSexsi melumatlarVefat tarixi XVI esrMilliyyeti turkmanHerbi xidmetDoyusler Anadolu yurusu 1512 Caldiran doyusuRutbesi general Elmi tarixi edebiyyatda Osmanli erazilerinde Sefevi teriqet tebligatinin feallarindan biri kimi xelife Nurun Nureli adi cekilmekdedir Onun bu istiqametdeki fealiyyeti Sivas Tokat Amasya ve Corumda xususile genis idi Bezi melumatlara gore onun sayesinde Osmanli erazisinde Sefevi teriqet terefdarlarinin sayi o qeder artmisdi ki Osmanli sahzadeleri hetta hakimiyyet ugrunda mubarizede onlarin desteyini qazanmaga da meyl edirdiler HeyatiNureli Xelife Rumlunun adi dovrun menbelerinde bezen Nur Eli bezen muneccimbasi Nureddin kimi qarsimiza cixir Bir diger tarixciler ise onun adinin Mir Eli oldugu fikrini ireli surmusdur Azerbaycanli tarixci bildirir ki eger Mir Eli adi onun esl adidirsa ehtimal ki o eleviler arasinda olan seyid menseli ailelerden birinde anadan olmusdur Cunki Sefevi muhitinde seyidler erebce emir kelimesinin qisaldilmis formasi olan Mir unvani dasiyirdi Nureli Xelifenin dogum tarixi ve yeri haqqinda menbelerde melumat verilmir Onun Erzincan hakimi olmazdan evvelki heyati haqqinda demek olar ki melumat yoxdur Anonim muellif terefinden qeleme alinan Tarixi Qizilbasan eserinde Nureli Xelife haqqinda Rumlu basligi altinda danisilir Muellif yazir Nureli Xelife I Sah Ismayil vaxtinda Erzincan hakimi idi Rumlularla osmanlilarla muhum doyusler etmis Tokat seherini yandirmisdi 922 ci ilde 5 II 1516 23 I 1517 Cimiskezekde Bigli Cavus adi ile meshur olan Mustafa pasa ile vurusda helak oldu Yene anonim muellif terefinden yazilan Alemara yi Sah Ismayil ve Alemara yi Sefevi eserlerinde ise Erdebil Tekkesine bagli pak etiqadli sufilerden olan Nurelinin atalarinin Sah i Merdan terefdari oldugu qeyd olunur Onun Erzincan hakimi teyin olunmadan evvel Xorasan ve Turkustanda ozbeklerle olan doyuslerde istirak etdiyi ehtimal olunur Cunki Sah Ismayil ona tiyul vererken evvel Ozbek serheddinde bugunki Efqanistanin Belx erazisini vermek istese de Nureli Xelife Rum serheddinde torpaq istemis ve neticede Erzincana gonderilmisdi Alemara yi Sefevide bu hadise bele serh olunur Oz adamlarini da gotur Erzincana get Men bu serhed erazisini tamamile sene verirem Bunda basqa keskin qilincinin zerbesile feth edeceyin her yer senin olacaq Nureli eyni zamanda Sultan Murada komek etmeli idi ve bu zaman rehberliyi altinda olan qosun destesi ile ne qeder erazini ele kecirseydi hemin eraziler de onun hakimliyi altina verilmeli idi Amma Sah Ismayil onu da tapsirdi ki suretle hereket etsin ve tezlikle Sultan Muradin komeyine catsin Erzincan hakimi kimi Elmi tarixi edebiyyatda Nurelinin sexsiyyeti ile bagli muxtelif ferqli melumatlarla rastlasmaq mumkundur Bezi melumatlarda Nureli Erzincan hakimi kimi gosterilmisdir ve 1512 ci ilde Sultan Selimin hakimiyyete gelisinden evvel onun Anadoluda qarisiqliq yaratmaq baresinde Sah Ismayildan gosteris aldigi bildirilir Bir arasdirmada bildirilir ki Sultan Beyazidin dunyasini deyismesinden sonra yaranmis veziyyetden Sah Ismayil Osmanli erazilerinin isgali ucun yararlanmaga calisdi ve ona gore de serdarlarindan biri olan xelife Nureli Rumlunu Osmanli erazisine gonderdi Basqa bir melumata gore ise Sultan Selimin Sefevi dovletine qarsi tecavuzkarliginin sengidilmesi ucun Sah Ismayil Nurelini Anadoluya gonderdi ki orada usyan qaldirsin Sultan Selim taxta cixdigi zaman sahzadeler arasindaki hakimiyyet ugrunda geden mubarizeler Sefevilerin Anadoluya mudaxilesini asanlasdirmisdi Bu zaman sahzade Murad terefinden Anadolunun Amasya ve Corum bolgelerinde basladilan herekat da Sefevilerin diqqet merkezinde idi Belelikle sahin emri ile Erzincan hakimi teyin olunan Nureli xelife yene sahin emri ile Osmanli torpaqlarina daxil oldu Menbelerde movcud olan melumatlara gore Nureli Anadoluda Sah Ismayilin xelifesi kimi sevincle qarsilandi ve burada onun baslamaq istediyi herekata yaxindan destek verildi Bu meqam menbelerde bele tesvir edilmisdir Nureli xelifenin Ruma getmesi xeberi sufilere catdiqda 10 mine qeder sufi onun basina cem oldu Nureli xelife hokmdarin basmagini sufilerin yanina aparmisdi ve onlar o basmagi opub gozlerinin ustune qoyub dediler ki xos olsun sizin haliniza ki her gun mursidi kamilin didarini gorursunuz Mektubu acdiqda coxlu ehsanlar tokduler az qaldi ki oz canlarini ehsan etsinler ve daha sonra o mektub oxunduqda hamisi birden yerlerinden qalxdilar bezileri xelifenin ayagini opurdu ve bezileri onun elini opurdu ve deyirdiler ki emr mursidi kamilin emridir ki biz sene xidmet edib basimizi senin yolunda qoyaq Belelikle Sahqulu baba usyanindan 1 il kecmemis Anadolu yeni bir herekat vuset aldi 1511 1512 ci ilde sah emr etmisdi ki Merkezi Anadoludaki Muridlerini toplayaraq Sefevi erazisine kocursun Xelife Qarahisara catanda Rum sufilerinden ve buranin muridlerinden teqriben uc dord min nefer suvari oz aileleri ve kocleri ile birlikde ona qosuldular Bu zaman Malatya hakimi Faiq bey onu Osmanli torpaqlarindan cixarmaq ucun herekete kecdi Lakin Tokat seherinde bas veren doyusde meglub edilerek olduruldu Nureli Xelife Tokatda Sah Ismayil adina xutbe oxutdurub erazinin Sefevilere aid oldugunu elan etdi Nurelinin etrafina toplaya bildiyi qosun destesinin boyuk bir hissesini Varsaq Efsar Qaramanli Turqudlu Bozuklu Tekeli Hemidli soylarindan olan sufiler teskil edirdiler Eyni zamanda Corum Amasyada Isa Xelife rehberliyinde de usyan bas qaldirmisdi Nureli Xelife Erzincana dogru hereket ederken Qaz Cayiri adlanan yerde sahzade Murad ve yanindaki 10 minlik qosunu da onlara qosuldu Onlar bir yerde Tokata geldiler Tokatda sahzade Murad onlardan ayrilib Sefevi torpaqlarina uz tutdu Bu zaman Sultan Selim daha boyuk bir desteni bu usyanin yatirilmasina celb etdi Usyancilar uzerine gonderilen bu qosun destesine Sinan pasa rehberlik edirdi Sinan pasa ile Nureli arasinda qarsilasma Qoyluhisar yaxinliginda bas verdi Gergin doyus zamani Osmanli qosun destesinden 1500 neferin oldurulduyu ve onlarin baslari kesilerek Sefevi sarayina gonderildiyi bildirilirdi Sinan pasa destesi uzerindeki qelebeden sonra Nureli Erzincana ve oradan da Sefevi hududlarina cekildi Tokat hucumundan sonra Nureli Xelife Cemisgezek uzerine hucuma kecib burani itaet altinda saxlamaq ucun mubarize apardi XV esrin sonu XVI esrin evvellerinde bu erazi Melkisi soyundan olan Haci Rustem terefinden idare olunurdu Namiq Musali yazir ki Melkisi soyu Kurd menseli bilinse de eslinde Turk menseli Saltukogullarinin davamcilari idiler Lakin XV esrin sonu XVI esrin evvellerinde bu aile artiq kurdlesmisdi Haci Rustem Sefevilere itaetini bildirse de Qizilbas ordusu Agqoyunlulara qalib gelib Maras ve Diyarbekir uzerine yeridiyi zaman gizli sekilde Sultan II Beyazide mektublar gondermisdi Bu mektublarda o II Beyazidi qizilbaslarin fealiyyetleri haqqinda melumatlandirmis ve Sah Ismayili pislemisdi Nureli Xelifenin Cemisgezeye geldiyini esiden zaman Haci Rustem doyusmeden seheri ona teslim edib sahin huzuruna getmeye qerar verdi Nureli Xelife hakimiyyeti guclendirmek meqsedile Cemisgezekdeki tayfalara tezyiq gosterdi ve Melkisi emirlerinden bir necesini oldurtdu Sefevi dovru senedlerinde 1509 1510 cu illerde Cemisgezek Haci Rustemin tiyulu kimi gosterilse de 1511 1512 ci ilde Hesen bey Tekelinin tiyulu oldugu qeyd olunur Caldiran doyusu erefesindeNureli Xelife usyani vasitesile Osmanli erazilerinin Osmanli sarayinin nezareti altindan cixarilmasi hallari Osmanli sarayi terefinden erazilerin isgali kimi qiymetlendirilirdi ve hemin erazilerin yeniden nezaret altina getirilmesi ucun kifayet qeder boyuk itkiler verilmis ve dagintilar yaradilmisdi Sultan Selim hakimiyyet basina gelenden sonra yeniceri quvvelerinin rehberleri ve serkerdelerini toplayaraq onlarin qarsisinda Osmanli erazilerine goz diken Osmanli islerine mudaxile eden sefevileri konkret olaraq Sah Ismayili Osmanli dovleti ucun boyuk tehluke adlandirdi ve bu tehlukenin aradan qaldirilmasi ucun hec bir vechle sustluk gostermeyeceyini beyan etdi Osmanli menbeleri yazir ki 13 iyul 1514 cu ilde Sultan Selim Osmanli Sefevi serheddinde yerlesen Susehri cayina enir ve buradan Erzincan uzerine hereket edir 14 iyulda Erzincanin Goyseki kendine catan sultanin huzuruna Erzincan kendxudasi gelerek aman dileyir Sultan Osmanli qosununu zirehle temin etmek muqabilinde seher ehalisine toxunmayacagini bildirir Bu zaman Nureli Xelife Sah Ismayilin emri ile Erzincan seherini terk ederek sah ordusuna qosulmaq ucun yola cixmisdi Neticede 14 iyul 1514 cu ilde Erzincan seherinde Sefevi hakimiyyetine son verildi ve Osmanli hakimiyyeti basladi Nureli xelife Azerbaycana dogru hereket ederken yol boyu yollari ve korpuleri dagidaraq geride iase ve taxil qoymamaga diqqet edirdi O Varsaq oymagi terefinden qorunan Kemax qalasinin Osmanliya qarsi muqavimetini guclendirmek meqsedile mohkemlendirdi Nureli Xelife tabeliyinde olan bezi emirler hele de Osmanliya qarsi mubarizeni davam etdirirdi Sah Ismayil Caldirana geldikden sonra ordu bascilari ile qurultay teskil ederek muharibeni muzakire edir Sefevi menbelerinin yazdigina gore Nureli Xelife Rumlu Mehemmed xan Ustacli ve bir sira emirler Osmanli qosunlarinin doyus tecrubesine yaxsi beled oldugu ucun teklif etdiler ki Caldiran duzune yetismis olan qosunlar derhal Osmanli quvveleri uzerine hucum etsinler Onlarin fikrince Osmanli quvveleri Caldiran duzune yenice yetismisdiler qosunlarin duserge saldigi erazinin tehlukesizliyini qosunlarin muhafizesini laziminca temin etmemisdiler Bele bir anda qefil hucum Osmanli quvvelerini cas bas sala bilerdi ve neticede herbi tesebbusu de ele almaq mumkun olardi Amma Mehemmed xan Ustaclinin ve Nureli Rumlunun bu teklifi de qebul olunmadi Nureli Xelife Rumlunun bu qurultaydaki cixisi Sefevi tarixcisi Bicenin Tarixi Sah Ismayil Sefevi salnamesinde qisaca bele verilib Bendeleriniz Rumilerin doyus taktikasindan xeberdariq Xan Mehemmedin erz etdiklerinde yalan saibe yoxdur Belece muxalifler oz etraflarini araba zencirleri ile cevrelemeden ve yeniceriler ozlerini mudafie etmeden evvel Caldiranin yuxari tereflerinden onlara hucum etmeliyik O eskiklerin islerini bitirmek dovletimizin menafeyine uygun olacaqdir Nureli Xelife bu doyusde sag qanadda yerlesen emirlerin yaninda onlarla birge mubarize apardi Sultan Selim bildirdi ki bu qosun destesi ile Sefevi serhedlerinde Doyusun sonlarina dogru etrafi muhasire olunsa da oz destesi ile birlikde mubarize apararaq muhasireden xilas olmaga nail oldu ve sahla Tebrize dogru yola dusdu Nureli Xelifenin olumu1514 cu ilin qisinda Sah Ismayil Anadoludaki Sefevi torpaqlarini osmanlilardan ve onlarla birge hereket eden Kurd beylerinden temizlemek ucun Erzincan hakimi Nureli Xelifeni Tebrizden Serqi Anadoluya gonderdi Bu illerde Erzincanda qizilbaslar Osmanli esgerleri uzerine hucumlar edirdi Qis feslinde bas veren bu doyuslerde 2 defe qizilbaslar qalib gelmisdi Buna baxmayaraq 26 yanvar 1515 ci ilde Osmanli qosunu Erzincan etrafindaki Qizilbas ordusuna hucum edib onlari agir itgiye meruz qoydu Sahin emri ile Mehemmed bey Ayqutoglu Nureli Xelifeye komek ucun gonderilmisdi Onlarin esas vezifesi Erzincandan Sivasa qeder erazileri talan etmek ve bu bolgede Osmanli ordusuna aman vermemek idi Nureli Xelife bu meqsedle bir nece hucumlar heyata kecirmisdi Bu hucumlarin birinde o Osmanli qosununun erzaq ehtiyyatini yagmalayaraq Azerbaycana gondermisdi Qarsiliginda ise sahlara layiq xelet almisdi 1515 ci il may ayinin 19 da Erzincanda Osmanliya qarsi mubarizenin en muhum noqtelerinden biri olan Kemax qalasi Sultan Selimin oz istiraki ve Bigli Cavus kimi taninan Mustafa pasanin rehberliyindeki quvveler terefinden ele kecirildi Kemax qalasinin fethi ile Mustafa pasa Erzincan uzerine ordu gonderdi Bu xeberi esiden Nureli Xelife ve Mehemmed bey Ayqutoglu onlari qarsilamaq ucun yola cixdi Cemisgezek yaxinliginda Nureli Xelifenin 800 esgeri ile Bigli Mustafa pasanin 10 min neferlik ordusu qarsi qarsiya geldi Osmanli qosununun qalib geldiyi doyusde Nureli Xelife olduruldu Mehemmed bey Ayqutoglu ise yerde qalanlar ile birlikde Azerbaycana dogru yola dusdu Doyus haqqinda etrafli melumata Bicen terefinden yazilan Tarixi Sah Ismayil Sefevi eserinde rast gelmek mumkundur Bicen yazir Xaqan qis gunlerini rahatliqla Tebrizde kecirdi Yaz baslayanda Hunkarin hansi terefe yoneleceyi bilinende sahin uca maiyyeti de Tebrizden cixib herekete kececekdi Bu zaman Erzincan hakimi Nureli Xelife Rumlunun sehid olmasi xeberi geldi Bu hadisenin qisa megzi bele idi Nureli Xelife Kayseri olkesine etdiyi ardicil hucumlardan sonra Sultan Selim bunun intiqamini almaq isteyirdi Nehayet behs edildiyi sekilde Kemax qalasini alanda Sultan Selim Elauddovleni def etmeye yoneldi ve Trabzon hakimi Mustafa pasa Bigli Cavus da oz iqtasina getmek ucun Kayseriden icaze aldi Buraya catdiqda Hunkar Rumilerden boyuk bir ordu toplayib Erzincana teref yola dusdu Rumilerin gelis xeberi buranin hakimi Nureli Xelife Rumluya catanda o namli emir kicik ordusu ile Rumilere qarsi defelerle doyusduyu ve her zaman qalib geldiyi Bigli Cavus ile doyusmek qerarina geldi O Mehemmed bey Ayqutoglu ile birge tecili sekilde dusmenleri qarsilamaq ucun yola cixdi Muzeffer esgerler Cemisgezek etrafina catanda Bigli Mustafa Pasa deniz kimi cosub dasan ordusu ile onlarin qarsisina cixdi ve doyus movqelerine yerlesmeye basladi On minden cox piyada ve suvari ile herb meydaninda yerini alib quvvet ve iqtidar bayragini dalgalandirdi Nureli Xelife ve Mehemmed bey Ayqutoglu ise 800 suvariden daha cox guce malik olmasalarda muxaliflerin coxlugundan qorxmayib ayaqlarinin tozu ile bedxah muxaliflerin ordusunun qelbine hemle etdiler can alan nizelerinin ucu ile bir qrup ruminin vucudunun naxsini varliq sehifesi uzerinden silib mehv etdiler Keskin qilinclari ile osmanlilarin sag ve sol cinahlarinin Benatun nas kimi dagidib viran etdiler Bu esnada tufeng atesi ile Nureli Xelife ati ile birge doyus meydanina dusdu Rumiler onun uzerine hucum cekib basini bedeninden ayirdilar O qazi emirin olduyunden agah olduqda ve etrafinin muxaliflerle doldugunu gordukde Mehemmed bey Ayqutoglu ve fedakar qaziler bir yere yigisib bu girdabdan cixmaga calisdilar Eceli hele gelmeyen Ayqutoglu ve digerleri sag salamat orani terk etdiler Doyus haqqinda Bigli Mustafa pasanin hesabatinda da etrafli melumat var Bu hesabat ile Bicenin verdiyi melumtlar arasinda hadiselerin gedisati demek olar ki eynidir Sadece Sefevi menbesinde Nureli Xelifenin qosununun sayi 800 nefer gosterilse de Mustafa pasanin hesabatinda bu reqem 1500 neferdir Diger terefden bu hesabata gore Nureli Xelife Cemisgezek hakimi Pir Huseyni itaetsizlik etdiyi ucun cezalandirmaq meqsedile buraya gelmis amma qarsisinda osmanli qosununu gordukde cesur sekilde doyusmusdu AilesiNureli Xelifenin ailesi haqqinda menbelerde herhansi bir melumata rast gelinmir Alemara yi Sah Ismayil da yazdigina gore Nureli xelife oz olumu erefesinde qizini Sufiyan xelife Rumluya ere vererek onu oz naibi ve canisini varisi teyin etmis ve demisdi Menim canisinim sensen Qizimi da sene ere verirem Sahdan ruxset alarsan ve basci olarsan Menim yerimi merdlikle qoruyarsan Bu onu gosterir ki xelifenin oz varisini teyin etmek huququ var idi Hemcinin baxNureli Xelife usyaniIstinadlarFloor 2008 seh 149 Savory Karamustafa 1998 seh 628 636 Musali 2019 seh 727 Memmedi 1993 seh 18 Musali 2019 seh 728 Suleymanov 2018 seh 382 Suleymanov 2018 seh 386 Rumlu 2017 seh 417 Suleymanov 2018 seh 387 Cavansir 2007 seh 419 Musali 2019 seh 736 Suleymanov 2018 seh 391 Cavansir 2007 seh 420 Rumlu 2017 seh 423 Suleymanov 2018 seh 435 Musali 2019 seh 739 Musali 2011 seh 253 Musali 2011 seh 264 Rumlu 2017 seh 429 Musali 2019 seh 741 Musali 2019 seh 742 Musali 2011 seh 321EdebiyyatBabek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Isgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Namiq Musali SAFEVILERIN ERZINCAN VALISI NUR ALI HALIFE RUMLU VE ANADOLU DAKI FAALIYETLERI Erzincan Uluslararasi Erzincan Tarihi Sempozyumu 2019 718 749 Namiq Musali I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA Baki Nurlan AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI MEHEMMED FUZULI adina ELYAZMALAR INSTITUTU 2011 seh 481 Encyclopaedia Iranica Calderan Michael J McCaffrey Floor Willem M Titles and Emoluments in Safavid Iran A Third Manual of Safavid Administration by Mirza Naqi Nasiri Washington DC Mage Publishers 2008 ISBN 978 1933823232 Savory Roger Iran Under the Safavids Cambridge Cambridge University Press 2007 ISBN 978 0521042512 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0