Kürd üsyanı və ya Şir Sarom xanın üsyanı - Səfəvi hakimiyyətinə qarşı Mükri tayfası hakimi Sarom xan Mükri tərəfindən hicri 911-912 (miladi 1505-1506) illərdə baş verən üsyan.
Kürd üsyanı | |||
---|---|---|---|
Səfəvilər dövləti | |||
Tarix | 1505-1506-cı il | ||
Yeri | Təbriz ətrafı, Urmiya qalası | ||
Nəticəsi | Sarom xan Mükri məğlub edildi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Arxaplan
Məhabad şəhərinin 3 km şimalında “Kələki bə-gəzadan” adlı bir təpə yerləşir. Əsrlər boyu bu ərazi Bayandur əmirləri tərəfindən idarə edilirdi. Ağqoyunlu dövlətinin süqutundan sonra Kürd əmirləri birləşərək bölgədədi türkmənləri buradan sürgün edib, ərazinin idarəsini öz əllərinə aldılar. Əmir Seyfəddin Mükri bir neçə əyalətin dəstəyi ilə Türkmən Çubuqlu tayfası ilə qarşı-qarşıya gəldi. Nəticədə türkmənləri məğlub edərək Dülbəriq, Ağtac, İltəmur, Salduz əyalətlərini ələ keçirən Əmir Seyfəddin Mükri kürdlərinin ərazisini genişləndirdi. Əmir Seyfəddinin ölümündən sonra iki oğlu, Sarom və Baba Ömər hakimiyyəti öz aralarında böldülər. Sarom xan haqqında Səfəvi qaynaqlarında bir sıra məlumatlar var. Xandəmir, Yəhya Qəzvini, Qaffari Kaşani, Həsən bəy Rumlu və bir sıra müəlliflər ondan Sarom-u Kürd kimi bəhs ediblər. Aləmara-yi Səfəvi əsərində isə Sarom xanın Yezidi kürdü olduğu qeyd edilir.
Üsyanın başlaması
Yeni yaranmış Səfəvi dövlətinin daxilində bir sıra itaətsizlik, Şah İsmayıl hakimiyyətinə qarşı üsya halları baş verirdi. 1504-cü ilin sonları-1505-ci ilin əvvələrində Şah İsmayıl Yəzd şəhərini zəbt etmiş qiyamçı Əbərqu hakimi və 10 minlik kərhi tayfasının başçısı Rəis Məhəmməd Kərhini məğlubiyyətə uğradır. Şah onu və 7 nəfərə yaxın silahdaşını əsir alaraq İsfahanda edam etdirir. Bu zaman Məhəmməd Kərhinin başqaldırdığı xəbərini eşidən Sarom xan Şah İsmayılın Yəzdin cənubuna yürüşündən istifadə edib 40 minlik ordu ilə Təbrizə hücum etmək məqsədilə Şah İsmayılın qardaşı İbrahim Mirzənin üzərinə Urmiya elinə doğru yeriyir. Şir Saromun Təbriz üzərinə yürüş xəbəri alınan kimi Sultan İbrahim məktub yazıb Şah İsmayıla göndərdi və ondan bu hücumun qarşısının alınması üçün kömək istədi. Şah Sarom xanın Urmiya qalasını mühasirə aldığını eşidəndə 3000 nəfərlik ordunu Sarı Hüseyn Şamlı ilə birlikdə Təbrizə göndərir. Bu ərəfədə Sarom xan artıq 1 ay idi ki, qalanı mühasirədə saxlayırdı. Qala Qaragünə sultanın başçılığı ilə 300 nəfər tərəfindən müdafiə olunurdu. Qaragünə sultan artıq mübarizəni davam etdirə bilməyəcəyini anlayıb, Sarom xanın yanına elçi göndərir və qaladan çıxıb Təbrizə getəmək üçün yol verməsini tələb edir. Sarom xan ona ailəsi ilə birgə getməyə icazə verəcəyinə söz verir. Lakin Qaragünə sultan və ailəsi qaladan çıxdıqları anda qətlə yetirilir. Sarom xanın Urmiya qalasını tutması xəbərini eşidən Sultan İbrahim Mirzə Təbrizə doğru hərəkət edir. Şahzadə burada Sarı Əli bəy Möhrdar ilə görüşür. Sarı Əli bəy Möhrdar qərara gəlir ki, Sarom xanı və qoşunlarını Təbrizdə deyil şəhərdən kənarda, başqa bir ərazidə qarşılasın. Əks təqdirdə şəhərə böyük ziyan dəyə bilərdi. Çünki Təbriz ətrafında möhkəm qala divarları yoxidi. Nəticədə, Sarı Əlinin sərəncamında olan 3 min nəfərlik dəstə, Sultan İbrahimin sərəncamında olan 4 min nəfərlik dəstə döyüşə hazır vəziyyətə gətirildi. Bundan başqa Sarı Əli ilə Sultan İbrahimin qərarına əsasən 3 min nəfərlik başqa bir qoşun dəstəsi də Təbriz sakinlərindən toplandı. Bütünlükdə, 10 min nəfərlik qoşun dəstəsi Təbrizi tərk edərək Səlmasa istiqamət götürdü.
Döyüş
Mənbələrin yazdığı məlumatlara əsasən Kürd qoşunları tərəfindən meydana Şir Saromun övladları çıxdılar və onlar qızılbaşların igidləri ilə qarşılaşdılar. Bu qarşılaşmada Sultan İbrahimin özünün də xüsusi şücaər göstərdiyi və Şir Saromun iki övladının məhz onun tərəfindən qətlə yetirildiyi bildirilir. “Aləmara-yi Səfəvi” və “Aləmara-yi Şah İsmayıl” əsərlərində müəyyən fərqli məqamları olmaqla bu qarşılaşmanın geniş təsviri verilmişdir. Aləmara-yi Səfəviyə görə oğlunun qətlini eşidən Sarom xan Sultan İbrahimə “səni öldürüb qardaşının ürəyini yandıracam, çünki sən də mənim ürəyimi övlad ağrısı ilə yandırdın” deyir. Tərəflər arasında uzun çəkən mübarizə nəticəsində Sultan İbrahim yaralanır. Bunu görən qızılbaşlar döyüş meydanına hücum çəkir. Döyüş günorta vaxtlarına qədər davam edir. Nəticədə Sarom xanın rəhbərliyində kürd qoşunları məğlub olur. Qızılbaşlar şahzadəni də götürüb Təbrizin cənubuna yola düşürlər. “Aləmara-yi Səfəvi”də Sarom xanın məğlubiyyəti belə təsvir olunur:
“Sarom xan oradakı kürdlərə sitəm edib - “Ey namərd sürüsü, sizin dörddə biriniz qədər olan bir neçə Qızılbaş sizdən 3000 nəfəri öldürdü. Onların qarşısını kəsmədiniz, oğlumun qisasını almadınız.” Onlar isə cavabında - “Qızılbaşlar insan deyil onların bədənləri polad üzərinə nəqş edilib. Görmədiniz mi necə and içərək qılınc oynadırlar?””
Mənbələrdə bu döyüşdən sonra tərəflər arasında ikinci bir qarşıdurmanın olduğu barədə məlumatlar öz əksini tapır. Döyüş meydanındakı hadisələrdən xəbər tutan Şah İsmayıl narahatçılıq içərisində Təbrizə doğru hərəkətə etməyi qərara alır. Qəzvinə çatanda Şah İsmayıl xəbər tutur ki, Gilanda da qarışıqlıq yaranmışdır. Belə ki, Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşdən qaçan 4000 nəfər türkmən Gilana doğru yola çıxmışdı. Məhz bu vaxt Şah İsmayıl qərara aldı ki, hələlik Sultan İbrahimin köməyinə Əbdi bəy Şamlının rəhbərliyi altında 6 min nəfərlik dəstə göndərsin, özü isə Gilana yollansın və orada vəziyyəti sabitləşdirsin.
İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın digər oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır. Qarşılıqlı mübarizədə Əbdi bəy yaralanır. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan döyüş meydanına atılır. Qılınc zərbəsi ilə Ərduvan bəyi qətlə yetirir. Sarom xan oğlunun öldürüldüyünü gördükdə özünü Durmuş xanın üstünə atdı, bütün qəzəbini toplayaraq qılıncının zərbəsini Durmuş xanın üstünə yönəltdi. Bu zərbə o qədər ağır idi ki, Durmuş xanın müdafiə olunmağa çalışdığı qalxanını parçalayaraq onu yaraladı. Bununla belə, Durmuş xan döyüş meydanını tərk etmədi və bütün qızılbaşları da döyüşə ruhlandırmaq üçün yarasını sarıtdırıb özünü yenidən meydana atdı. Bu zaman döyüş kürd ordusunun üstünlüyü ilə davam edirdi. Şah İsmayıl Gilanda işləri qaydasına qoyduqdan sonra Ərdəbilə buradan isə Təbrizə tərəf yola düşür. Təbrizə gəldikdə qızılbaşların döyüşdə çətin vəziyyətə düşdüklərini öyrənir. Şah İsmayıl öz dəstəsi ilə qızılbaşların köməyinə çatır. Şah İsmayılın qoşun dəstəsinin yetişməsi döyüş meydanındakı vəziyyəti tamamilə dəyişdi və hərbi təşəbbüs qızılbaşların əlinə keçdi. Döyüş Sarom xanın rəhbərliyində kürd qoşunun məğlubiyyəti ilə nəticələndi.
İsgəndər bəy Münşi “Tarix-i aləmara-yi Abbasi” əsərində isə Kürd qoşunlarının Təbriz üzərinə yürüşü müxtəsər olaraq aşağıdakı kimi təsvir edilmişdir: “O biri ilin baharında Şah İsmayıl Həmədan yaylağına getdi. Qışı Xoy və Səlmasda keçirdi. Urumi vilayətinə gəlmiş və məmləkətin kənarlarına əl uzatmış kürd Şər Saromun fitnəsi Bayram bəy Qaramanlunun və Xəlifətülxüləfa adı ilə məşhur olan Xadim bəyin səyləri ilə aradan qalxdı. Onlar Saromun iki qardaşını, oğlunu və sərdarlarının çoxusunu ələ keçirib, ağır əzablarla cəzalandırdılar, onun bütün eli-ülusu hadisələrin taracına getdi. Durmuş xanın atası Əbdi bəy Şamlu və Sarı Əli Möhürdar Təkəlü bu səfərdə həlak oldular.”
Nəticə
Aləmara-yi Səfəvi əsərində Sarom xanın döyüş meydanında Şah İsmayıl tərəfindən öldürüldüyü bildirilsə də, mənbələrdə bu haqda məlumatlar müxtəlifdir. Şərəf xan Bitlisi Sarom xanın digər kürd hakimlərlə birlikdə Osmanlı torpaqlarına Sultan Səlimin yanına qaçdığını yazır. Müəllif qeyd edir ki, Sultan Süleyman Osmanlı taxtına çıxdığı zaman Sarom xan ona da öz sədaqətini təqdim edir və xahiş edir ki, atasına mənsub torpaqlar iqta kimi ona verilsin. Lakin əmr imzalandıqdan bir müddət sonra Sarom xan vəfat edir. Başqa bir mənbədə isə qızılbaşların Sarom xanın düşərgəsinə hücum edib, onu və tərəfdarlarını əsir götürdükləri və daha sonra işgəncə edilib öldürüldüyü qeyd olunub.
Şah İsmayıl, ehtimal ki, Sarom xan Mükri ilə döyüşdükdən bir il sonra Kürdüstana doğru yola çıxır. Buradan Maraş üzərinə yürüş edib və Maraş hökmdarı Əlaüddövlə Zülqədiri məğlub etdikdən sonra Diyarbəkirə tərəf gedir.
İstinadlar
- Bitlisi, 1971. səh. 325
- Musalı, 2006. səh. 67
- Süleymanov, 2018. səh. 219
- Münşi, 2009. səh. 72
- Aləmara-yi Səfəvi. səh. 104
- Aləmara-yi Səfəvi. səh. 105
- Süleymanov, 2018. səh. 220
- Süleymanov, 2018. səh. 221
- Münşi, 2009. səh. 75
- Nuri, 2021. səh. 87
- Nuri, 2021. səh. 88
Mənbə
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
- Namiq Musalı. Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında). Bakı. 2006.
- İsgəndər bəy Münşi (Oqtay Əfəndiyev, Namiq Musalı tərcümə). Tarix-i Aləmara-yi Abbasi. I. Bakı. 2009.
- Şərəf xan Bitlisi. Şərəfnamə. İstanbul: Osmanbey Matbaası. 1971.
- Cəfər Nuri, Firudin Nuri (Ercan Gümüş tərcümə). Şah I İsmailin Kürt Emir ve Liderlerinin İsyanına Yaklaşımına Dair Bir Değerlendirme. İstanbul: Hiper Yayın. 2021. 85–95.
- Anonim (red Yədullah Şükrü). Aləm ara-yi Səfəvi. Tehran: İntişarat-ı İttilat. 1363.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kurd usyani ve ya Sir Sarom xanin usyani Sefevi hakimiyyetine qarsi Mukri tayfasi hakimi Sarom xan Mukri terefinden hicri 911 912 miladi 1505 1506 illerde bas veren usyan Kurd usyaniSefeviler dovletiTarix 1505 1506 ci ilYeri Tebriz etrafi Urmiya qalasiNeticesi Sarom xan Mukri meglub edildi Munaqise terefleriSefeviler dovleti Mukri tayfasiKomandan lar Ibrahim Mirze Ebdi bey Samli Durmus xan Samli Sarom xan MukriTereflerin quvvesi10000 40000ArxaplanMehabad seherinin 3 km simalinda Keleki be gezadan adli bir tepe yerlesir Esrler boyu bu erazi Bayandur emirleri terefinden idare edilirdi Agqoyunlu dovletinin suqutundan sonra Kurd emirleri birleserek bolgededi turkmenleri buradan surgun edib erazinin idaresini oz ellerine aldilar Emir Seyfeddin Mukri bir nece eyaletin desteyi ile Turkmen Cubuqlu tayfasi ile qarsi qarsiya geldi Neticede turkmenleri meglub ederek Dulberiq Agtac Iltemur Salduz eyaletlerini ele keciren Emir Seyfeddin Mukri kurdlerinin erazisini genislendirdi Emir Seyfeddinin olumunden sonra iki oglu Sarom ve Baba Omer hakimiyyeti oz aralarinda bolduler Sarom xan haqqinda Sefevi qaynaqlarinda bir sira melumatlar var Xandemir Yehya Qezvini Qaffari Kasani Hesen bey Rumlu ve bir sira muellifler ondan Sarom u Kurd kimi behs edibler Alemara yi Sefevi eserinde ise Sarom xanin Yezidi kurdu oldugu qeyd edilir Usyanin baslamasiYeni yaranmis Sefevi dovletinin daxilinde bir sira itaetsizlik Sah Ismayil hakimiyyetine qarsi usya hallari bas verirdi 1504 cu ilin sonlari 1505 ci ilin evvelerinde Sah Ismayil Yezd seherini zebt etmis qiyamci Eberqu hakimi ve 10 minlik kerhi tayfasinin bascisi Reis Mehemmed Kerhini meglubiyyete ugradir Sah onu ve 7 nefere yaxin silahdasini esir alaraq Isfahanda edam etdirir Bu zaman Mehemmed Kerhinin basqaldirdigi xeberini esiden Sarom xan Sah Ismayilin Yezdin cenubuna yurusunden istifade edib 40 minlik ordu ile Tebrize hucum etmek meqsedile Sah Ismayilin qardasi Ibrahim Mirzenin uzerine Urmiya eline dogru yeriyir Sir Saromun Tebriz uzerine yurus xeberi alinan kimi Sultan Ibrahim mektub yazib Sah Ismayila gonderdi ve ondan bu hucumun qarsisinin alinmasi ucun komek istedi Sah Sarom xanin Urmiya qalasini muhasire aldigini esidende 3000 neferlik ordunu Sari Huseyn Samli ile birlikde Tebrize gonderir Bu erefede Sarom xan artiq 1 ay idi ki qalani muhasirede saxlayirdi Qala Qaragune sultanin basciligi ile 300 nefer terefinden mudafie olunurdu Qaragune sultan artiq mubarizeni davam etdire bilmeyeceyini anlayib Sarom xanin yanina elci gonderir ve qaladan cixib Tebrize getemek ucun yol vermesini teleb edir Sarom xan ona ailesi ile birge getmeye icaze vereceyine soz verir Lakin Qaragune sultan ve ailesi qaladan cixdiqlari anda qetle yetirilir Sarom xanin Urmiya qalasini tutmasi xeberini esiden Sultan Ibrahim Mirze Tebrize dogru hereket edir Sahzade burada Sari Eli bey Mohrdar ile gorusur Sari Eli bey Mohrdar qerara gelir ki Sarom xani ve qosunlarini Tebrizde deyil seherden kenarda basqa bir erazide qarsilasin Eks teqdirde sehere boyuk ziyan deye bilerdi Cunki Tebriz etrafinda mohkem qala divarlari yoxidi Neticede Sari Elinin serencaminda olan 3 min neferlik deste Sultan Ibrahimin serencaminda olan 4 min neferlik deste doyuse hazir veziyyete getirildi Bundan basqa Sari Eli ile Sultan Ibrahimin qerarina esasen 3 min neferlik basqa bir qosun destesi de Tebriz sakinlerinden toplandi Butunlukde 10 min neferlik qosun destesi Tebrizi terk ederek Selmasa istiqamet goturdu DoyusMenbelerin yazdigi melumatlara esasen Kurd qosunlari terefinden meydana Sir Saromun ovladlari cixdilar ve onlar qizilbaslarin igidleri ile qarsilasdilar Bu qarsilasmada Sultan Ibrahimin ozunun de xususi sucaer gosterdiyi ve Sir Saromun iki ovladinin mehz onun terefinden qetle yetirildiyi bildirilir Alemara yi Sefevi ve Alemara yi Sah Ismayil eserlerinde mueyyen ferqli meqamlari olmaqla bu qarsilasmanin genis tesviri verilmisdir Alemara yi Sefeviye gore oglunun qetlini esiden Sarom xan Sultan Ibrahime seni oldurub qardasinin ureyini yandiracam cunki sen de menim ureyimi ovlad agrisi ile yandirdin deyir Terefler arasinda uzun ceken mubarize neticesinde Sultan Ibrahim yaralanir Bunu goren qizilbaslar doyus meydanina hucum cekir Doyus gunorta vaxtlarina qeder davam edir Neticede Sarom xanin rehberliyinde kurd qosunlari meglub olur Qizilbaslar sahzadeni de goturub Tebrizin cenubuna yola dusurler Alemara yi Sefevi de Sarom xanin meglubiyyeti bele tesvir olunur Sarom xan oradaki kurdlere sitem edib Ey namerd surusu sizin dordde biriniz qeder olan bir nece Qizilbas sizden 3000 neferi oldurdu Onlarin qarsisini kesmediniz oglumun qisasini almadiniz Onlar ise cavabinda Qizilbaslar insan deyil onlarin bedenleri polad uzerine neqs edilib Gormediniz mi nece and icerek qilinc oynadirlar Menbelerde bu doyusden sonra terefler arasinda ikinci bir qarsidurmanin oldugu barede melumatlar oz eksini tapir Doyus meydanindaki hadiselerden xeber tutan Sah Ismayil narahatciliq icerisinde Tebrize dogru herekete etmeyi qerara alir Qezvine catanda Sah Ismayil xeber tutur ki Gilanda da qarisiqliq yaranmisdir Bele ki Agqoyunlu Elvend Mirze ile doyusden qacan 4000 nefer turkmen Gilana dogru yola cixmisdi Mehz bu vaxt Sah Ismayil qerara aldi ki helelik Sultan Ibrahimin komeyine Ebdi bey Samlinin rehberliyi altinda 6 min neferlik deste gondersin ozu ise Gilana yollansin ve orada veziyyeti sabitlesdirsin Ikinci gun Sarom xan yeniden doyus meydanina enir ve terefler oz yerlerini tuturlar Sarom xanin diger oglu Erduvan bey atasindan icaze alib meydana cixir ve qarsisina adam teleb edir Sahzade yarali oldugu ucun onun qarsisina Ebdi bey Samli cixir Qarsiliqli mubarizede Ebdi bey yaralanir Erduvan bey onun basini kesmek ucun eyildikde oglu Durmus xan doyus meydanina atilir Qilinc zerbesi ile Erduvan beyi qetle yetirir Sarom xan oglunun oldurulduyunu gordukde ozunu Durmus xanin ustune atdi butun qezebini toplayaraq qilincinin zerbesini Durmus xanin ustune yoneltdi Bu zerbe o qeder agir idi ki Durmus xanin mudafie olunmaga calisdigi qalxanini parcalayaraq onu yaraladi Bununla bele Durmus xan doyus meydanini terk etmedi ve butun qizilbaslari da doyuse ruhlandirmaq ucun yarasini saritdirib ozunu yeniden meydana atdi Bu zaman doyus kurd ordusunun ustunluyu ile davam edirdi Sah Ismayil Gilanda isleri qaydasina qoyduqdan sonra Erdebile buradan ise Tebrize teref yola dusur Tebrize geldikde qizilbaslarin doyusde cetin veziyyete dusduklerini oyrenir Sah Ismayil oz destesi ile qizilbaslarin komeyine catir Sah Ismayilin qosun destesinin yetismesi doyus meydanindaki veziyyeti tamamile deyisdi ve herbi tesebbus qizilbaslarin eline kecdi Doyus Sarom xanin rehberliyinde kurd qosunun meglubiyyeti ile neticelendi Isgender bey Munsi Tarix i alemara yi Abbasi eserinde ise Kurd qosunlarinin Tebriz uzerine yurusu muxteser olaraq asagidaki kimi tesvir edilmisdir O biri ilin baharinda Sah Ismayil Hemedan yaylagina getdi Qisi Xoy ve Selmasda kecirdi Urumi vilayetine gelmis ve memleketin kenarlarina el uzatmis kurd Ser Saromun fitnesi Bayram bey Qaramanlunun ve Xelifetulxulefa adi ile meshur olan Xadim beyin seyleri ile aradan qalxdi Onlar Saromun iki qardasini oglunu ve serdarlarinin coxusunu ele kecirib agir ezablarla cezalandirdilar onun butun eli ulusu hadiselerin taracina getdi Durmus xanin atasi Ebdi bey Samlu ve Sari Eli Mohurdar Tekelu bu seferde helak oldular Netice Alemara yi Sefevi eserinde Sarom xanin doyus meydaninda Sah Ismayil terefinden oldurulduyu bildirilse de menbelerde bu haqda melumatlar muxtelifdir Seref xan Bitlisi Sarom xanin diger kurd hakimlerle birlikde Osmanli torpaqlarina Sultan Selimin yanina qacdigini yazir Muellif qeyd edir ki Sultan Suleyman Osmanli taxtina cixdigi zaman Sarom xan ona da oz sedaqetini teqdim edir ve xahis edir ki atasina mensub torpaqlar iqta kimi ona verilsin Lakin emr imzalandiqdan bir muddet sonra Sarom xan vefat edir Basqa bir menbede ise qizilbaslarin Sarom xanin dusergesine hucum edib onu ve terefdarlarini esir goturdukleri ve daha sonra isgence edilib oldurulduyu qeyd olunub Sah Ismayil ehtimal ki Sarom xan Mukri ile doyusdukden bir il sonra Kurdustana dogru yola cixir Buradan Maras uzerine yurus edib ve Maras hokmdari Elauddovle Zulqediri meglub etdikden sonra Diyarbekire teref gedir IstinadlarBitlisi 1971 seh 325 Musali 2006 seh 67 Suleymanov 2018 seh 219 Munsi 2009 seh 72 Alemara yi Sefevi seh 104 Alemara yi Sefevi seh 105 Suleymanov 2018 seh 220 Suleymanov 2018 seh 221 Munsi 2009 seh 75 Nuri 2021 seh 87 Nuri 2021 seh 88MenbeMehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Namiq Musali Azerbaycan Sefeviler dovleti I Sah Ismayilin hakimiyyeti dovrunde Alemara yi Sah Ismayil eseri esasinda Baki 2006 Isgender bey Munsi Oqtay Efendiyev Namiq Musali tercume Tarix i Alemara yi Abbasi I Baki 2009 Seref xan Bitlisi Serefname Istanbul Osmanbey Matbaasi 1971 Cefer Nuri Firudin Nuri Ercan Gumus tercume Sah I Ismailin Kurt Emir ve Liderlerinin Isyanina Yaklasimina Dair Bir Degerlendirme Istanbul Hiper Yayin 2021 85 95 Anonim red Yedullah Sukru Alem ara yi Sefevi Tehran Intisarat i Ittilat 1363