Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur.
Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır.
Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı. Buradakı təhsilini sona qədər davam etdirə bilməyən iç oğlanlar eyni şəkildə, çıxma olaraq müxtəlif hərbi vəzifələrə gətirilirdi.
Əndərunun ilk iki pilləsi olan Böyük və Kiçik odalar, (Səadət darvazasından) içəridə uyğun olaraq, sağda və solda yerləşirdi. Bu mərhələlərə acemi oğlanlar məktəbindən olan qabiliyyətli və bacarıqlı məzun gənclər alınırdı. Bu gənclər İslam dini və mədəniyyəti, türkcə, ərəbcə və farsca dərslər alır, güləş, tullanma, qaçış, oxçuluq kimi idman təlimlərinə də qatılırdılar. Bu siniflərdə oxuyanlar "dolama" adlanan bir növ cübbə geyindiyi üçün, bunlara çox vaxt "dolamalı" da deyilirdi. Bu gənclər təxminən 15 yaşlarında olurdular. Bu siniflərdə həmçinin gənclərə müəyyən məsələlərdə kömək edən və yol göstərən lələlər də olurdu. Böyük odanın əhalisi 100, Kiçik odanın əhalisi isə 60 ikən, XVII əsrdə ümumi say 258 olmuşdur. Bu iki sinif 1675-ci ildə ləğv edilmişdir. Əndərunun üçüncü sinfi Şahinçilər sinfi idi. 40-a yaxın gəncin təhsil aldığı bu sinif isə IV Mehmed dövründə ləğv edilmişdir.
Əndərunun dördüncü sinfi olan Səfərlilər sinfi 1635-ci ildə IV Murad tərəfindən təsis olunmuşdur. Əvvəllər Əndərun əhalisinin camaşırlarını yuyub-təmizləməklə vəzifələndirilən bu sinifdəkilər, daha sonra musiqişünas, xanəndə, pəhləvan, bərbər və s. peşələr üzrə yetişdirilmişdir. Saraydakı dilsizlər, təlxəklər və cücələr də bu sinifdə yetişdirilmişdir. Səfərlilər sinfində təxminən 100 nəfər gənc təhsil alır, bu sinfin iç oğlanları çıxmalar əsnasında daha çox sipahi dəstələrinə verilirdi.
Anbar odası Fateh Sultan Mehmed dövründə qurulmuşdur. Padşaha yemək xidməti məhz bu sinif tərəfindən göstərilirdi. Burada olan iç oğlanlar hökmdarların və hərəmin çörək, ət, qoz-fındıq, şirniyyat, şərbət kimi hər cür qida və içki ehtiyacını hazırlayır və qoruyurdu. Saraydakı otaqların və məscidlərin şamları da bu oda tərəfindən təmin olunurdu. Odaya mənsub tələbə sayı 30 idi. Buradakı gənclər çıxmalar əsnasında daha çox qapıqulu süvari dəstələrinə verilirdi.
Xəzinə odası da Fateh Sultan Mehmed tərəfindən təsis olunmuşdur. Buranın rəhbəri və xəzinə kəndxudası idi. sarayın ən nüfuzlu vəzifəlilərindən idi. Sarayda xidmət edən və sayı 2000-ə yaxın sənətkarların da rəhbəri olan Əndərun xəzinəsinin və saraya aid olan zəvahiratın və qiymətli əşyaların qorunmasında da məsuliyyət daşıyırdı. Sülh və müharibə şəraitlərində padşahın yanından ayrılmırdı. Bu bölmənin üzvlərinin sayı vaxtilə 150-yə qədər artmışdır. Buradan çıxma alan gənclər qapıqulu süvari dəstələrinə, mütəfərrikalığa və çeşnigirliyə alınırdı.
Xas oda Əndərunun ən yüksək mərhələsi idi və yenə II Mehmed tərəfindən qurulmuşdur. Xas odanın 4 yüksək rütbəlisi isə xas odabaşı, silahdar, çuxadar və rikabdar idi. Xas odanın ümumi üzv sayı 40 idi. Xas odalıların vəzifələri Hırka-i Səadət otağını təmizləmək və müqəddəs əmanətləri qorumaq idi. Padşah müəzzini, katibi, qəhvəçisi, baş çavuşu da bu sinifə aid edilirdi. Hərəmə bitişik olan Mabeyn otağında yerləşən bu sinifdən çıxmalar daha sonra vəzifə müddətlərinə görə, önəmli vəzifələrə gətirilirdi. Bu təyinatlar müəyyən ardıcıllığa və ənənəyə uyğun şəkildə aparılırdı. Ancaq bəzən padşahlar bu ənənəyə zidd olan təyinlər də etmişdir. Bunlara ən önəmli misal isə Sultan Süleyman Qanuninin xas odabaşı olan İbrahim ağanın sədarətə gətirilməsidir.
Mənbə
- D’Ohsson, Tableau général, VII, 34–56;
- Hızır İlyas, Letâif-i Enderûn, İstanbul 1276;
- Atâ Bey, Târih-i Atâ (Târih-i Enderûn), İstanbul 1293;
- B. Miller, The Palace School of Muhammed the Conqueror, Cambridge 1941;
- Uzunçarşılı, Saray Teşkilâtı, s. 297–357;
- Fethi İsfendiyaroğlu, Galata Sarayı Tarihi, İstanbul 1952;
- İsmail H. Baykal, Enderun Mektebi Tarihi, İstanbul 1953;
- Rycaut London 1968), s. 25–33;
- Ülker Akkutay, Enderun Mektebi, Ankara 1984;
- Albert Howe Lybyer, Kanuni Sultan Süleyman Devrinde Osmanlı İmparatorluğu’nun Yönetimi (trc. Seçkin Cılızoğlu), İstanbul 1987, s. 73–80;
- İsmet Parmaksızoğlu, "Enderun Mektebi", TA, XV, 193;
- a.mlf., "Enderun-i Hümayun", a.e., XV, 193–196;
- Ülkü Altındağ, "Topkapı Sarayı", Sanat, Topkapı Sarayı Müzesi, sy. 7, Ankara 1982, s. 12–43;
- a.mlf., "Hasoda Teşkilatı", Türk Etnografya Dergisi, sy. 14, İstanbul 1974, s. 97–113;
- V. J. Parry, "Enderun", EI² (İng.), II, 697–698;
- C. E. Bosworth, "Khâss Oda", a.e., IV, 1097.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Enderun Osmanlica اندرون Osmanli imperiyasinda sarayda burokratik ve herbi sahede ixtisasli kadrlar yetisdiren tehsil qurumudur Topqapi sarayindaki Enderun kitabxanasi Osmanli dovletinde XV esrin ortalarindan etibaren medreseler istisna olmaqla en onemli resmi tehsil qurumu idi Esasen mulki ve herbi idarecilerin hazirlandigi bu mekteb Osmanlida merkezi ve regional burokratiya ucun lazimi insan resurlarini formalasdirirdi Enderun tehsil sistemi II Murad dovrunde Edirne sarayinda tesis olunmus II Mehmed dovrunde ise tamamlanmisdir Adeten aileleriyle elaqeleri tamamile kesilen ve devsirilen usaqlar Enderuna alinmazdan evvel mueyyen bir telimden kecirilirdi Xristian ailelerden alinan bu usaqlar evvelce turk ailelerinin yaninda turkceni Islami esaslari ve esas telim terbiyeni oyrenir daha sonra Edirne Qalata Ibrahim Pasa saraylarinin birinde oz qabiliyyetlerine uygun dersler alirdilar Bu usaqlara acemi oglanlar yeni nasi oglanlar deyilirdi Acemi oglanlar buradaki tehsillerini bitirdikden sonra cikma adi altinda muxtelif herbi vezifelere getirilirdi Daha bacariqli olanlar ise nisbeten yuksek telim almaq ucun Enderuna alinirdi Enderundaki tehsil Boyuk ve Kicik odalar Sahinciler sinfi Seferliler sinfi Anbar odasi Xezine odasi ve Has oda olmaq uzre 7 merheleye ayrilmisdi Buradaki tehsilini sona qeder davam etdire bilmeyen ic oglanlar eyni sekilde cixma olaraq muxtelif herbi vezifelere getirilirdi Enderunun ilk iki pillesi olan Boyuk ve Kicik odalar Seadet darvazasindan iceride uygun olaraq sagda ve solda yerlesirdi Bu merhelelere acemi oglanlar mektebinden olan qabiliyyetli ve bacariqli mezun gencler alinirdi Bu gencler Islam dini ve medeniyyeti turkce erebce ve farsca dersler alir gules tullanma qacis oxculuq kimi idman telimlerine de qatilirdilar Bu siniflerde oxuyanlar dolama adlanan bir nov cubbe geyindiyi ucun bunlara cox vaxt dolamali da deyilirdi Bu gencler texminen 15 yaslarinda olurdular Bu siniflerde hemcinin genclere mueyyen meselelerde komek eden ve yol gosteren leleler de olurdu Boyuk odanin ehalisi 100 Kicik odanin ehalisi ise 60 iken XVII esrde umumi say 258 olmusdur Bu iki sinif 1675 ci ilde legv edilmisdir Enderunun ucuncu sinfi Sahinciler sinfi idi 40 a yaxin gencin tehsil aldigi bu sinif ise IV Mehmed dovrunde legv edilmisdir Enderunun dorduncu sinfi olan Seferliler sinfi 1635 ci ilde IV Murad terefinden tesis olunmusdur Evveller Enderun ehalisinin camasirlarini yuyub temizlemekle vezifelendirilen bu sinifdekiler daha sonra musiqisunas xanende pehlevan berber ve s peseler uzre yetisdirilmisdir Saraydaki dilsizler telxekler ve cuceler de bu sinifde yetisdirilmisdir Seferliler sinfinde texminen 100 nefer genc tehsil alir bu sinfin ic oglanlari cixmalar esnasinda daha cox sipahi destelerine verilirdi Anbar odasi Fateh Sultan Mehmed dovrunde qurulmusdur Padsaha yemek xidmeti mehz bu sinif terefinden gosterilirdi Burada olan ic oglanlar hokmdarlarin ve heremin corek et qoz findiq sirniyyat serbet kimi her cur qida ve icki ehtiyacini hazirlayir ve qoruyurdu Saraydaki otaqlarin ve mescidlerin samlari da bu oda terefinden temin olunurdu Odaya mensub telebe sayi 30 idi Buradaki gencler cixmalar esnasinda daha cox qapiqulu suvari destelerine verilirdi Xezine odasi da Fateh Sultan Mehmed terefinden tesis olunmusdur Buranin rehberi ve xezine kendxudasi idi sarayin en nufuzlu vezifelilerinden idi Sarayda xidmet eden ve sayi 2000 e yaxin senetkarlarin da rehberi olan Enderun xezinesinin ve saraya aid olan zevahiratin ve qiymetli esyalarin qorunmasinda da mesuliyyet dasiyirdi Sulh ve muharibe seraitlerinde padsahin yanindan ayrilmirdi Bu bolmenin uzvlerinin sayi vaxtile 150 ye qeder artmisdir Buradan cixma alan gencler qapiqulu suvari destelerine muteferrikaliga ve cesnigirliye alinirdi Xas oda Enderunun en yuksek merhelesi idi ve yene II Mehmed terefinden qurulmusdur Xas odanin 4 yuksek rutbelisi ise xas odabasi silahdar cuxadar ve rikabdar idi Xas odanin umumi uzv sayi 40 idi Xas odalilarin vezifeleri Hirka i Seadet otagini temizlemek ve muqeddes emanetleri qorumaq idi Padsah muezzini katibi qehvecisi bas cavusu da bu sinife aid edilirdi Hereme bitisik olan Mabeyn otaginda yerlesen bu sinifden cixmalar daha sonra vezife muddetlerine gore onemli vezifelere getirilirdi Bu teyinatlar mueyyen ardicilliga ve eneneye uygun sekilde aparilirdi Ancaq bezen padsahlar bu eneneye zidd olan teyinler de etmisdir Bunlara en onemli misal ise Sultan Suleyman Qanuninin xas odabasi olan Ibrahim aganin sedarete getirilmesidir MenbeD Ohsson Tableau general VII 34 56 Hizir Ilyas Letaif i Enderun Istanbul 1276 Ata Bey Tarih i Ata Tarih i Enderun Istanbul 1293 B Miller The Palace School of Muhammed the Conqueror Cambridge 1941 Uzuncarsili Saray Teskilati s 297 357 Fethi Isfendiyaroglu Galata Sarayi Tarihi Istanbul 1952 Ismail H Baykal Enderun Mektebi Tarihi Istanbul 1953 Rycaut London 1968 s 25 33 Ulker Akkutay Enderun Mektebi Ankara 1984 Albert Howe Lybyer Kanuni Sultan Suleyman Devrinde Osmanli Imparatorlugu nun Yonetimi trc Seckin Cilizoglu Istanbul 1987 s 73 80 Ismet Parmaksizoglu Enderun Mektebi TA XV 193 a mlf Enderun i Humayun a e XV 193 196 Ulku Altindag Topkapi Sarayi Sanat Topkapi Sarayi Muzesi sy 7 Ankara 1982 s 12 43 a mlf Hasoda Teskilati Turk Etnografya Dergisi sy 14 Istanbul 1974 s 97 113 V J Parry Enderun EI Ing II 697 698 C E Bosworth Khass Oda a e IV 1097