Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev (16 iyul 1913, Maştağa, Bakı qəzası – 13 yanvar 2003, Bakı) — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim.Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002).
Mirzə Babayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni |
Fəaliyyət illəri | 1940–2003 |
Səs tembri | bariton |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib — demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Mirzə Babayevə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş. Natəvan meydanındakı indiki "Sabina" mağazasının yerində "Metropol" restoranı yerləşirdi, orda da çıxış edib. Özü də o vaxt restoranlara mikrofonlar hələ gəlib çatmamışdı, müğənnilər ruporla oxuyurdular. Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4–5 medalla qayıdıb.) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.
M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğundur. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi. Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın olub. Tofiq Quliyev isə bir çox filmlərin musiqisini bəstələyib. Deyirdi ki, əgər həmin filmdə Mirzə də çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdım ki, onun ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb.
Mirzə Babayev 40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Burada "O olmasın, bu olsun" filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər. Ümumiyyətlə sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Mirzə Babayev axı belə deyildi — ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Elə şanson tərzinin özünü də qəbul etmirdilər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. İndi də belə müğənnilər yox dərəcəsindədir. O vaxtın şanson ifaçıları məhəbbət mövzusunda olan, lirik məzmunlu şanson mahnılar oxuyurdular. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.
Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etmişdir.
İfa etdiyi məşhur mahnılar
- Limanlar
- Saçlarına gül düzüm
- Uzaq yaşıl ada
- Kəpənək
- Bir axşam
- Dayan, zaman
- Gəlmədi
- Kimlər gəldi, kimlər getdi
- Möcüzələr adası
- Naxçıvanım
- Çiçək kimi
- Tanqo
- Axı niyə danırsan?
- Pəncərəmə qondu çiçək
- İndi günah nə səndədir, nə məndə
- Qurban olum
- Düşürsən yadıma
- Könlüm sənindir
Filmoqrafiya
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — mahnı ifa edən
- Aygün (film, 1960)
- Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
- Bağ mövsümü (film, 1985)
- Bəyin oğurlanması (film, 1985)
- De ki, məni sevirsən! (film, 1977)
- Dəli Kür (film, 1969)
- Dərviş Parisi partladır (film, 1976)
- Əzablı yollar (film, 1982)
- Girişmə, öldürər! (film, 1990)
- Gün keçdi (film, 1971)
- Günlərin bir günü... (film, 1976)
- İstintaq (film, 1979)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İyirmialtılar (film, 1966)
- Kölgələr sürünür (film, 1958)
- Qabil (film, 2001)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qayınana (film, 1978)
- Qəm pəncərəsi (film, 1986)
- Qəmbər Hüseynli (film, 2007)
- Qızmar günəş altında (film, 1957)
- Qorxma, mən səninləyəm
- Mənsuriyyə sorağında (film, 2002)
- Milli bomba (film, 2004)
- Mirzə Babayev (film, 2001)
- O dünyadan salam (film, 1991)
- O olmasın, bu olsun (film, 1956)
- (Onu bağışlamaq olarmı? (film, 1959))
- Payız melodiyaları (film, 1974)
- Romeo mənim qonşumdur (film, 1963)
- (Sən niyə susursan? (film, 1966))
- Şir evdən getdi (film, 1977)
- Telefonçu qız (film, 1962)
- Toyda görüş (film, 1970)
- Ulduz (film, 1964)
- Ulduzlar sönmür (film, 1971)
- Üzeyir ömrü (film, 1981)
- Yorulmamışam. Rövşən Behcət (film, 2007)
İstinadlar
- IMDb (ing.). 1990.
- Zümrüd. Azərbaycan estradasının bənzərsiz ifaçısı: [Mirzə Babayev haqqında] //Səs.- 2015.- 16 iyul.- S. 12.
- "Mirzə Babayevin vəfatından 20 il ötür". 2023-01-15 tarixində . İstifadə tarixi: 2023-01-13.
- Real TV. ""Kimlər gəldi, kimlər getdi bu dünyadan..."" (az.). Youtube.com. 16.07.2023. 2023-07-17 tarixində . İstifadə tarixi: 2023-07-17.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində . İstifadə tarixi: 2020-05-31.
- Real TV. "Mirzə Babayevin xatirəsi yad edildi" (az.). Youtube.com. 16.07.2023. 2023-07-17 tarixində . İstifadə tarixi: 2023-07-17.
- İctimai TV. "Səhnəmizin"Mirzə dayısı"nın xatirəsi anılır" (az.). Youtube.com. 16.07.2022. 2022-07-17 tarixində . İstifadə tarixi: 2022-07-17.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində . İstifadə tarixi: 04.10.2023.
Xarici keçidlər
- İzlə
- azerimusic.net 2007-12-19 at the Wayback Machine
- azeriart.net 2006-05-05 at the Wayback Machine
- news.day.az
- 80 yaşına kimi səhnədə olan Mirzə Babayev
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirzeaga Mirze Ebdulcabbar oglu Babayev 16 iyul 1913 Mastaga Baki qezasi 13 yanvar 2003 Baki Azerbaycan sovet kino aktyoru ve estrada mugennisi memar ve ictimai xadim Azerbaycan Respublikasinin xalq artisti 1992 Sohret ordeni laureati 2002 Mirze BabayevUmumi melumatlarDogum tarixi 16 iyul 1913Dogum yeri Mastaga Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 13 yanvar 2003 89 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri II Fexri XiyabanVetendasligi Rusiya imperiyasi AXC SSRI AzerbaycanMusiqici melumatlariFealiyyeti aktyor mugenniFealiyyet illeri 1940 2003Ses tembri baritonTehsili Azerbaycan Senaye Institutu 1939 Azerbaycan Dovlet Konservatoriyasi 1953 Mukafatlari 1992 2002 Vikianbarda elaqeli mediafayllarHeyatiAzerbaycan estrada musiqisinin banilerinden biri Mirze Babayev 1913 cu il iyul ayinin 16 da Baki seherinin Mastaga kendinde dunyaya gelib Mirze Babayev Iceriseherin agsalvarlilar mehellesindendir Evleri Iceriseherin M E Sabir kucesinde olub Mirze Babayev bakili ola ola hec vaxt demezdi ki men bakiliyam Basqalarina da deyerdi ki bakiliyam demeyin deyin Bakidanam Cunki tam esilli koklu bakili eslinde cox azdi Mirze Babayev de hemcinin Mirze Babayevin atasi Ebdul Cabbar muasirliyin terefdari olub vaxtasiri Parise gedib gelermis Yeddi oglu bir qizi olub Usaqlarinin tehsiline ciddi fikir verib demek olar ki hamisi ya Peterburqda ya da Moskvada tehsil alib Mirze Babayeve musiqiye maraq yeqin ki anasindan kecib Anasi Sona xanim Xanlarova refiqelerini eve qonaq cagirarken onlar ucun qarmon calarmis Mirze Babayev boyuk sehneye cixandan evvel 1932 ci ilde tehsil aldigi Senaye Institutunda indiki AZI de cixis edirmis Natevan meydanindaki indiki Sabina magazasinin yerinde Metropol restorani yerlesirdi orda da cixis edib Ozu de o vaxt restoranlara mikrofonlar hele gelib catmamisdi mugenniler ruporla oxuyurdular Mirze Babayev Senaye Institutunu bitirenden sonra Ezimzade adina Ressamliq Mektebine daxil olub Musiqi ile ciddi mesgul olmaga baslamazdan evvel hem memar kimi hem de ressam kimi calisib Muharibeden qayidandan sonra Yeri gelmisken muharibe vaxti Mirze Babayev Rostovda doyusub Leytenant rutbesi alib 4 5 medalla qayidib Veten kinoteatri Gencede Agdamda bir nece inzibati bina onun layihesi uzre tikilib Nizami muzeyinin zallarinin tertibatinda da istirak edib M Ezizbeyov adina Senaye Institutunun memarliq fakultesinde ali tehsil alib Mirze Babayev Bakida ve Azerbaycanin diger seherlerinde olan bir cox binalarin ve muzeylerin layihe muellifidir 1948 ci ilde Azerbaycan Dovlet Konservatoriyasina meshur mugenni Bulbulun sinfine daxil olub Hetta Bulbul isteyirmis ki onu opera mugennisi kimi hazirlasin lakin Azerbaycan Respublikasinin Xalq artisti Tofiq Quliyevin dediyine gore Mirzenin sesi estrada mahnilarinin ifasi ucun daha uygundur Tofiq Quliyevin Daxili Isler Nazirliyinin nezdinde yaratdigi caz orkestrinde de cixis edib Mirze Babayevin ilk estrada ifacisi olmasi etiraf olunur amma nedense caz ifacisi kimi qebul edilmir Halbuki Tofiq Quliyev musiqimizin bu merhelesi haqqinda danisanda hemise onun adini cekirdi Umumiyyetle Mirze Babayev Tofiq Quliyevle yaxin olub Tofiq Quliyev ise bir cox filmlerin musiqisini besteleyib Deyirdi ki eger hemin filmde Mirze de cekilirdise ssenari uzre mahni nezerde tutulmayanda da bir mahni yazirdim ki onun ifasi bu kino lentinde de qalsin Dervis Parisi partladir filminde de bele olmusdu Dervisin ekranda gorunduyu ilk epizodda oxudugu mahni ssenaride yox imis o mahnini Tofiq Quliyev Mirze Babayeve gore yazib Mirze Babayev 40 dan artiq filmde rol alib Ozu de tekce Azerbaycanda yox Odessa Daskend Asqabad kinostudiyalarinda istehsal olunan filmlerde de istirak edib Burada O olmasin bu olsun filmi cekilende Mesedi Ibad roluna onu cekmek isteyirmisler amma kimse mane olub Mesedi Ibadin yalniz musiqi partiyalarini ona etibar edibler Umumiyyetle sovet vaxti Mirze Babayevin ifa terzini sehne hereketlerini qebul etmeyenler cox idi Mugennilerden sehnede statik olmagi teleb edirdiler Mirze Babayev axi bele deyildi ifasi muxtelif hereketlerle musayiet olunurdu Ele sanson terzinin ozunu de qebul etmirdiler Mirze Babayev Azerbaycanda estrada janrinin banisi olmaqdan basqa hem de sanson uslubunda oxuyan demek olar ki yegane mugenni idi Indi de bele mugenniler yox derecesindedir O vaxtin sanson ifacilari mehebbet movzusunda olan lirik mezmunlu sanson mahnilar oxuyurdular Tofiq Quliyevle Emin Sabitoglu mexsusi Mirze Babayev ucun sanson mahnilari yazirdilar Oqtay Recebovla Vasif Adigozelov ise o cur yazmasalar da onlarin da mahnilari Mirze Babayevin ifasinda sanson mahnilara cevrilirdi Uzun iller Azerbaycan Dovlet Filarmoniyasinda calisib 24 may 1960 ci ilde Azerbaycan SSR emekdar artisti 4 mart 1992 ci ilde Azerbaycan Respublikasinin xalq artisti fexri adlarina layiq gorulmus iki defe Humay mukafati laureati olmusdur 2002 ci ilden prezident teqaudcusu olub 2003 cu il yanvarin 13 de 89 yasinda vefat etmisdir Mirze Babayevin Semed Vurgun kucesindeki barelyefiIfa etdiyi meshur mahnilarLimanlar Saclarina gul duzum Uzaq yasil ada Kepenek Bir axsam Dayan zaman Gelmedi Kimler geldi kimler getdi Mocuzeler adasi Naxcivanim Cicek kimi Tanqo Axi niye danirsan Pencereme qondu cicek Indi gunah ne sendedir ne mende Qurban olum Dusursen yadima Konlum senindirFilmoqrafiyaAlma almaya benzer film 1975 tammetrajli bedii film mahni ifa eden Aygun film 1960 Ayriliq bir denizmis verilis 2002 Bag movsumu film 1985 Beyin ogurlanmasi film 1985 De ki meni sevirsen film 1977 Deli Kur film 1969 Dervis Parisi partladir film 1976 Ezabli yollar film 1982 Girisme oldurer film 1990 Gun kecdi film 1971 Gunlerin bir gunu film 1976 Istintaq film 1979 Isareni denizden gozleyin film 1986 Iyirmialtilar film 1966 Kolgeler surunur film 1958 Qabil film 2001 Qaraca qiz film 1966 film kinoalmanax Qayinana film 1978 Qem penceresi film 1986 Qember Huseynli film 2007 Qizmar gunes altinda film 1957 Qorxma men seninleyem Mensuriyye soraginda film 2002 Milli bomba film 2004 Mirze Babayev film 2001 O dunyadan salam film 1991 O olmasin bu olsun film 1956 Onu bagislamaq olarmi film 1959 Payiz melodiyalari film 1974 Romeo menim qonsumdur film 1963 Sen niye susursan film 1966 Sir evden getdi film 1977 Telefoncu qiz film 1962 Toyda gorus film 1970 Ulduz film 1964 Ulduzlar sonmur film 1971 Uzeyir omru film 1981 Yorulmamisam Rovsen Behcet film 2007 IstinadlarIMDb ing 1990 Zumrud Azerbaycan estradasinin benzersiz ifacisi Mirze Babayev haqqinda Ses 2015 16 iyul S 12 Mirze Babayevin vefatindan 20 il otur 2023 01 15 tarixinde Istifade tarixi 2023 01 13 Real TV Kimler geldi kimler getdi bu dunyadan az Youtube com 16 07 2023 2023 07 17 tarixinde Istifade tarixi 2023 07 17 Arxivlenmis suret 2022 03 28 tarixinde Istifade tarixi 2020 05 31 Real TV Mirze Babayevin xatiresi yad edildi az Youtube com 16 07 2023 2023 07 17 tarixinde Istifade tarixi 2023 07 17 Ictimai TV Sehnemizin Mirze dayisi nin xatiresi anilir az Youtube com 16 07 2022 2022 07 17 tarixinde Istifade tarixi 2022 07 17 Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 07 09 2022 tarixinde Istifade tarixi 04 10 2023 Xarici kecidlerVikianbarda Mirze Babayev ile elaqeli mediafayllar var Izle azerimusic net 2007 12 19 at the Wayback Machine azeriart net 2006 05 05 at the Wayback Machine news day az 80 yasina kimi sehnede olan Mirze Babayev