O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
O olmasın, bu olsun | |
---|---|
| |
Janr | komediya musiqili |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifləri | Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) |
Ssenari müəllifi | Sabit Rəhman |
Baş rollarda | Əliağa Ağayev Arif Mirzəquliyev Tamara Gözəlova Ağasadıq Gəraybəyli Barat Şəkinskaya İsmayıl Əfəndiyev Mustafa Mərdanov İsmayıl Osmanlı Möhsün Sənani |
Operator | Əlisəttar Atakişiyev |
Bəstəkarlar | Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) |
Rəssamlar | Cəbrayıl Əzimov Nadir Zeynalov |
İstehsalçı | |
İlk baxış tarixi | 4 iyun 1957-ci il |
Filmin digər adı | Məşədi İbad |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87 dəq. |
Ölkələr | SSRİ |
Dillər | azərbaycanca rusca |
İl | 1956 |
Texniki məlumatlar | Az. var.-10 hissə, 2609 metr Rus var.-9 hissə, 2469 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID4263976 |
Məzmun
Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.
Filmin heyəti
İstehsalçı heyət
- Sabit Rəhman – ssenari müəllifi
- Hüseyn Seyidzadə – quruluşçu rejissor
- Əlisəttar Atakişiyev – quruluşçu operator
- Əlisəttar Atakişiyev – geyim rəssamı
- Cəbrayıl Əzimov, Nadir Zeynalov – quruluşçu rəssamlar
- Əziz Şeyxov – səs operatoru
- Fikrət Əmirov – musiqi redaktoru
- Şua Şeyxov – rejissor
- Mirzə Mustafayev – operator
- Georgi Parisaşvili – qrim rəssamı
- A.Filimonova – montaj üzrə assistent
- Fikrət Əmirov – dirijor
- Daniil Yevdayev – filmin direktoru
- Tofiq Sultanov – operator assistenti
- Sergey Klyuçevski – quraşdırılmış səhnələrin operatoru
- Mirzə Rəfiyev – quraşdırılmış səhnələrin rəssamı
- Ramiz Əliyev – rejissor köməkçisi
- Mirzə Babayev (Məşədi İbad), Firəngiz Əhmədova (Gülnaz), Məmmədtağı Bağırov (Rüstəm bəy) – mahnı ifaçıları
- Əlibaba Abdullayev – rəqs quruluşçusu
- Əlisəttar Məlikov – rejissor assistenti
Rollarda
- Əliağa Ağayev — Məşədi İbad
- Arif Mirzəquliyev — Sərvər
- Tamara Gözəlova — Gülnaz
- Ağasadıq Gəraybəyli — Rüstəm bəy
- Barat Şəkinskaya — Sənəm
- İsmayıl Əfəndiyev — Həsənqulu bəy
- Mustafa Mərdanov — Həsən bəy
- İsmayıl Osmanlı — Rza bəy
- Möhsün Sənani — Qoçu Əsgər
- Lütfəli Abdullayev — Balaoğlan
- Əhməd Əhmədov (Əhməd Əhmədov-Rumlu kimi) — hambal
- Rza Əfqanlı — Cəlil Məmmədquluzadə
- Ağahüseyn Cavadov — bəy
- Adil İsgəndərov — qoçu
- Sadıq Saleh Bağırov — Mirzə Ələkbər Sabir
- Həsənağa Salayev — Əzim Əzimzadə
- Nüsrət Fətullayev
- Münəvvər Kələntərli — yengə
- Lütfi Məmmədbəyli — Sərvərin dostu
- Müxlis Cənizadə — Sərvərin dostu
- F.Əlizadə
- Faiq Mustafayev — Sərvərin dostu
- Əfrasiyab Məmmədov — Sərvərin dostu
- Osman Hacıbəyov
- Mollağa Bəbirli — hamam sahibi Məşədi Qəzənfər
- Sona Hacıyeva — çadralı qadın
- Məmmədsadıq Nuriyev — bazardakı adam
- Yusif Yulduz — bəy
- Əliheydər Həsənzadə — bəy
- Məmməd Sadıqov — bəy
- Əminə Dilbazi — rəqqasə
- Sadıq Hüseynov — qoçu
- Cabbar Əliyev — qoçu
- Süleyman Tağızadə — qoçu
- Ramiz Mustafayev — Hüseyn Ərəblinski
- Xan Şuşinski — xanəndə
- Kamil Dadaşov — rəqs edən kisəçi
- Bəhram Mansurov — tar çalan
- Tələt Bakıxanov — kamançada çalan
- Tükəzban İsmayılova — xanəndə
- Əkbər Fərzəliyev — ziyalı
- Kübra Əbilova — qarmon çalan
Filmi səsləndirənlər
- Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev)
- Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova)
İstehsal
Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.
Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. Rejissor Hüseyn Seyidzadə filmdə Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkmək istəyirdi. Lakin çəkilişlər yenicə başlayanda aktyor ölmüşdür. Bundan sonra rejissor Əliağa Ağayevi baş rola gətirməyə məcbur olmuşdur. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir. Xanəndə Tükəzban İsmayılova isə "Segah" muğamı üstündə oxuyur.
Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.
Filmdə Məşədi İbadın yandırdığı bu şamlar Novruz xonçasının şamları idi. 1950-ci illərdə SSRİ ərazisində Novruz bayramını rəsmi olaraq qeyd etmək qadağan olunduğundan rejissor Hüseyn Seyidzadə Novruz ənənələrini az da olsa "O olmasın bu olsun" filmində göstərib. Xonçada boyanmış yumurtalar, çərəzlər və şamlar var. Film isə çəkildiyi ildən etibarən hər il Novruz bayramında - martın 21-i axşam saatlarında televiziyada göstərilirdi. 13 il sonra isə H. Seyidzadə öz arzusuna çataraq, "Dəli Kür" filmində Novruz bayramının təsvirinə geniş yer verə bildi. Məxsusi olaraq Şıxəli Qurbanovun sayəsində.
Qəbul
Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A. Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ""O olmasın, bu olsun" filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb". Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm". "O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar… Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir". ""O olmasın, Bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur… kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar — bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır… Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır… Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".
2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir.
Qeydlər
- Titrlərdə yoxdur.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- ""O olmasın, bu olsun" operettasının 100, eyniadlı filmin isə 55 illiyinə həsr olunmuş konfrans keçirilib" //Paritet.- 2011.- 23–25 aprel.
- Gözəlova, T. "Məşədi İbad"dakı maraqlı yerlərin çoxu kəsildi: ["O olmasın, bu olsun" filmində Gülnaz rolunu canlandıran Tamara Gözəlova ilə söhbət] //Azadlıq.- 2011.- 1 fevral.- S.13.
- А.А. Ханжонков. Первые годы русской кинопромышленности. Изд. "Искусство", 1937.- стр. 216.
- M. Qurbanov, Ə. Qulubəyov "Kino sovetskoqo Azerbaydjana" Bakı, Azdövlətnəşr, 1969, səh 4
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Qabil. "Məşədi İbad mənfi surətdirmi?!". modern.az (az.). 2024-03-22 tarixində . İstifadə tarixi: 2024-03-22.
- ""O olmasın, bu olsun" filmində Məşədi İbadın yandırdığı bu şamlar Novruz xonçasının şamları idi". Facebook səhifəsi (az.). 2021-03-16. 2024-03-22 tarixində . İstifadə tarixi: 2024-03-22.
- "Kommunist" qəzeti, 9 dekabr 1956-cı il.
- "Kommunist", 09.12 1956.
- "Ədəbiyyat və İncəsənət", 09.12.1956.
- "O olmasın, bu olsun: böyük aktyorların benefisi", Ekspress qəzeti, 13.03.2003, Ulduzə Qaraqızı.
- 525.az. "Meksikada Azərbaycan Kinosu günləri" (az.). 525.az. 21.05.2016. 2017-02-04 tarixində . İstifadə tarixi: 2016-05-24.
Mənbələr
- Журнал "Советский экран", 1957, № 19, стр. 5.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 118; 122–124; 144.
- Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Bəs mənim bir abasım hara getdi?" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 15.
- Kənan, A. ""O olmasın, bu olsun" filmi haqqında" //Kaspi.- 2011.- 25–27 iyun.- səh. 21.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax O olmasin bu olsun O olmasin bu olsun 1956 ci ilde Huseyn Seyidzade terefinden cekilmis film Bestekar Uzeyir Hacibeyovun eyniadli operettasi esasinda ekranlasdirilmisdir O olmasin bu olsunFilmin 25 illik yubiley afisasi 1981 Janr komediya musiqiliRejissor Huseyn SeyidzadeEserin muellifleri Uzeyir Hacibeyov titrlerde yoxdur Ssenari muellifi Sabit RehmanBas rollarda Eliaga Agayev Arif Mirzequliyev Tamara Gozelova Agasadiq Geraybeyli Barat Sekinskaya Ismayil Efendiyev Mustafa Merdanov Ismayil Osmanli Mohsun SenaniOperator Elisettar AtakisiyevBestekarlar Uzeyir Hacibeyov titrlerde yoxdur Ressamlar Cebrayil Ezimov Nadir ZeynalovIstehsalci Baki KinostudiyasiIlk baxis tarixi 4 iyun 1957 ci ilFilmin diger adi Mesedi IbadFilmin novu tammetrajli bedii filmMuddet 87 deq Olkeler SSRIDiller azerbaycanca ruscaIl 1956Texniki melumatlar Az var 10 hisse 2609 metr Rus var 9 hisse 2469 metr 35 mmReng rengliIMDb ID4263976MezmunFilmde 1910 cu ilde Bakida cereyan eden hadiseler gosterilir Iki gencin Server Arif Mirzequliyev ve Gulnazin Tamara Gozelova boyuk ve ulvi mehebbetinden mehebbetin pula cehalete ve feodal qaliqlarina qalib gelmesinden behs olunur Esas qehremanlarla yanasi filmde Rustem beyin bir cox dost tanisi tacirler alverciler qocular murtece satqin jurnalistler de oz eksini tapir Lakin rejissor menfi quvveleri bele insana sevdirmeye nail olmusdur Filmin heyetiIstehsalci heyet Sabit Rehman ssenari muellifi Huseyn Seyidzade quruluscu rejissor Elisettar Atakisiyev quruluscu operator Elisettar Atakisiyev geyim ressami Cebrayil Ezimov Nadir Zeynalov quruluscu ressamlar Eziz Seyxov ses operatoru Fikret Emirov musiqi redaktoru Sua Seyxov rejissor Mirze Mustafayev operator Georgi Parisasvili qrim ressami A Filimonova montaj uzre assistent Fikret Emirov dirijor Daniil Yevdayev filmin direktoru Tofiq Sultanov operator assistenti Sergey Klyucevski qurasdirilmis sehnelerin operatoru Mirze Refiyev qurasdirilmis sehnelerin ressami Ramiz Eliyev rejissor komekcisi Mirze Babayev Mesedi Ibad Firengiz Ehmedova Gulnaz Memmedtagi Bagirov Rustem bey mahni ifacilari Elibaba Abdullayev reqs quruluscusu Elisettar Melikov rejissor assistenti Rollarda Eliaga Agayev Mesedi Ibad Arif Mirzequliyev Server Tamara Gozelova Gulnaz Agasadiq Geraybeyli Rustem bey Barat Sekinskaya Senem Ismayil Efendiyev Hesenqulu bey Mustafa Merdanov Hesen bey Ismayil Osmanli Rza bey Mohsun Senani Qocu Esger Lutfeli Abdullayev Balaoglan Ehmed Ehmedov Ehmed Ehmedov Rumlu kimi hambal Rza Efqanli Celil Memmedquluzade Agahuseyn Cavadov bey Adil Isgenderov qocu Sadiq Saleh Bagirov Mirze Elekber Sabir Hesenaga Salayev Ezim Ezimzade Nusret Fetullayev Munevver Kelenterli yenge Lutfi Memmedbeyli Serverin dostu Muxlis Cenizade Serverin dostu F Elizade Faiq Mustafayev Serverin dostu Efrasiyab Memmedov Serverin dostu Osman Hacibeyov Mollaga Bebirli hamam sahibi Mesedi Qezenfer Sona Haciyeva cadrali qadin Memmedsadiq Nuriyev bazardaki adam Yusif Yulduz bey Eliheyder Hesenzade bey Memmed Sadiqov bey Emine Dilbazi reqqase Sadiq Huseynov qocu Cabbar Eliyev qocu Suleyman Tagizade qocu Ramiz Mustafayev Huseyn Ereblinski Xan Susinski xanende Kamil Dadasov reqs eden kiseci Behram Mansurov tar calan Telet Bakixanov kamancada calan Tukezban Ismayilova xanende Ekber Ferzeliyev ziyali Kubra Ebilova qarmon calan Filmi seslendirenler Eli Zeynalov Server Arif Mirzequliyev Leyla Bedirbeyli Gulnaz Tamara Gozelova IstehsalOperettani ilk defe 1918 ci ilde Vaqram Papazyan ile S Lakka filme cekmeye cehd edir ve Xanjonkovun o zaman yeni tesis olunmus Yalta studiyasinda cekilislere baslanir Lakin bu ilk film ugur qazana bilmediyi ucun tez de siradan cixir Film Azerbaycanin ilk rengli bedii filmidir Cekilisler ilyarim davam edib ve aparici aktyorlara o vaxtin pulu ile her cekilis gunu ucun 60 manat qonorar veribler Rejissor Huseyn Seyidzade filmde Mesedi Ibad roluna aktyor Mirzeaga Eliyevi cekmek isteyirdi Lakin cekilisler yenice baslayanda aktyor olmusdur Bundan sonra rejissor Eliaga Agayevi bas rola getirmeye mecbur olmusdur Filmde xanende Xan Susinski qonaqliq sehnesinde Kurd Sahnaz mugamini ifa edir Xanende Tukezban Ismayilova ise Segah mugami ustunde oxuyur Yenge rolunu oynayan aktrisa Munevver Kelenterli qapinin deliyinden iceri baxarken qefleten Server cixir ve yengeni yere yixir Bu meqamda yere yixilan aktrisa kicik barmagini sindirmisdi Lakin hemin cekilisler bitenden sonra cekilis qrupu aktrisanin barmaginin sindigini bilmisdiler Filmde Mesedi Ibadin yandirdigi bu samlar Novruz xoncasinin samlari idi 1950 ci illerde SSRI erazisinde Novruz bayramini resmi olaraq qeyd etmek qadagan olundugundan rejissor Huseyn Seyidzade Novruz enenelerini az da olsa O olmasin bu olsun filminde gosterib Xoncada boyanmis yumurtalar cerezler ve samlar var Film ise cekildiyi ilden etibaren her il Novruz bayraminda martin 21 i axsam saatlarinda televiziyada gosterilirdi 13 il sonra ise H Seyidzade oz arzusuna cataraq Deli Kur filminde Novruz bayraminin tesvirine genis yer vere bildi Mexsusi olaraq Sixeli Qurbanovun sayesinde QebulAsiya ve Afrika olkelerinin Beynelxalq Daskend kinofestivalinda gosterilen kinokomediya o vaxt yuksek qiymet almisdi Filmin xarici ekranlara cixisi da ugurlu oldu SSRI Xarici Olkelerle Medeni Elaqeler Idaresinin sedri A Davidov Azerbaycan Kinematoqrafcilari Ittifaqinin I katibi Huseyn Seyidzadeye gonderdiyi mektubunda yazirdi O olmasin bu olsun filmi 40 olkeye o cumleden Iran Iraq Yuqoslaviya Yaponiya Avstriya ABS Isvecre ve Macaristana satilib Daha sonralar film daha 10 olkeye satildi Bununla bele kinolent Baki kinoteatrlarinda numayis etdirilerken respublika metbuatinda Muveffeqiyyetsiz film basliqli keskin tenqidi resenziya derc edilmisdi O vaxtlar Azerbaycana qastrol seferine gelmis hind kinematoqrafcilari bir nece Azerbaycan filmine baxdiqdan sonra daha cox ustunluyu Huseyn Seyidzadenin filmlerine vermisdiler Hetta hind kinosunun yaradicisi Rac Kapur onu Hindistana devet etmisdi Gedek Hindistana orada film cekersen seni milyoncu ederem O olmasin bu olsun ekranlara cixandan sonra kinosunaslar filmi tenqid etmisler Hec bir estetik qanuna tabe olmayan menasiz ve zovqsuz cekilmis sehneler luzumsuz vurusma qacisma hay kuyler eybecer oyunbazliqlar gah naturalistcesine gah da qeyri inandirici sisirtmeler terzinde verilmis ecaib kadrlar Her seyden evvel ise filmde Mesedi Ibad obrazi yoxdur Rejissor isinin perakendeliyi her obrazda her kadrda ozunu gosterir O olmasin Bu olsun filminde tamasacilarin etirazina sebeb olan qusur kinokomediyada olmayan sonra elave edilmis primitiv ehvalatlar bazarda qocularin davasi Rustem beyin evinde qonaqlarin qalmaqali hamamda verilen cirkin naturalist sehneler ve s kime lazim idi Bu ehvalatlar filmde o qeder isiq o qeder hay kuyle verilmisdir ki komediyanin esasini teskil eden ictimai motivler kolgede qalir Filmde tamasaciya teqdim edilen Mesedi Ibad ise tamamile basqadir Bunun teqsiri rolun yanlis traktovkasindadir Bela burasindadir ki rejissor nece calmissa aktyor da ele oynamisdir 2016 ci ilde Meksikanin paytaxti Mexiko seherinde Azerbaycan Kinosu gunleri cercivesinde numayis etdirilmisdir QeydlerTitrlerde yoxdur IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir 2011 ci ilin yubilyar filmleri Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi Dovlet Film Fondu Kino Bulleten IV buraxilis Baki Apostroff 2011 O olmasin bu olsun operettasinin 100 eyniadli filmin ise 55 illiyine hesr olunmus konfrans kecirilib Paritet 2011 23 25 aprel Gozelova T Mesedi Ibad daki maraqli yerlerin coxu kesildi O olmasin bu olsun filminde Gulnaz rolunu canlandiran Tamara Gozelova ile sohbet Azadliq 2011 1 fevral S 13 A A Hanzhonkov Pervye gody russkoj kinopromyshlennosti Izd Iskusstvo 1937 str 216 M Qurbanov E Qulubeyov Kino sovetskoqo Azerbaydjana Baki Azdovletnesr 1969 seh 4 Azerbaycan SSR Elmler Akademiyasi Memarliq ve Incesenet Institutu Nazim Sadixov Azerbaycan bedii kinosu 1920 1935 ci iller Baki Elm 1970 Qabil Mesedi Ibad menfi suretdirmi modern az az 2024 03 22 tarixinde Istifade tarixi 2024 03 22 O olmasin bu olsun filminde Mesedi Ibadin yandirdigi bu samlar Novruz xoncasinin samlari idi Facebook sehifesi az 2021 03 16 2024 03 22 tarixinde Istifade tarixi 2024 03 22 Kommunist qezeti 9 dekabr 1956 ci il Kommunist 09 12 1956 Edebiyyat ve Incesenet 09 12 1956 O olmasin bu olsun boyuk aktyorlarin benefisi Ekspress qezeti 13 03 2003 Ulduze Qaraqizi 525 az Meksikada Azerbaycan Kinosu gunleri az 525 az 21 05 2016 2017 02 04 tarixinde Istifade tarixi 2016 05 24 MenbelerZhurnal Sovetskij ekran 1957 19 str 5 Semseddin Abbasov Sovet Azerbaycaninin kinosu Kommunist 1958 29 avqust Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 13 Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 383 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 106 118 122 124 144 Hesenova T Uzeyir Hacibeyov ve Azerbaycan kinosu Kino 2006 29 sentyabr seh 7 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 814 Bes menim bir abasim hara getdi Odlar yurdu London 2008 dekabr 002 seh 15 Kenan A O olmasin bu olsun filmi haqqinda Kaspi 2011 25 27 iyun seh 21 Xarici kecidler