Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Məmməd Ağpolad | |
---|---|
Məmməd Rza oğlu Rzayev | |
Şəxsi məlumatlar | |
Digər adı | Mehmet Akpolat |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə (1920-1950) |
Qoşun növü | Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1917-1951 |
Rütbəsi | Albay |
Döyüşlər | Əsgəran döyüşü Qarabağ və Zəngəzur döyüşləri (1918-1920) Gəncə üsyanı (1920) Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) Şeyx Səid üsyanı (1925) |
Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Həyatı və təhsili
Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub.
Hərbi xidməti
Azərbaycan Cümhuriyyətində
1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 1919-cu ilin mart ayının 22-də kiçik leytenant rütbəsi ilə təltif edilərək taqım komandiri vəzifəsinə təyin olunub. Həmin ilin avqust ayında Məmməd Rzayev, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur.
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Məmməd Rzayev də, komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.
Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra komandiri olduğu topçu batareyası ilə birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar.
Məmməd Ağpolad bu hadisələri belə təsvir edir:
İşğalçı bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra toplu batareyamızla İrana keçdik. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qəzasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qisim qoşqu ləvazimatlarını özümüzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək XI tümənin Naxçıvanda yerləşən Veysəl bəyin komandanlığındaki, taboru ilə birgə Dəvəli və Şahtaxtıda erməni ordusu ilə savaşdıq. |
Şahtaxtıda XI tümənin I taborunun iki bölüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalır. Daha sonra Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Şərqi Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Şərqi Bəyaziddə XI topçu alayına təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar.
Türkiyədə
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı. Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Məmməd Ağpolad 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub
Məmməd bəy də Türkiyə İstiqlaliyyət Savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində taqım komandiri olaraq qatılır. 1920-ci ilin payızından, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadoluda baş vermiş Doğu Hərəkatında Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edib. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunub. Türkiyə İstiqlaliyyət Savaşının bitməsindən sonra orduda qalaraq hərbi xidmətini davam etdirib.
Müharibədən sonra 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib.
1928-ci ilin avqust ayında baş üsteğmen rütbəsi ilə təltif olunub. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olub. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunub. 1930-cu ildə yüzbaşı rütbəsinə yüksəldilir. 1939-cu ildə Muğlada yerləşən Topçu alayında 6-cı batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940-cı ildə minbaşı rütbəsi ilə təltif olunduqan sonra Çatalcada 64–cü tümənin topçu alayının II taborunun, 1943-cü ildə 40–cı tümənin topçu alayının, 1945-ci ilin dekabr ayında Qarsda 49-cu Topçu alayın II taborunun komandiri vəzifələrində xidmət edir. 1946-cı ilin avqustunda yarbay rütbəsinə yüksəldilərək Əzurumda III ordunun silah anbarının, 1948-ci ilin iyul ayında Diyarbəkirdə 7-ci Kolordunun motorlu topçu alayının komandir müavini vəzifəsinə təyin olunur. 1949-cu ildə albay rütbəsinə yüksəldilərək Diyabəkirdə Təftiş Komissiyasının rəhbəri təyin olunur. 1950-ci ilin may ayında vəzifə başında ikən infarkt keçirir. Bir müddət müalicə alıqdan sonra yenidən xidmətə qayıdır. 1950–ci ildə Əskişəhərdə Təftiş Komissiyasının rəhbəri vəzifəsinə təyin edilir. Lakin səhhəti imkan vermədiyi üçün 1951-ci ilin iyul ayında təqaüdə çıxıb.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Ağpolad" soyadını götürüb.
Təqaüdə çıx dıqdan sonra Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Seçkilər nəticəsində Baba Behbud, Məhəmməd Ağpolad, Həmid Gəncə dərnəyin müşahidə şurasına seçiliblər.
1975-ci il yanvarın 7-də dünyasını dəyişib. 1975-ci il yanvarın 8-də Ankarada yerləşən Cəbəci Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəsi
Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında bacısı olub. Qardaşları Yunis, Binnət, Nemət 1937-ci ildə repressiyaya məruz qalaraq öldürülüblər.
Məmməd Ağpolad Qarsda xidmətdə olduğu dövrdə burada Leyla xanımla tanış olaraq ailə qurub. Bu evlilikdən Cəmilə və Orxan adlı övladları dünyaya gəlib.
Oğlu Orxan hərbçi olub və Koreya müharibəsində iştirak edib. 1951-ci ildə baş vermiş Kunu-ri döyüşünün iştirakçılarından biri olub. Döyüşlərin birində yaralandıqdan sonra Türkiyəyə geri qayıdıb. Sağaldıqdan sonra xidmətini davam etdirib və albay rütbəsinə qədər yüksəlib.
Həmçinin bax
İstinadlar
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 89. ISBN .
- Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 169. 2023-01-18 tarixində . İstifadə tarixi: 2023-02-15.
- Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində . İstifadə tarixi: 2023-02-15.
- "Erməni daşnaklarına "qan udduran" gəncəli əsgər: Məmməd Ağpolad" (az.). gencexeber.az. 2022-09-22. 2022-10-05 tarixində . İstifadə tarixi: 2023-02-15.
- . VIII. Bakı: . 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
- Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində . İstifadə tarixi: 2023-02-15.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 93. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində . İstifadə tarixi: 2023-01-24.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində . İstifadə tarixi: 2023-02-16.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 198. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.{{Dead link|date=March 2023 |bot=InternetArchiveBot }
- Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində . İstifadə tarixi: 2022-12-29.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 95. ISBN .
- Elşən Mirişli. (PDF). Türküstan qəzeti. Bakı. 26 iyun – 2 iyul 2018. 9. Archived from the original on 2022-05-27. İstifadə tarixi: 2023-02-15.
- Orxan Cəbrayıl. "Azərbaycanın 12 generalı, 46 polkovniki güllələndi..." (az.). axar.az. 2017-08-30. 2021-09-28 tarixində . İstifadə tarixi: 2023-02-16.
- "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində (PDF)
- Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 168. 2023-01-18 tarixində . İstifadə tarixi: 2023-01-18.
- Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində . İstifadə tarixi: 2023-02-15.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 100. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 97. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 96. ISBN .
Ədəbiyyat
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. ISBN .
- Mehman Ağayev. (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN .
Xarici keçidlər
- Həm AXC, həm də Türkiyə ordusunda döyüşən Məmməd Ağpolad
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmed Agpolad ve ya Memmed Rzayev Azerbaycan Cumhuriyyetinin zabiti Turkiye Silahli Quvvelerinin polkovniki Memmed AgpoladMemmed Rza oglu RzayevSexsi melumatlarDiger adi Mehmet AkpolatDogum tarixi 1897Dogum yeri Gence Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 7 yanvar 1975Vefat yeri AnkaraDefn yeri Cebeci Sehidler xiyabaniVetendasligi Rusiya imperiyasi AXC TurkiyeHerbi fealiyyetiMensubiyyeti Azerbaycan Cumhuriyyeti 1918 1920 Turkiye 1920 1950 Qosun novu Azerbaycan Cumhuriyyeti Quru Qosunlari Turkiye Quru QosunlariXidmet illeri 1917 1951Rutbesi AlbayDoyusler Esgeran doyusu Qarabag ve Zengezur doyusleri 1918 1920 Gence usyani 1920 Qarabag usyani 1920 Turkiye Istiqlaliyyet Muharibesi 1920 1923 Seyx Seid usyani 1925 Qarabag ve Zengezur doyuslerinde Esgeran doyusunde Aprel isgalindan sonra isgala qarsi bas tutmus Gence ve Qarabag usyanlarinda istirak edib Turkiye Istiqlaliyyet Muharibesinde istirak edib 31 il Turkiye Silahli Quvvelerinde xidmet edib Heyati ve tehsiliMemmed Rza oglu Rzayev 1897 ci ilde Gence seherinde Imamali mehellesinde anadan olub 1914 cu ilde Gence seher mektebini bitirdikden sonra Tiflis seherinde Muhendislik mektebine daxil olub 1917 ci ilde son sinifde oxuyarken Oktyabr inqilabi zamani cixan qarisiqliqlardan sonra konullu olaraq herbi xidmete gedib 8 ay xidmet etdikden sonra 1918 ci ilin may ayinda Gencede acilan herbi mektebe daxil olub Herbi xidmetiAzerbaycan Cumhuriyyetinde 1918 ci ilin noyabr ayinda zabit namizedi olaraq Gence seherinde yerlesen 1 ci Topcu Tuqayinin 1 ci diviziyasinin 1 ci batareyasina teyin edilib Herbi xidmete basladiqdan sonra Qarabaga gonderilib Qarabagda ve Zengezurda dinc ehaliye qarsi qirginlar toreden ermeni dasnak quvvelerine qarsi Abdallar ve Xanliq kendi istiqametinde geden doyuslerde istirak edib Doyuslerde gosterdiyi qehremanliga gore 1919 cu ilin mart ayinin 22 de kicik leytenant rutbesi ile teltif edilerek taqim komandiri vezifesine teyin olunub Hemin ilin avqust ayinda Memmed Rzayev vaxtindan evvel leytenant rutbesine yukseldilerek batareya komandiri teyin olunur 1920 ci ilin martin 21 de ermeni dasnak quvveleri Esgeranda yerlesen Cavansir piyada alayinin movqelerine qefil hucum ederek Esgeran kecidini ele kecirib usyana basladilar 1920 ci il martin 26 da Azerbaycan ordusu Esgeran istiqametinde Dronun qosunlarina qarsi genismiqyasli hucuma baslayir Milli ordunun zabiti kimi Memmed Rzayev de komandiri oldugu topcu batareyasi ile bu doyuslerde istirak edir Esgeranda baslayan siddetli doyusler Azerbaycan ordusunun qelebesi ile yekunlasir Aprel ayinin ortalarina qeder davam eden doyuslerde dusmen quvveleri butunlukle mehv edilir Cumhuriyyetin isgalindan sonra bolseviklere qarsi 1920 ci ilin may ayinda bas qaldirmis Gence usyaninda istirak edib Bir nece gun Gencenin mudafiesinde istirak etdikden sonra Qarabaga gedib ve burada 1920 ci ilin iyun ayinda Nuru pasanin rehberliyi ile bas tutmus Qarabag usyaninda istirak edib Usyan meglub olduqdan sonra komandiri oldugu topcu batareyasi ile birge Cumhuriyyet ordusunun suvari ve piyada alaylarinin sag qalan esgerleri ile beraber doyuslerde istirak ederek Qaryagin ve Cebrayil istiqametinde geri cekilib Araz cayindan kecerek Irana daxil olublar Memmed Agpolad bu hadiseleri bele tesvir edir Isgalci bolsevik ordusu ile aparilan savaslardan sonra Azerbaycan birliyinin bir qismi ile beraber Xudaferin korpusunden 4 sehra toplu batareyamizla Irana kecdik Uzun bir dolasmadan ve maceradan sonra Araz cayini tekrar kecerek Naxcivanin Ordubad qezasina geldik Yol olmadigi ucun 4 sehra topunu Iranda terk etmek mecburiyyetinde qaldiq Lakin toplarin durbinlerini nisangahlarini caxmaqlarini ve bir qisim qosqu levazimatlarini ozumuzle birge getirdik Naxcivanda bir depoda durbinsiz nisangahsiz caxmaqsiz iki eded top tapdiq Onlari islek hala getirerek XI tumenin Naxcivanda yerlesen Veysel beyin komandanligindaki taboru ile birge Develi ve Sahtaxtida ermeni ordusu ile savasdiq Sahtaxtida XI tumenin I taborunun iki boluyu ve Memmed beyin komandiri oldugu topcu batareyasi 2000 neferlik ermeni silahli quvvelerinin siddetli hucumuna meruz qalir Daha sonra Memmed bey oz batareyasi ile Maku uzerinden Turkiyeye kecerek 12 iyulda Serqi Beyazide catir Ozleri ile getirdikleri 2 sehra topunu Serqi Beyazidde XI topcu alayina tehvil vererek 23 nefer silahdasi ile birge Erzuruma dogru hereket edirler Bir hefte sonra Erzuruma daxil olub ozleri ile getirikleri 18 ingilis aygiri ile Soyuq Cermik bolgesinde yerlesen Azerbaycan herbi birliyine qatilirlar Turkiyede Sovet isgalina qarsi bas qaldirmis usyanlar meglub olduqdan sonra Azerbaycan Cumhuriyyetinin Ordusunun qalan herbcilerinin bir qismi Zengezuru kecerek Naxcivana bir qismi ise Xudaferin istiqametinden Irana kecerek Turkiyeye getdiler Turkiye serhedlerine yaxinlasanda Azerbaycan herbcilerine rehberlik eden Nuh bey Sofiyev komandanligi Semed bey Refibeyliye tehvil verir Semed beyin rehberliyi ile onlar evvelce Serqi Beyazide daha sonra ise iyun iyul aylarinda Hesenqala ve Erzuruma catdilar Topcu batareya ve piyadalardan ibaret desteler de diger tumenlerin terkibine qatildi Bir muddet Erzurumda qaldiqdan sonra Turkiye Boyuk Millet Meclisinin qerari ile bir suvari bir piyada alayi ve topcu batareyasindan ibaret 1200 neferlik Azerbaycan birliyi Kazim Qarabekir pasanin komandanliq etdiyi Serq ordusunun XV kolordu siralarina qebul olunur Memmed Agpolad 1200 neferlik Azerbaycan birliyinin terkibinde 56 nefer zabitden biri olub Baba bey Behbud Semed bey Refibeyli ve Memmed Agpolad Turkiye Ordusunda xidmet iken Memmed bey de Turkiye Istiqlaliyyet Savasina Cahangir bey Berkerin batareyasinin terkibinde taqim komandiri olaraq qatilir 1920 ci ilin payizindan 1921 ci ilin evvellerine qeder Serqi Anadoluda bas vermis Dogu Herekatinda Sariqamisin Qarsin Gumrunun geri alinmasi emeliyyatlarinda istirak edib Qarsin Benli Ehmed kendi yaxinliginda Berna meydan muharibesinde gosterdiyi igidliklere gore Mustafa Kamal Ataturkun imzasi olan teqdirname ile teltif olunub Turkiye Istiqlaliyyet Savasinin bitmesinden sonra orduda qalaraq herbi xidmetini davam etdirib Muharibeden sonra 1925 ci ilde Seyx Seid usyaninin 1926 ci ilde I Agri 1927 ci ilde II Agri usyanlarinin yatirilmasinda istirak edib 1928 ci ilin avqust ayinda bas ustegmen rutbesi ile teltif olunub Tehsilini artirmaq ucun Istanbulda Herbi mektebe daxil olub 1929 cu ilde topcu mektebinden mezun olduqdan sonra Izmirde olan Foca Artilleriya qrupunda batareya komandiri vezifesine teyin olunub 1930 cu ilde yuzbasi rutbesine yukseldilir 1939 cu ilde Muglada yerlesen Topcu alayinda 6 ci batareyanin komandiri vezifesine teyin edilir 1940 ci ilde minbasi rutbesi ile teltif olunduqan sonra Catalcada 64 cu tumenin topcu alayinin II taborunun 1943 cu ilde 40 ci tumenin topcu alayinin 1945 ci ilin dekabr ayinda Qarsda 49 cu Topcu alayin II taborunun komandiri vezifelerinde xidmet edir 1946 ci ilin avqustunda yarbay rutbesine yukseldilerek Ezurumda III ordunun silah anbarinin 1948 ci ilin iyul ayinda Diyarbekirde 7 ci Kolordunun motorlu topcu alayinin komandir muavini vezifesine teyin olunur 1949 cu ilde albay rutbesine yukseldilerek Diyabekirde Teftis Komissiyasinin rehberi teyin olunur 1950 ci ilin may ayinda vezife basinda iken infarkt kecirir Bir muddet mualice aliqdan sonra yeniden xidmete qayidir 1950 ci ilde Eskiseherde Teftis Komissiyasinin rehberi vezifesine teyin edilir Lakin sehheti imkan vermediyi ucun 1951 ci ilin iyul ayinda teqaude cixib 1934 cu il iyunun 21 de Turkiyede qebul edilmis Soyad qanunundan sonra ozune Agpolad soyadini goturub Teqaude cix diqdan sonra Azerbaycan Kultur Derneyinin fealiyyetinde istirak edib 25 may 1958 ci ilde Yunis Xezerlinin sedrliyi ile Istanbulda derneyin illik qurultayi kecirilib Seckiler neticesinde Baba Behbud Mehemmed Agpolad Hemid Gence derneyin musahide surasina secilibler 1975 ci il yanvarin 7 de dunyasini deyisib 1975 ci il yanvarin 8 de Ankarada yerlesen Cebeci Sehidler Xiyabaninda defn edilib AilesiRzayevler nesline mensub olan Memmed beyin atasi Rza bey anasi Seker xanimdir Yunis Binnet Nemet adinda qardaslari Govher adinda bacisi olub Qardaslari Yunis Binnet Nemet 1937 ci ilde repressiyaya meruz qalaraq oldurulubler Memmed Agpolad Qarsda xidmetde oldugu dovrde burada Leyla xanimla tanis olaraq aile qurub Bu evlilikden Cemile ve Orxan adli ovladlari dunyaya gelib Oglu Orxan herbci olub ve Koreya muharibesinde istirak edib 1951 ci ilde bas vermis Kunu ri doyusunun istirakcilarindan biri olub Doyuslerin birinde yaralandiqdan sonra Turkiyeye geri qayidib Sagaldiqdan sonra xidmetini davam etdirib ve albay rutbesine qeder yukselib Hemcinin baxCahangir Berker Semed Sayqin Aslan BerkanIstinadlarEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 89 ISBN 978 9952 5513 4 1 Sebahattin Simsir Azerbaycan in Istiklal Mucadelesi Istanbul IQ Kultur Sanat Yayincilik 2013 seh 169 2023 01 18 tarixinde Istifade tarixi 2023 02 15 Semistan Nezirli Iyirminci ilde Qarabag doyusleri az anl az 2017 08 08 2022 12 07 tarixinde Istifade tarixi 2023 02 15 Ermeni dasnaklarina qan udduran genceli esger Memmed Agpolad az gencexeber az 2022 09 22 2022 10 05 tarixinde Istifade tarixi 2023 02 15 VIII Baki AMEA Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2018 Archived from the original on 2020 04 07 Istifade tarixi 2023 02 15 Orxan Cebrayil Gencede baslayib Ankarada biten bir omrun hekayesi polkovnik Memmed Agpolad az interposta info 2017 12 10 2023 02 15 tarixinde Istifade tarixi 2023 02 15 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 93 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 196 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Abdulhamit Avsar Turkiyenin Istiqlal muharibesinde Azerbaycan turkleri Turkiye arxiv senedleri ve metbuatinda 1919 1922 Baki AzAtaM 2007 seh 45 2022 06 27 tarixinde Istifade tarixi 2023 01 24 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 197 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Vasif Qafarov Azerbaycanlilarin Turkiyeye etdiyi yardimi Osmanli arxivlerinden oyrenmek olar az Azerbaycan qezeti 2015 04 25 2018 02 11 tarixinde Istifade tarixi 2023 02 16 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 198 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Dead link date March 2023 bot InternetArchiveBot Abdulhamit Avsar Turkiyenin Istiqlal muharibesinde Azerbaycan turkleri Turkiye arxiv senedleri ve metbuatinda 1919 1922 Baki AzAtaM 2007 seh 42 2022 06 27 tarixinde Istifade tarixi 2022 12 29 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 95 ISBN 978 9952 5513 4 1 Elsen Mirisli PDF Turkustan qezeti Baki 26 iyun 2 iyul 2018 9 Archived from the original on 2022 05 27 Istifade tarixi 2023 02 15 Orxan Cebrayil Azerbaycanin 12 generali 46 polkovniki gullelendi az axar az 2017 08 30 2021 09 28 tarixinde Istifade tarixi 2023 02 16 Soy adi kanunu PDF T C Resmi Gazete Ankara 1 1934 07 02 2022 03 03 tarixinde PDF Sebahattin Simsir Azerbaycan in Istiklal Mucadelesi Istanbul IQ Kultur Sanat Yayincilik 2013 seh 168 2023 01 18 tarixinde Istifade tarixi 2023 01 18 Dilqem Ehmed 10 il icinde 52 defe usyan etmis yuz minlerle qurban vermisik az teleqraf com 2022 02 28 2022 03 16 tarixinde Istifade tarixi 2023 02 15 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 100 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 97 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 96 ISBN 978 9952 5513 4 1 EdebiyyatEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 ISBN 978 9952 5513 4 1 Mehman Agayev PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 ISBN 9789752552364 Xarici kecidlerHem AXC hem de Turkiye ordusunda doyusen Memmed Agpolad