Abdı bəy Şamlı və ya Əbdi bəy Şamlı (XIV əsr – 1524) — Şamlı tayfasına mənsub qızılbaş əmiri, Herat hakimi. Anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” əsərində onun haqqında yazılır:
Abdı bəy Şamlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1524 |
Vəfat səbəbi | Şir Sarom ilə baş verən döyüşdə yaralanaraq vəfat etdi. |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı | Durmuş xan Şamlı Hüseyn xan Şamlı |
Hərbi xidmət | |
Döyüşlər | Şərur döyüşü Almaqulağı döyüşü |
Rütbəsi | Təvaçi |
“Abidin bəy Sarıtərcandan Şam şəhərlərindən olan 200 cavanla I Şah İsmayılın hüzuruna gəldi və o, həzərətin diqqətini cəlb etdi. Bütün əmirlərdən seçildi və Əmir xandan sonra Herat hakimi oldu və 931-ci ildə dünyadan köçdü. Fərmana görə qardaşı Herat hakimi təyin edildi.” Bəzi mənbələrdə isə Əbdi bəy Şamlının 1506-1507-ci ildə Mükri bölgəsinin hakimi Şir Sarom ilə olan döyüşdə öldürüldüyü haqqında məlumatlar öz əksini tapmışdır.
Həyatı
İsmayıl Mirzəyə qoşulması
Şamlılardan Əbdi bəy ilk dəfə Sarıtərcanda Şam ərazilərindən 200 nəfərlik qoşunla I İsmayılın xidmətinə qoşulmuşdu. “Tarix-i Cahaqoşayi Xaqan” əsərinin müəllifi isə onun 1500-1501-ci ildə İsmayıl Ərzincanda olarkən 300 Şamlı döyüşçü ilə gəlib onun dərgahına qoşulduğunu yazır. Sonuncu məlumat İsgəndər bəy Münşinin Tarix-i Aləmara-yi Abbasi əsərində də öz əksini tapır:
“Hər gün iradət sahibləri Keyhan calallı orduya qoşulurdular. ...Göyçə-dənizə təşrif apardı və daha sonra Ərzincana getdi. Orada Şamdan, Diyarbəkrdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclu böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar.”
Hüseyn Barani ilə görüşü
İsmayıl Mirzə Ərdəbili tərk etmədən əvvəl ən yaxın əmirlərindən olan Əbdi bəy Şamlını və Hüseyn bəy Lələni yanına çağırıb onlarla məşvərət edir. Qızılbaş əmirləri də ona bildirirlər ki, İsmayıl Mirzə necə məsləhət bilsə və necə qərar qəbul etsə onlar da bu qərarla razılaşacaqlar. İsmayıl Mirzə də bir xeyli fikirləşdikdən sonra təklif edir ki, əvvəlcə Gürcüstan üzərinə hərəkət edilsin, oradakı kafirlərə qarşı mübarizə aparılsın. Qızılbaş əmirləri isə İsmayıl Mirzənin ətrafında olan hərbi qüvvələrin azlığını nəzərə alaraq belə təklif edirlər ki, əvvəlcə Sultan Heydər kimi yürüşdən qabaq ətraf bölgələrə müraciət edilsin, təriqət tərəfdarları mübarizəyə çağırılsın və onlar da mürşid ətrafında toplandıqdan sonra zalimlər üzərinə yürüş təşkil edilsin. İsmayıl Mirzə Əbdi bəylə Hüseyn bəyin bu təklifi ilə razılaşır və Azərbaycana eləcə də İraqa adamlar göndərib hər kəsi öz bayrağı altında toplanmağa çağırır. Nəticədə Qaradağ və Göyçə istiqamətində yürüşə başlayır.
İsmayıl Mirzə Göyçə ətrafında olarkən burada Cahanşahın törəmələrindən biri olan Sultan Hüseyn Baraninin məskunlaşdığını, qoşun toplayıb Ağqoyunlu hakimiyyətini təhdid etdiyini eşitdi. Sultan Hüseyn Barani isə İsmayıl Mirzəni özünə müttəfiqliyə cəlb etmək istəyirdi. Belə ki, Sultan Hüseyn Barani Azərbaycan üzərində hakimiyyəti özünün haqqı sayırdı. Amma bu haqqın rəsmiləşdirilməsi üçün onun qüvvələri yetərincə deyildi və sərəncamında olan qüvvələrlə Əlvənd Mirzənin üzərinə qoşun çəkməyə cəsarət etmirdi. Ona görə Sultan Hüseyn Barani bölgədə talanlarla məşğul olmaqla yanaşı özünə müttəfiq də axtarırdı ki, qüvvələrini böyüdərək Əlvənd Mirzə üzərinə qoşun çəksin. “Tarix-i Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi yazır ki, Sultan Hüseyn Barani hərəkətə başlamadan əvvəl yaşlılarla məşvərət etdi. Ağsaqqallar da belə məsləhət verdilər ki, İsmayıl Mirzəni qarşılamaqla ona böyük mehribanlıq göstərilsin və sonra onu aldatmaqla ziyafətə qonaq çağırılsın. Təklif edilirdi ki bu ziyafət zamanı zəhər verməklə onun həyatına son qoyulsun və sonra da onun qoşunlarına rəhbərlik ələ keçirilsin. Güman edilirdi ki, qızılbaş qoşunlarına nəzarət ələ keçirilsə qarşıya qoyulan məqsədə də çatmaq mümkün olacaqdır. Lakin Əbdi bəy Şamlı da daxil olmaqla İsmayılın əmirləri Sultan Hüseyn Barani ilə eyni ərazidə qonaqlamağın xeyirlə nəticələnməyəcəyini anlayıb İsmayıl Mirzəyə məsləhət gördülər ki, gecə ilə qoşunlarını toplayıb ərazidən çəkilsin. Hüseyn Barani əmin olanda ki, İsmayıl Mirzənin bölgəni tərk etməsinin qarşısını almaq mümkün deyildir, onda son xahiş kimi, İsmayıl Mirzəni, onun əmirlərini qonaqlığa dəvət etdi. Əbdi bəy Şamlı, Hüseyn bəy Lələ və bir digər əmirlər İsmayıl Mirzənin bu qonaqlığa getməsini məqsədəuyğun saymadılar. Nəticədə Əbdi bəy Şamlı, Xadim bəy Xüləfa, Hüseyn bəy Lələ və bir neə əmir İsmayıl Mirzənin yerinə bu qonaqlığa yollandılar. Adları çəkilən əmirlər İsmayıl Mirzənin xəstələndiyi üçün qonaqlığa gələ bilmədiyini çatdırdılar. Sufi əmirləri bu qonaqlıqdan geri qayıdan kimi İsmayıl Mirzədən dərhal hərəkət edilməsinə hazırlıq üçün icazə istədilər. Görünür, onlar Sultan Hüseynin pis niyyətdə olmasına bir daha əmin olmuşdular. Həmin gecə İsmayıl Mirzə öz dəstəsi ilə bölgəni tərk etdi.
Təvaçıbaşı vəzifəsinə təyin edilməsi
Əbdi bəy Şamlı 1501-ci ildə baş verən Şərur döyüşündə də Şah İsmayılın yanında olan əmirlərdən biri idi. Əlvənd Mirzə bu döyüşdə böyük bir məğlubiyyətə uğradıldı. Şərur döyüşündə qalib gələn İsmayıl Mirzə Təbrizə daxil olub özünü şah elan etdi. Şah İsmayıl Təbrizi fəth edərkən Əbdi bəy Şamlı da onun yanında idi.
Şah İsmayıl yeni bir dövlətin təməlini qoyandan sonra onun qarşısında bu dövlətin əsaslarının möhkəmləndirilməsi kimi bir vəzifə dayanırdı. Bəzi mənbələrdə Əbdi bəy Şamlının Şərur döyüşündən sonra Təvaçi (hərbi dəstələri əlaqələndirən məmur) vəzifəsinə təyin edildiyi qeyd olunub.“Rövzətüs-Səfəviyyə” əsərinin müəllifi yazır ki, bu döyüşdən sonra Əbdi bəy Təvaçi dövlətin sipəhsaları vəzifəsinə layiq görüldü.
Əbdi bəy Şamlı 20 iyun 1503-cü ildə Həmədan yaxınlığında Ağqoyunlu Murad Bayandur ilə baş verən döyüşdə Səfəvi ordusunda döyüşürdü.O, Abdal bəy Dədəi ilə birlikdə sağ cinahda yerləşmişdi.
Hakimiyyətə qarşı qiyamların yatırılmasında rolu
1503-cü ilin sonlarında bəzi Ağqoyunlu əmirləri, Mazandarandakı Firuzkuh, Dəmavənd, Xəvar, Simnan və Rüstəmdar ərazilərinin hakimi Əmir Hüseyn Kiya Çəlavi yerli hakimlərə qarşı təhlükə törətməyə başlamışdı. Səfəvi hakimiyyətini tanımaqdan imtina edən Çəlavi, Şah İsmayıl üçün təkcə siyasi deyil, dini-ideoloji baxımdan da təhlükəli opponent idi.
Çəlavinin açıq meydanda qızılbaş qoşunları üzərinə hücumu Firuzkuh dağ keçidində baş vermişdi. Həsən bəy Rumlu bu barədə yazır:
“Adlısanlı əmirlərdən Əbdi bəy Təvaçı öz qoşununda olan bir dəstə şamlı ilə, divan əmiri (əmiri-divan) Bayram bəylə və Bəhram [kimi] intiqamçı olan digər dilavərlərlə birlikdə hərb və qırğın qılıncını kin qınından sıyırıb mərdlik və igidlik nümayiş etdirdilər. Dava zamanı Əbdi bəy ox yarası aldı. O dar yer qaniçən qılıncları işə salmaq üçün münasib meydan deyildi. Ona görə də dilavərlər məqsədlərinə nail ola bilmədilər və o mövqeyi azğınlar zümrəsindən azad etməyi bacarmadılar.”
Bu zaman Çəlavinin bacısı oğlu Kiya Şərəfin başçılığı ilə qorunan Övlad qalası Əbdi bəy Şamlı və rəhbərliyində qoşun tərəfindən mühasirəyə alınmışdı.1504-cü ilin payızında Şah İsmayıl Savucbulağ yaylağından İsfahana gəldikdən sonra məlumat aldı ki, bir il öncə Səfəvi hakimiyyəti altına keçən Əbərqu hakimi və İranın kərrəhi tayfasının başçısı Rəis Məhəmməd Kərrə qiyam qaldırmışdır. 1504-cü ilin dekabr ayında Əbdi bəy Şamlının oğlu Durmuş xan Şamlı Yəzd şəhərini ələ keçirdi. Yəzdin fəthindən sonra Əbdi bəy Şamlının başçılıq etdiyi qızılbaş qoşunu Əbərqunu zəbt etdi. Məhəmməd Kərrənin oradakı canişini Rəis Qeybi qətlə yetirildi.
Ölümü
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində Mükri tayfası hakimi Sarom xan Mükrinin üsyanı zamanı tərəflər arasında baş verən döyüşdə Durmuş xan və atası Əbdi bəy Şamlı haqqında məlumatlara rast gəlmək mümkündür.Döyüşün ilk günü qızılbaş qoşunlarının qalibiyyəti ilə sona çatır. Buna baxmayaraq şahzadə İbrahim Mirzə yaralanır. Döyüşün gedişatı Şah İsmayıl tərəfindən izlənilirdi və Səlmas ətrafında nə baş verməsindən onun xəbəri var idi. Burada qızılbaş qoşunlarının mürəkkəb vəziyyətlə qarşılaşdığını bildiyindən Şah İsmayıl sonradan Əbdi bəy və oğlu Durmuş xan Şamlının rəhbərliyi altında 6 min nəfərlik bir qoşun dəstəsini də Sultan İbrahimin köməyinə yolladı.İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə İbrahim Mirzə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır. Qarşılıqlı mübarizədə Şir Saromun oğlu Hüseyn bəyin atdığı ox Əbdi bəyi ağır yaraladı və onu atdan yerə saldı. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan atasının köməyinə tələsdi və Hüseyn bəyi yaxında gördükdə qılıncının zərbəsi ilə onu qətlə yetirdi. Bu döyüşdə yaralanan Əbdi bəy Şamlı 1526-cı ildə vəfat edir. Lakin “Tarix-i Qızılbaşan” adlı əsərin müəllifi yazır ki, o, Əmir xanın ardınca Herat hakimi olmuş, 1525-ci ildə vəfat etmişdi. Bu məlumatı təsdiqləyən başqa bir mənbə olmadığı üçün doğruluq payı şübhəlidir.
Ailəsi
Abdı bəyin soyu Abdılı adlanırdı.
Oğlanları
- Durmuş xan Şamlı - 1521-ci ildə Herat hakimi kimi vəzifəsinin icrasına başlayıb. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirib. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşayıb. Durmuş xan Şamlı həmçinin Şah İsmayılın oğlu Sam Mirzənin lələsi olmuşdur.Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.
- Hüseyn xan Şamlı - O 1525-ci ildən 1531-ci ilə qədər Herat bəylərbəyi və Sam Mirzənin lələsi kimi Səfəvilər dövlətinə xidmət etmişdir. Daha sonra Übeyd xanın Herata hücumu zamanı uzun müddətli mühasirəni davam etdirə bilmədiyi üçün Herat şəhərini özbəklərə təslim etmək məcburiyyətinə qaldı. Şah Çuxa sultanın ölümündən sonra onu Abdulla xan Ustaclı ilə birlikdə əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçmiş oldu. Hüseyn xan Şamlı 1534-cü ildə Şah Təhmasibə sui-qəsd təşkil etmək şübhəsi ilə edam edilmişdir.
- Taclı Bəyim - bəzi mənbələrdə Şah İsmayılın həyat yoldaşı Taclı Bəyimin Əbdi bəy Şamlının qızı olduğu qeyd olunub. Onun Şah İsmayıl ilə evliliyi barədə “Aləmara-yi Şah İsmayıl” əsərinin verdiyi məlumata görə, Ağqoyunlu Sultan Murada qarşı döyüşdən uğurla çıxandan sonra Həmədan ətrafında olarkən əmirləri Şah İsmayıla Əbdi bəy Şamlının həm yaraşıqlı, həm də şücaətli bir qızının olması haqqında məlumat çatdırdılar. Taclı xanımın haqqında verilən məlumat Şah İsmayılda bir maraq yaratdı və bir müddətdən sonra Əbdi bəy Şamlının yanına öz elçilərini göndərdi. Əbdi bəy də cavabında bildirdi ki, mən Şah İsmayılın qulamı, qızım isə onun kənizidir və bu qızı kimə almaq istəsə Əbdi bəy üçün bir baş ucalığıdır. Mənbədə yazılır: “Qızılbaş sərkərdəsi Əbdi bəy Şamlunun qızı və Durmuş xan Şamlunun bacısı olan Taclı bəyim gözəl olduğu qədər də şücaətli və cəsur bir qız idi və atası ilə şərt kəsmişdi ki, “hər kim ki nizə və qılınc döyüşündə mənə qalib gəlsə və ya güləşmədə məni yıxsa, o, mənim ərim olacaqdır” Bununla belə, Əbdi bəy qızının onunla şərt kəsdiyini də Şah İsmayıla çatdırdı. Şah İsmayıl bu şərtlə razılaşdı. O, islam alimlərini, o cümlədən axund Əhməd Ərdəbilini dəvət edərək ona nikah bağlanmasını tapşırdı.
Həmçinin bax
İstinadlar
- Məhəmmədi, 1993. səh. 4
- Münşi, 2009. səh. 67
- Süleymanov, 2018. səh. 135
- Süleymanov, 2018. səh. 134
- Süleymanov, 2018. səh. 137
- Cavanşir, 2007. səh. 365
- Rumlu, 2017. səh. 412
- Süleymanov, 2018. səh. 163
- Bayramlı, 2015. səh. 28
- Süleymanov, 2018. səh. 166
- Şirazi, 1996. səh. 36
- Süleymanov, 2018. səh. 145
- Süleymanov, 2018. səh. 201
- Rumlu, 2017. səh. 386
- Süleymanov, 2018. səh. 155
- Musalı, 2011. səh. 158
- Məhəmmədi, 1993. səh. 7
- Nuri, 2021. səh. 87
- Süleymanov, 2018. səh. 221
- Cavanşir, 2007. səh. 366
- Bayramlı, 2015. səh. 33
- Musalı, 2011. səh. 68
- Süleymanov, 2018. səh. 783
Mənbə
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN .
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Cəfər Nuri, Firudin Nuri (Ercan Gümüş tərcümə). Şah I İsmailin Kürt Emir ve Liderlerinin İsyanına Yaklaşımına Dair Bir Değerlendirme. İstanbul: Hiper Yayın. 2021. 85–95.
Əlavə ədəbiyyat
- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.
- Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti (az.). Bakı: Şərq-Qərb. 2007. ISBN .
- Ghulam Sarwar. History of the Shah Ismail Safawi. Aligarh: Muslim University. 1939. 127. ISBN .
- Moḥammad Karim Youssef-Jamālī. Life and personality of S̲hāh Ismāʻīl I (1487-1524). University of Edinburgh. 1981. 498.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abdi bey Samli ve ya Ebdi bey Samli XIV esr 1524 Samli tayfasina mensub qizilbas emiri Herat hakimi Anonim muellif terefinden qeleme alinan Tarix i Qizilbasan eserinde onun haqqinda yazilir Abdi bey SamliSexsi melumatlarDogum tarixi XIV esrVefat tarixi 1524Vefat sebebi Sir Sarom ile bas veren doyusde yaralanaraq vefat etdi Fealiyyeti herbi lider d Usagi Durmus xan Samli Huseyn xan SamliHerbi xidmetDoyusler Serur doyusu Almaqulagi doyusuRutbesi Tevaci Abidin bey Saritercandan Sam seherlerinden olan 200 cavanla I Sah Ismayilin huzuruna geldi ve o hezeretin diqqetini celb etdi Butun emirlerden secildi ve Emir xandan sonra Herat hakimi oldu ve 931 ci ilde dunyadan kocdu Fermana gore qardasi Herat hakimi teyin edildi Bezi menbelerde ise Ebdi bey Samlinin 1506 1507 ci ilde Mukri bolgesinin hakimi Sir Sarom ile olan doyusde oldurulduyu haqqinda melumatlar oz eksini tapmisdir HeyatiIsmayil Mirzeye qosulmasi Samlilardan Ebdi bey ilk defe Saritercanda Sam erazilerinden 200 neferlik qosunla I Ismayilin xidmetine qosulmusdu Tarix i Cahaqosayi Xaqan eserinin muellifi ise onun 1500 1501 ci ilde Ismayil Erzincanda olarken 300 Samli doyuscu ile gelib onun dergahina qosuldugunu yazir Sonuncu melumat Isgender bey Munsinin Tarix i Alemara yi Abbasi eserinde de oz eksini tapir Her gun iradet sahibleri Keyhan calalli orduya qosulurdular Goyce denize tesrif apardi ve daha sonra Erzincana getdi Orada Samdan Diyarbekrden Sivasdan Bayburddan ve o hududdan uc dord min neferedek sufi ve eqide sahibleri ali taxtin eteyine geldiler O cumleden Ebdi bey Samlu 300 neferle ve Xan Mehemmed Ustaclu boyuk deste ile alemin penahi olan dergahin qulluguna hazir olub xidmet gostermek seadetine nail oldular ve Ismayilin raziligini qazandilar Huseyn Barani ile gorusu Ismayil Mirze Erdebili terk etmeden evvel en yaxin emirlerinden olan Ebdi bey Samlini ve Huseyn bey Leleni yanina cagirib onlarla mesveret edir Qizilbas emirleri de ona bildirirler ki Ismayil Mirze nece meslehet bilse ve nece qerar qebul etse onlar da bu qerarla razilasacaqlar Ismayil Mirze de bir xeyli fikirlesdikden sonra teklif edir ki evvelce Gurcustan uzerine hereket edilsin oradaki kafirlere qarsi mubarize aparilsin Qizilbas emirleri ise Ismayil Mirzenin etrafinda olan herbi quvvelerin azligini nezere alaraq bele teklif edirler ki evvelce Sultan Heyder kimi yurusden qabaq etraf bolgelere muraciet edilsin teriqet terefdarlari mubarizeye cagirilsin ve onlar da mursid etrafinda toplandiqdan sonra zalimler uzerine yurus teskil edilsin Ismayil Mirze Ebdi beyle Huseyn beyin bu teklifi ile razilasir ve Azerbaycana elece de Iraqa adamlar gonderib her kesi oz bayragi altinda toplanmaga cagirir Neticede Qaradag ve Goyce istiqametinde yuruse baslayir Ismayil Mirze Goyce etrafinda olarken burada Cahansahin toremelerinden biri olan Sultan Huseyn Baraninin meskunlasdigini qosun toplayib Agqoyunlu hakimiyyetini tehdid etdiyini esitdi Sultan Huseyn Barani ise Ismayil Mirzeni ozune muttefiqliye celb etmek isteyirdi Bele ki Sultan Huseyn Barani Azerbaycan uzerinde hakimiyyeti ozunun haqqi sayirdi Amma bu haqqin resmilesdirilmesi ucun onun quvveleri yeterince deyildi ve serencaminda olan quvvelerle Elvend Mirzenin uzerine qosun cekmeye cesaret etmirdi Ona gore Sultan Huseyn Barani bolgede talanlarla mesgul olmaqla yanasi ozune muttefiq de axtarirdi ki quvvelerini boyuderek Elvend Mirze uzerine qosun ceksin Tarix i Alemara yi Sah Ismayil eserinin muellifi yazir ki Sultan Huseyn Barani herekete baslamadan evvel yaslilarla mesveret etdi Agsaqqallar da bele meslehet verdiler ki Ismayil Mirzeni qarsilamaqla ona boyuk mehribanliq gosterilsin ve sonra onu aldatmaqla ziyafete qonaq cagirilsin Teklif edilirdi ki bu ziyafet zamani zeher vermekle onun heyatina son qoyulsun ve sonra da onun qosunlarina rehberlik ele kecirilsin Guman edilirdi ki qizilbas qosunlarina nezaret ele kecirilse qarsiya qoyulan meqsede de catmaq mumkun olacaqdir Lakin Ebdi bey Samli da daxil olmaqla Ismayilin emirleri Sultan Huseyn Barani ile eyni erazide qonaqlamagin xeyirle neticelenmeyeceyini anlayib Ismayil Mirzeye meslehet gorduler ki gece ile qosunlarini toplayib eraziden cekilsin Huseyn Barani emin olanda ki Ismayil Mirzenin bolgeni terk etmesinin qarsisini almaq mumkun deyildir onda son xahis kimi Ismayil Mirzeni onun emirlerini qonaqliga devet etdi Ebdi bey Samli Huseyn bey Lele ve bir diger emirler Ismayil Mirzenin bu qonaqliga getmesini meqsedeuygun saymadilar Neticede Ebdi bey Samli Xadim bey Xulefa Huseyn bey Lele ve bir nee emir Ismayil Mirzenin yerine bu qonaqliga yollandilar Adlari cekilen emirler Ismayil Mirzenin xestelendiyi ucun qonaqliga gele bilmediyini catdirdilar Sufi emirleri bu qonaqliqdan geri qayidan kimi Ismayil Mirzeden derhal hereket edilmesine hazirliq ucun icaze istediler Gorunur onlar Sultan Huseynin pis niyyetde olmasina bir daha emin olmusdular Hemin gece Ismayil Mirze oz destesi ile bolgeni terk etdi Tevacibasi vezifesine teyin edilmesi Ebdi bey Samli 1501 ci ilde bas veren Serur doyusunde de Sah Ismayilin yaninda olan emirlerden biri idi Elvend Mirze bu doyusde boyuk bir meglubiyyete ugradildi Serur doyusunde qalib gelen Ismayil Mirze Tebrize daxil olub ozunu sah elan etdi Sah Ismayil Tebrizi feth ederken Ebdi bey Samli da onun yaninda idi Sah Ismayil yeni bir dovletin temelini qoyandan sonra onun qarsisinda bu dovletin esaslarinin mohkemlendirilmesi kimi bir vezife dayanirdi Bezi menbelerde Ebdi bey Samlinin Serur doyusunden sonra Tevaci herbi desteleri elaqelendiren memur vezifesine teyin edildiyi qeyd olunub Rovzetus Sefeviyye eserinin muellifi yazir ki bu doyusden sonra Ebdi bey Tevaci dovletin sipehsalari vezifesine layiq goruldu Ebdi bey Samli 20 iyun 1503 cu ilde Hemedan yaxinliginda Agqoyunlu Murad Bayandur ile bas veren doyusde Sefevi ordusunda doyusurdu O Abdal bey Dedei ile birlikde sag cinahda yerlesmisdi Hakimiyyete qarsi qiyamlarin yatirilmasinda rolu 1503 cu ilin sonlarinda bezi Agqoyunlu emirleri Mazandarandaki Firuzkuh Demavend Xevar Simnan ve Rustemdar erazilerinin hakimi Emir Huseyn Kiya Celavi yerli hakimlere qarsi tehluke toretmeye baslamisdi Sefevi hakimiyyetini tanimaqdan imtina eden Celavi Sah Ismayil ucun tekce siyasi deyil dini ideoloji baximdan da tehlukeli opponent idi Celavinin aciq meydanda qizilbas qosunlari uzerine hucumu Firuzkuh dag kecidinde bas vermisdi Hesen bey Rumlu bu barede yazir Adlisanli emirlerden Ebdi bey Tevaci oz qosununda olan bir deste samli ile divan emiri emiri divan Bayram beyle ve Behram kimi intiqamci olan diger dilaverlerle birlikde herb ve qirgin qilincini kin qinindan siyirib merdlik ve igidlik numayis etdirdiler Dava zamani Ebdi bey ox yarasi aldi O dar yer qanicen qilinclari ise salmaq ucun munasib meydan deyildi Ona gore de dilaverler meqsedlerine nail ola bilmediler ve o movqeyi azginlar zumresinden azad etmeyi bacarmadilar Bu zaman Celavinin bacisi oglu Kiya Serefin basciligi ile qorunan Ovlad qalasi Ebdi bey Samli ve rehberliyinde qosun terefinden muhasireye alinmisdi 1504 cu ilin payizinda Sah Ismayil Savucbulag yaylagindan Isfahana geldikden sonra melumat aldi ki bir il once Sefevi hakimiyyeti altina kecen Eberqu hakimi ve Iranin kerrehi tayfasinin bascisi Reis Mehemmed Kerre qiyam qaldirmisdir 1504 cu ilin dekabr ayinda Ebdi bey Samlinin oglu Durmus xan Samli Yezd seherini ele kecirdi Yezdin fethinden sonra Ebdi bey Samlinin basciliq etdiyi qizilbas qosunu Eberqunu zebt etdi Mehemmed Kerrenin oradaki canisini Reis Qeybi qetle yetirildi Olumu Alemara yi Sefevi ve Alemara yi Sah Ismayil eserlerinde Mukri tayfasi hakimi Sarom xan Mukrinin usyani zamani terefler arasinda bas veren doyusde Durmus xan ve atasi Ebdi bey Samli haqqinda melumatlara rast gelmek mumkundur Doyusun ilk gunu qizilbas qosunlarinin qalibiyyeti ile sona catir Buna baxmayaraq sahzade Ibrahim Mirze yaralanir Doyusun gedisati Sah Ismayil terefinden izlenilirdi ve Selmas etrafinda ne bas vermesinden onun xeberi var idi Burada qizilbas qosunlarinin murekkeb veziyyetle qarsilasdigini bildiyinden Sah Ismayil sonradan Ebdi bey ve oglu Durmus xan Samlinin rehberliyi altinda 6 min neferlik bir qosun destesini de Sultan Ibrahimin komeyine yolladi Ikinci gun Sarom xan yeniden doyus meydanina enir ve terefler oz yerlerini tuturlar Sarom xanin oglu Erduvan bey atasindan icaze alib meydana cixir ve qarsisina adam teleb edir Sahzade Ibrahim Mirze yarali oldugu ucun onun qarsisina Ebdi bey Samli cixir Qarsiliqli mubarizede Sir Saromun oglu Huseyn beyin atdigi ox Ebdi beyi agir yaraladi ve onu atdan yere saldi Erduvan bey onun basini kesmek ucun eyildikde oglu Durmus xan atasinin komeyine telesdi ve Huseyn beyi yaxinda gordukde qilincinin zerbesi ile onu qetle yetirdi Bu doyusde yaralanan Ebdi bey Samli 1526 ci ilde vefat edir Lakin Tarix i Qizilbasan adli eserin muellifi yazir ki o Emir xanin ardinca Herat hakimi olmus 1525 ci ilde vefat etmisdi Bu melumati tesdiqleyen basqa bir menbe olmadigi ucun dogruluq payi subhelidir AilesiAbdi beyin soyu Abdili adlanirdi Oglanlari Durmus xan Samli 1521 ci ilde Herat hakimi kimi vezifesinin icrasina baslayib O omrunun sonuna kimi Herat hakimi kimi fealiyyetini davam etdirib Durmus xanin hakimliyinde Herat seheri ozunun yukselis dovrunu yasayib Durmus xan Samli hemcinin Sah Ismayilin oglu Sam Mirzenin lelesi olmusdur Menbelerde Durmus xan haqqinda Sah Ismayilin en yaxin adamlarindan biri oldugu ve saha sedaqeti ile secildiyi yazilir Huseyn xan Samli O 1525 ci ilden 1531 ci ile qeder Herat beylerbeyi ve Sam Mirzenin lelesi kimi Sefeviler dovletine xidmet etmisdir Daha sonra Ubeyd xanin Herata hucumu zamani uzun muddetli muhasireni davam etdire bilmediyi ucun Herat seherini ozbeklere teslim etmek mecburiyyetine qaldi Sah Cuxa sultanin olumunden sonra onu Abdulla xan Ustacli ile birlikde emir el umera teyin etdi Belelikle Cuxa sultanin olumu ile onun yerine Huseyn xan Samli kecmis oldu Huseyn xan Samli 1534 cu ilde Sah Tehmasibe sui qesd teskil etmek subhesi ile edam edilmisdir Tacli Beyim bezi menbelerde Sah Ismayilin heyat yoldasi Tacli Beyimin Ebdi bey Samlinin qizi oldugu qeyd olunub Onun Sah Ismayil ile evliliyi barede Alemara yi Sah Ismayil eserinin verdiyi melumata gore Agqoyunlu Sultan Murada qarsi doyusden ugurla cixandan sonra Hemedan etrafinda olarken emirleri Sah Ismayila Ebdi bey Samlinin hem yarasiqli hem de sucaetli bir qizinin olmasi haqqinda melumat catdirdilar Tacli xanimin haqqinda verilen melumat Sah Ismayilda bir maraq yaratdi ve bir muddetden sonra Ebdi bey Samlinin yanina oz elcilerini gonderdi Ebdi bey de cavabinda bildirdi ki men Sah Ismayilin qulami qizim ise onun kenizidir ve bu qizi kime almaq istese Ebdi bey ucun bir bas ucaligidir Menbede yazilir Qizilbas serkerdesi Ebdi bey Samlunun qizi ve Durmus xan Samlunun bacisi olan Tacli beyim gozel oldugu qeder de sucaetli ve cesur bir qiz idi ve atasi ile sert kesmisdi ki her kim ki nize ve qilinc doyusunde mene qalib gelse ve ya gulesmede meni yixsa o menim erim olacaqdir Bununla bele Ebdi bey qizinin onunla sert kesdiyini de Sah Ismayila catdirdi Sah Ismayil bu sertle razilasdi O islam alimlerini o cumleden axund Ehmed Erdebilini devet ederek ona nikah baglanmasini tapsirdi Hemcinin baxSamli eli Durmus xan Samli Kurd usyani 1506 IstinadlarMehemmedi 1993 seh 4 Munsi 2009 seh 67 Suleymanov 2018 seh 135 Suleymanov 2018 seh 134 Suleymanov 2018 seh 137 Cavansir 2007 seh 365 Rumlu 2017 seh 412 Suleymanov 2018 seh 163 Bayramli 2015 seh 28 Suleymanov 2018 seh 166 Sirazi 1996 seh 36 Suleymanov 2018 seh 145 Suleymanov 2018 seh 201 Rumlu 2017 seh 386 Suleymanov 2018 seh 155 Musali 2011 seh 158 Mehemmedi 1993 seh 7 Nuri 2021 seh 87 Suleymanov 2018 seh 221 Cavansir 2007 seh 366 Bayramli 2015 seh 33 Musali 2011 seh 68 Suleymanov 2018 seh 783MenbeRumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Sirazi Xace Zeynalabidin Eli Ebdi bey TEKMILETUL EXBAR PDF az Baki Elm 1996 ISBN 5 8066 0436 5 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Suleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Cefer Nuri Firudin Nuri Ercan Gumus tercume Sah I Ismailin Kurt Emir ve Liderlerinin Isyanina Yaklasimina Dair Bir Degerlendirme Istanbul Hiper Yayin 2021 85 95 Elave edebiyyatEnver Cingizoglu Samli elinin taninmis simalari Soy dergisi 9 29 Baki 2009 Efendiyev Oqtay Azerbaycan Sefeviler dovleti az Baki Serq Qerb 2007 ISBN 978 9952 34 101 0 Ghulam Sarwar History of the Shah Ismail Safawi Aligarh Muslim University 1939 127 ISBN 0404563228 Moḥammad Karim Youssef Jamali Life and personality of S hah Ismaʻil I 1487 1524 University of Edinburgh 1981 498