Cahangir bəy Novruzov və ya Cahangir Bərkər (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — 17 iyul 1958, Bornova, Türkiyə) — Azərbaycan Cümhuriyyətinin kapitanı, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı.
Cahngir Bərkər | |
---|---|
Cahangir bəy Novruzov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bornova, İzmir, Türkiyə |
Dəfn yeri | Bornova qəbiristanlığı |
Dəfn tarixi | 1985 |
Həyat yoldaşı | Vasfiyə Bərkər |
Uşaqları | Güngör, Günaç, Aynur |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə (1920-1953) |
Qoşun növü | Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1918-1953 |
Rütbəsi | Tuğgeneral |
Döyüşlər | Bakı döyüşü (1918) Qarabağ və Zəngəzur döyüşləri (1918-1920) Əsgəran döyüşü (1920) Gəncə üsyanı (1920) Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) Şeyx Səid üsyanı (1925) |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 33 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Həyatı və təhsili
Cahangir bəy Novruzov 1894-cü ildə, Bakıda hərbçi ailəsində anadan olub. Tiflis hərbi məktəbində təhsil alıb. Təhsil aldığı dövrdə Sultan Məcid Qənizadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski ilə tanış olub. 1918-ci ilin aprel ayında həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilərək Gəncəyə göndərilib.
Hərbi xidmət
I Dünya Müharibəsində
18 yaşında ikən I Dünya Müharibəsində leytenant rütbəsi ilə draqun alayının süvari bölüyündə xidmət edib.
Azərbaycan Cümhuriyyətində
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra, qardaşları polkovnik Teymur bəy Novruzov, polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət ordusuna qatılıblar. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusuyla birgə, iyun ayının ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə eləcə də Bakı döyüşündə iştirak edib.
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi. Baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyası I Azərbaycan diviziyasının tərkibinə daxil idi. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib. Cahangir bəyin Topçu batareyasıyla birgə I Azərbaycan diviziyasının digər topçu batareyalarının davamlı atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılıblar. 1918-ci oktyabrın 8-də Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənir və Qafqaz İslam Ordusu Şuşaya daxil olur .
1918-ci ilin oktyabr ayından etibarən komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir, bölgədə asayişin bərqərar olmasında böyük xidmətlər göstərir və xidmətinə görə "kapitan" rütbəsi ilə təltif olunur.
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Cahangir bəy Novruzovun da topçu batareyası ilə döyüşlərdə iştirak edir. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.
Gəncə və Qarabağ üsyanı
Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında I piyada diviziyasının tərkibində Azərbaycan ordusunun digər bölmələri və könüllü dəstələrlə birgə iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar.
Türkiyədə
Qurtuluş Savaşı
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblarTürkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Cahangir bəy Novruzov da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.
1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması uğrunda gedən döyüşlərə qatılıb. Qars yönündə gedən döyüşlərin birində ağzından qəlpə yarası alıb. Şərq hərəkatından sonra, top batareyası ilə Qərb cəbhəsinə göndərilir.Qarsın Benliahmet kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovması ilə xüsusi fərqlənib. İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə ilə təltif edilib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib.
Sonrakı xidməti
1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib.
1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olub. 1929-cu ildə məktəbi bitirdikdən sonra "minbaşı" rütbəsi alıb. Kütahyada Baş Komandanlığın tabeliyində olan topçu alayının komandiri olub.
Döyüşlərdə cəsur ər kimi vuruşduğuna görə türk komandanlığı ona "Bərkər" - yəni bərk ər, igid, döyüşkən ər təxəllüsünü verib. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Bərkər" soyadını götürüb.
1948-ci il avqustun 8-də tuğgeneral rütbəsinə yüksəldilib. İzmir şəhərində qarnizon komandiri sonra isə yurd içi bölgə komandiri vəzifələrində xidmət edib. 1953-cü ildə yaşı çatdığı üçün təqaüdə çıxıb.
Vəfatı
Cahangir bəy Bərkər bir neçə dəfə infarkt keçirib. 1958-ci il iyulun 20-də ürəktutmasından dünyasını dəyişib. Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilib.
Ailə
Cahangir bəy Novruzov Tovuzun Qovlar kəndindən olan, hərbçi Novruzovlar nəslinin nümayəndəsidir. General - leytenant Mirzə Hacı bəy Novruzov, qvardiya polkovniki Kərim bəy Novruzov, general-mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov kimi hərbçilər bu nəsildəndirlər. Cahangir bəyin yazdıqlarına görə babası Kərim paşa rus çarının daxili mühafizə qvardiyasının komandiri, atası Yusif bəy Novruzov isə 13-cü süvari alayın komandiri olub.
1958-ci il yanvarın 20-də qızına yazdığı məktubda öz ailəsi haqqında bunları yazıb:
"Anam Kabarday qəbiləsindən miralay Zaur bəyin qızıdır. Bu zat, yəni mənim babam, istefasından sonra Quba ətrafındakı mülkünə çəkilmişdir. Soyadı da Novruzovdur. Novruzov həm də bizim, yəni babamın soyadıdır. Anam Leyli Bakıda Qız məktəbindən məzun olmadan, atam ilə evlənmişdir. Atam həmin zamanlar Draqun süvari 44-cü Nijeqorod alayında baş leytenant idi. Biz üç oğlan və bir qız olmaqla, bu ailənin uşaqları idik. Ən böyüyümüz Teymur bəy idi. 1-ci Cahan savaşında, babamın da xidmət etdiyi 44-cü alayda xidmət etmişdir. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra süvari diviziyasının komandiri təyin edildi. İkinci qardaşım Kazım bəy idi. Birinci cahan savaşında rusların 33-cü piyada diviziyasının topçu briqadasında 2-i batareyanın komandiri idi. Azərbaycan hökuməti zamanı miralay rütbəsi ilə (podpolkovnik) Topçu tuqayın komandiri idi. Kazım evli idi, Cəbrayıl adlı bir oğlu vardı. Əgər indi sağdırsa 47-48 yaşı olar. Bacım Zümrüd isə hələ 18 yaşında olarkən Kırımın Şamxaloğulları sülaləsindən Taştan bəy ilə evlənmişdi. Kürəkənimiz də Kırım süvari alayında podpolkovnik idi. Ailənin ən kiçiyi mən idim. Birinci dünya savaşı başlayanda 18 yaşım vardı və teymən (leytenant) olaraq draqun alayının süvari bölüyündə xidmət edirdim. Babam Kərim Paşa 96 yaşında olarkən mən Azərbaycanı tərk etdim. Babam Rus çarının daxili mühafizə qvardiyasının komandiri idi və son günlərinə qədər təqaüdə çıxmadı. Onun həyatı uzun bir hekayədir.
Cahangir bəy Ərzurumda xidmət etdiyi dövrdə, zamanında Osmanlı məclisi məbusanının Ərzurum vəkili olmuş mərhum Məmməd Arzaq bəyin qızı Vasfiyə xanımla tanış olub. 1929–cu ildə ailə qurduqdan sonra Güngör, Günaç və Aynur adında üç övladları olub. Güngör xanım Cahangir bəyin dostu, Gəncədən olan polkovnik Məmməd Ağpoladın oğlu Orxan Ağpoladla ailə həyatı qurub.
Mükafatları
- — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə ilə təltif edilib.
Həmçinin bax
İstinadlar
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 104. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 106. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 105. ISBN .
- "Cahangir bəy Novruzovu nə qədər tanıyırıq?" (az.). Ekspress. 2015-02-07. 2018-01-17 tarixində . İstifadə tarixi: 2023-05-10.
- Nəsiman Yaqublu. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF). Bakı: Ol. 2013. səh. 32. ISBN . 2023-02-24 tarixində (PDF). İstifadə tarixi: 2023-02-24.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 106. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 214. ISBN . 2023-02-24 tarixində . İstifadə tarixi: 2023-02-24.
- Mehman Süleymanov. Nuru paşa və silahdaşları. Bakı. 2014. səh. 137. 2020-11-23 tarixində . İstifadə tarixi: 2023-02-17.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 107. ISBN .
- Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində . İstifadə tarixi: 2023-02-15.
- . VIII. Bakı: . 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 57. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində . İstifadə tarixi: 2023-01-24.
- Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində . İstifadə tarixi: 2023-02-17.
- "Cumhuriyet" qəzeti. 15 sentyabr 1950
- "Cumhuriyet" qəzeti 9 oktyabr 1950.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 201. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-01-18.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 108. ISBN .
- Şəmistan Nəzirli. General Əliağa Şıxlinski ömrü (Anadan olmasının 140 illiyinə) (PDF). Bakı: Uğur nəşriyyatı. 2005. səh. 134. 2022-07-04 tarixində (PDF). İstifadə tarixi: 2023-05-08.
- "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində (PDF)
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 103. ISBN .
- "Azərbaycan Dergisi". 4-cü say. İstanbul. 1958
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 110. ISBN .
- Orxan Cəbrayıl. "İstiqlal savaşçısının izi ilə - Türk ordusunun azərbaycanlı generalı Cahangir Bərkər" (az.). modern.az. 2017-10-26. 2018-01-19 tarixində . İstifadə tarixi: 2023-05-10.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cahangir bey Novruzov ve ya Cahangir Berker 1894 Baki Baki quberniyasi Rusiya Imperiyasi 17 iyul 1958 Bornova Turkiye Azerbaycan Cumhuriyyetinin kapitani Turkiye Silahli Quvvelerinin briqada generali Cahngir BerkerCahangir bey NovruzovSexsi melumatlarDogum tarixi 1894Dogum yeri Baki Baki qezasi Baki quberniyasiVefat tarixi 17 iyul 1958Vefat yeri Bornova Izmir TurkiyeDefn yeri Bornova qebiristanligiDefn tarixi 1985Heyat yoldasi Vasfiye BerkerUsaqlari Gungor Gunac AynurHerbi fealiyyetiMensubiyyeti Azerbaycan Cumhuriyyeti 1918 1920 Turkiye 1920 1953 Qosun novu Azerbaycan Cumhuriyyeti Quru Qosunlari Turkiye Quru QosunlariXidmet illeri 1918 1953Rutbesi TuggeneralDoyusler Baki doyusu 1918 Qarabag ve Zengezur doyusleri 1918 1920 Esgeran doyusu 1920 Gence usyani 1920 Qarabag usyani 1920 Turkiye Istiqlaliyyet Muharibesi 1920 1923 Seyx Seid usyani 1925 Teltifleri Vikianbarda elaqeli mediafayllar Baki Qarabag ve Zengezur doyuslerinde Gence ve Qarabag usyanlarinda istirak edib Turkiye Istiqlaliyyet Muharibesinde istirak edib 33 il Turkiye Silahli Quvvelerinde xidmet edib Heyati ve tehsiliCahangir bey Novruzov 1894 cu ilde Bakida herbci ailesinde anadan olub Tiflis herbi mektebinde tehsil alib Tehsil aldigi dovrde Sultan Mecid Qenizade Memmed Emin Resulzade ve Feteli xan Xoyski ile tanis olub 1918 ci ilin aprel ayinda hebs olunub Sonradan azerbaycanli milli feallarin komekliyi ile hebsden azad edilerek Genceye gonderilib Herbi xidmetI Dunya Muharibesinde 18 yasinda iken I Dunya Muharibesinde leytenant rutbesi ile draqun alayinin suvari boluyunde xidmet edib Azerbaycan Cumhuriyyetinde 1918 ci il mayin 28 de Azerbaycanin istiqlaliyyeti elan olunduqdan sonra qardaslari polkovnik Teymur bey Novruzov polkovnik Kazim bey Novruzov ve emisi oglu mayor Rustem bey Novruzovla birge Cumhuriyyet ordusuna qatiliblar Elahidde Azerbaycan korpusunun terkibinde Qafqaz Islam Ordusuyla birge iyun ayinin ortalarindan sentyabrin 15 ne qeder zeferle basa catan Baki yurusunde elece de Baki doyusunde istirak edib 1918 ci il sentyabrin 15 de Baki isgaldan azad olunduqdan sonra 1918 ci il sentyabrin 23 de Qarabag herekati baslayib Qarabag herekatina qatilan quvvelere 9 cu ve 106 ci turk alaylari milli konullu birlikler ve I Azerbaycan diviziyasi daxil idi Bas leytenant Cahangir bey Novruzovun komandiri oldugu topcu batareyasi I Azerbaycan diviziyasinin terkibine daxil idi Qafqaz Islam Ordusu oktyabr ayinin 4 de Agdamdan baslayaraq Susa istiqametinde hucuma kecib Cahangir beyin Topcu batareyasiyla birge I Azerbaycan diviziyasinin diger topcu batareyalarinin davamli atesinden sonra Eyri kendi etrafinda olan dusmen quvveleri qacib dagiliblar 1918 ci oktyabrin 8 de Susa seheri butunlukle ermeni dasnak quvvelerinden temizlenir ve Qafqaz Islam Ordusu Susaya daxil olur 1918 ci ilin oktyabr ayindan etibaren komandiri oldugu topcu batareyasi ile Qarabagda ve Zengezurda dinc ehaliye qarsi qirginlar toreden ermeni separatcilarina qarsi doyuslerde istirak edir bolgede asayisin berqerar olmasinda boyuk xidmetler gosterir ve xidmetine gore kapitan rutbesi ile teltif olunur 1920 ci ilin martin 21 de ermeni dasnak quvveleri Esgeranda yerlesen Cavansir piyada alayinin movqelerine qefil hucum ederek Esgeran kecidini ele kecirib usyana basladilar 1920 ci il martin 26 da Azerbaycan ordusu Esgeran istiqametinde Dronun qosunlarina qarsi genismiqyasli hucuma baslayir Milli ordunun zabiti kimi Cahangir bey Novruzovun da topcu batareyasi ile doyuslerde istirak edir Esgeranda baslayan siddetli doyusler Azerbaycan ordusunun qelebesi ile yekunlasir Aprel ayinin ortalarina qeder davam eden doyuslerde dusmen quvveleri butunlukle mehv edilir Gence ve Qarabag usyani Cumhuriyyetin isgalindan sonra bolseviklere qarsi 1920 ci ilin may ayinda bas qaldirmis Gence usyaninda I piyada diviziyasinin terkibinde Azerbaycan ordusunun diger bolmeleri ve konullu destelerle birge istirak edib Bir nece gun Gencenin mudafiesinde istirak etdikden sonra Qarabaga gedib ve burada 1920 ci ilin iyun ayinda Nuru pasanin rehberliyi ile bas tutmus Qarabag usyaninda istirak edib Usyan meglub olduqdan sonra Cumhuriyyet ordusunun suvari ve piyada alaylarinin sag qalan esgerleri ile beraber doyuserek Qaryagin ve Cebrayil istiqametinde geri cekilib Araz cayindan kecerek Irana daxil olublar Turkiyede Turkiyenin prezidenti Ismet Inonunun 1950 ci ilde Izmire seferi Soldan birinci Cahangir Berkerr sagdan ikinci heyat yoldasi Vasfiye xanim Qurtulus Savasi Sovet isgalina qarsi bas qaldirmis usyanlar meglub olduqdan sonra Azerbaycan Cumhuriyyetinin Ordusunun qalan herbcilerinin bir qismi Zengezuru kecerek Naxcivana bir qismi ise Xudaferin istiqametinden Irana kecerek Turkiyeye getdiler Turkiye serhedlerine yaxinlasanda Azerbaycan herbcilerine rehberlik eden Nuh bey Sofiyev komandanligi Semed bey Refibeyliye tehvil verir Semed beyin rehberliyi ile onlar evvelce Serqi Beyazide daha sonra ise iyun iyul aylarinda Hesenqala ve Erzuruma catiblarTurkiye Boyuk Millet Meclisinin qerari ile bir atli bir piyada alayi ve topcu batareyasindan ibaret 1200 neferlik Azerbaycan birliyi Kazim Qarabekir pasanin komandanliq etdiyi Serq ordusunun XV kolordu siralarina qebul olunur Cahangir bey Novruzov da 1200 neferlik Azerbaycan birliyinin terkibinde 56 nefer zabitden biri olub 1920 ci ilin payizindan baslayaraq 1921 ci ilin evvellerine qeder Serqi Anadolunun ermenilerden temizlenmesi ile sona catan Serq herekatinda istirak edib Sariqamisin Qarsin Gumrunun geri alinmasi ugrunda geden doyuslere qatilib Qars yonunde geden doyuslerin birinde agzindan qelpe yarasi alib Serq herekatindan sonra top batareyasi ile Qerb cebhesine gonderilir Qarsin Benliahmet kendi yaxinliginda Berna meydan muharibesinde toplarinin deqiq atesi ile dusmen teyyarelerini muharibe meydanindan qovmasi ile xususi ferqlenib Izmirin yunan isgalindan azad edilmesi ile neticelenen doyuslerde istirak edib 1923 cu ilde Turkiye Istiqlaliyyet Savasinda gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib Qurtulus Savasindan sonra orduda qalaraq herbi xidmetini davam etdirib Sonraki xidmeti 1925 ci ilde Seyx Seid usyaninin 1926 ci ilde I Agri 1927 ci ilde II Agri usyanlarinin yatirilmasinda istirak edib 1928 ci ilde tehsilini artirmaq ucun Herbi mektebe daxil olub 1929 cu ilde mektebi bitirdikden sonra minbasi rutbesi alib Kutahyada Bas Komandanligin tabeliyinde olan topcu alayinin komandiri olub Doyuslerde cesur er kimi vurusduguna gore turk komandanligi ona Berker yeni berk er igid doyusken er texellusunu verib 1934 cu il iyunun 21 de Turkiyede qebul edilmis Soyad qanunundan sonra ozune Berker soyadini goturub 1948 ci il avqustun 8 de tuggeneral rutbesine yukseldilib Izmir seherinde qarnizon komandiri sonra ise yurd ici bolge komandiri vezifelerinde xidmet edib 1953 cu ilde yasi catdigi ucun teqaude cixib VefatiCahangir bey Berker bir nece defe infarkt kecirib 1958 ci il iyulun 20 de urektutmasindan dunyasini deyisib Generalin cenazesi herbi merasimle Bornova mezarliginda defn edilib AileCahangir bey Berker solunda heyat yoldasi Vasfiye xanim saginda boyuk qizi Gungor xanim onde Gunac xanim ve Aynur xanim Cahangir bey Novruzov Tovuzun Qovlar kendinden olan herbci Novruzovlar neslinin numayendesidir General leytenant Mirze Haci bey Novruzov qvardiya polkovniki Kerim bey Novruzov general mayor Teymur bey Novruzov mayor Rustem bey Novruzov kimi herbciler bu nesildendirler Cahangir beyin yazdiqlarina gore babasi Kerim pasa rus carinin daxili muhafize qvardiyasinin komandiri atasi Yusif bey Novruzov ise 13 cu suvari alayin komandiri olub 1958 ci il yanvarin 20 de qizina yazdigi mektubda oz ailesi haqqinda bunlari yazib Anam Kabarday qebilesinden miralay Zaur beyin qizidir Bu zat yeni menim babam istefasindan sonra Quba etrafindaki mulkune cekilmisdir Soyadi da Novruzovdur Novruzov hem de bizim yeni babamin soyadidir Anam Leyli Bakida Qiz mektebinden mezun olmadan atam ile evlenmisdir Atam hemin zamanlar Draqun suvari 44 cu Nijeqorod alayinda bas leytenant idi Biz uc oglan ve bir qiz olmaqla bu ailenin usaqlari idik En boyuyumuz Teymur bey idi 1 ci Cahan savasinda babamin da xidmet etdiyi 44 cu alayda xidmet etmisdir Azerbaycan Cumhuriyyeti qurulduqdan sonra suvari diviziyasinin komandiri teyin edildi Ikinci qardasim Kazim bey idi Birinci cahan savasinda ruslarin 33 cu piyada diviziyasinin topcu briqadasinda 2 i batareyanin komandiri idi Azerbaycan hokumeti zamani miralay rutbesi ile podpolkovnik Topcu tuqayin komandiri idi Kazim evli idi Cebrayil adli bir oglu vardi Eger indi sagdirsa 47 48 yasi olar Bacim Zumrud ise hele 18 yasinda olarken Kirimin Samxalogullari sulalesinden Tastan bey ile evlenmisdi Kurekenimiz de Kirim suvari alayinda podpolkovnik idi Ailenin en kiciyi men idim Birinci dunya savasi baslayanda 18 yasim vardi ve teymen leytenant olaraq draqun alayinin suvari boluyunde xidmet edirdim Babam Kerim Pasa 96 yasinda olarken men Azerbaycani terk etdim Babam Rus carinin daxili muhafize qvardiyasinin komandiri idi ve son gunlerine qeder teqaude cixmadi Onun heyati uzun bir hekayedir Cahangir bey Erzurumda xidmet etdiyi dovrde zamaninda Osmanli meclisi mebusaninin Erzurum vekili olmus merhum Memmed Arzaq beyin qizi Vasfiye xanimla tanis olub 1929 cu ilde aile qurduqdan sonra Gungor Gunac ve Aynur adinda uc ovladlari olub Gungor xanim Cahangir beyin dostu Genceden olan polkovnik Memmed Agpoladin oglu Orxan Agpoladla aile heyati qurub Mukafatlari 1923 cu ilde Turkiye Istiqlaliyyet Savasinda gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib Hemcinin baxAslan Berkan Firudin bey Daryal Yunis XezerliIstinadlarEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 104 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 106 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 105 ISBN 978 9952 5513 4 1 Cahangir bey Novruzovu ne qeder taniyiriq az Ekspress 2015 02 07 2018 01 17 tarixinde Istifade tarixi 2023 05 10 Nesiman Yaqublu Qafqaz Islam Ordusu Azerbaycanda PDF Baki Ol 2013 seh 32 ISBN 978 9952 484 53 3 2023 02 24 tarixinde PDF Istifade tarixi 2023 02 24 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 106 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Mehmet Rihtim Mehman Suleymanov Azerbaycan Xalq Cumhuriyyeti ve Qafqaz Islam Ordusu Baki Qafqaz Arasdirmalari Institutu 2008 seh 214 ISBN 9952 426 23 2 2023 02 24 tarixinde Istifade tarixi 2023 02 24 Mehman Suleymanov Nuru pasa ve silahdaslari Baki 2014 seh 137 2020 11 23 tarixinde Istifade tarixi 2023 02 17 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 107 ISBN 978 9952 5513 4 1 Semistan Nezirli Iyirminci ilde Qarabag doyusleri az anl az 2017 08 08 2022 12 07 tarixinde Istifade tarixi 2023 02 15 VIII Baki AMEA Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2018 Archived from the original on 2020 04 07 Istifade tarixi 2023 02 15 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 57 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 196 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Abdulhamit Avsar Turkiyenin Istiqlal muharibesinde Azerbaycan turkleri Turkiye arxiv senedleri ve metbuatinda 1919 1922 Baki AzAtaM 2007 seh 45 2022 06 27 tarixinde Istifade tarixi 2023 01 24 Vasif Qafarov Azerbaycanlilarin Turkiyeye etdiyi yardimi Osmanli arxivlerinden oyrenmek olar az Azerbaycan qezeti 2015 04 25 2018 02 11 tarixinde Istifade tarixi 2023 02 17 Cumhuriyet qezeti 15 sentyabr 1950 Cumhuriyet qezeti 9 oktyabr 1950 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 201 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 01 18 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 108 ISBN 978 9952 5513 4 1 Semistan Nezirli General Eliaga Sixlinski omru Anadan olmasinin 140 illiyine PDF Baki Ugur nesriyyati 2005 seh 134 2022 07 04 tarixinde PDF Istifade tarixi 2023 05 08 Soy adi kanunu PDF T C Resmi Gazete Ankara 1 1934 07 02 2022 03 03 tarixinde PDF Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 103 ISBN 978 9952 5513 4 1 Azerbaycan Dergisi 4 cu say Istanbul 1958 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 110 ISBN 978 9952 5513 4 1 Orxan Cebrayil Istiqlal savascisinin izi ile Turk ordusunun azerbaycanli generali Cahangir Berker az modern az 2017 10 26 2018 01 19 tarixinde Istifade tarixi 2023 05 10