Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şahzadə Qorqud (1467, Amasya – 13 mart 1513, Kütahya) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.
Şahzadə Qorqud | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1467 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 mart 1513 |
Vəfat yeri | Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | siyasətçi, musiqiçi |
Atası | II Bəyazid |
Anası | Nigar Xatun |
Uşaqları | Fərahşad Sultan Fatma Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Uşaqlıq illəri
Şahzadə Qorqud 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Qorqud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il babasının vəfat etməsinin ardından atası Amasyadan dərhal İstanbula yola düşdü və bu əsnada Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı.
Atasının səltənət illərində
Atasının İstanbula gəlişi və səltənəti ələ almasından sonra bir müddət İstanbulda qalan Şahzadə Qorqud 1483-cü ilin dekabrında Manisa sancaqbəyi təyin edildi və anasıyla birlikdə Manisaya yola düşdü. 1502-ci ilin ortalarına qədər bu vəzifədə qalan Şahzadə Qorqud bu müddət ərzində gəlirlərinə yeni əlavələr istəmiş, Manisa havasının səhhətinə pis təsir etdiyini bəhanə edərək atasından Berqama qalasını da tələb etmişdir. Bu müddət ərzində Midilli adasına tərtiblənən səfərə əsgər yollamışdı. Ancaq böyük qardaşı Şahzadə Əhmədin və tərəfdaşı sədrəzəm Əli Paşanın səyləriylə Şahzadə Qorqud 1502-ci ildə Manisadan alınaraq Antalya sancaqbəyliyinə göndərildi. Bu səbəblə küsən oğluyla münasibətləri yaxşılaşdırmaq istəyən Sultan Bəyazid oğluna bir çox yeni mülklər versə də, Şahzadə Qorqud yenidən Manisaya qaytarılmağı tələb etdi. Ancaq bu tələbləri yerinə gəlmədi və Antalya qalasına çəkilərək bütün taxt hüquqlarından imtina etdi. Qalan ömrünü elmlə məşğul olacağını bildirən Şahzadə Qorquda keçmiş Anadolu qazəsgərlərindən Ələddin Əli Əfəndi məsləhətçi olaraq göndərildi. Atasının göndərdiyi qazəsgərə taxta çıxmaqdan imtina etdiyini, həcc ziyarətinə getdikdən sonra qalan ömrünü elmlə məşğul olacağını bildirdi.
Ancaq atasının səylərinə baxmayaraq, Şahzadə Qorqud 87 köləsi, 49 xidmətçisi və inşa etdirdiyi 5 gəmiylə 11 may 1509-cu ildə Misirə yola düşdü. Qahirədə Məmlük sultanı Qansu Qavri tərəfindən mərasimlə qarşılansa da, həcc ziyarətinə gedə bilmədi və burada 14 ay boyunca güclü nəzarət altında qaldı. Məmlük sultanının məsləhətlərindən sonra 11 iyul 1510-cu ildə Antalyaya dönən Şahzadə Qorqud atasına və o əsnada İstanbulda yaşayan bacısı Ayşə Sultana yazdığı məktublarda səhhətinin pis olduğunu və Manisada yaşamağı tələb etdi. Əks təqdirdə yenidən Misirə gedəcəyini və ya Rodos adasına sığınacağını bildirdi. Tələblərinin qəbul edilməməsinin ardından paytaxtın icazəsi olmadan 1511-ci ilin martında Antalyanı tərk edərək Manisaya getdi. Bu əsnada bölgədə baş verən Şahqulu üsyanını yatırmaq məqsədilə yenidən Manisa sancaqbəyliyinə təyin edildi. Böyük qardaşı Şahzadə Əhməddən çəkinən Şahzadə Qorqud taxt mübarizəsində kiçik qardaşı Şahzadə Səlimi dəstəklədi və tez-tez onunla məktublaşdı. Ancaq Şahzadə Səlimin atasıyla münasibətlərinin pisləşməsi, Şahzadə Əhmədin İstanbul yaxınlığına gələrək geri dönməsi, Qaramanda qardaşı Şahzadə Şahənşahın oğlu Mehmedin özbaşına hərəkətləri onu daha da təlaşlandırdı. Can qorxusuna düşən Şahzadə Qorqud yanına bir neçə adam alaraq gizlicə İstanbula gəldi və burada yeniçərilərə sığındı.
Yeniçərilərdən gözlədiyi dəstəyi almayan Şahzadə Qorqud səltənət istəmədiyini, qardaşı Şahzadə Əhmədin taxta çıxmasına mane olmaq niyyətində olduğunu, atasının gizlicə ona göndərdiyi pulları ələ keçirərək yeniçərilərə paylayacağını elan etdi. 6 aprel 1512-ci ildə atasıyla görüşən Şahzadə Qorqud ona da öz niyyətini bildirdi və qardaşı Şahzadə Səlimi dəstəklədiyini bildirdi. Qardaşının İstanbula yaxınlaşmasının ardından Çəkməcədə onu qarşılayan Şahzadə Qorqud Ədirnəqapıya qədər onunla birlikdə gəldi. Ancaq cülus mərasimini gözləmədən gizlicə yenidən Manisaya qayıtdı.
Son illəri
Manisada qaldığı müddət ərzində qardaşı Sultan Səlimə bağlılığını bildirən Şahzadə Qorqud yazdığı məktublarda onu dəstəklədiyini, qaçıb gizlənən qardaşı Şahzadə Əhmədin ona ittifaq təklif etdiyini bildirdi. Ancaq paytaxtdakı dövlət adamlarının ona yazdığı səltənətə dəvət məktublarına müsbət cavab verməsinin ardından, Sultan Səlim 10 min nəfərlik birliklə Manisaya yürüdü. Qardaşının hücuma keçdiyini öyrənən Şahzadə Qorqud Manisanı tərk etdi və Misirə yola düşmək üçün Antalyaya qaçdı. Ancaq burada ələ keçirildi və Bursaya aparılarkən qapıçıbaşı Sənan ağa tərəfindən boğularaq öldürüldü (13 mart 1513). Cənazəsi Bursaya aparıldı və 17 martda Orxan Qazi türbəsinə dəfn edildi. Daha sonra isə məzarı Muradiyə külliyəsində digər qardaşı Şahzadə Əhməd üçün inşa edilən türbəyə daşındı.
Siyasi fəaliyyətiylə yanaşı, elmi və ədəbi fəaliyyətiylə də tanınan Şahzadə Qorqud "Harimi" təxəllüsüylə ərəbcə şeirlər yazmışdır. Fərahşad və Fatma adlı 2 qızının, özündən öncə vəfat edən bir neçə oğlunun olduğu bilinir. Oğullarından birinin 1504-cü ildə vəbadan vəfat etdiyi bilinir. Qızlarından Fərahşad Sultan saray katiblərindən Mehmed Bali Əfəndiylə evləndirilmişdir.
Mənbə
- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 189–190.
- İdrîs-i Bitlisî, Selimşahnâme (trc. Hicabi Kırlangıç), Ankara 2001, s. 87, 96–98, 113.
- Şükri-i Bitlisî, Selimnâme (haz. Mustafa Argunşah), Kayseri 1997, s. 98–103, 119–123.
- İbn İyâs, Bedâʾiʿu’z-zühûr, IV, 152 vd.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VIII, 52, 222, 233, 265–268.
- a.mlf., a.e., VIII–IX. Defter (A. Uğur, The Reign of Sultan Selim I in the Light of the Selimname Literature içinde), Berlin 1985, s. 35–36, 42–43, 62–63, 67, 75–77.
- Sehî, Tezkire (Kut), s. 106–108.
- Celâlzâde Mustafa Çelebi, Selimnâme (nşr. Ahmet Uğur – Mustafa Çuhadar), Ankara 1990, s. 71–72, 84, 93–94.
- Feridun Bey, Münşeât, I, 356–358, 373–374.
- Latîfî, Tezkire, s. 65–67.
- Mecdî, Şekāik Tercümesi, I, 310, 321, 323, 472–473.
- 16. Asırda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi (trc. Şerif Baştav), Ankara 1973, s. 184, 187, 191–192.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 196–199, 230–234.
- Kınalızâde, Tezkire, I, 109–112.
- Keşfü’ẓ-ẓunûn, II, 1228.
- Müstakimzâde, Tuhfe, s. 368.
- Selâhattin Tansel, Sultan II. Bâyezit’in Siyasî Hayatı, İstanbul 1966, s. 248–249, 252, 260–263.
- a.mlf., Yavuz Sultan Selim, Ankara 1969, s. 13–16.
- V. L. Ménage, "Edirneli Ruhi’ye Atfedilen Osmanlı Tarihinden İki Parça", İsmail Hakkı Uzunçarşılı Armağanı, Ankara 1975, s. 315–321.
- N. Vatin, L’Ordre de Saint-Jean-de-Jérusalem, l’Empire ottoman et la Méditerranée orientale entre les deux sièges de Rhodes (1480–1522), Paris 1994, s. 308–309.
- F. Kreutel, Haniwaldanus Anonimi’ne Göre Sultan Bayezid-i Veli: 1481–1512 (trc. Necdet Öztürk), İstanbul 1997, s. 46, 48, 66–68.
- Anonim Osmanlı Kroniği (haz. Necdet Öztürk), İstanbul 2000, s. 140, 142–143.
- Nabil al-Tikriti, "Şehzade Korkud [ca 1468–1513]", Pax Ottomana. Studies in Memoriam Prof. Dr. Nejat Göyünç, Haarlem-Ankara 2001, s. 659–674.
- Çağatay Uluçay, "Yavuz Sultan Selim Nasıl Padişah Oldu", TD, VI/9 (1954), s. 58–61; VIII/11–12 (1956), s. 185–191.
- İsmail Hakkı Uzunçarşılı, "II.nci Bayezid’in Oğullarından Sultan Korkut", TTK Belleten, XXX/120 (1966), s. 539–601.
- Şehabeddin Tekindağ, "Korkud Çelebi ile İlgili İki Belge", BTTD, III/17 (1969), s. 36–42.
- a.mlf., "Bayezid’in Ölümü Meselesi", TD, sy. 24 (1970), s. 2–4, 8.
- Tayyib Gökbilgin, "Korkud", İA, VI, 855–860.
- a.mlf., "Ḳorḳud b. Bāyezīd", EI2 (İng.), V, 269.
- Öztuna, BTMA, I, 307, 458.
İstinadlar
- Korkut // https://www.classicalarchives.com/newca/#!/Composer/49705.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Sahzade Qorqud 1467 Amasya 13 mart 1513 Kutahya 8 Osmanli sultani II Beyazidin oglu Osmanli sahzadesi Sahzade QorqudSexsi melumatlarDogum tarixi 1467Dogum yeri Amasya sancaqbeyliyi Osmanli imperiyasiVefat tarixi 13 mart 1513 1513 03 13 Vefat yeri Kutahya sancaqbeyliyi Osmanli imperiyasiDefn yeri Muradiye kulliyesi BursaFealiyyeti siyasetci musiqiciAtasi II BeyazidAnasi Nigar XatunUsaqlari Ferahsad Sultan Fatma SultanAilesi Osmanli xanedaniHeyatiUsaqliq illeri Sahzade Qorqud 1467 ci ilde Amasyada dunyaya geldi Atasi Fateh Sultan Mehmedin oglu ve o illerde Amasya sancaqbeyi olan Sahzade Beyazid anasi ise onun kenizlerinden Nigar Xatundur Usaqliq illeri Amasyada kecen Sahzade Qorqud 1480 ci ilde qardaslariyla birlikde Istanbula babasi Fateh Sultan Mehmedin yanina gonderildi Burada qardaslari Ehmed Alemsah Mahmud ve Selim elece de emisi Sahzade Cemin oglu Oguz xanla birlikde mohtesem merasimle sunnet edildi Ertesi il babasinin vefat etmesinin ardindan atasi Amasyadan derhal Istanbula yola dusdu ve bu esnada Sahzade Qorqud atasinin yerine seltenet naibi olaraq taxta cixarildi Atasinin seltenet illerinde Sahzade Qorqudun elyazmasi olan Quran nusxesi Atasinin Istanbula gelisi ve selteneti ele almasindan sonra bir muddet Istanbulda qalan Sahzade Qorqud 1483 cu ilin dekabrinda Manisa sancaqbeyi teyin edildi ve anasiyla birlikde Manisaya yola dusdu 1502 ci ilin ortalarina qeder bu vezifede qalan Sahzade Qorqud bu muddet erzinde gelirlerine yeni elaveler istemis Manisa havasinin sehhetine pis tesir etdiyini behane ederek atasindan Berqama qalasini da teleb etmisdir Bu muddet erzinde Midilli adasina tertiblenen sefere esger yollamisdi Ancaq boyuk qardasi Sahzade Ehmedin ve terefdasi sedrezem Eli Pasanin seyleriyle Sahzade Qorqud 1502 ci ilde Manisadan alinaraq Antalya sancaqbeyliyine gonderildi Bu sebeble kusen ogluyla munasibetleri yaxsilasdirmaq isteyen Sultan Beyazid ogluna bir cox yeni mulkler verse de Sahzade Qorqud yeniden Manisaya qaytarilmagi teleb etdi Ancaq bu telebleri yerine gelmedi ve Antalya qalasina cekilerek butun taxt huquqlarindan imtina etdi Qalan omrunu elmle mesgul olacagini bildiren Sahzade Qorquda kecmis Anadolu qazesgerlerinden Eleddin Eli Efendi meslehetci olaraq gonderildi Atasinin gonderdiyi qazesgere taxta cixmaqdan imtina etdiyini hecc ziyaretine getdikden sonra qalan omrunu elmle mesgul olacagini bildirdi Ancaq atasinin seylerine baxmayaraq Sahzade Qorqud 87 kolesi 49 xidmetcisi ve insa etdirdiyi 5 gemiyle 11 may 1509 cu ilde Misire yola dusdu Qahirede Memluk sultani Qansu Qavri terefinden merasimle qarsilansa da hecc ziyaretine gede bilmedi ve burada 14 ay boyunca guclu nezaret altinda qaldi Memluk sultaninin meslehetlerinden sonra 11 iyul 1510 cu ilde Antalyaya donen Sahzade Qorqud atasina ve o esnada Istanbulda yasayan bacisi Ayse Sultana yazdigi mektublarda sehhetinin pis oldugunu ve Manisada yasamagi teleb etdi Eks teqdirde yeniden Misire gedeceyini ve ya Rodos adasina siginacagini bildirdi Teleblerinin qebul edilmemesinin ardindan paytaxtin icazesi olmadan 1511 ci ilin martinda Antalyani terk ederek Manisaya getdi Bu esnada bolgede bas veren Sahqulu usyanini yatirmaq meqsedile yeniden Manisa sancaqbeyliyine teyin edildi Boyuk qardasi Sahzade Ehmedden cekinen Sahzade Qorqud taxt mubarizesinde kicik qardasi Sahzade Selimi destekledi ve tez tez onunla mektublasdi Ancaq Sahzade Selimin atasiyla munasibetlerinin pislesmesi Sahzade Ehmedin Istanbul yaxinligina gelerek geri donmesi Qaramanda qardasi Sahzade Sahensahin oglu Mehmedin ozbasina hereketleri onu daha da telaslandirdi Can qorxusuna dusen Sahzade Qorqud yanina bir nece adam alaraq gizlice Istanbula geldi ve burada yenicerilere sigindi Yenicerilerden gozlediyi desteyi almayan Sahzade Qorqud seltenet istemediyini qardasi Sahzade Ehmedin taxta cixmasina mane olmaq niyyetinde oldugunu atasinin gizlice ona gonderdiyi pullari ele kecirerek yenicerilere paylayacagini elan etdi 6 aprel 1512 ci ilde atasiyla gorusen Sahzade Qorqud ona da oz niyyetini bildirdi ve qardasi Sahzade Selimi desteklediyini bildirdi Qardasinin Istanbula yaxinlasmasinin ardindan Cekmecede onu qarsilayan Sahzade Qorqud Edirneqapiya qeder onunla birlikde geldi Ancaq culus merasimini gozlemeden gizlice yeniden Manisaya qayitdi Son illeri Muradiye kulliyesindeki mezari Manisada qaldigi muddet erzinde qardasi Sultan Selime bagliligini bildiren Sahzade Qorqud yazdigi mektublarda onu desteklediyini qacib gizlenen qardasi Sahzade Ehmedin ona ittifaq teklif etdiyini bildirdi Ancaq paytaxtdaki dovlet adamlarinin ona yazdigi seltenete devet mektublarina musbet cavab vermesinin ardindan Sultan Selim 10 min neferlik birlikle Manisaya yurudu Qardasinin hucuma kecdiyini oyrenen Sahzade Qorqud Manisani terk etdi ve Misire yola dusmek ucun Antalyaya qacdi Ancaq burada ele kecirildi ve Bursaya aparilarken qapicibasi Senan aga terefinden bogularaq olduruldu 13 mart 1513 Cenazesi Bursaya aparildi ve 17 martda Orxan Qazi turbesine defn edildi Daha sonra ise mezari Muradiye kulliyesinde diger qardasi Sahzade Ehmed ucun insa edilen turbeye dasindi Siyasi fealiyyetiyle yanasi elmi ve edebi fealiyyetiyle de taninan Sahzade Qorqud Harimi texellusuyle erebce seirler yazmisdir Ferahsad ve Fatma adli 2 qizinin ozunden once vefat eden bir nece oglunun oldugu bilinir Ogullarindan birinin 1504 cu ilde vebadan vefat etdiyi bilinir Qizlarindan Ferahsad Sultan saray katiblerinden Mehmed Bali Efendiyle evlendirilmisdir MenbeTursun Bey Tarih i Ebu l Feth nsr Mertol Tulum Istanbul 1977 s 189 190 Idris i Bitlisi Selimsahname trc Hicabi Kirlangic Ankara 2001 s 87 96 98 113 Sukri i Bitlisi Selimname haz Mustafa Argunsah Kayseri 1997 s 98 103 119 123 Ibn Iyas Bedaʾiʿu z zuhur IV 152 vd Ibn Kemal Tevarih i Al i Osman VIII 52 222 233 265 268 a mlf a e VIII IX Defter A Ugur The Reign of Sultan Selim I in the Light of the Selimname Literature icinde Berlin 1985 s 35 36 42 43 62 63 67 75 77 Sehi Tezkire Kut s 106 108 Celalzade Mustafa Celebi Selimname nsr Ahmet Ugur Mustafa Cuhadar Ankara 1990 s 71 72 84 93 94 Feridun Bey Munseat I 356 358 373 374 Latifi Tezkire s 65 67 Mecdi Sekaik Tercumesi I 310 321 323 472 473 16 Asirda Yazilmis Grekce Anonim Osmanli Tarihi trc Serif Bastav Ankara 1973 s 184 187 191 192 Hoca Sadeddin Tacu t tevarih II 196 199 230 234 Kinalizade Tezkire I 109 112 Kesfu ẓ ẓunun II 1228 Mustakimzade Tuhfe s 368 Selahattin Tansel Sultan II Bayezit in Siyasi Hayati Istanbul 1966 s 248 249 252 260 263 a mlf Yavuz Sultan Selim Ankara 1969 s 13 16 V L Menage Edirneli Ruhi ye Atfedilen Osmanli Tarihinden Iki Parca Ismail Hakki Uzuncarsili Armagani Ankara 1975 s 315 321 N Vatin L Ordre de Saint Jean de Jerusalem l Empire ottoman et la Mediterranee orientale entre les deux sieges de Rhodes 1480 1522 Paris 1994 s 308 309 F Kreutel Haniwaldanus Anonimi ne Gore Sultan Bayezid i Veli 1481 1512 trc Necdet Ozturk Istanbul 1997 s 46 48 66 68 Anonim Osmanli Kronigi haz Necdet Ozturk Istanbul 2000 s 140 142 143 Nabil al Tikriti Sehzade Korkud ca 1468 1513 Pax Ottomana Studies in Memoriam Prof Dr Nejat Goyunc Haarlem Ankara 2001 s 659 674 Cagatay Ulucay Yavuz Sultan Selim Nasil Padisah Oldu TD VI 9 1954 s 58 61 VIII 11 12 1956 s 185 191 Ismail Hakki Uzuncarsili II nci Bayezid in Ogullarindan Sultan Korkut TTK Belleten XXX 120 1966 s 539 601 Sehabeddin Tekindag Korkud Celebi ile Ilgili Iki Belge BTTD III 17 1969 s 36 42 a mlf Bayezid in Olumu Meselesi TD sy 24 1970 s 2 4 8 Tayyib Gokbilgin Korkud IA VI 855 860 a mlf Ḳorḳud b Bayezid EI2 Ing V 269 Oztuna BTMA I 307 458 IstinadlarKorkut https www classicalarchives com newca Composer 49705