Rusiya–Türkiyə münasibətləri Rusiya Federasiyası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərdir. 16-cı əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər Osmanlı və Rusiya imperiyaları arasındakı əlaqələr kifayət qədər gərgin olmuş və tərəflər arasında bir neçə dəfə müharibə baş vermişdir. Buna baxmayaraq, 1920-ci illərin əvvəllərində Türkiyə İstiqlaliyyət müharibəsi ərzində bolşevik rus hökumətinin türk inqilabçılarına dəstək verməsi nəticəsində rəsmi Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşmışdır, lakin İkinci dünya müharibəsinin başa çatması ilə birlikdə Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmüşdür. Tərəflər arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu Soyuq müharibə dövründə Türkiyə 1952-ci ildə NATO-ya üzv olmuş və Varşava Müqaviləsi Təşkilatına qarşı mövqe nümayiş etdirmişdir.
Rusiya-Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Türkiyə və Rusiya arasındakı münasibətlər əhəmiyyətli şəkildə inkişaf etməyə başlamış və bu iki ölkə bir-birinin ən böyük ticari tərəfdaşı halına gəlmişdir. Bir çox türk şirkətinin Rusiya ərazisində fəaliyyətə başlaması ilə birlikdə Rusiya da Türkiyənin ən böyük enerji təchizatçısına çevrilmişdir. 1990-cı illərdə Türkiyə rusiyalı turistlər üçün əsas istirahət məkanı olmuşdur. 2015-ci ilin noyabrında Suriya-Türkiyə dövlət sərhədi yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşən münasibətlər 2017-ci ildən etibarən yenidən normallaşmışdır.
Tarixi arxa plan
Erkən tarix
Slavyan və türk xalqları min illər boyunca Avrasiya ərazisində daimi əlaqədə yaşamışdır. Orta əsrlərdə mövcud olmuş Xəzərlər, Dəşt-i Qıpçaq, İdil bulqarları, Qızıl Orda, Qazan xanlığı, Krım xanlığı, Həştərxan xanlığı, Sibir xanlığı kimi türk dövlətləri müasir Rusiya ərazisində yerləşmiş və bu ərazinin demoqrafik, genetik, linqvistik və mədəni həyatının formalaşmasında və inkişaf etməsində mühüm rol oynamışdır.
Anadolu ərazisində məskunlaşmış türklər isə şimal-şərqdən Qara dəniz və Reç Pospolita dövləti, şərqdən isə Qafqaz dağları vasitəsilə coğrafi cəhətdən Rusiyadan ayrılmışdır. Anadoluda yaşayan türklər Osmanlı İmperiyasının əsasını qoymuş və onun ərazisini böyütməyə başlamışdır. Toqquşan maraqlar nəticəsində Osmanlı və Rusiya imperiyaları arasında Qara dəniz sahilində bir çox döyüş baş tutmuşdur.
1453-cü ildə Konstantinopolun Osmanlı qüvvələri tərəfindən ələ keçirilməsi nəticəsində xristian Bizans İmperiyası süquta uğramış və Şərqi pravoslav kilsəsinin mərkəzi şəhəri türklərin idarəçiliyi altına keçmişdir.
İmperiyalar arasında baş verən döyüşlər
1549-cu ildə Osmanlı İmperiyasının müasir Rusiya ərazisində yerləşən kiçik türk vassal dövlətlərinə dəstək verməsi nəticəsində iki imperiya arasında uzun müddət davam edən münaqişə başlanmışdır. Ruslar türklərə qarşı hücuma keçməzdən əvvəl Qara dəniz Osmanlı dövlətinin nəzarəti altında idi. 1696-cı ildə I Pyotrun rəhbərlik etdiyi rus qoşunları Azovu ələ keçirməyə nail oldu. Rusiya-Osmanlı müharibəsi (1768-1774) 1774-cü ildə Kiçik Qaynarca sülhünün imzalanması ilə başa çatdı. Bu müqavilə sayəsində Rusiya Qara dənizə keçid əldə etdi ki, bu da dolayı yolla Aralıq dənizinə çıxışın əldə olunması ilə nəticələndi. 19-cu əsrə qədər Rusiya Türkiyənin slavyan və xristian azlıqlarına Osmanlı əleyhinə fəaliyyətlərində dəstək verdi. Buna baxmayaraq, Rusiyanın əsas məqsədi heç də Osmanlı dövlətinin parçalanmasından ibarət deyildi. Çünki, bu parçalanma Avstriya İmperiyasının Balkan yarımadasında genişlənməsi ilə nəticələnə bilərdi. Buna baxmayaraq, türk boğazlarından azad şəkildə keçmək imkanı əldə etmək məqsədilə ruslar 1877-1878-ci illərdə Osmanlı əleyhinə qəti hücuma keçdilər.
Bu iki imperiya arasındakı son döyüşlər Birinci dünya müharibəsi ərzində baş tutdu. Bu müharibədə əks mövqelərdə döyüşmələrinə baxmayaraq, hər iki monarxiya məğlubiyyətə uğradı və süqut prosesi başlandı.
Türkiyə və Sovet İttifaqı
Osmanlı hökuməti 3 mart 1918-ci ildə bolşevik Rusiya hökuməti və İttifaq dövlətləri arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsini imzalayan tərəflərdən biri olmuşdur. 1921-ci ilə qədər davam edən Rusiya vətəndaş müharibəsindən qalib şəkildə çıxan Vladimir Lenin Mustafa Kamalın rəhbərlik etdiyi Türk Milli Hərəkatını özünə dost kimi görürdü və məhz elə buna görə də Leninin başçılıq etdiyi hökumət Rusiya İmperiyasının Şərqi Anadoluya və türk boğazlarına olan ənənəvi iddialarından əl çəkmişdi. 1920-1922-ci illərdə Sovet hökumətinin türk inqilabçılarına qızıl və silah-sursatla kömək etməsi Türkiyənin müstəqillik uğrunda xarici işğalçılarla apardığı mübarizədə ona böyük köməklik etdi.
16 mart 1921-ci ildə imzalanmış Moskva müqaviləsi nəticəsində Rusiya SFSR Türkiyənin müstəqilliyini formal olaraq tanıyan ikinci ölkə kimi tarixə keçdi. Moskva müqaviləsinin şərtlərinə görə iki hökumət arasında dostluq əlaqələri qurulmalı idi. Bu müqavilə 1921-ci ilin oktyabrında Türkiyə ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında Qars müqaviləsinin imzalanmasına şərait yaratdı.
1929-cu ilin fevralında Sovet İttifaqından sürgün edilən Lev Trotski İstanbula gəlmiş və 4 ilə yaxın bu şəhərin cənub-şərqində yerləşən Mərmərə dənizinin Şahzadə adalarına aid Böyükadada bir evdə yaşamışdır.
İki ölkə arasındakı münasibətlərdə ilk gərginlik 1936-cı ilin iyulunda Montrö konvensiyasının imzalanması məqsədilə təşkil olunan danışıqlar zamanı meydana çıxmışdır. Belə ki, bu müqavilə nəticəsində türk boğazları üzərində nəzarət tamamilə Türkiyənin əlinə keçirdi.
Türkiyə İkinci dünya müharibəsi ərzində 23 fevral 1945-ci ilə qədər neytral mövqe tutduğunu elan etsə də, Almaniyaya məxsus hərbi gəmilərin boğazlardan keçməsinə türk hökumətinin mane olmaması SSRİ-ni narahat edirdi. 19 mart 1945-ci ildə SSRİ-nin Xarici İşlər naziri Vyaçeslav Molotov Moskvadakı Türkiyə səfirinə SSRİ-nin 1925-ci ildə imzalanmış aqressiya göstərməmə barədə razılaşmadan birtərəfli qaydada çəkildiyini bildirdi. Bununla da kifayətlənməyən Sovet İttifaqı Qars, Artvin və Ərdahan da daxil olmaqla Türkiyənin şərq hissələrinə ərazi iddiası irəli sürdü.
1945-ci ilin iyulunda təşkil olunmuş Potsdam konfransı ərzində baş tutmuş danışıqlarda Sovet lideri İosif Stalin Montrö konvensiyasına yenidən baxılmasını tələb etsə də, Qərbin dəstəyi ilə Türkiyə tərəfi bundan imtina etdi. 1947-ci ilin martında ABŞ tərəfindən qəbul olunmuş Truman doktrinasına əsasən Türkiyə və Yunanıstanda qeyri-kommunist hökumətlərin mövcudluğunun davam etdirilməsinin vacibliyi vurğulanırdı. ABŞ-la yaxınlaşmaqda davam edən Türkiyə 1952-ci ildə NATO-ya üzv oldu. SSRİ və Türkiyə Koreya müharibəsi də daxil olmaqla bütün Soyuq müharibə boyunca qarşı tərəflərdə mövqe tutmuşdu.
1990-2010-cu illər
Sovet İttifaqının dağılmasının ardınca iki ölkə arasındakı münasibətlər inkişaf etməyə başladı. 25 may 1992-ci ildə Türkiyənin Baş Naziri Süleyman Dəmirəlin Moskvaya səfəri zamanı Rusiya-Türkiyə hökumətlərarası razılaşma imzalandı.
Buna baxmayaraq, hər iki ölkə arasında Qafqaz üzərində tarixi sərhəd mübahisələri davam edirdi. Rusiya Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyinin Türkiyə ilə ikitərəfli münasibətlərə zərbə vuracağından ehtiyatlanırdı, lakin hər iki ölkə Cənubi Qafqaz regionunda strateji tərəfdaş hesab olunurdu.
2009-cu ilin mayında Rusiyanın Soçi şəhərinə işgüzar səfər edən Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan burada Rusiyanın Baş Naziri Vladimir Putinlə görüşü zamanı "Türkiyə və Rusiyanın regionda məsuliyyəti var. Biz bu regiona sülh və xoşbəxtlik gətirmək üçün çalışmalıyıq. Buna Dağlıq Qarabağ problemi, Yaxın Şərq problemi və Kipr problemi də daxildir" şəklində açıqlama vermişdir. Putin isə buna cavab olaraq Rusiya və Türkiyənin bu cür problemləri həll etmək üçün çalışdığını və bunu bütün yollarla asanlaşdıra biləcəklərini, lakin Qarabağ problemi də daxil olmaqla keçmişdən qalmış bu cür çətin problemlərin münaqişə tərəfləri arasında kompromis tapmaq yolu ilə həll edilə biləcəyini demişdir. Putin həmçinin münaqişə tərəflərinə kompromisə çatmaqda kömək edəcək digər dövlətlərin isə bu aspektdə müqavilənin imzalanması zamanı müşahidəçi və zəmanətçi rolunu oynaya biləcəklərini də açıqlamışdır.
2010-cu ilin may ayında Rusiya Prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri zamanı viza tələblərinin qaldırılması da daxil olmaqla tərəflər arasında bir neçə razılaşma imzalanmışdır. Həmçinin, Türkiyənin Mersin şəhərində Rusiya tərəfindən atom elektrik stansiyasının inşası ilə əlaqədar bir neçə milyard dollar dəyərində müqavilə imzalanmışdır.
2013-cü ildə BBC korporasiyası tərəfindən təşkil olunmuş sorğuya əsasən türklərin 30 faizi Rusiyaya pozitiv münasibətdə olduğu halda, 46 faizi neqativ görüşlərə sahib olmuşdur.
2015-ci ildə rus qırıcısının vurulması
24 noyabr 2015-ci ildə, Rusiya Silahlı Qüvvələrinin Suriya Prezidenti Bəşər Əsədə dəstək vermək məqsədilə başladığı hərbi əməliyyatlardan bir neçə həftə sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" döyüş təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" qırıcısını vuraraq düşürmüşdür. Rusiya Prezidenti Vladimir Putin bu hadisənin Rusiya və Türkiyə arasındakı münasibətlərə ciddi xələl gətirəcəyini vurğulamışdır. Buna cavab olaraq, Rusiya tərəfindən Türkiyəyə qarşı bir neçə iqtisadi sanksiya tətbiq olunmuşdur. Bunlara türk vətəndaşların Rusiyaya səyahəti zamanı vizasız səyahət imkanlarının ləğv edilməsi, Rusiyada bizneslə məşğul olan türk rezidentlərə və şirkətlərə məhdudiyyətlərin tətbiq olunması və Türkiyə istehsalı məhsulların idxalı zamanı məhdudiyyətlərin tətbiq olunması da daxil olmuşdur. Rusiya tur operatorları Türkiyəyə çarter uçuşlarının dayandırılması çağırışı etmiş, həmçinin rus futbol klublarına türk futbolçuları heyətinə qatmaq və Türkiyədə qış təlim-məşq toplanışı keçirmək qadağan edilmişdir. Təyyarənin düşürülməsindən bir gün sonra rusiyalı hüquqşünas Sergey Mironov Rusiya parlamentinə qondarma erməni soyqırımının inkar edilməsinə görə cinayət işi açılmasını tələb edən qanun irəli sürmüşdür.
Rus Pravoslav Kilsəsinin döyüş təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranmış gərgin münasibətlərə görə Türkiyəyə getməkdən imtina etməsi nəticəsində 2016-cı ildə İstanbulda təşkil ediləcəyi gözlənilən pravoslav şurasının Yunanıstanın Krit adasında keçirilməsi qərara alınmışdır.
Əlaqələrin normallaşması və sonrası: 2016–2018
2016-cı ilin iyununda Rəcəb Tayyib Ərdoğanın rus qırıcısının vurulmasına görə Putinə təəssüf hissi keçirdiyini bildirməsindən sonra iki ölkə arasındakı münasibətlər normallaşmağa başlamışdır. 29 iyunda Putin və Ərdoğan arasında təşkil olunmuş telefon danışığı rus və türk hökumət rəsmiləri tərəfindən məhsuldar görüş kimi dəyərləndirilmişdir. Rusiya hökuməti rus vətəndaşların Türkiyəyə səyahətinə qoyulan məhdudiyyətləri aradan qaldırdı və tərəflər arasındakı ticari əlaqələrin normallaşdırılması əmri verildi.
9 avqust 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində iki ölkə liderləri arasında görüş baş tutdu. Bu, rus qırıcısının Türkiyə tərəfindən vurulması və Türkiyədə dövlət çevrilişinə cəhdin baş verməsindən sonra Ərdoğanın ilk xarici ölkə səyahəti idi. Görüş zamanı Ərdoğanın Putinə dövlət çevrilişinə cəhd zamanı Türkiyə hökumətinə göstərdiyi dəstəyə görə ona təşəkkür etməsi Qərb hökumət dairələrini narahat etdi.
19 dekabr 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsinin ardınca iki ölkə liderləri bu hadisənin ikitərəfli münasibətlərə zərbə vurmaq məqsədi güddüyünü açıqladı. 2016-cı ilin dekabrında iki ölkənin və İranın da iştirakı ilə Suriyada sülhü təmin etmək üçün təşkil olunan Astana sammiti ərzində Suriyada deeskalasiya zonasının yaradılması qərara alındı.
2017-ci ilin sentyabr ayının sonlarında Putinin Ankaraya səfəri ərzində Türkiyə və Rusiya prezidentləri arasında Suriya vətəndaş müharibəsinin sonlandırılması məqsədilə sıx əməkdaşlıq etmək barədə razılaşma əldə olundu. Vladimir Putinin dekabr ayında Ankaraya səfər etməsi ilə iki ölkə liderləri arasında bir aydan az müddət ərzində üçüncü dəfə, bir il ərzində isə yeddinci dəfə üzbəüz görüş baş tutdu.
12 sentyabr 2017-ci ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almaq barədə qərar qəbul etdiyini açıqladı. Bu açıqlama Amerikan mətbuatında "Ərdoğanın NATO və ABŞ-dən uzaqlaşaraq Rusiyaya istiqamət alması" kimi dəyərləndirildi. Tramp administrasiyasının bu razılaşmadan çəkilmək barədə Türkiyə hökumətinə təzyiq göstərməsinə baxmayaraq, 2018-ci ilin aprelində S-400-lərin cədvələ uyğun olaraq 2019-cu ilin iyul ayından etibarən idxal olunacağı elan olundu.
2018-ci ilin iyun ayında Rusiya hökuməti tərəfindən nəzarət olunan "Sputnik" xəbər agentliyi kürd dilində olan vebsaytını heç bir səbəb göstərmədən bağladı.
2018-ci ilin avqust ayının ortalarında Rusiya və Türkiyə ABŞ-la aralarında olan fikir ayrılıqlarında bir-birilərinin mövqeyini dəstəklədi. Rusiya keşiş Endryu Bransonun həbs olunmasına görə Türkiyəyə qarşı tətbiq olunan sanksiyalarla əlaqədar olaraq ABŞ-ni qınadı, Türkiyə isə Krımın anneksiya olunması və Rusiyanın 2016-cı ildə ABŞ-də təşkil olunmuş prezident seçkilərinə müdaxilə etdiyi bəhanəsilə ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə çıxış etdi.
Həmçinin bax
İstinadlar
- Ziring, Lawrence. Iran, Turkey, and Afghanistan, A Political Chronology. United States: Praeger Publishers. 1981. ISBN .
- В. Шеремет. Босфор. Moscow, 1995, p. 241.
- "Erdoğan to visit Russia next month, report says". Today’s Zaman. 25 aprel 2009.
- "Erdoğan seeks Russian backing in Karabakh peace effort". Today’s Zaman. 16 may 2009.
- "Putin to visit Turkey next month". Today’s Zaman. 20 may 2009.
- 2013 World Service Poll 2015-10-10 at the Wayback Machine BBC
- Turkey-Russia jet downing: Moscow announces sanctions 2022-09-01 at the Wayback Machine, BBC, 28 noyabr 2015
- Russian clubs banned from signing Turkish players 2015-12-02 at the Wayback Machine, BBC, 29 noyabr 2015
- "Russian deputies seek accountability for Armenia genocide denial". Reuters. 25 noyabr 2015. 2015-12-22 tarixində . İstifadə tarixi: 7 dekabr 2015.
- "Orthodox Council moved from Turkey to Greece over Russia crisis". Hürriyet Daily News. 19 aprel 2016. 2022-03-25 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Last-minute politics overshadow historic pan-Orthodox council. 2016-02-13 at the Wayback Machine The Washington Post, 18 dekabr 2015.
- "Patriarch of Moscow: pan-Orthodox Synod to be held in Crete". 2016-03-01 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Cобрание Патриархов в Стамбуле 2015-05-13 at the Wayback Machine Nezavisimaya Gazeta, 30 dekabr 2014.
- "Erdoğan has apologised for downing of Russian jet, Kremlin says". The Guardian. 27 iyun 2016. 2019-04-02 tarixində . İstifadə tarixi: 6 yanvar 2019.
- "Russia closes 'crisis chapter' with Turkey". Al Jazeera. 29 iyun 2016. İstifadə tarixi: 6 yanvar 2019.
- "Erdoğan and Putin discuss closer ties in first meeting since jet downing: Turkish president holds talks in St Petersburg with Russian counterpart, thanking him for support in wake of last month's coup attempt". The Guardian. 9 avqust 2016. 2022-09-07 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Turkey's Erdogan unnerves West with Putin visit 2022-03-25 at the Wayback Machine BBC, 9 avqust 2016.
- "Why killing of Russian diplomat may well bring Turkey and Russia closer: Putin and Erdoğan are likely to find common ground in their desire to blame third parties for death of Andrei Karlov". The Guardian. 19 dekabr 2016. 2022-07-16 tarixində . İstifadə tarixi: 2019-01-06.
- "Russian president guarantees envoy's murder won't damage Russia-Turkey ties". Hürriyet Daily News. 23 dekabr 2016. 2022-09-13 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Переговоры в Астане по урегулированию конфликта в Сирии 2017-05-13 at the Wayback Machine RIA Novosti, 3 may 2017.
- "Совместное заявление министров иностранных дел Исламской Республики Иран, Российской Федерации, Турецкой Республики по согласованным мерам, направленным на оживление политического процесса с целью прекращения сирийского конфликта, Москва, 20 декабря 2016 года". www.mid.ru. 2017-10-09 tarixində . İstifadə tarixi: 6 yanvar 2019.
- "Russia, Turkey and Iran continue cooperation on de-escalation zones in Syria". TASS. 23 iyun 2017. 2017-06-25 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Putin, Erdogan Pledge To Closely Cooperate On Syria, Increase Trade 2022-03-25 at the Wayback Machine Radio Liberty, 29 sentyabr 2017.
- "Putin, Erdogan meet for third time in less than a month". 2022-03-25 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Russian-Turkish talks 2022-05-01 at the Wayback Machine kremlin.ru, 11 dekabr 2017.
- Turkey Signs Russian Missile Deal, Pivoting From NATO 2022-10-01 at the Wayback Machine. The New York Times (Europe), 12 sentyabr 2017.
- Turkey will reportedly start getting Russia's advanced missile defense system in 2019, despite US efforts to block it 2022-08-19 at the Wayback Machine Business Insider, 21 avqust 2018.
- "Arxivlənmiş surət". 2019-04-03 tarixində . İstifadə tarixi: 2019-01-06.
- Russia's Lavrov, in Turkey, calls U. S. sanctions policy illegitimate 2019-04-03 at the Wayback Machine Reuters, 14 avqust 2018.
- Turkey never supported anti-Russian sanctions — top diplomat 2022-03-28 at the Wayback Machine TASS, 14 avqust 2018.
- Turkey Shifts Toward Russia as Sanctions Sour U. S. Relations: Foreign ministers slam Western sanctions, as Erdogan plans boycott of U. S. electronic goods 2022-03-25 at the Wayback Machine WSJ, 14 avqust 2018.
Xarici keçidlər
- Documents on the Russia–Turkey relationship at the Russian Ministry of Foreign Affairs (rus.)
- Documents on the Russia–Turkey relationship at the Turkish Ministry of Foreign Affairs (ing.)
- Russia–Turkey relations news from Turkishnews.ru 2011-09-30 at the Wayback Machine (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rusiya Turkiye munasibetleri Rusiya Federasiyasi ve Turkiye Respublikasi arasindaki ikiterefli munasibetlerdir 16 ci esrin sonlarindan 20 ci esrin evvellerine qeder Osmanli ve Rusiya imperiyalari arasindaki elaqeler kifayet qeder gergin olmus ve terefler arasinda bir nece defe muharibe bas vermisdir Buna baxmayaraq 1920 ci illerin evvellerinde Turkiye Istiqlaliyyet muharibesi erzinde bolsevik rus hokumetinin turk inqilabcilarina destek vermesi neticesinde resmi Moskva ve Ankara arasindaki munasibetler yaxsilasmisdir lakin Ikinci dunya muharibesinin basa catmasi ile birlikde Sovet hokumeti Turkiyeye qarsi erazi iddialari ireli surmusdur Terefler arasindaki munasibetlerin en asagi seviyyede oldugu Soyuq muharibe dovrunde Turkiye 1952 ci ilde NATO ya uzv olmus ve Varsava Muqavilesi Teskilatina qarsi movqe numayis etdirmisdir Rusiya Turkiye munasibetleri Rusiya Turkiye Vikianbarda elaqeli mediafayllar 1991 ci ilde SSRI nin dagilmasinin ardinca Turkiye ve Rusiya arasindaki munasibetler ehemiyyetli sekilde inkisaf etmeye baslamis ve bu iki olke bir birinin en boyuk ticari terefdasi halina gelmisdir Bir cox turk sirketinin Rusiya erazisinde fealiyyete baslamasi ile birlikde Rusiya da Turkiyenin en boyuk enerji techizatcisina cevrilmisdir 1990 ci illerde Turkiye rusiyali turistler ucun esas istirahet mekani olmusdur 2015 ci ilin noyabrinda Suriya Turkiye dovlet serhedi yaxinliginda Rusiyaya mexsus doyus teyyaresinin Turkiye terefinden vurulmasindan sonra gerginlesen munasibetler 2017 ci ilden etibaren yeniden normallasmisdir Tarixi arxa planErken tarix Slavyan ve turk xalqlari min iller boyunca Avrasiya erazisinde daimi elaqede yasamisdir Orta esrlerde movcud olmus Xezerler Dest i Qipcaq Idil bulqarlari Qizil Orda Qazan xanligi Krim xanligi Hesterxan xanligi Sibir xanligi kimi turk dovletleri muasir Rusiya erazisinde yerlesmis ve bu erazinin demoqrafik genetik linqvistik ve medeni heyatinin formalasmasinda ve inkisaf etmesinde muhum rol oynamisdir Anadolu erazisinde meskunlasmis turkler ise simal serqden Qara deniz ve Rec Pospolita dovleti serqden ise Qafqaz daglari vasitesile cografi cehetden Rusiyadan ayrilmisdir Anadoluda yasayan turkler Osmanli Imperiyasinin esasini qoymus ve onun erazisini boyutmeye baslamisdir Toqqusan maraqlar neticesinde Osmanli ve Rusiya imperiyalari arasinda Qara deniz sahilinde bir cox doyus bas tutmusdur 1453 cu ilde Konstantinopolun Osmanli quvveleri terefinden ele kecirilmesi neticesinde xristian Bizans Imperiyasi suquta ugramis ve Serqi pravoslav kilsesinin merkezi seheri turklerin idareciliyi altina kecmisdir Imperiyalar arasinda bas veren doyusler 1549 cu ilde Osmanli Imperiyasinin muasir Rusiya erazisinde yerlesen kicik turk vassal dovletlerine destek vermesi neticesinde iki imperiya arasinda uzun muddet davam eden munaqise baslanmisdir Ruslar turklere qarsi hucuma kecmezden evvel Qara deniz Osmanli dovletinin nezareti altinda idi 1696 ci ilde I Pyotrun rehberlik etdiyi rus qosunlari Azovu ele kecirmeye nail oldu Rusiya Osmanli muharibesi 1768 1774 1774 cu ilde Kicik Qaynarca sulhunun imzalanmasi ile basa catdi Bu muqavile sayesinde Rusiya Qara denize kecid elde etdi ki bu da dolayi yolla Araliq denizine cixisin elde olunmasi ile neticelendi 19 cu esre qeder Rusiya Turkiyenin slavyan ve xristian azliqlarina Osmanli eleyhine fealiyyetlerinde destek verdi Buna baxmayaraq Rusiyanin esas meqsedi hec de Osmanli dovletinin parcalanmasindan ibaret deyildi Cunki bu parcalanma Avstriya Imperiyasinin Balkan yarimadasinda genislenmesi ile neticelene bilerdi Buna baxmayaraq turk bogazlarindan azad sekilde kecmek imkani elde etmek meqsedile ruslar 1877 1878 ci illerde Osmanli eleyhine qeti hucuma kecdiler Bu iki imperiya arasindaki son doyusler Birinci dunya muharibesi erzinde bas tutdu Bu muharibede eks movqelerde doyusmelerine baxmayaraq her iki monarxiya meglubiyyete ugradi ve suqut prosesi baslandi Turkiye ve Sovet Ittifaqi Osmanli hokumeti 3 mart 1918 ci ilde bolsevik Rusiya hokumeti ve Ittifaq dovletleri arasinda imzalanmis Brest Litovsk sulh muqavilesini imzalayan tereflerden biri olmusdur 1921 ci ile qeder davam eden Rusiya vetendas muharibesinden qalib sekilde cixan Vladimir Lenin Mustafa Kamalin rehberlik etdiyi Turk Milli Herekatini ozune dost kimi gorurdu ve mehz ele buna gore de Leninin basciliq etdiyi hokumet Rusiya Imperiyasinin Serqi Anadoluya ve turk bogazlarina olan enenevi iddialarindan el cekmisdi 1920 1922 ci illerde Sovet hokumetinin turk inqilabcilarina qizil ve silah sursatla komek etmesi Turkiyenin musteqillik ugrunda xarici isgalcilarla apardigi mubarizede ona boyuk komeklik etdi 16 mart 1921 ci ilde imzalanmis Moskva muqavilesi neticesinde Rusiya SFSR Turkiyenin musteqilliyini formal olaraq taniyan ikinci olke kimi tarixe kecdi Moskva muqavilesinin sertlerine gore iki hokumet arasinda dostluq elaqeleri qurulmali idi Bu muqavile 1921 ci ilin oktyabrinda Turkiye ile Azerbaycan SSR Ermenistan SSR ve Gurcustan SSR arasinda Qars muqavilesinin imzalanmasina serait yaratdi 1929 cu ilin fevralinda Sovet Ittifaqindan surgun edilen Lev Trotski Istanbula gelmis ve 4 ile yaxin bu seherin cenub serqinde yerlesen Mermere denizinin Sahzade adalarina aid Boyukadada bir evde yasamisdir Iki olke arasindaki munasibetlerde ilk gerginlik 1936 ci ilin iyulunda Montro konvensiyasinin imzalanmasi meqsedile teskil olunan danisiqlar zamani meydana cixmisdir Bele ki bu muqavile neticesinde turk bogazlari uzerinde nezaret tamamile Turkiyenin eline kecirdi Turkiye Ikinci dunya muharibesi erzinde 23 fevral 1945 ci ile qeder neytral movqe tutdugunu elan etse de Almaniyaya mexsus herbi gemilerin bogazlardan kecmesine turk hokumetinin mane olmamasi SSRI ni narahat edirdi 19 mart 1945 ci ilde SSRI nin Xarici Isler naziri Vyaceslav Molotov Moskvadaki Turkiye sefirine SSRI nin 1925 ci ilde imzalanmis aqressiya gostermeme barede razilasmadan birterefli qaydada cekildiyini bildirdi Bununla da kifayetlenmeyen Sovet Ittifaqi Qars Artvin ve Erdahan da daxil olmaqla Turkiyenin serq hisselerine erazi iddiasi ireli surdu 1945 ci ilin iyulunda teskil olunmus Potsdam konfransi erzinde bas tutmus danisiqlarda Sovet lideri Iosif Stalin Montro konvensiyasina yeniden baxilmasini teleb etse de Qerbin desteyi ile Turkiye terefi bundan imtina etdi 1947 ci ilin martinda ABS terefinden qebul olunmus Truman doktrinasina esasen Turkiye ve Yunanistanda qeyri kommunist hokumetlerin movcudlugunun davam etdirilmesinin vacibliyi vurgulanirdi ABS la yaxinlasmaqda davam eden Turkiye 1952 ci ilde NATO ya uzv oldu SSRI ve Turkiye Koreya muharibesi de daxil olmaqla butun Soyuq muharibe boyunca qarsi tereflerde movqe tutmusdu 1990 2010 cu illerSovet Ittifaqinin dagilmasinin ardinca iki olke arasindaki munasibetler inkisaf etmeye basladi 25 may 1992 ci ilde Turkiyenin Bas Naziri Suleyman Demirelin Moskvaya seferi zamani Rusiya Turkiye hokumetlerarasi razilasma imzalandi Buna baxmayaraq her iki olke arasinda Qafqaz uzerinde tarixi serhed mubahiseleri davam edirdi Rusiya Turkiyenin Avropa Ittifaqina uzv olmaq isteyinin Turkiye ile ikiterefli munasibetlere zerbe vuracagindan ehtiyatlanirdi lakin her iki olke Cenubi Qafqaz regionunda strateji terefdas hesab olunurdu 2009 cu ilin mayinda Rusiyanin Soci seherine isguzar sefer eden Turkiyenin Bas Naziri Receb Tayyib Erdogan burada Rusiyanin Bas Naziri Vladimir Putinle gorusu zamani Turkiye ve Rusiyanin regionda mesuliyyeti var Biz bu regiona sulh ve xosbextlik getirmek ucun calismaliyiq Buna Dagliq Qarabag problemi Yaxin Serq problemi ve Kipr problemi de daxildir seklinde aciqlama vermisdir Putin ise buna cavab olaraq Rusiya ve Turkiyenin bu cur problemleri hell etmek ucun calisdigini ve bunu butun yollarla asanlasdira bileceklerini lakin Qarabag problemi de daxil olmaqla kecmisden qalmis bu cur cetin problemlerin munaqise terefleri arasinda kompromis tapmaq yolu ile hell edile bileceyini demisdir Putin hemcinin munaqise tereflerine kompromise catmaqda komek edecek diger dovletlerin ise bu aspektde muqavilenin imzalanmasi zamani musahideci ve zemanetci rolunu oynaya bileceklerini de aciqlamisdir 2010 cu ilin may ayinda Rusiya Prezidenti Dmitri Medvedyevin Turkiyeye seferi zamani viza teleblerinin qaldirilmasi da daxil olmaqla terefler arasinda bir nece razilasma imzalanmisdir Hemcinin Turkiyenin Mersin seherinde Rusiya terefinden atom elektrik stansiyasinin insasi ile elaqedar bir nece milyard dollar deyerinde muqavile imzalanmisdir 2013 cu ilde BBC korporasiyasi terefinden teskil olunmus sorguya esasen turklerin 30 faizi Rusiyaya pozitiv munasibetde oldugu halda 46 faizi neqativ goruslere sahib olmusdur 2015 ci ilde rus qiricisinin vurulmasi Esas meqale Suriyada Rusiyanin Su 24 teyyaresinin vurulmasi 24 noyabr 2015 ci ilde Rusiya Silahli Quvvelerinin Suriya Prezidenti Beser Esede destek vermek meqsedile basladigi herbi emeliyyatlardan bir nece hefte sonra Turkiye Herbi Hava Quvvelerine mexsus F 16 doyus teyyaresi Turkiye Suriya serhedi yaxinliginda Rusiyanin Su 24 qiricisini vuraraq dusurmusdur Rusiya Prezidenti Vladimir Putin bu hadisenin Rusiya ve Turkiye arasindaki munasibetlere ciddi xelel getireceyini vurgulamisdir Buna cavab olaraq Rusiya terefinden Turkiyeye qarsi bir nece iqtisadi sanksiya tetbiq olunmusdur Bunlara turk vetendaslarin Rusiyaya seyaheti zamani vizasiz seyahet imkanlarinin legv edilmesi Rusiyada biznesle mesgul olan turk rezidentlere ve sirketlere mehdudiyyetlerin tetbiq olunmasi ve Turkiye istehsali mehsullarin idxali zamani mehdudiyyetlerin tetbiq olunmasi da daxil olmusdur Rusiya tur operatorlari Turkiyeye carter ucuslarinin dayandirilmasi cagirisi etmis hemcinin rus futbol klublarina turk futbolculari heyetine qatmaq ve Turkiyede qis telim mesq toplanisi kecirmek qadagan edilmisdir Teyyarenin dusurulmesinden bir gun sonra rusiyali huquqsunas Sergey Mironov Rusiya parlamentine qondarma ermeni soyqiriminin inkar edilmesine gore cinayet isi acilmasini teleb eden qanun ireli surmusdur Rus Pravoslav Kilsesinin doyus teyyaresinin vurulmasindan sonra iki olke arasinda yaranmis gergin munasibetlere gore Turkiyeye getmekden imtina etmesi neticesinde 2016 ci ilde Istanbulda teskil edileceyi gozlenilen pravoslav surasinin Yunanistanin Krit adasinda kecirilmesi qerara alinmisdir Elaqelerin normallasmasi ve sonrasi 2016 2018 2016 ci ilin iyununda Receb Tayyib Erdoganin rus qiricisinin vurulmasina gore Putine teessuf hissi kecirdiyini bildirmesinden sonra iki olke arasindaki munasibetler normallasmaga baslamisdir 29 iyunda Putin ve Erdogan arasinda teskil olunmus telefon danisigi rus ve turk hokumet resmileri terefinden mehsuldar gorus kimi deyerlendirilmisdir Rusiya hokumeti rus vetendaslarin Turkiyeye seyahetine qoyulan mehdudiyyetleri aradan qaldirdi ve terefler arasindaki ticari elaqelerin normallasdirilmasi emri verildi 9 avqust 2016 ci ilde Rusiyanin Sankt Peterburq seherinde iki olke liderleri arasinda gorus bas tutdu Bu rus qiricisinin Turkiye terefinden vurulmasi ve Turkiyede dovlet cevrilisine cehdin bas vermesinden sonra Erdoganin ilk xarici olke seyaheti idi Gorus zamani Erdoganin Putine dovlet cevrilisine cehd zamani Turkiye hokumetine gosterdiyi desteye gore ona tesekkur etmesi Qerb hokumet dairelerini narahat etdi 19 dekabr 2016 ci ilde Rusiyanin Turkiyedeki sefiri Andrey Karlovun sui qesd neticesinde oldurulmesinin ardinca iki olke liderleri bu hadisenin ikiterefli munasibetlere zerbe vurmaq meqsedi gudduyunu aciqladi 2016 ci ilin dekabrinda iki olkenin ve Iranin da istiraki ile Suriyada sulhu temin etmek ucun teskil olunan Astana sammiti erzinde Suriyada deeskalasiya zonasinin yaradilmasi qerara alindi 2017 ci ilin sentyabr ayinin sonlarinda Putinin Ankaraya seferi erzinde Turkiye ve Rusiya prezidentleri arasinda Suriya vetendas muharibesinin sonlandirilmasi meqsedile six emekdasliq etmek barede razilasma elde olundu Vladimir Putinin dekabr ayinda Ankaraya sefer etmesi ile iki olke liderleri arasinda bir aydan az muddet erzinde ucuncu defe bir il erzinde ise yeddinci defe uzbeuz gorus bas tutdu 12 sentyabr 2017 ci ilde Turkiye Rusiyadan S 400 hava hucumundan mudafie sistemi almaq barede qerar qebul etdiyini aciqladi Bu aciqlama Amerikan metbuatinda Erdoganin NATO ve ABS den uzaqlasaraq Rusiyaya istiqamet almasi kimi deyerlendirildi Tramp administrasiyasinin bu razilasmadan cekilmek barede Turkiye hokumetine tezyiq gostermesine baxmayaraq 2018 ci ilin aprelinde S 400 lerin cedvele uygun olaraq 2019 cu ilin iyul ayindan etibaren idxal olunacagi elan olundu 2018 ci ilin iyun ayinda Rusiya hokumeti terefinden nezaret olunan Sputnik xeber agentliyi kurd dilinde olan vebsaytini hec bir sebeb gostermeden bagladi 2018 ci ilin avqust ayinin ortalarinda Rusiya ve Turkiye ABS la aralarinda olan fikir ayriliqlarinda bir birilerinin movqeyini destekledi Rusiya kesis Endryu Bransonun hebs olunmasina gore Turkiyeye qarsi tetbiq olunan sanksiyalarla elaqedar olaraq ABS ni qinadi Turkiye ise Krimin anneksiya olunmasi ve Rusiyanin 2016 ci ilde ABS de teskil olunmus prezident seckilerine mudaxile etdiyi behanesile ABS terefinden Rusiyaya qarsi tetbiq edilen sanksiyalarin eleyhine cixis etdi Hemcinin baxSoyuq muharibe Incirlik aviabazasiIstinadlarZiring Lawrence Iran Turkey and Afghanistan A Political Chronology United States Praeger Publishers 1981 ISBN 0 03 058651 8 V Sheremet Bosfor Moscow 1995 p 241 Erdogan to visit Russia next month report says Today s Zaman 25 aprel 2009 Erdogan seeks Russian backing in Karabakh peace effort Today s Zaman 16 may 2009 Putin to visit Turkey next month Today s Zaman 20 may 2009 2013 World Service Poll 2015 10 10 at the Wayback Machine BBC Turkey Russia jet downing Moscow announces sanctions 2022 09 01 at the Wayback Machine BBC 28 noyabr 2015 Russian clubs banned from signing Turkish players 2015 12 02 at the Wayback Machine BBC 29 noyabr 2015 Russian deputies seek accountability for Armenia genocide denial Reuters 25 noyabr 2015 2015 12 22 tarixinde Istifade tarixi 7 dekabr 2015 Orthodox Council moved from Turkey to Greece over Russia crisis Hurriyet Daily News 19 aprel 2016 2022 03 25 tarixinde Istifade tarixi 2019 01 06 Last minute politics overshadow historic pan Orthodox council 2016 02 13 at the Wayback Machine The Washington Post 18 dekabr 2015 Patriarch of Moscow pan Orthodox Synod to be held in Crete 2016 03 01 tarixinde Istifade tarixi 2019 01 06 Cobranie Patriarhov v Stambule 2015 05 13 at the Wayback Machine Nezavisimaya Gazeta 30 dekabr 2014 Erdogan has apologised for downing of Russian jet Kremlin says The Guardian 27 iyun 2016 2019 04 02 tarixinde Istifade tarixi 6 yanvar 2019 Russia closes crisis chapter with Turkey Al Jazeera 29 iyun 2016 Istifade tarixi 6 yanvar 2019 Erdogan and Putin discuss closer ties in first meeting since jet downing Turkish president holds talks in St Petersburg with Russian counterpart thanking him for support in wake of last month s coup attempt The Guardian 9 avqust 2016 2022 09 07 tarixinde Istifade tarixi 2019 01 06 Turkey s Erdogan unnerves West with Putin visit 2022 03 25 at the Wayback Machine BBC 9 avqust 2016 Why killing of Russian diplomat may well bring Turkey and Russia closer Putin and Erdogan are likely to find common ground in their desire to blame third parties for death of Andrei Karlov The Guardian 19 dekabr 2016 2022 07 16 tarixinde Istifade tarixi 2019 01 06 Russian president guarantees envoy s murder won t damage Russia Turkey ties Hurriyet Daily News 23 dekabr 2016 2022 09 13 tarixinde Istifade tarixi 2019 01 06 Peregovory v Astane po uregulirovaniyu konflikta v Sirii 2017 05 13 at the Wayback Machine RIA Novosti 3 may 2017 Sovmestnoe zayavlenie ministrov inostrannyh del Islamskoj Respubliki Iran Rossijskoj Federacii Tureckoj Respubliki po soglasovannym meram napravlennym na ozhivlenie politicheskogo processa s celyu prekrasheniya sirijskogo konflikta Moskva 20 dekabrya 2016 goda www mid ru 2017 10 09 tarixinde Istifade tarixi 6 yanvar 2019 Russia Turkey and Iran continue cooperation on de escalation zones in Syria TASS 23 iyun 2017 2017 06 25 tarixinde Istifade tarixi 2019 01 06 Putin Erdogan Pledge To Closely Cooperate On Syria Increase Trade 2022 03 25 at the Wayback Machine Radio Liberty 29 sentyabr 2017 Putin Erdogan meet for third time in less than a month 2022 03 25 tarixinde Istifade tarixi 2019 01 06 Russian Turkish talks 2022 05 01 at the Wayback Machine kremlin ru 11 dekabr 2017 Turkey Signs Russian Missile Deal Pivoting From NATO 2022 10 01 at the Wayback Machine The New York Times Europe 12 sentyabr 2017 Turkey will reportedly start getting Russia s advanced missile defense system in 2019 despite US efforts to block it 2022 08 19 at the Wayback Machine Business Insider 21 avqust 2018 Arxivlenmis suret 2019 04 03 tarixinde Istifade tarixi 2019 01 06 Russia s Lavrov in Turkey calls U S sanctions policy illegitimate 2019 04 03 at the Wayback Machine Reuters 14 avqust 2018 Turkey never supported anti Russian sanctions top diplomat 2022 03 28 at the Wayback Machine TASS 14 avqust 2018 Turkey Shifts Toward Russia as Sanctions Sour U S Relations Foreign ministers slam Western sanctions as Erdogan plans boycott of U S electronic goods 2022 03 25 at the Wayback Machine WSJ 14 avqust 2018 Xarici kecidlerVikianbarda Rusiya Turkiye munasibetleri ile elaqeli mediafayllar var Documents on the Russia Turkey relationship at the Russian Ministry of Foreign Affairs rus Documents on the Russia Turkey relationship at the Turkish Ministry of Foreign Affairs ing Russia Turkey relations news from Turkishnews ru 2011 09 30 at the Wayback Machine rus