Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Baba bəy Behbud | |
---|---|
Baba Mustafa oğlu Behbudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1970 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Belkıs Behbud |
Uşaqları | Mustafa Behbud, Pıtırcık Behbud |
Atası | Mustafa Behbudov |
Anası | Mina Behbudova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə (1920-1955) |
Qoşun növü | Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1918—1955 |
Rütbəsi | Albay |
Döyüşlər | Əsgəran döyüşü Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) Şeyx Səid üsyanı (1925) |
Təltifləri |
Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Həyatı və təhsili
Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub.
Döyüş yolu
Azərbaycan Cümhuriyyətində
Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb.
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Baba bəy Behbudov da, süvari alayın tərkibində bu döyüşlərdə iştirak edib. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.
Cümhuriyyətin işğalından sonra Azərbaycanın müxtəlif yerlərində bolşeviklərə qarşı üsyanlar başlayır. Baba bəy 1920-ci iyunun 3-dən 4-nə keçən gecə Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında Qarabağ süvari alayının tərkibində iştirak edib. Üsyançılar iyunun 6-da Şuşada sovet hökumətini devirib Şuşa İnqilab Komitəsinin üzvlərini həbs edirlər. Polkovnik Zeynalov Qarabağdakı milli hərbi qüvvələrin ümumi komandanı təyin edilir. 1920 il iyunun 10-da Qırmızı ordu qüvvələri üsyançılara qarşı bütün cəbhə boyu hücuma keçdilər. Qırmızı ordu bu hücumda sayca üstün olduğu üçün, döyüşdə zirehli avtomobillərdən, hərbi təyyarələrdən istifadə etdiyi üçün üsyançılar onlara qarşı mübarizə apara bilməyərək geri çəkilməyə məcbur oldular. Qarabağ üsyanı yatırıldıqdan sonra, Baba Behbudov Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığı ilə Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olublar.
Türkiyədə
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı. Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Baba bəy Behbud da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub
Qarabağ süvari alayının bölük komandiri olan Baba bəy bir müddət 12-ci tümənin, daha sonra isə 9-cu tümənin tərkibində döyüşüb. 15-ci süvari alayın bölük komandiri vəzifəsini icra edib. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərq hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb.
Daha sonra Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib. 1922-ci il sentyabrın 9-da bölüyü ilə İzmirə girən ilk süvarilərdən olub. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə ilə təltif edilib
1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib.
1928-ci ildə Türkiyə vətəndaşlığına qəbul edildikdən sonra İstanbulda Ali Hərbi Akademiyaya daxil olub. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant, 1948-ci ildə polkovnik rütbəsi ilə təltif olunub. Daha sonra Ankarada süvari alayının komandiri vəzifəsinə təyin edilib. 1955-ci ildə təqaüd yaşına çatdığı üçün ehtiyata buraxılıb. Təqaüdə çıxdıqdan sonra dil bilikləri və təcrübəsi nəzərə alınaraq Türkiyə Milli Təhlükəsizlik Təşkilatında işləməyə başlayıb.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Behbud" soyadını götürüb.
Mühacirətdəki fəaliyyəti
Türkiyədə yaşadığı müddətdə azərbaycanlı mühacirlərlə əlaqə saxlayıb. Türkiyədə Azərbaycan Kültür Dərnəyinin qurulmasında və fəaliyyətində yaxından iştirak edib.
1958-ci il mayın 25-də ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Seçkilər nəticəsində Baba bəy Behbud dərnəyin Müşahidə Şurasına seçilib. 1957-ci və 1958-ci illərdə Azərbaycanlı mühacirlərin çıxardığı "Azərbaycan" dərgisində silahdaşları general Cahangir Berkerin və polkovnik Aslan Berkanın vəfatı ilə bağlı məqalələri dərc olunub.
Ailəsi
Qarabağlı Behbudovlar nəslindən olan Baba bəyin atası Mustafa bəy anası Mina xanım olub. Ağca adlı böyük bacısı, Afər adlı əkiz bacısı olub.
Baba bəy Behbud Qarsda xidmət ikən Belkıs Ekinci ilə tanış olub. Daha sonra İstanbulda ailə həyatı qurublar. Bu nikahdan övladları olmayıb. Belkıs xanımın kiçik bacısı Günay xanımı övladlığa götürüblər.
Ölümü
Baba bəy Behbud 1970-ci il iyulun 10-da İstanbulda dünyasını dəyişib. Cənazə namazı Şişli məscidində qılındıqdan sonra xüsusi mərasimlə Feriköy məzarlığında dəfn edilib.
Mükafatları
- — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə ilə təltif edilib.
Həmçinin bax
İstinadlar
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 67. ISBN .
- Dilqəm Əhməd. Bir ildən yüz ilə. İstanbul: TEAS Press. 2018. səh. 32. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 69. ISBN .
- Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində . İstifadə tarixi: 2023-02-15.
- . VIII. Bakı: . 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 70. ISBN .
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 134. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 71. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində . İstifadə tarixi: 2023-01-24.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində . İstifadə tarixi: 2023-02-15.
- Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində . İstifadə tarixi: 2023-02-16.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 72. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 73. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 199. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-01-18.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 74. ISBN .
- "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində (PDF)
- Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində . İstifadə tarixi: 2023-01-17.
- Orxan Cəbrayıl. "İstiqlal savaşçısının izi ilə - Türk ordusunun azərbaycanlı generalı Cahangir Bərkər" (az.). modern.az. 2017-10-26. 2021-11-13 tarixində . İstifadə tarixi: 2023-04-28.
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 75. ISBN .
- Zöhrə Fərəcova. "Behbudovlar" (az.). azerbaijan-news.az. 2022-04-24. 2023-04-28 tarixində . İstifadə tarixi: 2023-04-28.
Ədəbiyyat
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN .
Xarici keçidlər
- Tanış olun - Baba bəy Behbud / İctimai Radio
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baba bey Behbud ve ya Baba Behbudov 1897 Susa 10 iyul 1970 Istanbul muhacir Azerbaycan Cumhuriyyetinin zabiti Turkiye Silahli Quvvelerinin polkovniki Baba bey BehbudBaba Mustafa oglu BehbudovSexsi melumatlarDogum tarixi 1897Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 10 iyul 1970 1970 07 10 Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Ferikoy mezarligiVetendasligi Rusiya imperiyasi AXC TurkiyeHeyat yoldasi Belkis BehbudUsaqlari Mustafa Behbud Pitircik BehbudAtasi Mustafa BehbudovAnasi Mina BehbudovaHerbi fealiyyetiMensubiyyeti Azerbaycan Cumhuriyyeti 1918 1920 Turkiye 1920 1955 Qosun novu Azerbaycan Cumhuriyyeti Quru Qosunlari Turkiye Quru QosunlariXidmet illeri 1918 1955Rutbesi AlbayDoyusler Esgeran doyusu Qarabag usyani 1920 Turkiye Istiqlaliyyet Muharibesi 1920 1923 Seyx Seid usyani 1925 Teltifleri Esgeran doyusunde Aprel isgalindan sonra isgala qarsi bas tutmus Qarabag usyaninda istirak edib Turkiye Istiqlaliyyet Muharibesinde istirak edib 35 il Turkiye Silahli Quvvelerinde xidmet edib Heyati ve tehsiliBaba Behbudov 1897 ci ilde Susada anadan olub Azerbaycan Cumhuriyyeti qurulduqdan sonra 1918 ci ilin may ayinda Gencede acilan herbi mektebe daxil olub Doyus yoluAzerbaycan Cumhuriyyetinde Baba bey Behbud Semed bey Refibeyli ve Memmed Agpolad Turkiye Ordusunda xidmet iken Herbi mektebi bitirdikden sonra zabit kimi Qarabag suvari alayinda xidmete baslayib Bir zabit olaraq 1918 ci ilin sonlarindan etibaren Qarabagda ermeni separatcilarin zerersizlesdirilmesi meqsedile Susada ve etraf bolgelerde xidmet edib 1919 cu ilin yanvar ayinda kecirilen baxis yoxlamasi zamani Baba beyin xidmet etdiyi suvari alayi gosterdiyi xidmete gore herbi nazirin sexsi tesekkurunu alib 1920 ci ilin martin 21 de ermeni dasnak quvveleri Esgeranda yerlesen Cavansir piyada alayinin movqelerine qefil hucum ederek Esgeran kecidini ele kecirib usyana basladilar 1920 ci il martin 26 da Azerbaycan ordusu Esgeran istiqametinde Dronun qosunlarina qarsi genismiqyasli hucuma baslayir Milli ordunun zabiti kimi Baba bey Behbudov da suvari alayin terkibinde bu doyuslerde istirak edib Esgeranda baslayan siddetli doyusler Azerbaycan ordusunun qelebesi ile yekunlasir Aprel ayinin ortalarina qeder davam eden doyuslerde dusmen quvveleri butunlukle mehv edilir Cumhuriyyetin isgalindan sonra Azerbaycanin muxtelif yerlerinde bolseviklere qarsi usyanlar baslayir Baba bey 1920 ci iyunun 3 den 4 ne kecen gece Nuru pasanin rehberliyi ile bas tutmus Qarabag usyaninda Qarabag suvari alayinin terkibinde istirak edib Usyancilar iyunun 6 da Susada sovet hokumetini devirib Susa Inqilab Komitesinin uzvlerini hebs edirler Polkovnik Zeynalov Qarabagdaki milli herbi quvvelerin umumi komandani teyin edilir 1920 il iyunun 10 da Qirmizi ordu quvveleri usyancilara qarsi butun cebhe boyu hucuma kecdiler Qirmizi ordu bu hucumda sayca ustun oldugu ucun doyusde zirehli avtomobillerden herbi teyyarelerden istifade etdiyi ucun usyancilar onlara qarsi mubarize apara bilmeyerek geri cekilmeye mecbur oldular Qarabag usyani yatirildiqdan sonra Baba Behbudov Azerbaycan Cumhuriyyeti ordusunun suvari ve piyada alaylarinin sag qalan esgerleri ile birge polkovnik Nuh bey Sofiyevin komandanligi ile Qaryagin ve Cebrayil istiqametinde geri cekilerek Araz cayini kecib Iran erazisine daxil olublar Turkiyede Ayaq uste duranlar soldan saga Baba bey Behbud Gulmemmed bey Qazax Firudin Daryal Demir bey Oturanlar soldan saga Ebdulletif bey Ebdussemed bey Xudadad bey Hemid bey Sovet isgalina qarsi bas qaldirmis usyanlar meglub olduqdan sonra Azerbaycan Cumhuriyyetinin Ordusunun qalan herbcilerinin bir qismi Zengezuru kecerek Naxcivana bir qismi ise Xudaferin istiqametinden Irana kecerek Turkiyeye getdiler Turkiye serhedlerine yaxinlasanda Azerbaycan herbcilerine rehberlik eden Nuh bey Sofiyev komandanligi Semed bey Refibeyliye tehvil verir Semed beyin rehberliyi ile onlar evvelce Serqi Beyazide daha sonra ise iyun iyul aylarinda Hesenqala ve Erzuruma catdilar Topcu batareya ve piyadalardan ibaret desteler de diger tumenlerin terkibine qatildi Bir muddet Erzurumda qaldiqdan sonra Turkiye Boyuk Millet Meclisinin qerari ile bir suvari bir piyada alayi ve topcu batareyasindan ibaret 1200 neferlik Azerbaycan birliyi Kazim Qarabekir pasanin komandanliq etdiyi Serq ordusunun XV kolordu siralarina qebul olunur Baba bey Behbud da 1200 neferlik Azerbaycan birliyinin terkibinde 56 nefer zabitden biri olub Qarabag suvari alayinin boluk komandiri olan Baba bey bir muddet 12 ci tumenin daha sonra ise 9 cu tumenin terkibinde doyusub 15 ci suvari alayin boluk komandiri vezifesini icra edib 1920 ci ilin payizindan baslayaraq 1921 ci ilin evvellerine qeder Serq herekatinda istirak edib Sariqamisin Qarsin Igdirin Kagizmanin Gumrunun geri alinmasi ugrunda doyuslere qatilib Daha sonra Turkiyenin qerb bolgesinin yunanlarin isgalindan azad edilmesi ucun basladilan Boyuk hucum emeliyyatlarinda istirak edib 1922 ci il sentyabrin 9 da boluyu ile Izmire giren ilk suvarilerden olub Qurtulus Savasindan sonra orduda qalaraq herbi xidmetini davam etdirib 1923 cu ilde Turkiye Istiqlaliyyet Savasinda gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib 1925 ci ilde Seyx Seid usyaninin 1926 ci ilde I Agri 1927 ci ilde II Agri usyanlarinin yatirilmasinda istirak edib 1928 ci ilde Turkiye vetendasligina qebul edildikden sonra Istanbulda Ali Herbi Akademiyaya daxil olub 1933 cu ilde kapitan 1940 ci ilde mayor 1944 cu ilde polkovnik leytenant 1948 ci ilde polkovnik rutbesi ile teltif olunub Daha sonra Ankarada suvari alayinin komandiri vezifesine teyin edilib 1955 ci ilde teqaud yasina catdigi ucun ehtiyata buraxilib Teqaude cixdiqdan sonra dil bilikleri ve tecrubesi nezere alinaraq Turkiye Milli Tehlukesizlik Teskilatinda islemeye baslayib 1934 cu il iyunun 21 de Turkiyede qebul edilmis Soyad qanunundan sonra ozune Behbud soyadini goturub Muhaciretdeki fealiyyetiBaba bey M E Resulzadenin saginda Azerbaycan siyasi muhacirleri ile birlikde Ankara 1950 ci iller Turkiyede yasadigi muddetde azerbaycanli muhacirlerle elaqe saxlayib Turkiyede Azerbaycan Kultur Derneyinin qurulmasinda ve fealiyyetinde yaxindan istirak edib 1958 ci il mayin 25 de ilde Yunis Xezerlinin sedrliyi ile Istanbulda derneyin illik qurultayi kecirilib Seckiler neticesinde Baba bey Behbud derneyin Musahide Surasina secilib 1957 ci ve 1958 ci illerde Azerbaycanli muhacirlerin cixardigi Azerbaycan dergisinde silahdaslari general Cahangir Berkerin ve polkovnik Aslan Berkanin vefati ile bagli meqaleleri derc olunub AilesiQarabagli Behbudovlar neslinden olan Baba beyin atasi Mustafa bey anasi Mina xanim olub Agca adli boyuk bacisi Afer adli ekiz bacisi olub Baba bey Behbud Qarsda xidmet iken Belkis Ekinci ile tanis olub Daha sonra Istanbulda aile heyati qurublar Bu nikahdan ovladlari olmayib Belkis xanimin kicik bacisi Gunay xanimi ovladliga goturubler OlumuBaba bey Behbud 1970 ci il iyulun 10 da Istanbulda dunyasini deyisib Cenaze namazi Sisli mescidinde qilindiqdan sonra xususi merasimle Ferikoy mezarliginda defn edilib Mukafatlari 1923 cu ilde Turkiye Istiqlaliyyet Savasinda gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib Hemcinin baxAslan Berkan Memmed Agpolad Firudin bey DaryalIstinadlarEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 67 ISBN 978 9952 5513 4 1 Dilqem Ehmed Bir ilden yuz ile Istanbul TEAS Press 2018 seh 32 ISBN 978 9952 310 47 4 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 69 ISBN 978 9952 5513 4 1 Semistan Nezirli Iyirminci ilde Qarabag doyusleri az anl az 2017 08 08 2022 12 07 tarixinde Istifade tarixi 2023 02 15 VIII Baki AMEA Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2018 Archived from the original on 2020 04 07 Istifade tarixi 2023 02 15 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 70 ISBN 978 9952 5513 4 1 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 134 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 71 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 196 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Abdulhamit Avsar Turkiyenin Istiqlal muharibesinde Azerbaycan turkleri Turkiye arxiv senedleri ve metbuatinda 1919 1922 Baki AzAtaM 2007 seh 45 2022 06 27 tarixinde Istifade tarixi 2023 01 24 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 197 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Orxan Cebrayil Gencede baslayib Ankarada biten bir omrun hekayesi polkovnik Memmed Agpolad az interposta info 2017 12 10 2023 02 15 tarixinde Istifade tarixi 2023 02 15 Vasif Qafarov Azerbaycanlilarin Turkiyeye etdiyi yardimi Osmanli arxivlerinden oyrenmek olar az Azerbaycan qezeti 2015 04 25 2018 02 11 tarixinde Istifade tarixi 2023 02 16 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 72 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 73 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 199 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 01 18 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 74 ISBN 978 9952 5513 4 1 Soy adi kanunu PDF T C Resmi Gazete Ankara 1 1934 07 02 2022 03 03 tarixinde PDF Dilqem Ehmed 10 il icinde 52 defe usyan etmis yuz minlerle qurban vermisik az teleqraf com 2022 02 28 2022 03 16 tarixinde Istifade tarixi 2023 01 17 Orxan Cebrayil Istiqlal savascisinin izi ile Turk ordusunun azerbaycanli generali Cahangir Berker az modern az 2017 10 26 2021 11 13 tarixinde Istifade tarixi 2023 04 28 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 75 ISBN 978 9952 5513 4 1 Zohre Ferecova Behbudovlar az azerbaijan news az 2022 04 24 2023 04 28 tarixinde Istifade tarixi 2023 04 28 EdebiyyatEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 ISBN 9789752552364 Xarici kecidlerTanis olun Baba bey Behbud Ictimai Radio