Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı – 21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Herseqli Əhməd Paşa | |
---|---|
serb. Ахмед-паша Херцеговић osman. هرسك زاده احمد پاشا | |
Əvvəlki | Qoca Davud Paşa |
Sonrakı | Çandarlı II İbrahim Paşa |
Əvvəlki | Hadım Əli Paşa |
Sonrakı | Hadım Əli Paşa |
Əvvəlki | Hadım Əli Paşa |
Sonrakı | Qoca Mustafa Paşa |
Əvvəlki | Qoca Mustafa Paşa |
Sonrakı | Dukakinoğlu Əhməd Paşa |
Əvvəlki | Hadım Sənan Paşa |
Sonrakı | Hadım Sənan Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1455 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 1517 (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | zabit, monarx |
Atası | Stefan Tomasoviç |
Anası | |
Həyat yoldaşı | Hundi Sultan |
Dini | Sünni, İslam |
Rütbəsi | Admiral |
Həyatı
1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir.
Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi. 1478-ci ildə tərtib edilən İşkodra səfərinə bu ünvanla qatıldı. Səfərdə yaşanan çətinliklər əsnasında Fateh Sultan Mehmedi həbsdə tutulan Gədik Əhməd Paşanı azadlığa buraxmağa təlkin etmiş, nəticədə Gədik Əhməd Paşa kaptan-ı dəryalığa təyin edilmişdi. Bir müddət sonra Həmid-eli sancaqbəyi təyin edilən Herseqli Əhməd, Fateh Sultan Mehmedin vəfatının ardından 1481-ci ildə Hüdavəndigar sancaqbəyliyinə gətirildi. Bu əsnada başlayan taxt mübarizəsində Sultan Bəyazidi dəstəklədi. Mükafat olaraq isə Anadolu bəylərbəyliyinə gətirillərək 1484-cü ildə Sultan Bəyazidin qızı Hundi Sultanla nigahlandı. Həmin il Akkirmanın fəthiylə nəticələnən Boğdan səfərində Anadolu birlikləriylə iştirak etdi. 1485-ci ildə Məmlüklərin Osmanlı tabeliyindəki Dülqədiroğlu Əlaüddövlə bəyi məğlub edərək Kilikiyadakı bəzi qalaları ələ keçirməsinin ardından, Anadolu bəylərbəyi Herseqli Əhməd sərdar ünvanıyla onlara qarşı göndərildi. Ancaq xidmətindəki Qaragöz Paşa və Xızır bəyzadənin qısqanclıq səbəbilə ona kömək etməməsi Herseqlinin məğlub olaraq əsir düşməsiylə nəticələndi. Qahirəyə yanına aparılan Herseqli bir illik əsarətin ardından azadlığa buraxıldı. İstanbula döndükdən sonra Gəlibolu sancaqbəyi və kaptan-ı dərya olan Herseqli 1488-ci ildə vəzir Hadım Əli Paşanın Məmlüklər üzərinə çıxdığı səfərə donanmayla dəstək verdi. İdarəsindəki donanmayla Trablusşam sahillərinə hücum edən Herseqli, Məmlük qüvvələrinin quruy çıxmasını önləmək məqsədilə İskəndəruna yönəlmiş, ancaq o əsnada çıxan fırtına çox sayda gəminin batmasına səbəb olmuşdur. Adananın yenidən Məmlüklər tərəfindən ələ keçirilməsinin ardından ikinci dəfə Anadolu bəylərbəyi təyin edilən Herseqli Əhməd Paşa ertəsi ilin baharında yenidən Məmlüklər üzərinə göndərildi. Ancaq Kayseri yaxınlığında Məmlüklərə yenidən məğlub oldu. Onun bu döyüşdə ikinci dəfə əsir düşərək Qahirəyə göndərildiyi və 1491-ci ildəki sülh danışıqları əsnasında azadlığa buraxıldığı rəvayət edilsə də, dövrün yazılı mənbələri bunu yalanlayır.
1492-ci ildə Albaniya üzərinə tərtib olunan səfərə Anadolu bəylərbəyi ünvanıyla qatılan Herseqli Əhməd Paşa, bu səfər əsnasında vəzirliyə yüksəldi və 8 mart 1497-ci ildə təqaüdə göndərilən Davud Paşanın yerinə sədarətə gətirildi. Ancaq onun bu ilk sədarəti 1 il davam etdi və 1498-ci ildə yerinə Çandarlı İbrahim Paşa sədrəzəm oldu. Rütbəsi ikinci vəzirliyə salınan Herseqli Əhməd Paşa həmin il Venesiyaya müharibə edilməsinin arından tərtib olunan İnəbaxdı səfərinə qatıldı. Midilli adasının mühasirəyə alınmasının ardından ikinci dəfə sədarətə gətirildi və dərhal donanmayla birlikdə yardıma göndərildi. Manisa sancaqbəyi Şahzadə Qorqudun da yardımıyla mühasirəni dağıdan Osmanlı birlikləri adanı azad etdi. Çox keçmədən öz istəyilə sədarətdən çəkildi (1506). 10 mart 1506-cı ildə Gəlibolu sancaqbəyliyi ilə yenidən kaptan-ı dərya oldu və uzun müddət bu vəzifədə qaldı.
Sədrəzəm Hadım Əli Paşanın şəhid düşməsinin ardından, Herseqli Əhməd Paşa 2 iyul 1511-ci ildə üçüncü dəfə sədarətə gətirildi. Ancaq bu dəfəki sədarəti cəmi 3 ay davam etdi. Sultan Bəyazidin oğulları ilə girdiyi taxt mübarizəsində qoca sultanı dəstəklədi və onun oğullarından hansısa birinin lehinə taxtdan çəkilməsinə qarşı çıxdı. Bu səbəblə Şahzadə Səlim tərəfdarı olan yeniçərilərin ayaqlanması əsnasında onun köşkü də hücum edilərək yağmalanmış, Herseqli Əhməd Paşa son anda qaçıb saraya sığınmışdır. Bu səbəblə 21 sentyabrda vəzifədən alınaraq yerinə Qoca Mustafa Paşa sədarətə gətirildi.
Yavuz Sultan Səlimin taxta çıxması və qardaşı Şahzadə Əhmədi dəstəkləyən Qoca Mustafa Paşanı edam etməsinin ardından Herseqli Əhməd Paşa dördüncü dəfə sədarətə gətirildi (23 noyabr 1512). Onun bu sədarət dönəmi Səfəvilərə qarşı aparılan hərbi əməliyyatlarla səciyyələnir. Çaldıran müharibəsində Yavuz Sultan Səlimlə birlikdə ordunun mərkəzində yer alan Herseqli Əhməd Paşa, geri dönüş yolunda ikən çıxan yeniçəri üsyanı səbəbilə vəzifədən alındı (28 oktyabr 1514). Dukakinzadə Əhməd Paşa və Hadım Sənan Paşanın sədarətlərinin ardından Yavuz Sultan Səlim onu yenidən bu vəzifəyə təyin etmək istədi. Herseqli Əhməd Paşa yaşlılığını səbəb göstərərək bu təklifi geri çevirsə də, 8 sentyabr 1515-ci ildə beşinci dəfə sədarətə gətirildi. O əsnada Bursada olan Herseqli Ədirnəyə gələrək sədarət möhrünü təslim aldı. Ancaq cəmi 7 ay sonra vəzifədən alındı. Buna səbəb isə Səfəvilərin Çaldırandakı məğlubiyyətinin ardından yenidən güclənərək Diyarbəkiri mühasirəyə alması oldu. Rəvayətə görə, Yavuz Sultan Səlim, saraya çağırdığı yaşlı sədrəzəmin başına bir neçə yumruq vuraraq onu vəzifədən almış, ardından Yeddiqüllə zindanlarına həbs etdirmişdir (26 aprel 1516). Ancaq yeni sədrəzəm Hadım Sənan Paşanın xahişiylə, həbsdən azad edildi.
Misir səfəri əsnasında Bursa şəhərinin mühafizəsiylə vəzifələndirilən Herseqli Əhməd Paşa, Yavuz Sultan Səlimin Qahirəyə daxil olmasının ardından Misirə çağırıldı və sərdarlığa təyin edildi. 29 iyun 1517-ci ildə Qahirədən ayrılan Herseqli Əhməd Paşa 21 iyulda Qəhrəmanmaraş yaxınlığında vəfat etdi. Cənazəsi İzmit körfəzindəki Herseq qəsəbəsinə gətirilərək öz adına inşa etdirdiyi məscidin türbəsinə dəfn edildi.
Herseqli Əhməd Paşanın Hundi Sultanla olan nigahından 4 övladı — Sultanzadə Musa bəy, Sultanzadə Mustafa bəy, Qəmərşah xanım Sultan, Hümaşah xanım Sultan (ö. 1551) dünyaya gəldi. Oğlu Mustafa bəy 1533-cü ildə Bozox sancaqbəyi təyin edilmişdir.
Mənbə
- M. Ahmed Simsar, The Waqfiyah of ’Aḥmed Pāšā, London 1940.
- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 128, 211.
- Osmanlılarda Divân-Bürokrasi-Ahkâm: II. Bâyezid Dönemine Ait 906/1501 Tarihli Ahkâm Defteri (haz. İlhan Şahin – Feridun Emecen), İstanbul 1994, s. 43, 91, 100.
- Uzun Firdevsî, Kutb-nâme (haz. İbrahim Olgun – İsmet Parmaksızoğlu), Ankara 1980, s. 169–189.
- T. Spandouyn Cantacasin, Petit traicté de l’origine des turcqz, Paris 1986, s. XLVI.
- Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeâtü’s-selâtin içinde), İstanbul 1274, I, 468–470, 473, 476, 491.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VIII, 57–58, 79, 100–103, 108, 125, 126, 186, 219, 282–283.
- Haniwaldanus Anonimine Göre Sultan Bayezid-i Veli (haz. R. F. Kreutel, trc. Necdet Öztürk), İstanbul 1997, s. 17, 20.
- Evliya Çelebi, Seyahatnâme, III, 4; V, 325.
- Yûsuf, Selimnâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2148, tür.yer.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, tür.yer.
- Jean d’Auton, Chronique de Louis XII, Paris 1889–1895, II, 76 vd.
- Cizyedarzâde Ahmed, Târih, Süleymaniye Ktp., Esad Efendi, nr. 2403, vr. 246a-b.
- Hadîkatü’l-vüzerâ, s. 16 vd.
- Hammer (Atâ Bey), IV, tür.yer.
- Sicill-i Osmânî, I, 195.
- Fuat Gücüyener, Yavuz Sultan Selim, İstanbul 1945, I–II, tür.yer.
- Uzunçarşılı, Osmanlı Tarihi, II, 535–537, 539, 540, 543, ayrıca bk. tür.yer.
- Danişmend, Kronoloji, I–II, tür.yer.
- F. Babinger, Mahomet II. Le conquérant et son temps, Paris 1954, s. 315.
- Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 391–393, 476.
- Selâhattin Tansel, Sultan II. Bâyezit’in Siyasî Hayatı, İstanbul 1966, tür.yer.
- a.mlf., Yavuz Sultan Selim, İstanbul 1969, s. 53, 86, 119–120.
- Erdmute Heller, Venedische Quellen zur Lebensgeschichte des Ahmed Pasa Hersekoghlu, München 1961.
- H. Reindl [Kiel], Männer um Bāyezīd: Eine prosopogaphische Studie über die Epoche Sultan Bāyezīds II (1481–1512), Berlin 1983, s. 129–146.
- Halil Edhem, "Hersekoğlu Ahmed Paşa’nın Esâretine Dâir Kahire’de Bir Kitâbe", TOEM, V/28 (1330), s. 200–222; V/29 (1330), s. 272–295.
- Şehabeddin Tekindağ, "II. Bayezid Devrinde Çukurova’da Nüfûz Mücadelesi", TTK Belleten, XXXI/123 (1967), s. 355–358.
- H. Šabanović, "Hersekzāde Ahmed Pas̲h̲a", EI2 (İng.), III, 340–342.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Herseqli Ehmed Pasa 23 dekabr 1455 Herseq Novi Bosniya Kralligi 21 iyul 1517 Qehremanmaras Zulqederogullari beyliyi II Beyazid ve Yavuz Sultan Selim seltenetlerinde sedrezem olmus Osmanli dovlet adami Herseqli Ehmed Pasaserb Ahmed pasha Hercegoviћ osman هرسك زاده احمد پاشاOsmanli sedrezemiEvvelkiQoca Davud PasaSonrakiCandarli II Ibrahim PasaOsmanli sedrezemiEvvelkiHadim Eli PasaSonrakiHadim Eli PasaOsmanli sedrezemiEvvelkiHadim Eli PasaSonrakiQoca Mustafa PasaOsmanli sedrezemiEvvelkiQoca Mustafa PasaSonrakiDukakinoglu Ehmed PasaOsmanli sedrezemiEvvelkiHadim Senan PasaSonrakiHadim Senan PasaSexsi melumatlarDogum tarixi 23 dekabr 1455Dogum yeri Herseq Novi Bosniya KralligiVefat tarixi 21 iyul 1517 61 yasinda Vefat yeri Qehremanmaras Zulqederogullari beyliyiFealiyyeti zabit monarxAtasi Stefan TomasovicAnasiHeyat yoldasi Hundi SultanDini Sunni IslamRutbesi AdmiralHeyati1455 ci ilde Herseq Novide dunyaya geldi Esl adi Stjepa olub sonuncu Bosniya krali Stefan Tomasovicin en kicik ogludur Fateh Sultan Mehmedin Bosniyani feth etmesinin ardindan atasi Osmanli tebeeliyini qebul etmis o esnada 8 yasinda olan Stjepa esir olaraq Osmanli sarayina gonderilmisdi Ancaq 3 il sonra atasi vefat etmis qardaslari Vladislav ve Vlatko arasindaki taxt mubarizesinin ardindan Herseqovina bolgesi tamamile Osmanlilarin eline kecmisdir Bu sebeble artiq siyasi movqeyini itiren Stjepan saray xidmetine alindi Adi Ehmed olaraq deyisdirildi ve ailesinin memleketi Herseqovinaya nisbetle Herseqli olaraq anilmaga baslandi Onunla eyni donemde yasayan tarixci Kamalpasazade ise Herseqlinin saray alinmasini basqa formada tesvir edir Onun yazdigina gore Fateh Sultan Mehmed Herseqovinani ele kecirdiyi esnada kral Stefan ve boyuk oglu qacmis Dubrovnikde qalan kicik oglu Stjepan ise Osmanlilar terefinden ele kecirilerek saraya gonderilmisdir Fateh Sultan Mehmedin etibarini qazanan Herseqli Ehmed sarayda muxtelif vezifelerde xidmet ederek miralemliye qeder yukseldi 1478 ci ilde tertib edilen Iskodra seferine bu unvanla qatildi Seferde yasanan cetinlikler esnasinda Fateh Sultan Mehmedi hebsde tutulan Gedik Ehmed Pasani azadliga buraxmaga telkin etmis neticede Gedik Ehmed Pasa kaptan i deryaliga teyin edilmisdi Bir muddet sonra Hemid eli sancaqbeyi teyin edilen Herseqli Ehmed Fateh Sultan Mehmedin vefatinin ardindan 1481 ci ilde Hudavendigar sancaqbeyliyine getirildi Bu esnada baslayan taxt mubarizesinde Sultan Beyazidi destekledi Mukafat olaraq ise Anadolu beylerbeyliyine getirillerek 1484 cu ilde Sultan Beyazidin qizi Hundi Sultanla nigahlandi Hemin il Akkirmanin fethiyle neticelenen Bogdan seferinde Anadolu birlikleriyle istirak etdi 1485 ci ilde Memluklerin Osmanli tabeliyindeki Dulqediroglu Elauddovle beyi meglub ederek Kilikiyadaki bezi qalalari ele kecirmesinin ardindan Anadolu beylerbeyi Herseqli Ehmed serdar unvaniyla onlara qarsi gonderildi Ancaq xidmetindeki Qaragoz Pasa ve Xizir beyzadenin qisqancliq sebebile ona komek etmemesi Herseqlinin meglub olaraq esir dusmesiyle neticelendi Qahireye yanina aparilan Herseqli bir illik esaretin ardindan azadliga buraxildi Istanbula dondukden sonra Gelibolu sancaqbeyi ve kaptan i derya olan Herseqli 1488 ci ilde vezir Hadim Eli Pasanin Memlukler uzerine cixdigi sefere donanmayla destek verdi Idaresindeki donanmayla Trablussam sahillerine hucum eden Herseqli Memluk quvvelerinin quruy cixmasini onlemek meqsedile Iskenderuna yonelmis ancaq o esnada cixan firtina cox sayda geminin batmasina sebeb olmusdur Adananin yeniden Memlukler terefinden ele kecirilmesinin ardindan ikinci defe Anadolu beylerbeyi teyin edilen Herseqli Ehmed Pasa ertesi ilin baharinda yeniden Memlukler uzerine gonderildi Ancaq Kayseri yaxinliginda Memluklere yeniden meglub oldu Onun bu doyusde ikinci defe esir duserek Qahireye gonderildiyi ve 1491 ci ildeki sulh danisiqlari esnasinda azadliga buraxildigi revayet edilse de dovrun yazili menbeleri bunu yalanlayir 1492 ci ilde Albaniya uzerine tertib olunan sefere Anadolu beylerbeyi unvaniyla qatilan Herseqli Ehmed Pasa bu sefer esnasinda vezirliye yukseldi ve 8 mart 1497 ci ilde teqaude gonderilen Davud Pasanin yerine sedarete getirildi Ancaq onun bu ilk sedareti 1 il davam etdi ve 1498 ci ilde yerine Candarli Ibrahim Pasa sedrezem oldu Rutbesi ikinci vezirliye salinan Herseqli Ehmed Pasa hemin il Venesiyaya muharibe edilmesinin arindan tertib olunan Inebaxdi seferine qatildi Midilli adasinin muhasireye alinmasinin ardindan ikinci defe sedarete getirildi ve derhal donanmayla birlikde yardima gonderildi Manisa sancaqbeyi Sahzade Qorqudun da yardimiyla muhasireni dagidan Osmanli birlikleri adani azad etdi Cox kecmeden oz isteyile sedaretden cekildi 1506 10 mart 1506 ci ilde Gelibolu sancaqbeyliyi ile yeniden kaptan i derya oldu ve uzun muddet bu vezifede qaldi Sedrezem Hadim Eli Pasanin sehid dusmesinin ardindan Herseqli Ehmed Pasa 2 iyul 1511 ci ilde ucuncu defe sedarete getirildi Ancaq bu defeki sedareti cemi 3 ay davam etdi Sultan Beyazidin ogullari ile girdiyi taxt mubarizesinde qoca sultani destekledi ve onun ogullarindan hansisa birinin lehine taxtdan cekilmesine qarsi cixdi Bu sebeble Sahzade Selim terefdari olan yenicerilerin ayaqlanmasi esnasinda onun kosku de hucum edilerek yagmalanmis Herseqli Ehmed Pasa son anda qacib saraya siginmisdir Bu sebeble 21 sentyabrda vezifeden alinaraq yerine Qoca Mustafa Pasa sedarete getirildi Yavuz Sultan Selimin taxta cixmasi ve qardasi Sahzade Ehmedi destekleyen Qoca Mustafa Pasani edam etmesinin ardindan Herseqli Ehmed Pasa dorduncu defe sedarete getirildi 23 noyabr 1512 Onun bu sedaret donemi Sefevilere qarsi aparilan herbi emeliyyatlarla seciyyelenir Caldiran muharibesinde Yavuz Sultan Selimle birlikde ordunun merkezinde yer alan Herseqli Ehmed Pasa geri donus yolunda iken cixan yeniceri usyani sebebile vezifeden alindi 28 oktyabr 1514 Dukakinzade Ehmed Pasa ve Hadim Senan Pasanin sedaretlerinin ardindan Yavuz Sultan Selim onu yeniden bu vezifeye teyin etmek istedi Herseqli Ehmed Pasa yasliligini sebeb gostererek bu teklifi geri cevirse de 8 sentyabr 1515 ci ilde besinci defe sedarete getirildi O esnada Bursada olan Herseqli Edirneye gelerek sedaret mohrunu teslim aldi Ancaq cemi 7 ay sonra vezifeden alindi Buna sebeb ise Sefevilerin Caldirandaki meglubiyyetinin ardindan yeniden guclenerek Diyarbekiri muhasireye almasi oldu Revayete gore Yavuz Sultan Selim saraya cagirdigi yasli sedrezemin basina bir nece yumruq vuraraq onu vezifeden almis ardindan Yeddiqulle zindanlarina hebs etdirmisdir 26 aprel 1516 Ancaq yeni sedrezem Hadim Senan Pasanin xahisiyle hebsden azad edildi Misir seferi esnasinda Bursa seherinin muhafizesiyle vezifelendirilen Herseqli Ehmed Pasa Yavuz Sultan Selimin Qahireye daxil olmasinin ardindan Misire cagirildi ve serdarliga teyin edildi 29 iyun 1517 ci ilde Qahireden ayrilan Herseqli Ehmed Pasa 21 iyulda Qehremanmaras yaxinliginda vefat etdi Cenazesi Izmit korfezindeki Herseq qesebesine getirilerek oz adina insa etdirdiyi mescidin turbesine defn edildi Herseqli Ehmed Pasanin Hundi Sultanla olan nigahindan 4 ovladi Sultanzade Musa bey Sultanzade Mustafa bey Qemersah xanim Sultan Humasah xanim Sultan o 1551 dunyaya geldi Oglu Mustafa bey 1533 cu ilde Bozox sancaqbeyi teyin edilmisdir MenbeM Ahmed Simsar The Waqfiyah of Aḥmed Pasa London 1940 Tursun Bey Tarih i Ebu l Feth nsr Mertol Tulum Istanbul 1977 s 128 211 Osmanlilarda Divan Burokrasi Ahkam II Bayezid Donemine Ait 906 1501 Tarihli Ahkam Defteri haz Ilhan Sahin Feridun Emecen Istanbul 1994 s 43 91 100 Uzun Firdevsi Kutb name haz Ibrahim Olgun Ismet Parmaksizoglu Ankara 1980 s 169 189 T Spandouyn Cantacasin Petit traicte de l origine des turcqz Paris 1986 s XLVI Haydar Celebi Ruzname Feridun Bey Munseatu s selatin icinde Istanbul 1274 I 468 470 473 476 491 Ibn Kemal Tevarih i Al i Osman VIII 57 58 79 100 103 108 125 126 186 219 282 283 Haniwaldanus Anonimine Gore Sultan Bayezid i Veli haz R F Kreutel trc Necdet Ozturk Istanbul 1997 s 17 20 Evliya Celebi Seyahatname III 4 V 325 Yusuf Selimname Suleymaniye Ktp Esad Efendi nr 2148 tur yer Hoca Sadeddin Tacu t tevarih II tur yer Jean d Auton Chronique de Louis XII Paris 1889 1895 II 76 vd Cizyedarzade Ahmed Tarih Suleymaniye Ktp Esad Efendi nr 2403 vr 246a b Hadikatu l vuzera s 16 vd Hammer Ata Bey IV tur yer Sicill i Osmani I 195 Fuat Gucuyener Yavuz Sultan Selim Istanbul 1945 I II tur yer Uzuncarsili Osmanli Tarihi II 535 537 539 540 543 ayrica bk tur yer Danismend Kronoloji I II tur yer F Babinger Mahomet II Le conquerant et son temps Paris 1954 s 315 Gokbilgin Edirne ve Pasa Livasi s 391 393 476 Selahattin Tansel Sultan II Bayezit in Siyasi Hayati Istanbul 1966 tur yer a mlf Yavuz Sultan Selim Istanbul 1969 s 53 86 119 120 Erdmute Heller Venedische Quellen zur Lebensgeschichte des Ahmed Pasa Hersekoghlu Munchen 1961 H Reindl Kiel Manner um Bayezid Eine prosopogaphische Studie uber die Epoche Sultan Bayezids II 1481 1512 Berlin 1983 s 129 146 Halil Edhem Hersekoglu Ahmed Pasa nin Esaretine Dair Kahire de Bir Kitabe TOEM V 28 1330 s 200 222 V 29 1330 s 272 295 Sehabeddin Tekindag II Bayezid Devrinde Cukurova da Nufuz Mucadelesi TTK Belleten XXXI 123 1967 s 355 358 H Sabanovic Hersekzade Ahmed Pas h a EI2 Ing III 340 342 Istinadlar