Birinci Kоmpyеn sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kоmpyеn sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı.
Kоmpyеn sülh sazişi (1918) | |
---|---|
Kоmpyеn sülh sazişi | |
İmzalanma tarixi | 11 noyabr 1918-ci il |
İmzalanma yeri | Kоmpyеn meşəsi |
Qüvvəyə minməsi | dərhal |
• şərtləri | I Dünya Müharibəsində hərbi əməliyyatlar dayandırıldı |
İmzalayanlar | Antanta və Almaniya İmperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Şərait
1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər".
Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi. Ona sülh danışıqlarına başlamaq tapşırığı verildi .
Oktyabrın 4-də parlamentdə çoxluq təşkil edən partiyaların, o cümlədən Sosial Demokratlar Partiyasının nümayəndələrinin daxil olduğu yeni Alman hökuməti, "14 maddə" əsasında sülh danışıqlarına başlamaq təklifi ilə, Avropadakı rəqiblərinin başı üzərindən ABŞ prezidenti Vudro Vilsona müraciət etdi. Bununla belə, ABŞ-nin ilk iki diplomatik notasının məzmunu Vilsonun “kayzerin taxtdan imtina tələbini sülhün ən vacib şərti hesab etməsini alman tərəfinə çatdıra bilmədi. Reyx dövlət xadimləri onlar üçün belə bir dəhşətli variantı nəzərdən keçirməyə hələ hazır deyildilər". Danışıqlara başlamaq üçün ilkin şərt olaraq Vilson Alman qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılmasını, sualtı müharibəyə son qoyulmasını və Kayzerin hakimiyyətdən əl çəkməsini tələb etdi. Oktyabrın 23-də verilən üçüncü diplomatik notada açıq şəkildə bildirildi ki: "Əgər ABŞ hökuməti indi Almaniyanın ali rəhbərliyi və monarxik elitası ilə əlaqələr qurmalı olsa, onda Alman imperiyasının beynəlxalq öhdəlikləri qarşılığında onunla sülh danışıqlarına başlamayacaq, birbaşa kapitulyasiya tələb etməli olacaqdır”.
Oktyabrın 24-də Ludendorff orduya göndərdiyi əmrində Vilsonun 23 oktyabr notasını "qəbuledilməz" olaraq xarakterizə etdi və qoşunları mübarizəni davam etdirməyə çağırdı. Oktyabrın 25-də Hindenburq və Ludendorff kanslerin göstərişlərinə məhəl qoymadan Berlinə doğru yola düşdülər. Kansler kayzerdən Ludendorffun istefasını tələb etdi və oktyabrın 26-da Vilhelm Ludendorffa onun etibarını itirdiyini bildirdi. Ludendorff dərhal istefa verdi və o qəbul edildi.
Bu arada oktyabrın 30-da Türkiyə Mudros müqaviləsinə imza ataraq təslim oldu. Noyabrın 3-də Almaniyanın son müttəfiqi - Avstriya-Macarıstan kapitulyasiya etdi.
Noyabrın 4-də Kieldə üsyan baş qaldırdı. Ölkədə noyabr inqilabı başladı.
Noyabrın 5-də alman cəbhəsi yarıldı və ertəsi gün alman qoşunlarının ümumi geri çəkilməsi başladı. Müttəfiqlər atəşkəs danışıqlarına başlamağa razılıq verdilər, lakin reparatsiya tələblərini irəli sürdülər. Noyabrın 6-da Berlində Vilsonun son notası alındı. Elə həmin gün Alman nümayəndə heyəti Fransaya yola düşdü. Nümayəndə heyətinə Mattias Erzberger, Qraf Alfred von Oberndorff, general-mayor Detlof von Vinterfeldt və kapitan Ernst Vanzelov daxil idi.
Noyabrın 8-də Alman nümayəndə heyəti danışıqlar aparmaq üçün Paris yaxınlığındakı Kоmpyеn meşəsinə gəldi (əslində Almaniyanın kapitulyasiya şərtlərinin razılaşdırılması). Noyabrın 9-da Maksimilian Baden ölkədə hakimiyyəti qorumağın və nizam-intizamın təminatının mümkünsüz olduğunu anlayaraq, ən qısa müddətdə hakimiyyətin sosial demokratlara verilməsini qəbul etdi və könüllü olaraq Kayzerin Prussiya və imperator taxtlarından imtina etdiyini elan etdi. O, səlahiyyətlərini Sosial Demokratlar Partiyasının lideri Fridrix Ebertə verdi. Bundan sonra Baden hökumətindəki dövlət katibi Filip Şeydeman monarxiyanın süqut etdiyini bildirdi və Almaniyanı respublika elan etdi. Noyabrın 10-da axşam Spa şəhərində (Belçika) yerləşən baş qərargahda olan kayzer, noyabrın 28-də hər iki taxtdan imtina etdiyi Niderlanda yola düşdü.
Müttəfiqlər və Almaniya arasında barışıq sazişi noyabrın 11-də səhər 05:12 - 05:20 arasında Kоmpyеn meşəsində marşal Ferdinand Foşun ştab-vaqonunda imzalandı.
Barışıq sazişi səhər saat 11-də qüvvəyə mindi ("on birinci ayın on birinci gününün onbirinci saatında"). Bu hadisənin şərəfinə 101 artilleriya atəşi açıldı - bunlar I Dünya Müharibəsinin sonuncu atışları oldu.
Şərtləri
Barışığın əsas şərtləri:
- Barışığın imzalanmasından sonra altı saat ərzində hərbi əməliyyatların dayandırılması; yəni noyabrın 11-i günorta saat 11-də.
- Bütün Alman qoşunlarının Fransa, Belçika, Lüksemburq və Elzas-Lotaringiyadan təxliyə edilməsinin 15 günlük bir müddətdə dərhal başlaması və tamamlanması.
- Bunun ardınca - Reynin qərb sahilindəki ərazidən bütün Alman qoşunlarının 17 gün ərzində, həmçinin Reynin sağ sahilindəki körpülərdən 30 km radiusda Mains, Koblens və Köln şəhərlərindən müttəfiqlərin və ABŞ-nin qoşunları tərəfindən bu ərazilərin sonrakı işğalı ilə təxliyəsi.
- Şərq Cəbhəsindəki bütün alman qoşunlarının Alman ərazisinə, 1914-cü il avqustun 1-də olduğu yerlərə geri çəkilməli (Təxliyə Antanta bu ərazilər üçün uyğun siyasi şərtlərin yarandığını düşündükdə həyata keçirilməli idi).
- Rusiya ilə Brest sülh müqaviləsinin və Rumıniya ilə Buxarest sülh müqaviləsinin ləğvi.
- Almaniyanın dəniz blokadasının ingilis donanması tərəfindən saxlanılması.
- Alman Dəniz Qüvvələrinin bütün sualtı gəmilərinin və digər müasir gəmilərinin girov götürülməsi.
- 5000 top, 25 000 pulemyot, 3000 minaatan, 1700 təyyarə, 5000 lokomotiv və 150 000 vaqonun yaxşı işlək vəziyyətdə təhvil verilməsi.
Sonrakı hadisələr
Barışığın müddəti 36 gün müəyyən edildi. Bu müddət ərzində Almaniya ilkin sülh müqaviləsini imzalamaq istəyi ilə ən azı beş dəfə Antanta qüvvələrinin komandanlığına müraciət ünvanladı. Lakin onlar hər dəfə müraciətinə rədd cavabı alırdı. Qeyri-rəsmi olaraq müttəfiqlər ABŞ prezidenti Vudro Vilsonun gəlişini gözlədiklərini səbəb olaraq bildirirdilər. Vilson həqiqətən Parisə yalnız dekabrın 13-də gəldi, ancaq gecikmənin əsl səbəbi, qaliblərin sülh şərtləri ilə bir-birləri arasında razılığa gələ bilməmələri idi.
Eyni zamanda 1918-ci ilin dekabrına qədər Alman Baş Komandanlığı bütün ordunu Reynin arxasına geri çəkdi. Heç bir Alman hərbi hissəsi əsir düşmədi. Düzdür, ordu ölkədə baş verən inqilabi hadisələrin bölücü təsiri altında idi. İnqilabı yatırtmaq üçün hərbi qüvvələr hazırlayarkən (qoşunlar və müxtəlif növ könüllü birləşmələr), alman höküməti eyni zamanda inqilabın başlaması üzərində spekuliyasiya edir, Antanta ölkələrini "Bolşevik təhdidi" və inqilabi hərəkatın onlara da keçə biləcəyi ilə şantaj edirdi. Almaniya Kоmpyеn sülh müqaviləsinin şərtlərinin sabotajına başlamışdı: fransız əsirlərin sərbəst buraxılmasını və vətənlərinə göndərilməsini təxirə salır, ələ keçirilən zəngin qənimətləri qaytarmır, sualtı gəmilərin və zirehli kreyserlərin təhvil verilməsini ləngidir (eyni zamanda Almaniyada yeni sualtı gəmilərin istehsalı davam edirdi), lokomotiv və vaqonların təhvil verilməsi qrafikini pozurdu .
Barışıq müqaviləsinin müddətinin sona çatması ilə əlaqədar Antanta Alman Baş Komandanlığından onun müddətinin uzadılması üçün nümayəndə heyətinin göndərilməsini tələb etdi. Alman nümayəndə heyəti ilə ilk müşavirədə Baş Qərargah rəisi Hidenburq barışıq müqaviləsinin müddətinin uzadılması zamanı bəzi şərtlərin dəyişdirilməsinə çalışmağı təklif etdi: Reynin sağ sahilində demilitarizasiya zonasının yaradılması tələbinin ləğvi; Sərhədin Reyn çayı boyunca olması və Almaniya ilə işğal olunmuş bölgələr arasında əlaqə azadlığının qorunması; müttəfiqlərin işğalçı ordusunun sayının azaldılması və blokadanın qaldırılması .
Alman nümayəndə heyətinin marşal Foş ilə danışıqları 12 - 13 dekabr tarixlərində Trierdə baş tutdu. Alman nümayəndə heyətinin rəhbəri Mattias Erzberger Almaniyada inqilab təhlükəsinə işarə edərək, ordunun və ölkənin təhlükəli çaxnaşma vəziyyətində olduğunu və hərbi çevrilişin mümkün ola biləcəyini söylədi. Foş bunu nəzərə aldı. Barışıq daha bir ay, 1919-cu il yanvarın 13-nə qədər uzadıldı. Yeni bir zəmanət olaraq, müttəfiqlər Reynin sağ sahilində, Köln körpüsünün şimalında və Hollandiya sərhəddində neytral zonanı işğal etmək hüququnu özlərində saxladılar. Müttəfiqlər həmçinin Almaniyadan Dansiq və Visladan maneəsiz keçmək zəmanəti də aldılar. Dansinqə Fransada formalaşdırılmış general Yozef Hallerin komandanlığı altında Polşa ordusunu göndərmək planlaşdırılırdı. Bununla Antanta Polşa və Sovet Rusiyası arasındakı müharibə üçün plasdarm hazırlayırdı. Almaniya isə eyni zamanda, Antantadan gizlin polyaklarla danışıqlar aparırdı. Polyaklar almanlara Polşa qoşunların Varşavadan Vilnaya keçməsinə icazə verdikləri təqdirdə, Vilnanın Sovet qoşunlarından müdafiəsini təşkil etməsini təklif edirdi. Alman komandanlığı polyaklarla razılığa meylli idi .
1919-cu ilin yanvarında sazişin uzadılması üçün yeni danışıqlar aparıldı. Yanvarın 14-də Kasseldə Alman hökumətinin nümayəndə heyəti Alman Baş Ali Komandanlığı ilə görüşərək, Antantayla danışıqlarda davranış istiqamətlərini müzakirə etdi. Müttəfiqlərə Qərbdəki güzəştlərin qarşılığında bolşeviklərə qarşı ortaq bir cəbhə təklif etmək qərarına gəldilər. Hətta əgər güzəştlər olardısa üsyançı-spartakistlər tərəfindən Berlin tutulacağı təqdirdə, Antanta qoşunlarının paytaxta girməsinə razılıq vermək təklif olunacaqdı .
Atəşkəsin müddətinin uzadılması ilə bağlı aparılan danışıqlar zamanı marşal Foş Almaniyadan 58 min kənd təsərrüfatı texnikasını təzminat kimi verilməlməsi gecikdirilən lokomotiv və vaqonların əvəzinə cərimə kimi tələb etdi. Marşal Almaniyada olan rus əsirlərin də müttəfiq komissiyanın nəzarəti altına verilməsində israr edirdi. O, həmçinin Almaniyanın Şimali Fransa və Belçikadan qənimət kimi apardığı bütün əmlakın dərhal qaytarılması barədə tələb də irəli sürdü. Foş alman ticarəti gəmilərinin Almaniyaya və digər Avropa ölkələrinə qida təchizatı üçün Antantaya verilməsini də istəyirdi.
Mütəffiqlərin təzyiqə cavab olaraq, Erzberqer yenidən inqilab təhdidi ilə Antantanı şantaj etməyə başladı. Eyni zamanda inqilabi hərəkatı yatırmaq üçün Berlinə qoşunlar yeridildi və Karl Libknext ilə Roza Lüksemburq tutularaq öldürüldü. Bu xəbər Erzberqerin xatirələrində yazdığı kimi, "iştirak edənlərin hamısında dərin təəssürat yaratdı. Dərhal bildirdim ki, 1919-cu il martın 1-dən əvvəl kənd təsərrüfatı texnkasının verilməsi mümkün deyildir: Bu alman kənd təsərrüfatını məhv edər və gələcək məhsul yığımını imkansız edər". Foş kənd təsərrüfatı texnikalarının verilməsi tələblərini yumuşaltdı. Yanvarın 16-da barışıq daha bir ay, fevralın 17-nə qədər uzadıldı. Alman nümayəndə heyəti Almaniyanı ərzaqla təmin etmək üçün bütün ticarət donanmasını müttəfiqlərin ixtiyarına verməyə razılıq verdi. Eyni zamanda, alman nümayəndə heyəti gəmilərin alman heyətinin dəyişdirılməsinə də etiraz etmədi.
Yanvarın 18-də Paris Sülh Konfransı fəaliyyətə başladı, onun gedişi ərzində Antanta və Almaniya arasında Versal sülh müqaviləsi imzalandı.
Sülh müqaviləsi fevral ayında növbəti vaxt uzatma tarixinə yaxınlaşdıqda, marşal Foş Almaniyaya yeni şərtlər qoymağa çalışdı. Fevralın 12-də, qarşılıqlı müzakirələrdən sonra, Antanta Ali Şurası, heç bir ciddi dəyişiklik etmədən barışığın qeyri-müəyyən müddətə uzadılmasına qərar verdi.
Bayram kimi qeyd edilməsi
Həmçinin bax
Ədəbiyyat
- Czernin, Ferdinand. Versailles, 1919. — New York City: Putnam, 1964.
- Haffner, Sebastian. Die deutsche Revolution 1918/19. — Kindler, 2002.
- Best, Nicholas (2009). The Greatest Day in History: How, on the Eleventh Hour of the Eleventh Day of the Eleventh Month, the First World War Finally Came to an End. New York City: PublicAffairs. . OCLC 191926322.
- Brook-Shepherd, Gordon (1981). November 1918: the last act of the Great War. Collins. . OCLC 8387384.
- Halperin, S. William (March 1971). "Anatomy of an Armistice". The Journal of Modern History. 43 (1): 107–112. doi:10.1086/240590. ISSN 0022-2801. OCLC 263589299.
- Kennedy, Kate, and Trudi Tate, eds. The Silent Morning: Culture and Memory After the Armistice (2013); 14 essays by scholars regarding literature, music, art history and military history table of contents
- Lowry, Bullitt, Armistice, 1918 (Kent State University Press, 1996) 245pp
- Weintraub, Stanley. A stillness heard round the world: the end of the Great War (1987)
İstinadlar
- Czernin, 1964
- Czernin, 1964. səh. 7
- Czernin, 1964. səh. 9
- Czernin, 2002. səh. 51
- Потёмкин В. П. История дипломатии. Том 3: Дипломатия в период подготовки Второй мировой войны (1919—1939 гг.). ОГИЗ, Государственное издательство политической литературы. М. — 1945 — Л., 884 с.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Birinci Kompyen sulh sazisi fr Armistice de Rethondes 1918 ci il Kompyen sulh muqavilesi I Dunya Muharibesinde herbi emeliyyatlarin dayandirilmasi haqqinda 1918 ci il noyabrin 11 de Kompyen seheri yaxinliginda Fransanin Pikardi bolgesinde Antanta ve Almaniya Imperiyasi arasinda imzalanmis barisiq Neheng munaqisenin son neticelerini Versal sulh muqavilesini qebul eden Paris Sulh Konfransi yekunlasdirdi Kompyen sulh sazisi 1918 Kompyen sulh sazisiImzalanma tarixi 11 noyabr 1918 ci ilImzalanma yeri Kompyen mesesiQuvveye minmesi derhal sertleri I Dunya Muharibesinde herbi emeliyyatlar dayandirildiImzalayanlar Antanta ve Almaniya Imperiyasi Vikianbarda elaqeli mediafayllarSulh muqavilesinin imzalanmasinda muttefiqlerin numayendeleri Ferdinand Fos sagdan ikinci Kompyen mesesinde oz yanindaSerait1918 ci il noyabrin 11 de Nyu York Tayms qezetinin on sehifesi 1918 ci il sentyabrin 29 da Alman Ordusunun Ali Komandanligi Spa seherinde Belcika yerlesen bas qerargahinda Kayzer II Vilhelme ve Imperator Kansleri Qraf Georq fon Qertlinge Almaniyanin herbi veziyyetinin umidsiz oldugu bildirildi Erix Ludendorff boyuk felaketden qorxaraq cebhenin en az 24 saat davam edeceyine zemanet vermediyini soyledi ve Antantadan derhal ateskes istenmesini teleb etdi Bundan elave o ABS prezidenti Vudro Vilsonun esas sertlerini Vudro Vilsonun 14 maddesi qebul etmeyi ve daha yaxsi sulh sertleri umidi ile demokratik bir esasda Alman Imperatorlugu hokumetini yaratmagi tovsiye etdi Bu addim ordunun nufuzunu qoruyacaq ve teslimci sulhun mesuliyyetini birbasa demokratik partiyalara ve parlamentin uzerine yukleyecekdi Oktyabrin 1 de o qerargahinin zabitlerine bele soylemisdi Indi onlar bizim ucun hazirladiqlari yataga getmelidirler Sentyabrin 30 da Qraf Georq fon Qertlingin hokumeti istefa verdi Oktyabrin 3 de sahzade Maksimilian Baden yeni kansler hokumet bascisi teyin edildi Ona sulh danisiqlarina baslamaq tapsirigi verildi Oktyabrin 4 de parlamentde coxluq teskil eden partiyalarin o cumleden Sosial Demokratlar Partiyasinin numayendelerinin daxil oldugu yeni Alman hokumeti 14 madde esasinda sulh danisiqlarina baslamaq teklifi ile Avropadaki reqiblerinin basi uzerinden ABS prezidenti Vudro Vilsona muraciet etdi Bununla bele ABS nin ilk iki diplomatik notasinin mezmunu Vilsonun kayzerin taxtdan imtina telebini sulhun en vacib serti hesab etmesini alman terefine catdira bilmedi Reyx dovlet xadimleri onlar ucun bele bir dehsetli varianti nezerden kecirmeye hele hazir deyildiler Danisiqlara baslamaq ucun ilkin sert olaraq Vilson Alman qosunlarinin butun isgal edilmis erazilerden cixarilmasini sualti muharibeye son qoyulmasini ve Kayzerin hakimiyyetden el cekmesini teleb etdi Oktyabrin 23 de verilen ucuncu diplomatik notada aciq sekilde bildirildi ki Eger ABS hokumeti indi Almaniyanin ali rehberliyi ve monarxik elitasi ile elaqeler qurmali olsa onda Alman imperiyasinin beynelxalq ohdelikleri qarsiliginda onunla sulh danisiqlarina baslamayacaq birbasa kapitulyasiya teleb etmeli olacaqdir Oktyabrin 24 de Ludendorff orduya gonderdiyi emrinde Vilsonun 23 oktyabr notasini qebuledilmez olaraq xarakterize etdi ve qosunlari mubarizeni davam etdirmeye cagirdi Oktyabrin 25 de Hindenburq ve Ludendorff kanslerin gosterislerine mehel qoymadan Berline dogru yola dusduler Kansler kayzerden Ludendorffun istefasini teleb etdi ve oktyabrin 26 da Vilhelm Ludendorffa onun etibarini itirdiyini bildirdi Ludendorff derhal istefa verdi ve o qebul edildi Bu arada oktyabrin 30 da Turkiye Mudros muqavilesine imza ataraq teslim oldu Noyabrin 3 de Almaniyanin son muttefiqi Avstriya Macaristan kapitulyasiya etdi Noyabrin 4 de Kielde usyan bas qaldirdi Olkede noyabr inqilabi basladi Noyabrin 5 de alman cebhesi yarildi ve ertesi gun alman qosunlarinin umumi geri cekilmesi basladi Muttefiqler ateskes danisiqlarina baslamaga raziliq verdiler lakin reparatsiya teleblerini ireli surduler Noyabrin 6 da Berlinde Vilsonun son notasi alindi Ele hemin gun Alman numayende heyeti Fransaya yola dusdu Numayende heyetine Mattias Erzberger Qraf Alfred von Oberndorff general mayor Detlof von Vinterfeldt ve kapitan Ernst Vanzelov daxil idi Noyabrin 8 de Alman numayende heyeti danisiqlar aparmaq ucun Paris yaxinligindaki Kompyen mesesine geldi eslinde Almaniyanin kapitulyasiya sertlerinin razilasdirilmasi Noyabrin 9 da Maksimilian Baden olkede hakimiyyeti qorumagin ve nizam intizamin teminatinin mumkunsuz oldugunu anlayaraq en qisa muddetde hakimiyyetin sosial demokratlara verilmesini qebul etdi ve konullu olaraq Kayzerin Prussiya ve imperator taxtlarindan imtina etdiyini elan etdi O selahiyyetlerini Sosial Demokratlar Partiyasinin lideri Fridrix Eberte verdi Bundan sonra Baden hokumetindeki dovlet katibi Filip Seydeman monarxiyanin suqut etdiyini bildirdi ve Almaniyani respublika elan etdi Noyabrin 10 da axsam Spa seherinde Belcika yerlesen bas qerargahda olan kayzer noyabrin 28 de her iki taxtdan imtina etdiyi Niderlanda yola dusdu Muttefiqler ve Almaniya arasinda barisiq sazisi noyabrin 11 de seher 05 12 05 20 arasinda Kompyen mesesinde marsal Ferdinand Fosun stab vaqonunda imzalandi Barisiq sazisi seher saat 11 de quvveye mindi on birinci ayin on birinci gununun onbirinci saatinda Bu hadisenin serefine 101 artilleriya atesi acildi bunlar I Dunya Muharibesinin sonuncu atislari oldu SertleriBarisigin esas sertleri Barisigin imzalanmasindan sonra alti saat erzinde herbi emeliyyatlarin dayandirilmasi yeni noyabrin 11 i gunorta saat 11 de Butun Alman qosunlarinin Fransa Belcika Luksemburq ve Elzas Lotaringiyadan texliye edilmesinin 15 gunluk bir muddetde derhal baslamasi ve tamamlanmasi Bunun ardinca Reynin qerb sahilindeki eraziden butun Alman qosunlarinin 17 gun erzinde hemcinin Reynin sag sahilindeki korpulerden 30 km radiusda Mains Koblens ve Koln seherlerinden muttefiqlerin ve ABS nin qosunlari terefinden bu erazilerin sonraki isgali ile texliyesi Serq Cebhesindeki butun alman qosunlarinin Alman erazisine 1914 cu il avqustun 1 de oldugu yerlere geri cekilmeli Texliye Antanta bu eraziler ucun uygun siyasi sertlerin yarandigini dusundukde heyata kecirilmeli idi Rusiya ile Brest sulh muqavilesinin ve Ruminiya ile Buxarest sulh muqavilesinin legvi Almaniyanin deniz blokadasinin ingilis donanmasi terefinden saxlanilmasi Alman Deniz Quvvelerinin butun sualti gemilerinin ve diger muasir gemilerinin girov goturulmesi 5000 top 25 000 pulemyot 3000 minaatan 1700 teyyare 5000 lokomotiv ve 150 000 vaqonun yaxsi islek veziyyetde tehvil verilmesi Sonraki hadiselerABS nin 7 ci diviziyasinin terkibindeki 64 cu alayin esgerleri barisiq sazisini sevincle qarsilayirlar Barisigin muddeti 36 gun mueyyen edildi Bu muddet erzinde Almaniya ilkin sulh muqavilesini imzalamaq isteyi ile en azi bes defe Antanta quvvelerinin komandanligina muraciet unvanladi Lakin onlar her defe muracietine redd cavabi alirdi Qeyri resmi olaraq muttefiqler ABS prezidenti Vudro Vilsonun gelisini gozlediklerini sebeb olaraq bildirirdiler Vilson heqiqeten Parise yalniz dekabrin 13 de geldi ancaq gecikmenin esl sebebi qaliblerin sulh sertleri ile bir birleri arasinda raziliga gele bilmemeleri idi Eyni zamanda 1918 ci ilin dekabrina qeder Alman Bas Komandanligi butun ordunu Reynin arxasina geri cekdi Hec bir Alman herbi hissesi esir dusmedi Duzdur ordu olkede bas veren inqilabi hadiselerin bolucu tesiri altinda idi Inqilabi yatirtmaq ucun herbi quvveler hazirlayarken qosunlar ve muxtelif nov konullu birlesmeler alman hokumeti eyni zamanda inqilabin baslamasi uzerinde spekuliyasiya edir Antanta olkelerini Bolsevik tehdidi ve inqilabi herekatin onlara da kece bileceyi ile santaj edirdi Almaniya Kompyen sulh muqavilesinin sertlerinin sabotajina baslamisdi fransiz esirlerin serbest buraxilmasini ve vetenlerine gonderilmesini texire salir ele kecirilen zengin qenimetleri qaytarmir sualti gemilerin ve zirehli kreyserlerin tehvil verilmesini lengidir eyni zamanda Almaniyada yeni sualti gemilerin istehsali davam edirdi lokomotiv ve vaqonlarin tehvil verilmesi qrafikini pozurdu Barisiq muqavilesinin muddetinin sona catmasi ile elaqedar Antanta Alman Bas Komandanligindan onun muddetinin uzadilmasi ucun numayende heyetinin gonderilmesini teleb etdi Alman numayende heyeti ile ilk musavirede Bas Qerargah reisi Hidenburq barisiq muqavilesinin muddetinin uzadilmasi zamani bezi sertlerin deyisdirilmesine calismagi teklif etdi Reynin sag sahilinde demilitarizasiya zonasinin yaradilmasi telebinin legvi Serhedin Reyn cayi boyunca olmasi ve Almaniya ile isgal olunmus bolgeler arasinda elaqe azadliginin qorunmasi muttefiqlerin isgalci ordusunun sayinin azaldilmasi ve blokadanin qaldirilmasi Alman numayende heyetinin marsal Fos ile danisiqlari 12 13 dekabr tarixlerinde Trierde bas tutdu Alman numayende heyetinin rehberi Mattias Erzberger Almaniyada inqilab tehlukesine isare ederek ordunun ve olkenin tehlukeli caxnasma veziyyetinde oldugunu ve herbi cevrilisin mumkun ola bileceyini soyledi Fos bunu nezere aldi Barisiq daha bir ay 1919 cu il yanvarin 13 ne qeder uzadildi Yeni bir zemanet olaraq muttefiqler Reynin sag sahilinde Koln korpusunun simalinda ve Hollandiya serheddinde neytral zonani isgal etmek huququnu ozlerinde saxladilar Muttefiqler hemcinin Almaniyadan Dansiq ve Visladan maneesiz kecmek zemaneti de aldilar Dansinqe Fransada formalasdirilmis general Yozef Hallerin komandanligi altinda Polsa ordusunu gondermek planlasdirilirdi Bununla Antanta Polsa ve Sovet Rusiyasi arasindaki muharibe ucun plasdarm hazirlayirdi Almaniya ise eyni zamanda Antantadan gizlin polyaklarla danisiqlar aparirdi Polyaklar almanlara Polsa qosunlarin Varsavadan Vilnaya kecmesine icaze verdikleri teqdirde Vilnanin Sovet qosunlarindan mudafiesini teskil etmesini teklif edirdi Alman komandanligi polyaklarla raziliga meylli idi 1919 cu ilin yanvarinda sazisin uzadilmasi ucun yeni danisiqlar aparildi Yanvarin 14 de Kasselde Alman hokumetinin numayende heyeti Alman Bas Ali Komandanligi ile goruserek Antantayla danisiqlarda davranis istiqametlerini muzakire etdi Muttefiqlere Qerbdeki guzestlerin qarsiliginda bolseviklere qarsi ortaq bir cebhe teklif etmek qerarina geldiler Hetta eger guzestler olardisa usyanci spartakistler terefinden Berlin tutulacagi teqdirde Antanta qosunlarinin paytaxta girmesine raziliq vermek teklif olunacaqdi Ateskesin muddetinin uzadilmasi ile bagli aparilan danisiqlar zamani marsal Fos Almaniyadan 58 min kend teserrufati texnikasini tezminat kimi verilmelmesi gecikdirilen lokomotiv ve vaqonlarin evezine cerime kimi teleb etdi Marsal Almaniyada olan rus esirlerin de muttefiq komissiyanin nezareti altina verilmesinde israr edirdi O hemcinin Almaniyanin Simali Fransa ve Belcikadan qenimet kimi apardigi butun emlakin derhal qaytarilmasi barede teleb de ireli surdu Fos alman ticareti gemilerinin Almaniyaya ve diger Avropa olkelerine qida techizati ucun Antantaya verilmesini de isteyirdi Muteffiqlerin tezyiqe cavab olaraq Erzberqer yeniden inqilab tehdidi ile Antantani santaj etmeye basladi Eyni zamanda inqilabi herekati yatirmaq ucun Berline qosunlar yeridildi ve Karl Libknext ile Roza Luksemburq tutularaq olduruldu Bu xeber Erzberqerin xatirelerinde yazdigi kimi istirak edenlerin hamisinda derin teessurat yaratdi Derhal bildirdim ki 1919 cu il martin 1 den evvel kend teserrufati texnkasinin verilmesi mumkun deyildir Bu alman kend teserrufatini mehv eder ve gelecek mehsul yigimini imkansiz eder Fos kend teserrufati texnikalarinin verilmesi teleblerini yumusaltdi Yanvarin 16 da barisiq daha bir ay fevralin 17 ne qeder uzadildi Alman numayende heyeti Almaniyani erzaqla temin etmek ucun butun ticaret donanmasini muttefiqlerin ixtiyarina vermeye raziliq verdi Eyni zamanda alman numayende heyeti gemilerin alman heyetinin deyisdirilmesine de etiraz etmedi Yanvarin 18 de Paris Sulh Konfransi fealiyyete basladi onun gedisi erzinde Antanta ve Almaniya arasinda Versal sulh muqavilesi imzalandi Sulh muqavilesi fevral ayinda novbeti vaxt uzatma tarixine yaxinlasdiqda marsal Fos Almaniyaya yeni sertler qoymaga calisdi Fevralin 12 de qarsiliqli muzakirelerden sonra Antanta Ali Surasi hec bir ciddi deyisiklik etmeden barisigin qeyri mueyyen muddete uzadilmasina qerar verdi Bayram kimi qeyd edilmesi2018 ci il noyabrin 11 de Parisde barisiq sazisinin 100 illiyinin qeyd edilmesi Britaniya Birliyi ABS Belcika Fransa KanadaHemcinin baxVersal sulh muqavilesiEdebiyyatCzernin Ferdinand Versailles 1919 New York City Putnam 1964 Haffner Sebastian Die deutsche Revolution 1918 19 Kindler 2002 Best Nicholas 2009 The Greatest Day in History How on the Eleventh Hour of the Eleventh Day of the Eleventh Month the First World War Finally Came to an End New York City PublicAffairs ISBN 978 1 58648 772 0 OCLC 191926322 Brook Shepherd Gordon 1981 November 1918 the last act of the Great War Collins ISBN 978 0 00 216558 7 OCLC 8387384 Halperin S William March 1971 Anatomy of an Armistice The Journal of Modern History 43 1 107 112 doi 10 1086 240590 ISSN 0022 2801 OCLC 263589299 Kennedy Kate and Trudi Tate eds The Silent Morning Culture and Memory After the Armistice 2013 14 essays by scholars regarding literature music art history and military history table of contents Lowry Bullitt Armistice 1918 Kent State University Press 1996 245pp Weintraub Stanley A stillness heard round the world the end of the Great War 1987 IstinadlarCzernin 1964 Czernin 1964 seh 7 Czernin 1964 seh 9 Czernin 2002 seh 51 Potyomkin V P Istoriya diplomatii Tom 3 Diplomatiya v period podgotovki Vtoroj mirovoj vojny 1919 1939 gg OGIZ Gosudarstvennoe izdatelstvo politicheskoj literatury M 1945 L 884 s