Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.
Zeb-un Nisə Bəyim | |
---|---|
Portrait of Zeb-un-Nissa Holding a Flower (cropped).jpg | |
Moğol imperiyasının şahzadəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dövlətabad, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Aqra , Aqra, Böyük Moğol imperiyası |
Dəfn yeri | , Aqra, Böyük Moğol imperiyası |
Fəaliyyəti | şair, yazıçı |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Evlənməyib |
Dini | Sünni İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır.
Həyatının erkən dövrü
Dünyaya gəlməsi
Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.
Təhsili
Övrəngzib hərəmdə çalışan qadınlardan biri olan Hafizə Məryəmi Zeb-un Nisənin təhsili ilə məşğul olmaqla vəzifələndirmişdi. Tarixçilərin bildirdiyinə görə, o, ədəbi cərəyanlara olan marağını və intellektini atasından irsi olaraq almış, 3 yaşında Quran oxumağa başlamış və 7 yaşında Hafizə olmuşdur. Onun Hafizə olması atası tərəfindən böyük sevinclə qarşılanmış, festival təşkil edilmiş və həmin gün tətil elan edilmişdir. Həmçinin şahzadəyə atası tərəfindən 30 min qızıl pul hədiyyə verilmişdir. Övrəngzib qızına belə mükəmməl təhsil verdiyi üçün onun ustadına da eyni məbləğdə pul hədiyyə etmişdir.
Bir qədər sonra Zeb-un Nisə dünyəvi elmləri dövrünün bir digər məşhur şairi öyrənmişdir. O, fəlsəfə, riyaziyyat, astronomiya, ədəbiyyat və fars, urdu, ərəb dillərini öyrənmişdir. Onun həmçinin xəttatlıq üzrə də xüsusi bacarıqları var idi. Onun kitabxanası bütün digər şəxsi kolleksiyaları üstələyirdi və o, öz sifarişi ilə ədəbi əsərlər hazırlamaq və ya onun üçün əlyazmaların surətini çıxarmaq üçün yüksək maaşla bir çox alimləri işə götürmüşdü. Onun kitabxanasına daxil olan kitablar əsasən hüquq, ədəbiyyat, tarix və teologiya barədə idi.
Dövrün qaynaqlarında şahzadə mərhəmətli ürəyə sahib və hər zaman ehtiyyacı olanlara yardım edən insan kimi xatırlanır. O, xüsusilə dul və yetimlərə yardım edirmiş. İnsanlara yardım etməklə kifayətlənməməiş, bəzən onları Məkkə, Mədinə kimi müqəddəs yerlərə ziyarətə də göndərmişdir. Onun musiqiyə də marağı olmuşdur və bəzi mənbələrdə ondan dövrünün ən gözəl səsə malik qadını kimi bəhs edilir.
Övrəngzibin hakimiyyətə gəlməsindən sonra
Atası Övrəngzib Sultan Şahcahandan sonra moğol imperatoru olan zaman Zeb-un Nisə 21 yaşında idi. Qızının istedadlarına bələd olan Övrəngzib imperator olduqdan sonra da siyasi məsələlərdə onunla məsləhətləşmiş və onun tövsiyələrinə qulaq asmışdır. Bəzi qaynaqlarda qeyd edilir ki, Övrəngzib saraya gələn bütün şahzadələri ilk öncə Zeb-un Nisənin qəbuluna göndərirmiş. Zeb-un Nisənin özündən başqa 4 kiçik bacısı da var idi: Zinət-un Nisə Bəyim, Zubdat-un Nisə Bəyim və Mehr-un Nisə Bəyim.
Görünüşü belə təsvir edilir:
... o, hündür və incə, üzü yuvarlaq və açıq rəngdə, sol yanağında iki mol və ya gözəllik ləkələri ilə təsvir edilmişdir. Gözləri və bol saçları çox qara idi, nazik dodaqları və kiçik dişləri var idi. Lahor Muzeyində bu təsvirə uyğun gələn müasir portret var... O, sadə və zabitəli geyimdə idi; həyatının sonrakı hissəsində o, həmişə ağ geyinərdi və onun yeganə bəzəyi boynunda mirvari sapı idi. |
Zeb-un-Nissa Angya Kurti kimi tanınan qadın geyimi icad etdi. Bu, Türküstan qadınlarının geyiminin dəyişdirilmiş forması idi. Bu dəyişiklik Türküstan qadın geyiminin Hindistan təbii mühitinə uyğunlaşdırılmasından ortaya çıxmışdı.
Onun yaşadığı dövrdə bir çox məşhur şair öz fəaliyyətinin zirvəsində idi. Bunlara misal olaraq Mövlanə Əbdülqadir Bədili, Kalim Kaşaniyi, Saib Təbriziyi və Ğani Kəşmirini göstərə bilərik. Şahzadənin poetikasında Hafiz Şirazinin təsiri aşkar şəkildə hiss edilməkdədir. Bununla belə, Zeb-un Nisə Hindistandakı farsdilli ədəbiyyatın görkəmli nümayəndələrindən biri hesab edilir. Zeenut Ziad onu berlə təsvir edir:
Zeb-un Nisə dini doktrina və iman məsələlərində ciddi təhsil almış, bir sıra elmi sahələrdə görkəmli alim, ədəbiyyat xadimi və bəzi məşhurların himayədarı kimi tanınmışdır. O, yaxşı təhsil almış, mahnılar bəstələmiş və dövrünün bir çox bağlarını saldırmışdır. |
Zeb-un Nisə ədəbiuyat sahəsindəki fəaliyyəti üçün Məxfi təxəllüsünü seçmişdi. Onun yazdığı poetik kitab və poeamaların toplandığı Divanına təxminən 5 min beytlik şeir külliyatı daxildir. Bundan başqa o, bu kitabları da yazmışdır: Monis 'ul-Roh, Zeb 'ul-Monşa’at (زیب المنشآت / زيب المنشئات, "Zeb-in ədəbi əsərləri") and Zeb 'ul-Tafāsir (زيب التفاسير, "Zebin təfsirləri"). Dövrün ədəbi proseisndən bəhs edən qaynaq olan Makhzan 'ul-Ğaib kitabında yazılana görə, Zeb-un Nisənin külliyatı 15 min beytdən ibarət olmuşdur. O, bütün bunlardan başqa, xeyli sayda kitabın toplanması, tərcümə edilməsi və üzünün köçürülməsi işini həyata keçirmişdir.
Həyatının sonrakı dövrü, həbsi və ölümü
Zeb-un Nisə müəyyən müddətdən sonra həbs edilmiş, ömrünün 20 ilini müasir Köhnə Dehlinin Şahcahanabad bölgəsində yerləşən Səlimgarh qalasında keçirmişdir. Onun həbsinin səbəbi ilə bağlı ziddiyyətli fikirlər vardır. 1662-ci ildə Övrəngzib xəstələnmiş və həkimlər ona ətraf mühitini dəyişdirməyi tövsiyə etmişdir. Bundan sonra, o, ailəsini götürmüş və Lahora getmişdir. Bu zaman Lahorun canişini Övrəngzibin vəziri olan Aqil xan Razi idi. İddia edilir ki, bu zaman Aqil xanla Zeb-un Nisənin qısamüddətli və nəticəsi olmayan əlaqəsi olmuş, bu da imperatorun daha qızına etibar etməməsinə yol açmışdır. Bəzi mənbələr isə bildirir ki, o, şairə və musiqiçi olduğu üçün həbs edilmişdir. Bunu əsas göstərənlər Övrəngzibin sərt, daha ortodoks və fundamental həyat və düşüncə tərzinə işarə vururlar. Başqa bir qaynaqda isə, Zeb-un Nisənin imperatorun gözündən düşməsinin səbəbi kimi onun özünün kiçik qardaşı Məhəmməd Əkbərlə olan yazışması göstərilir. Bu zaman onun atasına qarşı üsyan qaldıran qardaşı Məhəmməd Əkbəri dəstəklədiyi üzə çıxmışdı. Məhəmməd Əkbər atasını aşkar şəkildə İslama zidd hərəkətlərə yol verməkdə ittiham edirdi. Zeb-un Nisəyə verilən cəza topladığı sərvətinin müsadirə olunması, illik 4 lax pensiyasının ləğv edilməsi və ölənə qədər Səlimgarhda məhbus olması idi.
Həbsdə saxlandığı qalada 7 günlük xəstəlikdən sonra vəfat etsə də, atası Övrəngzibin Dəkkəndə səfərdə olmasına görə, cənazəsi də Şahcahanabadda saxlanıldı. Onun ölüm ili məsələsində mənbələrdə mübahisəli illər vardır. Bəziləri onun 1701-ci ildə, bəziləri 1702-ci ildə öldüyünü bildirir. Onun məzarı şəhərin şimal darvazası olan Kəşmiri darvazasının kənarında yerləşən "Otuz üç ağac" bağında idi və üzərində məqbərə tikilmişdi. Lakin Hindistan Britaniya müstəmləksi olarkən buradan qatar yolu salınmış, bu zaman onun məzarı Aqrada yerləşən və Zeb-un Nisənin ulu babası olan Əkbər şahın məqbərəsinə köçürülmüşdür. Lakin eyni zamanda Pakistanın Lahor şəhərinin Navankot bölgəsində də ona aid olduğu iddia edilən məqbərə vardır, lakin bu iddia sübuta yetirilməyib. Harun Xalid bildirir ki, Lahordakı məqbərənin Zeb-un Nisəyə aid olması iddiası Dara Şükuhun hakimiyyət uğrunda 1657-1661-ci illərdə apardığı mübarizə ilə bağlıdır. Lahorda çox keçirən şahzadə məğlub olduqdan sonra ona olan sevgi bir digər şahzadə ilə əlaqələndirilmişdir. Halbuki bu şahzadə Dehlidə dəfn edilmiş və sonradan Aqraya köçürülmüşdür.
1724-cü ildə, Zeb-un Nisənin ölümündən təxminən 22 il keçdikdən sonra sağlığında yazdığı və həmin zaman müxtəlif yerlərə dağılmış vəziyyətə olan şerləri toplanmış və Divan-i Məxfi adı altında yayımlanmışdır. Bu Divana 421 qəzəl və xeyli sayda rübai daxildir. 1730-cu ildə bu Divana başqa qəzəllər də əlavə edildi.
Şəxsi həyatı
Zeb-un Nisə xeyli sayda elçilərinin olmasına baxmayaraq, həyatı boyu evlənməmiş və subay qalmışdır. Zeb-un Nisənin özündən başqa 4 kiçik bacısı da var idi: Zinət-un Nisə Bəyim, Zubdat-un Nisə Bəyim və Mehr-un Nisə Bəyim.
Zeb-un Nisəni babası Sultan Şahcahan əmisinin oğlu Süleyman Şükuhla nişanlamışdı. Süleymanın atası Dara Şükuh Övrəngzibin böyük qardaşı və vəliəhd şahzadə idi. Süleyman özü də atası Daranın vəlihədi olduğuna görə Sultan Şahcahan Zeb-un Nisənin Böyük Moğol imperiyasının imperatriçası olmasını planlayırdı. Öz növbəsində imperatorun planına görə özündən sonra da taxda Dara Şükuh keçəcəkdi. Bu baxımdan evlilik mükəmməl evlilik hesab edilə bilərdi, lakin bu baş tutmadı. Çünki böyük qardaşı ilə münasibətləri yolunda olmayan Övrəngzib buna icazə vermədi. Eyni zamanda Zeb-un Nisənin qohumu, Səfəvi şahı II Abbasın oğlu Fərrux Mirzə də onunla evlənmək istəmişdi. Başqa evlilik təklifləri də edilmişdi, lakin o, bütün təkliflərdən sonra evlilikdən əvvəl həmin şəxsin özünü görmək istədiyini bildirmişdi.
Bəzi kitablarda qeyd edilir ki, Aqil xan Razi ilə Zeb-un Nisə arasında gizli sevgi münasibətləri olmuşdur. Aqil xan da eyni zamanda Lahorun hakimi olmaqla birlikdə, şair olmuşdur. Bəziləri isə bu iddianın doğruluğuna inanmır və bunu onun Divanı ilə əsaslandırırlar. Çünki o. Divanında bir beyt belə olsun bu sevgi münasibətlərinə işarə olacaq sözlər yazmamışdır və qəzəlləri tipik Sufi tematikasına uyğun olaraq Allaha olan sevgidən bəhs edir.
Müəyyən mənbələrə görə, moğol xanımlarının həyatı ilə bağlı (bəzi əcnəbilər tərəfindən yaradılmış və yaxud yazılmış) "insanlığı pozan" qalmaqallar (intibahdan sonrakı dövrdə) qeyri-adi bir şey deyildi. Məsələn, guya Zeb-un Nisənin Aqil xanla güclü şəkildə bir-birlərini sevmələri və guya Aqil xanın od üzərində qaynadılan qazanda öldürülməsi rəvayəti xalq arasında geniş yayılmışdı. Lakin mənbələr bildirir ki, Aqil xan uzun müddət yaşamış və təbii səbəblərdən vəfat etmişdir.
Şeiriyyatı
Zeb-un Nisə Bəyimin həm ata, həm də ana tərəfdən ulu babaları şeiriyyatla yaxından maraqlanmışdır. Ata tərəfdən ulu babası olan Babur özü türk və fars dillərində gözəl şeirlər yazmış və qəzəl yazılmasında yeni tərz formalaşdırmışdır. 47 illik həyatı boyunca Babur zəngin kitabxana miras olaraq qoymuşdur. Onun məşhur əsəri olan Baburnaməsi, qəzəlləri dövrümüzə qədər gəlib çatmışdır. Onun xüsusi xəttatlıqla formalaşdırılan yazı tərzi xətt-i Babur adlandırılmaqdadır. Sülalənin hökmdarı Mirzə Kamran da qəzəllər yazmışdır. Sülalənin ən məşhur hökmdarlarından olan Əkbər dövlət işləri ilə çox məşhur olduğu üçün şeir yazmağa vaxt tapa bilməsə də, saraydakı bütün ətrafına dövrün məşhur şairlərini toplamışdı. Zeb-un Nisənin ana tərəfdən aid olduğu Səfəvi sülaləsindən də xeyli sayda şairlər çıxmışdı. Bunlara misal olaraq, I İsmayılı göstərə bilərik. Şah I İsmayıl dövrünün ən güclü hökmdarlarından biri olmaqla bərabər, həm də gözəl şair olmuşdur. Onun klassik formada və ənənəvi türk şeiriyyat vəzni olan heca vəznində yazdığı şeirlər, poemalar və divanlar xüsusilə seçilir. Şeiriyyata yeni tərzlər və məzmunlar gətirən I İsmayıl bölgədəki türkdilli şeiriyyatın ən öncüllərindən biri hesab edilir. Şah İsmayılın Dəhnamə poeması çox məşhurdur. Hələ də bir çox bölgə ölkəsində onun şeirlərinə bəstələnən musiqilər və mahnılar aktuallığını qorumaqdadır. Səfəvi sülaləsindən bir digər məşhur şair isə İbrahim Mirzə Səfəvidir. Onun da türk dilində yazdığı şeirlər mpvcuddur və bu şeirlərin bir hissəsinin nüsxəsi hal-hazırda AMEA ƏLyazmalar İnistitutunda saxlanmaqdadır. Bu şeirlər inistituta külliyatı Avropadakı İsmaililər qalereyasından tapan Cənubi Azərbaycandan olan şəxs vermişdir.
Zeb-un Nisə şeir yazmağa erkən dövrdə başlamışdır, lakin ilkin mərhələdə ərəbcə şeirlər yazmışdır. Onun şeirlərini görən bir ərəb alim şeirlərin gözəl olduğunu, lakin şeirlər oxunan zaman bunun bir ərəb tərəfindən yazılmadığının bəlli olduğunu demiş, bundan sonra Zeb-un Nisə Bəyim ərəbcə şeir yazmağı dayandırıb başqa dillərə yönəlmişdir. Onun bu işlərdəki müllimi Şah Rüstəm Qazi olmuş, onu birbaşa şeiriyyata yönəldən də o, olmuşdur. Bir müddət sonra atası ilə münasibətləri əla olan Zeb-un Nisə onu bütün imperiya boyunca çaparlar göndərməyi və bütün məşhur şairləri Dehlidəki saraya toplamağa sövq edə bilmişdi. Bu o dönəm üün böyük bir şey idi, çünki Övrəngzib özü şeiriyyatı sevmirdi və şairlərə müsbət yanaşmırdı. O, Hafizin əsərlərinin məktəblərdə oğlanlara oxudulmasını, saraydakı bəyimlərə onun şeirlərini səsləndirməyi qadağan etmişdi, lakin burada bircə istisnanı Zeb-un Nisə təşkil edirdi. Zeb-un Nisənin çevrəsinə daxil olan şairlərin sırasına Nəsir Əli, Sayab, Şəmş Vəli Ullah, Brahmin və Behraaz daxil idi.
Zeb-un-Nisə bütün həyatını ədəbi əsərlərə və şeirlərə sərf etdi, özü də dediyi kimi:
''Ey Məxfi, bu eşq yoludur və tək getməlisən. Heç kim sənin dostluğuna yaraşmaz, hətta Allah olsa belə.'' |
Başqa bir qəzəlində deyilir:
'Tünd buruq saçların və nəfəs kəsən gözlərinlə, Məni yarımçıq qoyan sorğulu baxışın. Qana bulaşmış qılınc kimi deşən, sonra geri çəkilən gözlər, xəncər kirpikli gözlər! Fanatiklər, səhv edirsiniz - bu cənnətdir. Axirətlə bağlı vədlər verənlərə fikir verməyin: indi bizə qoşulun, saleh dostlar, bu məstlikdə. Kəbəyə gedən yolu düşünməyin: müqəddəslik qəlblərdədir. Ömrünü israf et, əziyyət çək! Allah buradadır. Ey dözülməz üz! Davamlı işıq! Həyəcanlandığım yer budur, burada, burada. Bu barədə heç bir yerdə kitab yoxdur. Yalnız səni görən kimi anlayıram. Əgər gözəlliyini Allaha təqdim etmək istəyirsənsə, Zəbunnisə ver bir dad. Ən kiçik loxmanı gözləyən o, buradadır.' |
Mirası
Onun şerlərdən ibarət kitabı 1929-cu ildə Dehli şəhərində, 2001-ci ildə də Tehran şəhərində çap edilmişdir. Həmçinin bu kitabın əlyazmaları , Britaniya muzeyi kitabxanasında, Almaniyada Tübingen Universitetinin kitabxanasında və Hindistanda Mota kitabxanasında saxlanmaqdadır. Onun Lahorun özündə saldığı və Çauburji və ya "Dörd qülləli" adlanan bağının bir hissəsi dövrümüzdə də mövcudluğunu qorumaqdadır.
Əsərləri
- Divan-i Məxf. Lahore Amrit Press (1920).
- Paul Vhalley (red). The Tears of Zebunnisa: Being Excerpts from 'The Divan-I Makhf'. W. Thacker & Co (1913).
Qeydlər
- Həmçinin Zəbunnisə, Zəbunniso, Zəbunnissa, Zəbunisə və ya Zəb əl-Nissə olaraq da adlandırılır. Zēb sözünün mənası gözəl və ya ornament deməkdir və ərəbcə sözdür. Nisə ərəbcə də qadın deməkdir. Beləliklə, Zəb-un Nisə bütün qadınların ən gözəli deməkdir.
- Məhəmməd Əkbər doğulan zaman anası Dilras Banu Bəyim infeksiyaya yoluxmuş və buna görə də, bir neçə ay sonra vəfat etmişdir. Dilras Bəyimin vəfatından sonra körpə Məhəmməd Əkbərin qayğısı ilə böyük bacısı Zeb-un Nisə məşğul olmuşdur. Zeb-un Nisənin atasının ən sevimli qızı olduğu kimi, Əkbər də atasının ən sevimli oğlu idi.
- Bu ingilis dilinə Salli Li Styuvart, Elena Bell və Maqsudə Jorayev tərəfindən tərcümə edilmişdir.Sally Lee Stewart, Elena Bell və Maksuda Joraeva. . VIII. Atlanta: Atlanta Review. 2002. səh. 68.
Həmçinin bax
İstinadlar
- Sarkar, 1979. səh. 14
- Lal və Westbrook, 1913. səh. 20
- Sarkar, 1989. səh. 90
- "Aurangzeb daughter's monument in a shambles". ation.com.pk. 2009. 2012-11-01 tarixində . İstifadə tarixi: 28 noyabr 2022.
- Krynicki, 2005. səh. 73
- Lal və Westbrook, 1913. səh. 7
- Lal və Westbrook, 1913. səh. 8
- Sarkar, 1912. səh. 69
- Raman, 2009. səh. 10
- Mirsa, 1967. səh. 90
- Hadi, 1995. səh. 638–639
- Nath, 1990. səh. 161
- "WISE: Muslim Women: Past and Present – Zebunnisa". www.wisemuslimwomen.org. 2011-12-27 tarixində . İstifadə tarixi: 28 noyabr 2022.
- Nath, 1990. səh. 163
- "The Diwan of Zeb-un-Nissa: Introduction". sacred-texts.com. 2023-07-07 tarixində . İstifadə tarixi: 28 noyabr 2022.
- Ziad, 2002. səh. 169
- Lal və Westbrook, 1913. səh. 16
- Krynicki, Annie Krieger. "Captive Princess Zebunissa, Daughter of Emperor Aurangzeb". Oxford University Press. 2006. 2022-11-28 tarixində . İstifadə tarixi: 28 noyabr 2022.
The book revolves around Princess Zebunissa (1638–1702) who is defined as the symbol of female power of the Mughal dynasty and portrays their stature in the court life in the seventeenth century...For her the name signified a life dramatically suppressed, cut off from the world. Her mysterious and unexpected imprisonment is also described in this book: Zebunissa's fate changed drastically when she was sent to prison by her father Aurangzeb, where she died leaving a landmark near the Red Fort of Delhi.
- "Memories of Ferghana". indianexpress.com. 2005. 2022-11-28 tarixində . İstifadə tarixi: 28 noyabr 2022.
USIC and dance? But wasn't that '‘unIslamic'’ in a country celebrating an Islamic revival, I'd thought back then, as I twirled at an Uzbek soiree at Kokand in the Ferghana Valley. My hostess had snatched up a daf (dafli in India) and was dancing slowly to a sad Persian song by Zebunisa 'Makhfi', an Uzbek-Tajik favourite. She was a princess of Delhi via Ferghana; Aurangzeb's daughter, whom he jailed for 20 years in Salimgarh, next to the Red Fort, because of her Sufi sympathies. Aurangzeb had killed music in his realm. Zebunisa's voice sang in her ancestral homeland, though lost to Delhi.
- Sarkar, 1919. səh. 91
- Elliot, 1959. səh. 97
- Lal və Westbrook, 1913. səh. 17
- Mirsa, 1967. səh. 51
- Smith, 2012. səh. 25
- Rumi, 2013
- Pakistan Library Association, 1930. səh. 100
- Khalid, 2017. səh. 100
- Hutton, 2015. səh. 220
- Nath, 1990. səh. 150
- Journal of the Research Society of Pakistan, 1975. səh. 26
- Eraly, 1997. səh. 30
- Schimmel, 2004. səh. 26
- Minorsky, 1942. səh. 1006–53
- Javadi və Burrill, 1998. səh. 251–55
- "Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir". 2022-01-20 tarixində . İstifadə tarixi: 2020-05-05.
- "Əlyazmalar İnstitutu Şah İsmayılın nəvəsinin divanının surətini əldə edib". 2022-08-05 tarixində . İstifadə tarixi: 2020-05-05.
- "ƏLYAZMALAR İNSTİTUTU ŞAH İSMAYILIN NƏVƏSİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB". 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-05-05.
Mənbə
- Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
- Magan Lal; Jessie Duncan Westbrook. The Diwan of Zeb-un-Nissa. London: John Murray. 1913.
- Jadunath Sarkar. Studies in Aurangzib's Reign. Sangam Books Limeted. 1989. ISBN .
- Annie Krieger Krynicki. Zebunissa, daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN .
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. I. M.C. Sarkar and Sons. 1912.
- Sista Anantha Raman. Women in India A Social and Cultural History. Library of Congress Catologing. 2009. ISBN .
- Rekha Mirsa. Women in Mughal India. Munshiram Manoharlal. 1967.
- Nabi Hadi. Dictionary of Indo-Persian Literature. Indira Gandhi National Center for the Arts, Shakti Malik Abhinav Publications, Tara Chand Sons. 1995. ISBN .
- Zeenut Ziad. The Magnificent Mughals. Oxford University Press. 2002. ISBN .
- Paul Smith. Makhfi The princess Sufi Poet Zebunnissa. Book Heaven. 2012. ISBN .
- Raza Rumi. DELHI BY HEART: Impressions of a Pakistani Traveller. HarperCollins Publishers India. 2013. ISBN .
- Pakistan Library Association. Modern Librarian. Libraries. 1930.
- Haroon Khalid. How Lahore came to claim the rebellious and gifted Mughal princess Zeb-un-Nisa as its own. Scroll.in. 2017.
- Deborah Hutton. A Companion to Asian Art and Architecture. John Wiley & Sons. 2015. ISBN .
- Journal of the Research Society of Pakistan, Volume 12. Pakistan: Research Society of Pakistan. 1975.
- Abraham Eraly. Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. 1997. ISBN .
- A. Schimmel. The Empire of the Great Mughals: History, Art and Culture. Reaktion Books: India. 2004.
- H. Javad və K. Burrill. Azeri Literature in Iran. III. Encyclopædia Iranica. 1998.
- V. Minorsky. The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies. 1942. 1006–53.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeb un Nise Beyim d 15 fevral 1658 26 may 1702 ana terefinden Sefevi sulalesine mensub olan mogol sahzadesi O Boyuk Mogol imperiyasinin imperatoru I Ovrengzibin esas arvadi ve imperatricasi Dilras Banu Beyim Sefevinin evliliyinden dunyaya gelmisdir O hemcinin sair olmus ve Mexfi texellusu altinda serler yazmisdir Zeb un Nise BeyimPortrait of Zeb un Nissa Holding a Flower cropped jpgMogol imperiyasinin sahzadesiSexsi melumatlarDogum tarixi 15 fevral 1638Dogum yeri Dovletabad Boyuk Mogol imperiyasiVefat tarixi 26 may 1702 64 yasinda Vefat yeri Aqra Aqra Boyuk Mogol imperiyasiDefn yeri Aqra Boyuk Mogol imperiyasiFealiyyeti sair yaziciAtasi OvrengzibAnasi Dilras Banu Beyim SefeviHeyat yoldasi EvlenmeyibDini Sunni IslamElmi fealiyyetiElm sahesi poeziya Vikianbarda elaqeli mediafayllar Omrunun son 20 ilini atasinin emri ile hebs edildiyi Selimgarh qalasinda kecirmisdir Yazdigi serler olumunden sonra toplanaraq Mexfi divani adi altinda yayimlanmisdir Heyatinin erken dovruDunyaya gelmesi Onun adinni menasi Qadinin Gozelliyi anlamina gelir O o zaman sahzade olan Mudi un din sonralar I OVrengzib ile Dilras Banu Beyimin ailesinde 15 fevral 1638 ci il tarixinde Dekkenin Dovletabad seherinde dunyaya gelmisdir Onun anasi Dilras Banu Beyim Ovrengzibin ilk ve esas arvadi idi ve gorkemli Sefevi sulalesine mensub idi Dilras Banu Beyimin atasi olan Bediuzzaman Mirze Sefevinin ulu babasi I Ismayil idi Zeb un Nise atasinin sevimli qizi idi ve buna gore de tez tez atasindan ferqli insanlari bagislamasini isteyirdi Tehsili Abanindranat Taqor terefinden cekilmis sekli Ovrengzib heremde calisan qadinlardan biri olan Hafize Meryemi Zeb un Nisenin tehsili ile mesgul olmaqla vezifelendirmisdi Tarixcilerin bildirdiyine gore o edebi cereyanlara olan maragini ve intellektini atasindan irsi olaraq almis 3 yasinda Quran oxumaga baslamis ve 7 yasinda Hafize olmusdur Onun Hafize olmasi atasi terefinden boyuk sevincle qarsilanmis festival teskil edilmis ve hemin gun tetil elan edilmisdir Hemcinin sahzadeye atasi terefinden 30 min qizil pul hediyye verilmisdir Ovrengzib qizina bele mukemmel tehsil verdiyi ucun onun ustadina da eyni meblegde pul hediyye etmisdir Bir qeder sonra Zeb un Nise dunyevi elmleri dovrunun bir diger meshur sairi oyrenmisdir O felsefe riyaziyyat astronomiya edebiyyat ve fars urdu ereb dillerini oyrenmisdir Onun hemcinin xettatliq uzre de xususi bacariqlari var idi Onun kitabxanasi butun diger sexsi kolleksiyalari usteleyirdi ve o oz sifarisi ile edebi eserler hazirlamaq ve ya onun ucun elyazmalarin suretini cixarmaq ucun yuksek maasla bir cox alimleri ise goturmusdu Onun kitabxanasina daxil olan kitablar esasen huquq edebiyyat tarix ve teologiya barede idi Dovrun qaynaqlarinda sahzade merhemetli ureye sahib ve her zaman ehtiyyaci olanlara yardim eden insan kimi xatirlanir O xususile dul ve yetimlere yardim edirmis Insanlara yardim etmekle kifayetlenmemeis bezen onlari Mekke Medine kimi muqeddes yerlere ziyarete de gondermisdir Onun musiqiye de maragi olmusdur ve bezi menbelerde ondan dovrunun en gozel sese malik qadini kimi behs edilir Ovrengzibin hakimiyyete gelmesinden sonraZeb un Nise Beyimin Metropolitan Incesenet Muzeyinde saxlanilan portreti Atasi Ovrengzib Sultan Sahcahandan sonra mogol imperatoru olan zaman Zeb un Nise 21 yasinda idi Qizinin istedadlarina beled olan Ovrengzib imperator olduqdan sonra da siyasi meselelerde onunla meslehetlesmis ve onun tovsiyelerine qulaq asmisdir Bezi qaynaqlarda qeyd edilir ki Ovrengzib saraya gelen butun sahzadeleri ilk once Zeb un Nisenin qebuluna gonderirmis Zeb un Nisenin ozunden basqa 4 kicik bacisi da var idi Zinet un Nise Beyim Zubdat un Nise Beyim ve Mehr un Nise Beyim Gorunusu bele tesvir edilir o hundur ve ince uzu yuvarlaq ve aciq rengde sol yanaginda iki mol ve ya gozellik lekeleri ile tesvir edilmisdir Gozleri ve bol saclari cox qara idi nazik dodaqlari ve kicik disleri var idi Lahor Muzeyinde bu tesvire uygun gelen muasir portret var O sade ve zabiteli geyimde idi heyatinin sonraki hissesinde o hemise ag geyinerdi ve onun yegane bezeyi boynunda mirvari sapi idi Zeb un Nissa Angya Kurti kimi taninan qadin geyimi icad etdi Bu Turkustan qadinlarinin geyiminin deyisdirilmis formasi idi Bu deyisiklik Turkustan qadin geyiminin Hindistan tebii muhitine uygunlasdirilmasindan ortaya cixmisdi Onun yasadigi dovrde bir cox meshur sair oz fealiyyetinin zirvesinde idi Bunlara misal olaraq Movlane Ebdulqadir Bedili Kalim Kasaniyi Saib Tebriziyi ve Gani Kesmirini gostere bilerik Sahzadenin poetikasinda Hafiz Sirazinin tesiri askar sekilde hiss edilmekdedir Bununla bele Zeb un Nise Hindistandaki farsdilli edebiyyatin gorkemli numayendelerinden biri hesab edilir Zeenut Ziad onu berle tesvir edir Zeb un Nise dini doktrina ve iman meselelerinde ciddi tehsil almis bir sira elmi sahelerde gorkemli alim edebiyyat xadimi ve bezi meshurlarin himayedari kimi taninmisdir O yaxsi tehsil almis mahnilar bestelemis ve dovrunun bir cox baglarini saldirmisdir Zeb un Nise edebiuyat sahesindeki fealiyyeti ucun Mexfi texellusunu secmisdi Onun yazdigi poetik kitab ve poeamalarin toplandigi Divanina texminen 5 min beytlik seir kulliyati daxildir Bundan basqa o bu kitablari da yazmisdir Monis ul Roh Zeb ul Monsa at زیب المنشآت زيب المنشئات Zeb in edebi eserleri and Zeb ul Tafasir زيب التفاسير Zebin tefsirleri Dovrun edebi proseisnden behs eden qaynaq olan Makhzan ul Gaib kitabinda yazilana gore Zeb un Nisenin kulliyati 15 min beytden ibaret olmusdur O butun bunlardan basqa xeyli sayda kitabin toplanmasi tercume edilmesi ve uzunun kocurulmesi isini heyata kecirmisdir Heyatinin sonraki dovru hebsi ve olumu Zeb un Nise Beyimin Ovrengabaddaki sarayi 1880 Zeb un Nise mueyyen muddetden sonra hebs edilmis omrunun 20 ilini muasir Kohne Dehlinin Sahcahanabad bolgesinde yerlesen Selimgarh qalasinda kecirmisdir Onun hebsinin sebebi ile bagli ziddiyyetli fikirler vardir 1662 ci ilde Ovrengzib xestelenmis ve hekimler ona etraf muhitini deyisdirmeyi tovsiye etmisdir Bundan sonra o ailesini goturmus ve Lahora getmisdir Bu zaman Lahorun canisini Ovrengzibin veziri olan Aqil xan Razi idi Iddia edilir ki bu zaman Aqil xanla Zeb un Nisenin qisamuddetli ve neticesi olmayan elaqesi olmus bu da imperatorun daha qizina etibar etmemesine yol acmisdir Bezi menbeler ise bildirir ki o saire ve musiqici oldugu ucun hebs edilmisdir Bunu esas gosterenler Ovrengzibin sert daha ortodoks ve fundamental heyat ve dusunce terzine isare vururlar Basqa bir qaynaqda ise Zeb un Nisenin imperatorun gozunden dusmesinin sebebi kimi onun ozunun kicik qardasi Mehemmed Ekberle olan yazismasi gosterilir Bu zaman onun atasina qarsi usyan qaldiran qardasi Mehemmed Ekberi desteklediyi uze cixmisdi Mehemmed Ekber atasini askar sekilde Islama zidd hereketlere yol vermekde ittiham edirdi Zeb un Niseye verilen ceza topladigi servetinin musadire olunmasi illik 4 lax pensiyasinin legv edilmesi ve olene qeder Selimgarhda mehbus olmasi idi Hebsde saxlandigi qalada 7 gunluk xestelikden sonra vefat etse de atasi Ovrengzibin Dekkende seferde olmasina gore cenazesi de Sahcahanabadda saxlanildi Onun olum ili meselesinde menbelerde mubahiseli iller vardir Bezileri onun 1701 ci ilde bezileri 1702 ci ilde olduyunu bildirir Onun mezari seherin simal darvazasi olan Kesmiri darvazasinin kenarinda yerlesen Otuz uc agac baginda idi ve uzerinde meqbere tikilmisdi Lakin Hindistan Britaniya mustemleksi olarken buradan qatar yolu salinmis bu zaman onun mezari Aqrada yerlesen ve Zeb un Nisenin ulu babasi olan Ekber sahin meqberesine kocurulmusdur Lakin eyni zamanda Pakistanin Lahor seherinin Navankot bolgesinde de ona aid oldugu iddia edilen meqbere vardir lakin bu iddia subuta yetirilmeyib Harun Xalid bildirir ki Lahordaki meqberenin Zeb un Niseye aid olmasi iddiasi Dara Sukuhun hakimiyyet ugrunda 1657 1661 ci illerde apardigi mubarize ile baglidir Lahorda cox keciren sahzade meglub olduqdan sonra ona olan sevgi bir diger sahzade ile elaqelendirilmisdir Halbuki bu sahzade Dehlide defn edilmis ve sonradan Aqraya kocurulmusdur 1724 cu ilde Zeb un Nisenin olumunden texminen 22 il kecdikden sonra sagliginda yazdigi ve hemin zaman muxtelif yerlere dagilmis veziyyete olan serleri toplanmis ve Divan i Mexfi adi altinda yayimlanmisdir Bu Divana 421 qezel ve xeyli sayda rubai daxildir 1730 cu ilde bu Divana basqa qezeller de elave edildi Sexsi heyatiZeb un Nise Beyim nisanlandigi emisioglu Sahzade Suleyman Sukuh Zeb un Nise xeyli sayda elcilerinin olmasina baxmayaraq heyati boyu evlenmemis ve subay qalmisdir Zeb un Nisenin ozunden basqa 4 kicik bacisi da var idi Zinet un Nise Beyim Zubdat un Nise Beyim ve Mehr un Nise Beyim Zeb un Niseni babasi Sultan Sahcahan emisinin oglu Suleyman Sukuhla nisanlamisdi Suleymanin atasi Dara Sukuh Ovrengzibin boyuk qardasi ve veliehd sahzade idi Suleyman ozu de atasi Daranin velihedi olduguna gore Sultan Sahcahan Zeb un Nisenin Boyuk Mogol imperiyasinin imperatricasi olmasini planlayirdi Oz novbesinde imperatorun planina gore ozunden sonra da taxda Dara Sukuh kececekdi Bu baximdan evlilik mukemmel evlilik hesab edile bilerdi lakin bu bas tutmadi Cunki boyuk qardasi ile munasibetleri yolunda olmayan Ovrengzib buna icaze vermedi Eyni zamanda Zeb un Nisenin qohumu Sefevi sahi II Abbasin oglu Ferrux Mirze de onunla evlenmek istemisdi Basqa evlilik teklifleri de edilmisdi lakin o butun tekliflerden sonra evlilikden evvel hemin sexsin ozunu gormek istediyini bildirmisdi Bezi kitablarda qeyd edilir ki Aqil xan Razi ile Zeb un Nise arasinda gizli sevgi munasibetleri olmusdur Aqil xan da eyni zamanda Lahorun hakimi olmaqla birlikde sair olmusdur Bezileri ise bu iddianin dogruluguna inanmir ve bunu onun Divani ile esaslandirirlar Cunki o Divaninda bir beyt bele olsun bu sevgi munasibetlerine isare olacaq sozler yazmamisdir ve qezelleri tipik Sufi tematikasina uygun olaraq Allaha olan sevgiden behs edir Mueyyen menbelere gore mogol xanimlarinin heyati ile bagli bezi ecnebiler terefinden yaradilmis ve yaxud yazilmis insanligi pozan qalmaqallar intibahdan sonraki dovrde qeyri adi bir sey deyildi Meselen guya Zeb un Nisenin Aqil xanla guclu sekilde bir birlerini sevmeleri ve guya Aqil xanin od uzerinde qaynadilan qazanda oldurulmesi revayeti xalq arasinda genis yayilmisdi Lakin menbeler bildirir ki Aqil xan uzun muddet yasamis ve tebii sebeblerden vefat etmisdir SeiriyyatiZeb un Nise Beyimin hem ata hem de ana terefden ulu babalari seiriyyatla yaxindan maraqlanmisdir Ata terefden ulu babasi olan Babur ozu turk ve fars dillerinde gozel seirler yazmis ve qezel yazilmasinda yeni terz formalasdirmisdir 47 illik heyati boyunca Babur zengin kitabxana miras olaraq qoymusdur Onun meshur eseri olan Baburnamesi qezelleri dovrumuze qeder gelib catmisdir Onun xususi xettatliqla formalasdirilan yazi terzi xett i Babur adlandirilmaqdadir Sulalenin hokmdari Mirze Kamran da qezeller yazmisdir Sulalenin en meshur hokmdarlarindan olan Ekber dovlet isleri ile cox meshur oldugu ucun seir yazmaga vaxt tapa bilmese de saraydaki butun etrafina dovrun meshur sairlerini toplamisdi Zeb un Nisenin ana terefden aid oldugu Sefevi sulalesinden de xeyli sayda sairler cixmisdi Bunlara misal olaraq I Ismayili gostere bilerik Sah I Ismayil dovrunun en guclu hokmdarlarindan biri olmaqla beraber hem de gozel sair olmusdur Onun klassik formada ve enenevi turk seiriyyat vezni olan heca vezninde yazdigi seirler poemalar ve divanlar xususile secilir Seiriyyata yeni terzler ve mezmunlar getiren I Ismayil bolgedeki turkdilli seiriyyatin en oncullerinden biri hesab edilir Sah Ismayilin Dehname poemasi cox meshurdur Hele de bir cox bolge olkesinde onun seirlerine bestelenen musiqiler ve mahnilar aktualligini qorumaqdadir Sefevi sulalesinden bir diger meshur sair ise Ibrahim Mirze Sefevidir Onun da turk dilinde yazdigi seirler mpvcuddur ve bu seirlerin bir hissesinin nusxesi hal hazirda AMEA ELyazmalar Inistitutunda saxlanmaqdadir Bu seirler inistituta kulliyati Avropadaki Ismaililer qalereyasindan tapan Cenubi Azerbaycandan olan sexs vermisdir Zeb un Nise seir yazmaga erken dovrde baslamisdir lakin ilkin merhelede erebce seirler yazmisdir Onun seirlerini goren bir ereb alim seirlerin gozel oldugunu lakin seirler oxunan zaman bunun bir ereb terefinden yazilmadiginin belli oldugunu demis bundan sonra Zeb un Nise Beyim erebce seir yazmagi dayandirib basqa dillere yonelmisdir Onun bu islerdeki mullimi Sah Rustem Qazi olmus onu birbasa seiriyyata yonelden de o olmusdur Bir muddet sonra atasi ile munasibetleri ela olan Zeb un Nise onu butun imperiya boyunca caparlar gondermeyi ve butun meshur sairleri Dehlideki saraya toplamaga sovq ede bilmisdi Bu o donem uun boyuk bir sey idi cunki Ovrengzib ozu seiriyyati sevmirdi ve sairlere musbet yanasmirdi O Hafizin eserlerinin mekteblerde oglanlara oxudulmasini saraydaki beyimlere onun seirlerini seslendirmeyi qadagan etmisdi lakin burada birce istisnani Zeb un Nise teskil edirdi Zeb un Nisenin cevresine daxil olan sairlerin sirasina Nesir Eli Sayab Sems Veli Ullah Brahmin ve Behraaz daxil idi Zeb un Nise butun heyatini edebi eserlere ve seirlere serf etdi ozu de dediyi kimi Ey Mexfi bu esq yoludur ve tek getmelisen Hec kim senin dostluguna yarasmaz hetta Allah olsa bele Basqa bir qezelinde deyilir Tund buruq saclarin ve nefes kesen gozlerinle Meni yarimciq qoyan sorgulu baxisin Qana bulasmis qilinc kimi desen sonra geri cekilen gozler xencer kirpikli gozler Fanatikler sehv edirsiniz bu cennetdir Axiretle bagli vedler verenlere fikir vermeyin indi bize qosulun saleh dostlar bu mestlikde Kebeye geden yolu dusunmeyin muqeddeslik qelblerdedir Omrunu israf et eziyyet cek Allah buradadir Ey dozulmez uz Davamli isiq Heyecanlandigim yer budur burada burada Bu barede hec bir yerde kitab yoxdur Yalniz seni goren kimi anlayiram Eger gozelliyini Allaha teqdim etmek isteyirsense Zebunnise ver bir dad En kicik loxmani gozleyen o buradadir MirasiOnun serlerden ibaret kitabi 1929 cu ilde Dehli seherinde 2001 ci ilde de Tehran seherinde cap edilmisdir Hemcinin bu kitabin elyazmalari Britaniya muzeyi kitabxanasinda Almaniyada Tubingen Universitetinin kitabxanasinda ve Hindistanda Mota kitabxanasinda saxlanmaqdadir Onun Lahorun ozunde saldigi ve Cauburji ve ya Dord qulleli adlanan baginin bir hissesi dovrumuzde de movcudlugunu qorumaqdadir EserleriDivan i Mexf Lahore Amrit Press 1920 Paul Vhalley red The Tears of Zebunnisa Being Excerpts from The Divan I Makhf W Thacker amp Co 1913 QeydlerHemcinin Zebunnise Zebunniso Zebunnissa Zebunise ve ya Zeb el Nisse olaraq da adlandirilir Zeb sozunun menasi gozel ve ya ornament demekdir ve erebce sozdur Nise erebce de qadin demekdir Belelikle Zeb un Nise butun qadinlarin en gozeli demekdir Mehemmed Ekber dogulan zaman anasi Dilras Banu Beyim infeksiyaya yoluxmus ve buna gore de bir nece ay sonra vefat etmisdir Dilras Beyimin vefatindan sonra korpe Mehemmed Ekberin qaygisi ile boyuk bacisi Zeb un Nise mesgul olmusdur Zeb un Nisenin atasinin en sevimli qizi oldugu kimi Ekber de atasinin en sevimli oglu idi Bu ingilis diline Salli Li Styuvart Elena Bell ve Maqsude Jorayev terefinden tercume edilmisdir Sally Lee Stewart Elena Bell ve Maksuda Joraeva VIII Atlanta Atlanta Review 2002 seh 68 Hemcinin baxMehemmed Ekber Mehemmed Ezem Sah Dilras Banu Beyim Zinet un Nise BeyimIstinadlarSarkar 1979 seh 14 Lal ve Westbrook 1913 seh 20 Sarkar 1989 seh 90 Aurangzeb daughter s monument in a shambles ation com pk 2009 2012 11 01 tarixinde Istifade tarixi 28 noyabr 2022 Krynicki 2005 seh 73 Lal ve Westbrook 1913 seh 7 Lal ve Westbrook 1913 seh 8 Sarkar 1912 seh 69 Raman 2009 seh 10 Mirsa 1967 seh 90 Hadi 1995 seh 638 639 Nath 1990 seh 161 WISE Muslim Women Past and Present Zebunnisa www wisemuslimwomen org 2011 12 27 tarixinde Istifade tarixi 28 noyabr 2022 Nath 1990 seh 163 The Diwan of Zeb un Nissa Introduction sacred texts com 2023 07 07 tarixinde Istifade tarixi 28 noyabr 2022 Ziad 2002 seh 169 Lal ve Westbrook 1913 seh 16 Krynicki Annie Krieger Captive Princess Zebunissa Daughter of Emperor Aurangzeb Oxford University Press 2006 2022 11 28 tarixinde Istifade tarixi 28 noyabr 2022 The book revolves around Princess Zebunissa 1638 1702 who is defined as the symbol of female power of the Mughal dynasty and portrays their stature in the court life in the seventeenth century For her the name signified a life dramatically suppressed cut off from the world Her mysterious and unexpected imprisonment is also described in this book Zebunissa s fate changed drastically when she was sent to prison by her father Aurangzeb where she died leaving a landmark near the Red Fort of Delhi Memories of Ferghana indianexpress com 2005 2022 11 28 tarixinde Istifade tarixi 28 noyabr 2022 USIC and dance But wasn t that unIslamic in a country celebrating an Islamic revival I d thought back then as I twirled at an Uzbek soiree at Kokand in the Ferghana Valley My hostess had snatched up a daf dafli in India and was dancing slowly to a sad Persian song by Zebunisa Makhfi an Uzbek Tajik favourite She was a princess of Delhi via Ferghana Aurangzeb s daughter whom he jailed for 20 years in Salimgarh next to the Red Fort because of her Sufi sympathies Aurangzeb had killed music in his realm Zebunisa s voice sang in her ancestral homeland though lost to Delhi Sarkar 1919 seh 91 Elliot 1959 seh 97 Lal ve Westbrook 1913 seh 17 Mirsa 1967 seh 51 Smith 2012 seh 25 Rumi 2013 Pakistan Library Association 1930 seh 100 Khalid 2017 seh 100 Hutton 2015 seh 220 Nath 1990 seh 150 Journal of the Research Society of Pakistan 1975 seh 26 Eraly 1997 seh 30 Schimmel 2004 seh 26 Minorsky 1942 seh 1006 53 Javadi ve Burrill 1998 seh 251 55 Pasa Kerimov Almaniyada yasayan hemvetenimiz Mehemmedeli Huseyninin komeyi ile Sah Ismayil Xetainin nevesi Ibrahim Cahinin seirler toplusu divaninin suretini elde etmisdir 2022 01 20 tarixinde Istifade tarixi 2020 05 05 Elyazmalar Institutu Sah Ismayilin nevesinin divaninin suretini elde edib 2022 08 05 tarixinde Istifade tarixi 2020 05 05 ELYAZMALAR INSTITUTU SAH ISMAYILIN NEVESININ DIVANININ SURETINI ELDE EDIB 2022 03 27 tarixinde Istifade tarixi 2020 05 05 MenbeSir Jadunath Sarkar A short history of Aurangzib 1618 1707 Orient Longman 1979 Magan Lal Jessie Duncan Westbrook The Diwan of Zeb un Nissa London John Murray 1913 Jadunath Sarkar Studies in Aurangzib s Reign Sangam Books Limeted 1989 ISBN 9780861319671 Annie Krieger Krynicki Zebunissa daughter of Emperor Aurangzeb Oxford University Press 2005 ISBN 9780195798371 Sir Jadunath Sarkar History of Aurangzib Mainly Based on Persian Sources I M C Sarkar and Sons 1912 Sista Anantha Raman Women in India A Social and Cultural History Library of Congress Catologing 2009 ISBN 978 0 275 98242 3 Rekha Mirsa Women in Mughal India Munshiram Manoharlal 1967 Nabi Hadi Dictionary of Indo Persian Literature Indira Gandhi National Center for the Arts Shakti Malik Abhinav Publications Tara Chand Sons 1995 ISBN 81 7017 311 6 Zeenut Ziad The Magnificent Mughals Oxford University Press 2002 ISBN 9780195794441 Paul Smith Makhfi The princess Sufi Poet Zebunnissa Book Heaven 2012 ISBN 978 1480011830 Raza Rumi DELHI BY HEART Impressions of a Pakistani Traveller HarperCollins Publishers India 2013 ISBN 978 93 5029 998 2 Pakistan Library Association Modern Librarian Libraries 1930 Haroon Khalid How Lahore came to claim the rebellious and gifted Mughal princess Zeb un Nisa as its own Scroll in 2017 Deborah Hutton A Companion to Asian Art and Architecture John Wiley amp Sons 2015 ISBN 9781119019534 Journal of the Research Society of Pakistan Volume 12 Pakistan Research Society of Pakistan 1975 Abraham Eraly Emperors of the Peacock Throne The Saga of the Great Mughals Penguin Books India 1997 ISBN 978014100143 A Schimmel The Empire of the Great Mughals History Art and Culture Reaktion Books India 2004 H Javad ve K Burrill Azeri Literature in Iran III Encyclopaedia Iranica 1998 V Minorsky The Poetry of Shah Ismail I University of London Bulletin of the School of Oriental and African Studies 1942 1006 53